Məhkəmə qərarları › İş №1(051)-39/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-39/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-39/2023 10.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Cavid Qurban oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2000-ci ildə Ağdam rayonu, Nəmirli kəndində anadan olmuş, Azərbaycan respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Nəmirli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Günəşli Bağ massivində yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda buna əməl etməyərək nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan, etibarnamə əsasında atası Qanuni nümayəndə məxsus «Vaz 21074» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin Nizami küçəsi ilə A.Məmmədov küçəsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan dövlət qeydiyyat nişanı və sahibi istintaqa məlum olmayan Mercedes Benz C class markalı avtomobili sağ tərəfdən ötmə əməliyyatı edərkən avtomobilin idarə etməsini itirmiş, idarə etdiyi avtomobil sürüşərək avtomobil yolunun sol yan kənarına keçərək qabaq sağ yan hissəsi avtomobil yolunun sol yan kənarında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsinə dəyərək toqquşub sonuncu avtomobilə 2686 (iki min altı yüz səksən altı) manat məbləğdə maddi ziyanın vurulması və idarə etdiyi avtomobilin salonunda qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1 sağ körpücük sümüyünün orta 1/3-nin sınığının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına Az Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Vaz 21074 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında atası Qanuni nümayəndə məxsusdur. Avtomobilləri idarə etməyə hüquq verən sürücülük vəsiqəsi yoxdur. xx.xx.2022ci il tarixdə saat 19 radələrində idarəetdiyi avtomobili şəhərin N.Nərimanov prospekti ilə hərəkət etdirib oradan Nizami küçəsinə doğru hərəkətini davam etdirmişdir. Avtomobildə ondan başqa qardaşım Zərərçəkmiş şəxs1 də olmuşdur. Ramil avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Nizami küçəsinə keçərkən ondan qarşıda Mercedes Benz markalı avtomobil hərəkətdə olmuşdur. O, həmin avtomobili sol hissədən ötmək istəmiş, lakin, yolun kənarında dayanmış avtomobillərə zərər yetirəcəyini görüb avtomobilin tormozundan istifadə etmişdir, daha sonra həmin qarşıda hərəkətdə olan avtomobili sağ tərəfdən ötmə əməliyyatı etmişdir. Ötmə əməliyyatını başa çatdırarkən avtomobilin idarəetməsini itirmişdir. İdarə etdiyi avtomobil yolun sol kənarına çıxaraq sol kənarda dayanmış Mercedes Benz markalı avtomobilin arxasında dəyərək toqquşmuşdur. O, dərhal avtomobildən bayıra çıxmış, daha sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə qardaşını xəstəxanaya yola salmışdır. Özüm isə hadisə yerində qalaraq hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Həmçinin o, ifadəsində щадися вахты автомобили təxminən 40-50 км/саат сурятля идаря етдирдиyini, щадися баш вермяздян яввял спитли ички гябул etmədiyini, ayıq olduğunu, onun hərəkəti üçün təhlükənin qarşıda hərəkətdə olan avtomobili sağ tərəfdən ötmə əməliyyatı edib ötməni başa çatdırarkən yarandığını, həmin zaman hadisənin qarşısını almaq üçün hər hansı hərəkət etmədiyini, hadisə zamanı digər avtomobilin dayanıqlı vəziyyətdə olduğunu bildirmişdir. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində mütəxəssisin və qanuni nümayəndəsinin iştirakları ilə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Yay aylarında qardaşı ilə birlikdə qardaşının idarə etdiyi avtomobillə hərəkət edərkən qardaşının idarə etdiyi avtomobil qarşıdakı avtomobili keçmək istəyərkən yolun qırağında dayanmış avtomobilə dəymiş və o, qolundan xəsarət almışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mercedes Benz 320 markalı ** OS *** dövclət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində avtomobili idarə edib qardaşı Dəyanətin işlədiyi Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “Əşya Bazarı”ndakı çayxananın yaxınlığında yolunun sol yan kənarında saxlayıb, avtomobildən bayıra çıxaraq avtomobil yolunun kənarındakı səkidə dayanmışdır. Nizami küçəsindəki avtomobil yolunda avtomobillərin bir tərəfli hərəkəti nəzərdə tutulduğundan yolun hər iki kənarında avtomobilləri saxlayırlar. Nizami küçəsində yolun sağ yan kənarı səkidən bir qədər məsafədə qazılıb sonra torpaqla örtülmüş, hava isə yağmurlu olmuşdur. O, yolun kənarındakı səkidə dayanan zaman görmüş ki, Mercedes Benz C class markalı avtomobil Nizami küçəsi ilə A.Məmmədov küçəsi istiqamətində asta sürətlə hərəkət edir, lakin Mercedes Benz C class markalı avtomobilin arxasında həmin avtomobillə eyni istiqamətdə hərəkətdə olan Vaz 2107 markalı avtomobilin sürücüsü yolun şəraitinə və hava şəraitinə fikir vermədən əvvəlcə qarşısında olan Mercedes Benz C clas markalı avtomobili sol tərəfdən ötmə əməliyyatı etmək istəmiş, lakin sonradan Vaz 2107 markalı avtomobilin sürücüsü sürəti bir qədər azaldıb daha sonra sürəti artıraraq avtomobili sağ tərəfdən ötmə əməliyyatı etmişdir. Vaz 2107 markalı avtomobilin sürücüsü önündə hərəkətdə olan Mercedes Benz C class markalı avtomobili ötmə əməliyyatı edib ötməni başa çatdırarkən avtomobilin idarəetməsini itirmiş və Vaz 2107 markalı avtomobil yolun sağ yan tərəfindən sol tərəfinə keçərək sol kənarda dayanmış ona məxsus Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində Vaz 2107 markalı avtomobildə olan sərnişin xəsarət almış, həmçinin ona məxsus avtomobilə hadisə nəticəsində 2686 manat məbləğdə ziyan dəymişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 1990-cı ildə X1 ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahdan 3 övladı var. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs onun övladlarıdır. Ramilin eşitmə qüsuru var. xx.xx.2022-ci il tarixdə Rəsul idarə etdiyi avtomobillə şəhərin Nizami küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə avtomobil yolun kənarında dayanmış Mercedes Benz markalı avtomobilə dəymişdir. Hadisə nəticəsində digər övladı Ramil xəsarət almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “Əşya Bazarı”-nın bərabərliyində üçün səki yolda dayanmışdır. Nizami küçəsindəki avtomobil yolunda avtomobillərin bir tərəfli hərəkəti nəzərdə tutulduğunduan yolun hər iki kənarında avtomobilləri saxlayıralr. Nizami küçəsində yolun sağ yan kənarı səkidən bir qədər məsafədə qazılıb sonra torpaqla örtülmüşdür, hava isə yağmurlu idi. O, yolun kənarındakı səkidə dayanan zaman görmüş ki, Mercedes Benz C class markalı avtomobil Nizami küçəsi ilə A.Məmmədov küçəsi istiqamətində asta sürətlə hərəkət edir, lakin Mercedes Benz C class markalı avtomobilin arxasında həmin avtomobillə eyni istiqamətdə hərəkətdə olan Vaz 2107 markalı avtomobilin sürücüsünün yolun şəraitinə və hava şəraitinə fikir vermədən əvvəlcə qarşısında olan Mercedes Benz C class markalı avtomobili sol tərəfdən ötmə əməliyyatı etmək istəmiş, lakin, sonradan Vaz 2107 markalı avtomobilin sürücüsü sürəti bir qədər azaldıb daha sonra sürəti artıraraq qarşıdakı avtomobili sağ tərəfdən ötmə əməliyyatı etmişdir. Vaz 2107 markalı avtomobilin sürücüsü önündə hərəkətdə olan Mercedes Benz C class markalı avtomobili ötmə əməliyyatı edib ötməni başa çatdırarkən avtomobilin idarəetməsini itirmiş və Vaz 2107 markalı avtomobil yolun sağ yan tərəfindən sol tərəfinə keçərək sol kənarda dayanmış Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində Vaz 2107 markalı avtomobildə olan sərnişin xəsarət almışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər, polis əməkdaşları hadisə yerinə baxış keçirərəkən o, polis əməkdaşlarına hadisəni gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 21074» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 məxsus dayanıqlı vəziyyətdə olan Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 1065№-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli qərarla edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 708 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ körpücük sümüyünün orta 1/3-nin sınığı, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi yol-nəqliyyat hadislərinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2936 saylı rəyindən göründüyü kimi istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Vaz 21074» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndidnin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz 21074 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-11/2-1326/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsinin olmadığı məlum olmuşdur. Cinayət işi materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə barədə 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 21074» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 məxsus Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, «Vaz 21074» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün Qanuni nümayəndə, Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs2 geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, ona CM-nin 185.1 və 264-cü maddələri ilə ittiham elan edilməsi rədd edilmiş, MTEvə PAB-nin 708 saylı rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2936 saylı rəyi, xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 1065№-li tibbi müayinə protokolu sübut növü kimi tanınmışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona fiziki ziyan vurulduğundan o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı qanuni nümayəndə təyin edilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 atası Qanuni nümayəndə Hüseyn oğlu qanuni nümayəndə qismində tanınmışıdır. Məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs1 anası X1 qanuni nümayəndə qismində tanınmışıdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona maddi ziyan vurulduğundan o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan 21 fevral 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququnu verən sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, buna əməl etməyərək nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməmişdir. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 məxsus Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsinə dəyərək toqquşub sonuncu avtomobilə 2686 (iki min altı yüz səksən altı) manat məbləğdə maddi ziyanın vurmuş və idarə etdiyi avtomobilin salonunda qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1 sağ körpücük sümüyünün orta 1/3-nin sınığının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına Az Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs1 ilə barışmasını, 59.2-ci maddəsinə əsasən təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə etmişdir və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ibidai istintaq zamanı maddi sübut kimi tanınmış «Vaz 21074» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin Qanuni nümayəndə, Mercedes Benz 320 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 21074” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin Qanuni nümayəndə, “Mercedes Benz 320” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar