Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-35/2024 16.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, müdafiəçi-Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Tərtər rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Ağsu rayonu Qafur Eminalıyev adına Padarqışlaq kənd orta məktəbində tarix müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, “Ət Kombinatı”nın yardımçı tikilisində məskunlaşıb yaşayan-barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2023-cü ilin iyul ayında arvadı X4 ilə yaxın münasibətdə olmasını müəyyən etdiyi və buna görə də aralarında ədavəti yarandığı qonşusu Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə onun evinin yaxınlığından avtomobillə keçdiyini görüb, sonuncunun bu hərəkətini ona acıq və qıcıq verən hərəkət kimi bəhanə gətirərək, həmin tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs zəng edib, onunla görüşmək və münasibətlərinə aydınlıq gətirmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Ət Kombinatının" köməkçi binasının qarşısında küçədə onu gözlədiyini bildirdikdən sonra o, dayısı Şahid4, dayısı oğlanları Təqsirləndirilən şəxs1 və Şahid5, habelə xalası oğlu Şahid6 ilə birlikdə Zərərçəkmiş şəxs onu gözlədiyi, şəhərin Təbriz küçəsində yerləşən “Ət Kombinatının” köməkçi binasının qarşısına getmiş, orada Zərərçəkmiş şəxs olduğunu gördükdən sonra qohumları ilə birlikdə Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, ünvanına nalayiq ifadələr və söyüşlər işlətdikdə, Zərərçəkmiş şəxs üzərinə gələn kütlədən özünü müdafiə etmək məqsədi ilə hadisə yerində olan, istintaqa bəlli olmayan ağac parçasını götürüb, həmin ağac parçası ilə onun bədən nahiyəsinə vurduqdan sonra, o, həmin tarixdə saat 19 radələrində dayısı oğlanları Təqsirləndirilən şəxs1, Şahid5 ilə bir qrup şəxs halında nalayiq ifadələrdən istifadə edərək, ictimai yer hesab edilən şəhərin Təbriz küçəsi, “Ət Kombinatının” köməkçi binasının qarşısındakı küçədə özünü onların səs-küyünə toplaşan və onları ayırmağa çalışan Zərərçəkmiş şəxs qayınanası Şahid2, arvadı Şahid3, qayınatası Şahid1 və şəxsiyyətləri istintaqa məlum olmayan xeyli sayda insanın fövqündə qoymaqla, onlara laqeydlik və biganəlik nümayiş etdirib, onların dincliyinin pozulmasına və qorxu altına düşməsinə səbəb olan hərəkətlərə yol verib, ümumi qəbul edilmiş birgəyaşayış qaydalarını “tapdalayaraq", həmçinin etik normalardan kənara çıxan hərəkətlər törətməklə, ictimai qaydanı kobud surətdə pozub və cəmiyyətə acıqca hörmətsizlik ifadə edərək, öz təşəbbüsü ilə başladığı və bir neçə dəqiqə ərzində davam edən mübahisə zamanı Təqsirləndirilən şəxs1 və Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs yerə yıxıb, müqavimətini qırmaqla, o, təpiklə, Təqsirləndirilən şəxs1 isə yumruq zərbələri ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən, Şahid5 isə təpiklə ayaq nahiyəsindən vuraraq, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan, təpə-ənsə nayihəsində hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya, habelə sol yanağında qançır və yara, alt çənədə solda qançır sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Ət Kombinatı”nın yardımçı binasında onunla qonşuluqda yaşayır. Münasibətləri əvvəllər yaxşı olsa da, 2023-cü ilin iyul ayında arvadı X4 ilə Zərərçəkmiş şəxs arasında qadın-kişi münasibətləri yarandığı üçün Zərərçəkmiş şəxsla münasibətləri korlanmışdır. Həmin hadisə ilə bağlı polis şöbəsinə şikayət etmiş və bununla bağlı araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs polis şöbəsinə şikayət etdikdən sonra Nəsibə Xuduyeva evdən getmişdir. Qismət ilə Nəsibə arasında qadın-kişi münasibətlərində zorakılıq olmadığı üçün Qismət qanunla hər hansı bir məsuliyyətə cəlb olunmamış, lakin o və qohumları Qismətin hərəkətinin ümumi davranış qaydalarına uyğun olmamasını bilmişlər. Lakin Qismət nəinki etdiyi hərəkətdən utanmış, hətta onu və yaxın qohumlarını görəndə qıcıqlandırıcı hərəkətlər etmişdir. Belə ki, gün ərzində dəfələrlə onun yaşadığı evin qarşısından avtomobil ilə keçmişdir. Qismətin həmin hərəkətlərinə görə onun yaxın qohumları: dayısı Şahmalı, sonuncunun oğlanları Koroğlu və Ruslan, xalası oğlu Nəsimi və digərlərinin Qismətə nifrəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinin qarşısından avtomobil ilə keçdiyini görmüş, bundan sonra Qismətə zəng edib, həyətinin yaxınlığından keçən şəxsin o olub-olmamasını soruşmuşdur. Qismət də onların həyətinin qarşısından keçdiyini etiraf edib, sözü varsa evində olduğunu deyib, onu münasibətlərinə aydınlıq gətirmək üçün çağırmışdır. Bundan sonra o, Qismətin yaşadığı evə doğru getmişdir. Gedərkən özü ilə hər hansı əşya və ya alət götürməmişdir. Onun Qismətlə görüşə getməsindən xəbər tutan anası X5 dayısı Şahmalıya xəbər verərək onun Qismətlə söhbət etməyə getdiyini bildirmişdir. Dayısı və onun oğlanları Koroğlu və Ruslan, habelə xalası oğlu Nəsimi də Şahmalı ilə birlikdə onun arxasınca gəlmişlər ki, dava- dalaş olmasın. Onlar da gələrkən özləri ilə hər hansı əşya və alət götürməmişlər. O, Qismətin yaşadığı evin yaxınlığında onunla söhbət edərkən dayısı və qohumları gəlib oraya çatmışlar. Qismət onunla söhbət edərkən əlində ağac parçası ilə dayanmış, dayısı və yanındakılar ora çatanadək artıq Qismət ilə arasında mübahisə davaya çevrilmiş və Qismət əlində olan taxta ilə onu vurmağa cəhd etmişdir. Həmin vaxt dayısı və oğlanları yaxınlaşıb onları aralaşdırmaq istəmişlər. Qismət isə əlindəki ağacla onu başından bir neçə dəfə vurmuşdur. Bundan sonra dayısı oğlanları Koroğlu və Ruslan, həmçinin xalası oğlu Nəsimi də Qismətin əlindəki ağacı alıb, onu yerə yıxıb təpik və yumruqla döymüşlər. Həmin vaxt dayısı Şahmalı onları aralaşdırmaq istədikdə Qismətin qayınatası Səlahəddin davaya müdaxilə etmək istədikdə Şahmalı onu sillə ilə vuraraq oradan uzaqlaşdırmışdır. Bundan sonra Qismət yerdə olarkən o, bir dəfə təpiklə Qisməti başından vurmuş, dayısı oğlu Koroğlu da Qisməti yerdə yıxılmış vəziyyətdə başından yumruqla vuraraq döymüşdür. Ruslan isə Qismətin ayağından və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Daha sonra Qismətin qohumları və dayısı Şahmalının təşəbbüsü ilə onları bir-birindən ayırmışlar və bundan sonra oradan getmişlər. Dava dalaş baş verməzdən əvvəl Qismətə etdiyi əxlaqsız hərəkətdən utanmalı olduğunu və yaşadığı yeri dəyişməsi ilə bağlı söz göndərmişdir. Qismətlə aralarında mübahisə yarandığı vaxt evdən Qismətin ailəsi tərəfindən həmin mübahisə videolentə alınmışdır. Videoya baxanda da aydın görünür ki, bu hərəkətlər zərərçəkmiş və onun yaxınları tərəfindən planlı şəkildə törədilmiş, sanki sonda onları günahkar çıxarmaq üçün sübut kimi videolentə alınaraq polisə təqdim edilmişdir. Eyni zamanda davanın baş verdiyi həyətdə yerləşən binada onların və Qismətin ailəsindən başqa heç bir ailə və ya şəxs yaşamır. Ümumiyyətlə həmin həyətdə və yaxın ətrafında başqa bina yoxdur. Dava baş verən vaxtı onun və Qismətin ailəsindən başqa ətrafda heç kim olmamışdır. Bunu videogörüntüyə baxdıqda da aydın görmək mümkündür. Hazırki halda zərərçəkmiş şəxslə barışmışdır, zərərşəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən «Ət Kombinatının» yardımçı tikilisində məskunlaşıb yaşayan bibisi Niyar Xuduyevanın qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxsla münasibətləri əvvəllər yaxşı olsa da, sonradan Zərərçəkmiş şəxsla bibisi Niyar Xuduyevanın gəlini Nəsibə Xuduyeva arasında qadın-kişi münasibətləri yarandığı üçün Zərərçəkmiş şəxsla münasibətləri pisləşmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadıqları evdə olarkən bibisi Niyar Xuduyeva atası Şahid4 zəng edərək, Zərərçəkmiş şəxs onların yaşadığı evin yaxınlığından avtomobil ilə keçdiyini, ona görə də bibisi oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs zəng etdikdə onların arasında mübahisənin yarandığını və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 yaşadığı ev istiqamətinə çağırdığını demişdir. Bibisi oğlu Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs arasında davadalaşın yaranacağından qorxduğu üçün bibisi Niyar Xuduyeva onu, atası Şahmalı, habelə qardaşı Şahid5 də çağırmışdır. Bundan sonra o, atası Şahmalı və qardaşı Ruslanla birlikdə bibisi Niyarın evinə getmişlər. Həmin vaxt digər bibisinin oğlu Nəsimi də orada olmuşdur. Onlar birlikdə Qismətin evinə doğru getmişlər. Qismətlə dava-dalaş etmək niyyətində olmadığı üçün özləri ilə hər hansı bir əşya və ya alət götürməmişlər. Bibisi oğlu Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs mübahisə etdikləri yerə çatdıqda Zərərçəkmiş şəxs əlində ağac parçası ilə Vüsal ilə yaxalaşdığım görmüşdür. Onlara çatdıqda Zərərçəkmiş şəxs əlində saxladığı ağac parçası ilə Vüsalın baş nahiyəsindən vurmuşdur. Bunu gördükdə o, qardaşı Şahid5 və atası Şahmalı davaya müdaxilə etmişlər. Qismətin Vüsalla dostluq etdiyi halda onun arvadı ilə münasibət qurması, həmçinin dava-dalaş vaxtı Vüsalı ağac parçası ilə vurmasını görəndə o, əsəblərini cilovlaya bilməmiş və bu minvalla Qismətin əlindəki ağacı almağa çalışaraq, onu döyməyə başlamışdır. Həmin vaxt qardaşı Şahid5 davanı sakitləşdirmək məqsədilə Zərərçəkmiş şəxs əlindəki ağac parçasını almağa cəhd etmiş, o isə Zərərçəkmiş şəxs yerə yıxıb, yumruqla onun baş və bədəninin müxtəlif nayihələrindən zərbələr endirmişdir. Həmin vaxt bibisi oğlu Təqsirləndirilən şəxs2lə təpiklə Zərərçəkmiş şəxs başından zərbələr endirmişdir. Həmin vaxt bibisi oğlu Şahid6 Zərərçəkmiş şəxs əlində olan ağac parçasını ələ keçirdikdən sonra oradan uzaqlaşmışdır. Nəsimi ürək əməliyyatı keçirdiyi üçün onlara baş qoşmamış və davadan yayınmışdır. Atası Şahmalı da dalaşanları ayırmaq niyyətində olmuşdur. Bir müddət sonra Şahmalı və orada olan Qismətin qadın qohumları dalaşanları ayırmışlar. Həmin dava-dalaş zamanı özü xəsarət almamışdır. Əlində hər hansı alət və vasitə olmamış, Qisməti ancaq yumruqla başından və belindən vurmuşdur. Dava zamanı ilk olaraq Qismət Vüsalı başından ağac parçası ilə vurmuş, daha sonra o, Qisməti yerə yıxdıqdan sonra Vüsal da Qisməti təpiklə başından vurmuşdur. Qismət etdiyi əxlaqsız hərəkətdən utanmalı olduğu halda əksinə Qismətlə aralarında mübahisə yarandığı vaxt evdən Qismətin ailəsi tərəfindən həmin mübahisə videolentə alınmışdır. Videoya baxanda da aydın görünür ki, bu hərəkətlər zərərçəkmiş və onun yaxınları tərəfindən planlı şəkildə törədilmiş, sanki sonda onları günahkar çıxarmaq üçün sübut kimi videolentə alınaraq polisə təqdim edilmişdir. Eyni zamanda davanın baş verdiyi həyətdə yerləşən binada onların və Qismətin ailəsindən başqa heç bir ailə və ya şəxs yaşamır. Ümumiyyətlə həmin həyətdə və yaxın ətrafında başqa bina yoxdur. Dava baş verən vaxtı onların və Qismətin ailəsindən başqa ətrafda heç kim olmamışdır. Bunu videogörüntüyə baxdıqda da aydın görmək mümkündür. Hazırki halda zərərçəkmiş şəxslə barışmışmışlar, zərərşəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 20 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinə döyülməyi ilə bağlı ərizə ilə müraciət etmişdir. Onu döymüş şəxslər Vüsal və sonuncunun qohumlarını əvvəldən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşayır. Vüsal ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin iyul ayının ilk günlərindən etibarən Vüsalın arvadı Nəsibə ilə münasibətləri pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 arvadı Nəsibənin ona xəyanət etməsi ilə bağlı şübhələrinə görə onların münasibətəri pisləşmiş, Vüsal arvadı Nəsibənin onunla münasibət yaratmasından şübhələnmişdir. Lakin dəfələrlə o, Vüsalın tanışları və yaxınlarının yanında Nəsibə ilə onun arasında hər hansı qadın-kişi münasibətinin olmadığını bildirmişdir. Lakin Vüsal buna inanmadığı üçün onunla münasibətləri pisləşmişdir. xx.xx.2023-cü il tarixədək aralarında hər hansı dava dalaş baş verməmişdir. Lakin 20 iyul 2023-cü il tarixdə saat 16 radələrində o, Kəlbəcər rayonundan Mingəçevir şəhərinə gəlmişdir. Evə gələrkən yolu Vüsalın yaşadığı evin qarşısından keçdiyi üçün oradan keçib, evinə getmişdir. Bundan təxminən 2 saat sonra evdə olarkən Vüsal ona zəng edərək evdə olub-olmadığını soruşmuş, ona evdə olduğunu bildirdikdə Vüsal onunla görüşmək üçün gələcəyini deyərək, telefonu söndürmüşdür. Təxminən yarım saat sonra Vüsal və qohumları-dayısı Şahmalı, onun oğlanları Ruslan və Koroğlu, habelə digər qohumları Nəsimi onun yaşadığı evin qarşısına gəlmişlər. Həmin vaxt küçədə dayanmış, onlar piyada gəlib ona çatdıqda, onu söyüb təhqir etməyə başlamışlar. İlk olaraq əlində hər hansı bir əşya olmasa da, onlar ona yaxınlaşıb onu döyməyə başladıqda, ətrafdan ağac parçası əlinə alıb, özünü onlardan müdafiə etməyə başlamışdır. Lakin həmin vaxt Koroğlu və Vüsal onu təpik və yumruqla vurmuş, daha sonra onların arasında olan və dəqiq görə bilmədiyi şəxs onun əlindəki ağacı almış, sonra isə onu yerə yıxaraq, Koroğlu başından və bədəninin müxtəlif nayihələrindən yumruqla vurmuş, yerdə olarkən isə Vüsal təpiklə başından vurmuşdur. Dava dalaş zamanı orada olan Nəsimi isə onu vurmamış, ağac parçasını götürüb davadan aralıda dayanmışdır. Koroğlunun qardaşı Ruslan isə o, yerdə olarkən ayağına təpiklə vurmuşdur. Şahmalı isə həmin vaxt onları ayırmaq məqsədilə yaxınlaşan qaynatası Səlahəddini sillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs dava olan həyətdə yerləşən binada yalnız onun və Vüsalın ailəsinin qaldığını bildirmiş, dava olan vaxtı onun və Vüsalın ailəsindən başqa həyətdə və onun yaxınlığında digər şəxslərin olmadığını və ora gəlmədiyini bildirmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı Aytəkinin həyat yoldaşıdır. Həyat yoldaşı Tahirə ilə birlikdə Mingəçevir şəhər “Ət Kombinat”ın inzibati binasında qızı Aytəkinin ailə üzvləri ilə yaşayırlar. Təqsirləndirilən şəxs2 və onun qohumlarım qonşu kimi tanımışdır. Kürəkəni Qismət ilə Vüsalın arasında narazılıq olmasından məlumatı olsa da, onların dəqiq olaraq nə səbəbə görə münasibətlərinin korlanmasından məlumatsız olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs da orada olmuşdur. Bir qədər sonra evin qarşısından səs-küy gəlməsini eşidib çölə çıxmış və həmin vaxt Qismətlə mübahisəsi olan Vüsal, onun qohumları Şahmalı, onun oğlanları Ruslan və Koroğlu, habelə başqa qohumu Nəsiminin birlikdə onların yaşadıqları həyətə gəldiklərini və kürəkəni Qisməti döydüklərini görmüşdür. Bundan dərhal sonra onların arasına girib onları aralaşdırmaq istədikdə Şahmalı onu sillə ilə vurmuş, həmçinin sağ dirsək nayihəsinə bilmədiyi əşya ilə vuraraq xəsarət yetirmişdir. Daha sonra kürəkəni Qismətin yerə yıxılmış vəziyyədə olduğunu, Koroğlu və Vüsalın isə təpik və yumruqla onun baş nayihəsindən vuraraq döydüklərini görmüşdür. Şahmalı ilə o, birlikdə onların arasına girib onları sakitləşdirib aralaşdırmışlar. Həmin dava dalaş zamanı həyat yoldaşı Tahirə və qızı Aytəkin də orada olmuş və onlar da xəsarətlər almışlar. Qızı Aytəkin davanı aralaşdırarkən onun qızıl boyunbağısı açılıb yerə düşmüş, bunu sonradan bilsə də boyunbağını axtarıb tapa bilməmişlər. Dava baş verən vaxt hadisə yerində onların ailəsindən və Vüsalın qohumlarından kənar şəxs olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun kürəkənidir. O və qızı Aytəkin də ailə üzvləri ilə birlikdə Mingəçevir şəhər” Ət Kombinatının” inzibati binasında yaşayırlar. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və onun qohumu Təqsirləndirilən şəxs1 də qonşu kimi tanıyır. X7 arasında narazılıq olmasından məlumatı vardı, lakin onların dəqiq nə səbəbə görə münasibətlərinin korlanmasından xəbəri yox idi. Sonradan bildi ki, Vüsalın arvadı Nəsibə kürəkəni Qismətə telefon zəngləri edib, ona mesajlar yazıb, buna görə də aralarında narazılıqlar başlayıb. 20 iyul 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs da evdə idi. Həmin gün Zərərçəkmiş şəxs Kəlbəcər rayonundan işdən gəlmişdir. Bir qədər sonra evin qarşısından səs-küy gəlməsini eşidib çölə çıxmışdır. Bu zaman Qismətlə digər qonşu hazırkı təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların qohumları Şahmalı, onun oğlanları Ruslan və habelə başqa qohumu Nəsimi ilə birlikdə yaşadıqları həyətə gəlib kürəkəni Qisməti döydüklərini görmüşdür. O, onların arasına girib onları aralaşdırmaq istəyəndə Şahmalı onu şillə ilə vurmuş, həmçinin sağ dirsək nayihəsinə bilmədiyi əşya ilə vuraraq xəsarət yetirmişlər. Dava zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyədə Koroğlu və Vüsalın isə təpik və yumruqla onun baş nayihəsindən vuraraq döydüklərini görmüşdür. Şahmalı ilə o, birlikdə onların arasına girib onları sakitləşdirib aralaşdırmışlar. Hadisə təxminən 15-20 dəqiqə çəkmişdi. Həmin vaxt onalrın ailəsindən başqa kənar şəxslər yox idi. Çünki, həmin gün qonşuqda yas mərasimi olmuşdur. Qonşular yasda iştirak etmək üçün ora getmişlər. Həmin vaxt əri Səlahəddin və qızı Aytəkin də orada olmuşlar. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında izahatında bildirdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. O, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhər Ət Kombinatının inzibati binasında yaşayırlar. Təqsirləndirlkın şəxs Təqsirləndirilən şəxs2 və onun qohumu Təqsirləndirilən şəxs1 də qonşu kimi tanıyır. Onlarla heç bir ədavətləri olmamışdır. Lakin son bir neçə vaxdırki, təqsirlındirlən şəxs Təqsirləndirilən şəxs2lə əri Qismət arasında narazılıq yaranmışdır. Belə ki, Vüsalın arvadı Nəsibə dəfələrlə əri Qismətə telefonla zənf etmiş, mesaj yazmış, lakin əri Qismət onun cavab verməmişdir. O, özü dəfələrlə bunun şahidi olmuşdur. Lakin Vüsal buna inanmayıb, Qismətdən narazılıq etmişdir. Qaynatasıgil Kəlbəcər rayonunda bal arısı saxladıqları üçün oraya getmişlər. Qismət də Kəlbəcər rayona getdiyi üçün o, evdə uşaqlarla tək qalmasın deyə valideynləri onlarda qalırdılar. 20 iyul 2023-cü ildə təxminən saat 18-19 radələrində Qismət Kəlbəcər rayonundan evə gəlmişdi. Sonra evin qarşısından səs-küy gəlməsini eşidib çölə çıxmışdı. Bu zaman Qismətlə digər qonşu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların qohumları Şahmalı, onun oğlanları Ruslan və habelə başqa qohumu Nəsimi ilə birlikdə yaşadıqları həyətə gəlib əri Qisməti döydüklərini görmüşdü. O, valideyinləri ilə tez həyətə düşmüş və onları aralamaq istəmişlər. Sonra onun valideynləri onları sakitləşdirmiş və onlar aralaşmışlar. Həmin gün qonşuluqda yas yeri olduğuna görə, dava vaxtı onların ailəsindən başqa kənar şəxslər yox idi. Qonşular yasda iştirak etmək üçün getmişdilər. Şahid6 məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 xalası oğlu, həm də qaynıdır. Digər təqsirlındirən şəxs Təqsirləndirilən şəxs1 də dayısı oğludur. Zərərçəkmiş şəxs da tanıyır. O, həm Vüsalın qonşusu həm də onunla birlikdə fermada işlədiyi üçün iş yoldaşı kimi tanıyır. Zərərçəkmiş şəxsla heç bir ədavəti olmamışdı. O, Mingəçevir şəhəri 1 saylı Sənaye Kombinatında, Təqsirləndirilən şəxs2 isə Ət Kombinatında məskunlaşır. 20 iyul 2023-cü il tarixdə o, qaynı təqsirlıəndirilıən şəxs Təqsirləndirilən şəxs2gilə qonaq getmişdir. Həmin vaxt xalası Nigar ona dedi ki, Vüsal Qismətlə söhbət etməyə gedib, o da dava olmasın deyə onun arxasınca getdi. O, eşitmişdir ki, Vüsalın arvadı Nəsibə ilə Qismət arasında qadın-kişi münasibəti olmuş. Buna görə də Qismətlə Vüsalın münasibəti pisləşmişdir. O, Qismətgilin evinə yaxınlaşanda gördü ki, Qismətin əlində ağac parçası ilə Vüsalı vurur, o da, dayısı və onun oğlanları Qismənin əlindən ağac parçasını almaq üçün davaya müdaxilə etmişlər. O, Qismətin əlindən ağac parçasını almış, sakitcə davadan uzaqlaşmışdır. Dayısıgil davanın davam etməməsi üçün Vüsalla Koroğlunu götürüb evlərinə aparmış, davanın davam etməsinə imkan verməmişlər. O, ürək əməliyyatı olunduğu üçün davada yaxından köməklik edə bilməmişdir. Mübahisə olan vaxt ətrafda kənar şəxslər olmamış, yalnız Qismətin ailəsi və Vüsalın qohumları olmuşdur. Şahid5 məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 bibisi oğludur, digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 isə qardaşıdır. 20 iyul 2023-cü il tarixdə təxminən saat 17 radələrində bibisi oğlu Vüsal ona dedi ki, Zərərçəkmiş şəxs telefonla zəng edərək onu dayava çağırmışdır. O da, qardaşı Koroğlu da köməyə getmişlər. Belə ki, bibisi oğlu Vüsalın arvadı ilə Zərərçəkmiş şəxs arasında yaxın münasibət olmuş. Buna görə də Vüsal Qismətlə qonşuluq münasibətini kəsmişdir. Həmin gün o, Nəsimi və Koroğlu orda olmuşlar. Onlar Qismətgil tərəfə gedəndə Qismət əlində ağac parçası evinin qarşısında onları gözləyirdi və Qismət birinci Vüsalı ağacla vurmuşdu. O isə onları aralamışdı. Hətta Qismətin qaynatası, qaynananası, arvadı da davaya qoşulmuşlar. O, yalnız onları aralamış, davanın davam etməsinə inkan verməmişdir. Həmin vaxt heç kimi vurmamışdı. Mübahisə olan vaxt ətrafda kənar şəxslər olmamış, yalnız Qismətin ailəsi və Vüsalın qohumları olmuşdur. Şahid4 məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirlın şəxs Təqsirləndirilən şəxs2 isə bacı oğludur. Zərərçəkmiş şəxs isə bacısının qonşusu kimi tanımış. Onlar bir-birləri ilə mehriban qonşuluq işlədiblər. Lakin sonradan isə onlar arasında qonşuluq münasibətləri korlanmış. Hadisə günü o, yas yerindən bacıgilə getmişlər. Həmin vaxt söhbət etdilər ki, Vüsalın arvadı ilə Qismət arasında yaxın münasibət olmuş və buna görədə onların aralarında münasibət kəskinləşmişdir. Həmin gün zərərəçəkmiş Qismət telefonla Vüsala zəng etmiş və onu söhbətə çağırmışdır. Vüsal və Koroğlu söhbət üçün Qismətin yaşadığı həyətə getmişlər. O da, onların arxasınca getmiş. O, oraya çatanda artıq dava başlamışdır. O da oğlu Koroğlu ilə bacı oğlu Vüsalı davadan ayırıb evlərinə gətirmiş. Hadisə yerində kənar şəxslər olmamış, ancaq Qismətin öz yaxınları iştirak etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Götürmə keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Ət Kombinatı”nın həyətidir. Həmin yer açıq ərazidir. Yaxınlıqda hər hansı ictimai iaşə obyekti yoxdur (i.v 77). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi Publik Hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, 517 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol yanağında qançır və yara, alt çənədə solda qançır, baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nayihəsində hematoması küt əşyanın (alətin) təsirindən əmələ gələ bilər, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə:- baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nayihəsində hematoma sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sol yanağında qançır və yara, alt çənədə solda qançır sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur (i.v. 49). İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “X3 baş vermiş dava-dalaşın videogürüntüsü” adı ilə qeydə alınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, zərərşəkmiş şəxs əlində ağac parçası dayanmış, təqsirləndirilən şəxs ona tərəf gələndə onu vurmağa cəhd etmiş, təqsirləndirilən şəxs onun əlindən ağac parçasını almış, daha sonra aralarında dava baş vermişdir. Onların ətrafında öz qohumları vardır. Kənar şəxslərin olması müşahidə olunmur (i.v.79). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.188-189). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Kəlbəcər rayon İHB-in Zar kənd İƏD üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v. 196) Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş və işə əlavə edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edlmiş və işə əlavə edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-35/2024 saylı hökmündən görünür ki, hazırki cinayət iş üzrə digər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Ət Kombinatının” köməkçi binasının həyətində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs təpiklə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Ət Kombinatının” köməkçi binasının həyətində baş vermiş, həmin vaxt həyətdə hər hansı kənar şəxs (şəxslər) olmamış, kənardan da hadisəni hər hansı kənar şəxs (şəxslərin) görməsi, hadisənin baş verməsi ilə əlaqədar hər hansı ictimai qaydanın pozulması müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, belə olan halda təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. AR CM-nin 221.2.1 –ci maddəsində nəzərdə tutulmuş əməllərin -bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunduğu halda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisənin yalnız iki ailənin yaşadığı binanın həyətində baş verməsi, həmin ailələrdən başqa həmin binada və ailədə heç kim yaşamaması, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olmaması, həmin hadisəni birbaşa görən bir nəfər şəxsin belə müəyyən edilməməsi X2 əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünən odur ki, istintaq orqanı iki hala istinad edərək şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlmişdir: 1. Hadisənin heç bir əsaslı səbəb olmadan baş verməsi; 2. Hadisənin ictimai yer hesab olunan yaşayış binasının həyətində baş verməsi. Həmin hallara münasibətdə məhkəmə qeyd edir ki, həm ittiham tərəfindən, həm müdafiə tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, hadisə zərərçəkmiş şəxsin əxlaq normaları ilə müəyyən olunmuş davranış qaydalarına zidd hərəkətləri nəticəsində, onun təşəbbüsü ilə baş vermişdir. Digər tərəfdən eyni zamanda həm ittiham tərəfinin, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, hadisə ictimai yerdə baş verməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsüf edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, əgər təqsirləndirilən şəxsin niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, zərərçəkmiş şəxsi digər şəxslərin görmədiyi şəraitdə deyil, ailələrindən kənarda məhz digər şəxslərin görməsinin mümkün olduğu şəraitdə vurar və ya səs-küy salaraq (halbuki, məhkəmə iclasında həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş hadisə vaxtı hər hansı kənar bir şəxsin olmadığını, hadisə yerinə gəlmədiyini bildirmişlər) hadisə yerinə digər şəxslərin də gəlməsinə nail olardi ki, bu hal isə nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, hadisə nəticəsində hər hansı ictimai qaydanın pozulmadığı halda öz ehtimalları əsasında şəxs ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.2.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.2.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs2 əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs X8 barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsn. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-35/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-35/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver