Məhkəmə qərarları › İş №1(051)-35/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-35/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-35/2023 18.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X10 Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir vəkil bürosunun vəkili X9, Zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 etibarnamə üzrə nümayəndəsi vəkil X3 iştirakı ilə, xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri H.Əliyev prospekti Yeni Qəsəbə ev 1, mənzil 28-də yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 42 nömrəli ünvanda yerləşən Şahid3 işlətdiyi qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına gedib, əvvəllər Vaqif Abdullayevə satdığı qızıl boyunbağını geri alarkən sonuncunun ona qaytardığı boyunbağının ona məxsus olan deyil, başqa boyunbağı olduğunu bildirib, bu zəmində Vaqif Abdullayevlə söz mübahisəsi edərkən qonşu mağazada geyim əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq mübahisənin böyüməsinin və dava-dalaşa çevrilməsinin qarşısını almaq məqsədilə müdaxilə edərək mübahisələrinə son qoymalarını xahiş etdikdə o, Zərərçəkmiş şəxs kobud formada “ə sən kimsən, get işinlə məşğul ol” sözlərini deyərək sonuncu ilə mübahisə etməyə başlamış, kobud cavabdan sonra Zərərçəkmiş şəxs susaraq öz mağazasına qayıtmasına baxmayaraq o, Zərərçəkmiş şəxs arxasınca gedib, sonuncunun mağazasına keçmiş, orada mağazanı yandıracağı və xəsarət yetirəcəyi ilə Zərərçəkmiş şəxs hədələmiş, yenə də Zərərçəkmiş şəxs onu sakitləşdirərək mağazadan çıxarıb yola salmağa çalışsa da, o, daha da azğınlaşaraq həmin vaxt ətrafda olan şəxslərdən Şahid3 Sadıq oğlu, Şahid1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin onları müşahidə etmələrinə baxmayaraq öz şəxsiyyətinin həmin və ətrafa toplaşan qeyri-müəyyən sayda şəxslərin və cəmiyyətin fövqündə qoyaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib, onlaraq qarşı laqeydlik və etinasızlıq nümayiş etdirərək, ümumi qəbul edilmiş birgəyaşayış və davranış qaydalarını, ətrafa toplaşan şəxslərin dincliyini pozub və nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs üzərinə hücum çəkmiş, onunla əlbəyaxa olmağa başlamış, təpiklə Zərərçəkmiş şəxs mağazasının qarşısına qoyulmuş piştaxtanı vurub aşırtmaqla, üzərindəki geyim əşyalarını və paltarları küçəyə dağıtmış, ətrafda olan şəxslərin müdaxiləsindən sonra Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zorakı hərəkətlərini müvəqqəti dayandırsa da, hirsi soyumadığı üçün ictimai qaydanın pozulması və cəmiyyətə qarşı hörmətsizliklə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirərək yaşadığı mənzilə gedib, naməlum mənbədən qanunsuz olaraq əldə etdiyi və evində saxladığı bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov təyinatlı soyuq silah hesab edilən bıçağı götürüb, yenidən Zərərçəkmiş şəxs işlətdiyi mağazanın qarşısına getmiş, Zərərçəkmiş şəxs yenidən yanına çağırdıqda Zərərçəkmiş şəxs qohumu Şahid5, Şahid2, Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan yoldan keçən şəxslər tərəfindən mübahisəni sonlandırmaq barədə ona olan təkidlərə məhəl qoymadan, Zərərçəkmiş şəxs yanına çağırmağa davam etmiş, sonuncu onun yanına gələrək bir daha mübahisələrinin səbəbsiz və yersiz olmasını diqqətinə çatdırıb, barışmağı təklif etmiş, lakin onun sakitləşmədiyini görən Zərərçəkmiş şəxs ondan ayrılmaq məqsədi ilə üzünü çevirib gedərkən, yenə də ətrafa toplaşan adları sadalanan, habelə şəxsiyyətləri istintaqa məlum olmayan sair şəxslərin gözləri qarşısında yaşadığı evdən göürdüyü və cibində qanunsuz gəzdirdiyi qeyd olunan soyuq silah hesab edilən bıçağı çıxardaraq, Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sol ayağından həmin bıçaqla zərbələr endirərək ona sol bud sümük üstlüyünün zədələnməsilə budun arxa yuxarı 1/3-nin deşilmiş kəsilmiş yarası (dərinliyi 15 sm olan), sol budun bayır orta 1/3-nin (dərinliyi 5-6 sm) yara, deşici-kəsici əşyanın (alətin) bıçağın təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığına az ağır zərər vurmaya aid iki xəsarət yetirməklə ictimai qaydanı kobud surətdən pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərlə və üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqdan istifadə etməklə xüsusilə qərəzli xuliqanlıq etmiş və qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavətləri düşmənçilikləri, yaxud hər hansı formada münasibətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, anası Şahid4 ilə birlikdə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən mərkəzi bazarın yaxınlığında yerləşən qızıl dükanına getmişlər. Həmin qızıl dükanını işlədən Vaqif adlı şəxsi əvvəllər tanımamışdır. Təxminən 15 gün əvvəl evdən bir ədəd anası Sədaqətə məxsus qızıl boyunbağını götürüb gətirib Vaqifin qızıl mağazasına 1390 manata satmışdır. Puluna da “Kontakt Home” mağazasından televizior, “Baku Elektronics” mağazasından kondisoner və mobil telefon almışdır. Lakin daha sonra həmin əşyaları evə gətirdikdə valideynləri razılaşmamışlar və həmin əşyaları geri qaytarıb əvəzinə qızılı geri almağı bildirmişlər. O, da aldığı həmin məişət əşyalarını geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində anası Sədaqət ilə birlikdə Vaqifin qızıl mağazasına getmişlər ki, ona 1390 manat müqabilində satmış olduğu qızıl boyunbağını geri qaytarıb alsınlar. Anası ilə birlikdə Vaqifin mağazasında olarkən Vaqif ona satılmış boyunbağını təqdim etdikdə, anası Sədaqət baxıb qızıl həmin qızıl olmamasını bildirmişdir. Bu zaman o, Vaqiflə aralarında razılaşaraq məsələni həll edəcəklərini anasına və Vaqifə bildirmişdir. Həmin vaxt Vaqifin mağazasının yanında mağaza işlədən adını sonradan bildiyi Zərərçəkmiş şəxs də həmin mağazaya gəlmişdir. Vaqif ilə onun arasında olan qızıl-alqı satqısına dair olan məsələyə qarışaraq və onu hədələyərək oradan çıxıb getməsini bildirmişdir. O, isə Marifin onunla mübahisəsinin səbəbini başa düşməyərək səbəbini soruşduqda Marif bildirib ki, qızıl mağazasının yanında dükan işlədir, mübahisə müştərilərə mane olur, buna görə də çıxıb getməyini demişdir. O, isə Marifi işi ilə məşğul olmasını bildirdikdə aralarında mübahisə yaranmışdır. O, anası Sədaqət ilə qızıl dükanından çölə çıxmışdır. Marif də qızıl dükanından çıxıb öz mağazasına getdikdə o, sakit tərzdə Marifin yanına gedib ki, onunla söhbət etsin və başa salsın ki, onunla qızıl satan Vaqifin məsələsinə qarışmasın. Marifi mağazasından çölə çıxartmış, bu zaman Marifin mağazasının qarşısında mübahisələri yaranmışdır. Mübahisə zamanı Marif ona təpik atmış və sağ ayağından vurmuşdur. Təpik yumruqla onun müxtəlif nayihəsindən vurmuşdur. Həmçinin anası Sədaqətə də Marif əli ilə vurmuşdur. O, da Marifə deyib ki, “səni bıçaqla vuraram ağıllı ol”, bu zaman Marif ona vurmayanın ünvanına söyüş söymüşdür. Həmin vaxt anası Sədaqət də orada olmuşdur. Marif də mağazasına girib çıxır əlində də ağac parçası olmuşdur. O, yaxınlaşanda Marif yenə aşağılayıcı sözlər deyib arxasını çevirən zaman ona arxadan yaxınlaşıb və iki dəfə sol ayağının bud nayihəsindən vuraraq xəsarət yetirmişdir. Daha sonra polis şöbəsinə gəlmiş və gəlməzdən əvvəl də bıçağı da davadalaş olan yerə atıb gəlmişdir. dava-dalaş zamanı ətrafda tanımadığı çoxlu insanlar olsa da onlar münaqişəni müşahidə etsələr də lakin müdaxilə etməmişdirlər. Zərərçəkmiş şəxs bıçaqla vurmazdan əvvəl münaqişənin gedişatında ətrafda olan şəxslərin münaqişəni seyr etməsini görmüş və o, bıçaqla Marifi vurarkən də həmin şəxslərin gözü qarşısında vurmuşdur. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmayıb, ona görə də Marifə bıçaqla vurmaqda məqsədi ona xəsarət yetirmək olmuşdur. Zərərçəkmiş şəxs onu Vaqifin qızıl mağazasında nalayiq formada söyüb təhqir etməmiş lakin onunla acı formada danışmışdır. Mübahisə də ona görə başlamışdır. Qızılı almaq məqsədilə Vaqifə pulu vermiş olsalar da lakin qızıl alınıb-alınmamasını həll etmədən Marifin işlədiyi mağazaya getmək də məqsədi Marifi başa salmaq olmuşdur. Marif onu söyüb təhqir etməmişdir, acı danışmışdır, buna görə də onun mağazasına söhbət etmək məqsədilə getmişdir. Zərərçəkmiş şəxs birinci mübahisə zamanı onu vurmuş olsa da lakin MTE-nin ekspert rəyində xəsarəti olmaması qeyd edilməsi ilə razı deyil. Zərərçəkmiş şəxs əl ilə anası Sədaqəti vurmuş olsa da lakin onun bədən səthində xəsarət əmələ gəlməmişdir. Ona görə də Şahid4 bədən səthində əl ilə vurmaya xarakterik xəsarət aşkar edilməmişdir. Lakin anası onların arasına girəndə Marif onu itələyib yıxmışdır. Zərərçəkmiş şəxs vurmaqla hədəlikdə o, vurmayanın ünvanına söyüş söymüşdür. Zərərçəkmiş şəxs dava vaxtı əlində taxta olmasa da lakin davadan əvvəl əlində taxta ilə onu gözləmişdir. Hazırda zərərçəkən şəxslə barışıq əldə etməsini nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ünvan 2 ünvanda yerləşən mağazada paltar satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Onun mağazasının yanında qızıl mağazası işlədən Vaqif adlı şəxsin yanına son bir neçə gün ərzində tanımadığı qadın və oğlu gəlib getmişdir. Hər dəfə gəlib-gedəndə Vaqif ilə mübahisə yaratmışlar. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində mağazada olarkən həmin qadın ilə oğlu yenə qızıl satan Vaqifin yanına gəlib onunla mübahisə etmişlər. Bu dəfə mübahisənin ucadan olması və uzanması, gənc oğlanın Vaqifin üzərinə qışqırması Vaqif isə səsinin gəlmədiyini eşidəndə narahat olmuş və xoşagəlməz hal ola biləcəyini zənn edib qızıl mağazasına getmişdir. Məqsədi orada sülh yaratmaq və sakitləşdirmək olmuşdur. Mağazaya girəndə görüb ki, oğlan Vaqifin üzərinə qışqıraraq ondan qızıl tələb edir. O isə dava-dalaş yaranmasın deyə əvvəlcə hamı ilə salamlaşmış və gülərüzlə həmin oğlana baxaraq mübahisənin lazımsız olmasını Vaqifin ondan yaşlı olmasını bildirib mübahisə etməmələrini xahiş etmişdir. Lakin həmin oğlan ona doğru dönərək “sən kimsən, get öz işinlə məşğul ol” demişdir. O isə yenə təbəssümlə ona xahiş edərək mübahisə nəyə lazımdır deyərək cavab vermişdir. Lakin görüb ki, həmin oğlan ona kobud formada cavab qaytarır, ona görə də qızıl mağazasından çıxmış və öz paltar mağazasına getmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra həmin şəxs onun mağazasına gəlmişdir. Yaxınlaşıb və mağazanın ona məxsus olub-olmamasını soruşmuşdur. Mağazanın özünə məxsus olmasını bildirdikdə həmin şəxs onun mağazasını yandıracağını bildirərək hədələmişdir. O isə aralarında mübahisələrinin olmamasını, anlaşılmazlıq olmasını və mehribanlaşmağı ona təklif etmişdir. Ona aralarında mübahisə üçün əsas olmamasını demiş və getməsinə çalışıb ki, hadisə olmasın. Daha sonra mehriban formada danışaraq qoluna girib və mehribançılıq yaratmağa çalışmışdır. Həmin şəxslə mehriban danışdığı üçün ondan qorxduğumu zənn edib onun mağazasını yandıracağı ilə həmçinin özünü hədələmişdir. Daha sonra onunla birlikdə mağazaın qarşısında söhbət edərkən birdaha çıxıb getməsini xahiş etmişdir. Bu zaman onun təkidi səbəbilə aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt ətrafdan keçən şəxslər dayanaraq onların mübahisəsinə baxdığı üçün o, Orxana çıxıb getməsini demişdir. Bu zaman Orxan təpiklə mağazanın qarşısında olan piştaxtaya təpiklə vuraraq üzərindəki paltarları yerə dağıtmışdır. Bu zaman mübahisələri yaranmışdır. Ətrafda mübahisəni seyr edən adamlar araya girib Orxanı sakitləşdirib aralaşdırmışlar. Orxan isə onu hədələyərək bildiribi ki, “gözlə burda gör neynəyəcəm səni”. Daha sonra çıxıb getmişdir. Həmin vaxt mağazanı yandıracağı ilə hədələdiyi üçün oradan getməmişdir ki, Orxan mağazanı doğrudan da yandırmağa çalışarsa ona mane ola bilsin. Təxminən 20- 25 dəqiqə sonra Orxan yenidən mağazanın qarşısına gəlmişdir. Orxanın əlində yanacaq məhsulu olmamasını görəndə istəyib ki, dava da olmaması üçün oradan uzaqlaşıb getsin. Lakin yenə də ehtiyyat edərək getməmişdir. Həmin vaxt mağazanın qarşısında əmisi oğlu Şahid5, yol keçərkən mübahisəni görüb dayanmış tanımadığı adamlar daha sonra özü Orxanla söhbət edərək başqa vaxt evinə qonaq gələrək çay içməyi mehriban olmağı söyləmişlər. Ətrafdan keçərkən dayanmış şəxslər də Orxana dava lazım olmamasını bildirmişlər. Orxan təkidlə onunla mübahisə yaratmaq və dalaşmaq istəməsini görüb oradan uzaqlaşmaq istəyib ki, onu görməsə bəlkə sakitləşib gedər. Bu məqsədlə üzünü çevirib geri dönmüş və mağazaya tərəf getməyə başlamışdır. Həmin vaxt Orxan ətrafdakılara məhəl qoymadan cibindən çıxartdığı bıçaqla onun arxası ilə gələrək sol ayağından bir neçə dəfə zərbə vurmuşdur. Bu zaman ətrafda olan şəxslər onların arasına girmişlər. Orxan isə “adamı belə edərlər bax” demişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. Hər gün çox sayda hər xasiyyətdə müştərilərlə işləyir. Heç kimlə indiyədək davası olmamışdır. Çünki insanları sülhlə yola salmağı bacarır. Lakin Orxan ona qarşı söymədiyi, sataşmadığı, dəfələrlə xahişlə mehriban olmağı mübahisə etməməyi dediyi halda hər hansı səbəb olmadan onu bıçaqla vurub xəsarət yetirmişdir. Orxanı söyməməsini, təhqir etməməsini orada olan şahidlər də təsdiq edə bilərlər. Şahid4 yıxmamış, onu vurmamış Orxan onunla mübahisəni israrla yaradıb mağazanın qarşısında olan piştaxtanı insanların gözləri qarşısında vurub dağıtmışdır, həmin vaxt yoldan keçən adamlar və Şahid4 Orxana mane olmaq üçün araya girmişlər. Ola bilsin ki, Şahid4 həmin vaxt yıxılmışdır. Lakin onu yıxmamış və yıxılmasını görməmişdir. Təqsirləndirilən şəxs isə təpiklə vurmamış. Ümumiyyətlə hər iki mübahisə zamanı Orxanı vurmamışdır. Bunu orada olan şahidlər də təsdiq edə bilərlər. Əgər Təqsirləndirilən şəxs onu bıçaqla vurmaqla hədəlmiş olsaydı onun ünvanına hədəni icra etməsi üçün söyüş söyməzdir. Çünki görmüşdür ki, Orxan hər hansı səsəb olmadan onunla mübahisə yaratmağa çalışır. Həmçinin daha sonra Orxan gələndə onun qarşısına getməzdir. Ümumiyyətlə Orxanla hər hansı dava-dalaş olmaması üçün əlindən gələni etmiş, özünün əlində ağac yaxud başqa hər hansı əşya olmamasını həm şahidlər həm də bıçaqlanma anının videogörüntüləri də təsdiq edir. Təqsirləndirilən şəxs onunla mübahisə etmək üçün ən kiçik də olsa səbəb də gətirə bilməz. Düşünür ki, həmin gün onunla mübahisə yaranmasaydı Orxan Vaqiflə həmin davanı yaradacaq, onunla baş tutmasaydı əmisi oğlu Məşallah onun qarşılayıb sülhlə danışmağa cəhd edərkən hesab edir ki, onun da hər hansı sözünü bəhanə gətirib onunla da dalaşacaqdı. Məhkəmə iclasında zərərçəkmiş şəxs eyni zamanda mülki iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi vəkil X6 bildirdi ki, müdafiə etdiyi şəxs X8 hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur və iddiadan imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sadıq oğlu ifadəsində göstərmişdir ki, ünvan 2 binada yerləşən mağazada qızıl satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs da həmin binada mağazada işlədir paltar satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs bu səbəbdən tanıyır. Onunla dalaşmış Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Lakin 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gələrək qızıl boyunbağı satdığını bildirmiş və 1390 manat müqabilində onunla razılaşıb ondan qızıl boyunbağını satın almışdır. Lakin daha sonra Təqsirləndirilən şəxs anası mağazaya gəlib bildirib ki, Orxan evdən razılıq olmadan evin qızıl əşyasını satmışdır, ona görə də həmin boyunbağının pulunu ödəyəcəyini və geri alacağını bildirib qızılı başqa şəxsə satmamağı xahiş etmişdir. O da həmin qadının xahişini nəzərə alıb qızıl boyunbağını satmamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində mağazada olarkən Təqsirləndirilən şəxs və anası mağazaya gəlmişlər. 1390 manat pul təqdim edərək qızıl boyunbağını qaytarmasını bildirmişlər. O, da qızıl boyunbağını çıxarıb təqdim etmişdir. Həmin boyunbağını satın alarkən fotoşəklini çəkmiş və eynilə həmin qızıl boyunbağını onlara təqdim etmişdir. Bu zaman Orxananın anası qızıl boyunbağının onunki olmamasını bildirib etiraz etmişdir. Bu məzmunda aralarında narazılıq yaranmağa başlamışdır. Narazılıq zamanı Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Orxanın səs-küyünü eşidən Zərərçəkmiş şəxs onun mağazasına gəlmiş və Orxana mübahisə etməməsini xahiş etmişdir. Daha sonra Orxan ona kobud formada cavab qaytardıqda Marif mağazadan çıxıb öz mağazasına getmişdir. Bundan sonra Orxan da onun arxasınca getmişdir. Bir neçə dəqiqə sonra səs-küy gəlməsini eşidib çölə çıxanda görüb ki, Orxan ilə Marif mübahisə edir, həmin vaxt Orxan təpiklə piştaxtanı vurub dağıtmışdır. Bundan sonra mübahisə dərinləşməməsi üçün ətrafdan keçənlər və o, onlara yaxınlaşıb Orxanı sakitləşdirib getməsini xahiş etmişlər. Daha sonra Orxan çıxıb getmişdir. O özü də mağazanı bağlayıb getmişdir. Həmin gün axşam saatlarında öyrənib ki, Orxan yenidən gələrək mağazanın qarşısında küçədə Marifi bıçaqla vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs Orxanın onunla mübahisəni sakitləşdirmək və sülh yaratmaq məqsədi ilə mağazaya gəlmişdir. İlk olaraq da salamlaşıb Orxandan mübahisə etməməsini xahiş etmişdir. Lakin Orxan ona kobud cavab qaytardıqda Marif uzaqlaşıb getmişdir. Marif Orxanı söyüb təhqir etməmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla münaqişəsi olan Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs ilə tanışlığının səbəbi Mingəçevir şəhər H.Əliyev porospekti 42 saylı binada yerləşən mağazası vardır. Zərərçəkmiş şəxs da həmin binada yerləşən başqa mağazanı işlədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində o, özünə məxsus mağazada olmuşdur. Bu zaman mağazanın qarşısında dayananda görüb ki, Zərərçəkmiş şəxs işlətdiyi mağazanın qarşısında bir nəfər şəxslə mübahisə edir. Həmin şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Həmin mübahisə mağazanın qarşısında küçədə baş verdiyindən ətrafda olan şəxslərin müdaxiləsi ilə Təqsirləndirilən şəxs sakitləşdirilmiş və oradan getmişdir. Lakin getməzdən əvvəl təpiklə Zərərçəkmiş şəxs mağazasının qarşısında olan piştaxtanı vurub üzərində olan paltarları dağıtmışdır. Həmin mübahisənin şahidi olsa da lakin yaxınlaşmamış və mübahisənin səbəbini bilməmişdir. Lakin təxminən 20-25 dəqiqə sonra həmin Təqsirləndirilən şəxs yenidən oraya gəlmişdir. Marifin işlətdiyi mağazanın qarşısında dayanmışdır. Bu zaman Marif və yanında olan şəxslər həmçinin mübahisəni görüb dayanan yoldan keçən şəxslər əvvəlcə Orxanın başına toplaşıb onu sakitləşdirmək və yola salmaq istəmişlər. Həmin vaxt Marif üzünü çevirib uzaqlaşmaq və getmək istəmişdir. Bir qədər uzaqlaşmışdı ki, Orxan onun arxasınca qaçaraq yaxınlaşıb və bıçaqla onun ayağından bir neçə dəfə vurmuşdur. Həmin vaxt orada olan şəxslər araya girib aralaşdırmışlar. Mübahisənin səbəbi barədə hər hansı məlumatı olmasa da lakin həm əvvəlki mübahisə baş verdiyi yer mağazanın qarşısı və insanların gediş-gəlişinin çox olduğu yer olduğuna görə mübahisə zamanı ətrafda yol keçən tanımadığı şəxslər olmuşdur. Onlar ilkin mübahisəyə müdaxilə edərək aralaşdırmışlar. Daha sonra da yenə eyni yerdə mübahisə olduğundan yol keçən insanlar toplaşmışdır. Həmin mübahisə zamanı Marif üzünü çevirib getməyə başlayanda Orxan arxadan gələrək ona bıçaqla bir neçə dəfə zərbə vurub xəsarət yetirmişdir. Hər iki mübahisə ayrı-ayrılıqda təxminən 10-15 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs davaya meylli şəxs deyildir. Həmin mübahisələr zamanı da Marif Orxanı söyməmişdir, onu vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, birlikdə yaşayırlar. Ona izah olunmuşdur ki, heç kəs özünün habelə yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz, həmçinin buna görə hər hansı təqibə məruz qala bilməz. Zərərçəkmiş şəxs əvvəllər tanımamışlar, onunla aralarında əvvəllər münaqişələri, mübahisələri olmamışdır. Oğlu Təqsirləndirilən şəxs təxminən 15 gün əvvəl evdə ona məxsus qızıl boyunbağını Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən Vaqif adlı şəxsin işlətdiyi qızıl mağazasına 1390 manat müqabilində sataraq puluna kondisoner, telefon, televizior almışdır. Lakin evdə həmin əşyaların alınmasına narazılıq yarandığı üçün onları geri qaytarıb qızıl boyunbağını geri almağı qərarlaşdırmışlar. Televizior və kondisoneri qaytarmışlar. Düzələn pulun çatışmayan hissəsini də düzəldib və xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həmin Vaqif adlı şəxsin qızıl mağazasına getmişlər ki, qızıl boyunbağını geri qaytarsın. Orada olarkən Vaqifin ona təqdim etdiyi boyunbağıya baxanda görüb ki, həmin boyunbağı əvvəllər ona məxsus olmuş boyunbağı deyil, buna görə də Vaqifdən oğlu Orxanın satdığı boyunbağını geri tələb etmişdir. Bu zaman aralarında narazılıq yaranmış və Orxanı həmin mağazaya çağırmışdır. Bir qədər sonra Orxan da həmin mağazaya gəlmişdir, söhbət zamanı Orxan da bildirib ki, Vaqifin təqdim etdiyi boyunbağı onun satdığı boyunbağı deyil. Bu məzmunlu mübahisə zamanı Vaqif qızılı səliqəsiz formada qabağına atanda oğlu Orxan ilə Vaqif arasında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Vaqif ilə oğlu Orxanın arasında mübahisə zamanı nalayiq söyüş olmadığı halda qonşu mağazada paltar satışı ilə məşğul olan adını sonradan eşitdiyi Marif adlı şəxs qızıl mağazanın qarşısına gəlib çöldə dayanıb onların ünvanına deyib ki, səs-küy salmayın çıxıb gedin. Bu zaman Marif Orxanı hədələyərək çıxıb getmələrini tələb edərək qızıl satan onun qohumu olduğunu bildirmişdir. Oğlu isə Marifə bildirib ki, qızıl-alqı satqısı Vaqiflə arasında olduğu halda hansı əsasla həmin məsələyə münasibət bildirirsən. Bundan sonra Marif oğlu Orxanın boğazından tutmuşdur. Buna görə də mağazinlərin qabağında dava-dalaş başlamışdır. Orxan ilə Marif qarşılıqlı olaraq dalaşarkən araya girmək istəmiş və bu zaman Marif onu itələmiş və yerə yıxılmış bu zaman sağ ayağının diz nayihəsindən xəsarət almışdır. Yumruqla da onu Marif baş nayihəsindən vurmuşdur. Daha sonra sakitləşmişlər. Bu zaman Marif nalayiq söyüş söymüş bu zaman oğlu Orxan Marifin mağazasının qarşısında olan piştaxtanı təpiklə vurub dağıtmış və ona yaxınlaşıb 60 qəpik yol pulu istəmişdir. O, da Orxana pul vermişdir. Daha sonra da polis şöbəsinə gələrək şikayət etmək istəmiş lakin daha sonra fikrindən daşınıb və geri qayıtmışdır. Qızıl boyunbağını xoşluqla almaq məqsədilə yenidən həmin yerə qayıtmışdır. Çatanda görüb ki, oğlu Orxan da oradadır, lakin onun üzərində bıçaq olmasını bilməmişdir. Görüb ki, Marif mağazasının qarşısında pilləkənin üzərində dayanıb Orxana tərəf baxır. Orxan isə həmin vaxt tək dayanmışdır. O, da Marifə ayağını göstərib nə üçün xəsarət yetirməsini bildirəndə Marif dinməmiş, üzünü çevirib içəri keçmək istəyəndə oğlu Orxan qaçaraq Marifə yaxınlaşıb və arxadan iki dəfə ayağının bud nayihəsindən vurub xəsarət yetirmişdir. O, dərhal oğlu Orxana özünü çatdırıb əlindən tutub ki, bıçaqla başqa xəsarət yetirməsin. Həmin vaxt səs-küyə insanlar toplaşıb və davanı sakitləşdirmişlər. Daha sonra oğlu Orxanı oradan keçən polis əməkdaşları polis şöbəsinə gətirmişlər. O, özü də Orxan xəsarət yetirdiyi bıçağı gətirib polis şöbəsinə təhvil vermişdir. Daha sonra ona məlum olub ki, içərisində 35 manat nəğd pul, bank kartları və şəxsiyyət vəsiqələri olan pul kisəsi hadisə yerində düşmüşdür. Lakin daha sonra hadisə yerinə getmədiyi üçün pul kisəsinin aqibətindən məlumatı yoxdur. Oğlu Orxan əvvəllər Marifi tanımamışdır, aralarında hər hansı ədavət düşmənçilik olmamışdır. Qızıl mağazasını işlədən Vaqif ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs oraya gəlmiş və ilk dəfə Marifi orda görmüşlər. Həmin dava küçədə insanların çoxlu gediş-gəlişi olan yerdə baş verdiyindən yol keçən insanlar dayanıb həmin davanı müşahidə etmişlər. 1390 manat pulu qızılı almaq üçün özü ilə aparmış və qızıl satan Vaqifə vermişdir. Qızıl götürəndə fərqli olduğu üçün mübahisələri yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi oğludur, Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən mərkəzi bazarın yaxınlığında geyim paltarlarının satışı ilə məşğul olur. Daimi olaraq Mingəçevir şəhərində yaşamır, həftədə bir neçə günlük Mingəçevir şəhərinə gəlib gedir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhərində olarkən əmisi oğlu Marif ilə görüşmək məqsədilə onun paltar satışı məşğul olduğu mağazaya getmişdir. Marif ilə görüşəndə görüb ki, onun üst başı pis gündədir və mağazanın qarşısındakı piştaxtalar dağılmış vəziyyətdədir. O, bu zaman Marifdən nə baş verməsini soruşmuşdur. Marif isə bildiribi ki, bir nəfər əvvəllər tanımadığı şəxs qonşu mağazada qızıl satışı ilə məşğul olan Vaqif adlı şəxslə mübahisə edib daha sonra mağazanın qarşısına çıxaraq ünvansız nalayiq söyüşlər söymüşdür. O, isə həmin şəxsə söyüş söyməməsini və qadınlar ətrafda olmasını bildirdikdə həmin şəxs onunla mübahisə etməyə başlamış və piştaxtaları təpiklə vurub dağıtmışdır. Daha sonra da həmin şəxs getmiş, anası isə oralarda dayanmışdır. O da davanın bitməsini zənn etmiş və Marif ilə dayanıb söhbət edərək mobil telefonu ilə kamerada həmin davanın görüntülərini çəkmişdir. Təxminən 5-10 dəqiqə keçmişdir ki, həmin şəxs yenidən mağazaya gəlib içəri keçmədən Marifə diqqətlə baxmışdır. O, isə dava olmaması üçün həmin şəxsə yaxınlaşıb gəlməsinin səbəbini soruşmuşdur. Orxan Marifin nəyi olmasını soruşmuş o, isə əmioğlu olmalarını bildirmişdir. Həmin şəxs ondan tələb edib ki, Marif gəlib ondan üzr istəsin. O, isə hazırda ictimai yerdə olduqlarını dava lazımsız olmasını və axşam saatlarında onun ünvanına gəlib valideyni ilə birlikdə çay içərək mübahisəni bitirməyi təklif etmişdir. Onun bu söhbətinə məhəl qoymayaraq həmin şəxs israrla Marifin gəlməsini tələb etmişdir. Bundan sonra Marif də oraya gələrək istəyib ki, mehribançılıq yaratsın və onu yola salsın. Lakin həmin şəxs getməməkdə israrlı olmasında və Mariflə mübahisəyə yenidən maraqlı olmasını gördükdə Marif üzünü çevirib uzaqlaşmaq istəyib ki, o və ətrafda toplaşmış orada olan digər şəxslər Orxanı sakitləşdirib yola salsınlar. Mübahisə qurtarsın. Marif üzünü çevirib getdikdə pilləkənlərin üzərində olarkən və içəri keçməyə cəhd edərkən Orxan arxadan yaxınlaşaraq bıçaqla Marifin ayağından vurmuşdur. Daha sonra növbəti zərbəni vurmuşdur. Bu zaman o, Orxanın arxasınca qaçaraq onu qucaqlayıb kənara çəkmişdir. Həmin vaxt anası araya girmişdir. Onun bıçaq olan əlini tutmuşdur. Daha sonra o da yaxınlaşıb və bıçağı onun əlindən almışlar. Zərərçəkmiş şəxs əvvəllər həmin şəxsi tanımamışdır. Belə ki, o ilk olaraq mağazaya gəlib onun üst-başının səliqəsiz olmasını və piştaxtanın dağılmış olmasını görüb nə baş verməsini soruşanda Marif ona tanımadığı şəxsin adını bilmədiyi şəxsin onunla dava etməsini bildirmişdir. ilk olaraq Orxanı sakitləşdirmək üçün kənara çəkmək onu daha sonra çay içərək məsələni sülhlə sonlandırmağı təklif edərkən habelə daha sonra Marif də oraya gəldikdə Orxanın ucadan danışmasını artıq ətrafdan keçən şəxslər dava-dalaş olmasını və səs-küy onların diqqətini çəkərək dayanıb müşahidə etmələrinə səbəb olmuşdu. Həmin vaxt ətrafda insanlar olmasını Orxanın diqqətinə çatdırmış və ictimai yerdə olmalarını bildirib daha sonra çay süfrəsində məsələni sülhlə sonlandırmağı bildirmişdir. Lakin Orxan onun sözlərinə məhəl qoymamış və mağazanın qarşısında dayanıb daha sonra üzünü çevirib mağazanın içərisininə keçmək istəyən Marifə arxadan yaxınlaşaraq iki dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Ətrafda həmin davanı müşahidə edən şəxslər çox olsa da lakin əksəriyyəti tanımadığı şəxslər olduğu üçün onları tanımır adlarını deyə bilmir. Əmisi oğlu Marif davakar insan deyil, Orxan ilə o özü söhbət edərkən Marifin onu vurması yaxud söyüməsi barədə heç bir səbəb bildirməmiş, həmin söhbət əsnasında üzərində bıçaq olmasını və Marifi bıçaqla vurmaq məqsədinin olmasını da bilməmişdir. O israrla Marifi çağırıb bir qədər əvvəlki mübahisəni aydınlaşdıracağını bildirmişdir. Onlar Orxana mübahisə lüzumsuz olmasını bildirib getməsini xahiş etsələr də lakin o fikrindən dönməmiş və nəticədə Marif gəlib ona söyüş söymədiyi, kobud cavab vermədiyi halda mülayim formada danışıb geri qayıtdıqdan sonra onu qaçaraq arxadan bıçaqla ayağından vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokoldan da görünür ki, münaqişə ünvan 2 binanın qarşısında ticarət obyektlərinin ardıcıl yerləşdiyi və insanların sıx gediş-gəlişdə olduğu küçədə baş vermişdir. xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 627 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol budun sümük üstlüyünün zədələnməsilə budun arxa yuxarı 1/3-nin deşilmiş kəsilmiş yarası (dərinliyi 15 sm olan) sol budun bayır orta 1/3-nin (dərinliyi 5-6 sm) yara, deşici-kəsici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər. Yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolu ilə götürülmüş Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq üzrə xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 17/803 nömrəli rəyinə əsasən –tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolu ilə Təqsirləndirilən şəxs anası Şahid4 təqdim etdiyi və 1 ədəd bıçaq Təqsirləndirilən şəxs tərəfindən cinayət zamanı istifadə edilmiş qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. 16 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. 16 oktyabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. 16 noyabr 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs əməli 127.2.3, 221.3 və 228.4-cü maddələrinə tövsif edilmiş, 24 noyabr 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilmişvə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməmişdir. 18 noyabr 2022-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolu ilə götürülmüş 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işlətdiyi mağazaya daxil olaraq onunla söhbət aparır, daha sonra Zərərçəkmiş şəxs onun qoluna girərək mağazadan çıxartmış, bundan sonra Orxan təpiklə mağazanın qarşısında olan piştaxtanı vurub dağıtmışdır. Həmin mübahisə küçədə insanların sıx gediş-gəlişli yerində olmuş ətrafda insanlar toplaşmışdır. Həmin diskdə olan digər videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, yenə eyni yerdə küçədə insanlar toplaşmış Zərərçəkmiş şəxs əlində hə rhansı əşya avadanlıq olmadan dayanıb insanlar toplaşmış tərəfdən üzün çevirib geri qayıdanda Təqsirləndirilən şəxs ona arxadan gələrək bıçaqla vurub xəsarət yetirmişdir. Həmin davanın baş verdiyi yer küçədir, insanlar toplaşmışlar. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamış şəxsdir. Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mİngəçevir şəhər Mənzil Kommunal İstismar Sahəsinin 489 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cəfərov X7 şəhər Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış 594 mənzilli yaşayış qəsəbəsində 1 saylı evin 28 saylı mənzilində yaşayır. Xasiyyətnamədən görünür ki, Cəfərov X7 şəhərində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 564 mənzilli yeni yaşayış qəsəbəsində, 1 saylı evin 28 saylı mənzilində yaşayır, yaşadığı dövr ərzində onun barəsində rəsmi orqanlardan və ya hər hansı bir qonşu tərəfindən heç bir şikayət daxil oolmamışdır. Zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi vəkil X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X1 Orxan Araz oğlu ilə barışmış və ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Maddi sübut kimi tanınmaq haqqında xx.xx.2022-ci iyul tarixli qərara əsasən ümumi təyinatlı soyuq silah hesab edilən 1 ədəd bıçaq maddi sübut kimi tanınmış və Mingəçevir ŞPŞ-nin saxlanc otağına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, şahid ifadələri, hadisə yerinə baxış protokolu, 1 ədəd bıçağın götürülməsinə dair baxış və götürmə protokolu, DVD diskin götürülməsinə dair baxış və götürmə protokolu, istintaq hərəkətlərinin qeyd alındığı və dava dalaşın qeyə alındığı iki ədəd DVD disk sübut növü kimi tanınmışdır. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən iddia ərizəsi ilə məhkəməyə mürciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyan kimi 200 manat, əldən çıxmış gəlir kimi 800 manat, mənəvi ziyan kimi 2000 manat, ödənilmiş dövlət rüsumu kimi 50 manat, cəmi 3050 manat vurulmuş ziyan məbləğinin alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli mülki cavabdeh qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli mülki iddiaçı qismində tanınmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsif edici əlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəza nı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, onun 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, bir ədəd qablaşdırmada olmaqla zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə 30 manat 60 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməməlidir. Belə ki, mülki iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil X6 ərizəsinə əsasən aralarında barışıq əldə olunduğundan və ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən və mülki iddiaya dair mübahisə olmadığından iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 18 aprel 2023-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər polis şöbəsində saxlanan bir ədəd qablaşdırmada olmaqla zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilməlidir. Mülki iddia təmin edilməsin. İş üzrə 30 manat 60 qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar