Məhkəmə qərarları › İş №1(051)-39/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-39/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-39/2024 08.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Günəş küçəsi ev 82 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Günəş küçəsi, ev 82-də arvadı Zərərçəkmiş şəxs ilə aralarında spirtli içki qəbul etməsi səbəbindən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruqla zərbə vuraraq sonuncuya burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, O, təqsirini boynuna alır. O, həmin gün içkili olmuşdur. Həmin gün çöldə olmuş, kafedə tək yeyib-içmişdir. Evə gəldikdən sonra arvadı ilə mübahisə eləmişdir. O, evdə yox, çöldə yeyib-içmişdir. Dalaşmaqlarına səbəb isə yoldaşının ondan xəbərsiz gizli telefon işlətməsi olmuşdur. O, da ona görə əsəbləşib onu döymüşdür. Əvvəllər aralarında ailə daxili mübahisələr olmuşdur. Onlar 6 ildir ki, ailəlidirlər. Bu müddət ərzində onun gizli telefon işlətməsini görməmişdir. Bundan əlavə Şəhanə ona votpsapda başqa sevgilisi ilə danışdığını bildirmişdir. Bu davanın daha da böyüməsinə səbəblərdən biri də bu olmuşdur. Halbuki o, telefonu ona özü almış, Şəhanə isə o telefonla sevgilisi ilə danışmışdır. O, uzun müddət harada iş olubsa günə muzd işləyərək ailəsinə uşaqlarına baxmışdır. Uşaqlarına ailəsinə baxmaqdan heç vaxt imtina etməmişdir. Sumqayıt şəhərinə getməsinin də səbəbi işsizlik olmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmış, hazırda əməlindən peşmandır, ona görə də cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bəhruz gələndə evin qapısı bağlı idi. Hasardan keçərək evə daxil olmuşdur. Həmin gün Bəhruz, içkili vəziyyətdə olmuşdur. Düzdür özü, gizli telefon işlətmişdir, onun gizli telefon işlətməyinin səbəbi Bəhruzun onun telefonunu qəsdən sındırması olmuşdur. Onun uşağı məktəbə gedir. Uşaqdan ötrü məcbur olub 25 manata başqa bir telefon almışdır. Uşaq məktəbdə olanda onunla əlaqə saxlamaq üçün məcbur olaraq o telefonu almışdır. Bəhruz evə gələndən sonra onu möhkəm döymüşdür. O, evə gələndə Toğrul adlı dostu ilə gəlmişdir. Onunla yeyib içdikdən sonra Bəhruz dostunun yanında onu döymüşdür. Bəhruz onu əvvəllər də döymüşdür. Bundan əvvəldə münaqişələri olmuşdur. Heç vaxt normal ailə kimi yola getməmişlər. Bundan əlavə Bəhruz 6 aydır Sumqayıt şəhərində işləyir, uşağı ilə ailəsi ilə maraqlanmamışdır. Hazırda ondan heç bir şikayəti yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışlar və məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 və Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadələrini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində o, Təqsirləndirilən şəxs ilə dostluq münasibəti var. xx.xx.2023-cü il tarixdə yeyib içmək üçün Bəhruzun onu evinə dəvət etmişdir. Onlar evə gedən zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs evdə olmasını, onlara qulluq etməsini, yeməklə birlikdə Bəhruzun 0,7-litrlik spirtli içki içib sərxoş olmasını, daha sonra yenə də spirtli içki qəbul etmək istədikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs daha da içməməsini bildirdikdə aralarında mübahisə başlamasını, daha sonra Bəhruzun Şəhanəni yumruqla vurmasını, onları aralaşdırdıqda evin pilləkənində yenidən mübahisə etmələrini bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələyib yıxmasını, daha sonra qonşular gəldikdə Bəhruzu aralaşdırıb evdən çıxartmasını göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs ilə bir neçə ildir qonşu olduğunu, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mütəmadi olaraq mübahisə olmasını, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində qonşusu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat verməsini, daha sonra onların evinə getdikdə Zərərçəkmiş şəxs burnunun qanadığını görüb onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getməsinə köməklik etməsini göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 763 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - burun sümüyünün qapalı yerdəyişməyən sınığı küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti sınığı küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-tarixə uyğundur-ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Bayramov X2 şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təsirli bilinərək 6 ay 21 gün müddətinə 1 il şərti sınaq müddəti ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, Təqsirləndirilən şəxs tapılanadək cinayət işi üzrə icraat dayandırılmış, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə onun barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar