Məhkəmə qərarları › İş №1(051)-4/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-4/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-4/2022 25.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Sarvan qızı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X6, X12, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Mingəçevir şəhər vəkil bürosunun vəkili X10, Bakı şəhər 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Abşeron rayon vəkil bürosunun vəkilləri X4 və X7 iştirakları ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Mingəçevir şəhəri, F.Əzimov küçəsi 7 №-li evin 18 №-li mənzilində qeydiyyatda olmaqla, yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkum olunmamış, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 52 №-li evin 21 №-li mənzilində qeydiyyatda olmaqla, yaşayan, barəsində xx.xx.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 17 radələrində BCD sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Sonata» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə şəhərin Yeni Həyat qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü dönmə zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmçinin həmin Qanununun 42-cı maddəsinin 6-cı hissəsinin tələbinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda həmin tələblərə əməl etməyib həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, həmçinin həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq həmin maddənin tələbinə əsasən hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda həmin sürətdən yüksək sürətlə hərəkət etdirməməli olduğu halda həmin tələblərə əməl etməyib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, gəldiyi sürətlə hərəkətini davam etdirmiş və bu zaman sağa dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində kənar vəziyyəti tutmadan avtomobili yolunun mərkəzə yaxın hissəsindən sağa döndərərkən həmin vaxt onunla eyni istiqamətdə, yəni Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində saatda 130-140 km sürətlə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsini özünün idarə etdiyi avtomobilin sağ qapısının qanad hissəsi ilə birləşən yerindən vurmuş, nəticədə Təqsirləndirilən şəxs1 idarəetməni itirərək idarə etdiyi «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarındakı kənarındakı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC “Mərkəzi Aran” X14 və Satışı İdarəsinə məxus 318,74 (üç yüz on səkkiz manat yetmiş dörd qəpik) manat dəyərində beton işıq dirəyinə vurub aşırıb yararsız hala salaraq yolun ehtiyyat torpaq sahəsinə keçib orada yerdə əyləşmiş piyadalar Zərərçəkmiş şəxs5, X6, Zərərçəkmiş şəxs6 və X5 vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış yerdəyişən sınığı, kəllə əsasının sınıqları, sağ gicgah paylarının əzilməsi, travmatik beyindaxili qanaxma, alt çənədə sıyrığı xəsarətləri, Zərərçəkmiş şəxs5 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sol bazunun qapalı yerdəyişən sınığı, sağ incik sümüyünün açıq yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol iç topuğun yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol baldırın çapılmış yarası, kəllənin sol ənsə nahiyəsinin çapılmış yarası, bədənin çoxsaylı sıyrılmış yaraları xəsarətləri, Zərərçəkmiş şəxs6 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan omba sümüyünün qapalı sınığı, sağ 2-4-cü qabırğaların qapalı yerdəyişən sınıqları nəticəsində inkişaf edən travmatik şokun əmələ gəlməsi ilə nəticələnən xəsarətləri, zərərçəkmiş şəxs X3 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sağ mil və dirsək sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları, sol qamış və incik sümüklərinin açıq sınıqları xəsarətləri yetirmiş, həmin beton dirəkdən və avtomobildən qopan hissəciklərin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəyməsi nəticəsində Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, baş-beyin silkələnməsinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs4 burun nahiyəsinin yarasının əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X13 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Bundan başqa aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs1 ittiham elan edilmişdir ondan ötəri ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə şəhərin Yeni Həyat qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» haqqında Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.24 yol nişanı ilə “Maksimum sürətin məhdudlaşdırılması” 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 50 km/saat sürətlə hərəkət etməli olduğu halda, Qanunun bu tələbinə əməl etməyərək yolda avtomobili 130- 140 km/saat sürətlə hərəkət etdirərək, həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə əməl etməyib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, gəldiyi sürətlə hərəkətini davam etdirmiş və bu zaman şəhərin Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində hərəkətdə olan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci və 6cı hissələrinin tələblərini pozaraq yolun sağ hissəsi ilə kənar vəziyyəti tutmadan sağa dönmək istəyən sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi «Hyundai Sonata» markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının qanad hissəsi ilə birləşən yerindən öz idarə etdiyi avtomobilin sol qanad hissəsi ilə sürtmüş, nəticədə idarəetməni itirərək avtomobili yolun kənarındakı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC “Mərkəzi Aran” X14 və Satışı İdarəsinə məxus 318,74 (üç yüz on səkkizmanat yetmiş dörd qəpik) manat dəyərində beton işıq dirəyinə vurub aşırıb yararsız hala salaraq ehtiyyat torpaq sahəyə keçib həmin torpaq sahəsində yerdə əyləşmiş piyadalar Zərərçəkmiş şəxs5, X6, Zərərçəkmiş şəxs6 və X9 vurub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış yerdəyişən sınığı, kəllə əsasının sınıqları, sağ gicgah paylarının əzilməsi, travmatik beyindaxili qanaxma, alt çənədə sıyrığı xəsarətləri, Zərərçəkmiş şəxs5 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sol bazunun qapalı yerdəyişən sınığı, sağ incik sümüyünün açıq yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol iç topuğun yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol baldırın çapılmış yarası, kəllənin sol ənsə nahiyəsinin çapılmış yarası, bədənin çoxsaylı sıyrılmış yaraları xəsarətləri, Zərərçəkmiş şəxs6 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan omba sümüyünün qapalı sınığı, sağ 2-4-cü qabırğaların qapalı yerdəyişən sınıqları nəticəsində inkişaf edən travmatik şokun əmələ gəlməsi ilə nəticələnən xəsarətləri, zərərçəkmiş şəxs X3 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sağ mil və dirsək sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları, sol qamış və incik sümüklərinin açıq sınıqları xəsarətləri yetirmiş, həmin beton dirəkdən və avtomobildən qopan hissəciklərin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəyməsi nəticəsində Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, baş-beyin silkələnməsinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs4 burun nahiyəsinin yarasının əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X13 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, heç bir yerdə işləmir. Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobili idarə etməyə hüquq verən BCDdərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində Mingəçevir şəhərinin Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində hərəkət etdirmişdir. Avtomobildə ondan başqa heç kəs olmamışdır. Avtomobili təximinən 40-50 km/saat sürətlə hərəkət etdirmişdir. Avtomobili idarə edib Təbriz küçəsi ilə Naxçıvan küçəsini birləşdirən körpüdən aşağı düşərkən avtomobili yolun öz hərəkəti istiqaməti ilə yolun ortası ilə yəni nə sağ tərəfə yaxın nədə ki sol tərəf yaxın olmayan orta hissə ilə hərəkətini davam etdirmişdir. Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinə çatarkən qəflətən sağ tərəfdən hərəkətdə olan avtomobilin idarə etdiyi avtomobilin sağ tərəfindən vurduğunu hiss etmişdir. Həmin avtomobil isə yolun səki hissəsinə çıxıb səkidəki beton elektrik dirəyinə dəyib eytiyyat torpaq sahədə dayanmışdır. İdarə etdiyi avtomobillə bir qədər irəli gedib avtomobili yolun kənarında saxlamışdır. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Həmçinin o, ifadəsində hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, hadisə baş vern zaman avtomobili təxminən 40-50 km\saat surətlə idarə etdiyini, arxadan hərəkətdə olan sağ tərəfdən onun idarə etdiyi avtomobili ötmək istədiyini görmədiyini, hadisə zamanı X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin surəti barədə dəqiq bir söz deyə bilməyəcəyini, lakin, hadisə zamanı beton işıq dirəyinin dağılmasından, həmin avtomobilin surətinin 160 km/saat sürət olduğunu, X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin 100 km/saat sürətdən çox olduğunu, həmin avtomobilin sürücüsü yolda icazə verilən 50 km/saat sürətlə və ya 60 km/saat sürətlə hərəkət etdirmədiyini, çünki, əgər həmin avtomobil 50 və ya 60 km/saat sürətlə hərəkət etsəydi, X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilə dəyib dayana biləcəyini, və yaxud onun idarə etdiyi avtomobili vurub keçdikdən sonra kənardakı işıq dirəyinə dəyib dayana biləcəyini, yolun kənarındakı beton işıq dirəyini vurub aşırdığı, eləcə də işıq dirəyindən əvvəlki badyoru da vurub dağıtdiğindan həmin avtomobil sürətinin yüksək olduğunu, hadisə baş verərkən dönmə əməliyyatı yerinə yetirmədiyini, hadisə təhlükəsinin yaranmasını görmədiyini, hadisənin qəflətən baş verdiyini, hadisənin baş verməsini digər avtomobilin onun idarə etdiyi avtomobilə dəydiyi anda hiss etdiyini, hadisə zamanı idarə etdiyi Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinə dəyərək toqquşduğunu göstərmişdir. Ona görədə barəsində baraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobili idarə etməyə hüquq verən BC-dərəcəli sürücülük vəsiqsi var. xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində Mingəçevir şəhərinin Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində hərəkət edərkən avtomobildə ondan başqa arxa oturacaqda Asif adlı tanışı, qabaq oturacaqda isə Emin adlı tanışı əyləşmişlər. Avtomobili təximinən 60 km/saat sürətlə hərəkət etdirmişdir. Həmin vaxt arxada və qarşıda hər hansı nəqliyyat vasitəsi yox olmayıbdır. Avtomobili yolun hərəkət hissəsinin tam sağ tərəfi ilə hərəkət etdirmişdir. Belə ki, yolun eni eyni zamanda iki nəqliyyat vasitəsinin yan-yana hərəkət etməsinə imkan verir. Avtomobili idarə edib Təbriz küçəsi ilə Naxçıvan küçəsini birləşdirən körpüdən aşağı düşərkən qarşıda avtomobil yolunun öz hərəkəti istiqaməti ilə sol hissəsi yəni yolun ortasına yaxın Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini görmüşdür. Həmin avtomobil ondan xeyli irəlidə hərəkət etmişdir. Lakin, həmin avtomobillə məsafə barədə dəqiq bir söz deyə bilməz. Həmin avtomobilə arxadan yaxınlaşarkən sürücü hərəkət sürətini azaldaraq sola dönmə işığını yandırmış, Hyundai Sonata markalı avtomobilin sola dönmə əməliyyatı edərək dönüb geri qayıtmaq istədiyini başa düşmüşdür. Hyundai Sonata markalı avtomobilin onun hərəkətim üçün heç bir mene yaratmadığını görüb sürətini azaltmadan həmin avtomobilin sağ tərəfi ilə yoluna davam etmişdir. Toqquşma yerinə bir neçə metr qalmış Hyundai Sonata markalı avtomobil qəflətən öz sağına yəni onun hərəkət istiqamətimə dönmə əməliyyatı etmişdir. X16 markalı avtomobil öz sağ yan tərəfi ilə idarə etdiyi avtomobilin sol yan hissəsindən vuraraq idarə etdiyi avtomobili sağa yolun kənarına istiqamətləndirməklə idarə olunmaz vəziyyətə salmışdır. Həmin anda onun idarə etdiyi avtomobil bardür və dirəyə dəymişdir. Hyundai Sonata markalı avtomobil qəflətən sağa dönmə əməliyyatı həyata keçirdiyi üçün o, hadisənin qarşısını ala bilməmişdir. Zərbənin təsirindən işıq dirəyi yerə aşmışdır. O, avtomobildən bayıra çıxarkən görmüş ki, 1 nəfər qadın və 1 nəfər kişi beton dirəyin altında qalıblar. Beton dirəyi qaldırıb həmin şəxsləri kənara çıxarmış, hadisə yerinə gəlmiş təcili yardım avtomobili xəsrət alan şəxsləri xəstəxanaya apararkən, o də yaxınlıqda olan avtomobilə əyləşib Mingəçevir şəhər Mərkəzi xəstəxanasına getmişdir. Orada özünü hadisə törədən avtomobilin sürücüsü kimi təqdim edərək ilkin tibbi yardım almışdır. Daha sonra xəstəxanaya gəlmiş X25 əməkdaşlarına yaxınlaşıb özünü təqdim edərək onlarla birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə getmişdir. Həmçinin o, ifadəsində hadisə vaxtı avtomobili təxminən 60 km\saat surətlə idarə etdiyini, hadisə baş verməzdən əvvəl spitli içki qəbul etmədiyini, Hyundai Sonata markalı avtomobil sola dönmə əməliyyatından istifadə edib qəflətən sağa dönərkən sağa dönmə işığından istifadə etmədiyini, Hyundai Sonata markalı avtomobil təxminən 20 km\saat sürətlə hərəkət etdiyini, həmin avtomobilin sola dönmə əməliyyatı etmək istəməsini uzaq məsafədən görsə də onun sağa dönməsini təxminən 15 metr məsafədən gördüyünü, hadisə zamanı ölmüş və xəsarət almış şəxslərlə hər hansı ədavət və ya düşmənçiliyi olmadığını göstərmişdir. Ona görədə barəsində baraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, mərhumə X13 onun arvadı olub. Biz rəsmi nigaha daxil olmasalar da faktiki olaraq ailə qurmuşlar. Birgə nigahdan iki qız övladları var. Arvadı Təzəgül "xxxx" MMC-nin təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq işləmək üçün Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı Kombinatına göndərilmişdir. Təzəgül xidməti ərazisi olan Mingəçevir şəhəri Naxçıvan küçəsində təmizlik işləri görmüşdür. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhərinin Naxçıvan küçəsində təmizlik işləri görüb digər iş yoldaşları ilə birlikdə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin qarşısındakı ehtiyyat torpaq sahədə bir qədər əyləşib istirahət edirmişlər. Həmin zaman Naxçıvan küçəsində hərəkətdə olan iki avtomobil toqquşmuş, avtomobillərdən biri idarəetməni itirib yolun kənarına çıxıb ehtiyyat torpaq sahədəki beton işıq dirəyinə dəyərək aşırmış və arvadı Təzəgül almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 tanımadığını onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmadığını göstərmişdir. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxslər barəsində qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" iş mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatına işləmək üçün göndərilibdir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında təmizlik işləri gördükdən sonra iş yoldaşları ilə birlikdə yaşıllıq sahədə əyləşib istirak etmişlər. Ani olaraq toz qalxmış, üzərinə avtomobil gəldiyini görüb başını yerə əymişdir. Avtomobil kənarda dayandıqdan sonra başını qaldırmış və başından qan axdığını hiss etmişdir. Görmüş ki, yolun kənarında olan işıq dirəyi yaşıllıq sahəyə aşıb, iş yoldaşı Təzəgül dirəyin altında qalıb, Elgiz dirəyin yaxınlığında torpağın üzərində üst-başı avtomobil yağına batmış vəziyyətdə uzanıb, digər iş yoldaşlarıda kənarda xəsarət alıblar. Sonradan hadisə yerinə gəlmiş X23 Avtomobilləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Həmçinin o, ifadəsində hadisənin baş vermə anı yəni avtomobillərinin toqquşduğu anı görməmiş, X21 avtomobilin altından çıxan detalın ona xəsarət yetirdiyini, ölmüş və ya xəsarət almış iş yoldaşlarının üzərilərinə dirək aşması və ya avtomobil vurması nəticəsində xəsarət almaları barədə dəqiq söz deyə bilməyəcəyini, hadisəyə səbəb X21 avtomobilin yüksək sürətlə hərəkət etməsinin olduğunu göstərmişdir. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" iş mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatına işləmək üçün göndərilibdir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında təmizlik işləri gördükdən sonra iş yoldaşları ilə birlikdə yaşıllıq sahədə əyləşib istirahət etmişlər. Yaşıllıq sahədə əyləşib Naxçıvan küçəsi istiqamətində baxarkən avtomobil təkərinin asfalta sürtünməsindən yaranan səs eşidib sol çönüb baxarkən avtomobilin yoldan çıxıb elektrik dirəyini vurub aşıraraq üzərinə gəldiyini görüb əlini sifətinə tutmuşdur. Həmin zaman iş yoldaşı Təzəgül də onun yaxınlğında əyləşmişdir. Təzəgül də avtomobili görüb əyləşdiyi yerdən qalxmaq istəyərkən dirək Təzəgülün kürək nahiyyəsinə dəymişdir. Avtomobil yaxınlıqdan keçib kənarda dayandıqdan sonra iş yoldaşlarının xəsarət alaraq torpaqğın üzərində uzanıqlı vəziyyətdə olduqlarını görmüşdür. Həmin zaman xəsarət almış Elgizin üst başı avtomobil yağı olmuşdur. Sonradan hadisə yerinə gəlmiş X23 Avtomobilləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Həmçinin o, ifadəsində avtomobillərin toqquşma anını görmədiyini, özü avtomobilin dəyərək aşırdığı dirəkdən ayrılan qırıntılardan xəsarət aldığını, hadisəyə səbəb dirəyə dəyərək aşırmış avtomobilin yüksək sürətlə hərəkət etməsinin olduğunu göstərmişdir. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" iş mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatına işləmək üçün göndərilibdir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında təmizlik işləri gördükdən sonra iş yoldaşları ilə birlikdə yaşıllıq sahədə əyləşib istirahət etmişlər. Xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsini xatırlamır. Xəstəxanada ayıldıqda yanında olan şəxslər ona yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirsələr də o, yenə də hadisəni xatırlamadığını bildirmişdir. Sonradan ona məlum olmuş ki,Mecedes Benz markalı avtomobil digər avtomobillə toqquşduqdan sonra yolun kənarındakı işıq dirəyini vurub aşırmış nəticədə o və digər iş yoldaşları xəsarət almış, iş yoldaşı Təzəgül isə hadisə yerində ölmüşdür. Həmçinin o, işıq dirəyinin üzərinə aşması deyil avtomobil vurması nəticəsində xəsarət aldığını beləki, hadisədən sonra üst başı avtomobil yağı olduğunu, ayağının üzərində isə avtomobil təkərinin izinin olduğunu göstərmişdir. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxslər barəsində qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" iş mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatına işləmək üçün göndərilibdir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında təmizlik işləri gördükdən sonra iş yoldaşları ilə birlikdə yaşıllıq sahədə əyləşib istirahət etmişlər.Hadisənin baş vermə anını görməyibdir. Özünə gəldikdən torpağın üzərində uzanıqlı vəziyyətdə olduğunu ətrafda isə digər şəxslərin toplaşdığını, iş yoldaşı Təzəgülün də torpağın üzərində hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür.Sonradan ona məlum olmuş ki, avtomobil yüksək sürətlə hərəkət edib işıq dirəyini aşırmış və nəticədə o və digər iş yoldaşları da xəsarət almışlar.Həmçinin o, ifadəsində üzərinə işıq dirəyi aşması və ya avtomobil vurması nəticəsində xəsarət alması barədə dəqiq söz deyə bilməyəcəyini, lakin üzərinin hadisədən sonra avtomobil yağı olduğunu, hadisəyə səbəbin dirəyi aşıran avtomobilin yüksək sürətlə hərəkət etməsi olduğunu göstərmişdir. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" iş mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatına işləmək üçün göndərilibdir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında təmizlik işləri gördükdən sonra iş yoldaşları ilə birlikdə yaşıllıq sahədə əyləşib istirahət etmişlər.Qəflətən avtomobil şininin asfalta sürtünmnəsindən yaranmış səs eşidərək əlləri ilə üzünü tutmuş, həmin zaman kürək nahiyyəsindən nəsə dəydiyini hiss etmişdir. Özünə gəldikdə üzərinin avtomobil yağı olduğunu iş yoldaşı Təzəgülün isə kənarda torpağın üzərində hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Sonradan hadisə yerinə gəlmiş X23 avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi X12 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nin aparıcı hüquqşünası vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin bərabərliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında yəni, asfalt yolun kənarındakı ehtiyyat torpaq sahədə qurlaşdırılmış beton işıq dirəyi tam yararsız hala düşmüşdür. Bunun nəticəsində "xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nə 318,74 (üç yüz on səkkiz manat yetmiş dörd) manat məbləğdə ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxslər barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" iş mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatına işləmək üçün göndərilibdir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında təmizlik işləri gördükdən sonra iş yoldaşları ilə birlikdə yaşıllıq sahədə əyləşib istirahət etmişlər.Həmin zaman o, Naxçıvan küçəsindəki körpü istiqamətində baxmışdır. Həmin zaman bir avtomobilin Naxçıvan küçəsi ilə hərəkətdə olduğunu arxadan hərəkətdə olan avtomobilin isə həmin avtomobili sürətlə sağ tərəfindən ötüb keçəmək istəyərkən toqquşduğunu və idarəetməni itirib yoldan çıxaraq beton işıq dirəyinə dəyərək aşıraraq üzərinə gəldiyini görüb yerindən kənara qaçmışdır. Avtomobil kənara düşüb dayandıqdan sonra ətrafda əyləşmiş iş yoldaşlarının xəsarət aldıqlarını görmüşdür.Həmçinin o, ifadəsində, hadisə zamanı Naxçıvan küçəsi ilə hərəkətdə olan avtomobilin yüksək sürətlə qarşıdakı avtomobili sağ tərəfdən ötmək istəyərkən toqquşaraq yoldan çıxıb beton işıq dirəyinə dəyib dirəyini aşırdığını, avtomobil və dirəyin ətrafdakı şəxslərə xəsarət yetirdiyini, avtomobil dirəyə dəyib aşırdıqdan sonra dirəyin Təzəgül Abbasovanın kürək nahiyyəsinə dəydikdən sonra, avtomobilin Təzəgülün üzərindən küçdiyini, xəsarət alanlara dirək dəymədiyini, ağır xəsarət alanların hamısını avtomobil vurduğunu, hadisəyə səbəb X21 avtomobilin yüksək sürətlə hərəkət etməsinin olduğunu, Mecedes Benz markalı avtomobil hadisə baş verərkən təxminən 100 km/saat sürətdən çox sürətlə hərəkət etdiyini, həmin avtomobil 60 km/saat sürətlə hərəkət etsəydi dirəyə dəyib dayana biləcəyiniqarşıda olan digər avtomobilin isə təxminən 30-40 km/saat sürətlə hərəkət etdiyini göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəni qismən təsdiq edərək bildirdi ki, o istintaqda «Mecedes Benz markalı avtomobil hadisə baş verərkən təxminən 100 km/saat sürətdən çox sürətlə hərəkət etməsi» kimi ifadə verməmişdir. O avtomobilin hansı surətdə hərəkət etməsini görməmişdir. İstintaq zamanı ifadəsi müstəntiq tərəfindən yazılmış və ona ucadan oxunmamışdır. O avtomobilin hərəkət etməsini ümumiyyətlə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Mənzil Kommunanal Təsərrüfatı Kombinatında fəhlə işləyir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində təmizlik işləri apararkən iş yoldaşlarından bəziləri “QRES Oİl” yanacaq doldurma məntəqəsinin bərabərliyindəki yaşıllıq sahədə əyləşib istirahət etmişlər. O özü isə kənarda olmuşdur. Qəflətən səs gəldiyini eşitmiş, həmin zaman toz qalxmışdır. Avtomobil yaşıllıq sahəyə düşmüşdür. Dərhal hadisə yerinə getmiş görmüş ki, avtomobil yoldan çıxıb işıq dirəyini vurub aşırmış və iş yoldaşları xəsarət almışlar.Dərhal iş yoldaşı Rəmziyyəyə ilkin tibbi yardım göstərmişdir. Daha sonra hadisə yerinə gəlmiş Təcili Yardım avtomobilləri xəsarət alanları Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmılar. Həmçinin o, ifadəsində hadisə anını görmədiyini, xəsarət alanların avtomobil bvurması və ya üzərilərinə dirək aşması nəticəsində xəsarət almalarını da görmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur. Kamillə uzun müddətdir ki, münasibətləri var. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində dostu Kamillə birlikdə Kamilin idarə etdiyi X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində hərəkət edərkən o, avtomobildə qabaq sağ oturacaqda, tanışı Asif isə sağ arxa oturacaqda əyləşmişdir. Həmin zaman Kamil avtomobili təximinən 60 km/saat sürətlə hərəkət etdirirdi. Lakin, o, qabaq oturacaqda əyləşsə də avtomobilin sürət ölçənini görə bilmirdi. Naxçıvan küçəsi ilə hərəkət edib körpünü aşağı enib “QRES OİL” yanacaq doldurma məntəqəsinə çatarkən Kamil avtomobili yolun sağ yan kənarı ilə idarə etmişdir. Qarşıda hərəkət edən avtomobilə çatarkən həmin avtomobil sola dönmək istəmişdir. Lakin, həmin avtomobilə daha da yaxınlaşdıqda qəflətən həmin avtomobil sağa dönmə əməliyyatı etmişdir. Həmin avtomobilin sağ tərəfi sərnişini olduğu avtomobilin sol tərəfinə dəymiş, sərnişini olduğu avtomobil idarəetməni itirib yolun sağ hissəsinə çıxaraq 2-3 dəfə müxtəlif manelərə dəyərək dayanmışdır. Avtomobilin hava yastıqları açıldığı üçün o, heç nə görə bilməmişdir. Avtomobil müxtəlif manelərə dəyərək dayandıqdan sonra bayıra çıxıb bir neçə şəxsin xəsarət aldıqlarını görmüşdür. Bir nəfər qadın isə hadisə yerində ölmüşdür. Xəsarət alanlara ilkin tibbi yardım göstərdikdən sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlər.Həmçinin o, ifadəsində qarşıda hərəkətdə olan avtomobilin 20-30 km/saat sürətlə hərəkət etdiyini, hadisə baş verənədək qarşıdakı avtomobil yolun sol tərəfi yəni mərkəzə yaxın hissə ilə hərəkət etdiyini, sərnişini olduğu avtomobil isə yolun sağ yan kənarı ilə hərəkət eetdiyini, qarşıdakı avtomobil əvvəlcə sola dönmək istədiyini, lakin qarşıdakı avtomobilə çatmağa az qalmış həmin avtomobil qəflətən sağa dönmə əməliyyatı etdiyini, buna görə də sərnişini olduğu avtomobil həmin avtomobillə dəyərək toqquşub yoldan çıxıb kənarda dayandığını hadisəyə səbəb Hyundai markalı avtomobilin qəflətən sağa dönmə əməliyyatı etməsi olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur. Kamillə uzun müddətdir ki, münasibətləri var. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində dostu Kamillə birlikdə Kamilin idarə etdiyi X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində hərəkət edərkən o, avtomobildə qabaq sağ oturacaqda, tanışı Asif isə sağ arxa oturacaqda əyləşmişdir. Həmin zaman Kamil avtomobili təximinən 60 km/saat sürətlə hərəkət etdirirdi. Lakin, o, qabaq oturacaqda əyləşsə də avtomobilin sürət ölçənini görə bilmirdi. Naxçıvan küçəsi ilə hərəkət edib körpünü aşağı enib “QRES OİL” yanacaq doldurma məntəqəsinə çatarkən Kamil avtomobili yolun sağ yan kənarı ilə idarə etmişdir. Qarşıda hərəkət edən avtomobilə çatarkən həmin avtomobil sola dönmək istəmişdir. Lakin, həmin avtomobilə daha da yaxınlaşdıqda qəflətən həmin avtomobil sağa dönmə əməliyyatı etmişdir. Həmin avtomobilin sağ tərəfi sərnişini olduğu avtomobilin sol tərəfinə dəymiş, sərnişini olduğu avtomobil idarəetməni itirib yolun sağ hissəsinə çıxaraq 2-3 dəfə müxtəlif manelərə dəyərək dayanmışdır. Avtomobilin hava yastıqları açıldığı üçün o, heç nə görə bilməmişdir. Avtomobil müxtəlif manelərə dəyərək dayandıqdan sonra bayıra çıxıb bir neçə şəxsin xəsarət aldıqlarını görmüşdür. Bir nəfər qadın isə hadisə yerində ölmüşdür. Xəsarət alanlara ilkin tibbi yardım göstərdikdən sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlər.Həmçinin o, ifadəsində qarşıda hərəkətdə olan avtomobilin 20-30 km/saat sürətlə hərəkət etdiyini, hadisə baş verənədək qarşıdakı avtomobil yolun sol tərəfi yəni mərkəzə yaxın hissə ilə hərəkət etdiyini, sərnişini olduğu avtomobil isə yolun sağ yan kənarı ilə hərəkət eetdiyini, qarşıdakı avtomobil əvvəlcə sola dönmək istədiyini, lakin qarşıdakı avtomobilə çatmağa az qalmış həmin avtomobil qəflətən sağa dönmə əməliyyatı etdiyini, buna görə də sərnişini olduğum avtomobil həmin avtomobillə dəyərək toqquşub yoldan çıxıb kənarda dayandığını hadisəyə səbəb Hyundai markalı avtomobilin qəflətən sağa dönmə əməliyyatı etməsi olduğunu göstərmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş Şahid3 ibitdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" iş mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatına işləmək üçün göndərilibdir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında təmizlik işləri gördükdən sonra iş yoldaşları ilə birlikdə yaşıllıq sahədə əyləşib istirahət etmişlər. O, arxası Naxçıvan küçəsi istiqamətdə əyləşmişdir. Qəflətən toz olmuş, çönüb baxdıqda avtomobilin yolun kənarındakı işıq dirəyini vurub aşırdığını və iş yoldaşlarının xəsarət aldıqlarını görmüşdür. Daha sonra hadisə yerinə gəlmiş Təcili Yardım avtomobilləri xəsarət alanları Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş Şahid4 ibitdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" iş mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətin göstərilməsi üzrə köməkçi vəzifəsinə cəlb olunaraq Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Kombinatına işləmək üçün göndərilibdir. Xidməti ərazisi Mingəçevir şəhəri Naxçıvan küçəsidir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “QRES OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında təmizlik işləri gördükdən sonra iş yoldaşları ilə birlikdə yaşıllıq sahədə əyləşib istirahət etmişlər. O, arxası Naxçıvan küçəsi istiqamətdə əyləşmişdir. Qəflətən toz olmuş, çönüb baxdıqda avtomobilin yolun kənarındakı işıq dirəyini vurub aşırdığını və iş yoldaşlarının xəsarət aldıqlarını görmüşdür. Daha sonra hadisə yerinə gəlmiş Təcili Yardım avtomobilləri xəsarət alanları Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş Şahid7 ibitdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Mingəçevir ŞPŞ-nin DYPB-nin yol nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsində işləyir. Mingəçevir şəhəri Naxçıvan küçəsində daima maksimum sürət həddi 50 km/saat sürət həddi müəyyən edilmiş eləcə də həmin yolda ötmə qadağandır yol nişanı olmuşdur. Beləliklə məhkəmə ilk növbədə qeyd edir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəzərə alınmalıdır ki, CM-nin 263-cü maddəsi blanket normadır və həmin maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə və təkrar ekspertizaların keçirilir. Belə ki, cinayət işində olan xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsindəki asfalt yolda sürücü Təqsirləndirilən şəxs1 oğlunun idarə etdiyi X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 idarə etdiyi Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işində olan 12 iyun 2020-ci il tarixli protokolla hadisənin baş vermə anının video görüntüləri “QRES OİL” yanacaq doldurma məntəqəsinin video müşahidə kameralarında əks olunmuş surəti DVD diskə köçürülərək götürülmüşdür. Cinayət işində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli, 282 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı ayıq olmuşdur. Cinayət işində olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli, 283 №-li aktdan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı ayıq olmuşdur. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli saylı rəyindən görünür ki, 1. 1960-cı il təvəllüdlü mər. X5 meyidinin müayinəsi zamanı meyidində aşkar olunan xəsarətlər:- qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış yerdəyişən sınığı, kəllə əsasının sınıqları, sağ gicgah paylarının əzilməsi, travmatik beyindaxili qanaxma, alt çənədə sıyrıq qərarda göstərilən xx.xx.2020-ci il tarixdə yol nəqliyyat qəza hadisəsi nəticəsində, yəni yərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürüldükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 354 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət:- burun nahiyyəsinin yarası qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 361 saylı rəyindən görünür ki, X11 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- sol bazunun qapalı yerdəyişən sınığı, sağ incik sümüyünün açıq yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol iç topuğun yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol baldırın çapılmış yarası, kəllənin sol ənsə nahiyyəsinin çapılmış yarası, bədənin çoxsaylı sıyrılmış yaraları qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə ümumilikdə götürüldükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 429 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- oma sümüyünün qapalı sınığı, sağ 2-4-cü qabırğaların qapalı yerdəyişən sınıqları nəticəsində inkişaf edən travmatik şok qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 455 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət:- qapalı kəllə beyin travması-baş-beyin silkələnməsi qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 531 saylı rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- sağ mil və dirsək sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları, sol qamış və incik sümüklərinin açıq sınıqları qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1344 saylı rəyindən görünür ki, 1. Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş kompleks əlavə məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə videotexniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2054; 4/1034 saylı rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə qeydə alınmış VİD 20200819- WA0037 və VİD-20200819- WA0037 adlı videoyazılar təkraryazma olduğundan (ilkin videoyazı redaktor proqramı vasitəsi ilə oxudularaq videogörüntülərin ekrandan çəkilməsi üsulu ilə əldə olunduğundan) videoyazılara görə toqquşma anında Mercedes Benz (( MN 217 dövlət qeydiyyat nişanlı və Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillərin hansı sürətlə hərəkətdə olduğunu müəyyən etmək mümkün olmadı. 2.3. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 4.5 Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə qeyd olunan suallar üzrə tədqiqat aparılmır. 6.8a Təhlükə yaranan andan toqquşmaya kimi Hyundai Sonata markalı avtomobilin 20 km/saat sürətlə 9,5 metr (8+1=9,5) məsafə qət etməsi və X21 avtomobilin 130-140 km/saat sürətlə hərəkətdə olması şəraitində X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün 64-cü maddənin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. 7.8b X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin 60 km/saat sürətlə hərəkətdə olması şəraitində sürücü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddənin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Təhlükə yaranan andan toqquşmaya kimi Hyundai Sonata markalı avtomobilin 20 km/saat sürətlə 9,5 metr (8=1=9,5) məsafə qət etməsi və X21 avtomobilin 60 km/saat sürətlə hərəkətdə olması şəraitində X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs1 idarə etdiyi X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil və sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin avtmobillərin dayanacağı məntəqəsində saxlanılır. Cinayət işində olan məhkəmə tərəfindən təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3091 saylı rəyindən görünür ki,

1. Nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Hyundai Sonata markalı 99RT863 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan ( qabaq sağ qanad ilə sağ qapının birləşdiyi) hissəsi ilə X21 99MN217 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. Hadisə yerində toqquşmaya kimi Hyunda Sonata markalı və X21 avtomobillərə məxsus tormoz izi qalmadığından ilkin kontak anında avtomobillərin yola nəzərən vəziyyətlərini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Nəqliyyat vasitələrinin toqquşmalarının təsnifatına əsasən toqquşma hadisələri 3 növə, yəni qarşı-qarşıya, çarpaz və eyni istiqamətli toqquşmalara bölünür. Sağa doğru dönmə əməliyyatında olan nəqliyyat vasitəsinin ona nəzərən sağ ilə eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşduğu vəziyyətdə toqqumanın dönmə əməliyyatının əvvəlində baş verməsindən asılı olmayaraq həmin toqquşma çarpaz toqquşma hesab edilir.

2. Hyundai Sonata markalı 99RT863 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.Hyundai Sonata markalı avtomobil ilə X21 avtomobil arasında toqquşma baş verdiyindən hər iki avtomobil mövcud yol nəqliyyat hadisəsinin iştirakçısıdır. 4.İş materiallartında hadisə baş verən yerdə yolda üfüqi nişanlama xətlərinin olması haqqında heç bir məlumat gəstərilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 39-cu bəndinin tələblərinə əsaən ötməhərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqlıiyyat vasitəsini keçməkdir. Ona görə də hərəkət zolağını dəyişmədən hərəkət hissəsinin sağı ilə hərəkət edən nəqliyyat vasitəsinin qarşıda ona nəzərən sol ilə hərəkətdə olan nəqliyyat vasitəsinin sağ tərəfindən keçməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə ziddiyyət təşkil etmir. 5.Qeyd olunan sual üzrə tədqiqat aparılması üçün ekspertiza təcrübəsində istifadə edilməsi üçün təsdiq edilmiş metodik vəsait olmadığından həmin sual üzrə tədqiqat aparmaq mümkün deyildir.

6. Mövcud Metodikaya əsasən qeyd olunan yol-nəqliyyat şəraitində Mersedes-Benz markalı avtomobilin sürücüsünün reaksiya vaxtı 1,0 saniyə qəbul edilir. 7.Mövcud Metodikaya əsasən quru asfalt örtüklü yol şəraitində M1 kateqoriyasına aid olan, yəni minik avtomobillərinin yavaşlanmasının artması vaxtı 0,35 saniyədir. 8.Mövcud Metodikaya əsasən quru asfalt örtüklü yol şəraitində M1 kateqoriyasına aid olan, yəni minik avtomobillərinin tormozlamanın effektivlik əmsalı 1,12 qəbul edilir. 9.Mövcud metodoikaya əsasən quru, üfüqi, asfalt örtüklü yol şəraitində M1 kateqoriyasına aid olan, yəni minik avtomobillərinin yavaşımasının differensiallaşdırılmış qiyməti 6,7m/san2 uyğundur. Cinayət işində olan məhkəmə tərəfindən təyin edilmiş kompleks təkrar yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1520 saylı rəyindən görünür ki, 1a. Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısında imkanı olmuşdur. 1b.4a. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir.

2. Hərəkət hissəsinin ümümi eniriin 12,4 metr olması, bir istiqamətdə 6 metr olması onu izah edir ki, bir istiqamətdə ən azı iki nəqliyyat vasitəsi sərbəst hərəkət imkanına malikdir. İş materiallarına əlavə edilmiş video görüntülərdən belə məlum olur ki, Hyundai Sonata markalı avtomobil sağa istiqamətləndiyi anda X21 avtomobil Hyundai Sonata markalı avtomobildən sağda eyni istiqamətdə hərəkətdə olmuşdur. 3.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 39cu bəndinin tələblərinə əsaən ötmə-hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini keçməkdir. Bir istiqamətdə hərəkət hissəsinin enin 6,2 metr olması toqquşan nqəqliyyat vasitələrinin qabarit eninin təxminən 1,8 metr olması nəzərə alınmaqla bir nəqliyyat vasitəsinin hərəkət hissəsinin solu ilə digər nəqliyyat vasitəsinin hərəkət hissəsinin sağı iləhərəkətdə olması şəraitində X21 avtomobilin Hyundai Sonata markalı avtomobilin sağdan keçməsi ötmə əməliyyatı hesab olunmur. 4b. Mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti tormoz izinə uyğun müəyyən edilir. Lakin hadisə yerində X21 avtomobildən tormoz izi qalmadığından mövcud hadisədə ekspertiza yolu ilə həmin avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir.

6. Hadisə yerində hansı yol nişanlarının olması ekspertin hadisə yerinə baxış keçirməsi ilə deyil, istintaq orqanları və yaxud məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, sürücü hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Sarvan qızı, Zərərçəkmiş şəxs6 və X2 ərizələrindən görünür ki, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 17 radələrində BCD sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Sonata» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə şəhərin Yeni Həyat qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü dönmə zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmçinin həmin Qanununun 42-cı maddəsinin 6-cı hissəsinin tələbinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda həmin tələblərə əməl etməyib həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, həmçinin həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq həmin maddənin tələbinə əsasən hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda həmin sürətdən yüksək sürətlə hərəkət etdirməməli olduğu halda həmin tələblərə əməl etməyib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, gəldiyi sürətlə hərəkətini davam etdirmiş və bu zaman sağa dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində kənar vəziyyəti tutmadan avtomobili yolunun mərkəzə yaxın hissəsindən sağa döndərərkən həmin vaxt onunla eyni istiqamətdə, yəni Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində saatda 130-140 km sürətlə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsini özünün idarə etdiyi avtomobilin sağ qapısının qanad hissəsi ilə birləşən yerindən vurmuş, nəticədə Təqsirləndirilən şəxs1 idarəetməni itirərək idarə etdiyi «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarındakı kənarındakı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC “Mərkəzi Aran” X14 və Satışı İdarəsinə məxus 318,74 (üç yüz on səkkiz manat yetmiş dörd qəpik) manat dəyərində beton işıq dirəyinə vurub aşırıb yararsız hala salaraq yolun ehtiyyat torpaq sahəsinə keçib orada yerdə əyləşmiş piyadalar Zərərçəkmiş şəxs5, X6, Zərərçəkmiş şəxs6 və X5 vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış yerdəyişən sınığı, kəllə əsasının sınıqları, sağ gicgah paylarının əzilməsi, travmatik beyindaxili qanaxma, alt çənədə sıyrığı xəsarətləri, Zərərçəkmiş şəxs5 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sol bazunun qapalı yerdəyişən sınığı, sağ incik sümüyünün açıq yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol iç topuğun yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol baldırın çapılmış yarası, kəllənin sol ənsə nahiyəsinin çapılmış yarası, bədənin çoxsaylı sıyrılmış yaraları xəsarətləri, Zərərçəkmiş şəxs6 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan omba sümüyünün qapalı sınığı, sağ 2-4-cü qabırğaların qapalı yerdəyişən sınıqları nəticəsində inkişaf edən travmatik şokun əmələ gəlməsi ilə nəticələnən xəsarətləri, zərərçəkmiş şəxs X3 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sağ mil və dirsək sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları, sol qamış və incik sümüklərinin açıq sınıqları xəsarətləri yetirmiş, həmin beton dirəkdən və avtomobildən qopan hissəciklərin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəyməsi nəticəsində Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, baş-beyin silkələnməsinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs4 burun nahiyəsinin yarasının əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X13 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunan sübutlara, yəni zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər sübutlarla təkzib olunur. Belə ki, cinayət işi materiallarından olan sənədlər və məhkəmə araşdırması nəticəsində yenidən təyin olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərindən də aydın görünür ki, Təqsirləndirilən şəxs2 əməlində təqsirli bilindiyi maddənin əlamətləri mövcuddur və ona göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş tələbnamədən görünür ki,onun məhkumluğu olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hall kimi qiymət verir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə görə təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkumun cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmuş sübutları məhkəmə iclasında müəyyən olunmuş sübutlarla müqayisəli şəkildə təhlil edib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham sübuta yetirilmir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olmasına şübhələrin və boşluğun aradan qaldırılmas üçün, yəni baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onun texniki cəhətdən imkanın olubolmaması müəyyən etmək və həmin hallar mühüm əhəmiyyət kəs etdiyi üçün məhkəmə tərəfindən əlavə və təkrar məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizaları təyin etmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə və təkrar ekspertizaların keçirilir. Təyin edilmiş ekspertiza rəylərindən də görünür ki, Təqsirləndirilən şəxs1 əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması aşkar olmamışdır. Bundan başqa, məəkəmə hesab edir ki, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. İş materiallarından da görünür ki, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduğuna baxmayaraq müvafiq görüntülərin elektron daşıyıcı istintaq orqanı tərəfindən alınmamış, sadəcə olaraq həmin görüntülərin elektron daşıyıcından telefon vasitəsi ilə çəkiliş edilərək cinayət işinə əlavə edilmişdir. Bu da, yəni telefon vasitəsi ilə çəkiliş ekspert tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin surətini müəyyən edilməsini mümkün etməməşdir. İbtidai araşdırma zamanı müstəntiq Təqsirləndirilən şəxs1 surətin aşmasına, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.24 yol nişanı ilə “Maksimum sürətin məhdudlaşdırılması” 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 50 km/saat sürətlə hərəkət etməli olduğu halda, Qanunun bu tələbinə əməl etməyərək yolda avtomobili 130-140 km/saat sürətlə hərəkət etməsinə görə ittiham irəli sürmüş və həmin ittihamda Şahid1 ifadəsini əsas tutulmuşdur. Lakin məhkəmə istintaqı zamanı Şahid1 belə bir ifadə verməməsini və ona ifadəsi oxunmadan imza etdirildiyini bildirmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin surət həddi şahid ifadəsi əsasında müəyyən edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şahid1 ifadəsi kobud pozuntularla alınıdığı üçün sübut kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-ci maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə qeyd edir ki, həmin şübhlərin məhkəmə istintaqı zamanı aradan qaldırmaq mümkün olmadı və Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əssən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 39-cu bəndinin tələblərinə əsaən ötməhərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini keçməkdir. Bir istiqamətdə hərəkət hissəsinin enin 6,2 metr olması toqquşan nqəqliyyat vasitələrinin qabarit eninin təxminən 1,8 metr olması nəzərə alınmaqla bir nəqliyyat vasitəsinin hərəkət hissəsinin solu ilə digər nəqliyyat vasitəsinin hərəkət hissəsinin sağı ilə hərəkətdə olması şəraitində Təqsirləndirilən şəxs1 idarə etdiyi X21 avtomobilin Hyundai Sonata markalı avtomobilin sağdan keçməsi ötmə əməliyyatı hesab olunmur. Odur ki, Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmuş sübutları məhkəmə iclasında müəyyən olunmuş sübutlarla müqayisəli şəkildə təhlil edib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə, cinayət prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-nin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosesual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması(CPM-nin 33.2-ci maddəsi) eləcə də subutlara və sair materallara qərəzli münasibet bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyet verilməsi yolveriləzdir (CPM-nin 33.4cümaddəsi) CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatini aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanilmiş sübutları tam hərtələfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmiş sübutlar təhlil və bir-biri ilə müqayisə edilir,yeni toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1 ci maddəsini əsasən,hər bir sübut mənsubiyyəti,mümkülüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir.Cinayət təqibi üzrə toplanmış bütün sübutlarin məcmusuna işə ittihamın həlli üçün onlarin kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldımaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPMnin145.3-cü maddəsi) Cinayət təqibi üzrə toplanmış sübutlarin kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübut etmə pretmetinin müəyyən edilməsi ücün mötəbər və yekun neticəyə gəlməyə imkan versin (CPM-nin146.1-ci maddəsi). Beləliklə, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin həmin əməli törətməsini və təqsirlini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Halbuki, təqsirləndirilən şəxsin ictimai təhlükə törətməsini və təqsirini sübut etmək ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfinin gətirdiyi sübutlara məhkəmə istintaqı zamanı ayrıayrılıqda təhlil və müqayisə edildikdə müəyyən olundu ki, ittiham tərəfinin gətirdiyi həmin sübutlar obyektiv və həqiqətə uyğun deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını» pozmasında (CM-nin 263.2) təqsiri sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CMP-nin 42.1.2 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda şəxsin əməlində cinayət tərkibi olmadıqda və təqsirliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.3-cü maddəsinə görə Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Azərbaycan Respublikası CPMnin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə ibtidai araşdırma zamanı, habelə məhkəmə istintaqında toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarıldığı üçün barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və 628 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə 628 manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs2 tutulub dövlətin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Mingəçevirp ŞPŞ-nin avtomobillərin dayanacağı məntəqəsində saxlanılan X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə maddmi sübut kimi tanınmış və Mingəçevirp ŞPŞ-nin avtomobillərin dayanacağı məntəqəsində saxlanılan Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrəç zərərçəkmiş şəxslərə maddi və mənəvi ziyan tələbi ilə mülki mühakimə qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq,

hökmetdi:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2un barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddmi sübut kimi tanınmış və Mingəçevir ŞPŞ-nin avtomobillərin dayanacağı məntəqəsində saxlanılan X21 ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə maddmi sübut kimi tanınmış və Mingəçevirp ŞPŞ-nin avtomobillərin dayanacağı məntəqəsində saxlanılan Hyundai Sonata markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrç zərərçəkmiş şəxslərə maddi və mənəvi ziyan tələbi ilə mülki mühakimə qaydasında iddia qaldırmaq hüquqları izah edilsinr. İş üzrə 628 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs2dan tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar