Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-36/2020 05.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru vəzifəsini icra edən X2 və Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29.177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 5(beş) il 3 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakışəhər Qaradağ rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə CM-nin 29,177.2.1, 29,177.2.2-ci maddələri xaric edilib cəzası 3 ay müddətinə azaldılmış, Bakışəhər Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 4 il 9 ay 20 gün cəza müəyyən edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən həyət evinin daş hasarından aşaraq həyət evinin pəncərəsindən evə qanunsuz daxil olub oradan 1 ədəd 600 manat dəyərində 120 dioqnal “Samsung” markalı televizoru gizli olaraq talamış, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə geçə saat 22 radələrində o, Mingəçevir şəhəri, Sahil küçəsi yəni “kənd Mingəçevir” deyilən ərazidən keçərkən yolun sağ tərəfində yerləşən həyət evinin işıqları yandığını görüb, həmin həyət evinin daş hasarından qalxaraq həyətə tullanmışdır. Sonra bir mərtəbəli evin sağ tərəfində yerləşən plastik materiladan hazırlanmış pəncərəni əvvəlcədən üzərində gəzdirdiyi “vint açan” otverka ilə açaraq həmin pəncərədən qalxaraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra mənzilin otaqlarını axtarmağa başlamışdır. Zal otağında dəyərli olan bir ədəd televizor altlığının üzərində olan plazma “Samsung” markalı televizorun olduğunu görmüş, həmin televizoru oğurlayaraq televizorun sol tərəfində yerləşən pəncərəni açaraq oradan televizoru bayıra çıxarmış və bundan sonra özü də həmin yerdən bayıra çıxmışdır. O, bayıra çıxdıqdan sonra həyətin giriş dəmir qapısını açmış və oradan televizoru əlinə alaraq bayıra çıxaraq oğurlayaraq əldə etdiyi televizoru yaşadığı yerin yaxınlığında yerləşən yarım tikili bağçaya aparmışdır. Televizoru səhər saatlarında Mingəçevir şəhərindən Gəncəşəhərinə gedən sərnişin avtobusuna qoyaraq Gəncəşəhərinə aparmış, Gəncəşəhərinə getdikdən sonra X1 yaxınlığnda Şahid2 adlışəxsin vasitəsi ilə Natiq adlışəxsə 350 manata satmışdır. Televizoru satdıqdan sonra əldə etdiyi pulları isəöz şəxsi məqsədləri üçün xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən həyət evini təxminən üç il olar ki, almışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq şəhərdə yaşayır. ünvan 3 ünvanında yerləşən həyət evi tam təmirli və yaşayışüçün əlverişlidir. Onlar hər gün həmin ünvana gedərək evə baş çəkmişlər. Sonuncu dəfə atası Şahid3 xx.xx.2019-cu il tarixdə saat 20 radələrinədək həmin ünvanda olmuşdur. xx.xx.2019-cu il tarixdə geçə saatlarında atası yaşadıqları evə geri dönmüş və səhər gün saat 10 radələrində ünvan 3 ünvanında yerləşən həyət evinə getmiş, həyətə daxil olduqda həyətin giriş dəmir qapısının acıq vəziyyətdə olduğunu və həyətə daxil olduqda evin sol tərəfində yerləşən pəncərənin açıq olduğunu, pilləkənlə yuxarıya qalxdıqda sağ tərəfdə yerləşən pəncərənin də açıq olduğunu görmüşdür. Bundan sonra atası evə daxil olduqda zal otaqda olan televizorun yerində olmadığını, digər otaqlarda olan əşyaların dağılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra atası ona zəng edərək bu barədə bildirmiş, o, dərhal həmin ünvana gəlmişdir. Mənzilə daxil olduqda mənzildə olan əşyaların dağılmış vəziyyətdə olduğunu görmüş, bundan sonra evə bir daha göz gəzdirmiş və həmin vaxt müəyyən etmişdir ki, hadisədən 3-4 ay öncə 1250 manata kreditlə almış olduğu “Samsung” markalı 125 ölçülü televizorun mənzildə yoxdur. Ona görə də televizorun oğurlandığını müəyyən edib, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşlarının gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1 binasında çayxana işlədir. xx.xx.2019-cu il tarixdə işlədiyi çayxanada işdə olarkən həmin vaxt əvvələr tanıdığı Gəncəşəhər sakini Şahid2 adlı şəxs onun işlətdiyi çayxanaya gəlmiş və ona tanışının pula ehtiyacının olduğunu üçün işlək vəziyyətdə olan televizor satdığını demişdir. Şahid2 həmin televizoru gətirməsini və baxmaq istədiyini demişdir. Az sonra Şahid2 və onun yanında olan qarabəniz, adını sonradan bildiyi Mirzə adlışəxs əlində geniş ekranlı qara rəngli “samsung” markalı televizor iləçayxanaya gəlmişdir. O, Şahid2 onun yanında gələn Mirzə adlı şəxsdən televizoru haradan əldə etdiyini soruşmuşdur. Şahid2 ona Mirzənin onun tanışı olduğunu, Mingəçevir şəhərində yaşadığını, təcili pula ehtiyacının olduğu üçün televizoru satmaq istədiyini demişdir. Həmin vaxt Mirzə adlışəxs onun dediklərini təsdiq etmişdir. Bundan sonra televizoru yoxlayaraq işlək vəziyyətdə olduğunu görmüş və 350 manat pul verərək həmin televizoru Mirzədən almışdır. Mirzə pulu ondan aldıqdan sonra çayxanadan çıxıb getmiş, bundan bir neçə gün sonra onun işlətdiyi çayxanaya polis əməkdaşlarının gəlmişdir. Rolis əməkdaşları ondan yaxın müddətlərdə televizor alıb-almadığını soruşduqda, onlara Mirzə adlışəxsdən 350 manata televizor aldığını demiş və almış olduğu televizoru polis əməkdaşlarına təqdim etmişdir. O, həmin televizorun oğurluq və ya hansı bir yolla əldə olunmasını bilməmiş, vicdanlı alıcı olaraq 350 manat pul verərək televizoru Mirzə adlışəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyev Şahid2 da oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsi iləŞahid1 ifadəsindəki xüsusatlar təsdiq olunmuşdur. Cinayət işi materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus, ünvan 4 ünvanında yerləşən bir mərtəbəli həyət evidir. Həyət evi üç otaqdan, bir mətbəx və sanitar qovşağından ibarətdir. Həyət evinin giriş qapısı zoğalı rəngli dəmir qapıdan ibarətdir və qapı açıq vəziyyətdədir. Həyət evinin giriş hissəsində dəmir qapı vardır və həmin qapı bağlı vəziyyətdə olmuşdur. Həyət evinin qarşı hissəsində iki, sol tərəfində iki və sağ tərəfində iki plastik pəncərələr vardır. Həyət evinin sol tərəfində yerləşən mənzilin giriş qapısı dəmir qapı olmaqla, üzərinə 4 saylı yazılmış nömrə, qapının üzərində yerləşn kilidə heç bir müdaxilə olunmadığı müəyyən edilmişdir. Eyni zamanda mənzilin pəncərələriə bayırdan baxış keçirilərkən plastik materialdan hazxırlanmış pəncərənin açıq vəziyyətjə olması və pəncərənin içəri tərəfində baxış keçirilərkən kənar müdaxilə olunduğu yəni pəncərənin hər hansı bir alət vasitəsilə açılması müəyyən olunmuşdur. Baxış zamanı ev sahibi Zərərçəkmiş şəxs ona məxsus həyət evində sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrinədək atasının olduğunu, özləri isəşəhərdə yerləşən mənzillərində olduğunu bildirmişdir. Baxış zamanı hadisə yerində kriminalist tərəfindən əl-barmaq izi aşkar edildi. Hadisə yerinə baxış zamanı “Samsung” markalı fotoaparatla şəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 3933 №-li rəyindən görünür ki, 1 ədəd “Samsung” markalı 120 dioqonal 600 manat dəyərində televizorun istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən ümumi dəyəri 600 manat müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən həyət evinin daş hasarından aşaraq həyət evinin pəncərəsindən evə qanunsuz daxil olub oradan 1 ədəd 600 manat dəyərində 120 dioqnal “Samsung” markalı televizoru gizli olaraq talamış, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmişşəxs Zərərçəkmiş şəxs 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-cimaddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusihissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərəçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Mirzəyev X4 şəhər məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29.177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 5(beş) il 3 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakışəhər Qaradağ rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə CMnin 29, 177.2.1, 29, 177.2.2-ci maddələri xaric edilərək cəzası 3 ay müddətinə azaldılmış, Bakışəhər Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 4 il 9 ay 20 gün cəza müəyyən edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Bu hal, CM-nin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 177.2.3-cü maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsbarəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019cu il tarixli protokoldan və qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, 1 ədəd 120 dioqanal «Samsung» markalı telefizorun zərərçəkmişşəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd 120 dioqanal «Samsung» markalı telefizorun zərərçəkmişşəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X3 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №1(051)-36/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-36/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver