Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-37/2020 11.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Bərdə rayonu, Qəhrəmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Mingəçevir şəhər Naxçıvan küçəsi, ev 48/1, mənzil 30-da qeydiyyatda olan və ünvan 1 2-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 2 ünvanında yerləşən yarımtikili vəziyyətdə olan yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 80 manat dəyərində “Euromax” markalı laqondanı, bir ədəd 80 manat dəyərində “Fuolent” markalı perefaratoru, bir ədəd 30 manat dəyərində “Zubr” markalı perefaratoru, və bir ədəd 50 manat dəyərində “Bylion” markalı cərəyan ötürücüsünü saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 240 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 2 ünvanında yerləşən yarımtikili vəziyyətdə olan yaşayış evinin yataq otağı kimi nəzərdə tutlumuş təmirsiz otağına qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədədinin qiyməti 38 manat olan ümumi dəyəri 76 manat olan 2 ədəd təzə qazan dəstini, bir ədəd 120 manat dəyərində hamam üçün su qızdırıcısını, bir ədəd 150 manat dəyərində “Geepas” markalı sok çəkən maşını və bir ədəd 100 manat dəyərində mikserini saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 446 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə birinci dəfə xx.xx.2019-cu il tarixdə saat 21 radələrində qanunsuz daxil olaraq oradan bir ədəd 120 manat dəyərində “LG” markalı televizoru, ikinci dəfə isə xx.xx.2019-cu il tarixdə saat 20 radələrində qanunsuz daxil olaraq oradan bir ədədinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 400 manat olan iki ədəd “Samsung” markalı televizorları saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 520 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan bir ədəd 90 manat dəyərində “Makita” maralı perefaratoru, bir ədəd 50 manat dəyərində “Stern” markalı laqondanı və bir ədəd 90 manat dəyərində samovarı saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 230 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd solfetkanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,695 qram olan narkotik vasitə – heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2019-cu il tarixdə saat 11:35 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketin arxa tərəfində saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 4 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışıdır. O, Zərərçəkmiş şəxs2 tikdiyi evin yaxınlığında yerləşən evdə yaşamışdır. Hadisədən təxminən 10 gün əvvəl Əli adlı şəxsin Zərərçəkmiş şəxs1 ilə birlikdə evin zirzəmisinə laqonda, preoarator və sairə təmir ləvazimatlarını yığdıqlarını görmüşdür. O, işlədiyi üçün həmin zirzəmidən təmir ləvazimatlarını oğurlamaq və satıb şəxsi ehtiyacları üçün sərf etmək qərarına gəlmişdir. O, xx.xx.2019-cu il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus təmir ləvazimatlarını oğurlamaq üçün yaşadığı evdən vintaçan götürüb Əli adlı şəxsin təmir ləvazimatlarını saxladığı evə getmişdir. Həmin evin hasarı olmamışdır. O, zirzəminin qapısında olan kilidi vintaçan vasitəsilə açıb, içəri daxil olmuşdur. O, zirzəmidən bir ədəd laqonda, bir ədəd preparator, bir ədəd taxta kəsmək üçün aparat və bir ədəd uzun naqili olan cərəyan ötürücünü götürüb çıxmışdır. O, bundan sonra zirzəminin qapısında olan kilidi yenidən qapının üstünə taxmışdır. O, oğurladığı təmir ləvazimatlarını yaxınlıqda yerləşən, sahibinin kim olduğunu bilmədiyi yarımtikili vəziyyətdə olan yaşayış evinə yığmışdır. Bundan sonra o, yenidən həmin yarımtikili vəziyyətdə olan evə girmişdir. Həmin ev qapı və pəncərələri quraşdırılmamış vəziyyətdə olmuşdur. O, evin girişindən evə daxil olmuş və evi axtarmağa başlamışdır. Evi axtararkən evin giriş qapısından daxil olduqda sol tərəfdə yerləşən birinci otaqda çoxlu əşyaların yığıldığını görmüşdür. O, həmin otaqda olan bir ədəd su isidicisi, bir ədəd mikser, bir ədəd sok çəkən maşın və iki ədəd qazan dəsti tapmışdır. Bundan sonra o, həmin əşyaları iki dəfəyə Zərərçəkmiş şəxs2 məxsus təmir ləvazimatlarını gizlətdiyi evə yığmışdır. O, növbəti gün oğurladığı əşyaları satmaq üçün “Əşya bazarı”nın yaxınlığında yerləşən “Nur inşaat” tikinti materialları dükanının sahibi olan Aydın adlı şəxsə zəng vurmuş və ona özündə bir ədəd laqonda, bir ədəd preparator, bir ədəd taxta kəsən aparat və bir ədəd cərəyan ötürücüsü olduğunu, həmin əşyaları satmaq istədiyini demişdir. Aydın adlı şəxs onunla razılaşaraq, əşyaları sata biləcəyini deyib, həmin əşyaları gətirməsini ona demişdir. O əlavə olaraq bildirmişdir ki, Aydın adlı şəxsi Az.İES-də boyaçı işlədiyim vaxtdan tanıyır, Aydın onun həm də usta kimi işlədiyini bilir. O Aydına bir neçə dəfə özünə məxsus təmir ləvazimatlarını satmışdır. Həmin vaxtdan da onuna Aydınla münasibəti yaranmış və Aydın ona öz telefon nömrəsini vermişdir. O, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd laqonda, bir ədəd preporator, bir ədəd taxta kəsən aparat və bir ədəd cərəyan ötürücünü Aydın adlı şəxsə ümumilikdə 100 manata satmışdır. Lakin o, Aydına həmin əşyaları oğurluq nəticəsində əldə etdiyini deməmiş, əşyaların özünə məxsus olduğunu ona bildirmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs1 məxsus əşyaları Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində tanımadığı bir nəfər şəxsə ümumilikdə 120 manata satmışdır. O əldə etdiyi pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhəri, Nətavan döngəsində yerləşən, kimə məxsus olduğunu bilmədiyi yaşayış evindən 3 ədəd televizor oğurlamışdır. O, həmin evin yerləşdiyi ətrafda gəzərkən evin işıqlarının yanmadığını görüb evdə heç kimin yaşamadığını bilmiş və bundan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində həmin yaşayış evinin hasarından aşaraq yaşayış evinin həyətinə daxil olmuşdur. O, daha sonra evin qabaq tərəfində yerləşən pəncərəni vintaçan vasitəsilə açıb evə daxil olmuşdur. O, daxil olduğu otaqdan digər otağa keçəndə divardan bir ədəd “LG” markalı televizor asıldığını görmüşdür. O, həmin televizoru divardan söküb çıxarmış və yenidən evi axtarmağa başlamışd və çantada olan iki ədəd “Samsung” markaslı televizor tapmışdır. O, ilkin olaraq divardan sökdüyü “LG” markalı televizoru götürüb yenə yaşadığı evin yaxınlığında yerləşən yarımtikili vəziyyətdə olan yaşayış evində gizlətmişdir. O, növbəti gün həmin televizoru əvvəldən tanıdığı Oruc adlı şəxsə 50 manata satmışdır. Oruc ondan televizorun oğurluq olub-olmadığını soruşduqda, o, Oruca televizorun oğurluq olduğunu bildirmişdir. Lakin Oruc ondan oğurladığı televizoru almağa razılşmışdır. O, növbəti gün saat 20 radələrində yenidən Nətavan küçəsində yerləşən tanımadığı şəxsə məxsus evə daxil olmuş və əvvəldən gördüyü iki ədəd çantanın içində olan “Samsung” markalı televizorları götürüb yaşadığı evin yaxınlığında yerləşən yarımtikili vəziyyətdə olan yaşayış evində gizlətmişdir. O, həmin iki ədəd televizoru satması üçün xalası oğlu İbrahimə vermişdir. İbrahim ondan televizorların oğurluq olub-olmadığını soruşmuş, o isə İbrahimə televizorların oğurluq olmadığını, narahat olmamasını bildirmişdir. Bundan sonra xalası oğlu İbrahim həmin iki ədəd “Samsung” markalı televizorları satmaqda ona köməklik etməyə razılaşmışdır. Həmin gün axşam saatlarında İbrahim onun yanına gələrək ona 70 manat pul vermiş və televizorlardan birini anasına 40 manata satdığını, digər televizoru isə 30 manata satdığını demişdir. O, İbrahimin ona verdiyi 70 manat puldan ona hər hansı məbləğdə pul verməmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhəri, Nətavan döngəsində yerləşən yerləşən yaşayış evindən bir ədəd laqonda, bir ədəd preparator və bir ədəd samovar oğurlamışdır. O, həmin evin yerləşdiyi ətrafda gəzərkən evin işıqlarının yanmadığını görüb evdə heç kimin yaşamadığını yəqin etmiş və bundan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, xx.xx.2019-cu il tarixdə saat 20:30 radələrində həmin yaşayış evinin hasarından aşaraq yaşayış evinin həyətinə daxil olmuşdur. Həmin ev bir mərtəbəli kürsülü ev olmuşdur. O, evin kürsüsünün pəncərəsini vintaçan vasitəsilə açıb içəri daxil olmuşdur. Onun evə daxil olduğu yer evin mətbəxi olmuşdur. Mətbəxdən isə evin zirzəmisinə açılan dəmir qapı olmuşdur. O, zirzəminin dəmir qapısının üzərində olan kilidi vintaçan vasitəsilə açıb zirzəmiyə daxil olmuş və zirzəmidən bir ədəd laqonda, bir ədəd praparator və bir ədəd samovar götürüb çıxmışdır. O, oğurladığı əşyaları yenə yaşadığı evin yaxınlığında yerləşən yarımtikili vəziyyətdə olan yaşayış evində gizlətmişdir. Növbəti gün o, həmin laqonda, preparator və samovarı Aydın adlı şəxsin mağazasına aparmışdır. Həmin əşyaların özünə aid olduğunu deyib satmaq istədiyini Aydına deyib, həmin əşyaların oğurluq olması barədə Aydına hər hansı bir söz deməmişdir. O, həmin əşayaları Aydın adlı şəxsə ümumilikdə 70 manata satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün istifadə etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağ çiçəyim” mağazasının arxa tərəfində piyada gəzən zaman yerdən bir ədəd solfetkaya bükülmüş büküm tapmışdır. Maraqlı olduğu üçün solfetkaya bükülmüş bükümü açıb içərisinə baxmışdır. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyim üçün bükümə açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu görüb tanımışdır. O, içərisində heroin olan bükümü əynimdə olan açıq göy rəngli cins şalvarın sol arxa cibinə qoyaraq gizlətmişdir. Bildirmişdir ki, narkotik vasitə heroindən mütəmadi istifadə etdiyinə görə hər zaman üzərimdə şpris və “limon duzu” daşıyırmış. xx.xx.2019-cu il tarixdə saat 11:35 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketin arxa tərəfində olan zaman tapdığı narkotik vasitə olan heroin əynindəki açıq göy rəngli şalvarın sol arxa cibində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X2 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişdirlər. O, da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən içərisində heroin olan solfetkaya bükülmüş bir ədəd büküm, əynində olan tünd göy rəngli qış gödəkçəsinin içəri sol cibindən isə üç ədəd şpris və bir ədəd “limon duzu” polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş bükümə baxış keçirilən zaman həmin bükümdə olan kütlənin spesifik iyindən və rəngindən narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və solfetka ilə birlikdə çəkisi 2,3 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağ çiçəyim” mağazasının arxa tərəfində piyada gəzən zaman yerdən tapmış, narkotik vasitə heroindən mütəmadi istifadə etdiyi üçün üzərində hər zaman şpris və limon duzu olduğunu, üzərindən aşkar olunmuş 3 ədəd şprisdən yalnız birindən istifadə etdiyini bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə, üç ədəd şpris və bir ədəd limon duzu onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Əməlindən peşmandır. Ona cəza təyin olunarkən səmimi peşimançılığını və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəzanın təyin olunmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək istintaqda verdiyi ifadəsini təstiq etdiyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyini, buna görə də təqsirləndirilən şəxs barəsində yüngül cəzanın təyin edilməsini xahiş etməsini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaqda verdiyi və məhkəmədə elan olunmuş ifadəsində göstərilmişdir ki, Mingəçevir şəhərinə 2007-ci ildə köçmüşdür və həmin vaxtdan kirayədə yaşayır. Hazırda ev ustası işləyir. Təxminən 6 il əvvəl ünvan 1 2 ünvanında yerləşən 3 sot torpaq sahəsi almış və həmin vaxtdan torpaq sahəsində tədricən ev tikir. Maddi vəziyyəti yaxşı olmadığı üçün evin tikintisini hissə-hissə davm etdirir. O, evin tikintisi və işləri üçün istifadə etdiyi təmir ləvazimatlarını ünvan 1 1 ünvanında ev tiktirən Zərərçəkmiş şəxs1 məxsus yarımtikili vəziyyətdə olan yaşayış evinin zirzəmisinə qoymuşdur. Razi və ona məxsus evlərin heç birində hasar olmamışdır. Onun evinin qapı və pəncərələri olmadığı üçün ləvazimatları Raziyə məxsus evin dəmir qapılı zirzəmisinə yığmışdır. Sonuncu dəfə o, xx.xx.2019-cu il tarixdə axşam saatlarında evdə işlərini yekunlaşdırıb özünə məxsus 1 ədəd laqonda, bir ədəd preporator, bir ədəd taxta kəsən aparat və 50 metr uzunluğunda naqili olan cərəyan ötürücüsünü Zərərçəkmiş şəxs1 məxsus evin zirzəmisinə yığmış və zirzəminin dəmir qapısını kilidləyib getmişdir. Həmin zirzəminin kilidinin açarlarından birini Razi ona vermişdir. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində o evdə tikinti işlərini davam etdirmək üçün oraya getmiş, ora çatdıqda o, Raziyə məxsus evin zirzəmisindən ləvazimatları götürmək istəyəndə zirzəminin qapısının üzərində olan kilidin qırıldığını, zirzəmidə olan ona məxsus 1 ədəd laqonda, bir ədəd preporator, bir ədəd taxta kəsən aparat və cərəyan ötürücüsünün yerində olmadığını görmüşdür. O, ləvazimatları Razinin götürüb-götürmədiyini dəqiqləşdirmək üçün Raziyə zəng etmişdir. Lakin Razi ləvazimatları götürmədiyini ona bildirmişdir. O, bundan sonra ona məxsus 1 ədəd laqonda, bir ədəd preporator, bir ədəd taxta kəsən aparat və cərəyan ötürücüsünün oğurlandığını anlamış və Mingəçevir şəhər polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir.. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus Mingəçevir şəhəri, Bozdağ küçəsi, 1-ci döngədə yerləşən fərdi yaşayış evi vardır. Hal-hazırda həmin ev tam hazır vəziyyətdə olmadığından orada yaşayış yoxdur. Hazırda həmin evdə təmir işləri getdiyindən oraya təmir alətləri və ev əşyaları qoyulmuşdur.xx xxxxxx 2019-cu il tarixdə həyat yoldaşı X3 həmin fərdi yaşayış evilərinə baş çəkdikdə bəzi əşyaların qoyduğu yerdə olmadığını görüb evdən oğurluq olmasını zənn edərək ilk əvvəl Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edib evdən oğurluq olmasını bildirmiş, lakin evin digər otaqlarına baxdıqda orada bəzi ev əşyalarını görüb və oğurlanmış zənn etdiyi həmin əşyaların onlar olmasını düşünüb evdən oğurluq olmamasını fikirləşərək yenidən DİN-in “102” xidmətinə zəng edərək, daha sonra isə polis şöbəsinə ərizə yazaraq, evdən oğurluq olmamasını və buna görə də şikayəti və tələbi olmamasını bildirmişdir. O, Bərdə rayonunda olduğundan ancaq xx xxxxxx 2019-cu il tarixdə həmin fərdi yaşayış evimə baxış çəkmək üçün gələ bilmişdir. Evə baxış keçirən zaman evdə bəzi əşyaların olmadığını görmüş və daha sonra həmin əşyaları tapmaq üçün evdə axtarış aparan zaman evindən oğurluq edildiyini anlamışdır. Ona məlum olmuşdur ki, biri 38 manat olan 2 ədəd təzə qazan dəsti, markasını xatırlamadığı və təzəsi 120 manata olan az işlənmiş hamam üçün su qızdırıcısı, qiyməti təxminən 150 manata olan təzə “Geepas” markalı sok çəkən, təzəsinin qiyməti 100 manat olan, ancaq az işlənmiş olan tort üçün mikser naməlum şəxs və ya şəxslər tərəfindən onun evindən oğurlanmışdır. Həmin əşyalar evin kolidorunun sol tərəfində yerləşən, yataq otağı kimi nəzərdə tutulmuş giriş qapısından birinci sırada yerləşən otaqdan oğurlanmışdır. Bundan sonra Mingəçevir şəhər polis şöbəsinə gələrək oğurluq barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Buna görə də təqsirləndirilən şəxs barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhərində boks müəllimi işləyir. 2003-cü ildən o, ailəs ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Həmin vaxtdan arabir Mingəçevir şəhərinə gəlir. Hadisə ilə əlaqədar bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində o, ailəsi ilə birlikdə Mingəçevir şəhərinə gəlmişdir. O,özünə məxsus olan həyə evinin darvazasını açıb evin həyətyanı sahəsinə daxil olmuşdur. O, ilkin olaraq evin qabaq tərəfində yerləşən pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, lakin evdən oğurluq edilməsindən şübhələnməmişdir. Lakin evin qapısını açmaq istəyərkən qapının açıq olduğunu görmüşdür. O, bundan sonra ailə üzvlərini evə girməyə qoymamış və dərhal DİN-in 102 xidmətinə evimdən oğurluq edilməsi barədə məlumat vermişdir. Bir qədər sonra evə polis əməkdaşları gəlmişdirlər. O, polis əməkdaşları ilə birlikdə evə daxil olmuş və zal otağında divara bərkidilmiş “LG” markalı televizorun yerində olmadığını görmüşdür. O, həmin vaxt evə diqqətlə baxış keçirtməmiş və evdən əlavə 2 ədəd “Samsung” markalı televizorun oğurlandığını bilməmişdir. O, buna görə də Mingəçevir şəhər polis şöbəsinə özünə məxsus evdən 1 ədəd televizor oğurlanması barədə ərizə ilə müraciət etmişdir. O, həmin televizorun dəyərini dəqiq bilmədiyi üçün ərizədə televizorun qiymətini 80 manat yazmışdır. O, növbəti gün ailəsi ilə birlikdə Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində televizorların qiyməti ilə maraqlanmış və televizorun dəyərinin 600 manat olduğunu öyrənmişdir. O, xx.xx.2019-cu il tarixdə işi olduğu üçün yenidən Mingəçevir şəhərinə gəlmiş və özünə məxsus evə gəlib, evə əlavə baxış keçirtmiş və evdə olan 2 ədəd “Samsung” markalı televizorun da yerində olmadığını görmüşdür. Həmin televizorlar qara rəngli və çantanın içərisində olmuşdurlar. O, bundan sonra dərhal Mingəçevir şəhər polis şöbəsinə getmiş və ona məxsus evdən 1 ədəd 600 manat dəyərində “LG” markalı televizorun, 2 ədəd “Samsung” markalı televizorların oğurlanması barədə yenidən ərizə yazmışdır. xx.xx.2019-cu il tarixdə polis əməkdaşı onu polis şöbəsinə dəvət etmiş, polis şöbəsində onu tanımadığı bir otağa salmışlar. Otağa daxil olduqda döşəmədə üç ədəd qara rəngli televizorlar olduğunu görmüş, o, həmin əşyaları nəzərdə keçirən zaman, özünə məxsus evdən oğurlanmış 1 ədəd “LG” markalı və iki ədəd “Samsung” markalı televizorlarını tanımışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Buna görə də təqsirləndirilən şəxs barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən yaşayış evi özünə məxsusdur. Lakin hazırda həmin yaşayış evində yaşamır. O, gündəlik olaraq həmin evə gedib baxır. Hadisə ilə əlaqədar bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində o, özünə məxsus yaşayış evinə gəlmişdir. O, həyətə daxil olanda evin kürsüsündə yerləşən mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. O, mətbəxin qapısını açıb içəri daxil olanda mətbəxdə yerləşən və zirzəmiyə açılan qapının üzərindəki kilidin qırıldığını, zirzəminin qapısının açıq olduğunu görmüşdür. O, bundan sonra zirzəmiyə daxil olub baxış keçirtmiş və zirzəmidə olan, özünə məxsus bir ədəd laqonda, bir ədəd preparator və bir ədəd samovarın yerində olmadığını görmüşdür. O, evdən oğurluq edildiyini anlamış və dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları evə baxış keçirtmişdirlər. O, bundan sonra özünə məxsus evdən oğurluq edilməsi barədə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir.Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Buna görə də təqsirləndirilən şəxs barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisədən təxminən 5-6 ay əvvəl tanımışdır. O, Anarı Az.İES-də boyaçı işlədiyi vaxtdan tanımış və həmin vaxtdan onunla münasibəti yaranmışdır. Təxminən 1 ay əvvəl Anar ondan 100 manat borc pul almışdır. Lakin həmin vaxtdan onun borcunu qaytarmamışdır. O, pula ehtiyacı olduğu üçün Anardan, özündən almış olduğu borc pulu qaytarmasını istəmişdir. Hadisədən təxminən 3 gün əvvəl o, Anarla şəhər ərazisində rastlaşmışdırlar. Onlar söhbət edə-edə Kür çayı sahilinə qədər piyada gəlmişdirlər. O, Anardan borcunu qaytarmasını istəmiş, Anar isə əvəzində ona yaşadığı evdə özünə məxsus televizor olduğunu, həmin televizoru 100 manata satdığını, özünün ona 50 manat pul verməyini, qalan 50 manatı isə borcundan silməyini demişdir. O da Anarla razılaşmışdır. Bundan sonra onlar taksi ilə Anarın yaşadığı evin qarşısına getmişdirlər. O, taksidə gözləyəcəyini demişdir. Anar yaşadığı evə gedib bir neçə dəqiqə sonra əlində televizor ilə geri qayıtmışdır. O, televizora baxmış və televizorun “LG” markalı, qara rəngli televizor olduğunu görmüşdür. O, bundan sonra yaşadığı evin qarşısında Anara 50 manat pul vermişdir. O, daha sonra həmin televizoru yaşadığı evə aparmışdır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 30 saylı binanın birinci mərtəbəsində yerləşən “Nur inşaat” inşaat materialları mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımışdır. O, Anarı şəhər ərazisində usta işləyən şəxs kimi tanımış və həmin vaxtdan Anarın telefon nömrəsi onda olmuşdur. Hadisə ilə əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 15 gün əvvəl onun yanına gələrək ondan 1 manat borc pul istəmişdir. O, Anara 1 manat pul vermişdir. Təxminən 2-3 saat sonra Anar yenidən ona məxsus mağazaya gəlib ondan əlavə 7 manat borc pul istəmiş və borcunu tezliklə qaytaracağını demişdir. O, razılaşıb Anara əlavə 7 manat pul vermişdir. Lakin Anar bundan sonra ona məxsus mağazaya gəlməmişdir. O, təxminən 1 həftə əvvəl Anara öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə zəng edərək borc aldığı pulu nə üçün qaytarmadığını soruşmuşdur. Anar isə yaxın zamanlarda ona borcunu qaytaracağını demişdir. xx.xx.2019-cu il tarixdə Anar ona məxsus mağazaya gələrək özünə məxsus bir ədəd taxta kəsən aparatın olduğunu, lakin aparatın kömürü olmadığını, borcun qarşılığında ona həmin aparatı verməyi təklif etmişdir. O Anarla razılaşmışdır. Həmin vaxt Anar ona artıq usta işləmək istəmədiyini, özünə məxsus tikinti ləvazimatları yəni, laqonda, preparator və cərəyan ötürücüsünü satmaq istədiyini demişdir. O Anardan həmin əşyaları ala biləcəyini demişdir. Həmin gün Anar ona məxsus mağazaya bir ədəd laqonda, bir ədəd preparator, taxta kəsən aparat və cərəyan ötürücüsü gətirmişdir. O, həmin əşyaları cərəyana qoşub yoxlamış və hamısının işlədiyini görmüşdür. O, həmin əşyaların qarşılığında Anara 100 manat pul vermişdir. O, Anardan ona satdığı əşyaların oğurluq olub-olmadığını soruşduqda Anar ona əşyaların özünə məxsus olduğunu, oğurluq olmadığını demişdir. Anar ona əlavə tikinti ləvazimatları da olduğunu, həmin əşyaları almaq istəyib-istəmədiyini soruşmuşdur. O, əgər satılası əşyaları olarsa gətirib özünə göstərməsini anara demişdir. Anar növbəti dəfə onun yanına xx.xx.2019-cu il tarixdə saat 10 radələrində gəlmişdir. Anar bir ədəd laqonda və bir ədəd preparatorunun olduğunu, həmin əşyaları satmaq istədiyini demişdir. O, həmin laqonda və preparatoru cərəyana qoşub yoxlamış və işlədiyini görmüşdür. O, laqonda və preparatorun qarşılığında Anara ilkin olaraq 50 manat pul vermişdir. Lakin Anar ona əlavə 20 manat da verməsini demişdir. O, Anarla razılaşmış və Anara əlavə 20 manat pul vermişdir. Həmin vaxt Anar ona samovarının olduğunu, həmin samovarı ona pay vermək istədiyini, özünün həyət evində həmin samovarı istifadə etməsini demişdir. O da Anarla razılaşmış və samovarı ondan götürmüşdür. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı iki ədəd laqonda, iki ədəd preparator, bir ədəd cərəyan ötürücü, bir ədəd taxta kəsən aparat, həmçinin ona hədiyyə verdiyi bir ədəd samovar hazırda özünə məxsus mağazadadır və həmin əşyaları istintaqa təqdim edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Hadisə ilə əlaqədar bildirmişdir ki, Anarla təxminən 5 gün əvvəl Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Buta” mağazasının qarşısında rastlaşmışdırlar. O, Anarla salamlaşıb görüşmüşdür. Həmin vaxt Anarın əlində çanta olmuşdur. Söhbət əsnasında Anar ona çantanın içərisində iki ədəd “Samsung” markalı televizor olduğunu, həmin televizorların birini 40 manata, digərini isə 30 manat satmaq istədiyini, həmin televizorları satmaqda ona köməklik etməsini istəmişdir. O, Anardan həmin televizorlardan birini yaşadığı evə alacağını demişdir. O, Anardan televizorların oğurluq olubolmadığını soruşmuş, Anar ona oğurluq televizor satmayacağını, həmin televizorlardan birini uzun müddət əvvəl aldığını, digər televizorun isə aldığı televizorun yanında hədiyyə kimi verildiyini demişdir. O, Anara inanıb onunla razılaşmış və televizorlardan birini özü üçün alacağını, digər televizoru isə satacağını demişdir. O, bundan sonra həmin televizorları yaşadığı evə aparmışdır. O, anasının Anardan televizor almağına razı olmayacağını bildiyi üçün anasına televizorların dostuna məxsus olduğunu, birini özü üçün almaq istədiyini, digərini isə dostunun gəlib götürəcəyini demişdir. Anası onunla razılaşmış və ona televizorun qarşılığında 40 manat pul vermişdir. O, həmin 40 manat pulu Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Buta” mağazasının qarşısında Anara vermişdir. O, daha sonra dostu Səbuhiyə zəng edərək özünə məxsus televizor olduğunu, həmin televizoru 30 manata satdığını demişdir. Səbuhi isə ona televizoru alacağını deyib, növbəti gün gəlib televizoru götürəcəyini bildirmişdir. Növbəti gün saat 10 radələrində Səbuhi ona zəng edərək yaşadığı binanın qarşısında olduğunu, televizoru gətirməsini demişdir. O, bundan sonra Anarın ona verdiyi televizoru yaşadığı binanın qarşısında Səbuhiyə 30 manata satmışdır. O, bundan sonra Anara zəng edib televizoru satdığını, pulu yaşadığı binanın qarşısına gəlib ondan götürməsini demişdir. Təxminən 1 saat sonra Anar yaşadığı binanın qarşısına gəlmiş və o Anara 30 manat pulu vermişdir. Anar ona həmin puldan hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğlu, Şahid3 isə onun oğludur. Hadisə ilə əlaqədar bildirmişdir ki, hadisədən təxminən 5 gün əvvəl İbrahim əlində iki ədəd televizorla yaşadıqları evə gəlmişdir. İbrahim ona dostuna məxsus internet klubun bağlandığını, internet klubda olan televizorları dostunun dəyərindən aşağı qiymətə satdığını, həmin televizorlardan birini evimiz üçün almaq istədiyini demişdir. O, İbrahimə ehtiyatlı olmasını, televizorların birdən oğurluq ola biləcəyini demişdir. Lakin İbrahim ona evə oğurluq əşya gətirməyəcəyini, televizoru dostunun 40 manata satdığını demişdir. O, bundan sonra İbrahimlə razılaşmış və İbrahimə televizoru alması üçün 40 manat pul vermişdir. O, İbrahimdən digər televizoru nə üçün gətirdiyini soruşduqda İbrahim ona həmin televiazorun qırıq olduğunu, dostunun gəlib həmin televizoru götürəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirmişdir ki, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Anarın barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 11:35 radələrində, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid6 və Şahid8 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketin arxa tərəfində görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Çingiz Məmmədov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olması bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən içərisində heroin olan solfetkaya bükülmüş bir ədəd büküm, əynində olan tünd göy rəngli qış gödəkçəsinin içəri sol cibindən isə üç ədəd şpris və bir ədəd “limon duzu” çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bir ədəd solfetkaya bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bir ədəd içərisində heroin olan solfetka bükümün ümumi çəkisi 2.3 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd solfetkaya bükülmüş bükümdə olan kütlənin heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını, həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağ çiçəyim” mağazasının arxa tərəfində piyada gəzən zaman yerdən tapdığını bildirmişdir. Şahid6 məhkəməyə teleqram göndərərək, istintaqda verdiyi ifadəsini təstiq etməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 2-də yerləşən yarımtikili yaşayış evinin zirzəmisindən Zərərçəkmiş şəxs2 məxsus təmir ləvazimatları oğurlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 2-də yerləşən yarımtikili yaşayış evinin yataq otağı kimi nəzərdə tutulmuş təmirsiz otağından Zərərçəkmiş şəxs1 məxsus ev əşyaları oğurlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus Mingəçevir şəhəri, Nətəvan küçəsi ev 53A-da yerləşən yaşayış evindən təmir ləvazimatları və bir ədəd samovar oğurlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus Mingəçevir şəhəri, Nətəvan küçəsi ev 63-də yerləşən yaşayış evindən 3 ədəd televizor oğurlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus yaşayış evindən oğurladığı və Şahid1 satdığı bir ədəd “LG” markalı televizor Şahid1 yaşadığı mənzildən götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus yaşayış evindən oğurladığı və Şahid3 satdığı bir ədəd “Samsung” markalı televizor Şahid3 yaşadığı mənzildən götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus yaşayış evindən oğurladığı bir ədəd “Samsung” markalı televizor Şahid5 götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 2-də yerləşən yarımtikili yaşayış evinin zirzəmisindən oğurladığı Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Euroluxe” markalı, laqonda, bir ədəd “Fuolent” markalı preparator, “Zubr” markalı taxta kəsən aparat, “Bylion” markalı cərəyan ötürücüsü, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus yaşayış evindən oğurladığı və Pərdeyi-X1 bir ədəd “Stern” markalı laqonda, bir ədəd “Makita” markalı preparator və bir ədəd samovar Şahid2 götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 1(bir) ədəd solfetkaya bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 618 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki salfet kağızına bükülmüş 01(bir) ədəd gümüşü-qara rəngli kağız bükümdə, təmiz çəkisi 0,695 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülümüş......şprislər və Limon duzu.....” sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki; - 01(bir) ədəd 2 ml-lik şprisdə cüzi miqdarda olan maddə hissəcikləri narkotik vasitə heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğu üçün təmiz çəkisini müəyyən etmək mümkün olmadı; -digər 02(iki) ədəd şprislərdə narkotik vasitə hissəcikləri aşkar edilmədi, - 01(bir) ədəd üzərində “Limon duzu” yazısı olan kağız paketdə, təmiz çəkisi 7,988 qram olan maddə narkotik tərkibə malik olmayan sitrat(limon) turşusudur. Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd şprisdəki heroin hissəcikləri cüzi miqdarda olduğuna görə onun salfet kağızına bükülmüş 01(bir) ədəd gümüşü-qara rəngli kağız bükümdəki heroin ilə eynitərkibli olubolmadıqlarını müəyyən etmək üçün müqayisəli tədqiqatı aparmaq mümkün olmadı. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3053 saylı rəyindən göürünür ki,ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2019-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 990,00 manat müəyyən olunur. O cümlədən: -Zərərçəkmiş şəxs2 məxsus mallar - 240,00 manat, -Zərərçəkmiş şəxs3 məxsus mallar -520,00 manat, -Zərərçəkmiş şəxs4 məxsus mallar -230,00 manat müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 66 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyinən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan AZE № ******* seriyalı və AZE № ******* seriyalı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Nuray Həsənli adlı bir yetkinlik yaşına çatmayan və xx.xx.2008-cı il təvəllüdlü Elmar Həsənli adlı bir azyaşlı uşağı var. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 2 ünvanında yerləşən yarımtikili vəziyyətdə olan yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 80 manat dəyərində “Euromax” markalı laqondanı, bir ədəd 80 manat dəyərində “Fuolent” markalı perefaratoru, bir ədəd 30 manat dəyərində “Zubr” markalı perefaratoru, və bir ədəd 50 manat dəyərində “Bylion” markalı cərəyan ötürücüsünü saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 240 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 2 ünvanında yerləşən yarımtikili vəziyyətdə olan yaşayış evinin yataq otağı kimi nəzərdə tutlumuş təmirsiz otağına qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədədinin qiyməti 38 manat olan ümumi dəyəri 76 manat olan 2 ədəd təzə qazan dəstini, bir ədəd 120 manat dəyərində hamam üçün su qızdırıcısını, bir ədəd 150 manat dəyərində “Geepas” markalı sok çəkən maşını və bir ədəd 100 manat dəyərində mikserini saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 446 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə birinci dəfə xx.xx.2019-cu il tarixdə saat 21 radələrində qanunsuz daxil olaraq oradan bir ədəd 120 manat dəyərində “LG” markalı televizoru, ikinci dəfə isə xx.xx.2019-cu il tarixdə saat 20 radələrində qanunsuz daxil olaraq oradan bir ədədinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 400 manat olan iki ədəd “Samsung” markalı televizorları saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 520 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan bir ədəd 90 manat dəyərində “Makita” maralı perefaratoru, bir ədəd 50 manat dəyərində “Stern” markalı laqondanı və bir ədəd 90 manat dəyərində samovarı saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 230 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd solfetkanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,695 qram olan narkotik vasitə – heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2019-cu il tarixdə saat 11:35 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketin arxa tərəfində saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 4 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür.. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, dəymiş ziyanı tam olaraq ödəməsini, himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzanıyüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmuyunu yaratdığına və həmin cinayətlər az ağır cinayətlər olduğuna görə, ona Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin olunmasını əsaslı və qanuni hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 4(051)-105/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019cu il tarixdən xx xxxxxx 2020-ci tarixədək 8 ay 14 gün gün şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmişhəbs qətimkan tədbiriləğvedilməli və məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Məhkəmə təqsirləndirilən şəxsin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onun normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxsin tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 121,94 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümimi 0,645 qram heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Euromax” markalı laqonda, bir ədəd “Fuolent” markalı preparator, bir ədəd “Zubr” markalı taxta kəsən aparat, bir ədəd 50 metr uzunluğunda naqili olan “Bylion” markalı cərəyan ötürücüsünün Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “LG” markalı televizor, iki ədəd “Samsung” markalı televizorlar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus bir ədəd “Makita” markalı preparator, bir ədəd “Stern” markalı laqonda və bir ədəd samovar Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019cu il tarixdən xx xxxxxx 2020-ci tarixədək 8 ay 14 gün gün şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 7 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,645 qram heroin qalığı məhv edilsin. Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Euromax” markalı laqonda, bir ədəd “Fuolent” markalı preparator, bir ədəd “Zubr” markalı taxta kəsən aparat, bir ədəd 50 metr uzunluğunda naqili olan “Bylion” markalı cərəyan ötürücüsünün Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “LG” markalı televizor, iki ədəd “Samsung” markalı televizorlar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus bir ədəd “Makita” markalı preparator, bir ədəd “Stern” markalı laqonda və bir ədəd samovar Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə 121,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-37/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-37/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver