Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-39/2020 23.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 , Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs1-xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhər H.Əliyev prospekti ev 36, mənzil 36-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, x1- xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin 26.09.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə 1 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 84, mənzil 14-də qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 09 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əvvəlcə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhər Mehmandarov küçəsi ev 13-də yerləşən yaşayış evinin hasarından aşmaqla evin həyətyanı sahəsinə keçmiş, daha sonra evin açıq qapısından evə qanunsuz daxil olub oradan ümumi dəyəri 28 manat olan 6 ədəd 7 hissəli, ümumi dəyəri 32 manat olan 2 ədəd 8 hissəli istilik radiatorlarını və 40 manat dəyərində bir ədəd dəmir isidicini, daha sonra isə vahid niyyətlə əhatə olunan qəsdlə yenidən Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 40 manat olan 2 ədəd 10 hissəli istilik radiatorunu gizli olaraq talayaraq yaşayış evini tərk etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,931 qram olan narkotik vasitə – heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 08.11.2019-cu il tarixdə saat 14:05 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 36 saylı binanın yanında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-nin inzibati binasında onun əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 09 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əvvəlcə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhər Mehmandarov küçəsi ev 13-də yerləşən yaşayış evinin hasarından aşmaqla evin həyətyanı sahəsinə keçmiş, daha sonra evin açıq qapısından evə qanunsuz daxil olub oradan ümumi dəyəri 28 manat olan 6 ədəd 7 hissəli, ümumi dəyəri 32 manat olan 2 ədəd 8 hissəli istilik radiatorlarını və 40 manat dəyərində bir ədəd dəmir isidicini, daha sonra isə vahid niyyətlə əhatə olunan qəsdlə yenidən Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 40 manat olan 2 ədəd 10 hissəli istilik radiatorunu gizli olaraq talayaraq yaşayış evini tərk etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 08.10.2020-ci ildə Mingəçevir şəhəri Mehmandarov küçəsi ilə hərəkət edən zaman həmin küçədə yerləşən yaşayış evinin darvazasında kilid olduğunu, evdə heç kimin yaşamadığını gördü. O, evin hasarından aşıb evə daxil oldu. Evin giriş qapısı açıq idi və içərisində heç bir əşya olmamışdır. Evin divarlarında dəmirdən olan istilik radiatorlarının olduğunu görüb evdən oğurluq etmək qərarına gəldi. Növbəti gün, yəni 09.10.2019-cu il tarixdə saat təxminən 12 radələrində bibisi oğlu Bəhruz onların evinə qonaq gəlmişdir. Bəhruzla birlikdə həmin yaşayış evinə girib oğurluq etmək qərarına gəldi. O, bu barədə Bəhruza dedi və Bəhruz da onunla razılaşdı. Təxminən saat 16 radələrində o, Bəhruzla birlikdə Mehmandarov küçəsində yerləşən yaşayış evinin qarşısına gəldilər. Onlar ətrafa baxıb heç kim olmadığını görüb, hər ikisi hasardan aşıb evə daxil oldular və birlikdə evin otaqlarında olan istilik radiatorlarını sökməyə başladılar. Onlar ümumilikdə 10 ədəd istilik radiatorunu və bir ədəd isidicini sökdülər. Həmin istilik radiatorlarını və isidicini evin giriş qapısının qarşısına yığdılar. O, bundan sonra Bəhruza radiatorları və isidicini aparmaq üçün taksi gətirməyi dedi. Bəhruz razılaşıb getdi və təxminən yarım saat sonra taksini gətirdi. Həmin taksi VAZ 2104 markalı olmuşdur. Lakin avtomobilin rəngi və dövlət qeydiyyat nişanı yadında deyil. O, evin darvazasını açdı və taksi sürücüsü avtomobili evin həyətyanı sahəsinə sürdü. Orada onlar sökdükləri 8 ədəd istilik radiatorunu və bir ədəd isidicini avtomobilə yığdılar, qalan iki ədəd radiatoru isə növbəti dəfə gəlib aparmaq qərarına gəldilər. Avtomobil evin həyətyanı sahəsindən çölə çıxdıqdan sonra o, darvazanı bağladı. Lakin darvazanı növbəti dəfə çöldən aça bilməyi üçün tam bağlamamışdır. Bundan sonra hasardan aşıb çölə çıxdı. O, taksiyə əyləşdikdən sonra sürücü ona istilik radiatorlarının oğurluq olub-olmadığını soruşdu. O isə radiatorların oğurluq olmadığını dedi. Onlar bundan sonra Mingəçevir şəhəri Energetika küçəsində yerləşən Tofiq adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə getdilər. Onlar Tofiq adlı şəxsə radiator satmaq istədiklərini dedilər. Tofiq onlarla razılaşdı və onlara dəmirin bir kilo qramını 22 qəpik hesabı ilə alacağını dedi. Tofiq onlardan 8 ədəd radiatoru aldı və qarşılığında onlara 140 manat pul verdi. O, Tofiqə iki ədəd əlavə radiator olduğunu, həmin radiatorları da satmaq istədiyini dedi. Tofiq ona həmin radiatorları da alacağını dedi. Onlar bundan sonra digər iki radiatoru gətirmək üçün taksi ilə yenidən həmin evə getmək istədilər. Lakin taksi sürücüsü işi olduğunu deyib onları Mingəçevir şəhər Kolxoz bazarının yaxınlığında düşürdü. O, həmin taksi sürücüsünə beş manat pul verdi. Onlar piyada yol gedərkən yolda taksi saxlatdırdı və həmin taksi ilə yaşayış evinin qarşısına getdilər. O, darvazanı açdı və taksi sürücüsü avtomobili evin həyətinə saldı. Onlar qalan iki ədəd radiatoru həmin avtomobilə yüklədilər və metal qəbulu məntəqəsinə getdilər. Həmin iki ədəd radiatoru Tofiqə verdilər və Tofiq qarşılığında onlara 40 manat pul verdi. Onlar 10 ədəd radiatoru ümumilikdə 180 manata satmışlar və həmin puldan 60 manatını Bəhruza vermişdi. Onlar bundan sonra aralaşıb evə getdilər. O öz payına düşən 120 manat puldan 50 manatını nisyə soyuducu aldığı mağazanın sahibi olan Günelə verdi. Qalan 70 manat pulu gündəlik xərclərinə sərf etdi. O həmin evdən radiatorları oğurlayarkən evin həyətyanı sahəsində dəmir boruların və armaturların olduğunu görmüşdü. 12.10.2019-cu il tarixdə yenidən həmin evə girib evin həyətyanı sahəsində olan dəmir boruları və armaturları oğurlamaq qərarına gəldi. O, zəng edərək bu barədə Bəhruza dedi və Bəhruz da onunla birlikdə oğurluq etməyə razılaşdı. 13.10.2019-cu il tarixdə saat təxminən 11 radələrində o, Bəhruzla görüşüb həmin yaşayış evinin qarşısına getdilər. Onlar hasardan aşıb evin həyətyanı sahəsinə keçərək dəmir borularla armaturları evin hasarının kənarına yığmağa başladılar. Onlar ümumilikdə 2 ədəd dəmir boru və 3 ədəd armatur tapdılar. Həmin boruları və armaturları hasardan aşırmaq istəyərkən evin həyətyanı sahəsində bir nəfər kişinin olduğunu gördü. Həmin kişinin ardınca həyətə polis əməkdaşları girdilər. Onlar polis əməkdaşlarını gördükdə dərhal hasardan aşıb qaçmağa başladılar. Onlar fərqli istiqamətlərə qaçdılar. Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “KATV”-nin inzibati binasının yaxınlığında polis əməkdaşları onu yaxaladı və polis şöbəsinə gətirdilər. O, özü istifadə etmək üçün qonşusu Səbuhidən heroin almışdır. 08.11.2019-cu il tarixdə saat 14:00 radələrində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın yanında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt Səbuhidən aldığı içərisində heroin olan büküm də cibində idi. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə baxış keçirilərkən əynində olan şalvarın cibindən həmin büküm aşkar olunub götürüldü. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilərək götürüldü. Əməlindən peşimandır. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 09.10.2019-cu il tarixdə saat 12 radələrində dayısıgilə qonaq gedərkən yolda dayısı oğlu Sadiqlə rastlaşdı. Sadiq ona Mehmandarov küçəsində bir ev olduğunu, evdə heç kim yaşamadığını bildirərək həmin evdən oğurluq etməyi təklif etdi. O, Sadiqlə razılaşdı və onlar birlikdə həmin yaşayış evinin qarşısına getdilər. Onlar hasardan aşıb evin həyətinə daxil oldular. Daha sonra Sadiqlə birlikdə evdə olan 10 ədəd istilik radiatorlarını və bir ədəd kiçik ölçülü dəmirdən olan isidicini söküb evin qapısının qarşısına yığdılar. Sadiq ona gedib taksi gətirməyi dedi. O, Mingəçevir şəhər Kolxoz bazarının qarşısına getdi və oradan taksi ilə evə qayıtdı. Həmin taksi VAZ 2101 markalı, qırmızı rəngli avtomobil oldu. Evin qarşısına çatanda o, avtomobildən düşüb Sadiqi çağırdı. Sadiq evin darvazasını açdı və taksi sürücüsü avtomobili evin həyətinə saldı. Onlar 8 ədəd istilik radiatorlarını avtomobilə yığdı və ilkin olaraq həmin radiatorları satmalarını, daha sonra qayıdıb digər radiatoru və dəmir məmulatlarını aparmalarını razılaşdılar. Avtomobil evin həyətyanı sahəsindən çölə çıxdıqdan sonra Sadiq darvazanı içəridən bağladı və hasardan aşıb çölə çıxdı. Sadiq taksiyə əyləşdikdən sonra taksi sürücüsü Sadiqdən istilik radiatorlarının oğurluq olub-olmadığını soruşdu. Sadiq isə radiatorların oğurluq olmadığını dedi. Onlar bundan sonra Mingəçevir şəhəri Energetika küçəsində yerləşən Tofiq adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə getdilər. Onlar Tofiqə radiator satmaq istədiklərini dedilər. Tofiq onlarla razılaşdı və onlara dəmirin bir kilo qramını 22 qəpik hesabı ilə alacağını dedi. Onlar Tofiqlə razılaşdılar. Tofiq onlardan 8 ədəd radiatoru aldı və qarşılığında onlara 120 manat pul verdi. Sadiq Tofiqə iki ədəd əlavə radiatorları olduğunu, həmin radiatoru da satmaq istədiyini dedi. Tofiq Sadiqə həmin radiatoru da alacağını dedi. Onlar bundan sonra digər radiatoru və isidicini gətirmək üçün taksi ilə yenidən həmin evə getmək istədilər. Lakin taksi sürücüsü işi olduğunu deyib onları Mingəçevir şəhər Kolxoz bazarının yaxınlığında düşürdü. Sadiq həmin taksi sürücüsünə beş manat pul verdi. Onlar piyada yol gedərkən yolda taksi saxlatdırdılar və taksi ilə həmin yaşayış evinin qarşısına getdilər. Sadiq darvazanı açıb içəri keçdi. Sadiq taksi sürücüsünə avtomobili evin həyətyanı sahəsinə salmasını dedi. O və Sadiq qalan iki ədəd radiatoru və bir ədəd isidicini həmin avtomobilə yüklədi və metal qəbulu məntəqəsinə getdilər. Onlar həmin əşyaları Tofiqə satdılar və Tofiq qarşılığında onlara 60 manat pul verdi. Aldıqları pulları böldülər. Onlar bundan sonra aralaşıb evə getdilər. O öz payına düşən pulu gündəlik xərclərinə sərf etdi. 13.10.2019-cu il tarixdə saat təxminən 11 radələrində o, Sadiqlə görüşüb yenə həmin yaşayış evinin qarşısına getdilər. Onlar hasardan aşıb evin həyətyanı sahəsinə keçdilər. Sadiq evin darvazasında olan kiçik qapının süngüsünü içəridən bağladı və dəmir borularla armaturları evin hasarının kənarına yığmağa başladılar. Onlar ümumilikdə 2 ədəd dəmir boru və 3 ədəd armatur tapdılar. Bu vaxt Sadiq ona səssiz olmağını, evin darvazasının alt hissəsində ayaq gördüyünü dedi. Sadiq kiminsə evə girmək istədiyini deyib darvazada olan qapının süngüsünü açdı. Həmin vaxt o, evin arxa tərəfinə keçdi. Bir neçə dəqiqədən sonra qapının açılma səsini eşitdi. Sadiq onun yanına gələrək evə polis əməkdaşlarının gəldiyini, qaçmalarını dedi. Onlar hasardan aşıb qaçmağa başladılar. Onlar fərqli istiqamətlərə qaçdılar. O, evə getdi. Bir az sonra evdən çıxıb polis şöbəsinə tərəf getməyə başladı. Yolda polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə gətirdilər. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. Həmin evdə hazırda heç kim yaşamır. Lakin o, 2-3 gündən bir həmin evə gedib nəzarət edirdi. O bir neçə gün əvvəl həmin evə gedərkən evin qapısının içəri tərəfdən bağlı olduğunu gördü. Nə qədər cəhd etsə də evin qapısını aça bilmədi. Növbəti gün yenidən həmin evə baxmaq üçün getdikdə evin qapısının içəridən açıldığını gördü. O bundan sonra evə girib baxdıqda evin divarlarına bərkidilmiş 10 ədəd dəmirdən olan istilik radiatorlarının və bir ədəd dəmir isidicinin yerində olmadığını gördü. Lakin o, həmin vaxt polis əməkdaşlarına oğurluq barədə məlumat vermədi. 13.10.2019-cu il tarixdə o, yenidən həmin yaşayış evinə getdi. Qapını açmaq istəyəndə qapını yenə də içəridən bağlı olduğunu gördü. Qapı ilə hasarın arasından içəriyə baxdı və evin həyətyanı sahəsində iki nəfər naməlum şəxsin həyətdə olan dəmir oturacağı sökməyə çalışdıqlarını gördü. O, bundan sonra Mingəçevir şəhər polis şöbəsinə zəng edərək bu barədə məlumat verdi. Bir qədər sonra polis əməkdaşları ona məxsus yaşayış evinə gəldilər. Evdən oğurluq etməyə çalışan, tanımadığı iki nəfər şəxs polis əməkdaşlarının evə daxil olduğunu görüb hasardan aşaraq qaçdılar. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili işləyir. Mingəşevir şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri H.Əliyev prospekti 36 saylı binanın yanında görüb Təqsirləndirilən şəxs1 yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş büküm aşkar olunaraq götürüldü. Qeyd olunan büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar, sarı rəngli və kəskin iyə malik kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs1 həmçinin, bildirdi ki, həmin narkotik vasitə olan heroini Səbuhi adlı qonşusundan almışdır. Ancaq hələlik Səbuhi adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Baxış zamanı onun və digər iştirakçıların yanında, aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və zərfə qoyularaq möhürləndi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir CAB-nin əməliyyat müvəkkili işləyən Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində İTB-nin sahə rəisi işləyir. 13.10.2019-cu il tarixdə saat təxminən 11:30 radələrində Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisləri Şahid4 və Şahid5 ilə birlikdə Mingəçevir ŞPŞ-nin inzibati binasında olarkən Mingəçevir ŞPŞ-nin növbətçi hissəsindən onlara Zərərçəkmiş şəxs Mingəçevir şəhər Polis şöbəsinin daxili telefon nömrəsinə zəng edərək özünə məxsus Mingəçevir şəhəri Mehmandarov küçəsi 13 №-li evində iki nəfər şəxsin olması barədə məlumat verdiyi bildirildi. Bundan sonra dərhal Şahid4 və Şahid5 ilə birlikdə qeyd olunan ünvana getdilər. Onlar yaşayış evinin qarşısına çatanda evin sahibi Zərərçəkmiş şəxs orada dayanmışdı. Zərərçəkmiş şəxs onlara özünə məxsus evin həyətyanı sahəsində iki nəfər tanımadığı şəxsin olduğunu, həmin şəxslərin oğurluq niyyətilə yaşayış evinə daxil olduqlarını bildirdi. Daha sonra Zərərçəkmiş şəxs açarla evin darvazasını açdı və onlar evin həyətyanı sahəsinə daxil oldular. Evin həyətyanı sahəsində olan iki nəfər şəxs onları gördükdə hasardan aşaraq evin həyətyanı sahəsindən çıxdılar və fərqli istiqamətlərə qaçmağa başladılar. Həmin şəxslərdən birini Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “KATV”-nin inzibati binasının yaxınlığında tutub Mingəçevir şəhər polis şöbəsinə gətirdilər. Mingəçevir şəhər polis şöbəsində həmin şəxsin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs1 olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bibisi oğlu Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs məxsus yaşayış evinə oğurluq məqsədilə daxil olduqlarını, bir neçə gün əvvəl də Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs məxsus yaşayış evinə qanunsuz daxil olaraq həmin evdən 10 ədəd istilik radiatoru və bir ədəd isidici oğurladıqlarını bildirdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri digər şahidlər- Şahid4,Şahid5 və Şahid6 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 24-25-ci vərəqlərində olan 08 noyabr 2019-cu il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd içərisində siqaretlər olan “Argo” markalı siqaret qutusu, əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli “kgtel” markalı mobil telefon, bir ədəd içərisində kibritlər olan kibrit qutusu, bir ədəd gümüş rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürüldü. İşin 31-33-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 08 noyabr 2019-cu il tarixli, 580 saylı rəyində göstərilir ki, üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,931 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinin təmiz çəkisi 0,931 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,881 qram. İşin 264-cü vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 67 saylı 20 fevral 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 257-259-cu vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 fevral 2020ci il tarixli, 2793 saylı rəyində göstərilir ki,Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurlanmış malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən qiyməti 140 (bir yüz qırx) manat müəyyən olunur. O cümlədən: -6 ədəd 7 hissəli çuqun radiatorun qiyməti ümumilikdə 28 manat, -2 ədəd 8 hissəli çuqun radiatorun qiyməti ümumilikdə 32 manat, -2 ədəd 10 hissəli çuqun radiatorun qiyməti ümumilikdə 40 manat, -1 ədəd dəmirdən olan isidicinin qiyməti 40 manat Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 09 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əvvəlcə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhər Mehmandarov küçəsi ev 13-də yerləşən yaşayış evinin hasarından aşmaqla evin həyətyanı sahəsinə keçmiş, daha sonra evin açıq qapısından evə qanunsuz daxil olub oradan ümumi dəyəri 28 manat olan 6 ədəd 7 hissəli, ümumi dəyəri 32 manat olan 2 ədəd 8 hissəli istilik radiatorlarını və 40 manat dəyərində bir ədəd dəmir isidicini, daha sonra isə vahid niyyətlə əhatə olunan qəsdlə yenidən Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 40 manat olan 2 ədəd 10 hissəli istilik radiatorunu gizli olaraq talayaraq yaşayış evini tərk etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,931 qram olan narkotik vasitə – heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 08.11.2019-cu il tarixdə saat 14:05 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 36 saylı binanın yanında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-nin inzibati binasında onun əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 09 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əvvəlcə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhər Mehmandarov küçəsi ev 13-də yerləşən yaşayış evinin hasarından aşmaqla evin həyətyanı sahəsinə keçmiş, daha sonra evin açıq qapısından evə qanunsuz daxil olub oradan ümumi dəyəri 28 manat olan 6 ədəd 7 hissəli, ümumi dəyəri 32 manat olan 2 ədəd 8 hissəli istilik radiatorlarını və 40 manat dəyərində bir ədəd dəmir isidicini, daha sonra isə vahid niyyətlə əhatə olunan qəsdlə yenidən Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 40 manat olan 2 ədəd 10 hissəli istilik radiatorunu gizli olaraq talayaraq yaşayış evini tərk etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməsi özlərinin etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 253-256-cı vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 26.09.2019-cu il tarixli, 1(051)-139/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1(bir) il 4(dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 23 iyun 2020ci il tarixli, 378/3-12 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 9(doqquz) ay 7(yeddi) günü icra edilməmiş qalmışdır. İşin 241-243-cü vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl məhkum olunmamışdır. İşin 302-303-cü vərəqlərində olan xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini etiraf edib peşiman olmaları, yaşayış yerində müsbət xarakterizə olunmaları, dəymiş ziyanı ödəmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, dəymiş zərəri ödəmələrini, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 129-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında 13 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 200-202-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 15 oktyabr 2019-cu il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. İşin 19-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında 08 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 63-cü vərəqində olan Mingəçevir şəhər Məhkəməsinin 10 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və dərhal həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 13 oktyabr 2019-cu ildən 15 oktyabr 2019-cu il tarixə kimi və 08 noyabr 2019-cu ildən 10 noyabr 2019-cu kimi şübhəli şəxs kimi tutulduğu 4(dörd) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 8(səkkiz) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşin 145-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 13 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 195-197-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və dərhal həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2019-cu ildən 15 oktyabr 2019-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırda ittiham olunduğu əməli Mingəçevir şəhər məhkəməsinin onun barəsində olan 26.09.2019-cu il tarixli hökmünün qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1(bir) il 4(dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 9 ay 7 gün Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza ilə toplanmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcləri olan cəmi 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, narkotik vasitələrin ekspertiza xərci olan 69,10 manat Təqsirləndirilən şəxs1 alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan istifadə olunmuş, iki ədəd istilik radiatorları və bir ədəd isidici Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,881 qram narkotik vasitə – heroin məhv edilməlidir. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 114 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil x2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 13 oktyabr 2019-cu ildən 15 oktyabr 2019-cu il tarixə 08 noyabr 2019cu ildən 10 noyabr 2019-cu ilə kimi şübhəli şəxs kimi tutulduğu 4 (dörd) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 8(səkkiz) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Mingəçevir şəhər məhkəməsinin 26.09.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığını məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 9 ay 7 gün CM-nin 66.5-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya qismən birləşdirilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. 13 oktyabr 2019-cu ildən 15 oktyabr 2019-cu ilə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcləri olan cəmi 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, narkotik vasitələrin ekspertiza xərci olan 69,10 manat Təqsirləndirilən şəxs1 alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan istifadə olunmuş iki ədəd istilik radiatorları və bir ədəd isidici Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,881 qram narkotik vasitə – heroin məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 114 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil x2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-39/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-39/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver