Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-37/2023 19.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib CM-nn 67.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “08 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci hissəsinə əsasən 2000 manat cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivi, 8-ci küçədə yaşamış, barəsində xx.xx.2022-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 484,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuanadan təmiz çəkisi 10,51 qram hissəni kağız bükümdə ayıraraq əynindəki göy rəngli cins şalvarının sol yan cibində, təmiz çəkisi 474,31 qram hissəsini isə üzərinə «CHRİSTİAN DİOR» yazılmış cəhrayı-boz rəngli sellofan torbaya qoyaraq sağ əlində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 12 sentyabr 2022-ci il tarixdə saat 15:50 radələrində Mingəçevir şəhəri, Şəfa Bağlar massivi 8-ci küçənin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 16:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 10,51 qram olan və sağ əlində daşıyaraq gəzdirdiyi bir ədəd üzərinə «CHRİSTİAN DİOR» yazılmış cəhrayı-boz rəngli sellofan torbada təmiz çəkisi 474,31 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 42,322 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki bir ədəd şəffaf rəngli sellofan bükümdə əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq, özü ilə daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:25 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın yaxınlığında saxlanılıb həmin tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf sellofan bükümdə içərisində təmiz çəkisi 42,322 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, tutulmamışdan təxminən bir ay əvvəl yəni, 2022-ci ilin iyul ayında çoban işləmək üçün Bərdə rayonunun adını xatırlamadığı kəndinə getmişdir. Orada «Qarabağ» su kanalının sol sahilinin ətrafında yerləşən adını dəqiq xatırlamadığı kəndin ərazisindən keçən hissəsində gəzən zaman yabanı halda bitmiş çətənə kollarına rast gəlmişdir. Ətrafı müşahidə edərək heç kimin olmadığına əmin olduqdan sonra yabanı halda bitmiş olan kollara yaxınlaşmışdır. Əvvəllər də narkotik vasitələrin istifadəçisi olduğundan çətənə kolları olmasına əmin olmuşdur. Bundan sonra aralaşıb yaxınlıqdakı mağazalardan birindən sellofan torba alaraq kolların yanına qayıtmış və yabanı halda bitmiş olan çətənə kollarının yarpaqlarından sellofan torbaya yığaraq sellofan torbanı xatırlamadığı fermaya gətirmişdir. Yarpaqları günün altına sərib qurutduqdan sonra sellofan torbaya yığmışdır. Orada işlərini yekunlaşdırıb əldə etdiyi qurudulmuş marixuananı da, götürüb Mingəçevir şəhərinə qayıtmışdır. Yaşadığı evdə olan zaman həmin kütlədən istifadə etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitənin bir hissəsini ağ rəngli kağıza bükərək əynindəki göy rəngli cins şalvarın sol yan cibinə öz istifadəsi üçün qoymuşdur. Yerdə qalanını isə üzərinə «CHRİSTİAN DİOR» yazılmış çəhrayı-boz rəngli sellofan torbanın içrəsinə qoymuşdur. 12 sentyabr 2022-ci il tarixdə saat 15:50 radələrində o, həmin torbadakı kütləni gizlətmək üçün yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivindəki 8-ci küçədə yerləşən evini tərk etmişdir. Həmin küçədə yerləşən evlərin qarşısında piyada gəzişərkən Bərdə rayonunda olarkən yabanı halda bitən çətənə kollarından toplamaqla əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarın sol yan cibində, digər kütlə isə sağ əlindəki sellofan torbada olmuşdur. Bu zaman ona mülki paltarda şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək polis şöbəsinə dəvət etmişdilər. O da, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X7 təqdim olunmuş və onun hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2022-ci il tarixdə saat 16:25 radələrində vəkil X4 iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməsi ona təklif olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən ona üzərinə video çəkiliş aparmaqla axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Daha sonra onun üzərində video çəkiliş aparmaqla axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bloknot, şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız büküm, sağ əlində isə 1 ədəd üzərinə «CHRİSTİAN DİOR» yazılmış cərayı-boz rəngli sellofan torba polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Ağ rəngli sellofan büküm və üzərinə «CHRİSTİAN DİOR» yazılmış çəhrayı-boz rəngli sellofan torba polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərilərindəkinin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş ağ rəngli kağıza bükümün və üzərinə «CHRİSTİAN DİOR» yazılmış çəhrayı-boz rəngli sellofan torba içindəki kütlələr elektron tərəzidə çəkilmişdir. Kağız bükümdəki qurudulmuş marixuananın çəkisi 15,25 (on beş tam yüzdə iyirmi beş) qram, sellofan torbadakı qurudulmuş marixuananın çəkisi 485 ( dörd yüz səksən beş) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və foto şəkillər çəkilmişdir. Bundan başqa o, bir müddət əvvəl Bərdə rayonuna işləmək üçün getdiyini və həmin rayon ərazisində təzə salınan avtomobil yollarının kənarında yerə tamet vurmaqla məşğul olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Bərdə rayonundan Mingəçevir şəhərinə gələrkən, Bərdə rayonunda yolun kənarında dayanıb, avtomobil gözlədiyini və bu zaman yolun kənarında, yerdə bir ədəd şəffaf rəngli sellofan büküm görmüş və ona maraqlı gəldiyi üçün yerdən götürüb içərisini açıb baxmış, içərisində olan kütlənin tiryək olduğunu bilmişdir. Belə ki, o, əvvəllər də narkotik vasitə olan tiryəkdən istifadə etdiyi üçün bunun həqiqətən də, tiryək olmasına əmin olmuşdur. Daha sonra həmin kütləni gələcəkdən istifadə etməsi üçün cibinə qoymuşdur. Bir qədər sonra avtomobil gəlmiş və onunla Mingəçevir şəhərində yerləşən yaşadığı evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 18:20 radələrində o, Mingəçevir şəhəri Mərkəzi Bazarın yaxınlığında olarkən şəxsi istifadəsi üçün üzərində saxladığı narkotik vasitə olan tiryək də, üzərində olmuş və polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. O da, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində X8 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişdilər. Həmçinin ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də, istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər haıısı əşya varsa çıxarıb təqdim etməsi ona bildiririlmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibində içərisində narkotik vasitə tiryək olan sellofan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Qutuda olan kütlə rəngindən və spesifik iyindən narkotik vasitə olan tiryəkə oxşaması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmiş və sellofan bükümdə olan kütlənin ümumi çəkisi 43,08 qram olmuşdur. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin sellofan büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da, imza etmişdir. Həmin tiryəki satmaq məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərilə halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin ƏRQ-nin kiçik inspektoru Şahid3 ilə birlikdə xidmətdə olan zaman Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, Şəfa bağ massivi 8-ci küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Qarayev X5 ŞPŞ-nə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Vüqar Rəhimli dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olması bildirilib üzərinə öz razılığı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli kağız bükümü, eyni zamanda sağ əlində saxladığı çəhrayı-boz rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd ağ rəngli kağız bükümü və sağ əlindəki bir ədəd sellofan torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş ağ rəngli kağız büküm ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuananın ümumi çəkisi 15.25 qram, əlindəki sellofan torba ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 485 qram olmuşdur. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Mərkəzi Bazarın yaxınlığında yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Qarayev X5 ŞPŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Tubu Hüseynova polis şöbəsinə dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd sellofan büküm prosses iştirakçıların yanında açılarkən içərisində narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmış, həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş sellofan büküm ilə birlikdə narkotik vasitə olan tiryəkin ümumi çəkisi 43.08 qram olmuşdur. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin NMQ-nm əməliyyat müvəkkili Şahid2 və Mingəçevir ŞPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid3 Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağıza bükülmüş büküm ilə birlikdə ümumi çəkisi 15.25 qram narkotik vasitə olan qurudulmuş marixuana və sağ əlindəki sellofan torbanın içərisində seloffan torba ilə birlikdə ümumi çəkisi 485 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 43.08 qram olan narkotik vasitə-tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/720 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs əlində aşkar edilmiş...” sözləri, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi- 474.31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki, təmiz çəkisi -10.51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “ Təqsirləndirilən şəxs əlində aşkar edilmiş...” sözləri yazılmış sellofan torbanın içərisindəki qurudulmuş marixuana və tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/762 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 42.322 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş xx.xx.2022-ci il tarixli ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 484.72 qram narkotik vasitə olan - qurudulmuş marixuana və xx.xx.2022-ci il tarixli ekspertizadan sonra təmiz qalıq çəkisi 42.272 qram olan narkotik vasitə - tiryək iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseirinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1859 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 234.2 və 237 –ci maddələrinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)–75/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-13/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(107)-114/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 1(051)-13/2023 nömrəli hökmü dəyişdirilərək həmin hökmdən “Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi” ilə bağlı müddəa xaric edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuş və Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 1(051)-13/2023 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Qarayev X5 Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib CM-nn 67.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ayının azaldılmış və xx.xx.2021-ci ildə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatmışdır. xx.xx.2022-ci il tarixdə “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci hissəsinə əsasən 2000 manat cərimə cəzasından azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı və tiryəki əldə edib üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli təkrar törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 484,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuanadan təmiz çəkisi 10,51 qram hissəni kağız bükümdə ayıraraq əynindəki göy rəngli cins şalvarının sol yan cibində, təmiz çəkisi 474,31 qram hissəsini isə üzərinə «CHRİSTİAN DİOR» yazılmış cəhrayı-boz rəngli sellofan torbaya qoyaraq sağ əlində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixdə saat 15:50 radələrində Mingəçevir şəhəri, Şəfa Bağlar massivi 8-ci küçənin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 16:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 10,51 qram olan və sağ əlində daşıyaraq gəzdirdiyi bir ədəd üzərinə «CHRİSTİAN DİOR» yazılmış cəhrayı-boz rəngli sellofan torbada təmiz çəkisi 474,31 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 42,322 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki bir ədəd şəffaf rəngli sellofan bükümdə əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq, özü ilə daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:25 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın yaxınlığında saxlanılıb həmin tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf sellofan bükümdə içərisində təmiz çəkisi 42,322 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahısının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 (sıfır tam onda beş) qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Qarayev X5 Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu olduğu halda yenidən cinayət törətmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib CM-nn 67.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü hissəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ayının azaldılmış və xx.xx.2021-ci ildə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatmışdır. xx.xx.2022-ci il tarixdə “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci hissəsinə əsasən 2000 manat cərimə cəzasından azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2022-ci il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.2–ci maddəsinin tələbinə görə cinayətin təhlükəli residivini yaratmışdır. Belə ki, təqsirləndirilən şəxs Qarayev X5 Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzasına məhkum edilməsinə və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, 2000 manat cərimə cəzasını ödəmədiyindən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatmış, lakin qəti cəzaya daxil olan 2000 manat cərimə cəzasından isə xx.xx.2022-ci il tarixdə “08 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci hissəsinə əsasən azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə məhkumluğunun ödənilməsi məhz xx.xx.2022-ci il tarixdən, yəni qəti cəzadan azad edilməsi anından başlamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün cinayətin törədilməsində təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı və tiryəki qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz əldə edib xx.xx.2022-ci il tarixdə üzərində və əlindəki sellofan torbada saxlamaqla törətmiş, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-tiryəki qanusuz əldə edib əynində olan göy rəngli cins şalvarın sol yan cibindəki bir ədəd şəffaf rəngli sellofan bükümdə saxlamaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Qarayev X5 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(051)-13/2023 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək qəti olaraq 1 (bir ) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə cinayət əməllərini hökm çıxarılmazdan əvvəl, yəni xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl törədildiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində təhlükəli residivə görə azadlıqdan məhrum etmə cəzası və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(051)-13/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını AR CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY–dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən yenidən cinayət əməli törədildiyindən barəsində “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 4(051)-104/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022–ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün müddət təyin edilmiş qəti cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 484,72 qram narkotik vasitə-qurudulmuş marixuana və ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 42,272 qram narkotik vasitə - tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 153 manat 18 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(051)-13/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir ) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM–in 66.2–ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 gün (iyirmi yeddi) müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən ekspertizadan sonra ümumi təmiz çəkisi 484,72 qram narkotik vasitə-qurudulmuş marixuana və ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 42,272 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 153,18 (yüz əlli üç manat on səkkiz qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-37/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-37/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver