Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-33/2022 17.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 82/1, mənzil 18-də qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri Günəşli Bağ massivində «Əfqanıstan veteranları» üçün ayrılmış torpaq sahəsində salınmış yaşayış massivində yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,92 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı üzərində gəzdirərək əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibində gizlədib saxlayaraq daşımış, 02.11.2021-ci il tarixdə saat 14:30 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Samux küçəsində 23 ünvanında yerləşən «Vətən» adlanan kafenin qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 15:10 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, hal-hazırda fərdi əməklə məşğul olub ailəsini dolandırır. 02 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, Samux küçəsi ilə «Su Anbarı» istiqamətində getmək üçün təkbaşına piyada hərəkət edən zaman yolun sağ kənarından 1 ədəd ağ rəngli kağız bükülü gördüyündən əyilib götürmüş, həmin bükülünü açıb içərisinə baxanda içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını anlamışdır. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyinə görə bükümün içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanıdığından gələcəkdə istifadə etmək üçün bükümü əynindəki qara rəngli rəngli qış gödəkçəsinin sol iç cibinə qoyaraq oradan uzaqlaşmışdır. Saat 14:30 radələrində Mingəçevir şəhəri Samux küçəsi 23 ünvanında yerləşən «Vətən» kafesinin qarşısında piyada gəzişərkən yolun sağ kənarından tapdığı narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli rəngli qış gödəkçəsinin sol iç cibində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb saxlayaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X5 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində 02.11.2021-ci il tarixdə saat 15:10 dəqiqədə vəkil X2 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olubolmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «Nokia» markalı mobil telefon, sağ yan cibindən 1 ədəd cib dəsmalı, mobil telefon üçün nəzərdə tutulmuş enerji daşıyıcısı, sol iç cibindən 1 ədəd «LD» markalı siqaret qutusu və 1 ədəd ağ rəngli kağız bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan «qurudulmuş marixuana»ya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyini, 02 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, Samux küçəsi ilə «Su Anbarı» istiqamətində getmək üçün təkbaşına piyada hərəkət edən zaman yolun sağ kənarından taparaq özü istifadə etmək məqsədi ilə əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibinə qoyub gizlədərək saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd qurudulmuş marixuana kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 7.54 (yeddi tam yüzdə əlli dörd) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 02 noyabr 2021-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 02.11.2021-ci il tarixdə saat 14:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları: Şahid2 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Əliyev X6 şəhəri Samux küçəsi 23 ünvanında yerələşən «Vətən» kafesinin qarşısı ilə piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq saxlayıb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Əliyev X6 ŞPŞnə gətirilmişlər. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «Nokia» markalı mobil telefon, sağ yan cibindən 1 ədəd cib dəsmalı, mobil telefon üçün nəzərdə tutulmuş enerji daşıyıcısı, sol iç cibindən 1 ədəd «LD» markalı siqaret qutusu və 1 ədəd ağ rəngli kağız bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 7,54 (yeddi tam yüzdə əlli dörd) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 02 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, Samux küçəsi ilə «Su Anbarı» istiqamətində getmək üçün təkbaşına piyada hərəkət edən zaman yolun sağ kənarından taparaq özü istifadə etmək məqsədi ilə əynindəki qara rəngli rəngli qış gödəkçəsinin sol iç cibinə qoyub gizlədərək saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin YYÇİTQ-nu inspektoru Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid2 Ələkbər oğlu məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 02 noyabr 2021-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 02.11.2021-ci il tarixdə saat 14:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları: Şahid1 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Əliyev X6 şəhəri Samux küçəsi 23 ünvanında yerələşən «Vətən» kafesinin qarşısı ilə piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq saxlayıb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Əliyev X6 ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «Nokia» markalı mobil telefon, sağ yan cibindən 1 ədəd cib dəsmalı, mobil telefon üçün nəzərdə tutulmuş enerji daşıyıcısı, sol iç cibindən 1 ədəd «LD» markalı siqaret qutusu və 1 ədəd ağ rəngli kağız bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 7,54 (yeddi tam yüzdə əlli dörd) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 02 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, Samux küçəsi ilə «Su Anbarı» istiqamətində getmək üçün təkbaşına piyada hərəkət edən zaman yolun sağ kənarından taparaq özü istifadə etmək məqsədi ilə əynindəki qara rəngli rəngli qış gödəkçəsinin sol iç cibinə qoyub gizlədərək saxladığını bildirmişdir. Cinayət işi materiallarında olan 02 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «Nokia» markalı mobil telefon, sağ yan cibindən 1 ədəd cib dəsmalı, mobil telefon üçün nəzərdə tutulmuş enerji daşıyıcısı, sol iç cibindən 1 ədəd «LD» markalı siqaret qutusu və 1 ədəd ağ rəngli kağız bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli 7,54 (yeddi tam yüzdə əlli dörd) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03.11.2021-ci il tarixli 17\783 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ….kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 5.92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20.11.2021-ci il tarixli 1402 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd ağ rəngli kağız bükümdə ilkin xalis çəkisi təmiz çəkisi 5.92 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,02 qram sərf edildikdən sonra qalan qalıq 5.90 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan DİN yanında BƏSİİ-in 10.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Yevlax ŞİHB yanında Havarlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü intizamlı aparmış və onun barəsində Nümayəndəliyə yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında nikah 22.06.2019-cu il tarixdə 378 nömrə ilə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələr, Arayış və şəxsiyyət vəsiqələrinin (şəkilsiz) surətlərindən görünür ki, 20.07.2006-cı il təvəllüdlü Əlizadə Aidə, 16.07.2010-cu il təvəllüdlü Əlizadə Günel, 19.01.2012-ci il təvəllüdlü Əlizadə Gülxar, 16.01.2014-cü il təvəllüdlü Əlizadə Gülnaz, 22.02.2015-ci il təvəllüdlü Əlizadə Səma, 28.12.2016-cı il təvəllüdlü Əlizadə Səid, 14.11.2019-cu il təvəllüdlü Əlizadə Aydan və 05.07.2021-ci il təvəllüdlü Əlizadə İslam adlı uşaqların atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,92 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı üzərində gəzdirərək əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibində gizlədib saxlayaraq daşımış, 02.11.2021-ci il tarixdə saat 14:30 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Samux küçəsində 23 ünvanında yerləşən «Vətən» adlanan kafenin qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 15:10 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 7 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin evli olmaqla himayəsində 7 nəfər azyaşlı və 1 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə yeganə gəlir gətirən şəxs olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 1 nəfər yetkinlik yaşına çatmayan və 7 nəfər az yaşlı uşaqların mənafeyi üstün tutulmalı və uşaqların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 35 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 5.90 qram olan narkotik vasitə - qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 5.90 qram olan narkotik vasitə - qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-33/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-33/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver