Məhkəmə qərarları › İş №1(051)-34/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-34/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-34/2022 17.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 44/21№-li evin 12№-li mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində 08.03.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, 06.03.2021-ci il tarixdə saat 20 radələrində X7 ilə danışıb Elvin Əliyevin ona 10 (on) manata psixotrop maddə satacağı ilə bağlı razılaşdıqdan sonra həmin gün saat 21 radələrində X6 şəhərinin H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın yaxınlığındakı piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin yaxınlığında görüşüb 10 (on) manat məbləğdə pul verib Elvin Əliyevdən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,286 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini “Rothmans” markalı siqaret qutusunun içərisində satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospketində yerləşən “Mingəçevir şəhər Dram Teatrı”-nın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 22 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan tünd qırmızı rəngli gödəkcənin sol yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Elvin adlı şəxsi şəhər sakini kimi tanıyır. Tanışlarından Elvinin psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. 06 mart 2021-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı mənzildə tanışı Gültəkinlə birlikdə olarkən Elvinin istifadəsində olan mobil telefon nömrəsinə Whatsapp proqramı vasitəsi ilə öz istifadəmdə olan ***-***-**-** mobil telefon nömrəsində olan Watsapp proqramı vasitəsi ilə zəng edib əlaqə saxlayaraq Elvindən “şüşə” adlandırdıqları psixotrop maddə istəmişdir. Elvin də ona “şüşə” adlandırdıqları psixotrop maddə olduğunu və həmin maddənin 1 bükümünü ona 10 (on) manata sata biləcəyini bildirmişdir. O da Elvinlə razılaşmışdır.Bundan sonra Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» qarşısındakı yeraltı piyada keçidinin yaxınlığında görüşmək barədə razılaşmışlar. O, Gültəkinlə birlikdə yaşadığı mənzildən çıxıb Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» qarşısındakı piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin yaxınlığına getmişlər. Gültəkin ondan təxminən 5-6 metr aralıda dayanıb gözləmiş o, isə Elvinə yaxınlaşıb Elvinə 10 manat məbləğdə pul verib Elvindən 1 ədəd siqaretin gümüşü bükümündə «şüşə» adlandırdıqları psixotrop maddəni almışdır. Gültəkinin yanına qayıdaraq Gültəkinə Elvindən 1 ədəd bükümdə olan şüşə adlandırdıqları psixotrop maddəni aldığımı demişdir. Daha sonra Gültəkinlə birlikdə gəzərək Mingəçevir şəhərinin N.Nərimanov prospektində yerləşən “Mingəçevir şəhər Dram teatrı”-nın yaxınlığından keçərkən Elvindən aldığı 1 ədəd siqaretin gümüşü kağız bükümündə olan “şüşə” də əynində olan tünd qırmızı rəngli gödəkcənin sol yan cibində “Rothmans” markalı siqaret qutusunun içərisində olmuşdur. 06.03.2021-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Mingəçevir şəhər Dram Teatrı”-nın yaxınlığı ilə hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotikvasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki tünd qırmızı rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisində siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan “şüşə” adlandırdıqları psixotrop maddəni, 1 manat 80 qəpik məbləğdə pulu, sağ cibindən açarlar, əynimdəki qış idman geyiminin sağ cibindən iki ədəd alışqan, qara rəngli qış şalvarının sol yan cibindən xırda ölçülü iki ədəd lampanı çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin ağ rəngli, kəskin iyə malik, kristalk kütlə yəni psixotrop maddə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdə çəkisi 0,43 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin maddəni 06.03.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» qarşısındakı yeraltı piyada keçidinin yaxınlığında Elvin adlı tanışından 10 manata almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06.03.2021ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxsu saat 22 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən Mingəçevir şəhər Dram Teatrının yaxınlığı ilə bir nəfər qadınla birlikdə piyada hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. X8 Əliyevə narkotik vasitə və psixotrop maddə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdurki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, da əynindəki tünd qırmızı rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisində siqaretin gümüşü kağızına bükülmüş bükümdə içərisində olan psixotrop maddə metamfetamini, 1 manat 80 qəpik məbləğdə pulu, sağ cibindən açarları, əynindəki qış idman geyiminin sağ cibindən iki ədəd alışqanı, qara rəngli qış şalvarının sol yan cibindən xırda ölçülü iki ədəd lampanı çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qırmızı rəngli gödəkçənin sol yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən çıxarıb tədqim etdiyi 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisində şəffaf rəngli, kəskiniyli psixotrop maddəyə oxşar kristallik kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bir ədəd siqaretin gümüşü kağız bükümündə olan psixotrop maddəyə oxşarkütlə elektron tərəzidə çəkilmiş, gümüşü kağız bükümü ilə birlikdə ümumi çəkisi 0,43 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” yəni, psixotrop maddə olduğunu, həmin psixotrop maddəni 06.03.2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən Mərkəzi Bazarın qarşısındakı piyada keçidinin yaxınlığında əvvəllər tanıdığı Elvin adlı şəxsdən 10 (on) manata aldığını psixotrop maddələrdən istifadə etdiyi üçün “Rothmans” markalı siqaret qutusunun içərisində əynində olan tünd qırmızı rəngli gödəkcənin sol yan cibində gizlədərək saxladığını və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76№-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmış Elvin adlı şəxsin15.03.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6№-li evin 18№-li mənzilində qeydiyyatda olmaqla yaşayan X7 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifələrində işləyən Şahid2 və Şahid3 Eyvaz oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid4 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Belə ki, o, Mingəçevir şəhərinə gəldikdə Fəridin yaşadığı mənzildə qonaq olur. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bilir. Çünki, Fərid özü bu barədə ona məlumat vermişdir. 06.03.2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzildə qonaq olarkən Fərid tanışı Elvin adlı şəxslə öz istifadəsində olan mobil telefondakı “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq Elvindən “şüşə” adlandırdığı psixotrop maddə istəmişdir. Elvin də telefonda Fəridə həmin “şüşə” adlandırdıqları psixotrop maddəni 10 (on) manata sata biləcəyini, həmçinin Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» qarşısındakı piyadalar üçün yeraltı keçidin yaxınlığında görüşməyi təklif etmişdir. Bundan sonra Fəridlə o, yaşadıqları mənzildən çıxıb birlikdə Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısındakı piyadalar üçün yeraltı keçidin yaxınlığına getmişlər. Orada o, bir qədər aralıda dayanıb gözləmişdir. Fərid isə ondan təxminən 5-6 metr aralaşıb Elvin adlı şəxslə görüşüb geri qayıtmışdır. Fərid ona yaxınlaşaraq əlində olan siqaretin gümüşü kağız bükümün göstərib həmin bükümün içərisində “şüşə” adlandırdığı psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra Fərid Elvin adlı şəxsdən aldığı içərisində “şüşə” adlandırdığı psixotrop maddə olan siqaretin gümüşü kağız bükümünü əynində olan qırmızı rəngli gödəkcənin cibinə qoymuşdur. Fəridlə gəzərək birlikdə Mingəçevir şəhərinin N.Nərimanov prospektində yerləşən Mingəçevir şəhər Dram Teatrın yaxınlığından keçərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. X8 Əliyevin üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi bildirilmiş, Təqsirləndirilən şəxs də əynindəki tünd qırmızı rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisində siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan “şüşə” adlandırdığı psixotrop maddəni, 1 manat 80 qəpik məbləğdə pulu, sağ cibindən açarlar, əynindəki qış idman geyiminin sağ cibindən iki ədəd alışqan, qara rəngli qış şalvarının sol yan cibindən xırda ölçülü iki ədəd lampanı çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Cinayət işi materiallarında olan 06.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində, təmiz çəkisi 0,286 qram olan psixotrop maddə metamfetamin və 2 ədəd kiçik ölçülü lampa aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 07 mart 2021-ci il tarixli Protkoldan görünür ki, 07.03.2021-ci tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilərkən onun əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü ağ rəngli kağız bükümünə bükülmüş psixotrop maddə metamfetamin, 2 ədəd kiçik ölçülü lampa aşkar olunması, həmçinin baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini 06.03.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən piyadalar üçün yeraltı keçidin yaxınlığında tanışı Elvin adlı şəxsdən 10 manat məbləğdə pul verib almasını etiraf etməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07.03.2021-ci il tarixli,17/180 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...”sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,286 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27 ) daxil olan-metamfetamindir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20.09.2021-ci il tarixli, 1106 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,100 qram psixotrop maddə kütlələrindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,186 qram olan maddə psixotrop maddə mütamfetamin, 2 ədəd kiçik ölçülü lampa iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞnin maddi sübutların saxlanc otağına verilmişdir. İş materiallarında olan DİN BƏSİİ-nin 15.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 5 saylı MİS tərəfindən verilmiş 31 may 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Mingəçevir şəhəri M.Maqomayev prospekti 44/21 mənzil 12-də yaşayır. Yaşadığı müddət ərzində onun haqqında 5 saylı MİS-ə qonşular tərəfindən yazılı və şifahi surətdə şikayət daxil olmayıb. İş materiallarında olan cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Rəşad Əhmədovun 28.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan hazırki cinayət işi X4 və X5 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1, 234.4.2 və 234.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işindən ayrılmışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, 06.03.2021-ci il tarixdə saat 20 radələrində X7 ilə danışıb Elvin Əliyevin ona 10 (on) manata psixotrop maddə satacağı ilə bağlı razılaşdıqdan sonra həmin gün saat 21 radələrində X6 şəhərinin H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın yaxınlığındakı piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin yaxınlığında görüşüb 10 (on) manat məbləğdə pul verib Elvin Əliyevdən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,286 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini “Rothmans” markalı siqaret qutusunun içərisində satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospketində yerləşən “Mingəçevir şəhər Dram Teatrı”-nın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 22 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan tünd qırmızı rəngli gödəkcənin sol yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən dərhal azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 69 manat 10 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0,186 qram olan maddə psixotrop maddə mütamfetamin və 2 ədəd kiçik ölçülü lampa Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0,186 qram olan maddə psixotrop maddə mütamfetamin və 2 ədəd kiçik ölçülü lampa Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar