Məhkəmə qərarları › İş №1(051)-33/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-33/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-33/2023 13.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçi-Mingəçevir şəhər Vəkil bürosunun vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikası, Sisian şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 88, mənzil 71-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.L, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 28 sentyabr 2022-ci il tarixdə saat 18:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gəlmiş, 01 ədəd rezin kombinezondan istifadə edərək suya girib hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd toru suda qurmuş, 29 sentyabr 2022-ci il tarixdə saat 09:00-dək 31 ədəd hər biri 33 manat olmaqla 1023 manat dəyərində sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1023 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 09:00-da sahilə çıxarkən X7 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor və 31 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildirib ifadəsində göstərdi ki, 28 sentyabr 2022-ci il tarixdə saat 18:00-da balıq tutmaq məqsədi ilə Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarının sahilinə gəlmiş və ona məxsus 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd toru suda qurub yaşadığı evə qayıtmışdır. 29 sentyabr 2022-ci il tarixdə, saat 08:00-da yenidən Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarının sahilinə gəlib, 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib qurduğu torları yığarkən görmüşdür ki, çoxlu sayda sıf balıqları tutmuşdur. Həmin tarixdə saat 09:00-dək torları tutduğu balıqlarla birlikdə yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. Saat 09:00-da sahilə çıxarkən X7 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarında torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları tərəfindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarına girmək üçün istifadə etdiyi 01 ədəd rezin kombinezona, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tora və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu sıf balıqlarına baxış keçirilmiş və baxışın nəticəsi olaraq protokol tərtib edilmişdir. Həmin vaxt məlum olmuşdur ki, tutduğu sıf balıqlarının sayı 31 ədəddir. Sonra tərtib edilmiş protokol o və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Ona məxsus 01 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 31 ədəd sıf balıqları polis əməkdaşları tərəfindən götürülmüşdür. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarından jılka adlandırılan sintetik sapdan toxunmuş torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi X5 ifadəsində bildirdi ki, o, birbaşa olaraq cinayətin necə və hansı şəraitdə törədilməsi barədə məlumatlı deyil. Belə ki, bu cinayət işi üzrə polis əməkdaşları tərəfindən idarəyə müraciət olunmuş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş üzrə mülki iddiaçı qismində tanınmış, o da mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Polis əməkdaşlarının müraciəti əsasında təbiətə dəymiş ziyan onun tərəfindən hesablanmışdır. Belə ki, təqsirləndirilən şəxs və mülki cavabdeh 31 ədəd sıf balığı tutmuşdur ki, həmin balıqların hər birinin dəyəri Nazirlər Kabinetinin “146” saylı qərarına əsasən 33 manat hesablanmışdır. Beləliklə təqsirləndirilən şəxs və mülki cavabdeh təbiətə ümumilikdə 1023 manat ziyan vurmuşdur. Təbiətə dəymiş ziyandan 150 manat ödənib. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs və mülki cavabdehə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə X7 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 09:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 31 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 31 ədəd sıf balıqlarını 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında jılka adlandırılan sintetik sapdan toxunmuş torlarla balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin polis nəfərləri Şahid2, Şahid3 və Şahid6 eyni məzmunlu ifadə verərək bildirdilər ki, 29 sentyabr 2022-ci il tarixdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 09:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs onların tərəfindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 31 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 31 ədəd sıf balıqlarını 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında jılka adlandırılan sintetik sapdan toxunmuş torlarla balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi izahatı təsdiq etdiyini və iş onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Ona görə də, məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid4 və Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadələrini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, şahidlər Şahid4 və Şahid1 məhkəməyədək icraat zamanı Şahid2, Şahid3 və Şahid5 ifadələrinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan 30 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan 29 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X7 idarəsinin Mingəçevir xətt polis əməkdaşlarının iştirakı ilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tor və 31 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 31 ədədi hər biri 33 manat olmaqla 1023 manat dəyərində sıf balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1023 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin materiallarında olan AİÜ 466535 nömrəli qaimə–fakturadan görünür ki, 31 ədəd sıf balıqları Tam Ortaqlı "xxxx" Müəssisəsinə təhvil verilmiş, balıqların cəmi dəyəri 4 manat müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində 25 oktyabr 2022-ci il tarixli qərar ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2022-ci il tarixli, 21/614 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs Mingəçevir su Anbarında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin materiallarında olan balıq ehtiyatlarına vurulmuş ziyan barədə xx.xx.2022-ci il tarixli 1071№-li arayışdan görünür ki, 31 ədəd sıf balığının qanunsuz tutulması nəticəsində hər biri 33 manat olmaqla, cəmi 1023 manat ziyan vurulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tor və 31 ədəd sıf balıqları maddi sübut kimi tanınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli sübutların qiymələndirilməsi haqqında qərardan görünür ki, iş üzrə şahid ifadələri, təqsirləndirilən şəxs və mülki cavabdehin ifadəsi, baxış protokolları və digər sənədlər sübut kimi qiymətləndirilmiş, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tor və 31 ədəd sıf balıqları maddi sübut kimi tanınması və təbiətə dəymiş 1023 manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilməsi və təbiətə dəymiş zərərin qalıq məbləğinin 923 manat olması nəzərə alınmışdır. İşdə olan mülki iddiaçının və mülki iddiaçının nümayəndəsi kimi tanınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı qismində tanınmışdır. İş üzrə X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 21211 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs X1 hesabına təbiətə vurduğu 1023 manat ziyandan 100 manatını ödəmişdir. Belə olan halda, cinayət işi üzrə mülki iddianın qalıq məbləği 923 manat hesablanmışdır. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 810 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs X1 hesabına təbiətə vurduğu ziyandan 50 manatını ödəmişdir. Belə olan halda, cinayət işi üzrə mülki iddianın qalıq məbləği 873 manat hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X4 atası kimi qeyd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, mütəxəssis arayışı, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1–ci maddəsinə əsaslanaraq cinayət nəticəsində dövlətə vurduğu 1023 manat ziyandan 150 manatını ödəməsini, himayəsində 1 azyaşlı övladının olmasını, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, cinayəti maddi ehtiyac üzündən törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəməyə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 1023 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh Təqsirləndirilən şəxs iddia tələbini qəbul edib məhkəməyədək icraat zamanı 150 manat ödəniş etməsini nəzərə alaraq, habelə, iş üzrə tədqiq olunmuş mütəxəssis arayışını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 saylı qərarında göstərilmiş balıq ehtiyatlarına ziyan vurulan zaman dəymiş zərərin hesablanması Qaydalarını əsas tutaraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs mülki iddia üzrə 150 manat pul ödəməsini nəzərə alaraq hesab edir ki, 873 manat məbləğində pul təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.1–ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Eləcə də, həmin Məcəllənin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdehin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr hazırkı cinayət işi üzrə məhv edilməli olan əmlaklar kimi müəyyən olunmalıdır. Belə ki, iş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilmiş 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin ibtidai istintaq zamanı saxlanması üçün AİÜ 466535 №-li qaimə-fakturaya əsasən Tam Ortaqlı "xxxx" Müəssisəsinə təhvil verilmiş və təhvil verilərkən 4 manat dəyərində qiymətləndirilmiş 31 ədəd sıf balıqları dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs bilavasitə cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə 873 (səkkiz yüz yetmiş üç) manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilmiş, 1 ədəd kombinezon, jilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22X22 mm. Olan 2 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ibtidai istintaq zamanı saxlanması üçün 466535 AİÜ №-li qaimə-fakturaya əsasən Tam Ortaqlı "xxxx" Müəssisəsinə təhvil verilmiş və təhvil verilərkən 4 manat dəyərində qiymətləndirilmiş 31 ədəd sıf balıqları dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilsin. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar