Məhkəmə qərarları › İş №1(051)-38/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-38/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-38/2022 17.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 1, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində 07.10.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hazırda ƏN PX-in 2 saylı İTda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin gümüşü rəngli bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 0.428 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.08.2021-ci il tarixdə Mingəçevir şəhər X4 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Fərruxov küçəsi 36 saylı evdə saxlanılaraq orada saat 18:30 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, 05.10.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.391 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 05.10.2021-ci il tarixdə saat 15:15 radələrində Mingəçevir şəhər X4 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nəsimi küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş, orada saat 15:35 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələr də narkotik vasitələrdən istifadə edir, 27.08.2021-ci il tarixdə axşam saatlarında 17 nömrəli məktəbin yaxınlığı ilə hərəkətdə olarkən yerdə birdə ədəd siqaretin gümüşü rəngli kağız bükümünü tapıb və açıb içərisinə baxdıqda həmin bükümün içərisində olan kütlənin psixotrop maddə olan metafetamin olmasını görmüş, özü istifadə etmək üçün götürmüşdür. Həmin gün tapdığı metamfetamin kütləsindən az miqdarda istifadə etmiş və yerdə qalanını cibimə qoymuşdur. 28.08.2021-ci il tarixdə, saat təxminən 16 radələrində dostu Qaçay Abduləzimovla görüşmək üçün onun yaşadığı evə getmiş və birlikdə onun otağında, digər dostları Rasim, Seymur və Səbuhi ilə oturub söhbət etmişlər. Qaçay Abduləzimovun da narkotik vasitə qəbul etməsini əvvəllər bilmişdir. Daha sonra polis əməkdaşları oraya gəlmiş və özlərini təqdim edib və onun eləcə də orada olan digər şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Qaçay Abduləzimov və digərləri həmçinin özü üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, daha sonra isə ona X7 dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Təyin olunmuş vəkilin iştirakı ilə üzərimə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl üzərimdə qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən içərisində psixotrop maddə olan metafetamin kütləsi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və içərisində olan kütlə ilə birlikdə gümüşü rəngli bükümün ümümi çəkisi 1.19 qram olmuşdur. Bundan sonra polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin psixotrop maddə metamfetamini 27.08.2021-ci il tarixdə axşam saatlarında 17 nömrəli məktəbin yaxınlığnda piyada hərəkətdə olarkən yerdən tapmış, həmin psixotrop maddədən az miqdarda istifadə etmiş və qalan psixotrop maddə kütləsini isə şəxsi istifadəsi məqsədilə üzərində daşımışdır. Psixotrop maddə tərəzidə çəkildikdən sonra həmin siqaretin gümüşü rəngli bükümü onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə özü də imza etmişdir. Sonra polis işçiləri üzərinə şəxsi axtarış və götürmə zamanı tərtib etdikləri protokolu oxumuşlar, həmin protokolu o da imzalamışdır. Bundan başqa 05.10.2021-ci il tarixdə saat 08 radələrində Mingəçevir şəhər Nəsimi küçəsinin başlanğıc hissəsində Şüşə zavodunun yaxınlığında yol ilə piyada gedərkən yerdə siqaretin qızılı kağızından ibarət bükülü görmüş, həmin bükülünü yerdən götürüb və açıb içərisinə baxanda narkotik vasitə heroin olmasını görmüşdür. Özü əvvəllər də narkotik vasitə heroindən istifadə etdiyi üçün həmin bükülünün içərisində olan kütləni tanıyıb və özü istifadə etmək məqsədilə əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə qoymuşdur. Lakin həmin gün uyğun vaxt olmadığından istifadə etməyə macal tapmadığı üçün həmin içərisində narkotik vasitə heroin olan bükümü üzərində daşımalı olmuşdur. Lakin həmin gün saat 15:15 radələrində yenə Nəsimi küçəsindən keçərkən Mingəçevir şəhər Şüşə zavodunun yaxınlığında Nəsimi küçəsinin başlanğıcında mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bidirib onu polis şöbəsinə dəvət etmişlər. Mingəçevir şəhər polis şöbəsinin inzibati binasında, ona dövlət hesabına müdafiəçi təyin edilmiş və vəkil Tubu Hüseynova ona müdafiəçi təyin olunmuşdur. Daha sonra şöbənin Növbətçi Hissəsinin qarşısında vəkilin və iştirakçıların iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən siqaretin qızılı kağızına bükülmüş bükümdə içərisində narkotik vasitə olan heroin, eyni cibindən bir ədəd “ 5 “ qəpik , bir ədəd alışqan, sağ yan cibindən isə bir ədəd “ FLY “ markalı mobil telefonu aşkar olunmuşdur. Sorğu zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən siqaretin qızılı kağızına bükülmüş bükümdə içərisində narkotik vasitə heroini 05.10.2021-ci il tarixdə saat 08:30 radələrində Şüşə zavodunun qarşısında piyada gəzən zaman yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin ,,Digital Scole,, markalı elektron tərəzidə çəkilmişdir. Götürülmüş siqaretin qızılı kağızına bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinin ümumi çəkisi 0,58 qram olmuşdur. Üzərindən götürülmüş narkotik vasitə “heroin”-in Samsung markalı video-kamera ilə videoya çəkildi və zərfə qoyularaq möhürlənmiş və üzəri tərəfindən, həmçinin digər iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələri mütəmadi istifadə etməmiş, nəvaxt tapsa həmin vaxt istifadə etmiş, onun alqı-satqısında iştirak etməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olan şəxs tanımamışdır. Etdiyi əməldən peşandır. Məhkəmədən ona cəza təyin edərkən cavanlığını və törətdiyi əməldən səmimi peşmanlığını nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-in NMQ-un əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 28 avqust 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtraış tədbirinin həyata keçirilməsi çərçivəsində 28.08.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın NMQ-un əməliyyat müvəkkili Şahid3, Şahid4 və özü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanda yerləşən X3 yaşadığı mənzilə qanunla müəyyən olunmuş getmişlər. Orada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaçay Abduləzimova və Təqsirləndirilən şəxs izah olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərlərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Təqsirləndirilən şəxs dövlət hesabına X7 müdafiəçi təyin olunmuş, daha sonra müdafiəçinin də iştirakı ilə M.Fərrxov küçəsi ev 86 ünvanda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kağız büküm aşkar olunmuşdur. Həmin bükümün içərisinə baxıldıqda psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olmasını və 27.08.2021-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhər 17 nömrəli məktəbin yaxınlığında yerdən tapmasını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olundu Təqsirləndirilən şəxs və müdafiəçisi Çingiz Qurbanov da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan başqa 05 oktyabr 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 05.10.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Nəsimi küçəsinin başlanğıcında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ona izah olunaraq polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X9 dəvət olunmuş və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında vəkil Tubu Hüseynovanın da iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin də iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən siqaretin qızılı kağızına bükülmüş bükümün içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş həmin bükümün içərisindəki kütlənin heroin olmasını, 05.10.2021-ci il tarixdə saat 08 radələrində Mingəçevir şəhər Şüşə zavodunun yaxınlığında piyada gəzən zaman yerdən tapmasını və özü istifadə etmək məqsədilə üzərinə saxlayaraq daşıdığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-heroinə bənzər kütlələr qeyd olunan iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək və zərfə qoyularaq qablaşdırılmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavətləri və düşmənçilikləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-in NMQ-un əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. 28 avqust 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 28.08.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın NMQ-un baş əməliyyat müvəkkili Şahid1, Şahid4 və özü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanda erləşən X3 yaşadığı mənzilə qanunla müəyyən olunmuş qaydada getmişlər. Orada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaçay Abduləzimova və Təqsirləndirilən şəxs izah olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərlərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Təqsirləndirilən şəxs dövlət hesabına X7 müdafiəçi təyin olunmuş, daha sonra müdafiəçinin də iştirakı ilə M.Fərrxov küçəsi ev 86 ünvanda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kağız büküm aşkar olunmuşdur. Həmin bükümün içərisinə baxıldıqda psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olmasını və 27.08.2021-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhər 17 nömrəli məktəbin yaxınlığında yerdən tapmasını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olundu Təqsirləndirilən şəxs və müdafiəçisi Çingiz Qurbanov da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid4 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-in əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. 28 avqust 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 28.08.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın NMQ-un baş əməliyyat müvəkkili Şahid1, Şahid3 və özü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanda erləşən X3 yaşadığı mənzilə qanunla müəyyən olunmuş qaydada getmişlər. Orada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaçay Abduləzimova və Təqsirləndirilən şəxs izah olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərlərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Təqsirləndirilən şəxs dövlət hesabına X7 müdafiəçi təyin olunmuş, daha sonra müdafiəçinin də iştirakı ilə M.Fərrxov küçəsi ev 86 ünvanda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kağız büküm aşkar olunmuşdur. Həmin bükümün içərisinə baxıldıqda psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olmasını və 27.08.2021-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhər 17 nömrəli məktəbin yaxınlığında yerdən tapmasını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olundu Təqsirləndirilən şəxs və müdafiəçisi Çingiz Qurbanov da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid2 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-in əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. 05 oktyabr 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 05.10.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın NMQ-un əməliyyat müvəkkili Şahid1 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Nəsimi küçəsinin başlanğıcında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ona izah olunaraq polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X9 dəvət olunmuş və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında vəkil Tubu Hüseynovanın da iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin də iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən siqaretin qızılı kağızına bükülmüş bükümün içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş həmin bükümün içərisindəki kütlənin heroin olmasını, 05.10.2021-ci il tarixdə saat 08 radələrində Mingəçevir şəhər Şüşə zavodunun yaxınlığında piyada gəzən zaman yerdən tapmasını və özü istifadə etmək məqsədilə üzərinə saxlayaraq daşıdığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-heroinə bənzər kütlələr qeyd olunan iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək və zərfə qoyularaq qablaşdırılmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavətləri və düşmənçilikləri olmamışdır. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 avqust 2021-ci il tarixli 17/638 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik...” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,428 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə-metamfetamindir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli 17/734 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki qızılı-ağ rəngli kağıza bükülmüş 01 (bir ) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,391 qram olan maddə kustar üsulla hazırlanmış, narkotik vasitə-heroindir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11.12.2021-ci il tarixli 1488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 28.08.2021-ci il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd kağız bükümdə içərisində psixotrop maddə metamfetamin aşkar edilərək, qablaşdırlaraq götürülmüşdür. Cinayət işi materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 06 oktyabr 2021-ci il tarixli Protokoldan görünür ki, 05.10.2021-ci tarixdə Mingəçevir ŞPŞ-ın TB-ın təhqiqatçısı polis kapitanı Şahin İmanov tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD-diskə tərəfindən baxış keçirilmişdir. DVD-ə diskə tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunması müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında qərardan görünür ki, 28.08.2021-ci tarixdə Mingəçevir ŞPŞ-in TB-ın təhqiqatçısı polis kapitanı Rəşad Cəfərov tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD-diskə baxış keçirilmişdir. DVD-ə diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunması müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan 05.10.2021-ci il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümdə içərisində narkotik vasitə heroin aşkar edilərək, qablaşdırlaraq götürülmüşdür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd kağız bükümün içərisində təmiz çəkisi – 0,428 qram olan müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,378 qram olan psixotrop maddə metafetamin və 01 (bir) ədəd kağız bükümün içərisində təmiz çəkisi – 0,391 qram olan müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,341 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınaraq saxlanca verilməsi haqqında qəbul edilmiş qərar nəzərə alınmışdır. İş materiallarında olan DİN yanında BƏSİİ-in 04.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 8 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İsayev X6 şəhəri Ş.İ.Xətai küçəsi ev 1, mənzil 1-də yaşayır. Qonşularla münasibəti yaxşıdır. Onun barəsində 8 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin gümüşü rəngli bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 0.428 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.08.2021-ci il tarixdə Mingəçevir şəhər X4 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Fərruxov küçəsi 36 saylı evdə saxlanılaraq orada saat 18:30 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, 05.10.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.391 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 05.10.2021-ci il tarixdə saat 15:15 radələrində Mingəçevir şəhər X4 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nəsimi küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş, orada saat 15:35 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasına, şəxsin əməlini etiraf etməsini və səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təkrar törədilməsinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, şəxsiyyətini belə ki, ilk dəfə az ağır cinayət törətməsini, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsinə baxmayaraq eyni xarakterli əməli təkrarən törətməsini, narkotik vasitələrin aludəçisi olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, iş materialında olan “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 avqust 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilərək buraxılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 05 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 07.10.2021-ci il tarixli 4(051)-119/2021 saylı Qərardan görünür ki, təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmişdir. Həbsdə saxlama müddətinin əvvəli 05 oktyabr 2021-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 143 manat 88 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,378 qram olan psixotrop maddə metafetamin və 0,341 qram olan narkotik vasitə heroin qalığı məhv edilməlidir. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,378 qram olan psixotrop maddə metafetamin və 0,341 qram olan narkotik vasitə heroin qalığı məhv edilsin. İş üzrə 143 (bir yüz qırx üç) manat 88 (səksən səkkiz) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar