Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-37/2021 18.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, onun etibarnamə üzrə nümayəndəsi-vəkil X6, təqsirləndirilən şəxslər X1 müdafiəçisi – X9 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olmalqa yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Kür mehmanxanasında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 saylı binanın blokunda təsədüfən rastlaşdığı qonşusu Zərərçəkmiş şəxs ailələri arasında yaranmış mübahisə ilə bağlı söhbət etmək istədiyini dedikdə, sonuncu onunla söhbət etməyin mənasız olduğunu, ailə üzvlərinin heç bir səbəb olmadan anasını döydüklərini bildirib yoluna davam edərkən, qapılarının onun tərəfindən yandırılmasını deyib, Zərərçəkmiş şəxs izah etməsinə məhəl qoymayaraq heç bir əsaslı səbəb olmadan ictimai yer sayılan Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 saylı binanın blokunda ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs zor tətbiq edərək kəllə ilə sifətindən vurub ona burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs köynəyini başına keçirmiş, yaranmış səs-küyə onun yanına gəlmiş dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vuraraq ona sağ dizin sıyrığı ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, ictimai qaydanı kobud sürətdə pozmağa davam edən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək onu çiynindən tutub yerə yıxmış, yerdə sürüyərək binanın qarşısına gətirib binada yaşayan sakinlərin səs-küyə balkona çıxmasına və ətrafa toplaşmasına məhəl qoymayaraq orada Zərərçəkmiş şəxs boğazından tutub sıxaraq boynunda qançır, sağ kürək və böyrək nahiyyələrinin sıyrığı xəsarəti ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bir qrup şəxs halında ictimai qaydanın kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn bina sakinlərinin fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 saylı binanın qarşısında tanışı Təqsirləndirilən şəxs1 gözləyərkən sonuncunun həmin binanın blokunda Zərərçəkmiş şəxs ilə mübahisə edərək ucadan danışdıqlarını eşidərək bloka girib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edərək kəllə ilə sifətindən vurub ona burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, sonuncunun köynəyini başına keçirməsini görərək tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib özlərinin şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək Zərərçəkmiş şəxs zor tətbiq edərib bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vuraraq ona sağ dizin sıyrığı ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs çiynindən tutub yerə yıxmış, yerdə sürüyərək binanın qarşısına gətirib binada yaşayan sakinlərin səs-küyə balkona çıxmasına və ətrafa toplaşmasına məhəl qoymayaraq orada sonuncunun boğazından tutub sıxaraq boynunda qançır, sağ kürək və böyrək nahiyyələrinin sıyrığı xəsarəti ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanın kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn bina sakinlərinin fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs X2 məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşu kimi uzun müddətdir ki, tanıyır. Onun Elvinlə aralarında mübahisə olmamışdan təxminən bir həftə əvvəl onların mənzilinin qapısı yandırılmışdır. O, mənzilin qapısını yandıranın Elvin olmasından şübhələnib Elvin barəsində Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun ailəsi ilə Elvinin ailəsi arasında bir neçə dəfə mübahisə olduğu üçün o, mənzilin qapısının Elvin tərəfindən yandırıldığından şübhələnmişdir. Növbəti gün onun anası və bacısı mənzilin qapısının qarşısında olarkən Elvinin anası ilə sonradan Elvinin dostu olduğunu bildiyi bir nəfər şəxsin blokda dayandığını, Elvinin dostunun anası və bacısını videoya çəkdiyini görmüşlər. Həmin vaxt onun anası ilə bacısı Elvinin anası və Elvinin dostu ilə aralarında mübahisə yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində dostları Arif və İlqarla görüşmək üçün aşağı düşərkən blokda birinci mərtəbədə Elvinlə rastlaşmışdır. O, Elvindən ailələri arasında mübahisənin nədən baş verdiyini, anasının yanında olan şəxsin kim olduğunu soruşmuşdur. Elvin ona heçnədən xəbəri olmadığını, anasının yanında olan şəxsi tanımadığını demişdir. O, Elvinə anasının yanında olan şəxsin nömrəsini ona verməyini demişdir. Lakin Elvin ona ailəsinin düzgün etmədiyini demiş və başını bulamışdır. O, Elvinin bu hərəkətindən əsəbiləşmiş, Elvin əlini sallayaraq onun yanından keçib getmək istəyərkən Elvinin qolundan tutub özünə tərəf çəkmişdir. O, Elvinin əsəbiləşdiyini görmüş və Elvinin onu vuracağından ehtiyat edərək Elvini kəllə ilə sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt Elvinin burnundan qan axmağa başlamışdır. Bundan sonra Elvin ona təpik atmış və onun üzərinə gəlmişdir. O, Elvinin yaxasından tutmuş və Elvinin köynəyini başına keçirtmişdir. Həmin vaxt Elvin onun bədəninə yumruq zərbələri vurmuş, bundan sonra Elvini vurmağa başlamışdır. Bu vaxt onun dostları İlqar və Arif səs-küyə bloka girmişlər. Arif onu, İlqar isə Elvini tutmuş və onları aralaşdırmışlar. Arif bundan sonra onu blokdan çölə çıxartmışdır. O, blokdan çıxanda səs-küyə bütün qonşuların çoxsunun balkona çıxdığını, blokun qarşısında çoxlu adamlar olduğunu görmüşdür. Arif onu yaxınlıqda yerləşən xeyirşər mağazanın yaxınlığına aparmışdır. Elvin həmin vaxt qışqıraraq Elvini təklədiklərini demiş, o isə Elvinə yanına gəlməyini, heç kimin Elvini təkləmədiyini demişdir. Bundan sonra Elvin İlqarla birlikdə onların yanına gəlmişdir. Onlar Elvinə siqaret vermiş və Elvin siqareti çəkmişdir. Həmin vaxt onun ailəsi ilə Elvinin ailəsi arasında dava olduğunu eşitmişlər. O və Elvin bundan sonra yuxarıya qalxmışlar. O, Elvinə özünün ailələrini sakitləşdirəcəyini demiş, Elvin aşağı düşmüş, o isə ailəsini sakitləşdirib evə salmışdır. Bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs X2 törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun Elvinlə heç bir ədavət və düşmənçiliyi olmayıb. Təqsirləndirilən şəxs1 isə uşaq yaşlarından tanıyır və Məhəmmədlə dostluq münasibətləri var. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, dostu Ariflə birlikdə Məhəmmədin yaşadığı binanın qarşısında oturacaqda əyləşib Məhəmmədi gözləmişlər. Həmin vaxt onlar binanın blokundan səs-küy gəldiyini eşitmişlər. O, Ariflə bloka yaxınlaşmış və Məhəmmədlə Elvinin dalaşdığını, Elvinin paltarının başına keçirili olduğunu, cırıldığını, Məhəmmədin də koftasının cırıq olduğunu, hər ikisinin bir-birinə zərbələr vurduğunu görmüşdür. Həmin vaxt o, Elvini arxadan tutmuşdur. Arif isə Məhəmmədi tutub aralaşdırmışdır. O, Elvinin qollarından tutmuş və Elvin qışqıraraq Elvini buraxmağını demişdir. O bundan sonra əsəbiləşib aralaşdırmaq məqsədilə Elvinin çiyinlərindən çəkib Elvini yerə yıxmış və Elvini sürüyərək blokdan çölə çıxartmışdır. Daha sonra Elvin yerdə uzanıqlı vəziyyətdə olan zaman o, Elvini boğazından tutmuş və sakit olmasını demişdir. O həmçinin Elvinə əsəbi halda onu öldürəcəyini demiş və Elvini buraxmışdır. O daha sonra Elvini vurmamışdır. Elvin ayağa qalxıb ondan alışqan istəmiş, o, Elvinə alışqanı olmadığını demişdir. O, həmin vaxt Elvinin üzündən qan axdığını görmüşdür. Arif də həmin vaxt Məhəmmədi tutub kənara aparmışdır. Daha sonra Arif onlara yaxınlaşmış və Elvinə alışqan vermişdir. Həmin vaxt səs-küy olduğu üçün qonşular da balkona çıxmışlar. Daha sonra yuxarıdan səs-küy gəlmişdir. Elvin və Məhəmməd valideynlərinin dalaşacağından ehtiyatlanıb yuxarı qalxmışlar. O isə Ariflə birlikdə oradan uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibinin olmaması səbəbindən barəsində olan cinayət işi üzrə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsə də zərər çəkmişin ifadəsi, şahid ifadələri və cinayət işində olan digər sənədlərlə onun həmin əməli törətməsi sübuta yetir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur. Onun yaşadığı ev Məhəmmədin yaşadığı evlə üzbəüz yerləşir. Məhəmmədin ailəsinin əvvəllər bir neçə qonşu ailələrlə mübahisələri olmuşdur. Onların əvvəllər Məhəmmədin ailəsi ilə ciddi mübahisələri və ədavətləri olmamışdır. Bəzi hallarda xırda mübahisələri olsa da, heç vaxt ciddi mübahisə olmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Məhəmmədin yaşadığı mənzilin qapısı naməlum şəxslər tərəfindən yandırılmışdır, Onların bu barədə polis şöbəsinə müraciətləri də olmuşdur. xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində o, yaşadığı mənzildə olan zaman mənzilin qapısının bərk döyüldüyünü eşitmişdir. O, qapını açmayıb bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları mənzilin qarşısına gəlmiş və o bundan sonra anası ilə birlikdə qapını açmışlar. Məhəmməd anası bundan sonra anasına, atası isə polis əməkdaşlarının yanında ona hücum etmiş və onu onlara məxsus mənzilin qapısını yandırmaqda günahlandırmışlar. Polis əməkdaşları onları aralaşdırmışlar. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Məhəmmədin ailəsi onun onların qapılarını yandırmağı barədə şikayət etmişlər. O həmin gün polis şöbəsində Məhəmmədlə söhbət etmiş və Məhəmmədə mənzillərinin qapısını yandırmadığını demişdir. Məhəmməd də onunla razılaşmışdır. O həmin gün başqa yerdə qalmışdır. Növbəti gün Məhəmmədin anası və bacısı onun anasının üzərinə hücum çəkərək anasına xəsarət yetirmişlər. Onlar bu barədə polis şöbəsinə məlumat vermişlər. Bundan sonra Məhəmmədin ailəsi ilə onların ailəsi arasında mübahisələr yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evin blokuna girən zaman qonşusu Məhəmmədlə blokun girişində rastlaşmışdır. Məhəmməd ona aqressiv şəkildə səslənərək onunla söhbət etmək istədiyini demişdir. O da cavab olaraq bir dəfə normal söhbət etdiklərini, nəticə çıxartmadıqlarını, anasının və bacısının anasına hücum edərək anasını döydüklərini, söhbət etmək istəmədiyini demişdir. Məhəmməd ona daha sonra qapılarını yandırmağını demişdir. O da Məhəmmədə qapını onun yandırmadığını bildirmişdir. Məhəmməd ona əsəbi ilə oynamamağını demiş, o isə Məhəmmədə əhəmiyyət verməyərək danışmaq istəmədiyini bildirib yoluna davam edərkən qəfildən Məhəmməd kəllə ilə onun üz nahiyəsinə zərbə endirmişdir. Daha sonra onun üzərinə hücum edərək əynində olan koftanı başına keçirtmişdir. Məhəmməd bundan sonra onu yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. O, Məhəmmədin əlindən tutmağa çalışmış, həmin vaxt kimlərinsə müdaxilə etdiyini hiss etmişdir. Bir nəfər əl-qolunu tutmuş, Məhəmməd isə ona zərbələr endirməyə davam etmişdir. Məhəmməd onun qarın nahiyəsinə, diz qapağına zərbələr vurmuşdur. O, sonradan onun əl-qolunu tutanın İlqar olduğunu bilmişdir. Daha sonra sonradan adının Şahid3 olduğunu bildyi şəxs Məhəmmədi tutub oradan uzaqlaşdırmış, Təqsirləndirilən şəxs2 isə onu arxadan vuraraq çiynindən çəkib yerə yıxmış və onu sürüyərək blokdan çölə çıxartmışdır. Daha sonra İlqar boğazından tutaraq onu boğaraq öldürəcəyini bildirmişdir. O, ayağa qalxdıqdan sonra İlqar yenidən onun boğazına yapışaraq onu öldürəcəyini bildirmişdir. Həmin vaxt Məhəmməd də ona təpik və yumruq zərbələri vururdu. Bundan sonra oraya tanımadığı, lakin yaxın binalarda yaşayan şəxslər olduğunu bildiyi çoxlu sayda insanlar toplaşmış və Məhəmmədlə İlqar aralaşmışlar. Həmçinin onlar blokdan dalaşa-dalaşa çıxdıqları üçün səs-küy yaranmış və səs-küyə qonşular balkona çıxmışlar. Daha sonra oraya polis əməkdaşları gəlmiş, o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və bu barədə arizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslərlə barışmamışdır və onlardan şikayətçidir. Buna görə də onun barələrində ağır cəzanın təyin edilməsini xahiş edir. İş üzrə zərər çəkmiş şəxsin nümayəndəsi- vəkil X6 da zərər çəkmiş şəxslə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs1 isə onların qonşusudur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, qardaşı İbrahimə məxsus evdə olan zaman həyat yoldaşı ona zəng edərək Məhəmməd və Məhəmmədin yanında olan iki nəfər şəxsin Elvini döydüklərini, tez binanın qarşısına gəlməyini demişdir. O bundan sonra dərhal taksi ilə yaşadığı binanın qarşısına gəlmişdir. O, binanın qarşısına çatanda binanın qarşısında xeyli sayda şəxslər olduğunu, oğlu Elvinin burnundan qan axdığını, Elvinin paltarının və üzərinin qan içərisində olduğunu görmüşdür. Həmin vaxt hadisə yerinə polis əməkdaşları da çatmışlar. O və Elvin daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Yolda Elvin ona Məhəmməd və İlqar adlı şəxslərin Elvini döydüklərini, Məhəmmədin Elvinə kəllə ilə burnundan xəsarət yetirdiyini, İlqarın isə Elvini yerə yıxdığını, boğazından tutaraq boğmağa çalışdığını demişdir. Elvin polis şöbəsində bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs1 isə onların qonşusudur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə olarkən çöldən səs-küy gəldiyini eşitmişdir. Mən dərhal balkona çıxmış və Məhəmmədin oğlu Elvini təpik və yumruq zərbələri ilə vurduğunu, həmçinin tanımadığı, üzünü dəqiq görmədiyi bir nəfər şəxsin Elvini boğazından tutduğunu görmüşdür. Bundan sonra o dərhal evə qayıdıb əri Xəqaniyə zəng vurmuş və olanlar barədə Xəqaniyə demişdir. Bir qədər sonra əri Xəqani yaşadığı binanın qarşısına gəlmişdir. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlmiş və Elvinlə əri Xəqanini polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun Elvinlə heç bir ədavət və düşmənçiliyi olmayıb. Təqsirləndirilən şəxs1 isə o, uşaq yaşlarından tanıyır və onunla dostluq münasibətləri vardır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, dostu İlqarla birlikdə Məhəmmədin yaşadığı binanın qarşısında oturacaqda əyləşib Məhəmmədi gözləyirmişlər. Həmin vaxt onlar binanın blokundan səs-küy gəldiyini eşitmişlər. O, İlqarla bloka yaxınlaşmış və Məhəmmədlə Elvinin dalaşdığını, Elvinin paltarının başına keçirili olduğunu, cırıldığını, Məhəmmədin də koftasının cırıq olduğunu, hər ikisinin bir-birinə zərbələr vurduğunu görmüşdür. Həmin vaxt o, Məhəmmədi tutub aralaşdırmışdır. O, Məhəmmədi yaxınlıqda yerləşən bisetkaya aparmış, Məhəmmədə siqaret vermiş və daha sonra İlqarla Elvinin yanına qayıtmışdır. O, Elvinin üzündən qan axdığını görmüş və Elvinə qanı yumalarını təklif etmişdir. Elvin ondan alışqan istəmiş və o, Elvinə alışqan vermişdir. Mübahisə zamanı səs-küy yarandığı üçün qonşularda səs-küyə balkona çıxmışlar. Bu zaman yuxarıdan səs-küy gəlmişdir. Elvin və Məhəmməd ailələrinin də mübahisə edəcəyindən ehtiyatlanıb yuxarıya qalxmışlar. Daha sonra oraya polis əməkdaşları gəlmişlər. O da İlqarla birlikdə oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 onun qonşularıdır. Onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə təmir işləri ilə məşğul olurmuş. Bu vaxt o, binanın qarşısında səs-küy gəldiyini eşitmişdir. O bundan sonra balkona çıxmış və Məhəmmədin Elvinlə dalaşdığını, Məhəmmədin Elvinin üzərinə gələrək Elvinə yumruq zərbələri atdığını, Elvinin sifətinin qan içində olduğunu görmüşdür. Həmin vaxt onların ətrafında xeyli sayda insanlar toplaşmışlar. Bundan başqa o, Məhəmmədin yanında olan tanımadığı və üzünü dəqiq görmədiyi şəxsin Elvinin boğazından tutduğunu görmüşdür. Elvin Məhəmməd və Məhəmmədin yanındakı şəxslə təxminən 5-6 dəqiqə əlbəyaxa dalaşdıqdan sonra ətrafa toplaşmış şəxslər onları aralaşdırmışlar. Həmin vaxt qonşuların əksəriyyəti səs-küyə balkona çıxmışlar. O, daha sonra təmir işlərini davam etdirmək üçün mənzilə girmişdir. Lakin binanın qarşısında yenə səs-küy olduğunu eşitmişdir. O arada balkona çıxıb çölə baxırmış. Bir qədər sonra binanın qarşısına polis əməkdaşları gəlmişlər. Bundan sonra binanın qarşısına toplaşmış şəxslər aralaşıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 onun qonşularıdır. Onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə olarkən binanın qarşısında səs-küy gəldiyini eşitmişdir. O bundan sonra balkona çıxmış və Məhəmmədin Elvinlə dalaşdığını, Məhəmmədin Elvinin üzərinə gələrək Elvinə yumruq zərbələri atdığını, Elvinin sifətinin qan içində olduğunu görmüşdür. Həmin vaxt onların ətrafında xeyli sayda insanlar toplaşmışlar. Bundan başqa o, Məhəmmədin yanında olan tanımadığı və üzünü dəqiq görmədiyi şəxsin Elvinin boğazından tutduğunu görmüşdür. Elvin Məhəmməd və Məhəmmədin yanındakı şəxslə təxminən 5-6 dəqiqə əlbəyaxa dalaşdıqdan sonra ətrafa toplaşmış şəxslər onları aralaşdırmışlar. Həmin vaxt qonşuların əksəriyyəti səs-küyə balkona çıxmışlar. O, daha sonra təmir işlərini davam etdirmək üçün mənzilə girmişdir. Lakin binanın qarşısında yenə səs-küy olduğunu eşitmişdir. O arada balkona çıxıb çölə baxırmış. Bir qədər sonra binanın qarşısına polis əməkdaşları gəlmişlər. Bundan sonra binanın qarşısına toplaşmış şəxslər aralaşıb getmişlər. Cinayət işində olan xx.xx.2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd qısaqol köynək ondan götürülərək köynəyə baxış keçirilmiş, baxış zamanı köynəyin ön və arxa tərəflərində qan izlərinin, həmçinin köynəyin arxa tərəfində iki ədəd 4 sm uzunluğunda cırıqların olduğu müəyyən edilmişdir Cinayət işində olan və məhkəmə iclasında araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 447 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər – burun sümüyünün qapalı sınığı, sağ kürək nahiyəsində, sağ dizində sıyrıqlar və boynunda qançır, küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri xx.xx.2020-ci il tarixə uyğundurlar.-ağırlıq dərəcələrinə görə burun sümüyünün sınığı sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. - sağ kürək nahiyəsində, sağ dizində sıyrıqlar və boynunda qançır sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materialarında olan tələbnamələrdən görünür ki, X2 və Təqsirləndirilən şəxs2 məhkum olunmamış şəxslərdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, X2 xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 saylı binanın blokunda təsədüfən rastlaşdığı qonşusu Zərərçəkmiş şəxs ailələri arasında yaranmış mübahisə ilə bağlı söhbət etmək istədiyini dedikdə, sonuncu onunla söhbət etməyin mənasız olduğunu, ailə üzvlərinin heç bir səbəb olmadan anasını döydüklərini bildirib yoluna davam edərkən, qapılarının onun tərəfindən yandırılmasını deyib, Zərərçəkmiş şəxs izah etməsinə məhəl qoymayaraq heç bir əsaslı səbəb olmadan ictimai yer sayılan Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 saylı binanın blokunda ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs zor tətbiq edərək kəllə ilə sifətindən vurub ona burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs köynəyini başına keçirmiş, yaranmış səs-küyə onun yanına gəlmiş dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vuraraq ona sağ dizin sıyrığı ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, ictimai qaydanı kobud sürətdə pozmağa davam edən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək onu çiynindən tutub yerə yıxmış, yerdə sürüyərək binanın qarşısına gətirib binada yaşayan sakinlərin səs-küyə balkona çıxmasına və ətrafa toplaşmasına məhəl qoymayaraq orada Zərərçəkmiş şəxs boğazından tutub sıxaraq boynunda qançır, sağ kürək və böyrək nahiyyələrinin sıyrığı xəsarəti ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bir qrup şəxs halında ictimai qaydanın kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn bina sakinlərinin fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 saylı binanın qarşısında tanışı Təqsirləndirilən şəxs1 gözləyərkən sonuncunun həmin binanın blokunda Zərərçəkmiş şəxs ilə mübahisə edərək ucadan danışdıqlarını eşidərək bloka girib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edərək kəllə ilə sifətindən vurub ona burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, sonuncunun köynəyini başına keçirməsini görərək tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib özlərinin şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək Zərərçəkmiş şəxs zor tətbiq edərib bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vuraraq ona sağ dizin sıyrığı ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs çiynindən tutub yerə yıxmış, yerdə sürüyərək binanın qarşısına gətirib binada yaşayan sakinlərin səs-küyə balkona çıxmasına və ətrafa toplaşmasına məhəl qoymayaraq orada sonuncunun boğazından tutub sıxaraq boynunda qançır, sağ kürək və böyrək nahiyyələrinin sıyrığı xəsarəti ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanın kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn bina sakinlərinin fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakılıq hərəkətlər başa düşülməlidir. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir». Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında həmçinin silah və silah qismində istifadə edilən əşyaların anlayışına və onların tətbiqi məsələsinə də aydınlıq gətirərək göstərmişdir ki, «CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. … Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.» Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin onlara elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onların əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından onlara ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X1 törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs X1 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis şöbəsində saxlanan 01 (bir) ədəd köynək Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: X2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X1 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X1 üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis şöbəsində saxlanan 01 (bir) ədəd köynək Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №1(051)-37/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-37/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver