Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-35/2020 25.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Məhyəddin oğlu və müdafiəçi-Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nazərati altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24.10.2019-cu il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, Y.Mansurov küçəsi 1 saylı binanın, 1 saylı mənzilində qonaq otağında Zərərçəkmiş şəxs3 ilə hər ikisinin də Zərərçəkmiş şəxs2 ilə kişi-qadın münasibətlərində yaşamalarından irəli gələn şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs3 qol və alın nahiyəsinə vurub ona sağ saidin əzələ vətər və damarların kəsilməsi, sol əl barmağının və sol alın nahiyəsinin kəsilmiş yaraları xəsarəti yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa o, əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs2 ilə bir müddət əvvəl ayrılmaları və Zərərçəkmiş şəxs2 ondan polis şöbəsinə etdiyi şikayətlə bağlı aralarında yaranmış ədavətlə əlaqədar, hər ikisi 24 noyabr 2019-cu il tarixdə saat 11 radələrində x3 şöbəsinə gəldikdən sonra, ilk olaraq Zərərçəkmiş şəxs2, daha sonra isə o, həmin gün polis şöbəsində əməliyyat-istintaq qrupunun rəhbəri kimi cavabdeh olan polis əməkdaşı kimi şöbənin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Zərərçəkmiş şəxs1 Məhyəddin oğlunun inzibati binanın 3-cü mərtəbəsində yerləşən xidməti otağına dəvət olunduqdan sonra Zərərçəkmiş şəxs2 ondan şikayət etməsini bəhanə gətirərək, ilk olaraq onunla şəxsi münasibətlər zəminində başlamış, lakin sonradan x3 Şöbəsinin normal iş rejiminin pozulması ilə müşayiət olan və təxminən 10 dəqiqə ərzində davam edən, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizliklə ifadə edən hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətmiş, onu hədələyərək, üzərinə hücum çəkib vurmaq istəmiş, əməliyyat müvəkkili, Zərərçəkmiş şəxs1 onun qanunsuz hərəkətlərinin qarşısını almaq və nizam-intizama dəvət etmək istədikdə Zərərçəkmiş şəxs1 sinəsindən itələyib, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmiş, həmçinin hadisə yerinə olan polis əməkdaşı Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı x1 məhəl qoymadan, özünü onların fövqündə qoymaqla və polis şöbəsinin inzibati binasında olmasına baxmayaraq etdiyi hərəkətlərə görə məsuliyyətsiz qalacağına özündə əminlik yaratmaqla Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib yumruq zərbəsi ilə sifət nahiyəsinə vuraraq, ona burun sümüyünün yerdəyişməyən sınığı və sağ gözünün alt qapağında qançırın əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-ci ildə Naftalan rayonu N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmuşdur. 2016-ci ilin əvvəllərində mobil telefon vasitəsi ilə Pəri adlı qadın ilə tanış olmuşdur. Pəri adlı qadın ilə tanış olduqdan sonra Mingəçevir şəhəri, Natəvan küçəsində kirayədə Pəri adlı qadın ilə ər-arvad münasibəti yaşayırlarmış. Pəri adlı qadını əvvəlki həyat yoldaşından 2 azyaşlı övladı var imiş. Pəri ilə molla kəbini kəsdirmişlər. Pəri ilə 2 ay kirayədə yaşadıqdan sonra Mingəçevir şəhəri, Y.Mənsurov küçəsində ev satın almışlar. 2017-ci il tarixdə onun Pəri adlı qadından qız övladı dünyaya gəlmişdir. 2018-ci ilin sonlarında o, hərbi xidmətdən ərizə yazıb çıxmışdır. Hərbi hissədən işdən çıxdıqdan sonra Mingəçevir şəhərində gündəlik olaraq restoranlarda qulluqçu kimi işləyirmiş. Lakin maddi durumları yaxşı olmadığından o, Bakı şəhərinə işləmək üçün getmişdir. Bakı şəhərində gündəlik tikinti işlərində və restoranlarda işləyirmiş. O, Bakı şəhərində olarkən Pəriyə hər ayın ortaları pul göndərir və ayın sonunda Pəri ilə birgə yaşadıqları evə gəlirmiş. Lakin son zamanlar, yəni 2019-cu ilin yay aylarında o, Bakı şəhərində olan zaman Pəriyə mobil telefon ilə zəng vuran zaman Pərinin mobil telefonun mütamadi olaraq məşğul olduğunu görüb Pəridən kim ilə danışdığını soruşduqda Pəri ona bacısı və anası ilə danışdığını yalandan bəhanə edərək onu aldadırmış. O, Bakıda olan zaman son zamanlar Pəriyə pul göndərə bilmirmiş. Daha sonra o, Pəri ilə mobil telefon vasitəsi ilə danışan zaman Pəri ona aralarında hər şeyin bitdiyini və ondan ayrılmaq istədiyini demişdir. O, nə səbəbə ayrılmaq istədiyini soruşduquda Pəri onu artıq polisə verdiyini və bir daha ona zəng vurmamağını deyirmiş. Daha sonra ona tanımadığı nömrədən bir nəfər şəxs zəng edib, ona özünü adını bildirmədən polis kimi təqdim etmiş və Pərini narahat etməməyi deyirmiş. O, həmin şəxsdən adını və vəzifəsini soruşduqda həmin şəxs ona bu barədə heç bir söz deməmişdir. Bundan sonra o, Pəri ilə mübahisə edirmiş və Pəri ondan səbəbsiz olaraq ayrılmaq istədiyini deyirmiş. 2019-cu ilin oktyabr ayının əvvəllərində Pərinin nömrəsindən ona zəng gəlmişdir. O, zəngə cavab verdikdə Pərinin telefonundan tanımadığı kişi səsinin gəldiyi eşitmişdir. Həmin şəxsin kim olduğunu soruşduqda həmin şəxs ona Pəri ilə birlikdə yaşadığı şəxs olduğunu və bir daha ona Pəriyə zəng vurmamağı bildirmişdir. O isə Mingəçevir şəhərinə gələcəyini və nə baş verdiyini və onun kim olduğunu araşdıracağını bildirmişdir. Mingəçevir şəhərinə gələn kimi Pəri ilə birgə yaşadıqları Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi 1 saylı binada yerləşən 1 nömrəli mənzilə getmişdir. Mənzildə Pəri ilə mübahisə edib həmin şəxsin kim olduğunu soruşduqda Pəri əvvəlcə ona yalan danışsa da daha sonra həmin şəxsin onunla yalnız telefonla danışdığı şəxs olduğunu bildirmişdir. Bundan sonra evdə səs-küy yarandığından polis əməkdaşları onların yaşadıqları ünvana gəlmiş və o, səs-küy saldığına görə polis şöbəsinə aparılmışdır. Orada ona inzibati protokol tərtib olunduqdan sonra ona məhkəmənin qərarı ilə 5 gün müddətinə həbs verilmişdir. O, 5 gün Mingəçevir polis şöbəsində müvəqqəti saxlama yerində saxlandıqdan sonra çıxıb Mingəçevir şəhərində Mingopark adlı kafedə oturan zaman Pəri ona mesaj yazaraq evə gəlməyini istəmişdir. O, ordan durub yaşadıqları Mingəçevir şəhəri, Y.Mənsurov küçəsində yerləşən evinin qarşısına getmişdir. Orada Pəri və övladı ilə görüşmüş və Pəri ilə müəyyən qədər söhbət etdikdən sonra o, Pəriyə daha onunla bir evdə ayrı-ayrı otaqlarda qalacaqlarını və o, övladı 10 yaşına çatana qədər onunla birgə yaşayacağını bildirmişdir. Daha sonra o, Pəri və övladı ilə yaşadıqları Mingəçevir şəhəri, Y.Mənsurov 1 saylı binanın 1 saylı mənzilinə keçmişlər. Evdə qonaq otağında oturarkən təxminən yarım saat sonra qapı döyülmüş və Pərinin münasibət saxladığı Afər adlı şəxs evə daxil olmuşdur. Afər qonaq otağına keçən zaman ona nə səbəbdən bura gəldiyini və ona bir daha bura gəlməməyini bildirmişdir. Bu zaman Afər ilə onun arasında sözlə mübahisə yaranmışdır. Mübahisə yaranan zaman o, cibində bıçağı çıxardıb Afərə xəsarət yetirmişdir. Lakin Afərə tam olaraq hansı nahiyədən xəsarət yetirməyi xatırlamır. Daha sonra Afərin qolundan və alın hissəsindən qan axdığını görmüş və bundan sonra Afər qaçaraq digər otağa keçmiş. Həmin vaxt Afər onun tərəfindən vurulacağını zənn etmişdir. O və Pəri Afərə yaxınlaşıb onun qolundan axan qanı kəsmək istəyirlərmiş. Bunun üçün o, özünə məxsus çantada olan alt köynəyini çıxardıb Afərin qolunaa sıxmış və qanın qarşısını almaq üçün yataq otağında dolabdan rezini götürüb Afərin qolunu dirsək hissədən bağlamışdır. O, Afərin qanını çox axdığını görüb Afərə onu xəstəxanaya aparmaq üçün taksi çağırmaq üçün getdiyini və onu evdə gözləməsini bildirmişdir. O, evdən çıxanda bıçağı cibinə qoymuş və çıxıb evə yaxın olan yola çıxaraq yol kənarında dayanmış taksilərin birinə əyləşib təcili yaşadığı ünvana sürməyi, evdə olan ustanın alın hissəsinə şüşə düşdüyünü və onu təcili olaraq xəstəxanaya aparmaq lazım olduğunu demişdir.Taksi ilə binanın qarşısına gəlmiş və Afər taksinin arxa qapısını açıb əyləşmişdir. Onlar Afər ilə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına getmişlər. O, Afəri xəstəxanaya aparakən yolda taksinin pənəcərsindən Afərə xəsarət yertirdiyi bıçağı cibindən çıxardıb avtomobilin pənəcərəsindən atmış və bunu heç kim görməmişdir. Xəstəxanaya çatdıqda Afər ona çıxıb getməyini bildirmişdirdir. Afəri xəstəxanaya apardıqdan sonra çıxıb atası Əliyə zəng vurub başına gələnləri danışmışdır. Atası isə təcili olaraq yaşadıqları Yevlax rayonu, Qaramanlı kəndinə gəlməyini bildirmişdir. O, Yevlax rayonu, Qaramanlı kəndində olan evlərinə gedib atası ilə söhbət edtikdən sonra təslim olmaq üçün Mingəçevir ŞPŞ-yə gəlmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, 24.11.2019-cu il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 ilə birgə nikahlarından olan övladlarını görmək üçün Pərinin yaşadığı Y.Mansurov küçəsi, ev 1, mənzil 1 ünvanına gedərək qapını döymüşdür. Pəri qapını açmış və gəlmək səbəbini soruşduqda qızını görməyə gəldiyini bildirmişdir. Pəri ona onunla Afərin arasında olan məsələyə görə onu Mingəçevir ŞPŞ-yə çağırdıqlarını bildirərək polis şöbəsinə getmək istədiyini və onunla birlikdə polis şöbəsinə getməyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 ilə birlikdə polis şöbəsinə getmişdir. Pəri şöbəyə daxil olmuş, o isə şöbədən çöldə Pərini gözləmişdir, bir müddət sonra Pəri çölə çıxaraq onu da içəri çağırmışdır. Onlar birlikdə 3-cü mərtəbəyə qalxmış və orada polis əməkdaşı Zərərçəkmiş şəxs1 otağında olarkən Pəri guya onun 24.11.2019-cu il tarixdə saat 11 radələrində evinə gələrək Pərini narahat etdiyini bildirmişdir. O, Pərinin onu aldadaraq polis şöbəsinə gətirdiyi və ondan haqsız olaraq şikayət etdiyi üçün əsəbiləşərək Pəriyə nalayiq ifadələr işlədərək polis əməkdaşı Zərərçəkmiş şəxs1 xidməti otağında ona mane olmaması üçün Zərərçəkmiş şəxs1 sinəsində itələyərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb qəflətən əli ilə sifət nahiyəsindən bir dəfə qəsdən zərbə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 burun nahiyəsindən qan axmağa başlamışdır. Bu zaman polis əməkdaşı Zərərçəkmiş şəxs1 arxadan əlləri ilə onu tutaraq Pəridən uzaqlaşdırmışdır. Sonra isə Pəri ərizə yazmaq üçün otağı tərk etmişdir. Zərərçəkmiş şəxs3 bıçaqla vurmaqda məqsədi onu öldürmək olmamış, vurduqdan sonra arxasınca getməkdə məqsədi isə ona tibbi yardım göstərmək olmuşdur. Həmçinin o, məhkəmə-tibbi ekpertizasının 613 nömrəli rəyindəki Zərərçəkmiş şəxs3 olan 3 xəsarətə cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 bir dəfə bıçaqla xəsarət yetirən zaman Afər əli ilə ozünü müdafiə edərkən onun sağ qoluna və alın nahiyəsinə bıçaq xəsarəti dəymişdir. O, Zərərçəkmiş şəxs1 xidməti otağında olarkən Zərərçəkmiş şəxs2 ilə mübahisə edərkən nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs1 sinəsindən itələdikdən sonra Zərərçəkmiş şəxs2 üz nahiyəsindən bir dəfə əli ilə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Məhyəddin oğlu ilə barışdığını və onlara dəymiş ziyanın ödənildiyini bildirərək barəsində olan cinayət işiüzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə icraataxitamverilməsini, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin isə sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş. 2018-ci ilin noyabr ayında mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. 2018-ci ilin noyabr ayından 2019-cu ilin may ayına kimi o, Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2019-cu ilin may ayında ilk dəfə Zərərçəkmiş şəxs2 ilə Mingəçevir şəhərində Zərərçəkmiş şəxs2 yaşadığı mənzildə görüşmüş və həmin tarixdən onlar qeyri rəsmi ər-arvad münasibətləri yaşayırlarmış. O, Tərtər rayonu N saylı hərbi hissədə işlədiyindən Mingəçevir şəhərinə Pərinin yaşadığı mənzilə həftə sonları gəlib-gedirmiş. Zərərçəkmiş şəxs2 3 övladı var imiş və həmin üç övladdan biri Vüqar adlı şəxsin övladı olmuşdur. Pəri ona Vüqardan ayrıldığını, lakin Vüqarın onunla əlaqə saxlamaq və barışmaq istədiyini bildirirmiş. Lakin o, daha sonra Pərinin onun barəsində Vüqara heç bir söz demədiyini başa düşmüş və Pərinin telefonundan Vüqarın mobil nömrəsini götürüb Vüqara zəng vurmuşdur. O, Vüqara özünü Pəri ilə ər-arvad münasibəti yaşayan şəxs kimi təqdim etmiş və Vüqara Pəridən uzaq durmasını bildirirmiş. Vüqar isə cavabında ona telefonda söyüşlər söyməyə başlamışdır. O, isə Vüqara telefonda söyüş söyməməyi və görüşüb bu məsələyə aydınlıq gətirməyi bildirib telefonu söndürmüşdür. Daha sonra o, həftə sonra Pəri ilə birgə Pərinin yaşadığı evdə olarkən Vüqarın dayanmadan Pərinin mobil telefonuna zəng etdiyini görüb cavab vermiş və Vüqara Pəridən uzaq durmasını deyib telefonu söndürmüşdür. Lakin Vüqar yenə də Pəridən əl çəkmirmiş. 2019-cu ilin sentyabr ayında Vüqar ona zəng vurub Pərini və özünün azyaşlı övladını götürüb Mingəçevir şəhəri sahil bağına gəlməyini və orada oturub söhbət etməyi demişdir. O, isə razılaşmışdır. Həmin günü o, Pəri və Vüqarın azyaşlı övladı Mingəçevir şəhəri Sahil bağında görüşmüşlər. Görüş zamanı Vüqar Pəridən kimlə birgə yaşamaq istədiyini soruşduqda Pəri Vüqara onunla birgə yaşamayacağını bildirsə də yenədə Vüqarla birgə yaşamaq istəmədiyini bildirmişdir. Vüqar isə bununla razışlamayaraq Pərinin onunla yaşamasını təkid edirmiş. Bu zaman onun ilə Vüqar arasında mübahisə yarandığından o, Vüqarın içkili olduğunu görüb oradan uzaqlaşmışdır. 2019-cu ilin oktyabr ayının ortalarında o, Tərtər rayonunda hərbi hissədə işdə olarkən Pəri ona zəng vurub Vüqarın evə basqın etdiyini bildirmişdir. O, uzaqda olduğu üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub baş verənləri bildirmiş və Pərinin yaşadığı ünvana polis əməkdaşlarının getməsini xahiş etmişdir. Sonradan o, Pəri ilə danışarkən polis əməkdaşlarının Vüqarı gəlib polis şöbəsinə apardıqlarını, barəsində 5 gün müddətində inzibati həbs seçildiyini və x3 şöbəsinin inzibati binasında saxlanıldığını öyrənmişdir. 24 oktyabr 2019-cu il tarixdə işdən tez çıxdığı üçün Mingəçevir şəhərinə Pəri ilə yaşadığı mənzilə gəlmək üçün yola çıxmışdır. O, yolda olan zaman Pəriyə zəng vurub hal-əhval tutan zaman Pəri Vüqarın övladını görmək üçün gəldiyini və evdə olduğunu bildirmişdir. O, Mingəçevir şəhərinə gəlib dərhal Pərinin yaşadığı mənzilə gəlmişdir. Mənzilə daxil olduqdan sonra o, Vüqar və Pəri ilə görüşdükdən sonra onlar masada əyləşib aralarında olan məsələyə aydınlıq gətirməyi qərara gəlmişlər. O, Vüqara Pərinin onunla birgə yaşamaq istədiyi halda onun durub gedəcəyini bildirmişdir. Vüqar bu barədə Pəridən soruşduqda Pəri Vüqarla yox, onunla birgə yaşamaq istədiyini demişdir. Vüqar isə bundan qəzəblənmiş və bu zaman onların arasında sözlə mübahisə yaranmışdır. Vüqar dərhal ayağa qalxmış və o ayağa qalxan kimi əli ilə onun boğazından itələmişdir. Bundan sonra Vüqar sağ yan cibində kiçik bir bıçaq çıxartmış və onun üzərinə hücum çəkmək istəyərkən o, masanın başına fırlanmış, lakin Vüqar masanın üzərinə çıxıb qarşısını kəsmiş və bıçaqla onu vurmaq istəyərkən Pəri onları aralamaq üçün ortaya girmişdir. Lakin Vüqar yenədə əlində olan bıçaqla ona yuxarıdan aşağı istiqamətdə bıçaqla vurarkən o, sağ əlini üzünə tutmuş ki, bıçaq üzünə dəyməsin. Lakin bıçaq bu zaman onun sağ qolunun üst nahiyəsindən girmişdir. O, bundan sonra qaçıb yataq otağına girmiş, Vüqar arxasınca gəlib qapını açmaq istəyirmiş. Lakin o, qapını bağlayıb arxadan sıxmışdır. Bu zaman Vüqarın yanında olan Pəri Vüqardan bıçağı istəyən zaman Vüqar onun polisə zəng vurduğunu güman edib telefonunu almaq istəyirmiş. Pəri isə Vüqara bıçağı verməyini qarşılığında isə ondan telefonunu alacağını bildirmişdir. Bundan sonra o, qapını açmış və Vüqar dərhal gəlib onun qolunu parça ilə qanın kəsməsi üçün bağlamışdır. Daha sonra qolunu hamamda yumuş və Vüqar evdən çıxaraq gedib taksi çağıracağını, onu xəstəxanaya aparacağını demişdir. Bir neçə dəqiqə sonra Vüqar binanın qarşısına taksi ilə gəlmiş və onu taksiyə əyləşdirib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Barışdıqlarına görə təqsirləndirilən şəxsin barəsində olan cinayətişiüzrə icraata xitam verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qızı məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olaraq həmin vaxtdan 2019-cu ilin mart ayınadək qeyri-rəsmi olaraq ona məxsus olan evdə yaşamışlar. Vüqarla birgə nikahdan 2017-ci il təvəllüdlü bir qız övladları vardır. Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisələrə görə 2019-cu ilin mart ayında ayrılmışlar. 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs3la tanış olmuş, həmin vaxtdan Afərlə ona məxsus evdə qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. 24.10.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında olan mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 bıçaqla qəsdən bədən xəsarəti yetirmişdir. Həmin vaxdan etibarən Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək onu narahat edir, yenidən barışmağı ona təklif edirmiş. Lakin hər dəfəsində Vüqarın təklifini rədd etmiş, sonuncu dəfə 24.11.2019-cu il tarixdə saat 10 radələrində çölə çıxmaq üçün qapını açdıqda Təqsirləndirilən şəxs qapının ağzında olmasını görmüşdür. Vüqar azyaşlı övladını görmək üçün evə girmək istədiyini bildirmişdir.Vüqar evə girdikdən sonra həmin vaxt evdə olan Zərərçəkmiş şəxs3la mübahisə etməyə başlamışdır. O, Vüqarı evdən çölə çıxartmış və yalandan Vüqara, Afərə bıçaqla xəsarət yetirdiyinə görə onu Mingəçevir ŞPŞ-yə çağırdıqlarını bildirmişdir. Vüqar onunla getmək istədiyini bildirmiş və onlar birlikdə Mingəçevir ŞPŞ-yə getmişlər. Polis şöbəsinə çatdıqdan sonra Vüqar şöbədə çöldə gözləmişdir. O, polis şöbəsinə daxil olub növbətçi hissəyə şikayət etmək istədiyini bildirmişdir. Buna görə də onu polis əməkdaşı Zərərçəkmiş şəxs1 yanına yönləndirmişlər. O, Zərərçəkmiş şəxs1 üçüncü mərtəbədə yerləşən xidməti otağında olarkən Təqsirləndirilən şəxs evinə gəlib onu narahat etdiyini, Vüqarın polis şöbəsinin inzibati binasının yaxınlığında çöldə olduğunu bildirmiş və onları birlikdə qəbul etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 icazə verdikdən sonra o, polis şöbəsindən çölə çıxaraq Vüqarı polis şöbəsinə çağırdıqlarını bildirmiş və buna görə də Vüqar onunla birlikdə Zərərçəkmiş şəxs1 otağına getmişlər. Onlar hər ikisi otağa daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 girişdən solda masada əyləşmişdir. O isə girişdən sağda masada əyləşmişdir. Vüqar isə ayaq üsdə qalmışdır. O, Zərərçəkmiş şəxs1 Vüqarın onu dəfələrlə narahat etməsini, onunla yaşamaq istəmədiyimi bildirmişdir. Bu zaman Vüqar polis şöbəsində başqa otaqlarda polis əməkdaşlarının olmasına məhəl qoymadan onun ünvanına nəlayiq ifadələri işlətməyə başlamışdır. O, Vüqardan sakit olmağını tələb etsə də Vüqar onun sözlərinə məhəl qoymayaraq onu söyməkdə davam etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 ayaq üstə qalxıb Vüqara polis şöbəsində olduğunu, hərəkətləri ilə polisin normal iş rejimini pozduğunu bildirib, sakitləşməyini tələb etmişdir. Lakin Vüqar onun və polis əməkdaşı Zərərçəkmiş şəxs1 haqlı tələb və iradlarına məhəl qoymadan, həddən artıq tərbiyəsiz davranış nümayiş etdirməklə onun ünvanına habelə ünvansız söyüşlər söyməyə davam edirmiş. Zərərçəkmiş şəxs1 Vüqarı sakitləşdirmək istədikcə, sonuncu daha da azğınlaşıb, qızışırmış. Getdikcə tam olaraq azğınlaşan Təqsirləndirilən şəxs onun üzərinə hücum çəkib onu vurmaq istəmiş həmçinin ondan və Zərərçəkmiş şəxs3 əl çəkməyəcəyini, hər ikisinin axırına çıxacağını deyib onu hədələməyə başlamılşdır. Bu vaxt polis əməkdaşı Zərərçəkmiş şəxs1 Vüqarı ondan uzaqlaşdırmaq istədikdə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməyə davam edərək Zərərçəkmiş şəxs1 sinəsindən əli ilə itələyib, onun üzərinə hücüm çəkərək gözlənilmədən sağ əli ilə sifət nahiyəsinə bir zərbə vurmuşdur. Nəticədə burun nahiyəsindən qan axmağa başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 Vüqarı arxadan əlləri ilə tutub ondan uzaqlaşdırmışdır. Həmin vaxt səs-küyə ətrafda olan tanımadığı başqa polis əməkdaşları gəlmiş və bundan sonra o, otağı tərk edərək Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Buundan əlavə 2019-cu ilin may ayında Afər adlı şəxslə tanış olmuş və Afərlə ər-arvad münasibətləri yaşayırlarmışdır. Vüqar isə onun Afərlə münasibətini bildiyi üçün aralarında tez-tez mübahisələr olur və Vüqar ona ondan 2 yaşlı qız övladı olduğu üçün Afərdən ayrılmağı və yenidən onunla barışıb münasibətləri bərpa etməyi deyirmiş. 24 oktyabr 2019-cu il tarixdə axam saatlarında Vüqar onun yaşadığı Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi 1 saylı binada yerləşən 1 nömrəli mənzilə gəlmişdir. Vüqar onun Afərlə 2019-cu ilin may ayından münasibətləri olduğunu bilirmiş. Vüqar Afərlə söhbət etmək istədiyini demişdir. Həmin günü axşam saat 18 radələrində Afər evə gəlmişdir. Afər evə gəldikdən sonra o, Afər və Vüqara evdə qonaq otağında olan masada əyləşib söhbət etməyə başladılar. Vüqar söhbət zamanı Afərə onun keçmiş həyat yoldaşı olduğunu, ondan 2 yaşlı qız övladının olduğunu və bu səbəbdəndə Afərə ondan ayrılıb çıxıb getməsini istəyirdi. Vüqar ona yenidən barışıb bir yerdə yaşamağı bildirsədə Afər ondan ayrılmayacağını və Vüqarın çıxıb getməsini istəyirmiş. Bundan sonra Afər Vüqara mənzildən kənarda söhbət etməyi təklif etsə də Afər Vüqara danışılası heç bir söz olmadığını bildirmişdir. Bundan sonra Vüqar və Afər arasında sözlə mübahisə yaranmış və Vüqar ayağa qalxıb cibində olan bıçağı çıxardaraq Afəri bıçaqla vurmuşdur. Afər qolundan xəsarət aldıqdan sonra qaçıb yataq otağına keçmiş və qapını bağlamışdır. Vüqar Afərin arxasınca getsə də qapı bağlı olmuşdur. O, Vüqarın qarşısına keçmiş və bıçağı ona verməsini istəmişdir. Bundan sonra Vüqar bıçağı cibinə qoymuş və Afər qapını açdıqdan sonra Vüqar Afəri hamama aparıb qolunu yuyub kömək üçün Mingəçevir şəhər Mərkəz Xəstəxansına aprmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Məhyəddin oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24.11.2019-cu il tarixdə saat 11 radələrində əməliyyatistintaq qrupunun rəhbəri olarkən ŞPŞ-nin inzibati binasının üçüncü mərtəbəsində yerləşən xidməti otağında olmuşdur. Həmin vaxt məsul növbətçi daxili telefonla ona zəng vuraraq Zərərçəkmiş şəxs2 şikayəti ilə əlaqədar sonuncunu qəbul etməyini bildirmişdir. DİO-nın müvafiq normativ-hüquqi aktlarına əsasən xidmətdə olan gün həmin növbətçi əməliyyat-istintaq qrupunun rəhbəri vətəndəşları müraciətləri ilə bağlı dinləməli və onlara yerində ilkin köməklik göstərməlidir. Bundan irəli gələrək o, Zərərçəkmiş şəxs2 qəbul etməyə razılıq vermiş və onun Mingəçevir ŞPŞ-dəki xidməti otağına daxil olmuşdur. Bir qədər sonra isə əməliyyat-istintaq qrupunda olan ŞPŞ-nin CAB-nin ə/müvəkili, polis baş leytenantı Şahid3 da otağa daxil olmuşdur. Zərərçəkmiş şəxs2 əvvəllər qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs gəlib onu narahat etdiyini, Vüqarın polis şöbəsindən çöldə olduğunu bildirmiş və onları birlikdə qəbul etməyini xahiş etmiş. O, icazə verdikdən sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs çağırmaq üçün otağı tərk etmiş və təxminən 5 dəqiqə sonra onlar birlikdə otağa daxil olmuşlar. Həmin vaxt o, girişdən solda masada əyləşmişdir. Zərərçəkmiş şəxs2 isə girişdən sağda masada əyləşmişdir. Vüqar isə ayaq üsdə qalmışdır. Pəri ona Vüqarın onu dəfələrlə narahat etməsini, Vüqarla yaşamaq istəmədiyini bildirmişdir. Bu zaman Vüqar polis şöbəsində digər otaqlarda polis əməkdaşlarının olmasına və onlara məhəl qoymadan Pərinin ünvanına nəlayiq ifadələri işlətməyə başlamışdır. Pəri ondan sakit olmağını tələb etsə də Vüqar Pərini söyməkdə davam edirmiş. Bu zaman o, ayaq üstə qalxıb Vüqara polis şöbəsində olduğunu xatıratmış, hərəkətləri ilə polisin normal iş rejimini pozduğunu bildirmiş, sakitləşməyini tələb etmişdir. Lakin Vüqar onun və Pərinin haqlı tələb və iradlarına məhəl qoymadan, həddən artıq tərbiyəsiz davranış nümayiş etdirməklə Pərinin ünvanına, habelə ünvansız söyüşlər söyməyə davam edirmiş. Bu zaman o, Vüqarı sakitləşdirmək istədikcə, Vüqar daha da azğınlaşıb, qızışırmış. Getdikcə tam olaraq azğınlaşan Təqsirləndirilən şəxs Pərinin üzərinə hücum çəkib vurmaq istəmiş, həmçinin Pəridən əl çəkməyəcəyini deyib hədələməyə başlamışdır. Bu vaxt o, Vüqarı Pəridən uzaqlaşdırmaq istədikdə Təqsirləndirilən şəxs Pərinin ünvanına nalayiq ifadələr işlətməyə davam edərək onu əli ilə sinəsindən itələmiş, Pərinin üzərinə hücüm çəkərək gözlənilmədən sağ əli ilə Pərinin sifət nahiyəsinə bir zərbə vurmuşdur. Nəticədə Pərinin burun nahiyəsindən qan axmağa başlamış və o, dərhal Vüqarı arxa tərəfdən əlləri ilə qucaqlayıb tutaraq Pəridən uzaqlaşdırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 otağı tərk edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də onun barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x2 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 24 oktyabr 2019cu il tarixdə axşam saat 18 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində dayanıb müştəri gözləyən zaman bir nəfər şəxs ona məxsus «VAZ 2106» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Mingəçevir şəhəri, Y.Mənsurov küçəsinə yaşadığı mənzilə sürməyini bildirmişdir. Yol gedən zaman həmin şəxs evdə usta işlədiyini və usta evdə şüşəni aynabəndə taxarkən ehtiyatsızlıqdan şüşənin əlindən düşməsi nəticəsində alın nahiyəsinin kəsildiyini bildirmişdir. Onlar həmin şəxsin yaşadığı binanın qarşısına çatan zaman həmin şəxsin usta dediyi şəxs onun avtomobilinin arxa qapısını açaraq avtomobilə əyləşmişdir. Daha sonra o, həmin iki nəfər şəxsi özünə məxsus avtomobil ilə Mingəçevir şəhər Mərkəzi Xəsətəxanasına aparmışdır. Xəstəxananın həyətinə daxil olan zaman qabaqda oturan şəxs avtomobili saxlamağı bildirmişdir. Daha sonra həmin şəxs ona 5 manat yol pulu vermiş, o isə həmin şəxsə 2 manat geri qaytarmışdır. Daha sonra o, özünə məxsus avtomobili ilə oradan çıxıb getmişdir.Təxminən yarım saat sonra oğlu ona zəng vurub bıçaqlanan şəxsi aparıb-aparmadığını soruşduqda o, oğluna baş verənləri danışmışdır. Oğlu isə ona polis şöbəsinə getmək lazım olduğunu bildirmiş və o dərhal polis şöbəsinə gəlmişdir. Şahid3 teleqram göndərərək ibtidai istintaq zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan olunaraq göstərilən hallar bir daha təstiq olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının 26.10.2019-cu il tarixli, 613 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ saidin əzələ, vətər və damarlarının kəsilməsi, sol əl barmağının və sol alın nahiyəsinin kəsilmiş yaraları, kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən 24.10.2019-cu il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı müvəqqəti pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.11.2019-cu il tarixli, 690 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - burun sümüyünün yerdəyişməyən sınığı və sağ gözünün alt qapağında qançır küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəllmiş, yetirilmə müddətləri qərarda göstərilən 24.11.2019-cu il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətdə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29.11.2019-cu il tarixli, 694 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Məhyəddin oğlunun məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmadı. İş materiallarına əlavə olunmuş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 24.10.2019-cu il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, Y.Mansurov küçəsi 1 saylı binanın, 1 saylı mənzilində qonaq otağında Zərərçəkmiş şəxs3 ilə hər ikisinin də Zərərçəkmiş şəxs2 ilə kişi-qadın münasibətlərində yaşamalarından irəli gələn şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs3 qol və alın nahiyəsinə vurub ona sağ saidin əzələ vətər və damarların kəsilməsi, sol əl barmağının və sol alın nahiyəsinin kəsilmiş yaraları xəsarəti yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa o, əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs2 ilə bir müddət əvvəl ayrılmaları və Zərərçəkmiş şəxs2 ondan polis şöbəsinə etdiyi şikayətlə bağlı aralarında yaranmış ədavətlə əlaqədar, hər ikisi 24 noyabr 2019-cu il tarixdə saat 11 radələrində x3 şöbəsinə gəldikdən sonra, ilk olaraq Zərərçəkmiş şəxs2, daha sonra isə o, həmin gün polis şöbəsində əməliyyat-istintaq qrupunun rəhbəri kimi cavabdeh olan polis əməkdaşı kimi şöbənin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Zərərçəkmiş şəxs1 Məhyəddin oğlunun inzibati binanın 3-cü mərtəbəsində yerləşən xidməti otağına dəvət olunduqdan sonra Zərərçəkmiş şəxs2 ondan şikayət etməsini bəhanə gətirərək, ilk olaraq onunla şəxsi münasibətlər zəminində başlamış, lakin sonradan x3 Şöbəsinin normal iş rejiminin pozulması ilə müşayiət olan və təxminən 10 dəqiqə ərzində davam edən, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizliklə ifadə edən hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətmiş, onu hədələyərək, üzərinə hücum çəkib vurmaq istəmiş, əməliyyat müvəkkili, Zərərçəkmiş şəxs1 onun qanunsuz hərəkətlərinin qarşısını almaq və nizamintizama dəvət etmək istədikdə Zərərçəkmiş şəxs1 sinəsindən itələyib, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmiş, həmçinin hadisə yerinə olan polis əməkdaşı Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı x1 məhəl qoymadan, özünü onların fövqündə qoymaqla və polis şöbəsinin inzibati binasında olmasına baxmayaraq etdiyi hərəkətlərə görə məsuliyyətsiz qalacağına özündə əminlik yaratmaqla Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib yumruq zərbəsi ilə sifət nahiyəsinə vuraraq, ona burun sümüyünün yerdəyişməyən sınığı və sağ gözünün alt qapağında qançırın əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakılıq hərəkətlər başa düşülməlidir. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir». İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirlibilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və dəymiş ziyanı tam olaraq ödəməsini cəzanıyüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2019-cu il tarixədək və 25 noyabr 2019-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək 4 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs 25 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2019-cu il tarixədək və 25 noyabr 2019-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində 4 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 252 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işiüzrəCM-nin 127.1-ci maddəsi ilə olan hissədə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2019-cu il tarixədək və 25 noyabr 2019-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində 4 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesabı ilə hesablanmaqla 8 (səkkiz) gün ona təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Yevlax rayonunun ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 252 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-35/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-35/2020
25.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver