Məhkəmə qərarları › İş №1(051)-39/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-39/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-39/2025 19.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ İş № 1(051)-39/2025 Azərbaycan Respublikası adından HÖKM 19 iyun 2025-ci il Mingəçevir şəhəri Mingəçevir şəhər məhkəməsi Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mingəçevir şəhər Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qanuni nümayəndə, sonuncu və xx.xx.2007-ci il təvəllüdlü Şahid1 və xx.xx.2010-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasından Yunanıstana getmələrini təmin etmək üçün onların «viza» sənədlərini düzəldəcəyini, təyyarə biletlərini alacağını, zəruri sənədləri lazım olan dilə tərcüməsini təşkil edəcəyini, sənədləşmənin gedişatında dövlət rüsumunun ödənilməli olduğunu deyib, habelə hər üç şəxsin Yunanıtsana getməsi üçün zəruri olan digər sənədləri hazırlayacağını vəd verib, xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə onun (Təqsirləndirilən şəxs) adına və istifadəsində olan **********264953 «Leobank» plastik kart hesabına Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Bazarstore" supermarketdə yerləşən "MilliÖn" terminalından göndərdiyi 4000 (dörd min) manat, xx.xx.2024-cü il tarixdə eyni kart hesabına ünvan 2 ünvanında yerləşən “Bazarstore” supermarketdə yerləşən “mpay” terminalından göndərdiyi 2000 (iki min) manat, xx.xx.2024-cti il tarixdə Bakı şəhəri, Yunanıstan Səfirliyinin qarşısında şəxsən verdiyi 2000 (iki min) manat, habelə xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi Qədiroğlu supermarketdə yerləşən “MilliÖn” terminalından eyni kart hesabına göndərdiyi 200 (iki yüz) manat, ümumilikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə və vahid niyyətlə əhatə olunan qəsdlə ona verdiyi 8200 (səkkiz min iki yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək və bununla da zərərçəkmiş şəxs Qanuni nümayəndə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, son 6 ildir ki, viza dəstəyi fəaliyyəti ilə məşğul olur. Belə ki, onun fəaliyyəti Avropa ölkələrinə getmək istəyən şəxslərə müəyyən pul müqabilində köməklik etməkdən ibarətdir.Belə ki, o, bir şəxsin avropa dövlətlərindən hər hansı birinə getmək üçün viza alınmasında elədiyi köməkliyin məbləği adambaşı 3000-3500 manat civarında dəyişir. Beləki. ona bu işlərdə Pərviz adlı şəxsdə köməlik edirdi. Pərviz ona avropa dövlətlərinə getmək istəyən şəxsləri yönəldirmiş və o, hər bir vətəndaşdan aldığı pulun xərclə çıxıldıqdan sonra ona qalan hissəsini yarıbayarı bölürmüş. Belə ki. həmin xərclərə hər hansı bir avropa dövlətlərinə gediş gəliş bileti, sənədlərin tərcümə elətdirilməsi və digər sənəd xərcləri aiddir.Bir şəxsin avropa geıuəyi üçün onun edəcəyi fəaliyyət vətəndaşdan şəxsiyyət və ümumi pasportun kserosürətlərinin və digər lazımı sənədlərin tərcümə elətdirilməsi, həmin şəxs gediş gəliş biletinin alınması və həmin biletlərin bron edilməsi və vətəndaşın getmək istədiyi avropa ölkəsi olan səfirliyin saytına daxil olub vətəndaşla səfirlikdə görüşün təşkil edilməsindən ibarətdir. 2024-cü ilin fevral ayında Pərviz adlı şəxs onun istifadəsində olan mobil nömrəyə zəng vurub avropa ölkəsinə getmək istəyən şəxslər olduğunu və onun nömrəsin həmin şəxslərə verdiyini və həmin şəxslərlə görüşmək lazım olduğunu bildirmişdir. 2024-cü ilin fevral ayında o, adını sonradan bildiyi Qanuni nümayəndə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb Bakı şəhərində Fransa səfirliyinin qarşısında görüşmüş və orada olan kafelərin birində əyləşmişlər. Aytac xanımın yanında 2 övladı var idi. Aytac xanımla söhbət zamanı Aytac xanım ona sənədlərini təqdim etmiş, o. Aytac xanımın və övladlarının sənədlərinə baxan zaman ərinin sənədlərinin olmadığını görüb ərinin sənədləri barədə soruşduqda Aytac xanım ona ərinin Fransa dövlətində yaşadığını və bir dəfə Fransa səfirliyinə getmək üçün müraciət etdiyini lakin imtina aldığını bildirmişdir. O isə Aytac xanıma əgər səfirlikdən imtina alıbsa Fransa Respublikasına getməyi üçün heç bir köməklik edə bilməyəcəyini bildirmişdir.Bundan sonra Aytac xanım onunla yenidən əlaqə saxlayıb saxlamayacağını bildirdikdə o, Aytaca onunla əlaqə yarada biləcəyini bildirmişdir.Təxminən 2-3 gün sonra Aytac xanım onula yenindən mobil telefon vasitəsilə əlaqə yaratmış və ona köməklik etməyini xahiş etdi.O isə bundan sonra Pərviz adlı əlaqə saxlayıb Aytac xanıma Yunanıstan Respublikasına viza alıb ala bilməyəcəyini məsləhət etdikdə Pərviz ona Yunanıstan Respublikasına şengen viza ala biləcəyini bildirdikdən sonra və o, Aytac xanımla yenidən əlaqə saxlayıb adam başı 3500 manat müqabilində Yunanıstan Respublikasına şengen viza ala biləcəyimi bildirmiş, Aytac xanım isə razılaşmışdır.O. Aytac xanıma ilkin olaraq zəruri işlər görülməsi üçün 4000 manat pul göndərməsini bildirmiş və xx.xx.2024-cü il tarixdə Aytac ona məxsus **********264953 nömrəli bank kart hesabına 4000 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə o, yenədə Aytac xanımla əlaqə saxlayıb ona əlavə olaraq 2000 manat pul göndərməsini bildirmiş və Aytac xanım onun **********264953 saylı bank kart hesabına 2000 manat pul göndərmişdir.2024-cü ilin mart ayının əvvələrində o, Aytac xanımı Bakı şəhərinə dəvət etmiş və əlavə olaraq 2000 manat və lazımı sənədləri gətirməsini bildirmişdir. 2024-cü ilin mart ayının əvvələrində o, Aytac xanımla Bakı şəhərində Fransa səfirliyinin qarşısında görüşmüşlər Görüş zamanı Aytac xanım ona 2000 manat pul və əlavə olaraq lazım olan sənədlər (şəxsiyyət vəsiqələrinin, pasportların, yaşayış yerlərinin və digər sənədlərin sürətini) təqdim etmişdir.O, Aytac xanımdan lazımı sənədləri və 2000 manat pulu aldıqdan sonra Aytac xanıma tez-tez Bakı şəhərinə gəlməməsi üçün ona etibarnamə verməsini bildirmiş, Aytac xanım isə ona təmsil etməyi üçün Bakı şəhərində Asan xidmətdə etibarnamə vermiş və Mingəçevir şəhərinə geri qayıtmışdır. O, Aytac xanımdan lazımı sənədləri aldıqdan sonra xx.xx.2024-cü il tarixdə yenidən Aytac xanım əlaqə saxlayıb səfirliyə rüsum ödəmək üçün əlavə olaraq 200 manat pul vermək lazım olduğunu bildirmişdir. Aytac xanım isə ona məxsus **********264953 saylı bank kart hesabına 200 manat yükləmişdir. O, sənədləri və pulları Aytacdan aldıqdan sonra Pərvizlə əlaqə saxlamışdır. Pərviz isə ona sənədləri və pulları ona verməyimi bildirmişdir. Lakin həmin ərəfədə ona pul lazımı olduğu üçün o, Aytacdan almış olduğu pulları öz şəxsi xərclərinə xərclədiyini bildirmişdir. Həmçinin o ifadəsində vaxt qazanmaq üçün Aytacı Bakı şəhərinə dəvət etdiyini lakin Aytacdan aldığı pulları geri qaytara bilmədiyini bildirmişdir. Etdiyi əməldən peşmandır. Həmçinin bildirir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş, iş üzrə ibtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, onun əri Şahid2 beş ildir ki, işi ilə bağlı Azərbaycan Respublikasından gedib, hal-hazırda Fransa Respublikasında yaşayırmış. Onun səhhətində problem olduğu üçün o, Fransa Respublikasına gedib bu yola həm o, həm özünün həmdə övladlarının əri ilə görüşməsini istəyirmiş. 2022-ci ildə əri Xəqanin göstərişi ilə o, Fransa Respublikasına viza almaq məqsədi ilə Bakı şəhərində Pərviz adlı şəxs görüşmüş və bu məqsəd ilə Pərviz adlı şəxsə 6000 manat pul vermişdir. Lakin 2 il keçməsinə baxmayaraq Pərviz adlı şəxs onun Fransa Respublikasına getməsi üçün viza ala bilmirdi və onun əri 2 il keçdikdən sonra ona zəng vurub Fransa Respublikasına getməsi üçün vizadan imtina almasını bildirmişdir.O bundan sonra Pərviz adlı şəxsə zəng vurub imtina barədə məlumat almasını bildirib Pərvizdən 6000 manat pulunu geri istəmişdir və Pərviz adlı şəxsdən 6000 manat pulunu geri almışdır. Bundan sonra o. Pərviz adlı şəxsin vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və Bakı şəhərində Nuranə ilə görüşmdüşdür. Nuranə ilk olaraq Fransa Respublikasından imtina aldığı üçün yenidən müraciətin əsasız olduğunu bildirmişdir. Lakin o, əri Xaqaniyə bu barədə məlumat verdikdən sonra əri Xəqani ona Yunanıstan Respublikasına viza almaq barədə həmin şəxsə müraciət etməsini bildirmişdir. O. yenidən Nuranə ilə əlaqə saxlayıb Yunanıstan Respublikasına getməsi üçün viza alınmasında na kömklik etməsini xahiş etmişdir. Nuranə isə ona bu barədə ınaralandıqdan sonra ona köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Nuranə ilə Bakı şəhərində görüşmüş və lazımı sənədləri Nuranəyə təqdim etmişdir. Nuranə isə ona ilkin olaraq müəyyən məbləğdə pul hazırlamasını bildirmişdir. O, ilk dəfə Nuranənin gsötərişi ilə Nuranənin ona göndərdiyi bank kart hesabına xx.xx.2024-cü il tarixdə 4000 manat, xx.xx.2024-cü il tarixdə həmin bank kart hesabına 2000 manat pul göndərmiş, 2024-cü il mart ayının əvvəllərində Bakı şəhərində eyni məqsəd ilə Nuranəyə 2000 manat, xx.xx.2024-cü il tarixdə isə həmin bank kart hesabına 200 manat pul göndərmişdir. Nuranə onu xx.xx.2024-cü il tarixdə Bakı şəhərində dəvət edib Yunaıstan səfriliyinə gedəcəklərini və viza almaq məqsədi ilə görüşəcəklərini bildirmişdir. Lakin xx.xx.2024-cü il tarixdə o, Yunanıstan Respublikası səfirliyinin qarşısında Nuranəni gözləməsinə baxmayaraq Nuranə həmin günü onunla görüşə gəlməmişdir. Bundan sonra o, səfirliyə daxil olub özünün müraciətini yoxlatdıran zaman onun barəsində heç müraciətin daxil olmadığını və bu səbəbdən Nuranənin onu aldatdığını başa düşüb AR DİN 102 xidmətinə müraciət etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclası zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, onun atası Şahid2 beş ildir ki, işi ilə bağlı Azərbaycan Respublikasından gedib, hal-hazırda Fransa Respublikasında yaşayırmış. Atası və anası Qanuni nümayəndə onların atası Şahid2 yanına Fransa Respublikasına getməkləri üçün çalışırdılar. Bu məqsəd ilə ilk dəfə 2 il bundan öncə Bakı şəhərində anası Pərviz adlı şəxsə 6000 manat pul vermişdir. Lakin həmin vaxt onların Fransa Respublikasına getməkləri alınmadığı üçün Pərviz adlı şəxs onların pullarını geri qaytarmışdır. 2024-cü ilin fevral ayında isə anası Nuranə adlı şəxslə əlaqə saxlamış və Bakı şəhərinə getmişlər. İlk öncə Nuranə adlı şəxs onlara Fransa səfirliyinə müraciətlərinə imtina gəldiyi üçün 5 il müddətində müraciət etməyin əsassız olduğunu bildirmişdir. Lakin bir müddət sonra isə anası Aytac Nuranə ilə mobil telefonla danışan zaman Nuranənin onlara Yunanıstan Respublikasına viza alacağını deməsini bildirmişdir. 2024-cü ilin fevral ayında onlar yenidən Bakı şəhərində görüşmüşlər. Görüş zamanı anası Nuranəyə lazımı sənədləri təqdim etmiş, Nuranə isə onlara adambaşı 3000-3500 manat pul verəcəklərini bildirmişdir. Bundan sonra onlar Mingəçevir şəhərinə geri qayıtmış, Mingəçevir şəhərində olan zaman Nuranə zəng vurub anasından pul istəmişdir. xx.xx.2024-cü il tarixdə o, anası Aytacla birlikdə Mingəçevir şəhərində yerləşən Bazarstore supermaretdə olan MilliÖn terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmiş olduğu Leobank kart hesabına 4000 manat pul yükləmişdir. Sabahsı gün Nuranə yenədə anasına zəng vurub əlavə pul göndərmək lazım olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə o. yenədə anası ilə birgə Mingəçevir şəhəri, Bazarstore supermarketdən MilliÖn terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmiş olduğu Leobank hesabına 2000 manat pul göndərmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə onlar yənədə sənədləşmə üçün Bakı şəhərinə gedib Nuranə xanımla görüşmüş, Nuranə anasından həmin ərəfədə işlərini görmək üçün etibarnamə almış və həmin günü Bakı şəhəri, Yunanıstan səfirliyinin yaxınlığında anası onun yanında Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. Bundan sonra onlar Mingəçevir şəhərinə geri qayıtmış. Mingəçevir şəhərində olarkən Nuranə yenədə anama zəng vurub rüsumlar üçün 200 manat pul istəmişdir.xx.xx.2024-eii il tarixdə o, anası ilə birgə Mingəçevir şəhəri. Qədiroğlu supermarketdən 200 manat pulu Nuranənin Leo bank kart hesabına göndərmişdir. Nuranə ilə anası Aytac mütamadi olaraq mobil telefonla danışırmış. Nuranə xx.xx.2024-eü il tarixdə onları Bakı şəhərinə dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə onlar Bakı şəhərinə getmiş və Nuranəni əvvəlcədən danışdıqları kimi Yunanıstan səfirliyinin qarşısında gözləməyə başlamışlar. Lakin bir neçə saat keçməsinə baxmayaraq Nuranə gəlməmiş və mobil zənglərə isə cavab verməmişdir. Bundan sonra anası Qanuni nümayəndə Nuranənin onları aldatdığını başa düşüb AR DİN 102 xidmətinə müraciət etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da AR CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə istintaqa təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-eii il tarixdə saat 18:3:38-də ünvan 3 ünvanında yerləşən MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə 51207 nömrəli terminal vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus Leobank kart hesabına 4000 manat, xx.xx.2024-cü il tarixdə saat 16:36-da “mpay” vasitəsi ilə Mingəçevir şəhəri, Heydr Əliyev prospekti 53 ünvanında yerləşən Bazastoredə yerləşən “mpay"’ vasitəsi ilə Təqsirləndirilən şəxs bank kart hesabına 2000 manat xx.xx.2024-cü il tarixdə saat 21:54:09-də Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən Qədiroğlu marketdə olan MilliÖn 11029 nömrəli terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus Leobank kart hesabına 200 manat pul göndərməsi öz təqsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdə iş üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə istintaq orqanına təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Qanuni nümayəndə viza almaq məqsədi ilə pul almasını təsdiq edən səs yazıları olması öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixdə Hacıyeva X2 şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və vəsatətinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ona məxsus Leo bank kart hesabına iş üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə tərəfindən hissə hissə olmaqla 6200 manat pul yüklənməsi barədə Leo bank kart hesabından çıxarışa baxış keçirilən zaman Təqsirləndirilən şəxs Leo bank kart hesabına xx.xx.2024-eii il tarixdə 4000 manat pul, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cii il tarixdə 200 manat pul yüklənməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli sənədə baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, 6200 manat pul göndərilməsi barədə qəbzlər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbzlər götürülmüş və həmin qəbzlərə baxış keçirilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2024-cü il tarixli, 4(051)-50/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində istintaq müddəti nəzərə alınaraq, yəni istintaq müddətinin sonunadək 1 ay 09 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(051)-51/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X5 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, ev dustaqlığının müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Axtarış elan edilməsi haqqında və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və iş üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəs., Ramiz Qarayev küçəsi 1 “A” saylı evdə qeydiyyatdadır və qeydiyyatda olduğu müdət ərzində onunla bağlı Bülbülə qəsəbəsi nümayəndəliyinə heç bir inzibati material və şikayət daxil olmamışdır. “Bakı şəhər Narkolji Mərkəz” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bakı şəhər Narkolji Mərkəz” publik hüquqi şəxsində narkoloji qeydiyyatı yoxdur. 01 sentyabr 2024-cü il tarixli “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” publik hüquqi şəxs 43 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs müəsisənin psixiatriya kabinetində dispanser qeydiyyatı yoxdur. 23 oktyabr 2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə 8200 manat məbləğində pulun ələ keçirilməsi ilə bağlı hissədə Təqsirləndirilən şəxs əməli vahid niyyətlə əhatə olunan qəsdlə törədilmiş dələduzluq kimi qiyməltəndirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-39/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş və aidiyyatı üzrə təhvil verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-39/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs CM-nin 59.1.1-ci maddəsinə əsasən, ilk dəfə az ağır cinayətin törədilməsi, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12-ci maddəsinə əsasən, səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 1 ay 4 gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət 1 ay 13 gün, cəmi 2 ay 17 gün təyin edilmiş cəzaya hesablanmalı, (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhər ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət 1 ay 4 gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 13 gün, cəmi 2 ay 17 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 5 ay 4 gün ona təyin edilmiş, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir ) il 6 (altı) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alınığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00–dan səhər saat 08:00–dək yaşayış yerini və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil müəsisəsini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olduğu andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar