Məhkəmə qərarları › İş №1(051)-39/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-39/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-39/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi işlə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Yevlax rayonun Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Kolxoz» bazarında Zərərçəkmiş şəxs işlədiyi geyim əşyaları mağazasına gəlib, onu çölə dəvət etmiş və birlikdə həmin mağazadan çıxıb bazarın qarşısına doğru hərəkət edərkən Zərərçəkmiş şəxs onun qeyri rəsmi yaşadığı Şahid2 ad günündə mesaj yazmasının səbəbini soruşmuş, bununla bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs vuraraq, sonuncunun həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126- cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs sol əlinin ikinci barmağının əl daraq sümüyünün qapalı sınığı ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun bacısı Şahid1 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs ilə bacısı Şahid1 təxminən 2014-cü il tarixdən tanıyır, onun ailə üzvləri mütəmadi olaraq Zərərçəkmiş şəxs məxsus olan Mingəçevir şəhər Mərkəzi kolxoz bazarında yerləşən geyim əşyaları satdığı mağazada alış-veriş etmişlər. xx.xx.2020-ci il tarixdə gecə saatlarında o ailəvi gediş-gəlişləri olan X1 ad gününü birlikdə qeyd edən zaman əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Elsəvər Mustafayevin mobil telefonuna sms yazaraq onun ad gününü təbrik etməsini görmüşdür. Elsəvər Mustafayevin ailəsində heç bir narazılıq olmasın deyə xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Elsəvər Mustafayevdən xəbərsiz Zərərçəkmiş şəxs məxsus olan Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi kolxoz bazarda yerləşən geyim əşyaları satdığı mağazaya getmiş, mağazaya çatanda Zərərçəkmiş şəxs, az yaşlı qızı və bacısı Şahid1 mağazada olduqlarını görmüşdür. Həmin vaxt mağazada Zərərçəkmiş şəxs salam verərək onu mağazadan kənara çağırmış, tanışı Elsəvər Mustafayevə xx.xx.2020-ci il tarixdə gecə saatlarında nə üçün telefon vasitəsi ilə sms yazmasını soruşmuşdur. Zərərçəkmiş şəxs isə Elsəvər Mustafayevə «yaxşı edib» sms yazdığını deyə cavab verərək onu təhqir etməyə başlamışdır. Elsəvər Mustafayevin ailəli olduğunu bildirərək Sevincə ona sms və ya zəng vurmamağı barədə xəbərdarlıq edib, həmin yeri tərk etmişdir. Mingəçevir şəhər Mərkəzi koxoz bazarın qarşısındakı yolu keçən zaman Zərərçəkmiş şəxs ilə bacısı Şahid1 onun arxası ilə gələrək onu yolundan saxlayıb mübahisə etməyə başlamışlar. O isə bu zaman Şahid1 bir dəfə sillə ilə üz nahiyyəsinə vuraraq onu özündən itələmiş, daha sonra isə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə yumruqla vuran zaman Zərərçəkmiş şəxs sol əlinə dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətdiyindən sağ ayağı ilə Zərərçəkmiş şəxsnm bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman ona və bacısı Həcərə xəsarət yetirmək niyyəti olmamışdır, yalnız özünü müdafiə etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs təxminən 2014-cü il tarixdən tanıyır, Ayşən 2014cü il tarixdə təxminən 2-3 ay müddətində ona məxsus olan Mingəçevir şəhər Mərkəzi Kolxoz bazarda yerləşən geyim əşyaları satdığı mağazada satıcı işləmişdir. Bir müddət satıcı işlədikdən sonra işdən çıxmışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhər Mərkəzi kolxoz bazarda yerləşən ona məxsus olan geyim əşyaları satdığı obyektdə bacısı Şahid1 və az yaşlı qızı ilə birlikdə oturan zaman Təqsirləndirilən şəxs onun obyektinə gəlib salam verərək onu obyektdən çölə çaırmışdır. O, Ayşən ilə ona məxsus obyektdən bazarın qarşısına doğru hərəkət edən zaman Ayşən ondan qeyri-rəsmi yaşadığı Elsəvər adlı şəxslə xx.xx.2020-ci il tarixdə telefon vasitəsi ilə danışıb-danışmadığını soruşmuşdur. O, isə Elsəvəri uzun müddətdir ki, qonşu kimi tanıdığını və onunla xx.xx.2020-ci il tarixdə telefon vasitəsi ilə danışaraq ad gününü təbrik etdiyini bildirən zaman aralarında sözlə mübahisə başlamışdır. Mübahisə zamanı Ayşənin hər iki əli ilə onun çiyin nahiyələrinə, daha sonra isə ayaq nahiyəsi ilə sol üz nahiyəsinə zərbə vurmuşdur. O, isə həmin zərbənin təsirindən özünü itirərək yerə oturmuş və sağ əlini yerə qoymuşdur. Bundan sonra isə Ayşənin onu döydüyünü görən bacısı Şahid1 onları aralaşdımaq istəyən zaman Ayşən Həcərin üz nahiyəsinə bir neçə dəfə sillə ilə vurmuşdur. Daha sonra Ayşən ilə Həcəri aralaşdırmaq istəyən zaman Ayşən onun qarın nahiyəsinə təpik ilə vurmaq istəyərkən sol əli ilə qarın nahiyəsini qoruyarkən atılan təpiyin onun sol əlinin üst nahiyəsinə dəymişdir və bunun nəticəsində onun sol əlinin 2-ci barmağı sınıq (çat) xəsarəti almışdır. Mübahisə zamanı ona məxsus olan SAMSUNG J-2 markalı mobil telefonu da qırılmışdır. Buna görə də Təqsirləndirilən şəxs ilə barışmamışdır və onun barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Ayşəni təxminən 2014-cü il tarixdən tanıyır. Ayşən 2014-cü il tarixdə təxminən 2-3 ay müddətində bacısı Zərərçəkmiş şəxs məxsus olan Mingəçevir şəhər Mərkəzi kolxoz bazarda yerləşən geyim əşyaları satdığı mağazada satıcı işləmişdir. Ayşən bir müddət satıcı işlədikdən sonra işdən çıxmışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində o Mingəçevir şəhər Mərkəzi kolxoz bazarda yerləşən bacısı Zərərçəkmiş şəxs qızma məxsus olan geyim əşyaları satdığı obyektdə bacısı Zərərçəkmiş şəxs və onun az yaşlı qızı ilə birlikdə oturan zaman Təqsirləndirilən şəxs byektə gəlmişdir. Ayşən Sevinci obyektdən çölə çağırmış və birlikdə Mingəçevir şəhər Mərkəzi kolxoz bazarının qarşısına doğru hərəkət edən zaman Ayşən bacısı Sevincə onun qeyri-rəsmi yaşadığı Elsəvər Mustafayevlə xx.xx.2020ci il tarixdə telefon vasitəsi ilə danışıb-danışmadığını soruşmuşdur. Sevinc Elsəvəri uzun müddətdir ki, qonşu kimi tanıdığını və onunla xx.xx.2020-ci il tarixdə telefon vasitəsi ilə danışaraq ad gününü təbrik etdiyini bildirmişdir. Bu zaman Ayşən ilə bacısı Sevincin arasında sözlə mübahisə olmuş, mübahisə zamanı Ayşən ilk öncə hər iki əli ilə Sevincin çiyin nahiyyələrindən daha sonra isə ayaq nahiyyəsi ilə sol üz nahiyyəsinə zərbə vurmuşdur. Bu zaman Sevinc həmin zərbələrin təsirindən özünü itirərək yerə oturub, sağ əlini yerə qoymuşdur. Bundan sonra isə o Ayşən ilə Sevinci aralaşdımaq istəyən zaman Ayşən onun üz nahiyyəsinə bir neçə dəfə sillə ilə vurmuşdur. Daha sonra bacısı Sevincin Ayşənin onuda döydüyünü görüb aralaşdırmaq istəyən zaman Ayşən Sevincin qarın nahiyyəsinə təpik ilə vurmaq istəyərkən sonuncu sol əli ilə qarın nahiyyəsini qorumaq istəyən zaman Ayşənin təpiyi Sevincin sol əlinin üst nahiyyəsinə dəymişdir. Bunun nəticəsində Sevinc sol əlinin 2-ci barmağından sınıq (çat) xəsarəti almışdır. Mühahisə zamanı Sevincə məxsus SAMSUNG J-2 markalı mobil telefonu qırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və bacısı Şahid1 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs, həmdə onun bacısı Şahid1 uzun müddətdir ki, qonşu kimi tanıyır. xx.xx.2020-ci il tarixdə gecə saatlarında o ad gününü dostları və ailəvi gediş-gəlişi olan yaxınları ilə birlikdə qeyd etdiyi zaman əvvəllər tanıdığı qonşusu Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefonuna sms yazaraq onun ad gününü təbrik etmişdir. Həmin vaxt tanışı olan və ad günündə iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsi ilə göndərdiyi təbrik sms-ni görmüşdür. Sonradan Təqsirləndirilən şəxs ilə o telefon vasitəsi ilə danışan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun ailəsində heç bir narazılıq olmasın deyə xx.xx.2020-ci il tarixdə saat 15 radələrində ondan xəbərsiz Zərərçəkmiş şəxs məxsus olan Mingəçevir şəhər Mərkəzi kolxoz bazarında yerləşən geyim əşyaları satdığı mağazaya gedərək onu mağazadan kənara çağırmış və Sevincdən xx.xx.2020-ci il tarixdə gecə saatlarında nə üçün ona telefon vasitəsi ilə sms yazmasını soruşmuş, Zərərçəkmiş şəxs isə yaxşı edib sms yazmışam deyə cavab verib, Ayşəni təhqir etməyə başlamışdır. Bu zaman Ayşən ilə Sevinc və bacısı Şahid1 arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid1 üz nahiyyəsinə, Zərərçəkmiş şəxs isə bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. İşin 38-39-cu səhifələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, baxış keçirilən yer Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən Mərkəzi kolxoz bazarının qarşısındakı küçədir. Hadisə yerinin ətrafında obyektlər var. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs və X3 ilə şəxsi münasibətlər zəminində mübahisə edən zaman onları döyərək xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs vuran zaman əlindən xəsarət ala biləcəyini bildirdi. Baxış zamanı bütün hərəkətlərin foto-şəkilləri çəkilərək fotocədvələ əlavə olunmuşdur. İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Mingəçevir şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 770 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarət- sol əlin ikinci barmağının əl daraq sümüyünün qapalı sınığı küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx xxxxxx 2020ci il tarixə uyğundur. Ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Mingəçevir şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 775 saylı rəyinin nəticə hissəsindən görünür ki, Şahid1 bədənində aşkar olunan xəsarət- sol gözünün alt qapağında qançır küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə sadalanan sübutların məcmuyuna qiymət verərək hesab edir ki, əməli törətmiş şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadə şahidlərin ifadələri, ekspert rəyləri və iş materialları ilə təkzib olunur və özünü müdafiə xarakteri daşıyır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Kolxoz» bazarında Zərərçəkmiş şəxs işlədiyi geyim əşyaları mağazasına gəlib, onu çölə dəvət etmiş və birlikdə həmin mağazadan çıxıb bazarın qarşısına doğru hərəkət edərkən Zərərçəkmiş şəxs onun qeyri rəsmi yaşadığı Şahid2 ad günündə mesaj yazmasının səbəbini soruşmuş, bununla bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs vuraraq, sonuncunun həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs sol əlinin ikinci barmağının əl daraq sümüyünün qapalı sınığı ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Əməli törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın əməli törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-ci maddəsinə əsasən məhkuma təyin olunmuş islah işləri cəzası Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkumun cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cəzasını iş yerində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar