Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-37/2022 05.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş və mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin X6 direktoru vəzifəsində işləmiş, hazırda Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatında baş mühəndis işləyən, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 24 oktyabr 2016-ci il tarixli, 09/11-917 saylı əmrlə həmin Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 30 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etməli, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmalı, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etməli, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etməli, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamalı, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamalı və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində X7 iş axtaran şəxs kimi qeydiyyata alınmış 17 şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Mingəçevir şəhər Məşğulluq mərkəzinə ayrılmış 86.214 (səksən altı min iki yüz on dörd) manat məbləğində vəsait həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən Şahid10 əvvəlcədən, yəni 2017-ci ilin may-iyul aylarında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 46.747 (qırx altı min yeddi yüz qırx yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X15 tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 10.430 (on min dörd yüz otuz) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X15 tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 25.322 (iyirmi beş min üç yüz iyirmi iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X15 tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli tenderin qalibinin ********** VÖEN-lə qeydiyyatdan keçmiş Şahid9 rəhbəri olduğu “Sabit” X17 və tarixi istintaqa məlum olmayan 3.715 (üç min yeddi yüz on beş) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X15 tərəfindən keçirilmiş tenderin qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş fiziki şəxs X12 olması barədə 2017-ci ilin may-iyul aylarında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Mingəçevir şəhər Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən fiziki və hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi 17 may 2017-ci il tarixli nömrəsiz, 26 may 2017-ci il tarixli nömrəsiz, 30 may 2017-ci il tarixli nömrəsiz və 03 avqust 2017-ci il tarixli 25 nömrəli müqavilələr, kotirovka sorğusu, tenderin nəticələri haqqında xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, habelə tarixi istintaqa məlum olmayan fiziki şəxs Şahid8 qalib gəlməsi barədə yekun protokolları və digər sənədlərin Şahid10 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli 80 nömrəli və 30 may 2017-ci il tarixli 21 nömrəli əmrləri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri X23, Şahid1, X29, Şahid3 və Şahid2 tərəfindən Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsi 1 ünvanında yerləşən X6 inzibati binasında həmin tenderlərin nəticələri və kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və “Sabit” X22, "xxxx" MMC, "xxxx" MMC və fiziki şəxs Şahid8 həmin tenderlərin və kotirovka sorğusunun qalibləri olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir tender və ya kotirovka sorğusu keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi və fiziki şəxslərin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli, 2916 saylı ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ87AMRA******************** nömrəli hesabına 10.430 manat, xx.xx.2017-ci il tarixli, 2605 saylı ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 46.747 manat, xx.xx.2017-ci il tarixli 2917 nömrəli ödəniş tapşırığı ilə Şahid8 "xxxx" ASC-nin Sabunçu filialında olan AZ47İBAZ******************** nömrəli hesabına 3.715 manat, xx.xx.2017-ci il tarixli 4215 nömrəli ödəniş tapşırığı ilə “Sabit” X17 "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 25.322 manat ümumilikdə bir fiziki və üç hüquqi şəxsin hesabına cəmi 86.214 (səksən altı min iki yüz on dörd) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən və 17 nəfərə nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi və fiziki şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda Şahid7, Şahid5, Şahid6 2017-ci ilin iyun-avqust ayları ərzində Bərdə, Ağdaş, Göyçay rayonları ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan və istintaqla müəyyən edilməyən digər şəxslərdən aldığı mal-qaranı, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən aldığı gözəllik salonu işlətmək üçün lazım olan ləvazimatları, quşçuluq təsərrüfatı ilə məşğul olmaq üçün avadanlıqları, Mingəçevir şəhəri ərazisində yerləşən bazardan quşçuluq təsərrüfatı ilə məşğul olmaq üçün aldığı quşları və əlaqədar ləvazimatları Mingəçevir şəhər Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid12 2.850,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.229,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid11 3.600,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.072,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid23 3.400,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.229,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid14 4.500,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.229,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid13 3.300,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.229,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid15 3.600,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.072,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid17 3.600,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.229,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid19 4.120,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.400,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid21 4.050,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.950,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid26 4.500,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.950,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid16 4.500,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.950,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid27 4.400,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.072,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid20 3.000,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.229,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid22 3.500,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.229,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid18 Sadin qızına 2.890,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.030,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid24 2.800,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.715,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid25 2.800,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.400,0 manat dəyərində maddi aktivlərin verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa X6 inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə sentyabr 2018-ci il tarixli aktların mərkəz üzrə yaradılmış satınalma komissiyasının üzvü X23 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən Şahid10 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 17 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 86.214 (səksən altı min iki yüz on dörd) manat məbləğində vəsaitdən faktiki olaraq 61.410 (altmış bir min dörd yüz on) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 24.804 (iyirmi dörd min səkkiz yüz dörd) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildə Bakı şəhərində yerləşən “Əmək və Sosial Münasibətlər” Akademiyasını bitirdikdən sonra "xxxx" ASC-də nəzarətçi operator, əməliyyat şöbəsinin rəisi, 2011-ci ildən 2016-cı ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər Sosial Müdafiə Mərkəzində baş məsləhətçi vəzifələrində işləmiş, 2016-cı ilin oktyabr ayından X6 direktoru vəzifəsinə təyin olunmuş, 30 iyul 2020-ci il tarixdə vəzifəsindən azad edilmişdir. 2016-cı ilin iyun ayından başlayaraq Mərkəzdə işaxtaran kimi qeydiyyata alınmış şəxslərə kurslar keçilməyə başlanmış və həmin kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə yazdıqları biznes plana əsasən dövlət hesabına əvəzsiz aktivlər verilməli, həmin aktivlərdən istifadə etməklə həmin şəxslər özlərini işlə təmin etməli idilər. 2017-ci ilin yay aylarının əvvəllərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən və eyni zamanda Mingəçevir şəhəri üzrə kurator olan Şahid10 ona hazırda xatırlamadığı nömrə ilə zəng edərək ona hazır tender və kotirovka sənədləri göndərdiyini, həmin sənədləri özü imzalayıb, habelə Mərkəzin digər əməkdaşlarının imzalamasını təmin edib Mərkəzin möhürü ilə təsdiqləməyini tapşırmış və əlavə etmişdir ki, bu rəhbərliyin göstərişidir və dərhal icra olunmalıdır. O da Şahid10 həmin göstərişin rəhbər şəxslərdən gəlməsi barədə dediklərini nəzərə alıb göstərişi icra etmək qərarına gəlmişdir. Bir neçə saat sonra hazırda avtomobilinin dövlət qeydiyyat nişanını xatırlamadığı tanımadığı taksi sürücüsü ona tender və kotirovka sənədləri gətirmişdir. O, həmin sənədləri Mərkəzin əməkdaşları X23, Şahid1, X29, Şahid3 və Şahid2 imzalatdırmış, özü də imzalamış və X6 möhürü ilə möhürləmişdir. Həmin sənədlərin içərisində guya Mingəçevir şəhər Məşğulluq Mərkəzi üzrə tender və kotirovkaların keçirilməsi, “Sabit” X22, "xxxx" MMC, "xxxx" MMC və fiziki şəxs Şahid8 həmin tenderlərin və kotirovka sorğularının qalibləri olması barədə protokollar, əlaqədar sənədlər, yəni təkliflər, qiymət cədvəlləri, komissiyaların yaradılması barədə əmrlər, tender və kotirovkaların qalibləri ilə müqavilələr və sair sənədlər olmuşdur. Daha sonra Şahid10 göstərişinin icrası məqsədi ilə tərəfindən verilmiş tapşırıqla mühasib Şahid4 tərəfindən Sabit” X22, "xxxx" MMC, "xxxx" MMC və fiziki şəxs Şahid8 bank hesablarına cəmi 86214 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin Maliyyə İdarəsinə faktiki olaraq tender və kotirovka keçirilməməsi barədə məlumat verməmişdir. Buna dair sənədləri də imzalayıb möhürləmişdir. Bir müddət sonra ona Şahid10 tərəfindən qalib kimi göstərilən şirkətlərin nümayəndələri tərəfindən aktivlərin paylanacağı bildirilmiş və nümayəndə ayırmağı tapşırılmış, o da Mərkəzin əməkdaşı Fədail Əhmədovu bu iş üçün ayırmışdır. Onun şirkət nümayəndələri ilə hər hansı ünsiyyəti olmamış, lakin iş axtaran şəxslər tərəfindən aktivlər mülkiyyətə verilərkən ona hər hansı şikayət daxil olmamış, vətəndaşlar aktivlərin onlara tam həcmdə verildiyini bildirmişlər, lakin onun aktivlərin hansı qiymətlərə alınmasından məlumatı olmamışdır. Ona qeyd olunan tender və kotirovkaların nəticələri üzrə ayrılmış pul vəsaitlərindən hər hansı məbləğdə pul vəsaitləri verilməmiş, həmin şirkətlərin tender və kotirovkalarda qalib gəlməsi barədə saxta sənədlərin imzalanmasını və möhürlənməsini təşkil etməsi və icraya yönəltməsinə görə də hər hansı məbləğdə pul yaxud digər maddi nemət almamış, buna görə vəzifəsi artırılmamış, o bunu ancaq rəhbərliyin göstərişi olduğuna görə etmişdir. Əslində 2017-ci ildə X15 üzrə əhalinin özünəməşğulluğunun təmin edilməsi sahəsində hər hansı tender və kotirovka keçirilməmiş, “Sabit” X22, "xxxx" MMC, "xxxx" MMC və fiziki şəxs Şahid8 formal olaraq keçirilməyən tenderin və kotirovka sorğularının qalibləri elan edilmişlər. Mingəçevir şəhər Məşğulluq mərkəzinin adından adlarını qeyd etdiyi fiziki və hüquqi şəxslə bağladığı 17 may 2017-ci il tarixli nömrəsiz, 26 may 2017-ci il tarixli nömrəsiz, 30 may 2017-ci il tarixli nömrəsiz və 03 avqust 2017-ci il tarixli 25 nömrəli müqavilələrdə, müqavilələrin icrası ilə əlaqədar tərtib olunmuş qaimə-fakturalar, kassa xərclərinin sifarişləri cədvəllərində, komissiyaların yaradılması barədə 25 noyabr 2016-cı il tarixli 80 nömrəli və 30 may 2017-ci il tarixli 21 nömrəli əmrlərdə, olan imzalar özünə məxsusdur. xx.xx.2017-ci il tarixli, 2916 saylı ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ87AMRA******************** nömrəli hesabına 10.430 manat, xx.xx.2017-ci il tarixli, 2605 saylı ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 46.747 manat, xx.xx.2017-ci il tarixli 2917 nömrəli ödəniş tapşırığı ilə Şahid8 "xxxx" ASC-nin Sabunçu filialında olan AZ47İBAZ******************** nömrəli hesabına 3.715 manat, xx.xx.2017ci il tarixli 4215 nömrəli ödəniş tapşırığı ilə “Sabit” X17 "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 25.322 manat ümumilikdə bir fiziki və üç hüquqi şəxsin hesabına cəmi 86.214 (səksən altı min iki yüz on dörd) manat məbləğində pul vəsaitinin köçürülməsini özü təmin etmişdir. Tender və kotirovka sorğusunun keçirilməsinə dair sənədlər ona baş idarədən hazır şəkildə göndərilidiyinə görə imzalanmasını və möhürlənməsini təmin etmiş, əgər həmin sənədləri imzalayıb möhürləməsəydi arzuolunmayan işçi hesab ediləcəkdi. Ailəlidir. Himayəsində 1 azyaşlı uşağı vardır. Etdiyi əməldən peşmandır. Həmçinin bildirir ki, hadisədən sonra zərərçəkmişə dəymiş ziyanı tam ödəmişdir. Ona görə də məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 24804 manat məbləğində maddi zərərin zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X11 hesabına tutulması barədə mülki iddia vermişlər. Maddi ziyanın tam ödənilməsi halında təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsinə etirazı yoxdur. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini bitirmiş, 2007-ci ildə Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi Mingəçevir şəhər əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi vəzifəsində işləmişdir. 9 sentyabr 2016-cı ildən Mingəçevir şəhər Məşğulluq Mərkəzinin “İş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi” sektorunda məsləhətçi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, heç vaxt X15 ilə maddi aktivlərin alınması ilə bağlı kotirovka və ya tenderdə iştirak etməmiş, ümumiyyətlə kotirovka və tenderin nə olduğunu bilmir. 2017-ci ilin iyul ayının əvvəllərində mərkəzin kargüzarı X21 onu kargüzarlığa çağırıb baş idarədən göndərilmiş sənədləri imzalamalı olduğunu bildirmişdir. O da həmin sənədləri imzalamış, lakin imzaladığı sənədləri oxumamış, imzaladığı sənədlərin konkret mahiyyətini bilməmişdir. Sonradan ona aydın olmuşdur ki, imzaladığı həmin sənəd maddi aktivlərin alınması ilə bağlı keçirilmiş tenderin nətiçələri barədə yekun protokoldur və o, tender komissiyasının üzvü kimi guya mərkəz üzrə keçirilmiş tenderdə "Sabit" kəndi fermer təsərrüfatının qalib olmasını imzası ila təsdiq etmişdir. Bir daha bildirir ki, o, heç bir kotirovkada və ya tenderdə iştirak etməmişdir. X15 üzrə 1 -ci lot üzrə tenderin nəticələri haqqında tender komissiyasının 27 iyul 2017- ci il tarixli yekun protokolunda tender komissiyasının üzvləri qrafasında adının qarşısında olan imza özünə məxsusdur. O, hər hansı bir tenderdə iştirak etməmiş, qeyd edilən müəssisələrin heç birini tanımır, mərkəzin uzun müddətli işləyən əməkdaşı kimi deyə bilər ki mərkəz üzrə hər hansı bir tender keçirilməmiş, o, həmin sənədləri mərkəzin direktoru Təqsirləndirilən şəxs sözləri ilə baş idarədən göndərilmiş sənədlər olmasına görə imzalamışdır. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclası zamanı Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1989-cu ildə X32 texnikomunun texnik texnoloq ixtisası üzrə bitirmişdir. Bundan sonra Mingəçevir şəhər Birləşmiş şəhər xəstəxanasında operator, kadrlar işi üzrə müffəttiş vəzifələrində işləmişdir. 1993-cü ilin iyun ayından Mingəçevir şəhər Məşğulluq Mərkəzində baş məsləhətçi mühasib vəzifəsində işləyir. 2016-cı ildən hazıra kimi mərkəzin direktoru vəzifəsində Təqsirləndirilən şəxs işləyir. Mərkəzin hesablaşma hesabı "xxxx" ASC-nin Mingəçevir fılialındadır. 2017- ci ilin təxminən iyul-avqust aylarında mərkəzin direktoru Təqsirləndirilən şəxs ona müqavilə, tender yekun protokolu, qaimə faktura, həmin müəssisənin bank rekvizitləri verib demişdir ki, “Sabit” KFT müəssisənin hesabına Mingəçevir maliyyə idarəsi vasitəsi ilə köçürmə əməliyyatını aparsın. Həmin vaxt bu köçürmə əməliyyatı mərkəzdə qeydiyyatda olan işsiz şəxslərə maddi aktların paylanması ilə bağlı olduğunu bilmişdir. Köçürmə əməliyyatını aparmış, mərkəzin baş mühasibi kimi heç bir tender və kotirovkada iştirak etməmiş və uzun müddətli işçi kimi onu deyə bilər ki, mərkəz üzrə heç bir kotirovka və tender keçirilməmişdir. Həmin sənədlər hazır formada baş idarədən göndərilmiş lakin kim tərəfindən göndərilməsini bilmir. Eşitmişdir ki, hansısa şirkətin nümayəndəsi tərəfindən mərkəzin əməkdaşı Fədai Əhmədovun iştirakı ilə maddi aktivlər paylanılmış, lakin konkret detallarını bilmir.Faktiki olaraq mərkəzə heç bir maddi aktiv təhvil verilməmiş, qaimə-fakturalar vəsaitin köçürülməsi üçün tərtib olunan sənədlərdir çünki qaimə faktura maliyyə idarəsinə təqdim olunmasa vəsaitin köçürülməsi qeyri mümkündür. Mərkəzin mühasibi kimi "Sabit" KFT ilə yanaşı eyni dövrdə eyni məqsədlə "xxxx" MMC (rəhbəri Tamella Əliş qızı,) "xxxx" MMC (rəhbəri X18) və fiziki şəxs kimi Abbasov Seidrəsul oğlunun bank hesablarına vəsaitlər köçürmüş, ümumilikdə qeyd etdiyi fiziki və hüquqi şəxslərin hesabına 86.214 manat pul vəsaiti köçürmüşdür. Şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2000-ci ildə Sumqayıt şəhərində yerləşən 38 saylı orta məktəbi bitirmiş, həmin ildə də Dövlət İqtisad Universitetinin maliyyə kredit fakültəsinə daxıl olmuş, 2004-cü ildə həmin fakültəni bitirmişdir. 2007-2009-cu illərdə mal qara alqı satqısı ilə məşğul olmuş, müxtəlif rayonlardan mal- qara alıb satmışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə daxil olmuş və 2013-cü ildə həmin fakültəni bitirmişdir. Bundan sonra hazırkı dövrə kimi mal-qara alqı satqısı ilə məşğul olur. 2017-ci ilin may-iyul aylarında qəzetdə və İnternet saytında görmüşdür ki, Lənkəran, Mingəçevir, Sumqayıt, Qax, Oğuz, Kürdəmir, Zaqatala, Abşeron, Binəqədi, Suraxanı, Nərimanov, Sabunçu və respublikanın digər rayon və şəhər Məşğulluq Mərkəzi üzrə işaxtaran şəxslərə aktivlərin alışı ilə bağlı tender və kotirovka sorğusu keçirilir. Elandan başa düşmüşdür ki, həmin Məşğulluq mərkəzləri vətəndaşlara verilməsi üçün mal qara və digər ləvazimatlar, avadanlıqlar almaq istəyir və buna görə də tender və kotirovka keçirir. Bundan sonra həmin tenderlərdə və kotirovkalarda iştirak etmək qərarına gəlmiş, lakin tender və kotirovkada iştirak etmək üçün müəyyən tələblər olduğuna görə tender və kotirovkada iştirak etmək üçün Rəşad adlı dostu vasitəsilə tanış olduğu, fiziki şəxs kimi vergi ödəyicisi olan və Saatlı rayonunda mal-qara ferması olan Seyidrəsul Abbasova təklif etmişdir ki, qeyd etdiyi rayonlar üzrə Məşğulluq mərkəzi tərəfindən keçirilən kotirovka sorğularında və tenderlərdə iştirak etsinlər, əldə olunan qazancı yarı bölsünlər. Seyidrəsul təklifi ilə razılaşmışdır. Eyni qaydada müxtəlif şəxslər vasitəsilə tanış olduğu X30, X19 və Şahid9 direktorları olduğu hüquqi şəxslər olan müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və “Sabit” X17 adından tender və kotirovkada iştirak etmək qərarına gəlmiş, Seyidrəsulun və həmin şirkətlərin direktorlarının adından kotirovkada və tenderdə iştirak etmək üçün ərizələr almış, bank rekvizitlərini almış, təklif olunan qiymətlərini paketə qoyub həmin sənədləri Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Eyni zamanda direktorların və Seyidrəsulun adından etibarnamələr alaraq tender və kotirovkalar keçirilən Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Təklifləri verdikdən sonra həmin Mərkəzlərdə kotirovka sorğuları və tenderlər keçirilmiş, lakin kotirovkanın və tenderlərin hansı mərtəbədə və otaqda keçirilməsini xatırlamır. Hər tender və kotirovkada onun təmsil etdiyi şirkətlərdən başqa digər iki şirkət də iştirak etmiş, lakin konkret kimlərin iştirak etməsini xatırlamır, konkret olaraq Məşğulluq mərkəzinin hansı əməkdaşlarının komissiyada iştirak etmələrini xatırlamır. O, bir çox rayonda qeyd etdiyi şirkətlərin adından iştirak etdiyi tender və kotirovka sorğularının qalibi olmuşdur. Şirkətlərə və Şahid8 hesabına köçürülmüş pulu direktorlar özləri bankdan çıxarıb, vergilər və sair xərclər çıxmaqla qalanını aktivləri almaq üçün ona vermişdilər. Onu da qeyd edir ki, şirkət rəhbərləri və Seyidrəsul ümumiyyətlə tender və kotirovka sorğusu prosesi ilə maraqlanmamışlar, onlar ancaq bununla bağlı onun tərtib etdiyi sənədləri imzalamışlar, həmin şirkətləri faktiki olaraq o, özü təmsil etmişdir. Tender və kotirovkalarda qalib gəlib şirkətlərlə müqavilələr bağlandıqdan sonra o, müqaviləyə uyğun olaraq vətəndaşları hər aktiv paylanmalı olan rayonun özündə yaxud həmin rayonda iri mal bazarı olmadıqda qonşu rayonda yerləşən mal bazarına aparıb orada istədikləri heyvanı alıb vermiş, habelə heyvandarlıqla əlaqədar olmayan aktivləri Bakı şəhərində müxtəlif mağazalardan, habelə “Sədərək” Ticarət Mərkəzindən alıb paylamış, hər aktivi verəndə bununla bağlı akt tərtib etmiş, aktları bəzən özü, bəzən də onunla bərabər ona aktivlərin paylanmasında və daşınmasında iştirak edən qardaşı Şahid6, tanışları Şahid7 və Samir Hüseynov imzalamışlar, aktivləri alarkən isə pulunu özü vermişdir. Dövlət Məşğulluq Xidmətinin hər hansı bir əməkdaşını tanımır, onun həmin əməliyyatlarda iştirak etməyi üçün heç kim heç kimdən heç nə xahiş etməmişdir. Bundan əlavə əldə etdiyi qazancından heç kimə pul verməmişdir. İşaxtaran şəxslərə vermək üçün aldığı aktivlərin qiyməti tender və kotirovka sorğularında təqdim etdiyi qiymətlərdən aşağı olmuşdur. Aldığı aktivlərin real bazar qiymətləri ilə faktiki olaraq alınmış qiymətləri arasında fərqləri onunla izah edir ki, o, faktiki olaraq bazar qiymətlərini müəyyən edib bu qiymətləri təklif etmişdir. Həmin qiymətlərin içərisində tender və kotirovkada iştirak edən hüquqi və fiziki şəxslərin qazancı, vergiləri və sair xərcləri hesablanmışdır. 2017-ci ildə özünü məşğulluq proqramı çərçivəsində vətəndaşlara aktivlərin verilməsi bağlı aktlar aktlarda adının qarşısında olan imzaların hamısı özü tərəfindən icra edilmiş, aktivlərin vətəndaşların mülkiyyətinə verilməsi barədə aktlar isə onlar tərəfindən tərtib edilməmiş, həmin prossesdə iştirak etməmişdir. Şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon şöbəsində baş məsləhətçi, DSMF-nin Saatlı rayon şöbəsində müdir müavini vəzifəsində işləmiş, 2019-cu ildən etibarən işsizdir. Ailəsinin Saatlı rayonunda 150 baş iri buynuzlu, 350 baş xırda buynuzlu heyvandan ibarət heyvandarlıq təsərrüfatı mövcuddur. Həmin təsərrüfatı özü və qardaşı Mirmansur Abasov idarə edir. Fiziki şəxs kimi ona ********** nömrəli VÖEN verilmiş, 2010-cu ildə qeydiyyata alınmışdır. 2017-ci ildən etibarən fəaliyyətini dayandırmışdır. Eyni zamanda bildirir ki, "xxxx" MMC şirkətinin direktorudur, əvvəllər həmin şirkətlə heyvandarlıq fəaliyyəti göstərmiş, VÖEN-i **********-dir. Şahid5lə tələbə yoldaşı olmuş, tanışlıqları həmin vaxtdandır. Şahid5 ona təklif etmişdir ki, təsərrüfatı olduğu üçün və vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyinə görə onun adından kotirovka sorğuları və tenderlərdə iştirak edib qazandığı pulun bir hissəsini ona verə bilər. O da həmin təkliflə razılaşmış, Şahid5 etibarnamə vermişdir. Şahid5 tərtib edib ona təqdim etdiyi müxtəlif rayonlarda keçirilən tender və kortirovka sorğuları ilə bağlı sənədləri imzalamış, həmin sənədlərin içərisində Lənkəran rayonu və Mingəçevir şəhəri üzrə tender sənədləri də olmuşdur. Özü heç bir rayona sənəd göndərməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmişdir. 2017-ci ildə bir neçə dəfə Şahid5lə birlikdə Beynəlxalq Banka gedib orada onun hesabına köçürülən təqribən 500.000 manata yaxın vəsaiti hesabdan çıxarıb Şahid5 təqdim etmişdir. Pulu hesabdan çıxarıb dərhal Şahid5 verdiyinə görə məbləğini dəqiq xatırlaya bilmir. Aralarında olan danışığa görə həmin pul hesabına Şahid5 özünü məşğulluq proqramı çərçivəsində müxtəlif şəxslər üçün iri və xırda buynuzlu heyvanların verilməsini təşkil edəndən sonra qalan qazancın bir hissəsini ona verməliymiş, lakin Şahid5 sonradan heyvanların qiymətinin bahalaşmasını bəhanə edib ona pul verməmişdir. O da əvvəldən yoldaşlıq münasibətləri olduğuna görə bu barədə Şahlara heç nə deməmişdir. Möhürü Şahid5 versə də onun adından tərtib edilmiş bütün sənədləri şəxsən ona imzalatdırmışdır. Konkret olaraq hansı rayonlara tender və kotirovka sorğuları ilə bağlı müraciətlər göndərilməsini, müqavilələr bağlanmasını hazırda xatırlaya bilmir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi heç kimlə əmək müqaviləsi bağlamamışdır. Şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqribən 2012-ci ildən iri və xırda buynuzlu heyvan satışı ilə məşğul olur. Şahid5 2017-ci ildən tanıyır, İmişli mal bazarında tanış olmuşlar. Ondan bir neçə dəfə iri və xırda buynuzlu heyvan almış, sonra tanış olmuşlar, ona təklif etmişdir ki, mal-heyvan alınıb əhaliyə paylanmasında kömək etsin. O da Şahlarla razılaşıb müxtəlif rayonlarda yaşayan şəxslər üçün mal-heyvan alınıb paylanması və birkalanmasında köməklik etmiş, yəni tender və kotirovka sorğuları ilə bağlı əhaliyə verilən mal-qaranın alınıb paylanmasına Şahlar Mizəyev tərəfindən cəlb edilmişdir. Onlara Şahid5 tərəfindən verilmiş siyahıda olan şəxsləri mal bazarına çağırmışlar, istəklərinə uyğun olaraq bazarda iri buynuzlu yaxud xırda buynuzlu heyvan alıb vermişlər. Həmin heyvanlar bazarda birkalanmış, bundan sonra aktın arxa tərəfinə birkaları qeyd etmişlər, şəxslərə imzaladıb foto və video şəklini çəkməklə təhvil vermişlər. Tərtib etdikləri aktlarda heyvanların və ya verilən digər maddi aktivlərin qiymətləri yazılmamışdır. Maddi aktivləri qəbul etmiş şəxslərin hər biri aktı özü imzalamaqla maddi aktivi təhvil almışlar. Mal-qara payladıqları rayonların içərisində Mingəçevir şəhəri də olmuşdur, həmin rayonların əhalisinə də mal-qara alıb paylamışdır. Bazarda kimin üçün hansı sayda hansı növ və təqribən hansı qiymətə heyvan almağı Şahid5 demişdir. Onun üçün kimə hansı sayda və neçəyə alınması önəmli olmamış, əsas ona fikir vermişdir ki, kimə heyvan alınıb verilsə narazı qalmasın. Şahlar bilmişdir ki, o, mal-heyvanı və qiymətini yaxşı bilir, ona görə şəxslərin gedib bəyənib seçdiyi heyvanların qiymətini danışıb almağı da ona tapşırmışdır. Əsasən ətlik, südlük iri və xırda buynuzlu heyvanlar almışlar. Məsələn yanı balalı bir qoyunun qiyməti 180-220 manat arası dəyişmiş, bir quzunun qiyməti 110-130 manat, bir yanı balalı inəyin qiyməti 1200-1400 manat olmuşdur. Qiymətlərin hamısını hazırda tam xatırlaya bilmir. Sonradan həmin heyvanların qiymətinin neçəyə rəsmiləşdirildiyini bilmir. Hər bir şəxsə heyvanla yanaşı ot ya da yem alıb vermişlər. Onun kömək etmək səbəbi odur ki, əvvəllər ondan da mal-heyvan almışlar, çünki o özü də bazarda alver etmiş, bundan başqa bəzi hallarda 50-100 manat da pul vermişlər. Eyni zamanda bildirirki, mal-heyvandan başqa digər sahələrdə biznes qurmaq istəyən şəxslərə maddi aktivlərin alınmasında da iştirak etmiş, həmin aktivləri Bakı şəhərində müxtəlif mağazalarda, habelə əsasən “Sədərək” Ticarət Mərkəzindən almışdır. Mal-qara payladıqları regionların içərisində Lənkəran rayonu və Mingəçevir şəhəri də olmuşdur, həmin rayon və şəhərin əhalisinə də mal-qara alıb paylamışlar. Mingəçevir şəhərində yaşayan şəxslərə malqaranı əsasən Bərdə mal bazarından alıb paylamışlar. Həmin rayon və şəhər Məşğulluq xidmətinin əməkdaşları da aktivin paylanması zamanı onların yanlarında dayanıb akta imza etmişlər, lakin aktivlərin alınması və paylanması ilə məşğul olmamış, ancaq aktivlərin istifadəyə verilməsinə şahid olmuşlar. Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında aktlar Şahlar tərəfindən doldurulmuş, bəzilərini o, bəzilərini isə Şahid5 imzalamış, Mingəçevir şəhəri üzrə Şahid25, Şahid24, Şahid27, Şahid21, Şahid19, Şahid16, Şahid18, Şahid26 aktivlərin istifadəyə verilməsinə dair tərtib olunmuş aktlarda adının qarşısında olan imza özünə məxsusdur. Bundan başqa aktda maddi məsuliyyətə qəbul edən qrafasında mütləq qaydada aktivləri verdikləri şəxslər imza etmiş, həmçinin Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları da akta imza etmişlər. Qeyd edir ki, aktivlərin pulunu hər bir halda Şahid5 vermiş, onun işi aktivləri uyğun qiymətə tapmaq, vətəndaşa təhvil vermək yaxud daşınmaqla çatdırılmasını təmin etmək, bəzən aktları tərtib etmək olmuşdur. Şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclası zamanı Şahid7 ilə eyni məzmunlu ifadə verərək qardaşı Şahid5 kömək məqsədi ilə sonuncu ilə birgə aktivlərin alınmasında və paylanmasında iştirak etdiyini göstərmişdir. Şahid qismində dindirilmiş Şahid24 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildə iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət edərəl qeydiyyata alınmış, 2016-cı ildə X9 toyuq inkubatoru ilə bağlı biznes planını təqdim etmişdir. Bundan bir qədər sonra X9 dəvət edilmiş, “Gənclər evi”ndə 2 ay kurs keçdikdən sonra Bakı şəhərində imtahan verərək imtahandan keçmişdir. Bundan sonra bir müddət keçmiş və 2017-ci ilin iyun ayında adını bilmədiyi və tanımadığı şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək ona veriləcək maddi aktivlərin veriləcəyini bildirmişdir. 26 iyun 2017-ci il tarixdə onunla telefon əlaqəsi saxlayan şəxs yaşadığı evə gəlmiş, həmin vaxt yanında sadəcə sürücü olmuş, birlikdə Mingəçevir şəhərində “kolxoz” adlanan bazara getmişlər. Həmin şəxs bazardan 300 kq qarışıq yem, 300 kq buğda, 300 ədəd toyuq yumurtası, 30 ədəd yumurta istehsalı üçün toyuq, 5 ədəd xoruz, 1 ədəd cücə üçün olan Atazol dərmanı alaraq ona vermiş, lakin həmin malların alınması müqabilində nə qədər pul verilməsini bilməmişdir. Daha sonra onlar həmin şəxslə birlikdə Goranboy rayonunun Goran qəsəbəsinə getmişlər. Oradan da mağazaların birindən 1 ədəd 500 ədədlik inkubator, 1 ədəd 220 voltluq generator alaraq ona verilmiş, lakin həmin malların qiymətini və onların alınması müqabilində nə qədər pul verilməsini görməmişdir. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 3800 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Sadəcə bir dəfə olmaqla 2017-ci ilin iyun ayında adlarını qeyd etdiyi aktivləri almışdır. Bundan başqa digər vaxtlarda hər hansı miqdarda maddi aktiv almamışdır. Ona faktiki olaraq verilmiş maddi aktivlərin dəyərinin tam olaraq nə qədər olmasını bilməsə də 2017-ci ilin üçün bazar qiymətlərində həmin maddi aktivlərin ümumi dəyəri təxminən 2800 manat təşkil etmişdir. Həmin dəyərin kim tərəfindən hansı qaydada ödənilməsi barədə hər hansı bir məlumatı olmamışdır. Ona maddi aktivi verən şəxs özünü Bakı şəhərindən Məşğulluq Mərkəzinin əməkdaşı kimi kimi təqdim etmişdir. Həmin vaxt orada onunla birlikdə X6 hər hansı əməkdaşı iştirak etməmişdir. O, maddi aktivlərin alınması ilə bağlı olaraq ilk dəfə 2017-ci ilin iyun ayında kağıza imza etmişdir. Həmin kağızda ona faktiki olaraq verilmiş aktivlər qeyd olunmuşdur. Həmin vaxt orada sadəcə həmin aktivləri ona alıb verən şəxs iştirak etmişdir. Daha sonra da 2018-ci ilin sentyabr ayında X7 həmin maddi aktivlərin onun mülkiyyətinə verilməsinə dair akta imza çəkmişdir, lakin həmin aktı oxumadığından orada nə yazılmasını bilməmişdir. Həmin akta imza çəkərkən orada Fədail adlı şəxs olmuşdur. Maddi aktivlər hazırda yaşadığı evin həyətindədir. Ona təqdim olunan “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” aktda adının qarşısında olan imza özünə məxsusdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda sizə dəyəri 2000 manat olan 1 ədəd 500 ədədlik inkubator, dəyəri 700 manat olan 1 ədəd 220 voltluq generator, dəyəri 240 manat olan 300 kq qarışıq yem, dəyəri 240 manat olan 300 kq buğda, dəyəri, 600 manat olan 30 ədəd toyuq, dəyəri 125 manat olan 5 ədəd xoruz, dəyəri 120 manat olan 300 ədəd yumurta və dəyəri 30 manat olan 1 ədəd Atazol dərmanı olmaqla ümumilikdə 4715,00 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona ümumilikdə təxminən 2800 manat dəyərində maddi aktiv verilmişdir. Həmin aktivlərin dəyərini və onlar müqabilində verilən pulu görməmişdir. Ona maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmişdir. Aldığı maddi aktivlərin daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Həmin malların daşınmasını onların özləri təşkil etmişdir. Şahid qismində dindirilmiş Şahid13 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildən 2013-cü ilədək Goranboy rayon Elektrik idarəsində, 2013-cü ildən 2014-cü ilədək “Azpetrol” şirkətində növbə rəisi vəzifəsində işləmiş, 2014-cü ilin əvvəlindən 30 oktyabr 2016-cı ilədək işsiz olmuşdur. 30 oktyabr 2016-cı ildən hal-hazırki dövrə kimi Goranboy rayon N saylı hərbi hissədə sürücü vəzifəsində işləyir. Təqribən 2014-cü ilin yay aylarında iş axtaran kimi Mingəçevir şəhər Məşğulluq Mərkəzinə müraciət etmiş və həmin vaxtdan qeydiyyata durmuş. Daha sonra 2016-cı ildə X9 dəvət edlmiş və ona “Gənclər Evi”ndə 2 ay kurs keçildikdən sonra Bakı şəhərində imtahan vermişlər. Bundan sonra bir müddət keçmiş və 2017-ci ilin iyun ayında tanımadığı və adını bilmədiyi şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək onu Bərdə rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Bərdə rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüş. O, həmin şəxsin iştirakı ilə özü üçün mal-qara seçmiş, 1 baş yanıbalalı inək, 1 baş boğaz inək və 1 baş düyə üçün toplam 2800 manat məbləğində vəsait onun iştirakı ilə tanımadığı şəxs tərəfindən satıcıya ödənilmişdir. Bundan sonra bazarda tanımadığı şəxs tərəfindən ona malqara üçün ot və yem alınmasına görə 500 manat məbləğində vəsait verilmişdir. Həmin vaxt onu bazara dəvət edən şəxs kağıza ona imza etdirmiş, lakin həmin vaxt həmin kağızları oxumadığından orada nə yazıldığını da bilməmişdir. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 4500 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Sadəcə bir dəfə olmaqla 2017-ci ilin iyun ayında bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da düyə olmaqla mal-qara almışdır. Bundan başqa o, digər vaxtlarda hər hansı miqdarda mal-qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da düyənin konkret dəyərinin 2800 manat olduğunu bilir. Həmin dəyər onu bazara dəvət etmiş şəxs tərəfindən onun iştirakı ilə satıcıya ödənilmişdir.Ona maddi aktivi verən şəxs Bakıdan gəldiyini bildirmişdir. Həmin vaxt onunla birlikdə başqa da üç nəfər şəxs olsa da o, həmin şəxslərin kim olmasını və harada işləməsi barədə məlumatı olmamışdır. 2017-ci ilin iyun ayında aldığı maddi aktivlərdən 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni hazırda o, yaşadığı yerdə saxlayır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 09 iyun 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 08 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imza özünə məxsusdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 08 sentyabr 2018-ci il tarixli aktda ona dəyəri 2059 manat olan 1 baş yanı balalı inək, dəyəri 1832 manat olan 1 baş boğaz inək və dəyəri 1338 manat olan 1 baş düyə olmaqla ümumilikdə 5229,00 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona həmin dəyərdə mal-qara verilməmişdir. Belə ki, ona verilmiş mal-qaranın ümumi dəyəri təxminən 2800 manat təşkil etmişdir. Ona maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmişdir. Aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona 500 manat məbləğində vəsait verilmişdir. Şahid qismində dindirilmiş Şahid14 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, məcburi köçkün kimi 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşmışdır. 2016-cı ildə iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət etmiş və həmin vaxtdan qeydiyyata alınmışdır. Daha sonra 2016-cı ildə o, X7 2 aylıq kurs keçdikdən sonra biznes planı tərtib edərək Bakı şəhərinə getmiş və orada imtahan vermişdir. Bundan sonra bir müddət keçdi və 2017-ci ilin iyun ayında tanımadığı və adını bilmədiyi şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək onu Bərdə rayonunda yerləşən mal bazarına dəvət etmiş. O da bununla bağlı olaraq Bərdə rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüş. Həmin şəxs ona bazarda gəzməyini və bəyəndiyi mal-qaranı onlara bildirməyini demişdir. O da bazarda dəyəri təxminən 1700 manat olan 1 ədəd yanı balalı inək, dəyəri təxminən 1500 manat olan boğaz inək və dəyəri təxminən 1300 manat olan bir baş düyə bəyənmiş və bu barədə onunla əlaqə saxlayan şəxsə məlumat vermişdir. Həmin şəxs də bundan sonra özünün bəyəndiyi mal-qaranın satıcıları ilə qiymət ətrafında müzakirələr aparmış və bundan sonra bilmədiyi bir rəqəm də razılığa gələrək həmin mal-qaranı alaraq ona vermişlər. Həmin vaxt satıcıya ona verilən heyvanlar müqabilində hansı məbləğdə pul verilməsini görməmişdir. Həmin vaxt onu bazara dəvət edən şəxs kağıza ona imza etdirmiş, lakin həmin vaxt o, həmin kağızları oxumadığından orada nə yazıldığını da bilməmişdir. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 4000 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün o hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Sadəcə bir dəfə olmaqla 2017-ci ilin iyun ayında bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da düyə olmaqla mal-qara almışdır. Bundan başqa o, digər vaxtlarda hər hansı miqdarda mal-qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da düyənin konkret dəyərinin nə qədər olmasını bilmir. Həmin dəyər onu bazara dəvət etmiş şəxs tərəfindən ödənilsə də hansı qaydada ödənilməsini bilməmişdir. Ona maddi aktivi verən şəxs özünü ona mal-qara verən şəxs kimi təqdim etmişdir. Həmin vaxt qeyd etdiyi şəxslə birlikdə başqa da iki nəfər şəxs olsa da onların kim olmasını və harada işləməsi barədə məlumatı olmamışdır. O, maddi aktivlərin alınması ilə bağlı olaraq bir dəfə 2017-ci ilin iyun ayında kağıza imza etsə də həmin kağızları oxumadığından orada nə yazılmasını bilməmişdir. Həmin akta imza çəkərkən orada onu bazara dəvət edən şəxs və yanında olan 2 nəfər tanımadığı şəxs olmuşdur. Aldığı maddi aktivlərdən 1 baş düyə Yevlax rayonu, Ərəş kəndində bacısının yaşadığı evin həyətindədir. Digər 1 yanı balalı inəyi və 1 baş boğaz inəyi isə satmışdır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 09 iyun 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imza özünə məxsusdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda sizə dəyəri 2059 manat olan 1 baş yanı balalı inək, dəyəri 1832 manat olan 1 baş boğaz inək və dəyəri 1338 manat olan 1 baş düyə olmaqla ümumilikdə 5229,00 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona həmin dəyərdə mal-qara verilməmişdir. Belə ki, ona verilmiş mal-qaranın ümumi dəyəri təxminən 4500 manat təşkil etmişdir. O, maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmişdir. Ona aldığı malqara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid qismində dindirilmiş Şahid25 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildə iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşdür. Daha sonra 2016-cı ildə X9 toyuq inkubatoru ilə bağlı biznes planını təqdim etmişdir. Bir müddət sonra X9 dəvət edilmiş və “Gənclər evi”ndə 2 ay kurs keçdikdən sonra Bakı şəhərində imtahan vermişdir. 2017-ci ilin iyun ayında adını bilmədiyi və tanımadığı şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək ona maddi aktivlərin verəcəklərini bildirmişlər. 26 iyun 2017-ci il tarixdə onunla telefon əlaqəsi saxlayan şəxs yaşadığı evə gəlmişdir. Həmin şəxs tək olmuş və Bakı şəhərindən gəldiyini bildirmişdir. Həmin vaxt qeyd etdiyi şəxs ona 500 kq qarışıq yem, 500 ədəd yumurta, 1 ədəd 500 ədədlik “Mesuska” markalı inkubator, 1 ədəd 220 voltluq generator təqdim etmiş, lakin həmin malların qiymətini və onların alınması müqabilində nə qədər pul verilməsini bilməmişdir. Həmin şəxs malları ona təqdim etdikdən sonra akta imza çəkdirmişdir.X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 3800 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. O, sadəcə bir dəfə olmaqla 2017-ci ilin iyun ayında adlarını qeyd etdiyi aktivləri almışdır. Bundan başqa digər vaxtlarda hər hansı miqdarda maddi aktiv almamışdır. Ona faktiki olaraq verilmiş maddi aktivlərin dəyərinin nə qədər olmasını bilmir çünki həmin maddi aktivlərin alınmasında iştirak etməmişdir. Ona maddi aktivi verən şəxs özünü Bakı şəhərindən Məşğulluq Mərkəzinin əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxt orada onunla birlikdə X6 hər hansı əməkdaşı iştirak etməmişdir. Maddi aktivlərin alınması ilə bağlı olaraq ilk dəfə 2017-ci ilin iyun ayında kağıza imza etmişdir. Həmin kağızda ona faktiki olaraq verilmiş aktivlər qeyd olunmuşdur. Həmin vaxt orada sadəcə həmin aktivləri ona alıb verən şəxs iştirak etmişdir. Daha sonra da 2018-ci ilin sentyabr ayında X7 həmin maddi aktivlərin onun mülkiyyətinə verilməsinə dair akta imza etmişdir. Həmin aktda ona ümumilikdə 4400 manat dəyərində maddi aktivin verilməsi qeyd olunmuşdur. 2017-ci ilin iyun ayında aldığı maddi aktivlər hazırda yaşadığı evin həyətindədir. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda adının qarşısında olan imzalar özünə məxsusdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda sizə dəyəri 2000 manat olan 1 ədəd 500 ədədlik inkubator, dəyəri 700 manat olan 1 ədəd 220 voltluq generator, dəyəri 1500 manat olan 500 kq qarışıq yem, dəyəri 200 manat olan 500 ədəd yumurta dərmanı olmaqla ümumilikdə 4400,00 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona verilən maddi aktivlərin real qiymətini bilmir.O, maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmişdir. Aldığı maddi aktivlərin daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Həmin malların daşınmasını onların özləri təşkil etmişdir. Şahid qismində dindirilmiş Şahid21 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, məcburi köçkün kimi 1993-cü ildən Bərdə rayonunda, 2002-ci il tarixdən isə Mingəçevir şəhərində məskunlaşmışdır və həmin tarixdən etibarən fəhlə kimi müəyyən işlərlə məşğul olmuşdur. O daha əvvəllər xatırlamadığı vaxtda iş axtaran kimi Mingəçevir şəhər Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşdür. Daha sonra 2016-cı ildə mən X9 qoyun saxlamaq ilə bağlı biznes planını təqdim etmişdir. Bundan bir qədər sonra tanımadığı və adını bilmədiyi bir nəfər şəxs onu X9 çağımış və orada onunla birlikdə 21 nəfər də şəxs olmuşdur. Onlar Mingəçevir şəhərində X25 2 ay kurs keçdikdən sonra Bakı şəhərində imtahan vermişlər, həmin 21 nəfərdən içərisində o da daxil olmaqla 17 nəfəri imtahandan keçmişlər. Bundan sonra bir müddət keçmiş və 2017-ci ilin avqust ayında tanımadığı və adını bilmədiyi bir şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onu Bərdə rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Bərdə rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüşdür. Həmin şəxs gənc yaşlarında, orta boylu bir şəxs olmuş və yanında da iki nəfər tanımadığı şəxs olmuşdur. Həmin şəxs bazarda təxminən 70 baş qoyun satan tanımadığı bir satıcını ona göstərərək onun mallarını bəyənibbəyənmədiyini ondan soruşmuşdur. O da həmin satıcının satdığı heyvanlara baxmış və bəyənmişdir. Ona həmin vaxt 18 qoyun verilməli olduğunu bildirmişlər və həmin heyvanları da ona təqdim edilən satıcıdan alaraq ona vermişlər. O da həmin 18 baş qoyunu maşına yükləyərək bazardan aparmışdır. Həmin vaxt satıcıya ona verilən heyvanlar müqabilində hansı məbləğdə pul verilməsini görməmişdir. Həmin vaxt onu bazara dəvət edən şəxs təxminən 3 ədəd kağıza ona imza etdirmiş, lakin həmin vaxt kağızları oxumadığından orada nə yazıldığını da bilməmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün onlardan hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. O, sadəcə bir dəfə olmaqla 2017-ci ilin avqust ayında 18 baş qoyun almışdır. Bundan başqa digər vaxtlarda hər hansı miqdarda mal- qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş 18 baş qoyunun dəyərinin nə qədər olmasını bilmir. Həmin dəyər onu bazara dəvət etmiş şəxs tərəfindən ödənilsə də hansı qaydada ödənilməsini bilməmişdir. Ona maddi aktivi verən şəxs özünü ona mal-qara verən şəxs kimi təqdim etmişdir. Həmin vaxt onunla birlikdə başqa da iki nəfər şəxs olsa da həmin şəxslərin kim olmasını və harada işləməsi barədə məlumatı olmamışdır. Maddi aktivlərin alınması ilə bağlı olaraq bir dəfə 2017-ci ilin avqust ayında təxminən 3 kağıza imza etsə də həmin kağızları oxumadığından orada nə yazılmasını bilməmişdir. Həmin akta imza çəkərkən orada onu bazara dəvət edən şəxs və yanında olan 2 nəfər tanımadığı şəxs olmuşdur. 2017-ci ilin avqust ayında aldığı 18 baş qoyunu yaşadığı yerdə saxlayır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 25 avqust 2017-ci il tarixli və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imza özünə məxsusdur.“Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda ona hər birinin dəyəri 275 manat olmaqla 18 baş boğaz qoyun olmaqla ümumilikdə 4950 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona verilən qoyunların hər biri təxminən 25-30 kq çəkisində olmuş və onların da həmin vaxtki bazar dəyəri 200-250 manat təşkil etmişdir. O, maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmiş, lakin onu bazara dəvət edən şəxs sadəcə bazardan bir nəfər tanımadığı satıcını ona təqdim edərək mallarını bəyənib-bəyənmədiyini soruşmuş, o da həmin satıcının mallarını bəyəndiyi üçün başqa satıcının malına baxmağı təklif etməmişdir. Aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid qismində dindirilmiş Şahid26 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, məcburi köçkün kimi 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşmış, əvvəllər xatırlamadığı tarixdə iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət etmiş və həmin vaxtdan qeydiyyatda durmuşdur. Daha sonra 2016-cı ildə X9 qoyun saxlamaq ilə bağlı biznes planını təqdim etmiş, bir qədər sonra X9 dəvət edilərək 2 aylıq kursdan keçmiş, daha sonra Bakı şəhərində imtahan vermişdir. Bundan sonra 2017-ci ilin avqust ayında tanımadığı və adını bilmədiyi bir şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onu Ağdaş rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Ağdaş rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüşdür. Həmin şəxs orta boylu bir şəxs olmuş və yanında da iki nəfər tanımadığı şəxs dayanmışdır. Həmin şəxs bazarda təxminən 100 baş quzu satan tanımadığı bir satıcını ona gösdərərək mallarını bəyənib-bəyənmədiyini soruşmuş, o da həmin satıcının satdığı heyvanlara baxaraq bəyənmişdir. Ona həmin vaxt 25 quzu verilməli olduğunu bildirmişlər və həmin heyvanları da ona təqdim edilən satıcıdan alaraq ona vermişlər. O da həmin 25 baş quzunu maşına yükləyərək bazardan aparmışdır. Həmin vaxt satıcıya ona verilən heyvanlar müqabilində hansı məbləğdə pul verilməsini görməmişdir. Həmin vaxt onu bazara dəvət edən şəxs təxminən 3 ədəd kağıza ona imza etdirmiş, lakin həmin vaxt həmin kağızları oxumadığından orada nə yazıldığını da bilməmişdir. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 4000-5000 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Sadəcə bir dəfə olmaqla 2017-ci ilin avqust ayında 25 baş quzu almışdır. Bundan başqa digər vaxtlarda hər hansı miqdarda mal- qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş 25 baş quzunun dəyərinin nə qədər olmasını bilmir. Həmin dəyər onu bazara dəvət etmiş şəxs tərəfindən ödənilsə də hansı qaydada ödənilməsini bilməmişdir. Ona maddi aktivi verən şəxs özünü ona mal-qara verən şəxs kimi təqdim etmişdir. Həmin vaxt qeyd etdiyi şəxslə birlikdə başqa da iki nəfər şəxs olsa da onların kim olmasını və harada işləməsi barədə məlumatı olmamışdır.2017ci ilin avqust ayında aldığı 25 baş quzunu Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən qohumlarına məxsus fermada saxlayır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 26 avqust 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imza özünə məxsusdur. “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda ona hər birinin dəyəri 198 manat olmaqla 25 baş quzu olmaqla ümumilikdə 4950 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona verilən quzuların hər biri təxminən 17-20 kq çəkisində olmuş və onların da həmin vaxtki bazar dəyəri 170-190 manat təşkil etmişdir. Maddi aktivi alan zaman ona hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmiş, lakin onu bazara dəvət edən şəxs sadəcə bazardan bir nəfər tanımadığı satıcını ona təqdim edərək həmin mallarını bəyənib-bəyənmədiyini ondan soruşmuş, o da həmin satıcının mallarını bəyəndiyi üçün başqa satıcının malına baxmağı təklif etməmişdir. Aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid qismində dindirilmiş Şahid19 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşmış və həmin tarixdən etibarən də fəhlə kimi müəyyən işlərlə məşğul olmuşdur. O daha əvvəllər xatırlamadığı vaxtda iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət etmiş və həmin vaxtdan qeydiyyatda durmuşdur. Daha sonra 2016-cı ildə X9 qoyun saxlamaq ilə bağlı biznes planını təqdim etmişdir. Bundan bir qədər sonra tanımadığı və adını bilmədiyi bir şəxs onu X9 çağırmış və orada onunla birlikdə 21 nəfər şəxs olmuş, o da daxil olmaqla 17 nəfər şəxs kursdan sonar imtahandan uğurla keçmişlər. 2017-cı ilin avqust ayında tanımadığı və adını bilmədiyi şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onu Bərdə rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Bərdə rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüşdür. Həmin şəxs bazarda təxminən 70 baş qoyun satan tanımadığı bir satıcını ona göstərərək mallarını bəyənib-bəyənmədiyi soruşmuş, o da həmin satıcının satdığı heyvanlara baxıb bəyənmişdir. Ona həmin vaxt 18 qoyun və 1 qoç verilməli olduğunu bildirmişlər və həmin heyvanları da ona təqdim edilən satıcıdan alaraq ona vermişlər. Həmin 18 baş qoyun və 1 baş qoçu maşına yükləyərək bazardan aparmış, həmin vaxt satıcıya ona verilən heyvanlar müqabilində hansı məbləğdə pul verilməsini görməmişdir. Həmin vaxt onu bazara dəvət edən şəxs təxminən 3 ədəd kağıza ona imza etdirmiş, lakin həmin vaxt o həmin kağızları oxumadığından orada nə yazıldığını da bilməmişdir. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 4000-5000 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. O sadəcə bir dəfə olmaqla 2017-ci ilin avqust ayında 18 baş qoyun və bir baş da qoç olmaqla mal-qara almışdır. Bundan başqa o digər vaxtlarda hər hansı miqdarda mal-qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş 18 baş qoyun və 1 baş qoçun dəyərinin nə qədər olmasını bilmir. Həmin dəyər onu bazara dəvət etmiş şəxs tərəfindən ödənilsə də hansı qaydada ödənilməsini bilməmişdir. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 25 avqust 2017-ci il tarixli aktda ona hər birinin dəyəri 275 manat olmaqla 18 baş boğaz qoyun və dəyəri 450 manat olan 1 baş qoç olmaqla ümumilikdə 5400 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona verilən qoyunların hər biri təxminən 20-23 kq çəkisində olmuş və onların da həmin vaxtki bazar dəyəri 200-230 manat təşkil etmişdir. Ona 2017-ci ildə verilmiş qoçun bazar dəyəri həmin vaxt ən çoxu 250 manat olmuşdur. Aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid qismində dindirilmiş Şahid16 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvələr xatırlamadığı tarixdə X7 iş axtaran kimi qedyiyyata düşmüş, 2016-cı ildə həmin Mərkəz tərəfindən kursa cəlb edilmiş və Bakı şəhərində imtahandan keçmişdir. 2017-ci ilin avqust ayında tanımadığı və adını bilmədiyi bir şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək onu Ağdaş rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Ağdaş rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüşdür. Həmin şəxs bazarda təxminən 100 baş quzu satan tanımadığı bir satıcını ona göstərərək onun mallarını bəyənib-bəyənmədiyini soruşmuş, o da həmin satıcının satdığı heyvanlara baxıb bəyənmişdir. Ona həmin vaxt 25 quzu verilməli olduğunu bildirərək həmin sayda quzunu alıb təqdim etmişlər. Həmin vaxt satıcıya ona verilən heyvanlar müqabilində hansı məbləğdə pul verilməsini görməmişdir. Həmin vaxt onu bazara dəvət edən şəxs təxminən 3 ədəd kağıza imza etdirmiş, lakin həmin vaxt həmin kağızları oxumadığından orada nə yazıldığını da bilməmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Maddi aktivləri Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən qohumuna məxsus fermada saxlayır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 26 avqust 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imza ona məxsusdur. Aktlarda ona hər birinin dəyəri 198 manat olmaqla 25 baş quzu olmaqla ümumilikdə 4950 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da quzuların hər biri təxminən 17-20 kq çəkisində olmuş və onların da həmin vaxtki bazar dəyəri 170-190 manat təşkil etmişdir. Aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid qismində dindirilmiş Şahid27 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvələr xatırlamadığı tarixdə X7 iş axtaran kimi qedyiyyata düşmüş, 2016-cı ildə həmin Mərkəz tərəfindən kursa cəlb edilmiş və Bakı şəhərində imtahandan keçmişdir. 2017- ci ilin avqust ayında tanımadığı və adını bilmədiyi şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək onu Göyçay rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Göyçay rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüşdür. Həmin şəxs bazarda mal-qara satan tanımadığı bir satıcını ona göstərərək onun mallarını bəyənib-bəyənmədiyini soruşmuş, o da həmin satıcının satdığı heyvanlara baxıb bəyənmişdir. Ona həmin vaxt 4 ədəd ətlik dana verilməli olduğunu bildirmişlər və həmin heyvanları da ona təqdim edilən satıcıdan alaraq ona vermişlər. O da həmin 4 ədəd ətlik dananı maşına yükləyərək bazardan aparmışdır. Həmin vaxt satıcıya ona verilən heyvanlar müqabilində hansı məbləğdə pul verilməsini görməmiş, həmin vaxt onu bazara dəvət edən şəxs təxminən 3-4 ədəd kağıza imza etdirmiş, həmin vaxt həmin kağızları oxumadığından orada nə yazıldığını da bilməmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 25 avqust 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imza özünə məxsusdur. Ona 2017-ci ildə verilən danaların hər biri təxminən 200-220 kq çəkisində olmuş və onların da həmin vaxtki bazar dəyəri 1000-1200 manat təşkil etmişdir. Şahid qismində dindirilmiş Şahid17 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş və X9 çağırılaraq 2 aylıq kursa cəlb edilmiş, Bakı şəhərində kursun sonunda imtahan vermişdir. 2017-ci ilin iyun ayında X6 müdiri Elçin müəllim onu və digər şəxsləri yanına çağıraraq onlara mal-qara veriləcəyini və buna görə də istədikləri mal-qaranı axtarmalarını tapşırmışdır. O da bununla bağlı olaraq Bərdə rayonunda Kəmaləddin adlı şəxsin fermasından mal-qara tapmışdır. Həmin vaxt o bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da düyə seçmişdir. Həmin fermanın işçiləri o, seçdiyi mal-qaranı Mingəçevir şəhərinə gətirərək yaşadığı evin həyətinə gətirmişlər. Bundan sonra Məşğulluq Mərkəzinin adını bilmədiyi və Bakıdan gəldiyini bildirən şəxs onun yaşadığı evə gələrək aldığı mal-qaraya baxmışdır. Həmin vaxt mal-qaranı onların həyətinə gətirən şəxslərlə mal-qaranın qiyməti ilə bağlı söhbət etdikdən sonra Məşğulluq Mərkəzinin həmin işçisi mal-qaraya görə ümumilikdə 3600 manat pul vermişdir. Həmin vaxt bununla bağlı olaraq akt tərtib edilmiş və o da həmin akta imza çəkmişdir. Bundan təxminən 1 il sonra həmin mal-qaranın onun mülkiyyətinə verilməsinə dair yenidən bir akt tərtib olunmuş və o da həmin akta imza çəkmişdir, lakin həmin aktın surətini istəməyinə baxmayaraq ona verməmişlər. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 4000 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. O, sadəcə bir dəfə olmaqla 2017-ci ilin iyun ayında bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da düyə olmaqla mal-qara almışdır. Bundan başqa o, digər vaxtlarda hər hansı miqdarda mal-qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da düyənin qiyməti 3600 manat olmuşdur və həmin dəyər adını bilmədiyi Bakıdan gəldiyini bildirən Məşğulluq Mərkəzinin işçisi tərəfindən nağd şəkildə ödənilmişdir. Ona maddi aktivi verən şəxs özünü ona mal-qara verən şəxs kimi təqdim etmişdir. Həmin şəxslə birlikdə başqa iki nəfər şəxs olsa da həmin şəxslərin kim olması və harada işləməsi barədə məlumatı olmamışdır. Maddi aktivlərin alınması ilə bağlı olaraq ilk dəfə 2017-ci ilin iyun ayında kağıza imza etsə də həmin kağızları oxumadığından orada nə yazılmasını bilməmişdir. Həmin akta imza çəkərkən orada mal-qaranın pulunu ödəyən şəxs və onun yanında olan 2 nəfər tanımadığı şəxs olmuşdur. Daha sonra 2018-ci ilin sentyabr ayında ona yenidən içərisi boş olan akta imza çəkdirilmişdir. Həmin vaxt X6 işçiləri orada iştirak etmişdir. 2017-ci ilin iyun ayında aldığı maddi aktivlərdən 1 baş düyəni satmışdır. Digər iki baş mal-qara da ölmüşdür. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 08 iyun 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 08 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imza özünə məxsusdur. “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 08 sentyabr 2018-ci il tarixli aktda ona dəyəri 2059 manat olan 1 baş yanı balalı inək, dəyəri 1832 manat olan 1 baş boğaz inək və dəyəri 1338 manat olan 1 baş düyə olmaqla ümumilikdə 5229,00 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona həmin dəyərdə mal-qara verilməmiş, ona verilmiş mal-qaranın ümumi dəyəri 3600 manat təşkil etmişdir. Ona maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmişdir. Aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid qismində dindirilmiş Şahid23 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildə iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşdür. Daha sonra 2016-cı ildə o, X9 biznes planını təqdim etmiş, X9 çağırılmış və orada onunla birlikdə bir neçə nəfər də şəxs də olmuşdur. Onlar Mingəçevir şəhərində “Gənclər Evi”ndə 2 ay kurs keçdikdən sonra Bakı şəhərində imtahan vermişlər. 2017ci ilin iyun ayında tanımadığı və adını bilmədiyi şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək onu Bərdə rayonunda yerləşən mal bazarına dəvət etmiş, o da həmin şəxsə ərinin yataq xəstəsi olduğu üçün Bərdə rayonuna gedə bilməyəcəyini bildirmişdir. Həmin şəxs də buna görə ona özü istədiyi mal-qaranı tapmağını və onun da gəlib həmin mal-qaranın pulunu verəcəyini bildirmişdir. O da bundan sonra onun yaşadığı yerin yaxınlığında olan Famil adlı şəxsdən dəyəri 1400 manat olan 1 ədəd yanı balalı inək, dəyəri 1200 manat olan 1 ədəd boğaz inək və dəyəri 800 manat olan 1 ədəd düyə seçmişdir. Bundan 3 gün sonra onunla telefon əlaqəsi saxlayan şəxs gələrək onunla birlikdə Familə məxsus fermaya getmişdir. Bu zaman orada onun seçdiyi mal-qaranı 3400 manat müqabilində alaraq ona təhvil vermişdir. Həmin vaxt ona bir kağıza imza çəkdirsə də həmin kağızı oxumağına ona imkan verməmişdir. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 4000 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Sadəcə bir dəfə olmaqla 2017-ci ilin iyun ayında bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da düyə olmaqla mal-qara almışdır. Bundan başqa digər vaxtlarda hər hansı miqdarda mal-qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş bir baş yanı balalı inəyin dəyəri 1400 manat, bir baş boğaz inəyin dəyəri 1200 manat və bir baş da düyənin dəyəri 800 manat olmuşdur. Həmin məbləğ onunla telefon əlaqəsi saxlayan tanımadığı şəxs tərəfindən nağd olaraq satıcıya ödənmişdir. Ona maddi aktivi verən şəxs Bakı şəhərindən gəldiyini və özünü mal-qara verən şəxs kimi təqdim etmişdir. Həmin vaxt yanında başqa bir nəfər şəxs olsa da həmin şəxslərin kim olması və harada işləməsi barədə məlumatı olmamışdır. Maddi aktivlərin alınması ilə bağlı olaraq ilk dəfə 2017-ci ilin iyun ayında kağıza imza etsə də həmin kağızları oxumadığından orada nə yazılmasını bilməmişdir. Həmin akta imza çəkərkən orada onunla telefon əlaqəsi saxlayan şəxs və onun yanında olan digər bir nəfər tanımadığı şəxs olmuşdur. Daha sonra 2018-ci ilin sentyabr ayında da maddi aktivlərin onun mülkiyyətinə verilməsinə dair akta imza çəkmiş, lakin həmin vaxt da o, aktı oxumadığına görə orada yazılanlardan məlumatı olmamışdır. Həmin vaxt orada sadəcə Fədail müəllim iştirak etmişdir. 2017-ci ilin iyun ayında aldığı maddi aktivlərdən 1 ədəd yanı balalı inəyi evində saxlayır, 1 baş boğaz inək ölmüş, 1 baş düyəni isə satmışdır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 08 iyun 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” 08 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imzalar özünə məxsusdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 08 sentyabr 2018-ci il tarixli aktda sizə dəyəri 2059 manat olan 1 baş yanı balalı inək, dəyəri 1832 manat olan 1 baş boğaz inək və dəyəri 1338 manat olan 1 baş düyə olmaqla ümumilikdə 5229,00 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona həmin dəyərdə mal-qara verilmişdir. Belə ki, ona verilmiş mal-qaranın ümumi dəyəri 3400 manat təşkil etmişdir. Ona maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmişdir. Aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid15 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət etmiş və həmin vaxtdan qeydiyyata düşmüşdür. Daha sonra 2016-cı ildə X1 dəvət gəlmiş və Mingəçevir şəhərində Gənclər Evində 2 ay kurs keçdikdən sonra biznes planı tərtib edərək Bakı şəhərinə gedərək orada imtahan vermişdir. Bundan sonra bir müddət keçmiş və 2017-ci ilin iyun ayında tanımadığı və adını bilmədiyi şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək onu Bərdə rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Bərdə rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüşdür. Həmin şəxs ona bazarda gəzməyini və bəyəndiyi mal-qaranı onlara bildirməyini demişdir. O da bazarda birinin dəyəri 900 manat olan 4 baş ətlik dana bəyənmiş və bu barədə onunla əlaqə saxlayan şəxsə məlumat vermişdir. Həmin şəxs də bundan sonra o, bəyəndiyi mal-qaranın satıcıları ilə görüşərək 3600 manat pulu satıcıya verib 4 baş dananı alaraq ona vermişdir. Həmin vaxt onu bazara dəvət edən şəxs kağıza ona imza etdirmişdir. Bundan təxminən 1 il sonra həmin malqaranın onun mülkiyyətimə verilməsi barədə akta imza çəkdirmişlər. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 6000 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün o, hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. O, sadəcə bir dəfə olmaqla 2017-ci ilin iyun ayında 4 baş ətlik dana olmaqla mal-qara almışdır. Bundan başqa o, digər vaxtlarda hər hansı miqdarda mal-qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş 4 baş dananın birinin qiyməti 900 manat olmuşdur. Həmin 4 baş dananın müqabilində ümumilikdə 3600 manat pul onu bazara dəvət etmiş şəxs tərəfindən ödənilmişdir.Ona maddi aktivi verən adam özünü ona mal-qara verən şəxs kimi təqdim etmişdir. Həmin vaxt onunla birlikdə başqa da iki nəfər şəxs olsa da onların kim olmasını və harada işləməsi barədə məlumatı olmamışdır. Maddi aktivlərin alınması ilə bağlı olaraq bir dəfə 2017-ci ilin iyun ayında və daha sonra təxminən 1 il sonra kağıza imza etmişdir. Həmin akta imza çəkərkən orada onu bazara dəvət edən şəxs və onun yanında olan 2 nəfər tanımadığı şəxs olmuşdur. Həmin aktda maddi aktivin dəyəri 3600 manatdan çox yazılsa da onun nə qədər olması yadında qalmamışdır. Onun 2017-ci ilin avqust ayında aldığı 4 baş dananı satmışdır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 09 iyun 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda adının qarşısında olan imzalar özünə məxsusdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda dəyəri ümumilikdə 5072,00 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona 3600 manat dəyərində 4 baş dana verilmişdir, lakin həmin vaxt ona həmin mal-qara ilə bağlı olaraq yem və başqa ödənişlər edəcəklərini bildirdiklərindən o, həmin akta imza çəkmişdir. Ona maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmişdir. Ona aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün hər hansı məbləğdə ödəniş olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Şahid1 ölmüşdür. Ona görə də məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Şahid1 məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1985-ci ildə RF-nin Yaroslav şəhərində yerləşən Politexnik İnstitunun maşınqayırma fakültəsini bitirmişdir. Bundan sonra Mingəçevir şəhər Texniki və rezin məmulatları zavodunda baş usta, sahə rəisi və sex rəisi vəzifələrində işləmişdir. 1998-ci ildən 2011-ci ilə kimi olan dövrdə Mingəçevir Əlillərin sosial müdafiə mərkəzində şöbə müdiri, 2011-ci ildən 2016-ci ilə kimi olan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir əhalinin sosial müdafiə mərkəzində mərkəzində baş məsləhətçi vəzifəsində işləmiş, 2016-cı ilin sentyabr ayından X7 baş məsləhətçi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, o heç vaxt X15 ilə maddi aktivlərin alınması ilə bağlı kotirovka və ya tenderdə iştirak etməmiş, ümumiyyətlə kotirovka və tenderin nə olduğunu bilmir. 2017-ci ilin iyul ayının əvvəllərində mərkəzin direktoru Təqsirləndirilən şəxs ona tapşırmışdır ki, mərkəzin kargüzarlığında baş idarədən göndərilmiş sənədlər var, həmin sənədləri öz adından imzalasın. Bundan sonra o kargüzarlığa keçmiş və kargüzar Ülviyyədə olan sənədi öz adından imzalamışdır. Bilmişdir ki, imzaladığı sənəd mərkəzdə qeydiyyatda olan işsizlərə aktivlərin verilməsi ilə bağlı sənədlərdir, ancaq sənədin konkret mahiyyətini oxumamışdır. İndi ona aydın olur ki, imzaladığı həmin sənəd maddi aktivlərin alınması ilə bağlı keçirilmiş tenderin nəticələri barədə yekun protokoldur və o, tender komissiyasının üzvü kimi guya mərkəz üzrə keçirilmiş tenderdə "Sabit" kəndi fermer təsarüfatmm qalib olmasını imzası ilə təsdiq etmişdir. Bir daha bildirir ki, o, heç bir kotirovkada və ya tenderdə iştirak etməmişdir. X15 üzrə 1-ci lot üzrə tenderin nəticələri haqqında tender komissiyasının 27 iyul 2017- ci il tarixli yekun protokolunda tender komissiyasının üzvləri qrafasında adının qarşısında olan imza özünə məxsusdur. O, hər hansı bir tenderdə iştirak etməmiş, qeyd edilən müəssisələrin heç birini tanımır. Şahid9 məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1997-ci ildə Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsini bitirmiş, növbə ilə İmişli şəhərində yerləşən "xxxx" MMC-də icraçı direktor, İmişli rayon İcra Hakimiyyətində məslətəçi, böyük məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. Sonuncu iş yeri "xxxx" MMC-nin “Aran Regional” ETSİ-də mütəxəssis vəzifəsi olmuş, 2019-cu ildə oradan işdən çıxmışdır. Hal-hazırda kənd təsərrüfatı ilə məşğuldur. Belə ki, 1993-cü ildə “Sabit” X22nı yaratmış, həmin təsərrüfatın direktoru özüdür, baş mühasibi əmisi Misirxan Səmədov olmuş, lakin sonuncu təxminən 3-4 il əvvəl vəfat etmişdir. Yaratdığı həmin müəssisə İmişli Vergilər İdarəsində qeydiyyatdadır, müvafiq vergini 7 saylı Vergilər İdarəsinə ödəmişdir. Müəssisənin hüquqi ünvanı İmişli rayonu, Məmmədli kəndidir, faktiki olaraq da həmin ünvanda yerləşir. Müəssisə heyvandarlıq və əkinçiliklə məşğul olur, 120 hektar torpaq sahəsi əkinçilik üçün istifadə olunur, maldarlıqla məşğul olmaq üçün ferma binaları və örüş sahələri də var. Təsərrüfatda 100 baş iri buynuzlu, 400 baş xırda buynuzlu və 100 baş keçi var. Şahid5 həmyerlisi kimi tanıyır, təxminən 10 il əvvəl İmişli bazarında tanış olmuşlar, dəfələrlə Şahlarla heyvan alveri ilə məşğul olmuşlar, hazırda da dostluq edirlər. Təxminən 2017-ci ildə Şahid5 ona müraciət edərək bildirmişdir ki, respublika üzrə müxtəlif rayonlarda əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədi ilə tender və kotirovkalar keçirilir, həmin tender və kotirovkalarda iştirak etməklə pul qazanmaq istəyir, lakin bunun üçün rəsmi olaraq dövlət qeydiyyatından keçmiş şirkətlə tender və kotirovkada iştirak etmək lazımdır, onun isə belə bir şirkəti yoxdur. Ona görə də Şahlar xahiş etmişdir ki, ona məxsus “Sabit” X16 adından tender və kotirovkalarda iştirak etsin. O da Şahlarla razılaşmış, bundan sonra Şahlar ona bir neçə dəfə tender və kotirovka sənədləri, müqavilələr gətirərək imzalatdırıb və “Sabit” KFT-nin möhürü ilə təsdiqlətdirmişdir. Həmin tenderin nəticələrinə görə müəsissənin hesabına köçmüş pul vəsaitini özü bir neçə dəfə bankdan çıxarıb Şahid5 həm İmişli, həm də Bakı şəhərində vermiş, lakin özü faktiki olaraq hər hansı tender və kotirovkada iştirak etməmiş, imzaladığı müqavilələr üzrə müqavilə bağladığı şəxsləri görməmiş, müqavilələr üzrə hər hansı rayon Məşğulluq mərkəzinə mal-qara verməmiş, ümumiyyətlə bu işlərə qarışmamışdır. O, ancaq Şahların ona təqdim etdiyi tender və kotirovka sənədlərini, o cümlədən müqavilələri imzalamış, müqavilələr əsasında müəssisəyə köçmüş pulu bankdan çıxarıb Şahid5 vermişdir. Onu da qeyd edir ki, Şahların təklifi ilə razılaşdıqdan sonra sonuncu ona əhaliyə mal-qara payladıqdan sonra xeyir əldə edəcəyi təqdirdə konkret məbləğ deməsə də təşəkkür kimi pul vəsaiti verəcəyinə söz versə də sonradan ziyana düşdüyünə görə ona pul verə bilməyəcəyini bildirmişdir. Şahid10 məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1984-1990-cı illərdə Bakı Dövlət Universitetində “Tarix” fakültəsində bakalavr təhsili almış, 2001-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Dövlət Məşğulluq Xidməti X40 çevriləndən sonra Peşə hazırlığı və peşəyönümlü departamentinin müdiri kimi işini davam etdirir. Özünü məşğulluq prosesinin mahiyyətini qısa olaraq belə izah edə bilər ki, işsiz kimi seçilmiş şəxslər təlimlərə cəlb edilir, onlara biznes plan yazmaq, biznesi idarə etmək vərdişləri öyrədilir, bundan sonra onların yazdıqları layihələr öyrənilir, qiymətləndirilir, bəziləri seçmə qaydada yoxlanılır, ayrılmış vəsait hesabına onlara mal-material-avadanlıqlar ayrılır ki, özünü məşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını yaratsınlar, sonradan həmin istifadəyə verilmiş əmlaklar şəxsin öz mülkiyyətinə verilir. Özünü məşğulluq proqramı üçün ilkin vəsait Prezidentin ehtiyat fondundan ayrılsa da, sonradan, xx.xx.2018-ci ildən bu vəsait işsizlikdən sığorta fondundan ayrılır. Həmin fondun vəsaitləri 05 faiz işləyən şəxslərin, 05 faiz isə işəgötürənlərin ödənişlər hesabına formalaşır. İşsiz kimi seçilmiş şəxslərə təlimlər X4 sertifikatını almış təlimçilər tərəfindən keçirilir, 36 saatlıq təlimlərdə onlara biznes plan yazmaq, maya dəyəri və xalis gəliri hesablamaq, təsərrüfatı yaxud istehsalı idarə etmək vərdişləri öyrədilir, vergilər, kənd təsərrüfatı nazirliklərinin nümayəndələri dəvət edilməklə işçilərə zəruri biliklər aşılanır. Yazılmış biznes planlar Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi tərəfindən yaradılmış komissiya tərəfindən qiymətləndirilir. Əvvəl vəsait yerli məşğulluq mərkəzinə ayrılırdı, həmin mərkəz tender keçirmək və ya kotirovka sorğusu ilə aidiyyatı təşkilatları seçirdi, həmin təşkilatlar isə tələb olunan mal-materialı, avadanlığı təmin edib işsiz şəxslərə təqdim edirdi. Hazırda isə tender və kotirovkaların keçirilməsini Mərkəzi aparat təşkil edir. Dövlət Məşğulluq Xidməti rəhbərliyinin əmrinə əsasən ölkə ərazisi müxtəlif regionlar üzrə kurasiyalara bölünmüşdü, 7-8 əməkdaş kurasiya üzrə rayonlarda bu prosesin keçirilməsinə nəzarət etmişdir. Onun kurasiyasında Ağdaş, Ağdam, Bərdə, Tərtər, Hacıqabul, Yevlax və Mingəçevir rayonları olmuşdur. Həmin rayonlarda biznes planların seçilməsində, maddi aktivlərin istifadə bir il sonra istifadəçilərin mülkiyyətin verilməsi prosesində özü iştirak etmiş və görüşdüyü bir neçə şəxsin təsərrüfatına yaxud yaratdığı iş sahəsinə baxış keçirmiş və yerində akt tərtib edilmiş, bununla da proses başa çatmışdır. Bir dəfə özünü məşğulluq çərçivəsində layihələrin icrasına cəlb edilmiş şəxslər növbəti illərdə işsiz kimi heç bir layihəyə cəlb edilməmişdir. Mal-materialların alınması ilə bağlı keçirilən tender və kotirovka sorğularına dair işlərə o, qarışmamışdır. İstintaq zamanı X6 sabiq direktoru Təqsirləndirilən şəxs onun 2017-ci ilin yay aylarında Mingəçevir şəhər Məşğulluq Mərkəzi üzrə özünəməşğulluğun təmin edilməsi ilə bağlı tender və kotirovka keçirilməsi ilə bağlı sənədləri Təqsirləndirilən şəxs göndərərək imzalanmaqla və möhürlənməklə ona qaytarılmasını tapşırması, bu göstərişi icra etməsi barədə ifadəsində göstərdiklərini əsassız hesab edir, heç vaxt Təqsirləndirilən şəxs tender və kotirovka sənədləri göndərməmiş, bu məzmunda göstəriş verməmişdir. Şahid11 məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, məcburi köçkün kimi 1994-cü ildən Mingəçevir şəhərində məskunlaşmış və həmin tarixdən etibarən də fəhlə kimi müəyyən işlərlə məşğul olmuşdur. O daha əvvəllər xatırlamadığı vaxtda iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət etmiş və həmin vaxtdan qeydiyyatda durmuşdur. Daha sonra 2016-cı ildə mən X9 qoyun saxlamaq ilə bağlı biznes planını təqdim etmişdir. Bundan bir qədər sonra tanımadığı Fədail şəxs onu X9 çağırmış və orada onunla birlikdə bir neçə nəfər də şəxs olmuşdur. Onlar Mingəçevir şəhərində Gənclər Evində 2 ay kurs keçdikdən sonra Bakı şəhərində imtahan vermiş, o, həmin imtahandan keçmişdir. 2017-ci ilin iyun ayında tanımadığı və adını bilmədiyi şəxs mobil nömrəsinə zəng edərək onu Bərdə rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Bərdə rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüş, həmin şəxs ona bazardan 4 baş dana seçərək bazarda onun dediyi yerə aparmağını bildirmiş, o da bazardan hər birinin dəyəri 900 manat olan 4 ədəd dana seçərək həmin şəxsin yanına getmişdir. Bu zaman orada üç nəfər tanımadığı şəxs də olmuşdur. Həmin şəxslər ona oxumadığı bir kağıza imza etdirmişlər. Bundan sonra o, həmin 4 baş dananı maşına yükləyərək bazardan aparmışdır. Həmin vaxt onu bazara çağıran tanımadığı şəxs danaları ona satan satıcıya heyvanlar müqabilində 3600 manat pulu onun yanında satıcıya ödəmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün ondan hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Ona maddi aktivi verən adam özünü Bakıdan Məşğulluq Mərkəzinin əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxt onunla birlikdə başqa da iki nəfər şəxs olsa da həmin şəxslərin kim olmasını və harada işləməsi barədə məlumatı olmamışdır. Maddi aktivlərin alınması ilə bağlı olaraq bir dəfə 2017-ci ilin iyun ayında təqdim olunan kağıza imza etsə də həmin kağızları oxumadığından orada nə yazılmasını bilməmişdir. Həmin akta imza çəkərkən orada onu bazara dəvət edən şəxs və yanında olan 2 nəfər tanımadığı şəxs olmuşdur. 2017-ci ilin iyun ayında aldığı 4 baş dananı ona təhvil veriləndən 7-8 ay sonra Bərdə mal bazarında satmışdır. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 09 iyun 2017-ci il tarixli aktda və “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 09 iyun 2017-ci il tarixli aktda adının qarşısında olan imzalar özünə məxsusdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda hər birinin dəyəri 1268 manat olmaqla 4 baş dana olmaqla ümumilikdə 5072,00 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona hər birinin dəyəri 900 manat olmaqla ümumilikdə 3600 manat dəyərində 4 ədəd dana verilmişdir. Ona maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmiş, lakin, ondan əvvəl mal-qara almış şəxslərin dediklərinə görə 3600 manatdan artıq olmamaq şərti ilə mal-qara alınması deyilmişdir. Ona aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid12 məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, məcburi köçkün kimi 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşmış və həmin tarixdən etibarən də fəhlə kimi müəyyən işlərlə məşğul olmuşdur. O, daha əvvəllər xatırlamadığı vaxtda iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət etmiş və həmin vaxtdan qeydiyyatda durmuşdur. Daha sonra 2016-cı ildə X9 biznes planını təqdim etmişdir. Bundan bir qədər sonra tanımadığı və adını bilmədiyi bir şəxs onu X9 çağırmış və orada onunla birlikdə bir neçə nəfər şəxs də olmuşdur. Onlar Mingəçevir şəhərində Gənclər Evində 2 ay kurs keçdikdən sonra Bakı şəhərində imtahan vermişlər. Bundan sonra bir müddət keçmiş və 2017-ci ilin iyun ayında tanımadığı və adını bilmədiyi şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək onu Bərdə rayonunda yerləşən mal bazarına dəvət etmişdir. O da bununla bağlı olaraq Bərdə rayonuna mal bazarına getmiş və orada onunla telefon əlaqəsi saxlayan şəxslə görüşmüşdür. O, həmin vaxt həmin şəxsə özü üçün mal-qara seçməyini bildirsə də həmin şəxs onunla razılaşmamış və mal-qaranı özü seçəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona dəyəri təxminən 1300 manat olan 1 ədəd yanı balalı inək, dəyəri təxminən 1200 manat olan boğaz inək və dəyəri 350 manat olan dana verilmişdir. O da həmin mal-qaranı maşına yükləyərək bazardan aparmışdır. Həmin vaxt satıcıya ona verilən heyvanlar müqabilində hansı məbləğdə pul verilməsini görməmişdir. Həmin vaxt onu bazara dəvət edən şəxs kağıza ona imza etdirmiş, lakin, həmin vaxt o həmin kağızları oxumadığından orada nə yazıldığını da bilməmişdir. X9 təqdim etdiyi biznes planının dəyəri təxminən 4000 manat təşkil etmişdir. İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. O sadəcə bir dəfə olmaqla 2017-ci ilin iyun ayında bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da dana olmaqla mal-qara almışdır. Bundan başqa o digər vaxtlarda hər hansı miqdarda mal-qara və ya digər maddi aktiv almamışdır. Ona verilmiş bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş da dananın konkret dəyərinin nə qədər olmasını bilmir. Həmin dəyər onu bazara dəvət etmiş şəxs tərəfindən ödənilsə də onun hansı qaydada ödənilməsini bilməmişdir. Ona maddi aktivi verən şəxs özünü ona mal-qara verən şəxs kimi təqdim etmişdir. Həmin vaxt onunla birlikdə başqa da iki nəfər şəxs olsa da onun həmin şəxslərin kim olması və harada işləməsi barədə məlumatı olmamışdır. Maddi aktivlərin alınması ilə bağlı olaraq bir dəfə 2017-ci ilin iyun ayında kağıza imza etsə də həmin kağızları oxumadığından orada nə yazılmasını bilməmişdir. Həmin akta imza çəkərkən orada onu bazara dəvət edən şəxs və onun yanında olan 2 nəfər tanımadığı şəxs olmuşdur. 2017-ci ilin avqust ayında aldığı maddi aktivlərdən 1 ədəd yanı balalı inək və 1 ədəd dana hazırda yaşadığı yerdə saxlayır, lakin 1 baş dana isə ölmüşdür. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” aktda və “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” aktda adının qarşısında olan imzalar özünə məxsusdur. Ona təqdim olunan “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” 07 sentyabr 2018-ci il tarixli aktda hər birinin dəyəri 275 manat olmaqla 18 baş boğaz qoyun və dəyəri ümumilikdə 5229 manat dəyərində maddi aktivin verilməsi qeyd olunsa da ona həmin dəyərdə mal-qara verilmişdir. Belə ki, ona verilmiş mal-qaranın ümumi dəyəri təxminən 2850 manat təşkil etmişdir. Həmçinin, aktda ona 1 baş düyə verilməsi qeyd olunsa da ona düyə əvəzinə dana verilmişdir. Ona maddi aktivi alan zaman hansı qiymətdə maddi aktivin verilməsi barədə göstəriş verilməmiş, lakin onu bazara dəvət edən şəxs ona seçim şansı vermədən həmin mal-qaranı özü seçərək ona vermişdir. Ona aldığı mal-qara üçün yem alınması, onların daşınması və ya başqa hər hansı xərc üçün ona hər hansı məbləğdə ödəniş olunmamışdır. Şahid18 məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ilin fevral ayında iş axtaran kimi Mingəçevir şəhər Məşulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, 2016-cı ildə Mingəçevir şəhərində 2 ay kurs keçdikdən sonra Bakı şəhərində imtahan vermiş və 2017-ci ilin iyun ayında İslam adlı şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onu Bakı şəhərinə dəvət etmişdir. O da bununla bağlı olaraq Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzinə getmiş və orada onunla telefon əlaqəsi saxlayan İslam adlı şəxslə görüşmüşdür. Həmin vaxt onun yanında da başqa hər hansı şəxs olmamışdır. Onlar ilk növbədə kondisioner almaq üçün İslamın göstərdiyi mağazaya girmişlər və orada mübahisə etmişlər çünki o, həmin vaxt daha kefiyyətli bir məhsul əldə etmək isdədiyini İslama desə də sonuncu özü seçdiyi və dəyəri 450 manat olan “Midea” markalı kondisionerini ona almışdır. Həmin vaxt İslam kondisionerin alınması müqabilində satıcıya 450 manat pul vermişdir. Bundan sonra biz “Sədərək” TM-də qayçı, saç feni, tatuaj aparatı və epilyasiya aparatı almaq üçün Hacı adlı şəxsin mağazasına girmişlər. Bu zaman da İslam ona seçim fürsəti vermədən özü seçdiyi məhsulları almışdır. Həmin vaxt ona 1 ədəd dəyəri 1000 manat olan “Goochiy” markalı tatuaj aparatı və 1 ədəd dəyəri 800 manat olan “Philips Lumia” markalı epilyasiya aparatı, dəyəri 15 manat olan 1 ədəd qayçı və dəyəri 65 manat olan “Turbo” markalı saç feni də verilmişdir. Həmin məhsulların alınması müqabilində də İslam Hacı adlı şəxsə müəyyən miqdarda pul versə də həmin pulun sayını bilməmişdir. Daha sonra biz İslam ilə birlikdə “Sədərək” TM-də “şirniyyat” adlanan hissədə bərbər kreslosu almaq üçün bir mağazaya getmişlər. Həmin mağazada da ona seçim şansı verilmədən İslamın seçdiyi kreslo ona verimişdir. Həmin kreslonun dəyəri 200 manat təşkil etmişdir və İslam da həmin 200 manat pulu yanında satıcıya vermişdir. Daha sonra həmin mağazanın yanındakı mağazaya divan almaq üçün girmişlər. Bu zaman orada da ona seçim şansı verilmədən İslamın seçdiyi dəyəri 160 manat olan divan verilmişdir. Həmin divanın alınması müqabilində İslam satıcıya onun yanında 160 manat pul vermişdir. Həmin vaxt istədiyi avadanlıqların hamısı verilmədiyi üçün narazıçılıq etdikdə İslam yaranmış narazılığı aradan qaldırmaq üçün akta yazmadığı, işlənmiş olan elektrik su qızdırıcısını ona vermiş, lakin, bunun qarşılığında da malların daşınması və yol xərclərinin onların çəkməli olduğunu bildirmişdir. Bundan əlavə İslam ona nağd formada 200 manat verərək Mingəçevir şəhərində adı yadında qalmayan mebel ustasında salon mebeli düzəltməyini bildirmişdir. Onun həmin vaxt İslam ilə mübahisəsi yaranmışdır. Belə ki, mən həmin vaxt özü istədiyim mebel ustasında mebel düzəltdirməyi isdəsə də İslam buna qarşı çıxmış və yalnız onun dediyi ustada mebel düzəltdirə biləcəyini bildirmişdir. Bundan sonra o da Mingəçevir şəhərində İslam dediyi ustanın yanına gəlmiş və özü istədiyim formada mebeli sifariş vermiş, lakin, həmin mebel hazır olduqda istədiyi formada olmadığını görmüşdür. Bunun səbəbini ondan soruşduqda usta İslamın ona həmin formada mebel hazırlamağı tapşırdığını bildirmişdir. Ona X7 özünəməşğulluğun təmini ilə bağlı kurs keçən şəxs Şahid10 olmuşdur. İişaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi üçün hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Ona faktiki olaraq verilmiş maddi aktivlərin dəyəri 2890 manat təşkil etmişdir. Həmin dəyər onu “Sədərək” TM-nə dəvət etmiş İslam adlı şəxs tərəfindən nağd formada ödənilmişdir. Ona maddi aktivi verən İslam adlı şəxs özünü Məşğulluq Mərkəzinin əməkdaşı kimi kimi təqdim etmişdir. Həmin vaxt orada onunla birlikdə ondan başqa hər hansı şəxs olmamışdır. Aktlardakı imzalar özünündür, lakin həmin aktda qeyd olunan güzgülü masa və dolab ona ümumiyyətlə verilməmişdir. Şahid20 məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə iş axtaran şəxs kimi X9 müraciət edərək qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 1 ay ərzində onlara kurs keçmişlər. Kurs bitdikdən sonra imtahanı müvəffəqiyyətlə vermişdir. Biznes planı inək və düyə saxlamaq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin yay aylarında hazırda xatırlamadığı nömrə ilə zəng edərək özünü ona tenderi udan lakin adını bildirmədiyi təşkilatın əməkdaşı kimi təqdim edən şəxs onu Bərdə mal bazarına dəvət etmişdir. , Bərdə bazarına getdikdə həmin şəxslə görüşmüş, həmin şəxs ona özünü təqdim etməmiş və heyvan seçməyini, lakin seçəcəyi heyvanların cəmi dəyərinin 3000 manatdan çox olmamasını tapşırmışdır. Birlikdə bazarı gəzdikdən sonra həmin şəxs 2 ədəd inək və 1 ədəd düyəyə cəmi 3000 manat verərək almış və ona həmin heyvanları təhvil vermişdir. Eyni zamanda ona aktivlərin istifadəyə verilməsi haqqında aktı imzalatdırmışdır. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyimi yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlarda qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Aktivləri hal-hazırda da saxlayır. Şahid22 məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə iş axtaran şəxs kimi X9 müraciət edərək qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 1 ay ərzində onlara kurs keçmişlər. Kurs bitdikdən sonra imtahanı müvəffəqiyyətlə vermişdir. Biznes planı inək və düyə saxlamaq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin yay aylarında hazırda xatırlamadığı nömrə ilə zəng edərək özünü ona tenderi udan lakin adını bildirmədiyi təşkilatın əməkdaşı kimi təqdim edən şəxs onu Bərdə mal bazarına dəvət etmişdir. O, Bərdə bazarına getdikdə həmin şəxslə görüşmüş, həmin şəxs ona özünü təqdim etməmiş və heyvan seçməyini, lakin seçəcəyi heyvanların cəmi dəyərinin 3500 manatdan çox olmamasını tapşırmışdır. Birlikdə bazarı gəzdikdən sonra həmin şəxs 1 baş yanı balalı inəyi, 1 baş boğaz inəyi və 1 baş düyəni cəmi 3500 manat verərək satıcılardan birindən almış və həmin heyvanları ona təhvil vermişdir. Eyni zamanda ona aktivlərin istifadəyə verilməsi haqqında aktı imzalatdırmışdır. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyimi yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlarda qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Aktivləri hal-hazırda da saxlayır. Cinayət işi materiallarında olan "xxxx" MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622252 nömrəli qaimə fakturaya əsasən 1 ədəd 500 yerlik “ME SUSKA” markalı inkubatorun 2000,0 manata, yerli yığılma 500 yerlik 1 ədəd inkubatorun 2000,0 manata, ədədi 700 manata olmaqla 2 ədəd 220 voltluq “Firman SPG-950” markalı generatorun 1400,0 manata, gözəllik salonu üçün salon mebelinin 1 ədədinin 880,0 manata, 1 ədəd bərbər kreslosunun 950,0 manata, 1 ədəd “Rowenta” markalı saç feninin 250,0 manata, 1 ədəd “Midea” markalı kondinsionerinin 1000,0 manata, 1 ədəd “Gooche” markalı tatuaj aparatının 1000,0 manata, 1 ədəd dəmir qayçının 150,0 manata, 1 ədəd “Philips Lumia FC2003” markalı epilyasiya aparatının 800,0 manata, cəmi 10430,0 manat məbləğində aktivin alınaraq Mingəçevir şəhər Məşğulluq mərkəzinə təhvil verildiyi rəsmiləşdirilmişdir. Cinayət işi materiallarında olan fiziki şəxs Şahid8 (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622359 nömrəli qaimə-fakturaya əsasən bir başı 30 manata olmaqla 20 baş toyuğun 600,0 manata, bir başı 25 manata olmaqla 5 ədəd xoruzun 125,0 manata, bir ədədi 0,40 manata olmaqla 800 ədəd yumurtanın 320,0 manata, bir kiloqramı 3 manata olmaqla 800 kiloqram qarışıq yemin 2400,0 manata, bir kiloqramı 0,80 manata olmaqla 300 kiloqram buğdanın 240,0 manata, bir ədəd “Atazol” dərmanının 30 manata, cəmi 3715,0 manat məbləğində aktivlərin alınaraq X9 təhvil verilməsi rəsmiləşdirilmişdir. Cinayət işi materiallarında olan "xxxx" MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622409 nömrəli qaimə-fakturaya əsasən bir başı 2059 manat olmaqla 7 baş yanı balalı inəyin 14413,0 manata, bir başı 1832 manat olmaqla 7 baş boğaz inəyin 12824,0 manata, bir başı 1338 manat olmaqla 7 baş düyənin 9366 manata, bir başı 1268 manat olmaqla 8 baş ətlik dananın 10144,0 manata, cəmi 46747,0 manat məbləğində aktivlərin alınaraq X9 təhvil verilməsi rəsmiləşdirilmişdir. Cinayət işi materiallarında olan “Sabit” Kəndli-Fermer Təsərrüfatı (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 661921 nömrəli qaimə-fakturaya əsasən bir başı 198 manat olmaqla 50 baş quzunun 9900,0 manata, bir başı 1268 manat olmaqla 4 baş ətlik dananın 5072,0 manata, bir başı 275 manat olmaqla 36 baş qoyunun 9900,0 manata, 1 ədəd qoçun 450,0 manata, cəmi 25322,0 manat məbləğində aktivlərin alınaraq X9 təhvil verilməsi rəsmiləşdirilmişdir. Cinayət işi materiallarında olan “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında”, “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqında” aktlara və istintaq materiallarına əsasən müəyyən edilmişdir ki, Şahid12 adına 5229,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, ifadəsinə əsasən sonuncuya 2850,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 2379,0 manat fərq yaranmışdır. Şahid11 adına 5072,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, ifadəsinə əsasən sonuncuya 3600,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1472,0 manat fərq yaranmışdır. Şahid23 adına 5229,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3400,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1829,0 manat fərq yaranmışdır. Şahid14 adına 5229,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 4500,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 729,0 manat fərq yaranmışdır. Şahid13 adına 5229,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3300,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1929,0 manat fərq yaranmışdır. Şahid15 adına 5072,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3600,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1472,0 manat fərq yaranmışdır. Şahid17 adına 5229,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3600,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1629,0 manat fərq yaranmışdır. Şahid19 adına 5400,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 4120,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1280,0 manat fərq yaranmışdır. Şahid21 adına 4950,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 4050,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 900,0 manat fərq yaranmışdır. Şahid26 adına 4950,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 4500,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 450,0 manat fərq yaranmışdır. Şahid16 adına 4950,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 4500,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 450,0 manat fərq yaranmışdır.Şahid27 adına 5072,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 4400,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 672,0 manat fərq yaranmışdır. Şahid20 adına 5229,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3000,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 2229,0 manat fərq yaranmışdır. Şahid22 adına 5229,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3500,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1729,0 manat fərq yaranmışdır. Şahid18 Sadin qızının adına 5030,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2890,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 2140,0 manat fərq yaranmışdır. Şahid24 adına 4715,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2800,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1915,0 manat fərq yaranmışdır. Şahid25 adına 4400,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2800,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1600,0 manat fərq yaranmışdır. Cinayət işi materiallarında olan iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Nazirlik üzrə 24 oktyabr 2016-cı il tarixli, 09/11-917 saylı saylı əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş, 30 iyul 2020-ci il tarixli, **********3 saylı əmrlə həmin vəzifədən azad edilmişdir. Cinayət işi materiallarında olan sənədlərlə müəyyən olunur ki, 46.747 (qırx altı min yeddi yüz qırx yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X15 tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Cinayət işi materiallarında olan sənədlərlə müəyyən olunur ki, 10.430 (on min dörd yüz otuz) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X15 tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Cinayət işi materiallarında olan sənədlərlə müəyyən olunur ki, 3.715 (üç min yeddi yüz on beş) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X15 tərəfindən keçirilmiş tarixi istintaqa məlum olmayan tenderin qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş fiziki şəxs X12 olmuşdur. Cinayət işi materiallarında olan sənədlərlə müəyyən olunur ki, 25.322 (iyirmi beş min üç yüz iyirmi iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X15 tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli tenderin qalibi ********** VÖEN-lə qeydiyyatdan keçmiş Şahid9 rəhbəri olduğu “Sabit” X22 olmuşdur. Cinayət işi materiallarında olan 26 may 2017-ci il tarixli nömrəsiz müqaviləyə əsasən müəyyən edilir ki, həmin tarixdə X15 direktor Təqsirləndirilən şəxs şəxsində fiziki şəxs Şahid8 ilə cəmi 3.715 (üç min yeddi yüz on beş) manat dəyərində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. Cinayət işi materiallarında olan 17 may 2017-ci il tarixli nömrəsiz müqaviləyə əsasən müəyyən edilir ki, həmin tarixdə X15 direktor Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şahid8la cəmi 46.747 (qırx altı min yeddi yüz qırx yeddi) manat dəyərində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. Cinayət işi materiallarında olan 30 may 2017-ci il tarixli nömrəsiz müqaviləyə əsasən müəyyən edilir ki, həmin tarixdə X15 direktor Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs "xxxx" MMC-nin direktoru Tamella İsmayılova ilə cəmi 10.430 manat dəyərində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. Cinayət işi materiallarında olan 03 avqust 2017-ci il tarixli 25 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, həmin tarixdə X15 direktor Təqsirləndirilən şəxs şəxsində “Sabit” X17 direktoru Şahid9 ilə cəmi 25.322 (iyirmi beş min üç yüz iyirmi iki) manat məbləğində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. Cinayət işi materiallarında olan Dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəllərinə əsasən müəyyən edilir ki, Mingəçevir şəhər Məşğulluq Mərkəzi dövlət büdcəsi vəsaitlərindən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabından müvafiq olaraq Mingəçevir şəhər Məşğulluq mərkəzinə ayrılmış cəmi 86.214 (səksən altı min iki yüz on dörd) manat məbləğində vəsaitin ödənilməsi barədə Mingəçevir şəhər Maliyyə İdarəsinə müraciət etmişdir. Cinayət işi materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli, 2916 saylı ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ87AMRA ******************** nömrəli hesabına 10.430 manat, xx.xx.2017-ci il tarixli, 2605 saylı ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 46.747 manat, xx.xx.2017-ci il tarixli 2917 nömrəli ödəniş tapşırığı ilə Şahid8 "xxxx" ASC-nin Sabunçu filialında olan AZ47İBAZ******************** nömrəli hesabına 3.715 manat, xx.xx.2017-ci il tarixli 4215 nömrəli ödəniş tapşırığı ilə “Sabit” X17 "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 25.322 manat ümumilikdə bir fiziki və üç hüquqi şəxsin hesabına cəmi 86.214 (səksən altı min iki yüz on dörd) manat məbləğində pul vəsaitinin köçürülməsi təmin edilmişdir. Cinayət işi materiallarında olan maddi aktivlərin istifadəyə verilməsi ilə bağlı 2017-ci ildə tərtib edilmiş 17 akta əsasən fiziki şəxs Şahid8, "xxxx" MMC, "xxxx" MMC və “Sabit” X22 tərəfindən tədarük olunmalı olan mallar Şahid5 və qeyriləri tərəfindən Bərdə, Göyçay, Ağdaş rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən, habelə fərdi satıcılardan alınmış və həmin maddi aktivlər 17 nəfər iş axtaranın istifadəsinə verilmişdir. Həmin aktivlərin şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı 2018-ci ildə tərtib edilmiş 17 akta əsasən müəyyən edilir ki, 2017-ci ildə Bərdə, Göyçay, Ağdaş rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən, habelə fərdi satıcılardan alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2017-ci ildə istifadəsinə verilmiş 17 nəfər şəxsin mülkiyyətinə verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məkumluğun yoxlanılmasına dair 24 noyabr 2021ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsindən (şəkilsiz) görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X13 adlı uşağı vardır. Cinayət işi materiallarına əlavə edilmiş 1 saylı MİS tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı X2, qızı X14, qızı X20 və oğlu X8r. Cinayət işi materiallarına əlavə edilmiş 1 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində 1 saylı MİS-ə heç bir təşkilatdan şikayət ərizəsi daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Kapital Bank ASC-in Mingəçevir şəhər filialına məxsus xx.xx.2022-ci il tarixli TT**********8565804 №-li ödəniş orderindən görünür ki, Təqsirləndirilən şəxs Dövlət xəzinədarlıq agentliyinə 5804 manat məbləğində ödəniş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Kapital Bank ASC-in Mingəçevir şəhər filialına məxsus xx.xx.2022-ci il tarixli TT**********27719000 №-li ödəniş orderindən görünür ki, Təqsirləndirilən şəxs Dövlət xəzinədarlıq agentliyinə 19000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə sadalanan sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi cinayət əməlindən səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə ittiham tərəfinin CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alması hissəsinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətlərin az ağır cinayətlər olmasını, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, təqsirləndirilən şəxs ailəlidir və onun himayəsində 1 yetkinlik yaşına çatamayan uşağı var, zərərçəkmişə dəymiş ziyanı tam ödəməsini, etdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə hesab edir ki, cinayət işi üzrə mülki iddia tələbi təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxs iddia tələbində göstərilən 24804 manat məbləğində pulu Dövlət xəzinədarlıq agentliyinə ödəmişdir. Bununla da mülki iddia tələbinin təmin edilməsinə əsas aradan qaldırılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və vəkil xərci yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5000 (beş min) manat miqdarda və 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6000 (altı min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Maddi zərər ödənildiyindən mülki iddia təmin edilməsin. Hökmün icrasına nəzarət Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci, maddi sübut və vəkil xərci yoxdur. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-37/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-37/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver