Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-36/2022 04.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1996-cı il tarixdə Mingəçevir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Nizami prospekti ev 19/2, mənzil 14-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri Günəş küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd gümüşü kağız bükümünün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,189 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan əynindəki qara rəngli cins şalvarın sağ kiçik yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 08.09.2021-ci il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər Avtovağzalının yaxınlığında Şahid6 idarə etdiyi VAZ 21015 markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 20 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ kiçik yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 07.09.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhərində karyer yolunda hərəkətdə olarkən yolun kənarında siqaretin gümüşü rəngli kağız bükümünü görüb, yerdən götürdü. O, özü əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğundan tanıdı və şəxsi istifadəsi üçün cibinə qoydu. Sonra həmin narkotik vasitəni özü istifadə etmək üçün cibinə qoydu. 08.09.2021-ci il tarixdə evdən çıxan zaman həmin, içərisində narkotik vasitə heroin olan büküm üzərində olmuşdur. Günorta saatlarında tanışı Babək adlı şəxslə 20 Yanvar küçəsində yerləşən “Güllübağ” adlanan ərazidə görüşdülər. Görüşən zaman o, 1 nəfər tanışı ilə Yevlax şəhərinə gedəcəyini və onun da getməsini istədi. O da Babəklə razılaşdıqdan sonra birgə Güllübağın yaxınlığında taksiyə əyləşdilər. Şəfa bağ massivində Babəkin tanışları Eldar və İlkin də avtomobilə əyləşdilər. Bundan sonra onlar Yevlax şəhəri istiqamətində yola düşdülər. Onlar Yevlax şəhərinin girəcəyində birinci işıqforun yanına çatan zaman İlkin sürücü Şahid6 avtomobili kənara çəkib saxlamasını söylədi. Avtomobil dayandıqdan sonra Şahid7 düşüb getdi, təxminən 15 dəqiqə sonra isə gəlib geriyə Mingəçevir şəhərinə qayıdacağını dedi. Bundan sonra Şahid6 Mingəçevir şəhəri istiqamətində avtomobili idarə etməyə başladı. Təxminən saat 18:45 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ilə irəliləyən zaman Bayraq Meydanın bərabərliyində Avtovağzalın yanında YPX əməkdaşı onların olduqları avtomobilə “saxla” əmri verildi. Bundan sonra digər polis əməkdaşları da onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etdilər. Onlar da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldilər. Polis şöbəsində Müdafiəçi vəkil təyin olundu və ona hüquqlarını müdafiə edəcəyi izah olundu. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirildi. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etmədi. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ kiçik yan cibindən içərisində heroin olan bir ədəd büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid Şahid1 oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 08.09.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və o, Mingəçevir şəhərində yaşayan Şahid7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı X4 Şahid6 idarə etdiyi “VAZ 21015” markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə hərəkətdə olarkən Mingəçevir şəhər Avtovağzalının yaxınlığında saxlanıldılar. Şahid7la birlikdə avtomobildə olan Şahid4, Şahid5, Təqsirləndirilən şəxs və sürücü Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib saxlanılaraq polis şöbəsinə gətirildi. Polis şöbəsinə vəkil dəvət olundu. Təqsirləndirilən şəxs izah edildi ki, vəkilin də iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs etiraz etmədi. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ kiçik yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd siqaretin gümüşü bükümü aşkar olunaraq götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd gümüşü rəngli bükümündə olan kütlənin narkotik vasitə-heroin olduğunu və həmin narkotik vasitəni 07.09.2021-ci il tarixdə Mingəçevir şəhərində “karyer yolu” adlandırılan ərazidə gəzərkən tapdığını və özü istfadə etmək üçün saxladığını bildirdi. Digər şahidlər, Mingəçevir ŞPŞ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. Şahid6 məhkəmə iclasında ifadəsində bildirdi ki, Təxminən 1 il olar ki, telefonla *0222 proqramına qoşularaq "Vaz-21154" markalı **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 08.09.2021-ci il tarixdə Mingəçevir şəhəri 20 Yanvar küçəsində “Bəxtiyar” aptekin qabağında dayanan zaman *0222 proqramından Mingəçevir şəhəri Güllü bağ dairəsindən Yevlax şəhərinə sifariş qəbul etdi. Sifarişin qiyməti 12 manat etdi, o da özünə məxsus telefonla sifariş verən şəxsə zəng etdi və həmin şəxs 20 Yanvar küçəsində yerləşən Şahmat klubunun qarşısında gözlədiklərini bildirdilər. Bundan sonra o, idarə etdiyi "Vaz-21154"markalı **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şahmat klubunun qarşısına getdi, orada sonradan adlarını bildiyi Şahid4 ilə Təqsirləndirilən şəxs avtomobilə əyləşdilər. Onlar avtomobilə əyləşdikdən sonra əvvəlcə Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən dəyirman zavodunun qarşısına sürməsini və orada tanışlarının avtomobilə əyləşəcəyini bildirdilər. O, idarə etdiyi "Vaz-21154" markalı avtomobili dəyirman zavodunun qarşısına sürdü və sonradan adlarını bildiyi Şahid7 ilə Şahid5 avtomobilə əyləşdilər və onlar Yevlax rayonuna yola düşdülər. Yolda o, yanacağı olmadığından ona verməli olduqları 12 manat pulu tələb edərək aldıqdan sonra, Ala qapının yaxınlığında yerləşən Azpetrol yanacaqdolduma məntəqəsindən yanacaq doldurduqdan sonra Yevlax şəhərinə doğru yola düşdü. Yevlax şəhərində dəmir körpüsünü keçdikdən sonra, “üçün başı” adlanan ərazidən bir qədər aralıda Şahid7 avtomobili saxlatdırdıraraq düşüb gələcəyini dedi, digər 3 nəfər isə avtomobildə əyləşdilər. İlkin avtomobildən düşdükdən təxminən 15-20 dəqiqədən sonra qayıdıb gəldi. Sonra yenidən Mingəçevir şəhərinə qayıtmağını bildirdi və o, avtomobili Mingəçevir şəhərinə doğru idarə etməyə başladı. Həmin günü təxminən saat 18:45radələrində Mingəçevir şəhəri Avtovağzalın qarşısında polis əməkdaşları idarə etdiyi "Vaz- 21154" markalı **-BP-*** d.q.n.n-lı avtomobili saxlatdılar, onun və avtomobildəki şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə polis şöbəsinə gətirdilər. Mingəçevir şəhər polis şöbəsinə onun üzərinə və avtomobilə baxış keçirilən zaman narkotik və ya psixotrop maddə, eləcədə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir vasitə aşkar olunmadı. O, polis əməkdaşları tərəfindən izahatı alındıqdan və müvafiq sənədləşmələr aparıldıqdan sonra buraxıldı. Şahid7 oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, təxminən 15-20 gün bundan əvvəl Yevlax rayonu Hacıselli kəndində kanalın kənarından piyada keçən zaman kanalın kənarında yabanı bitən çətənə bitkisinin olmasını aşkar etdi və şəxsi istifadəsi üçün yığıb yaşadığı Mingəçevir şəhərinə gətirdi. Belə ki, özü də narkotik vasitələrdən istifadə etdiyi üçün Yevlax rayonu Hacıselli kəndində yabanı halda bitmiş olan həmin narkotik tərkibli çətənə bitkisini yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi həyət evinin yaxınlığında olan narlıq ərazisidə quruduraq şəxsi istifadəsi üçün saxlamağa başladı. Həmin çətənə bitkisini yığıb qurutmağı haqqında heç kimin məlumatı olmadı. Həmçinin təxminən 7-8 gün əvvəl yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi həyət evinin giriş qapısının qarşısından 1 ədəd ağ rəngli kağızına bükülmüş büküm tapdı. Bükümü açanda içərisindəki narkotik vasitə- heroin olmasını gördü. O, əvvəllər narkotik vasitə heroin istifadə etdiyinə görə tapdığı kütləni, iyindən, rəngindən, görünüşündən və toz halında olmasından tanıdı. Həmin bükümü əynindəki qara rəngli idman şalvarın sağ yan cibinə qoydu. O, həmin heroindən münasib vaxtda istifadə etmək üçün saxladı. 08.09.2021-ci il tarixdə saat 18 radələrində əvvəllər tanıdığı Babək adlı şəxs taksi ilə Eldar və onu Mingəçevir şəhəri Şəfa bağ massivində olan un dəryirmanının yaxınlığından götürdü, həmin vaxt Eldar yanındakı Ramiz adlı şəxsin xalası oğlu olduğunu bildirdi. Onlar birlikdə Yevlax rayonuna getdilər. Onlar Yevlax rayonunda birinci işıqforun yaxınlığında olan zaman o, Yevlax rayonunda yaşayan tanışı ilə görüşmək üçün taksidən düşdü. Onun Yevlax şəhərinə getməsinin əsas səbəbkarı Babək olmuşdur. Babək ona istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almağını istədi. Onun da əvvəl işi düşdüyündən Babəkin xahişini yerə salmadı və onlarla birlikdə Yevlaxa getdi. Onun Yevlax şəhərində əvvələr narkotik vasitə aldığı Fərid adlı şəxsə mesaj yazaraq ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir, lakin Fəridin ona narkotik vasitənin satmayacağını bildiyindən Fəridə mesaj yazdı və Babəki də özünə inandırmaq üçün Yevlaxa apardı. Babək ona narkotik vasitə almaq üçün 120 manat pul verdi. Yevlaxda düşüb bir qədər gözlədikdən sonra yenidən avtomobilə əyləşdi və Babəkə narkotik vasitə ala bilmədiyini bildirdi və taksi ilə Mingəçevir şəhərinə qayıdan zaman saat 18:45 radələrində Mingəçevir şəhəri Avtovağzalının yaxınlığında polis əməkdaşları onları saxlayan zaman o, üzərində olan və təxminən 7-8 gün bundan əvvəl yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi həyət evinin giriş qapısının qarşısından tapdığı 1 ədəd ağ rəngli kağızına bükülmüş içərisində narkotik vasitə olan heroin bükümünü uddu. Bu zaman polis əməkdaşları özlərini təqdim etdilər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət etdilər. Onlar polis əməkdaşlarının qanuni tələblərinə etiraz etmədi və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəldilər. Həmin vaxt vəkil X3 ona müdafiəçi kimi təyin edilmişdir. Videoçəkiliş zamanı ona hal şahidlərinin iştirakının məcburi olmamasını izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi izah olundu. O, yenə də etiraz etmədi. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olundu. O isə üstündə narkotik vasitə olduğunu bildirərək üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd kibrit qutusunun içərisində kibritlər ilə ağ rəngli kağıza bükülmüş içərisində limon duzu olan bükümü və şalvarının sol cibindən 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 50 qəpiklik pul əskinazını könüllü olaraq təqdim etdi. Təqdim etdiyi bir ədəd ağ rəngli kağızına bükülmüş büküm onun və vəkil Çingiz Məmmədovun iştirakı ilə elektron tərəzidə çəkildi. Daha sonra isə o, üzərinə şəxsi axtarış keçrilən zaman polis əməkdaşlarının onları saxlayan zaman 1 ədəd içərisində narkotik vasitə olan heroini uduğunu bildirdi və polis əməkdaşlarının iştirakı ilə Mingəçevir ŞMX-na gedərək həmin udmuş olduğu narkotik vasitəni həkim müşayəti altında qusdu. Həmin bükümdə polis əməkdaşları və tibb işçilərinin iştirakı ilə sənədləşirilərək elektron tərəzidə çəkildi. Sonra həmin bükün qablaşdırıldı. Onun üzərinə şəxsi axtarış keçrilən zaman üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerlşən fərdi həyət evində də təxminən 15-20 gün bundan əvvəl Yevlax rayonu Hacıselli kəndində kanalın kənarından piyada keçən zaman kanalın kənarında yabanı bitən narkotik vasitə olan marixuananı yığıb qurutduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid4 və Şahid5 Fariz oğlunun ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə təsdiq olunur. İşin 40-41 vərəqlərində olan 08 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar edilmiş şəffaf sellofan bükümdə içərisində ümumi çəkisi 0,31 qram olan narkotik vasitə heroin aşkar edilərək götürüldü. İşin 114-117-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2021ci il tarixli, 17/673 saylı rəyində göstərilir ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş edilmiş heroinə bənzər kütlə olan büküm...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,189 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,189 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq -0,139 qram Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 AZN ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 1 manatlıq pul əskinazının üzərində olan maddə hissəcikəri-heroin hissəcikləridir. Heroin hissəcikləri cuzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İşin 181-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1322 saylı 02 noyabr 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd gümüşü kağız bükümünün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,189 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan əynindəki qara rəngli cins şalvarın sağ kiçik yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 08.09.2021-ci il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər Avtovağzalının yaxınlığında Şahid6 idarə etdiyi “VAZ 21015” markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 20 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ kiçik yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 185-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 160-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 187-ci vərıüqində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08.03.2018-ci il təvəllüdlü Saleh adlı bir nəfər azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan saxlanılan 0,139 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il tarixədək- 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxsm alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,139 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-36/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-36/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver