Məhkəmə qərarları › İş №1(051)-33/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-33/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-33/2021 29.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 42 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17:45 radələrində yaşadıqları ünvan 1 mənzil 42 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, belə ki, sonuncunun onun və ailə üzvlərinin arxasınca həqiqətə uyğun olmayan sözlər danışması səbədindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsinə başı ilə zərbə vuraraq, ondan burun sümüyünün yerdəyişməyən sınığı, burun nahiyəsində sıyrıqlar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərar vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evə gələn zaman həyat yoldaşı Zərərçəkmiş şəxs evdə olmamasını gördü. Sonra ona zəng etdi və evə gəlməsini tələb etdi. Tez bir zamanda Yeganə evə gəldi və ona yemək hazırladı. Yemək soyuq olduğu üçün ona öz iradını bildirdi. Sonra aralarında mübahisə yarandı. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadələr işlətdiyi üçün o, əsəbləşib başı ilə Yeganənin burun nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirdi. Bu zaman Y.İmamverdiyevin xəsarət almasını görən atası Şahid1 onları ayırdı. Əməlindən peşmandır. Hazırda Yeganə ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində yaşadığı binanın qarşısında qonşularla dayanıb söhbət edirdi. Həmin vaxt işdən evə gəlmiş əri Təqsirləndirilən şəxs onu evə çağırdı, o da evə getdi. Əri İsmayıl ona nə üçün bacılarının arxasınca həqiqətə uyğun olmayan sözlər danışdığını söylədi və o, ərinə onun bacılarının arxasınca heç kəsə pis bir söz demədiyini, əksinə onun bacılarının ona hər kəsin yanında həqiqətə uyğun olmayan şər-böhtanlar atdıqlarını dedi. Bundan sonra onların aralarında mübahisə yarandı. Mübahisə zamanı əri onun burun nahiyyəsinə başı ilə zərbə vuraraq ona xəsarət yetirdi. Həmin vaxt o, zərbənin təsirindən yerə yıxıldı. Bu zaman qaynatası Şahid1 dava-dalaşa müdaxilə edərək onları ayırdı. O da İsmayılın ona qarşı etdiyi hərəkətdən əsəbləşib DİN-nin 102 zəng edərək məlumat verdi. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. İsmayıldan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının 788 №li xx.xx.2020-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-burun sümüyünün yerdəyişməyən sınığı,burun və sağ əl nahiyyələrində sıyrıqlar, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şikayət verən şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Materialda olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materiala əlavə olunmuş əməli törətmiş Təqsirləndirilən şəxs və şikayət verən şəxs Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar