Məhkəmə qərarları › İş №1(051)-35/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-35/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-35/2022 12.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 445,45 qram olan narkotik vasitə qurudulmuş marixuanadan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,45 qram olan hissəsini üzərində gəzdirərək sağ ayağında olan corabın iç hissəsində gizlədib saxlayaraq daşımış, həmçinin həmin narkotik vasitə qurudulmuş marixuandan 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 435 qram hissəsini isə Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində “Qum Karxanaları”-na gedən yolun kənarında ağac kollarının arasında gizlədib saxlamış və 26.09.2021-ci il tarixdə Mingəçevir şəhər X4 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 56 saylı mağaznın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13Ne-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19:30-da üzərinə şəxsi axtarış keçirilərkən, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5,00 qram müəyyən edildiyi halda, onun sağ ayağındakı corabın iç hissəsindən 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 10.45 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin gizlədib saxladığı 1 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 435 qram olan qurudulmuş martixuana isə Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində “Qum Karxanaları” na gedən yolun kənarındakı ağac kollarının arasına həmin gün saat 20:00-da Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən oradan aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Yevlax rayonu ilə Mingəçevir şəhərinin sərhəd ərazisində yerləşən, Qum Karxanalarının yaxınlığına Kür çayının sahilinə balıq tutmaq üçün getmişdir. Həmin yerdə balıq tutan zaman kənarda narkotik tərkibli çətənə bitkilərinin bitdiyini görmüşdür. Özü də narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bitkidən bir qədər yığaraq ağac kollarının arasında yerə sərib qurutmuşdur. Daha sonra həmin əraziyə gedərək qurutduğu çətənə bitkisinin yarpaqlarını yığıb Mingəçevir şəhərinin Mingəçevir kəndi adlandırılan ərazisində Qum Karxanalarına gedən yolun kənarında ağac kollarının arasında gizlətmişdir. 26 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində narkotik vasitəni gizlətdiyi Mingəçevir şəhərinin Mingəçevir kəndi adlandırılan ərazisinə gedərək orada Qum Karxanalarına gedən yolun kənarında bitmiş ağac kollarının arasında gizlətdiyi narkotik vasitə marixuanadan bir qədərini özü istifadə etmək üçün 1 ədəd şəffaf rəngli sellofana yığıb sağ ayağında olan corabın iç hissəsində gizlətmişdir. 26.09.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ilə tanışı X9 ilə birlikdə piyada hərəkət edərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində ilk olaraq onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 qutu Aqro markalı siqaret qutusunu, 1 qutu kibriti, sol yan cidindən isə 1 ədəd Nokia 1202 model mobil telefonu könüllü şəkildə çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərimə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən, sağ ayağındakı corabın iç hissəsindən 1 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd şəffaf sellofan büküm açılıb baxıldıqda bükümdə olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, otabənzər kütlə, yəni narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və sellofan bükümü ilə birlikdə çəkisi 11,36 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq, həmin narkotik vasitəni 2021-ci ilin sentyabr ayının əvvələrində Mingəçevir şəhəri ilə Yevlax rayonunun sərhəd hissəsində yerləşən Qum Karxanalarının ətrafında yabanı halda bitmiş çətənə bitkisini yığıb qurudaraq əldə etdikdən sonra bir hissəsini gətirib Mingəçevir şəhərinin Mingəçevir kəndi adlandırılan ərazisində Qum Karxanalarına gedən yolun kənarında ağac kollarının aralığında, bir hissəini isə özü istifadə etmək məqsədi ilə üzərində gizlədərək saxladığımı bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini gizlətdiyi Mingəçevir şəhərinin Mingəçevir kəndi adlandırılan ərazisində yerləşən Qum Karxanalarına gedən yolun kənarına getmişlər. Orada ağac kollarının arasında 1 ədəd şəffaf sellofan bükümdə gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin sellofan büküm də açıb baxıldıq da içərisindəkinin yaşıl rəngli kəskin iyli ota bənzər kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçılarm yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və sellofan bükümü ilə birlikdə çəkisi 445 qram olmuşdur.Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri baxış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır, qardaşı Vətən müharibəsində şəhid olmuşdur. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26.09.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs tanışı X9 ilə birlikdə saat 19 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. X13 Mahmudova narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi bildirilmişdir. O, da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 qutu Aqro markalı siqaret qutusunu, 1 qutu kibriti, sol yan cidindən isə 1 ədəd Nokia 1202 model mobil telefonu könüllü şəkildə çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sağ ayağındakı corabın iç hissəsindən 1 ədəd şəffaf sellofan bükümü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan büküm digər iştirakçıların yanında açılarkən içərisində yaşıl rəngli, kəskin iyli ota bənzər narkotik vasitəyə oxşar kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş sellofan bükümü ilə birlikdə ümumi cəmi çəkisi 11,36 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 2021-ci ilin sentyabr ayının əvvələrində Mingəçevir şəhəri ilə Yevlax rayonunun sərhəd hissəsində yerləşən Qum Karxanalarının ətrafında yabanı halda bitmiş çətənə bitkisini yığıb qurudaraq əldə etdikdən sonra bir hissəsini aparıb Mingəçevir şəhərinin Mingəçevir kəndi adlandırılan ərazisində Qum Karxanalarına gedən yolun kənarında ağac kollarının aralığında, bir hissəsini isə özü istifadə etmək məqsədi ilə üzərində gizlədərək saxladığını bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri Cabar Mahmudovun üzərimə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini gizlətdiyi Mingəçevir şəhərinin Mingəçevir kəndi adlandırılan ərazisində yerləşən Qum Karxanalarına gedən yolun kənarına gedilmişdir. Orada Təqsirləndirilən şəxs ağac kollarının arasından 1 ədəd şəffaf sellofan bükümdə gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin sellofan büküm də açılıb baxıldıq da içərisindəkinin yaşıl rəngli kəskin iyli ota bənzər kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və sellofan bükümü ilə birlikdə çəkisi 445 qram olmuşdur. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 JNb-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmiş X2 üzərinə şəxsi axtarış keçirilmişdir. Seymur Bayramovun üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd içərisindəki pambığın üzərində və flakonun dibində narkotik vasitə heroin hissəcikləri olan şüşə flakon aşkar edilmişdir. Aşkar edilmiş şüşə flakon bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Daha sonra şəxsi axtarış keçirilərkən yazılmış protokol oxunmuş protokolun doğruluğuna o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 26 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun sağ ayağında olan corabın iç hissəsində gizlədərək saxladığı l(bir) ədəd şəffaf sellofan bükümünün içərisində ümumi təmiz çəkisi 10,45 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 26 sentyabr 2021-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində “Qum Karxanaları” na gedən yolun kənarındakı ağac kollarının arasına baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin ərazidə gizlədərək saxladığı l(bir) ədəd şəffaf sellofan paketin içərisində ümumi təmiz çəkisi 435 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 17/716 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-10,45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə “vət. Təqsirləndirilən şəxs....gizlətdiyi ağ sellofan torbada narkotik.... ” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi-435 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə və 01 (bir) ədəd ağ rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 445,45 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 445,35 qram. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2011-ci il tarixli 1380 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,10 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 445,35 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadrından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” əldə edib üzərində daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə çəkisi 445,45 qram olan narkotik vasitə qurudulmuş marixuanadan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,45 qram olan hissəsini üzərində gəzdirərək sağ ayağında olan corabın iç hissəsində gizlədib saxlayaraq daşımış, həmçinin həmin narkotik vasitə qurudulmuş marixuandan 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 435 qram hissəsini isə Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində “Qum Karxanaları”-na gedən yolun kənarındakı ağac kollarının arasında gizlətmək saxlamış və 26.09.2021-ci il tarixdə Mingəçevir şəhər X4 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 56 saylı mağaznın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13Ne-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19:30-da üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 10.45 qram olan narkotik vasitə qurudulmuş marixuana onun sağ ayağındakı corabın iç hissəsindən 1 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 435 qram olan qurudulmuş martixuana isə gizlədərək saxladığı Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində “Qum Karxanaları” na gedən yolun kənarındakı ağac kollarının arasına həmin gün saat 20:00-da Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən oradan aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da narkotik vasitə olan qurudulmuş marxuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, mərhum qardaşı X1 «Vətən Müharibəsi»ndə şəhid olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən 02 oktyabr 2021–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan AZE № 18838209 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 iyun 2012-ci il təvəllüdlü Şakir adlı uşağı vardır. Cinayət işinin materiallarında olan 003053 saylı vəsiqənin surətindən görünür ki, X10 şəhid ailə üzvü statusunu daşıyır. Cinayət işinin materiallarında olan olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X3 xx.xx.1977-ci il tarixdə, Təqsirləndirilən şəxs isə 02.04.1987-ci il tarixdə Mahmudov Aleksandr Şakiroviç ilə X6 birgə nikahından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamdən görünür ki, X3 08.11.2020-ci il tarixdə hərbi əməliyyatlar zamanı ölmüşdür. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri 8 saylı Mənzil İstismar Sahəsi tərəfindən 30 sentyabr 2021–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində 8 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 26 sentyabr 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş təmiz çəkisi - 445,45 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 445,35 qram olan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi - 445,45 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 445,35 qram olan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar