Məhkəmə qərarları › İş №1(051)-35/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-35/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-35/2021 23.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi-vəkil Müdafiəçi2 və təqsirləndirilən şəxsin müdafiəçisi- Müdafiəçi1 iştirakı ilə, xx.xx.1986-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri Samux küçəsində fərdi yaşayış evində yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 qızma 3000 manat müqabilində əri Şahid1 hər ay 130 manat olmaqla sosial təqaüd düzəltməkdə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2019-cu ilin oktyabr ayının əvvəllərində qonşusu Şahid2 yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evində 1300 manat, 2019-cu ilin oktyabr ayının sonlarında Mingəçevir şəhəri, köhnə doğum evinin yaxınlığında 600 manat, 2019-cu ilin noyabr ayının əvvəllərində Şahid2nm vasitəsi ilə sonuncunun yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evində 300 manat, 2019-cu ilin dekabr ayinim əvvəlində Mingəçevir şəhəri, Mərkəzi Xəstəxanasının həyətində Şahid1 idarə etdiyi Mersedes markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 800 manat ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 qızma maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə X10ma 600 manat müqabilində sosial təqaüd düzəltməkdə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2019-cu ilin dekabr ayının əvvəllərində Şahid2 yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evində 150 manat, xx.xx.2020- ci il tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxansmın qarşısında X1 Elçin Mahir oğlunun vasitəsi ilə 200 manat, 2020-ci ilin mart ayının axırlarında İpek Hümmətovanın yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evinin qarşısında 100 manat, 2020-ci ilin mart ayının əvvəllərində İpek Hümmətovanın yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evinin qarşısında 100 manat, Şahid4 vasitəsi ilə Şahid2nm yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evinin qarşısında 50 manat ümumilikdə 600 (alıt yüz) manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs X10ma maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 830 manat müqabilində sosial təqaüd düzəltməkdə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2020-ci ilin mart ayının əvvəllərində özünün yaşadığı ünvan 3, mənzil 13 ünvanında atası Şahid5 vasitəsilə 400 manat, 2020-ci ilin mart ayının sonlarında özünün yaşadığı ünvanında Şahid5 vasitəsilə 400 manat, 2020-ci ilin aprel ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, məcburi köçkünlər üçün inşa edilmiş qaçqın qəsəbəsinin qarşısında 30 manat ümumilikdə 830 (səkkiz yüz otuz) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ilə Şahid2 vasitəsilə tanış olmuşdur.2019-cu ilin sentyabr ayında söhbət zamanı qonşusu Şahid2 özünə təqaüd düzəltmək istəməsi barədə məlumat verəndə ona kömək edəcəyini bildirmiş və bunun müqabilində ondan 600 manat istəmiş, Mahlıc həmin məbləğdə pulu olmadığına görə Rəqsanəyə 100 manat vermiş, qalan 500 manatı isə ona düzəldəcəyi təqaüddən çıxacağı barədə razılaşmışlar.Bundan təxminən bir neçə gün sonra Mahlıc qonşusu Zərərçəkmiş şəxs1 əri Pərvizə və anası Xətaiyə təqaüd düzəltmək istədiyini demiş və Mahirəyə kömək edə biləcəyini demişdir. 2019-cu ilin sentyabr ayında Mingəçevir şəhəri 3 savlı Qaçqın qəsəbəsində Mahlıcın yaşadığı evdə Mahirə ilə görüş, Mahirənin əri Pərvizə və anası Xətaiyə təqaüd düzətlmək üçün hər birinə görə 3000 (üç min) manat müqabilində razılaşmışlar. Mahirə həmin məbləğdə bütöv pulunun olmadığını ona görə əvvəlcə əri Pərvizə təqaüd düzəltmək üçün hissə-hissə 3000 manatı verəcəyini sonra isə anasının təqaüdü üçün lazım olan 3000 manatı verə biləcəyini demiş, Rəqsanə də razılaşmışdır. Rəqsanə Mahirədən 2019-cu il oktyabr ayının əvvəllərində Mingəçevir şəhəri 3 saylı qaçqın qəsəbəsində Mahlıcın yaşadığı evdə onun yanında 1300 (min üç yüz) manat, 2019-cu ilin oktyabr ayının sonlarında Mingəçevir şəhəri, X.Natavan küçəsində yerləşən köhnə doğum evinin yaxınlığında 600 (altı yüz) manat pul almışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində Mahirəyə zəng edərək Mahlıca 300 (üç yüz) manat pul Mahlıca verməsini, həmin pulu Mahlıcdan götürəcəyini demiş, həmin gün 300 manatı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsində Mahlıcın yaşadığı evdə Mahlıcdan götürmüşdür. 2019-cu ilin dekabr ayının əvvəllərində Mingəçevir şəhəri, Mərkəzi Xəstəxanasının həyətində Mahirənin əri Şahid1 idarə etdiyi Mercedes markalı avtomobildə Pərvizin və Mahlıcın yanında Mahirədən razılaşdığımız 3000(üç min) manat pulun qalan 800 (səkkiz yüz) manatını almışdır.Beləliklə, Rəqsanə ümumilikdə Zərərçəkmiş şəxs1 əri Pərvizə təqaüd düzəltmək məqsədilə 2019-cu ilin oktyabr ayından 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində 3000(üç min) manat almışdır.Həmin pulu isə öz ehtiyacları üçün xərcləmiş, pulu tələb etdikləri zaman bəhanələr gətirərək onlara pullarını qaytaracağını demişdir. Bundan başqa, 2019-cu ilin sentyabr ayında tanışı Mingəçevir şəhəri 3 saylı qaçqın qəsəbəsində yaşayan Şahid2nm vasitəsilə İpek Hümmətovanın bacısı Qərənfillə tanış olmuşdur. Belə ki, X5 tanışı olduğunu və onun əri Pərvizə təqaüd düzəltməyə kömək etməsi barədə qonşusu Qərənfil Hümbətovaya məlumat vermişdir.Rəqsanə Mingəçevir şəhər 3 saylı qaçqın qəsəbəsində Mahlıcın evində Qərənfil ilə görüşmüş və bacısı İpəyin maddi vəziyyəti yaxşı olmağına görə təqaüd düzəltməkdə ona kömək etməsini istəmiş, Rəqsanə də onunla razılaşmışdır.Təxminən 2019-cu ilin dekabr ayında Rəqsanə Mingəçevir şəhəri 3 saylı qaçqın qəsəbəsində Şahid2 yaşadığı evdə İpek Hümmətova ilə görüşmüş və 600 (altı yüz) manat müqbilində onun oğlu Polada həkim komissiyası üçün kömək edəcəyini bildirmişdir.2019-cu ilin dekabr ayının əvvəllərində Mingəçevir şəhəri. 3 saylı qaçqın qəsəbəsində Mahlıcın yaşadığı evdə Mahlıcın yanında İpekdən 200 manat pul. 2020-ci ilin yanvar ayının ortalarında Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsində İpəyin yaşadığı evin qarşısında İpekdən 150 manat, 2020-ci ilin mart ayının sonlarında Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsində İpəyin yaşadığı evin qarşısında İpekdən onun oğlu Elçinin yanında 250 manat almışdır.Bundan sonra Rəqsanə aldığı ümumilikdə 600 manat pulu öz ehtiyacları üçün xərcləmişdir.İpek pulunu tələb etdikdə pulunu qaytaracağı deyərək onları yubatmışdır. İpəyə hər həftə 50 manat verərək ondan aldığı 600 manatı qaytarmaq müqabilində razılaşmış, lakin İpəyə həmin həftə üçün 40 manat pul vermiş, İpek isə bununla razı olmamış, Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, 2020-ci ilin fevral ayında rəfiqəsi Yeganə vasitəsilə Elşad adlı şəxsi tanımışdır.Belə ki, Elşad Yeganənin AzQres qəsəbəsində yerləşən evində usta kimi çalışırmış və Rəqsanə Yeganəgilə qonaq gedəndə söhbət zamanı Elşada sosial təqaüd düzəlməkdə başqa şəxslərə kömək etməsi barədə məlumat vermişdir.Bundan bir neçə gün sonra Rəqsanə Yeganəgildə olan zaman Elşad onun Xəyyam adlı tanışının olduğunu və özünə sosial təqaüd düzəltmək istəməsi barədə Rəqsanəyə məlumat vermişdir.Rəqsanə də Xəyyama təqaüd düzəltməkdə kömək edə biləcəyini demiş və nömrəsini Elşada vermişdir.2020-ci ilin mart ayının əvvəllərində Xəyyam Rəqsanəyə zəng edərək sosial təqaüd düzəltmək barədə onunla danışmaq istədiyini demiş və Xəyyama sosial təqaüd düzəlməkdə kömək etməsinə görə 800 manat müqabilində razılaşmışlar. Razılaşmalarına görə, Xəyyam 2020-ci ilin aprel ayının sonuna qədər 260-300 manat arasında sosial təqaüd almalı idi.Həmin günün sabahı Rəqsanə Xəyyamı yaşadığı ünvan 1 mənzil 13 ünvanına çağırmışdır. Xəyyamın X11 yaşadığı ünvana gəlmiş və Xəyyamın atası olduğunu oğluna təqaüd düzəldən zaman onları aldadıb-aldatmayacağım haqqında soruşmuş və Rəqsanə onu razı saldıqdan sonra Adil Rəqsanəyə inanmış və Adil Rəqsanəyə yaşadığı evdə 400 manat. 2020-ci ilin mart ayının sonlarında Rəqsanənin yaşadığı evdə Adil qalan 400 manatı vermişdir.2020-ci ilin aprel ayının əvvəllərində Rəqsanə Xəyyama zəng edərək təqaüdün düzəldilməsində çətinlik yarandığını buna görə 30 manat lazım olduğunu demiş və Mingəçevir şəhəri, El.Əliyev prospektində yerləşən məcburi köçkünlər üçün inşa olunmuş qəsəbənin qarşısında Xəyyam Rəqsanəyə 30 manat pul vermişdir.X6 təqaüd düzəltmək adı ilə ondan ümumilikdə 830 manat pul almış, həmin pulu isə öz ehtiyacları üçün xərcləmişdir.Xəyyam və Adil ondan pullarını tələb etdikdə müxtəlif bəhanələr gətirərək pullarını qaytaracağını deyərək onları aldatmışdır. Bundan sonra onlar ərizə ilə polisə müraciət etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində isə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həqiqətən də göstərilən məbləğdə pulu almışdır. Lakin Zərərçəkmiş şəxs1 göstərilən məbləğdə deyil cəmi 2200 manat almışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 ona qarşı mülki iddia qaldırmışdır. Sözügedən iddianın yalnız 2200 manat maddi ziyan hissədə təmin edilməsinə etiraz etmir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında bacısı Qərənfil Hümmətovanın vasitəsilə tanımışdır.Belə ki, Zərərçəkmiş şəxs1 Şahid2 onu köhnə qonşusu Təqsirləndirilən şəxs ilə tanış etməsi, təqaüd düzəltməkdə ona kömək etməsi üçün Rəqsanəyə 3000 manat pul verməsi barədə Qərənfilə demişdir. İpəyin də maddi vəziyyəti yaxsı olmadığından təqaüd düzəltdirmək istəmiş, bu barədə məlumatı olan Qərənfil 2019-cu ilin dekabr ayında Mingəçevir şəhəri 3 saylı Qaçqın qəsəbəsində Mahlıcın yaşadığı evdə Rəqsanə ilə görüşmüş və təqaüd düzətməkdə kömək etməsi üçün onunla 3000 manat müqabilində razılaşmış, bu barədə İpəyə dedikdə o da razılıq vermişdir. 2019-cu ilin dekabr ayının əvvələrində Qərənfil İpəyə zəng edərək Rəqsanənin Mingəçevir şəhəri 3 saylı qaçqın qəsəbəsinə Şahid2 evinə gələcəyini demiş, və İpek də oğlu Elçinlə birgə Rəqsanə ilə görüşmək üçün 3 saylı Qaçqın qəsəbəsinə Mahlıcgilə getmişdir. İpek orada Mahlıcın. Mahirənin və Elçinin yanında Rəqsanəyə 150 (yüz əlli) manat pul vermiş, Rəqsanə bu pulun təqaüdlə bağlı iş açdırmaq üçün lazım olduğunu demişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Qərənfil İpəyə zəng edərək yenidən Rəqsanin 200 (iki yüz) manat pul tələb etdiyini demiş, 2020- ci il 14 yanvar tarixdə Elçinə Rəqsanəyə verməsi üçün 200 (iki yüz) manat pul vermiş, Elçin Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının qarşısında 200 (iki yüz) manatı Mahirənin yanında Rəqsanəyə vermişdir. Qərənfil İpəyə zəng edərək Rəqsanənin uşağının xəstə olduğu üçün 100 manat pul lazım olduğunu demiş, İpek də Rəqsanəyə 100 manat pulu verəcəyini və təqaüd üçün ona verməli olduğu puldan çıxmasını demişdir.Həmin 100 manat pulu İpek 2020-ci ilin mart ayının əwələrində Mingəçevir şəhər 3 saylı qaçqın qəsəbəsində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında Rəqsanəyə vermiş, bu zaman onların yanında heç kim olmamışdır.Təxminən 2020-ci ilin mart ayının sonlarında Rəqsanə İpəyə zəng edərək həkim komisyası üçün 150 (yüz əlli) manat pul lazım olduğunu və həmin pulu almaq üçün İpəyin yaşadığı Mingəçevir şəhər, 3 saylı qaçqın qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gələcəyini demişdir. İpek 100 manatı Rəqsanəyə verən zaman oğlu Elçin orda olmuşdur. Rəqsanə 100 manatın az olduğunu Qərənfilə zəng edərək bizə borc kimi 50 manat verməsi barədə razılaşdığını bildirmiş, Rəqsanə Elçindən 50 manatı gətirməsi üçün Qərənfilin evinə getməsini və həmin pulu Mahlıcın yaşadığı 3 saylı qaçqın qəsəbəsində yerləşən fərdi yaşayış evinə gətirməsini istəmiş, özü isə Mahlıcgilə getmişdir. Elçin 50 manatı Qərənfildən götürərək Mahlıcın yaşadığı evin qarşısında Rəqsanəyə vermişdir. Rəqsanə təqaüd düzəldilməsi üçün onun şəxsiyyət vəsiqəsinin surətini almış və növbədə çox adamın olduğunu növbə çatana qədər digər sənədləri də alacağını demişdir. Həmin təqaüdün düzəlməsi ilə bağlı olaraq əvvəlcə Mahlıc vasitəsilə maraqlanmış, o da işin düzələcəyini demişdir. X8 təqaüd düzəltmədiyini, Pərvizi aldatdığını bildikdən sonra Rəqsanənin onu da aldatdığına da əmin olmuşdur.İpek dəfələrlə Mahirə və əri Pərvizlə birgə Rəqsanənin kirayədə yaşadığı ünvan 2 mənzil 13 ünvanına gedərək ondan ya təqaüdü düzəltməsini, ya da ona verdiyi 600 manatı qaytarmasını tələb etmiş, Rəqsanə isə hər dəfə müxtəlif bəhanələr gətirək təqaüdün düzələcəyini deyərək onu aldatmışdır. 2020-ci il sentyabrın 4-də sonuncu dəfə hər həftə İpəyə 50 manat olmaqla aldığı 600 manatı ödəməsi barədə Rəqsanə ilə razılaşmış, lakin Rəıqsanə yenə də müxtəlif bəhanələr gətirərək onu aldatmış, sonuncu dəfə 30 manat pul göndərmiş, şikayətçi olmamasını istəmiş, İpek isə Rəqsanənin 600 manat pulu tam şəkildə qaytarmayacağını bildiyi üçün həmin pulu qəbul etməmiş və Mingəçevir şəhər polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Buna görə də onun barəsində qanuna müvafiq cəzanın təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Elşadın vasitəsilə tanımışdır.Belə ki, 2020-ci ilin mart ayının əvvəllərində söhbət zamanı Elşad Rəqsanə adlı şəxs ilə tanış olduğunu və sosial təqaüd düzəltməkdə bir neçə şəxsə kömək etməsi barədə eşitdiyini, Rəqsanənin Xəyyama da təqaüd düzəltməkdə kömək edə biləcəyini demişdir. Xəyyam əvvəlcə atası Şahid5 ilə məsləhətləşməli olduğumu demiş, bu barədə Adilə dedikdən sonra Rəqsanənin nömrəsini Elşaddan alaraq Rəqsanəyə zəng etmiş, sosial təqaüd düzəltmək üçün 800 (səkkiz yüz) manat müqabilində razılaşmışlar.Razılaşmalarına görə təqaüd 2020-ci ilin aprel ayının sonlarınadək düzəlməli imiş və Xəyyam hər ay 260-300 manat arasında sosial təqaüd almalı imiş. Həmin günün sabahı atası Adil ilə birgə Rəqsanənin yaşadığı ünvan 3, mənzil 13 ünvanına gəlmiş, atasına Rəqsanəyə verməsi üçün 400 manat pul vermişdir. X11 yaşadığı mənzilə getmiş, Xəyyam isə onu bayırda gözləmişdir.Adil bayıra çıxdıqdan sonra Rəqsanə ilə danışdıqlarını və ona verdiyi 400 manatı Rəqsanəyə verdiyini Xəyyama demişdir.Bundan təxminən 10 gün sonra 2020-ci ilin maret ayının sonlarında Rəqsanə Xəyyama zəng edərək 800 manatın qalan 400 manatını da verməsini istəmiş, Xəyyam da atası Adilə zəng edərək Rəqsanəyə verilməli olan 400 manatı aparıb Rəqsanəyə verməsini demişdir.Həmin gün atası Adil 400 manatı Rəqsanənin yaşadığı ünvan 3, mənzil 13 ünvanına aparıb Rəqsanəyə vermişdir. 2020-ci ilin aprel ayının əvvələrində Rəqsanə yenidən Xəyyama zəng edərək təqaüdün düzəldilməsi üçün çətinlik yarandığım ona görə də 30 manat lazım olduğunu demiş, həmin gün Xəyyam Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, məcburi köçkünlər üçün inşa edilmiş qəsəbənin qarşısında 30 manatı Rəqsanəyə vermişdir.Beləliklə, Xəyyam Rəqsanəyə təqaüd düzəlməkdə ona kömək etməsi üçün ümumilikdə 830 manat vermişdir. Dəfələrlə Rəqsanədən təqaüdü düzəltməsini, ya da ona vermiş olduğu 830 manatı qaytarmasını tələb etmiş, lakin Rəqsanə müxtəlif bəhanələr gətirərək, Xəyyamdan aldığı pulu geri qayatarmamış, ona görə də Xəyyam Rəqsanənin barəsində Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs Rəqsanə Musayev ona dəymiş ziyandan heç bir ödəniş etməmişdir. Buna görə də onun barəsində qanuna müvafiq cəzanın təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu Şahid2 vasitəsilə tanımışdır.Belə ki, Mahlıc qəsəbədə əvvəlcə onunla qonşu olmuş, sonradan Mahlıc ünvan 3 ünvanına, yəni Təqsirləndirilən şəxs yaşadığı binaya köçmüşdür.2019-cu ilin sentyabr ayında Mahlıc söhbət zamanı qonşusu Rəqsanənin ona təqaüd düzəltməkdə kömək etdiyini, bu yaxınlarda təqaüd kartını gətirib verəcəyini demişdir.Mahirə də əri Pərvizə, anası Xətaiyə təqaüd düzəltmək istədiyini demiş və Rəqsanənin ona da kömək etməsini istəmişdir.Bundan bir neçə gün sonra 2019-cu ilin sentyabr ayının sonlarında Mahlıcın yaşadığı Mingəçevir şəhəri 3 saylı qaçqın qəsəbəsində fərdi yaşayış evində Rəqsanə ilə görüşmüş, söhbət zamanı Rəqsanə Pərvizə və Xətaiyə təqaüd düzəltməkdə kömək edə biləcəyini və bunun müqabilində hər bir nəfərə görə 3000(üç min) manat verməli olduğunu demişdir. Əvvəlcə Pərvizə, sonra isə anasına təqaüd düzəltmək, həmçinin həmin məbləğdə bütöv pulum olmadığı üçün 3000(üç min) manatı hissə- hissə verməsi barədə Rəqsanə ilə razılaşmışdır.Həmin pulu Rəqsanəyə vermək üçün xx.xx.2019-cu il tarixdə “Bank Respublikadan” qardaşı Ümüdün adına kreditə 1335 (min üç yüz otuz beş) manat pul götürmüş, həmin pulun 1300(min üç yüz) manatını, həmçinin anası yaşadığı Şəki şəhərinin Bolludərə kənd sovetindən və ərinin adına Mingəçevir şəhərində yerləşən “Qaçqınkomdan” yaşayış yeri ilə bağlı arayış, onların şəxsiyyət vəsiqələrinin surətlərini, fotoşəkilləri hazırlamış və 2019-cu il oktyabr ayının əvvəllərində Mingəçevir şəhəri, 3 saylı Qaçqın qəsəbəsində Mahlıcın yaşadığı evdə onun yanında Rəqsanəyə vermişdir. 2019-cu il oktyabr ayının sonlarında Mingəçevir şəhəri, X.Natavan küçəsində yerləşən köhnə doğum evinin yaxınlığında Rəqsanəyə 600(altı yüz) manat pul vermişdir.2019-cu ilin noyabr ayının əvvəllərində Rəqsanə Mahirəyə zəng edərək Mahlıca 300(üç yüz) manat verməsini və özünün gəlib Mahlıcdan götürəcəyini demiş, Mahirə də 300 manat pulu Rəqsanəyə verməsi üçün Mahlıca vermiş, Mahlıc 300 manatı Mingəçevir şəhəri 3 saylı qaçqın qəsəbəsində yaşadığı evdə Rəqsanəyə verdiyini demişdir. 2019-cu il dekabr ayının əvvəllərində isə qalan 800(səkkiz yüz) manatı Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının həyətində Pərvizin idarə etdiyi “Mercedes” markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Pərvizin və Mahlıcın yanında Rəqsanəyə vermişdir.Beləliklə, 2019cu ilin oktyabr ayından 2019-cu ilin dekabr ayınadək hissə-hissə olmaqla Rəqsanəyə 3000 (üç min) manat pul vermişdir. 2020-ci ilin yanvar ayının əvəllərində Rəqsanə Pərvizlə bərabər “Kapital Banka” gedib onun adına kart götürmüşlər.Rəqsanə həmin kartı Pərvizdən götürdü, karta hər ay 130(yüz otuz) manat pul yüklənəcəyini, anasının təqaüdü üçün əlavə 3000(üç min) manat pul lazım olduğunu və həmin pul düzələnə qədər kartın onda qalacağını demişdir Rəqsanənin deməsinə görə 2020-ci ilin aprel-may ayına qədər Mahirənin anasının da təqaüdü düzəlməli idi, lakin, nə Pərvizin nə də anasının təqaüdü düzəlməmişdir.Dəfələrlə Rəqsanədən təqaüd kartını verməsini, ya da ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, lakin Rəqsanə müxtəlif bəhanələr gətirərək, ondan aldığı pulu geri qayatarmamışdır. Təqsirləndirilən şəxs Rəqsanə Musayev ona dəymiş ziyandan heç bir ödəniş etməmişdir. Buna görə də onun barəsində qanuna müvafiq ağır cəzanın təyin edilməsini və onun tərəfindən verilmiş mülki iddianın təmin olunaraq Təqsirləndirilən şəxs 5000 manat maddi, 10000 manat vəsaitin mənəvi ziyan kimi alınıb ona verilməsi barədə hökm çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi-vəkil Müdafiəçi2 zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun izahat verərək Rəqsanə Musayev barəsində qanuna müvafiq ağır cəzanın təyin edilməsini və onun tərəfindən verilmiş mülki iddianın təmin olunaraq Təqsirləndirilən şəxs 5000 manat maddi, 10000 manat vəsaitin mənəvi ziyan kimi və 400 (dörd yüz) manat məbləğində vəkil xərci alınıb ona verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadıdır. Mahirə Rəqsanəni qonşusu Şahid2 vasitəsilə tanımışdır.Belə ki. 2019-cu ilin sentyabr ayında Mahirə Mahlıcın köhnə qonşusu Rəqsanə vasitəsilə özünə təqaüd düzəltdiyini. Pərvizə və anasına da təqaüd düzəltməkdə kömək edə biləcəyini demişdir.Pərviz Rəqsanənin onları aldatıb- aldatmayacağı barədə soruşmuş, Mahirə də onları Mahlıcın tanış etdiyini ona görə də heç bir problemin olmayacağım, Mahlıcın yalan danışmayacağım demişdir.Bundan bir neçə gün sonra 2019cu il sentyabr ayının sonlarında Mahirə Rəqsanə ilə görüşüb söhbət etmiş, Pərvizə və anasına təqaüd düzəltmək üçün hər birinə görə 3000 (üç min) manat pul istədiyini demişdir. Pərviz də onunla razılaşdıqdan sonra Mahirə Rəqsanəyə verməsi üçün Pərvizin və anasının şəxsiyyət vəsiqəsinin surətlərini, fotoşəkillərini və yaşayış yerindən arayışları toplamış, xx.xx.2019-cu il tarixdə qaynı Ümüdün adma “Bank Respublikadan” kreditə 1335 (min üç yüz) manat pul götürmüş və onun 1300 (min üç yüz) manatını sənədlərlə birgə Mahirə 2019-cu ilin oktyabr ayının əvvəllərində Mingəçevir şəhəri 3 saylı Qaçqın qəsəbəsində Mahlıcın evində Rəqsanəyə vermişdir.2019-cu ilin oktyabr ayının sonlarında Mahirə Mingəçevir şəhərində köhnə doğum evinin qarşısında 600 (altı yüz) manatı Rəqsanəyə vermiş, 2019-cu ilin noyabr ayının əvvəllərində isə 300(üç yüz) manatı Mahlıcın vasitəsilə Rəqsanəyə vermişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində qalıq 800 (səkkiz yüz) manatı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində Pərvizin və Mahlıcın yanında ona məxsus “Mercedes” markal ** FM *** dövlət qeydiyyat nişanlı avtomobildə Rəqsanəyə vermişdir.2020-ci il yanvar ayının əvvəllərində Rəqsanə Pərvizlə birlikdə “Kapital Banka” getdmiş orda Pərvizin adma kart sifariş vermiş və bir neçə gündən sonra həmin kartı götürmüşlər.Rəqsanənin deməsinə görə hər ay karta 130 (yüz otuz) manat pul köçməlimiş, lakin Rəqsanə kartı özü ilə götürmüş və qayınanası Xətainin təqaüdünün düzəlməsinə görə 3000 (üç min) manatın tamamlanmasına qədər kartın onda qalacağını demişdir.Rəqsanənin deməsinə görə qayınanasımın təqaüdü 2020-ci ilin aprelmay ayına kimi hazır olmalı idi.Lakin vaxt gəlib çatsa da qayınanasının təqaüdü düzəlməmiş, 2-3 ay gözləsələr də heç bir nəticə olmamışdır. Dəfələrlə Rəqsanədən təqüdü düzəltməsini, düzəlmirsə ona vermiş olduqları 3000 manatı qaytarmasını tələb etmiş, o isə müxtəlif bəhanələr gətirirərək pullarını geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zilfı qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun köhnə qonşusudur. Belə ki, onlar əvvəl 3 saylı Qaçqın qəsəbəsində qonşuluqda yaşamışlar. Sonradan o qəsəbədən ünvan 4 mənzil 22yə köçmüşdür. Onun köhnə tanışı Rəqsanə də həmin binada yaşayırmış. O, həmin binada yaşayan müddətdə Rəqsanə ilə görüşüb söhbət edən zaman özünə təqaüd düzəltmək istədiyini bildirmişdir. Rəqsanə də Mahlıca tanışlarının olduğunu və təqaüd düzəltməkdə ona kömək edə biləcəyini demişdir. Rəqsanə ona demişdir ki, təqaüd düzəltməyi müqabilində ondan 600 (altı yüz) manat pul alacaq, həmin 600 manat pulun 100 manatını əvvəl, qalan 500 (beş yüz) manatını isə ona təqaüd düzəldəcəyi kartdan götürəcəyini demişdir. Mahlıc da ona inanıb onun təklifi ilə razılaşmışdır. Bir neçə gündən sonra o, Rəqsanə ilə görüşən zaman 100 manat pulu ona vermişdir. Bir neçə gün keçdikdən sonra 2019-cu ilin sentyabr ayında o, Mahirə ilə görüşən zaman Mahirənin əri və anası üçün təqaüd düzəltmək istədiyini bildirmiş, o da Rəqsanə adlı tanışının olduğunu və Mahirəyə təqaüd düzəltməkdə köməklik edə biləcəyini demişdir. 2019-cu ilin oktyabr ayında Mingəçevir şəhəri 3 saylı Qaçqın qəsəbəsində onun evində Rəqsanə ilə Mahirə görüşmüşlər, söhbət zamanı Rəqsanə Mahirəyə anası Xətai və əri Pərvizə təqaüd düzəltmək üçün hər bir nəfərə görə 3000 (üç min) manat verəcəyini bildirmişdir. Mahirə də həmin məbləğdə bütöv pulu olmadığını demiş və razılaşmışlar ki, əvvəlcə əri Pərvizə sonra da anası Xətaiyə təqaüd düzəltsinlər. Rəqsanin istədiyi sənədləri Mahirə toplayıb 2019-cu ilin oktyabr ayında onun Mingəçevir şəhəri 3 saylı qaçqın qəsəbəsindəki evində onun yanında 1300 (min üç yüz) manat pulu Rəqsanəyə vermiş, 2019- cu ilin oktyabr ayının sonlarında X3 şəhərində köhnə doğum evinin qarşısında 600 manat verdiyini demiş, 300 (üç yüz) manat pulu X9 verməsi üçün vermiş, o da həmin pulu 2019-cu il noyabr ayının əvvəlində Mingəçevir şəhər 3 saylı Qaçqın qəsəbəsində yaşadığı evdə Rəqsanəyə vermişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının həyətində Mahirənin əri Pərvizin maşınında Mahirə Mahlıcın və Pərvizin yanında Rəqsanəyə 800 manat pulu vermişdir. Rəqsanə ümumilikdə Mahirədən 3000 (üç min) manat pulu alsa da, Mahirənin əri Pərvizə təqaüd düzəltmədiyinə görə aralarında narazılıq yaranmış, Mahlıc Rəqsanədən nə üçün tanışlarının işini çətinə saldığını soruşurmuş, Rəqsanə narahat olmamasını işin düzələcəyini demişdir. Rəqsanənin deməsinə görə 2020-ci ilin aprel-may ayına qədər Mahirənin anasının da təqüdü düzəlməli imiş. Lakin Mahirə təqaüdün düzəlmədiyini və Rəqsanənin onları aldatdığını ona demişdir. Bir neçə ay ərzində Mahirə dəfələrlə Rəqsanədən ona verdiyi pulu qaytarmasını tələb etsə də Rəqsanə müxtəlif bəhanələr gətirərək Mahirədən aldığı pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısıdır. Mahirə 2019-cu ilin sentyabr ayında əri Pərvizə və anası Xətaiyə təqaüd düzəltmək üçün Mingəçevir şəhərində Rəqsanə adlı tanış şəxs olduğunu, onun dəfələrlə başqa şəxslərə də təqaüd düzəltdiyini və bunun üçün hər biri üçün 3000(üç min) manat pul lazım olduğunu demiş, o da bacısı Mahirəyə Rəqsanənin etibarlı adam olub-olmaması, onları adladadıb-aldatmayacağı barədə suallar vermiş və Mahirə ona narahat olmamağmı Rəqsanənin başqa şəxslərə də təqaüd düzəltməsi barədə eşitdiyini demiş, Ümüd də anasına təqaüd düzəldilməsinə razılıq vermişdir. Anasına təqaüd düzəltmək üçün yaşadıqları Şəki rayonu, Bolludərə kənd sovetindən arayış, şəxsiyyət vəsiqəsinin surətini və fotoşəkillərini də Mahirəyə vermək üçün Mingəçevir şəhərinə gətirmişdir.Həmin pulu vermək üçün isə o məbləğdə pul olmadığı üçün kredit götürərək pulu ödəmək qararına gəlmişlər, ona görə də xx xxxxxxx 2019- cu il tarixdə aylıq 93 manat müqabilində Mingəçevir şəhərində yerləşən *‘Bank Respublikadan” Ümüd adma kreditə 1335 (min üç yüz otuz beş) manat pul götürmüşdür.3000 (üç min) manatın qalan hissəsini isə Mahirə özü hissə-hissə verəcəkmiş və əri Pərvizə təqaüd düzələndən sonra anası Xətaiyə təqaüd düzəldilməli imiş.Mahirə həmin pulu Rəqsanə adlı tanışına verəcəyini demiş Ümüd isə Şəki rayonuna getmişdir.Daha sonra Mahirə 3000(üç min) manat pulu tam şəkildə Rəqsanəyə verməsi barədə Ümüdə məlumat vermiş, bundan sonra Ümüd dəfələrlə Mahirəyə zəng edərək işin nə yerdə qaldığını təqaüdün nə zaman hazır olacağı barədə soruşurmuş, Mahirə isə Rəqsanənin əvvəlcə əri Pərvizə təqaüd düzəldəcəyini və təxminən 2020- ci ilin aprel-may aylarına qədər isə anasının təqaüdünün düzəldəcəyini və narahat olmamasını Ümüdə demişdir.Lakin 2020-ci ilin iyul ayına qədər təqaüd düzəlməmiş və Mahirə Rəqsanə adlı şəxsin onu aldatdığını hələ də Pərvizə təqaüd düzəltmədiyini və müxtəlif bəhanələr gətirdiyini demiş, daha sonra Mahirə Rəqsanənin təqaüdü düzəltmədiyini, dəfələrlə müraciə etmələrinə baxmayaraq Rəqsanəyə vermiş olduqları pulu qaytarmadığını və buna görə polisə ərizə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X7 onun anasıdır. 2019-cu ilin dekabr ayında anası İpek Təqsirləndirilən şəxs xalası Qərənfil Hümmətovanın vasitəsilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 Şahid2 onu köhnə qonşusu Təqsirləndirilən şəxs ilə tanış etməsi, təqaüd düzəltməkdə köməklik etməsi üçün Rəqsanəyə 3000 manat pul verməsi barədə Qərənfilə demişdir.Onların maddi vəziyyəti yaxşı olmadığından təqaüd düzəltdirmək istəmişlər və bu barədə məlumatı olan Qərənfil 2019-cu ilin dekabr ayının əvvəllərində Mingəçevir şəhəri 3 saylı Qaçqın qəsəbəsində Mahlıcın yaşadığı evdə Rəqsanə ilə görüşmüş və İpəyə təqaüd düzətməkdə kömək etməsi üçün onunla 3000 manat müqabilində razılaşmışlar və bu barədə İpəyə dedikdə o da razılıq vermişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Qərənfil İpəyə zəng edərək Rəqsanənin Mingəçevir şəhər 3 saylı Qaçqın qəsəbəsinə, Mahlıcın fərdi yaşayış evinə gələcəyini demiş, İpek və Elçin Rəqsanə ilə görüşmək üçün ora getmişlər.Onlar Mahlıcgilə çatanda Mahlıc, Mahlıcın qonşusu Mahirə və Rəqsanə orda olmuşlar.İpek Mahlıcın, Mahirənin və Elçinin yanında Rəqsanəyə 150 (yüz əlli) manat pul vermiş və Rəqsanə pulun təqaüdlə bağlı iş açdırmaq üçün lazım olduğunu demişdir.2020-ci ilin yanvar ayında Qərənfil zəng edərək yenidən Rəqsanin 200 pul tələb etdiyini demiş, 2020-ci il 14 yanvar tarixdə İpek Rəqsanəyə verməsi üçün Elçinə 200 (iki yüz) manat pul vermiş, həmin pulu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının qarşısında Rəqsanəyə verməsini demişdir. Elçin 200 (iki yüz) manatı Mahirənin yanında Rəqsanəyə vermişdir.2020-ci ilin mart ayının əvvəllərində Qərənfil zəng edərək Rəqsanənin uşağının xəstə olmasını, müalicəsi üçün 100 manat pul lazım olduğunu demiş, İpəyə Rəqsanəyə 100 manat pulu verməsini, 100 manatı Rəqsanəyə verməli olduğumuz 3000 manatdan çıxacağını demişdir. İpek Mingəçevir şəhəri 3 saylı Qaçqın qəsəbəsində yaşadığı evin qarşısında 100 manatı Rəqsanəyə vermişdir.2020-ci ilin mart ayının sonlarında Rəqsanə zəng edərək həkim komissiyası üçün 150 (yüz əlli) manat pul lazım olduğunu, pulu almaq üçün Mingəçevir şəhəri 3 saylı qaçqın qəsəbəsinə gələcəyini demişdir. Rəqsanə pulu aldıqdan sonra 100 manatın az olduğunu Qərənfilə zəng edərək onlara 50 manat borc pul verməsi barədə razılaşdığını bildirmişdir. X13 50 manat gətirməsi üçün Qərənfilin yanına getməsini, həmin pulu Mahlıcgilə gətirməsini demiş, özü isə Mahlıcgilə getmişdir. Elçin 50 manatı Qərənfildən götürərək Mahlıcın yaşadığı evin qarşısında Rəqsanəyə vermişdir.Rəqsanə İpekdən təqaüd düzəldilməsi üçün şəxsiyyət vəsiqəsinin surətini almış, növbədə çox adamın olduğunu növbə onlara çatana qədər digər sənədləri də alacağını demişdir. Elçin və İpek təqaüdün düzəlməsi ilə bağlı olaraq əvvəlcə Mahlıc vasitəsilə maraqlanmış, o da işin düzələcəyini demişdir.Lakin Pərvizin təqaüdünü düzəltmədiyini, onu aldatdığını bildikdən sonra Rəqsanənin onları aldatmasını başa düşmüşlər. İpek bir neçə dəfə qonşusu Mahirə və əri Pərvizlə birgə Rəqsanənin yaşadığı ünvana gedərək ondan ya təqaüdü düzəltməsini, ya da ona verdiyi 600 manat pulu qaytarmasını tələb etdikdə Rəqsanə müxtəlif bəhanələr gətirək onları aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət edən Zərərçəkmiş şəxs3 onun oğludur.2020-ci ilin mart ayının əvvəllərində evdə olduğu zaman oğlu Xəyyam evə gəlmiş və qohumları Elşadın sosial təqaüd düzəldən Rəqsanə adlı tanışının olduğunu və özünə təqaüd düzəltdirmək istədiyini demiş, Adil isə əvvəlcə həmin şəxsin onları aldadadıbaldatmayacağı barədə soruşmuş, Xəyyam isə Rəqsanənin başqa şəxslərə də təqaüd düzəltməkdə kömək etdiyini demiş, Adil də Rəqsanəyə zəng edib bu haqda danışmasını demişdir.Xəyyam Rəqsanəyə zəng edərək 2020-ci ilin aprel ayının sonlarında təqaüdün düzələcəyi, ayda 260-300 manat təqaüd alacağı və təqaüdün düzəldilməsi üçün 800 manat müqabilində razılaşmışdır.Həmin günün sabahı Adil Xəyyamla birgə Rəqsanənin yaşadığı ünvan 4 mənzil 13 ünvanına getmiş və Xəyyam Rəqsanəyə verməsi üçün Adilə 400 manat pul vemiş və Adili bayırda gözləyəcəyini demişdir. Adil həmin mənzilə daxil olmuş və təqaüdün düzəlməsi barədə Rəqsanə ilə ətraflı danışdıqdan sonra, ona inanmış və Xəyyamın ona vermiş olduğu 400 manatı Rəqsanəyə vermişdir.2020-ci ilin mart ayının sonlarında Xəyyam Adilə zəng edərək Rəqsanəyə verməli olduğu 400 manatı da aparıb ona verməsini demiş və Adil də 400 manatı Rəqsanənin yaşdığı ünüvanda ona vermişdir.Bundan sonra təqaüd düzəlməli imiş.Lakin bir müddət sonra 2020-ci ilin aprel ayının əvvəllərində oğlu Xəyyam evə gələndə təqaüdün düzəlməsi üçün Rəqsanəyə 30 manat verdiyini demişdir.Adil səbəbini soruşduqda Xəyyam Rəqsanənin ona zəng etməsini, təqaüdün düzəlməsində çətinliyin yarandığım və buna görə 30 manat lazım olduğunu dediyini bildirmiş, Adil də ona etiraz etməmişdir. Təqaüd 2020-ci ilin aprel ayının sonlarında düzəlməli olduğu halda düzəlməmiş, Adil və Xəyyam dəfələrlə Rəqsanəyə müraciət edərək təqaüdü düzəltməsini, düzəlmirsə onlardan aldığı pulu geri qaytarmasını ondan tələb etmişlər, lakin Rəqsanə hər dəfə müxtəlif bəhanələr gətirərək onların pulunu qaytarmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Arzu və xx.xx.2013-cü il təvəllüdlü Rəşad adlı iki nəfər uşaqları var. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 qızma 3000 manat müqabilində əri Şahid1 hər ay 130 manat olmaqla sosial təqaüd düzəltməkdə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2019-cu ilin oktyabr ayının əvvəllərində qonşusu Şahid2 yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evində 1300 manat, 2019-cu ilin oktyabr ayının sonlarında Mingəçevir şəhəri, köhnə doğum evinin yaxınlığında 600 manat, 2019-cu ilin noyabr ayının əvvəllərində Şahid2nm vasitəsi ilə sonuncunun yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evində 300 manat, 2019-cu ilin dekabr ayinim əvvəlində Mingəçevir şəhəri, Mərkəzi Xəstəxanasının həyətində Şahid1 idarə etdiyi Mersedes markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 800 manat ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 qızma maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə X10ma 600 manat müqabilində sosial təqaüd düzəltməkdə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2019-cu ilin dekabr ayının əvvəllərində Şahid2 yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evində 150 manat, xx.xx.2020- ci il tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxansmın qarşısında X1 Elçin Mahir oğlunun vasitəsi ilə 200 manat, 2020-ci ilin mart ayının axırlarında İpek Hümmətovanın yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evinin qarşısında 100 manat, 2020-ci ilin mart ayının əvvəllərində İpek Hümmətovanın yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evinin qarşısında 100 manat, Şahid4 vasitəsi ilə Şahid2nm yaşadığı Mingəçevir şəhəri, 3 saylı qaçqın qəsəbəsi fərdi yaşayış evinin qarşısında 50 manat ümumilikdə 600 (alıt yüz) manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs X10ma maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 830 manat müqabilində sosial təqaüd düzəltməkdə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2020-ci ilin mart ayının əvvəllərində özünün yaşadığı ünvan 3, mənzil 13 ünvanında atası Şahid5 vasitəsilə 400 manat, 2020-ci ilin mart ayının sonlarında özünün yaşadığı ünvanında Şahid5 vasitəsilə 400 manat, 2020-ci ilin aprel ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, məcburi köçkünlər üçün inşa edilmiş qaçqın qəsəbəsinin qarşısında 30 manat ümumilikdə 830 (səkkiz yüz otuz) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqların olmasını və dəymiş ziyanı qismən yəni 70 manat ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia qismən təmin edilməlidir. Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində maddi ziyan alınıb, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməli, mülki iddia Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində mənəvi ziyanın alınıb, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi hissəsində rədd edilməli və Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat məbləğində vəkil xərci alınıb, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməlidir. Zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası CPM-nin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən mülki qaydada iddia vermək hüquqları izah olunmalıdır. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X2 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində maddi ziyan alınıb, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddia Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində mənəvi ziyanın alınıb, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi hissəsində rədd edilsin. Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat məbləğində vəkil xərci alınıb, mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş şəxs X4 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası CPM-nin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən mülki qaydada iddia vermək hüquqları izah olunsun. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X2 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar