Məhkəmə qərarları › İş №1(051)-33/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-33/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-33/2025 10.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində “Brend Təmir” adlı səhifə yaradaraq, həmin səhifə vasitəsi ilə onun sahibinin, yəni özünün tikinti və təmir fəaliyyəti ilə məşğul olması barədə elan yerləşdirməklə, lakin bu növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və xidmətlər göstərmək üçün hər hansı bir cəmiyyət yaratmadan, sosial şəbəkədə yaratdığı həmin səhifə vasitəsi ilə həmin növ xidmətlər göstərməsi görüntüsü yaratmış və bu yolla tikinti və təmir sahəsində xidmətlərə ehtiyacı olan şəxsləri onunla əlaqə yaratmağa cəlb edib, sonradan isə həmin şəxslərə qeyd olunan xidmətləri göstərəcəyini yalandan vəd verməklə, onlardan müəyyən məbləğdə pul vəsaiti alıb, onu ələ keçirmək niyyətini güdmüş, nəticədə 2023-cü ilin oktyabr ayında həmin səhifədə elanı görən Mingəçevir şəhər sakini X6 özünə məxsus Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 9, mənzil 28-i təmir etdirmək məqsədilə onunla əlaqə yaratdıqda o, Zərərçəkmiş şəxsaya qeyd olunan ünvanda yerləşən mənzilini təmir etdirəcəyinə dair yalan vədlər verib, təmir və tikinti materialları almaq, habelə usta xərcləri adı ilə xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxsanın Mingəçevir şəhərində öz birbank hesabından ona (Təqsirləndirilən şəxs) məxsus, "xxxx" ASC-yə aid “5239-1517-6519-4439” seriya nömrəli kart hesabına göndərdiyi 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərindən həmin kart hesabına öz birbank hesabından göndərdiyi 5000 (beş min) manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərindən yenə də həmin kart hesabına öz birbank hesabından göndərdiyi 5000 (beş min) manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində öz birbank hesabından istintaqa bəlli olmayan, sonu “7495” olan “Leobank” bank kart hesabına göndərdiyi 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində öz birbank hesabından cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid adına olan, "xxxx" ASC-yə aid, sonu “7929” seriya nömrəli kart hesabına göndərdiyi 1000 (bir min) manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 14.000 (on dörd min) manat məbləğdə pulunu alıb, reallıqda həmin mənzildə əsaslı təmir işləri aparmaq və başa çatdırmaq niyyətində olmadan, həmin məbləğin hissə-hissə alındığı müddət ərzində ona məxsus mənzildə təmir işlərinin aparılması görüntüsünü yaratmaq və bununla da Zərərçəkmiş şəxsanı özünə inandırıb, sonuncunun ona pulu hissə-hissə verməsinə nail olmaq məqsədi ilə aldığı 14.000 manat məbləğdə pul vəsaitinin 3195 manat hissəsini mənzilin təmir işlərinə sərf edib, sonradan mənzildə bütün işləri dayandıraraq, oranı tərk edib, Zərərçəkmiş şəxsa ilə bütün əlaqələrini kəsərək, ümumilikdə Zərərçəkmiş şəxsaya 14.000 (on dörd min) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluqluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxsanın evini təmir etdirmək vədi ilə ümumilikdə 14000 manat pulu ondan almış olsa da, lakin müəyyən təmir işləri görmüş, işlərin dayandırılmasını Günel tələb etmiş və pulun xərclənən hissəsini çıxıb qalan hissəsini qaytarmağa cəhd etmiş, lakin Günel özü raziılaşmamışdır. Ona görə də, özünü həmin maddə ilə yəni dələduzluq etməkdə təqsirli bilmir. Mingəçevir şəhər sakini X4 tanıyır. Belə ki, o, təmir-tikinti işləri ilə məşğul olduğu üçün "İnstagram" sosial şəbəkəsində "Brend Təmir" adlı səhifə açaraq mənzillərin təmiri ilə baglı elanlar və fotoşəkillər yerləşdirmişdir. Həmin səhifə əsasında müştərilər onunla əlaqə saxlayır və razılaşdıqda mənzillərin təmirini həyata keçirib pul qazanmışdır. Zərərçəkmiş şəxsanın da onunla tanışlığı həmin səhifə vasitəsilə baş tutmuşdur. Belə ki, 2023-cü ilin oktyabr ayının ilk günlərində Zərərçəkmiş şəxsa həmin səhifədə ona yazaraq evini təmir etdirmək istədiyini bildirmiş və bu barədə onunla ətraflı söhbət etmək məqsədilə ***-***-**-** saylı mobil nömrəni almışdır. Günel özunə məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb danışan zaman o, mənzilinin 2 otaq və 1 dəhlizdən ibarət olmasını həmin otaqlarda divar kagızlarının təzələnməsi həmçinin dəhlizdə döşəmənin laminatla təmirini, hamam tualet otaqlarının kafellərinin dəyişilməsi, balkonun lambirinlərinin yenilənməsi, otaqların qapılarının yenilənməsi lazım olması, həmçinin bütün otaqların döşəməsinin laminatla örtülməsi habelə elektrik xəttərinin dəyişilməsinin lazım olmasını bildirmişdir. 0, həmin işləri özü görə biləcəyini Günelə deyib və izah edib ki, 18000 manat pulun qarşılığında həm əmək xərcləri həmçinin materialların hamısınının xərcləri həmin məbləğə daxildir. Zərərçəkmiş şəxsa da şəhid ailəsi olmasını bildirib maddi imkanın uyğun olmadığını qiymətdə endirim edilməsini xahiş etmişdir. 0, da Günelin şəhid ailəsi olduğuna görə 3000 manat endirirn edərək ümumilikdə 15000 manat qarşılığında onun mənzilini dediyi formada təmir etməyə razılaşmışdır. Həmçinin söhbət zamanı onu da razılaşıblar ki, işi başlayanda pulun bir hissəsini verəcək qalan hissəsini isə iş davam etdiyi müddətdə, ümumi məbləğin 10 faiz hissəsini isə iş tamamilə yekunlaşanda ödəniləcəkdir. Danışıb razılaşdıqdan sonra o işçilərin Mingəçevir şəhərinə gələcəyini bildirmişdir. xx.xx.2023cü il tarixdə Günel ilə əlaqə saxlayıb usta Mingəçevir şəhərinə gələcəyini bildirib, ilkin olaraq 1000 manat pul verməsini demiş vo özünə aid "Kapital Banka" məxsus 5239-1517-6519-4439 seriya nömrəli kartının şəklini vatsapla Zərərçəkmiş şəxsaya göndərmişdir. Günel də həmin kart hesabına 1000 manat pul göndərmişdir. Bundan sonra o, təmir işlərini görən usta Şahidlə danımış və ona Mingəçevir şəhərinə ev təmiri məqsədilə getməsini bildirmişdir. Şahid onunla hər hansı rəsmi əmək, yaxud podrat müqaviləsi olmasa da, lakin ev təmirinə onu göndərir vo işlədiyi işin haqqını o, müştəridən aldığı puldan ödəmişdir. Şahid ilə hər hansı şərikliyi olmamışdır. O, Şahid Mingəçevir şəhərinə göndərmiş və oktyabr ayının sonlarında şəxsiyyəti ona bəlli olmayan fəhlələrlə Şahid Zərərçəkmiş şəxsayanın evini təmirə başlamışdır. İşlər başladıqda evin bütün əşyaları daşınaraq başqa yerə toplanılmışdır. Daha sonra evin divarları, döşəməsi və tavanı sökülərək işlər davam etdirilmişdir. Həmin ərəfədə materiallar almaq məqsədilə hissə-hissə olmaqla 11000 manat pul Zərərçəkmiş şəxsayadan noyabr ayının 10-dək olan müddət ərzində öz kart hesabına göndərtdirməklə almışdır. 2023-cü ilin noyabr ayının ortalarında mənzilin balkonunun da tamamilə sökülərək kərpiclə yenidən qurulmasını Zərərçəkmiş şəxsa tələb etdikdə o, Günelə bildirib ki, ilkin razılığa əsasən balkonun sadəcə lambirinləri yenilənməli, hazırki tələbi isə onun verdiyi pulu ödəməyəcəkdir. Belə ki, balkonun həmin formada təmiri təxminən 6-7 min manata başa gəlir. Bundan başqa Zərərçəkmiş şəxsa mənzildə otaqlar arasında kiçik dəhliz yaratmaq məqsədilə əlavə divar tikintisi, həmçinin hamam-tualet otağının böyütmək məqsədilə hamamın divarlarını söküb yenidən tikilməsini tələb etdiyi ücün, bundan əlavə ilkin razılığa əsasən köhnə döşəmənin üzərinə laminat vurmaq danışılsa da, lakin işlərin gedişində o, döşəmələrin tamamilə sökülməsini və yenidən alt hissə düzəldilib üzərinə laminat vurulmasını istədiyi üçün xərclər artmış, buna görə də Zərərçəkmiş şəxsa ilə aralarında narazılıqlar yaranmışdır. Ona görə də o, Zərərçəkmiş şəxsaya təklif edib ki, onunla görüşüb təmirlə bağlı ətraflı söhbət etsinlər. Daha sonra Zərərçəkmiş şəxsa ilə Mingəçevir şəhərində görüşmüş və ona ilkin razılaşmada olan istəklərini hazırda əlavələrlə tələb etməsi əlavə xərclər tələb etdiyini və onunla razılaşdırılan 15000 manata əmələ gəlmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsa 1000 manat ozü əlavə edəcəyini biİdirmiş və o, da Günelə bildirib ki, əlavə 1000 manat pul da o, özü köməklik edəcək təki mənzilin təmiri başa çatsın, lakin 17000 manat həmin işlərə kifayət etməyəcəyini bildirmişdir. Günel də balkonun pulunu əlavə verəcəyini bildirdikdə yenə də razılaşmışlar. Yenidən Zərərçəkmiş şəxsa onun kart hesabına 2000 manat, əlavə olaraq da Şəhriyarın kart hesabına 1000 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxsanın evinin təmiri üçün ona 14000 manat pul göndəriş olmuşdur. Bundan sonra balkonun da söküntüsünə başİanılmış, lakin daha sonralar Zərərçəkmiş şəxsa usta və fəhlələri evə buraxmayaraq işləri dayandırmağı tələb etmişdir. Daha sonra da vermiş olduğu ümumi 14000 manat pulu heç bir izah vermədən geri istəmişdir. 0, da Günelə bildirib ki, onsuz da həmin ev təmirində onlara qazanc qalmayacağını ona görə də işləri dayandırmaq onlar üçün də faydalı olmuşdur. Bundan sonra goörülən işlərin yəni dəhlizin döşəmə, tavan və divarlarında görülmüş işlərin, hamam-tualet otağında söküntü və yeni divar tikmək işlərinin, mənzilin digər otaqlarının sökülməsi və divarlarının örtüklənməsi (divar suvağının vurulması) elektrik xətt çəkilmiş, otaqlar arasında kərpiclə divar hörülməsi habelə balkonun sökülməsi, həmçinin otaqların sökülməsi nəticəsində yığılmış zibillərin daşınması onun əşyalarının daşınması xərclərini hesablayaraq verdiyi 14000 manatdan çıxmağı və qalan pulu geri qaytarmağı Günelə təklif etmiş lakin o, da razilamamış və vermiş olduğu pulu tam şəkildə geri istəmişdir. Buna görə də onunla aralarında narazılıq yaranmış və Günel ondan şikayət etmişdir. Zərərçəkmiş şəxsa özü də təsdiq edə bilər ki, söküntü işləri demək olar ki, qurtarmaq ərəfəsində olanda tikinti materialları alınmaq ərəfəsində olarkən Günelə bildirib ki, gəlsin Bakı şəhərinə və orada alınacaq divar kağızı, qapı, kafelləri özü seçsin və onlar da alıb Mingəçevir şəhərinə göndərsinlər. Yəni o, söküntü işləri davam edən ərəfədə təzə tikinti materialları almaq adı ilə Güneldən aldığı 11000 manat pulu həm işçilərin əməkhaqqısı belə ki, mənzildən zibillərin daşınması, əşyaların daşınmasına və sair çəkilən xərclərdən əlavə alınacaq təzə tikinti materillarının pulunu da almışdır ki, söküntü bitən kimi vaxt itirmədən təzə materiallar gəlsin və işlər davam etsin. Lakin Zərərçəkmiş şəxsa gəlmədiyi üçün tikinti materillarının pulları onda qalmışdır. Daha sonra Zərərçəkmiş şəxsa işləri dayandırmağı tələb edib pulu istədikdə pulu qaytarmağa razılaşmış və çəkdiyi xərcləri çıxıb onun pulu geri qaytarmağı təklif edəndə Günel razılaşmamış və ümumi 14000 manat pulu tələb etmiş, ona görə də aralarında pul mübahisəsi həllini tapmamışdır. O, mənzillərin təmiri ilə bağlı çox sayda işlər görmüş, başa çatmış işlərlə bağlı hər hansı narazılıq olmamışdır. Bəzi müştərilərlə pul yaxud razılaşma şərtləri pozulmuş buna görə də bəzi sifarişlərdə işlər yarımçıq qalmışdır. Onun insanları aldadaraq pulunu ələ keçirmək məqsədi olmamışdır. Bunu Zərərçəkmiş şəxsa da təsdiq edə bilər ki, o, işləri sonlandırmasa onun evinin təmiri başa çatdırılacaq idi. Məhkəmə tikinti-texniki ekspertizasının rəyində mənzildə görülmüş işlərin dəyəri 3195 manat dəyərində müəyyən edilsə də, ustanın Bakı şəhərindən gəlib Mingəçevir şəhərinə kirayədə qalması, yemək sair xərcləri, özü və onun yol xərcləri, habelə evin əşyalarının evdən başqa yerə daşılması, yığılması zamanı fəhlə pulu, nəqliyyat vasitəsinin xərci, habelə zibillərin daşınması zamanı günəmuzd görülmüş fəhlələrin ödənilmiş və sair xərclər olmaqla həmin mənzilin təmiri zamanı görülmüş işlərə ümumilikdə təxminən 6500 manat xərc çəkilmişdir. Ona görə də, mülki iddianın qismən edilməsini və daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərəçəkmiş şəxs X6 ifadəsində bildirdi ki, 2023-cü ilin oktyabr ayında evini təmir etdirmək üçün usta axtararkən təxminən xx.xx.2023-cü il tarixdə “instagram” sosial şəbəkəsinə daxil olub və “Brend Təmir” tikinti profilində evlərin təmiri ilə məşğul olunması ilə bağlı məlumat və şəkillər paylaşılmasını görmüşdür. Həmin vaxt qeyd olunan profilə yazıb evini təmir etdirmək istəyini bildirmişdir, 05 1-488-00-01 mobil nömrəsindən ona zəng gəİmiş, o da özünü Vüsal kimi təqdim edən şəxslə danışıb, mənzilini sadə üslubda təmir etdirmək istədiyini demişdir, Vüsal da bunun üçün 15000 (on beş min) manat pul verməli olduğunu bildirmişdir. 0 da Vüsalın təklif etdiyi qiymətlə razılaşmışdır. Razılaşmaya görə o, 15 min manatı hissə olmaqla 1 ay ərzində verməli idi. xx.xx.2023-cü il tarixdə Vüsal ona zəng edərək, usta qrupu gəlməli olduğunu deyib işə başlamaları üçün pul göndərməsini demişdir. 0 da Vüsalin göndərdiyi 5239-1517-6519-4439 kart hesabına 1000 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 22radələrində Vüsal zəng edərək göndərdiyi ustaların gəldiklərini demişdir, həmin vaxt qapını açanda İmişli rayon sakini kimi təqdim edən Şəhriyar usta molyar olduğunu demiş, özünü Vüqar kimi təqdim edən şəxs isə sadəcə tanışları kimi gəldiyini və fəhlə olduğunu bildirmişdir, sonra evə baxıb çıxıb getmişdir. Növbəti günü Vüqar gəlib onun evinin əşyalarını kirayə tutduğu obyektə daşıtdırıb aparmışdır. 0 da evin açarını Şəhriyara təhvil verib çıxmışdır. Buna baxmayaraq hər gün işdən saat 17 radələrində çıxıb gəlib evə hansı işlərin görülüb görülmədiyinə baxmaq istəsə də evdə heç bir usta və fəhlə tapa bilməmiş, buna baxmayaraq o, işin davam edəcəyinə inandığı üçün heç bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə Vüsal ondan əlavə 5000 manat pul istəmiş, o da Vüsalın onun kart hesabına 5000 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Vüsal yenidən ondan 5000 manat pul istəmiş, yenə də ona 5000 manat Pul kart hesabına göndərmişdir, bundan başqa xx.xx.2023-cü il tarixdə 1000 manat və xx.xx.2023-cü il tarixd yenə də Vüsalın sözü əsasında Şəhriyara məxsus kart hesabına 1000 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixinə kimi Vüsal onu müxtəlif bəhanələrlə vaxt istəməklə aldadaraq evində sadəcə əşyalarını daşımaq və evin divarlarının bir qismini ağartmaq işindən başqa heç bir iş görməmişdir, heç bir santexnik və elektrik işləri görməmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə mənzilin açarını götürmüşdür. Vüsal onun pulunu tam şəkildə geri qaytarmasını tələb etmişdir. Vüsal onun 14000 manat verdiyi pulunu qaytaracağına söz versə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Həmçinin o, sonradan araşdırıb ki, ümumiyyətlə “Brend təmir tikinti” şirkəti yoxdur, Vüsal da onu dələduzluq edib aldatmışdır. Bu səbəbdən də o, Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq özünü Vüsal kimi təqdim edən şəxs ümumilikdə ondan 14000 manat pulunu ələ keçirtmişdir, evin bəzi divarlarının ağardılmasından başqa heç bir iş görməmişdir. İlkin razılığa əsasən Vüsala mənzilin ümumi təmirini yəni dəhlizinin döşməsinin və divarlarının təmiri, zal və yataq otaqlarının divarlarını sökülüb yenidən suvanması, divar kağızlaırının yenilənməsi, habelə döşəmənin təzələnməsi divarlarda, elektrik xətlərinin su və qaz xətlərinin yenilənməsi, kombi sisteminin quraşdırılması habelə mənzilin hamam-tualet otağının kafelinin yenilənməsi və təmir işləri, həmçinin balkonun sökülərək yenidən təmir olunması, mənzilin otaqlarının qapıları, habelə iki otaq arasında dəhlizin yaradılması bunların tikinti materiallarının və usta xərclərinin hamısının qarşılığında 15000 manat Pul verməyə, Vüsal da sadalanan işləri görməyi və tələb olunan tikinti materiallarını almağı öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs evdə təmir işləri məqsədilə usta gəldiyini dediyi gün ilkin olaraq 1000 manat istədikdə xx.xx.2023-cü il tarixdə kart hesabına 1000 manat pul göndərmiş, daha sonra yəni xx.xx.2023-cü il tarixdə evdə söküntü işləri başa çatmadığı, hər hansı tikinti materialları alınmağa zərurət olmadığı halda tikinti materialları alınmalı olmasını bildirib 5000 manat pul istəmiş və o da Vüsalın təqdim etdiyi kart hesabına göndərmişdir. Yenidən hər hansı tikinti materialı alınmadan söküntüdən başqa hər hansı xərc tələb edən iş görülmədən yenidən 5000 manat pul istəmiş və o da Vüsalın təqdim etdiyi kart hesabına göndərmişdir. Yenidən hər hansı tikinti materialı alınmadan söküntüdən başqa hər hansı xərc tələb edən iş görülmədən yenidən 5000 manat pul istəmiş və xx.xx.2023-cü il tarixdə onun təqdim etdiyi karta həmin məbləğdə pulu göndərmişdir. Yenidən evdə söküntü işləri davam etdiyi vaxtda 2000 və 1000 manat pul da əlavə istəyərək almışdır. Daha sonra işlər yarımçıq qalanda ona məlum olub ki, Vüsal əslində tikinti materialları lazım olmadığı yəni hələ söküntü işləri getdiyi vaxtda ondan 5000 vo 5000, daha sonra 2000 vo 1000 olmaqla ümumikdə 13000 manatı ona inandığı müddətdə ondan pulu alıb ələ keçirmək məqsədilə istəyib almış, pulu əldə etdikdən sonra ilkin razilaşmaya əsasən 15000 manata yaxın yəni artıq ümumlikdə 14000 manat pul almış olduğuna görə işləri dayandırıb aradan çıxmış və pulu geri qaytarmamışdır. Eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona maddi ziyan kimi 14.000 manat, mənəvi ziyan kimi 2.000 manat, cəmi 16.000 manat pulun alınıb ona verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, təqsirləndirilən şəxs ona maddi ziyanla bərabər mənəvi ziyan da vurmuşdur. Bu hadisə nəticəsində o, həm mənəvi sarsıntı və iztirab keçirmişdir və ona çox böyük mənəvi zərər vurmuşdur. Ona görə də, 14.000 manat maddi və 2.000 mənəvi ziyan, cəmi 16.000 manat ağlabatan və ədalətli hesab edilib, mülki cavabdehdən tutulub, ona ödənilməlidir. Odur ki, ifadəsində göstərilən halları nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvəllər İmişli rayonunda müxtəlif işlərdə işləmiş, bibisi oğlu isə Bakı şəhərində Təqsirləndirilən şəxs ilə birlikdə tikinti təmir işlərində işləmişdir. Qohumu ona şirkətdə tikinti işlərində işləmək barədə təklifi əsasında onunla razılaşaraq Bakı şəhərinə getmişdir. Həmin şirkətdə oboy vurmaq və sair işlər işləməklə bağlı razılığa gəlmiş və işə başlamışdır. Daha sonra Vüsal Bakı şəhərində Razin (Bakıxanov qəsəbəsi) ünvanı xatırlamadığı mənzildə təmir işi olmasını bildirib ona həmin işə getməyini demişdir. 0 da razılaşıb həmin mənzilə təmir işləri görməyə getmişdir. Orada ev sahibi yəni təmir sifarişi verən şəxslə Vüsal arasında hansı şərtlərlə razılaşması ona aydın olmasa da, lakin mənzildə divar kağızları vurmaq barədə ona təlimat əsasında mənzildə işə başlamışdır. Daha sonra sifarişçi ilə Vüsal arasında narazılıq yaranmış ona görə də Vüsal ona həmin işdən çıxmağını deyib, onu başqa iş yerinə göndərəcəyini bildirmişdir. Daha sonra başqa iş adı ilə onu başqa mənzilə göndərmiş orada da işə başİasa da, iş yarımçıq qalmış, sonra Vüsal onu başqa yerə ev təmiri işinə göndərmişdir. Baki şəhər Tbilisi prospektində yerləşən mənzilə getmiş daha sonra özünün xəstəliyi ilə bağlı həmin işdən çıxmalı olmuşdur. Daha sonra Vüsal ona bildirib ki, Mingəçevir şəhərində təmir işləri var və ona getməyi təklif etdikdə o, da razılaşmışdır. Daha sonra da Mingəçevir şəhərinə gəlmişdir. Mənzilə baxıldıqdan sonra mənzildə təmirə aid hər hansı material olmamasını Vüsala bildirmiş, Vüsal da ona oteldə qalmasını növbəti gün pul veriləndə lazım olan material alınacağını demişdir. Daha sonra ona evi boşaltmagı fəhlə tapıb əşyaları daşımağı bildirmişdir. 0 da mənzilin əşyalarını fəhlə tapmış və qeyd edilən işləri görmüşdür. Əşyaları daşıyıb tanımadığı anbara toplamışlar. Daha sonra evin oboylarını sökməyə başlamış, daha sonra o, rayona işləməyə getmiş toy məclisini yola verib daha sonra qayıtmış yenə işə qayıtmışdır. Daha sonra Günel işlərin görülməsinə dair narazılıqları yaranmışdır. Belə ki, balkon təmiri ilə bağlı Vüsal ilə Günel arasında narazılıq yaranmışdır. Günel də ona bildirib ki, Vüsal dələduzluğu yalan danışır onun hər hansı təmir tikinti briqadası yoxdur. Həmin mərhələyədək mənzilin söktüntüsünü onlar elədiyi üçün həmin işin əldən çıxmasını istəməmişlər və Günel xanımı tanıyan yaxınlarından xahiş edib ki, onun işini dayandırmasın. Həmçinin müəyyən təmir işləri tavan və divarlarda müəyyən işləri özü görmüşdür. Daha sonra da Vüsal Günellə aralarında narazılıq yaranmasında onu günahlandırmışdır. Lakin o, Günelə bildirib ki, ona gördüyü işin haqqı da düzgün ödənilməmişdir. Daha sonra da Günelə pul qaytarmaq məsələsi ortalığa çıxdıqda o, 450 manat pulu Vüsala qaytarmışdır. Günel ilə Vüsal arasında narazılığın hansı səbəbdən baş tutmasından xəbəri olmamışdır. Günel də Vüsal barədə ona danışanda Vüsal ondan tez-tez pul istəyib aldığını bildirdikdə o, da Günelə bildirib ki, onun etdirmək istədiyi təmir xərcləri ona vəd olunandan artıq olacaqdır. 2022-ci ildən Təqsirləndirilən şəxs tanıyır. Bir neçə dəfə "İnstagram" sosial şəbəkəsində "Brend Təmir Tikinti" səhifəsini və elanlarını görmüşdür. Təqsirləndirilən şəxs təmir işləri məqsədilə onu göndərdiyi mənzillərdə bir neçə gün işləsə də, lakin işlər başa çatmamış o, Vüsalın təlimatı ilə başqa yerə başqa mənzilə göndərilmişdir. Bakı şəhərində yerləşən həmin mənzillərdə işlədiyi mənzil sahibi tələsmədiyi başqa müştəri tələsdiyini bildirib başqa ünvana göndərmişdir. Zərərçəkmiş şəxsanın mənzilinin təmiri ilə bağlı Vüsal ona əvvəlcədən demişdir ki, divar kağızları dəyişdiriləcək, tavanda kosmetik işlər görüləcək, hamamın kafeli söküləcək yenilənəcək, döşəmənin üzərindən laminat vurulacaq, balkonda köhnə lambirinlər dəyişdiriləcək, lakin sonradan Günel hamamı tamamilə sökdürmüşdür. Mənzildə söküntü ilərinə görə əşyaları daşımaq kimi işlərin qarşılığında 1000 manat pulu Zərərçəkmiş şəxsa Vüsaldan pul istədiyi üçün onun kart hesabına göndərmişdir. Günel ilə Vüsal arasında narazılığa səbəb Günelin Vüsal vəd etdiyi qapı və divar kağızlarını almaması tikinti materiallarinı almaması və onu aldatmasını anlaması olmuşdur. Təqsirləndirilən şəxs həqiqətən tikinti və təmir işləri Şirkəti olmasını bilməmiş, onun vətəndaşları təmir və tikinti adı ilə aldadaraq pullarını ələ keçirməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. 10 mart 2024-cü il tarixli “baxış və götürmə keçirilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X2 ünvan 2- də yerləşən yaşadığı mənzilə aid çıxarışının, habelə “Vüsal” adlı şəxsə pul göndərilməsinə dair ödəniş qəbzlərinin surətini və mənzilin əvvəlki şəkillərinə baxış və götürmə keçirilməsi qərara alınmışdır. 10 mart 2024-cü il tarixli “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, təqdim edilmiş ödəniş qəbzlərinə əsasən xx.xx.2023-cü il tarixdə saat 21:30-da 523915*****4439 saylı bank kartına 1000 Azn, xx.xx.2023-cü il tarixdə saat 14:19-da 523915*****4439 saylı bank kartına 5000 manat, xx.xx.2023-cü il tarixdə saat 10:01-də 523915*****4439 saylı bank kartına 5000 manat, xx.xx.2023-cü il tarixdə saat 22:15-də 409858*****7495 saylı bank kartına 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 12:41-də 676867******2723 saylı bank kartına 1000 manat pul Mingəçevir şəhərindən göndəriİmişdir. xx.xx.2024-cü il tarixli mənzilə baxış protokolundan görünür ki, Mingəçevir şəhər 20 Yanvar küçəsi ev 9, mənzil 28-də yerləşən Zərərçəkmiş şəxsanın yaşadığı mənzil iki otaqdan, hamamtualet otağından, mətbəx otağından və balkondan ibarətdir. Dəmir qapıdan daxil olduqda dəhliz yerləşir. Dəhlizin döşəmə hissəsi betona qədər sökülmüş, divarları sökülərək yenidən divar örtüyü çəkilmiş və üzəri yəni tavan hissə də ağ rəngli divar örtüyü ilə suvanılmışdır. Sol tərəfdə hamam-tualet otağı 3.2 kvadrat metr ölçülü olmaqla dəhlizlə birləşən divarları və kafel hissələri tamamilə sökülmüş dəhlizlə otaq arasında qırmızı rəngli kərpicdən istifadə olunmaqla divar hörülmüşdür. Daha sonra hamam-tualet otağına bitişik olan 7.5 m2 sahəsi olan mətbəx otağı yerləşir. Mətbəx otağının tavanı və döşəməsi sökülüb divarlarının örtüyü təzələnmiş bəzi hissələri ağ rəngli divar örtüyü ilə suvanmışdır. Daha sonra mətbəxdən açılan qapıdan balkona çıxdıqda ümumi sahəsi 8.1 kvadrat metr olan balkonun divar lambirinləri və pəncərə hissəsi ilə tamamilə sökülmüş tavan və döşəmə tamamilə sökülmüşdür. Daha sonra dəhlizə qayıdıb giriş qapıdan düz qarşıda sol tərəfdə 18.9 kvadrat metr sahəsi olan zal otağı yerləşir. Həmin otağın giriş qapısı, divarların örtüyü, tavanın suvağı və döşəmə betonadək sökülmüşdür. Həmin otağın giriş üçün nəzərdə tutulmuş yataq otağı ilə zal otağını ayırmaq məqsədilə əlavə dəhliz kimi nəzərdə tututaraq hündürlüyü 1.5 sm olan eni 1 metr olan qırmızı rəngli kərpicdən divar hörülmüşdür, otağın divarlarının bəzi hissəsi divarları ağ divar suvağı ilə suvanmışdır. Daha sonra həmin otaqda üz-üzə yəni dəhlizin sağ tərəfində yerləşən yataq otağı yerləşir. Ümumi sahəsi 19.1 kvadrat metr olan yataq otağında döşəmə betonadək tamamilə sökülmüş, divarlar sökülərək sonradan ağ rəngli divar örtüyü ilə suvanmışdır. Həmçinin həmin otağın elektrik xətləri yenisi ilə əvəzlənmişdir. Həmin otaqda təzə vəziyyətdə divar suvağı üçün istifadə olunan kisələrdə örtük materialları olması aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə aparılmamış təmir-tikinti və yenidənqurma işlərinin və mənzildə yerləşən tikinti materiallarının təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3195 manat məbləğində müəyyən olunmuşdur. 25 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş dir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri, Nəsimi rayon prokurorluğu tərəfindən tərtib edilmiş ittiham aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinə əlavə olunmuş məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-178.2.4-cü maddəsi ilə təqsirini tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən (3195 manat) ödəməsini CM-nin 59.1.14-cü maddəsinə, təqsirini qismən etiraf etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə məhkumluğunun olmamasını, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına təsiri (CM-58.3) təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 19 noyabr 2024-cü il tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət bücəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui istifadə edərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu səbəbdən məhkəmə, X6 tərəfindən verilmiş mülki iddianın maddi zərərlə bağlı hissəsi qismən təmin edilməli, yetirilmiş 14000 maddi ziyanın 3195 manat hissəsi ödənildiyindən, Təqsirləndirilən şəxs qalan 10805 manat məbləğində pul alınıb X5 verilməlidir. Məhkəmə mülki iddianın mənəvi zərərə görə pul tələbinə dair hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mülki iddiaçı iztirab və sarsıntı keçirmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, mülki iddiaçı mənəvi zərərə məruz qalmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun Qərarına əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008– ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, mülki cavabdehin maddi, əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, mülki iddianın mənəvi zərərlə bağlı hissəsi qismən təmin edilməklə 500 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Belə ki, mülki işə məhkəmədə baxılarkən iddiaçı tələb etdiyi məbləğdə mənəvi zərərə məruz qalmasına dair əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı “həbs” qətimkan tədbirinin seçildiyi 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilməsin. Mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilsin, 10805 (on min səkkiz yüz beş) manat maddi zərər, 500 (beş yüz) manat mənəvi zərər mülki cavabdeh Təqsirləndirilən şəxs tutuaraq iş üzrə mülki iddiaçı X5 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət bücəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar