Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-4/2023 24.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Adil oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs, mülki cavabdehlər Şahid2 və X5 nümayəndəsi (vəkil) Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1969–cu il tarixdə Yevlax rayonu, Balçılı kəndində kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, ünvan 15, mənzil 8 ünvanında yaşamış, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən 30.000 (otuz min) manat dəyərində təmirsiz 4 otaqlı fərdi yaşayış evini tamamən, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla yandıraraq məhv etmək məqsədilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində həmin evdə heç kimin olmamasından istifadə edib evin mətbəx, dəhliz və yataq otağında olan plastik pəncərələrinin şüşələrini sındırıb, digər yataq otağının döşəməsinə, tavanına, plastik pəncərəsinin çərçivəsinə, taxta materiallarına və sair tikinti materiallarına istintaqa məlum olmayan alışdırıcı maddədən istifadə etməklə od vurmuş, yaratdığı yanğın zamanı ümumilikdə evə 4162 (dörd min yüz atmış iki) manat məbləğdə ziyan dəysə də, hadisə yerinə gəlmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Mühafizə Xidməti Mingəçevir şəhər X17 Dəstəsinin əməkdaşları tərəfindən yanğın söndürüldüyü üçün özgəyə yəni, Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni 30.000 (otuz min) manat miqdarında əmlakı yandırmaqla məhv etməkdə ifadə olunan niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə öldüyündən məhkəmə istintaqında iştirak edə bilməmiş, məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, özünə məxsus Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən torpaq sahəsi ilə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi qonşuluqdadır. Gülnarla qonşu kimi münasibətləri normal olmuşdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Qeyd olunan ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin tikilməsində Zərərçəkmiş şəxs köməklik göstərmişdir. Sonradan Gülnara məxsus qeyd olunan evin yandırılması barədə məlumat almışdır. 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs ona məxsus telefona zəng edərək evi yandırmış şəxs və ya şəxslərin tapılmasında köməklik göstərməsini xahiş etmişdir. Lakin o, Gülnara qeyd olunan xüsusatlarla bağlı Polis Şöbəsinə müraciət etməsini bildirmişdir. Həmçinin o, ifadəsində Gülnarla hər hansı yaxın münasibətləri olmadığını, Gülnara məxsus evin yandırılmasından da ilkin olaraq məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə öldüyündən, qardaşı X12 09 iyun 2022ci il tarixdə Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Rəşad Əhmədova ünvanladığı ərizəyə əsasən qardaşının hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. O, müstəntiqin 09 iyun 2022–ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin hüquqi varisi X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Fazilin Gülnar adlı qadınla münasibəti olmasından, eləcə də Gülnara məxsus evi yandırmasından məlumatı olmamışdır. Hazırda cinayət işinə xitam verilməsini istəmir. Hesab edir ki, mərhum qardaşı Təqsirləndirilən şəxs cinayətin törədilməsində heç bir təqsiri yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs, həm də mülki iddiaçı qismində qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur, həmin ev yaşayış üçün hazır deyil, yəni evin elektrik və qaz təchizatı yoxdur, həmçinin təmir işləri başa çatmadığından evdə hər hansı məişət əşyaları və digər avadanlıqlar olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində həmin evin yerləşdiyi küçədə qonşuluqda yaşayan şəxslər onun rəfiqəsi Şahid1 zəng edərək qeyd olunan evin naməlum səbəbdən yanmasını bildirmiş, ona görə də o, dərhal FHN-nin yanğından mühafizə xidmətinə və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra evdəki yanğın söndürüldükdən sonra baxış keçirdikdə evin mətbəx otağının, kiçik yataq otağının, qonaq otağının və iki yataq otağının plastik pəncərələrinin yanaraq şüşələrinin sınaraq yararsız hala düşmüş, iki yataq otağının döşəməsi yanmış və tavan yanğının təsirindən yarasız hala düşmüşdür. Ümumiyyətlə evin daxilində tikinti materialları yanğın nəticəsində yararsız hala düşmüş, evdə hər hansı məişət əşyası və avadanlıqlar olmamışdır. Ev naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən yandırılmışdır. O, hadisənin tanışı, əvvəllər sevgi münasibətləri yaşamaq təklifini qəbul etmədiyi Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs oğlu Şahid2 tərəfindən törədilməsindən şübhələnir. Belə ki, iş üzrə telefon nömrəsi ilə aparılmış zənglər və onların dislokasiya yerindən görünür ki, zənglər Şahid2 məxsusdur. Lakin istintaq orqanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs cəlb etmişdir. O da xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbəli vərəsələri Şahid2 və X15 ondan qalmış miras əmlakları qəbul etmişlər. Belə olan halda hesab edir ki, həmin şəxslər ona dəymiş ziyanı ödəməlidirlər. Lakin indiyə kimi mülki cavabdehlər ona dəymiş ziyanı ödəməmişlər. Bununla da həm məsuliyyətdən, həm də vurduğu maddi və mənəvi ziyanın ödənilməsindən yayınırlar. Cavabdehlərin hərəkətləri nəticəsində ona xeyli maddi və mənəvi ziyan dəymişdir. Ona evinin yandırılması nəticəsində 20000 manatdan daha çox maddi ziyan dəymiş və uzun müddətdir ki, nə evindən istifadə edə bilir, nə də evi təmir edə bilir. Bütün əsəbləri pozulmuş və bu hadisələr nəticəsində xəstəlik tapmışdır. Bundan əlavə ona maddi ziyanla bərabər, mənəvi ziyan da dəymişdir. Belə ki, bu hadisələr nəticəsində mənəvi sarsıntı və əsəb keçirmiş, uzun müddət müalicə olunmuşdur. Ona mənəvi ziyan kimi 10000 manat ziyan dəymişdir. Odur ki, məhkəmədən mülki iddianın təmin edilməsini, cavabdehlər Şahid2 və X4 20000 (iyirmi min) manat maddi ziyanın və 10000 (on min) manat mənəvi ziyanın, cəmi 30000 (otuz min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 180 manat pulun alınıb ona verilməsini, təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Mülki cavabdehlər Şahid2 və X5 nümayəndəsi Müdafiəçi2 məhkəmə iclasında təmsil etdiyi şəxslərin adından mülki iddianı qəbul etmədi və göstərdi ki, mülki iddia tələbi əsaslı deyildir. Belə ki, təqsirləndirilən şəxs öldüyündən, onun vərəsələri dəymiş maddi və mənəvi ziyan üzrə mülki məsuliyyət daşımırlar. Eləcə də, təqsirləndirilən şəxsin hüquqi varisi onun təqsirsiz hesab edilməsini israr edir. Belə olan halda mülki iddianın baxılması işin həqiqi hallarına uyğun deyildir. Odur ki, məhkəmədən mülki iddianın baxılmamış saxlanmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Gülnara məxsus Mingəçevir şəhəri, Gəncə şossesində fərdi yaşayış evi var. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində tanışı Elçin adlı şəxs ona zəng edərək, Gülnara məxsus evin yanması barədə məlumat vermişdir. Gülnar özü həmin gün Ucar rayonunda olduğundan, hadisə yerinə o, getmişdir. Görmüşdür ki, evin daxili hissəsi yanır. Ətrafda xeyli şəxslər olmuşdur. Hadisə yerinə gəlmiş FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları evin yanmış hissələrini söndürmüşlər. İlkin olaraq şübhələndiyi şəxsin olmadığını bildirsə də, sonradan ona məlum olmuşdur ki, Fazil adlı şəxslə Gülnarın əvvəllər sevgi münasibətləri yaşamaq təklifini qəbul etmədiyi üçün Fazil dəfələrlə Gülnarla mübahisə etmiş, hətta Gülnara “səni diri-diri yandıraram”,-demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atası sağ olan vaxt yaşadıqları mənzildə ailə üzvləri arasında problemlər yaranmışdır. Belə ki, Gülnar adlı şəxs dəfələrlə atasının obyektlərinə gedərək mübahisələr yaratmışdır. O, atası ilə aralarında hər söhbəti edə bilmədiyi üçün atası ilə Gülnarın söhbətlərinə qarışmamışdır. Gülnarla atasının arasında yaranmış münasibətlərdən yaşadığı mənzildə ailə üzvləri yəni, anası da məlumatlı olmuşdur. Ona görə də bir neçə dəfə atası ilə anasının arasında mübahisələr yaranmışdır. Atası Fazil bir gün hirsli vəziyyətdə gəlmiş və öz-özünə “özüm tikdirdim, özüm yandırdım”, deyə deyindiyini eşitmişdir. Sonradan eşitmişdir ki, Gülnara məxsus Mingəçevir şəhərinin Yevlax rayonu, Aran qəsəbəsi istiqamətində yəni, onlara məxsus torpaq sahəsinin qonşuluğunda tikilmiş ev yandırılmışdır. O da bununla bağlı ilkin olaraq polis şöbəsində izahatlar və ifadələr verərkən bu barədə hər hansı məlumatı olmadığını bildirmişdir. Çünki həmin zaman atası həyatda olmuş və onun atasının Gülnarla münasibəti olmasından məlumatlı olmağını, eləcə də yaşadıqları mənzildə ailə üzvləri ilə atasının arasında mübahisə yaranmasını ifadələrində göstərməmişdir. Həmçinin o, ifadəsində atası sağ olarkən bu barədə bildirməyə çəkinmişdir. Belə ki, atası ilə aralarında münaqişələr yaranmasından qorxmuşdur. Lakin atası vəfat etdiyi üçün səmimi olaraq atası ilə Gülnarın münasibətləri olduğunu, daha sonra aralarında mübahisə yarandığını və bu münaqişələrin ailələrinə də sirayət etdiyini, buna görə də atasının dəfələrlə Gülnara məxsus evi yandıracağını, eləcə də Gülnara hər hansı ziyanlıq edəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər X17 Dəstəsinin yanğın söndürmə növbəsinin manqa komandiri vəzifəsində işləyir. Xidməti növbəlidir. xx.xx.2021-ci il tarixdə saat 23:03-də Mingəçevir şəhəri Gəncə şossesində fərdi yaşayış evinin yanması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olan kimi dərhal növbədə olan əməkdaşlar hadisə yerinə yollanmışlar. Hadisə yerinə çatdıqdan sonra müəyyən olunmuşdur ki, həmin yaşayış evi daxildən yanır. Evin pəncərələrindən biri açıq olmuşdur. Həmin pəncərədən bir qrup əməkdaş, digər əməkdaşlar isə evin zirzəmisinin qapısını xüsusi alətlərlə sındırıb evə daxil olmuşlar. Evə daxil olduqda müəyyən olunmuşdur ki, evin otaqlarından birində yığılmış taxtalar yanır, yəni yanğın çox güman ki, həmin taxtalardan başlamışdır. Evin bayır hissəsində isə yanğın olmamışdır. Yanğınsöndürənlərin köməkliyi ilə evin yanğını söndürülmüşdür. Yanğın nəticəsində evin otağında olan 1 m3 taxta materialı, 12 kv.m döşəmə yanaraq yararsız hala düşmüşdür. Pəncərələrin isə hamısı salamat olmuşdur. Pəncərələrdən yalnız biri açıq olmuş, digərləri isə bağlı olmuşdur. Həmin pəncərədən də içəri yanğınsöndürən əməkdaşlar daxil olmuşlar. Lakin digər pəncərənin kim tərəfindən sındırılmasından məlumatı olmamışdır. Çünki hadisə yerində onlardan başqa digər bölmə əməkdaşları da iştirak etmişlər. Həmçinin, həmin zaman hadisə yerində olan bir nəfər kişi açarın özündə olduğunu, belə ki, evin qapısını daxildən bağladığını, lakin hazırda aça bilmədiyini də demişdir. Evin qapısının da daxildən bağlanmasına fikir verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir şəhər X17 Dəstəsinin növbə rəisi Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Təqsirləndirilən şəxs onun qardaşıdır. O, qardaşı Fazilin ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qardaşı Fazil sağ olarkən yaşadıqları mənzildə ona Gülnar adlı qadınla münasibəti olduğunu, lakin sonradan münasibətlərinə son qoyduqlarını bildirmişdir. Həmçinin yaşadıqları mənzildə söhbət edərkən qardaşı Fazil Gülnar adlı qadına ev tikdirdiyini, sonradan da Gülnarın onunla münasibətlərinə son qoyduğu üçün ona tikdirdiyi evi də yandırdığını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 08 fevral 2021-ci il tarixdə məhkəməyədək icraat zamanı tərtib olunmuş, hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus, Mingəçevir şəhəri, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evi 5 sot torpaq sahəsində yerləşən ümumilikdə 48.3 kv.m olmaqla – 3 yataq otağı, 1 qonaq otağı, 1 mətbəx otağı, hamam-tualet otağı və dəhlizdən ibarətdir. Zərərçəkmiş şəxs məxsus olan yanmış fərdi yaşayış evinə daxil olan sol tərəfdə yerləşən birinci mətbəx otağının 1.50-nin 1.60-a olan 3 hissəli plastik pəncərəsinin şüşələri qırılaraq yararsız hala düşmüş, sol tərəfdə yerləşən ikinci uşaq yataq otağının 1.50-nin 1.60-a olan 3 hissəli plastik pəncərəsinin şüşələri qırılaraq yararsız hala düşmüş, sol tərəfdə başda yerləşən 12 kv mertlik yataq otağının döşəməsi, tavanı və 150-nin 160-a olan plastik pəncərəsinin çərçivəsi tamamı ilə yanaraq yararsız hala düşmüş, 3 hissəli plastik pəncərəsinin şüşələri qırılmış və yanğının təsirindən otağın divarının üzlüyü tamamilə yanaraq yararsız hala düşmüşdür. Evin giriş hissəsində sağ tərəfdə birinci yerləşən dəhlizin 150-nin-160-a olan 3 hissəli plastik pəncərəsinin şüşələri sınaraq yararsız hala düşmüş, sağ tərəfdə ikinci yerləşən hündürlüyü 3.10 metr olan qonaq otağının divarlarının üzlüyü yanğının təsirindən yanaraq çatlamış və yararsız hala düşmüş, 180-nin 180-nə olan 3 hissəli plastik pəncərəsinin şüşələri yanğının təsirindən sınmış və pəncərənin plastik çərçivəsi isə yararsız hala düşmüşdür. Sağ tərəfdə başda yerləşən yataq otağının 150-nin 160-a olan 3 hissəli plastik pəncərəsi şüşələri qıırlmış və plastik pəncərənin çərçivəsi isə yanaraq yararsız hala düşmüş və otaqda işlənmiş vəziyyətdə olan tikinti üçün istifadə edilən 12 ədəd 6 metrlik 5/15-lik taxta materialları yanaraq yararsız hala düşmüşdür. Lakin evin hamam-tualet otağına heç bir ziyanlıq dəyməmişdir. Bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX №1226632 saylı xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesi 10-cu döngə, 42A ünvanda yerləşən ümumi sahəsi 48.3 kv.m olan bağ evi tam mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsinin 902-1/21395 saylı inventar nömrəsi ilə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********52-11301 olan Mingəçevir şəhəri, ünvan 7 ünvanda yerləşən bağ evinin texniki pasportundan görünür ki, hüquq subyekti Zərərçəkmiş şəxsdır. Yaşayış evlərinin texniki göstəricilərindən görünür ki, tikildiyi il 2018, mərtəbəliyi 1, yaşayış otaqlarının sayı 3, ümumi sahəsi 48.3 kv.m, yaşayış sahəsi 32.1 kv.m, köməkçi sahəsi 16.2 kv.m, açıq eyvan 24.9 kv.m, tikinti altı sahə 86.6 kv.m, həcmi 433.0 kub metrdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/706 nömrəli məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, Mingəçevir şəhər Gəncə şossesi 10-cu döngə 42A ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 4162.00 manat məbləğində müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/1368 nömrəli materialların məhkəmə ekspertizasının, “Yanacaq və sürtgü materiallarının tədqiqi” rəyindən görünür ki, Mingəçevir şəhər Gəncə şossesi 10-cu döngə 42A ünvanda yerləşən yanğın baş verdiyi evdən götürülmüş kül və kömür qalıqlarının, daş qırıqlarının üzərlərində tezalışan neft məhsullarına məxsus izlər yoxdur. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/671 nömrəli yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyindən görünür ki, Mingəçevir şəhər ünvan 5 ünvanında Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs məxsus tikilməkdə olan fərdi yaşayış evində yanğının mənbəyi, evin daxilində üç hissədə müstəqil-əlaqəsiz zonalarda, yəni onlardan iki evin zal otağına girişdən üzbəüz, yanaşı yerləşən hər iki otağın daxilində döşəmə səviyyəsində, üçüncüsü isə zal otağına girişdən sağ tərəfdə yerləşən otağın daxilində pəncərənin aşağı hissəsində olmuşdur. Yanğın, mənbə zonalarından yüksələn xətt istiqmətində otaqların daxili səviyyəsində genişlənmiş, lakin evin digər sahələrinə inkişaf etməmişdir. Yanğın, kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə fərdi yaşayış evinin daxilində üç hissədə müstəqil-əlaqəsiz mənbə zonalarının yaranması (yaradılması) nəticəsində baş vermişdir. Cinayət işinin materiallarında olan, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 102 nömrəli rəydən görünür ki, Mingəçevir şəhəri Gəncə şosesi, 10-cu döngə, 42 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində mişar daşından tikilmiş 1 mərtəbəli, kürsülü, 4 otaq, mətbəx və hamam-tualetdən ibarət olan fərdi yaşayış evinin təmirsiz vəziyyətdə 2021-ci ilin fevral ayına orta bazar satış qiyməti yerləşdiyi ərazi nəzərə alınaraq 25000 (iyirmi beş min)- 30000 (otuz min) manat dəyərində qiymətləndirilmişdir. Rəy hazırki bazar iqtisadiyyatında olan tələb və təklifə uyğunlaşdırılmışdır. Cinayət işinin materiallarında olan, sübutların qiymətləndirilməsi haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şahid2 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7844 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının, “tikinti-texniki obyektlərinin tədqiqi” rəyindən görünür ki, 1-ci sual üzrə: Mingəçevir şəhəri Gəncə şossesi 10-cu döngə 42a ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünü saxlayan daşıçı dirəklərinə yanğın zamanı dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 373 manat məbləğində müəyyən olunmuşdur. 2-ci sual üzrə: Mingəçevir şəhəri, Gəncə şosesi, 10-cu döngə, 42A ünvanında yerləşən fərdi yaşayış evinin daxilində yerləşən istifadə edilməmiş tikinti materiallarının hal-hazırki bazar qiymətlərinə uyğun dəyəri təqribən 252 manat məbləğində müəyyən olunmuşdur. 3-cü sual üzrə: Mingəçevir şəhəri Gəncə şossesi 10-cu döngə 42A ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 5218 manat məbləğində müəyyən olunmuşdur. İlkin ekspertiza ilə hazırki ekspertiza tədqiqatı zamanı yaranmış qiymət fərqi 2021-ci il – 2023-cü illər ərzində tikinti materialların və təmirə çəkilmiş əmək haqqının qiymətlərində artım olduğu ilə izah olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Şahid2 və X2 Fazil Dilən oğlunun vərəsələri kimi miras əmlakdan ½ hissədə pay almışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-657 № ilə qeyd edilmiş miras payın bağışlanması müqavilələrinin surətlərindən görünür ki, Şahid2 miras əmlakdan ona düşən vərəsəlik payını bütövlükdə X8 bağışlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1827 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X1 şəhəri, 20 Yanvar küçəsi, bina 9A, mənzil 8 (Yeni qaydalarla: ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 103.1 kv/m, yaşayış sahəsi 72.7 kv/m, yardımçı sahəsi 30.4 kv/m olan 4 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini (tam hissə, 103.1 kv/m) anası olan hədiyyə alan X9 hədiyyə vermişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus, Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən təmirsiz 4 otaqlı fərdi yaşayış evini yandırmaqla məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 30.000 (otuz min) manat məbləğində ziyan vurmaqda ifadə olunan niyyətini başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus, Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən təmirsiz 4 otaqlı fərdi yaşayış evini yandırmaqla məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 30.000 (otuz min) manat məbləğində ziyan vurmaqda ifadə olunan niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 29, 86.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə ölmüş təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqi varisi X12 cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası CPM–in 39.1.5–ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3–1–ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5–ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106–1.4–cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilmədə və ya ağır nəticələrə səbəb olmada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs öldüyündən, onun barəsində ittiham hökmü çıxarılaraq, təqsirli bilinsə də, cəza təyini istisna edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası CPM–in 44.2.1–1–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5–ci maddəsində nəzərdə tutulmuş halda – ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Prosessual Məcəllənin 346.1.17–ci maddəsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Ona görə də məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər Şahid2 və X4 maddi ziyana görə 20000 (iyirmi min) manat, mənəvi ziyana görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia mülki cavabdehlərə münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə mülki iddianın mülki cavabdehlər Şahid2 və X8 qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini yandıraraq məhv etmək məqsədilə od vurmuş, yaratdığı yanğın zamanı evə ziyan dəymiş, hadisə yerinə gəlmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Mühafizə Xidməti Mingəçevir şəhər X17 Dəstəsinin əməkdaşları tərəfindən yanğın söndürüldüyü üçün bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir. Belə olan halda zərərçəkmiş şəxsin özünə məxsus fərdi yaşayış evini təmir etmək üçün məruz qaldığı maddi ziyana görə Təqsirləndirilən şəxs cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır. Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə ölmüşdür. Ona görə də hazırkı mülki iddia üzrə mülki cavabdehlər təqsirləndirilən şəxsdən qalmış mirası qəbul etmiş birinci növbəli qanun üzrə vərəsələri, Şahid2 və X10r. Zərərçəkmiş şəxs isə onlara qarşı mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə təqsirləndirilən şəxsin vərəsələrinin mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, mülki qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri də miras açıldığı gündən onlara çatan miras payı həcmində mirası qəbul etmiş vərəsələrin miras qoyanın törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cu il tarixli qərarı göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə sadalanan mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilindiyindən, zərərçəkmiş şəxsin əmlakına vurduğu maddi zərərin əvəzi mülki cavabdehlər, yəni təqsirləndirilən şəxsin vərəsələri Şahid2 və X15 tərəfindən onlara çatan miras payı həcmində ödənilməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərə əsasən xx.xx.2022-ci il tarixdə Şahid2 və X15 mərhum Təqsirləndirilən şəxs miras qalmış, ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 28.7 kv.m. olan mənzildən, Mingəçevir şəhəri, Gəncə şosesi, 10cu döngə, 40 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən, ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 100.7 kv.m., yaşayış sahəsi 72.76 kv.m., yardımçı sahəsi 27.94 kv.m. olan 4 otaqlı 8 saylı mənzildən hər bir ½ hissədə miras payı almışdır. Göründüyü kimi mirası mülki cavabdehlər Şahid2 və X15 təqsirləndirilən şəx Təqsirləndirilən şəxs qalmış mirasdan qanun üzrə vərəsəlik qaydasında bərabər pay almışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181–ci maddəsinin tələblərinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2–ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3–cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evinin dam örtüyünü saxlayan daşıyıçı dirəklərinə yanğın zamanı dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin, fərdi yaşayış evinin daxilində yerləşən istifadə edilməmiş tikinti materiallarının və fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyərləri ödənilməlidir. Belə ki, məhkəmə mühəndis-texniki ekspertizası ekspertinin xx.xx.2023-cü il tarixli 10/7844 nömrəli rəyi ilə təsdiq edilimişdir ki, Mingəçevir şəhəri Gəncə şossesi 10-cu döngə 42a ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünü saxlayan daşıyıçı dirəklərinə yanğın zamanı dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 373 manat məbləğində, həmin evinin daxilində yerləşən istifadə edilməmiş tikinti materiallarının halhazırki bazar qiymətlərinə uyğun dəyəri təqribən 252 manat məbləğində, həmin evdə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmirtikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 5218 manat məbləğində, cəmi 5843 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə təqdim edilmiş sübutların məhkəmə istintaqında tədqiqi nəticəsində müəyyən etdi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar 5843 manat məbləğində maddi zərərə məruz qalmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, mülki iddiaçının 20000 manat məbləğində maddi zərərə məruz qalması, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə mülki iddia tələbini maddi ziyan hissəsini iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuş, yəni 5843 manat məbləğində əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1, 354.1.1 və 354.1.3–cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın baxılmamış saxlanması əks etdirilir. Beləliklə məhkəmə istintaqında müəyyən edildi ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 5843 manatdır. Ona görə də mülki iddia maddi ziyana aid hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli və mülki cavabdehlər Şahid2 və X4 5843 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Məhkəmə mülki iddianın mənəvi zərərə aid hissəsi ilə bağlı qeyd edir ki, mülki iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində uzun müddət müalicə və müayinə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda Zərərçəkmiş şəxs uşaqlıq boynunun daxili hissəsinin bədxassəli yeni törəməsi diaqnozu ilə ikinci dərəcəli əlilliyi olması göstərilmişdir. Bundan əlavə, orqanizmin funksiyalarının pozulması faizi 80%, qiymətləndirmə tarixi xx.xx.2022-ci il, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il göstərilmişdir. Bütün bunlar da onu deməyə əsas verir ki, zərərçəkmiş mülki iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020–ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin 1097.1,1097.3 və 1099-cu normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Məhkəmə mülki iddianın mənəvi zərərə görə 10000 manat məbləğində pul tələbinə dair hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mülki iddiaçı uzun müddət müalicə və müayinə olunduğundan, iztirab və sarsıntı keçirmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, mülki iddiaçı mənəvi zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, mülki cavabdehlərin maddi, əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 2000 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Ona görə də məhkəmə hesab edir ki, mülki iddianın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə mülki cavabdehlərdən 2000 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Məhkəmə mülki iddianın qanuni həll edilməsi ilə bağlı cinayət işin materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar mülki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, mülki cavabdehlər Şahid2 və X4 maddi zərərə görə 5843 manat, mənəvi zərərə görə 2000 manat, cəmi 7843 manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, mülki iddianın maddi zərər hissəsi ittihamda göstərilən maddi ziyanın miqdarından kifayət qədər artıqdır. Eləcə də mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün əlavə araşdırmalar zərurət yaranmıdır. Bu hal isə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olduğundan, mülki iddia qalan hissədə baxılmamış saxlanmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarının 72-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə, qeyd olunan halları nəzərə alaraq hesab edir ki, mülki iddia təmin edilməmiş hissədə baxılmamış saxlanmalı və mülki iddiaçıya iddianın təmin edilməmiş hissəsinə münasibətdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1–ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəfat etdiyindən onun barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə qiymət verilməsinə zərurət yoxdur. İbtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 332 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs vərəsələri olan mülki cavabdehlərdən tutulub Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehlərə aid edilməli, mülki cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi olan 98.43 (doxsan səkkiz manat qırx üç qəpik) manat məbləğ pul alınıb mülki iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və CPM-in 39.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə ona cəza təyin edilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdehlər X6 və X4 maddi zərərə görə 5843 (beş min səkkiz yüz qırx üç) manat, mənəvi zərərə 2000 (iki min) manat, cəmi 7843 (yeddi min səkkiz yüz qırx üç) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehlərə aid edilsin. Mülki cavabdehlər X6 və X4 ödənilmiş dövlət rüsumunun əvəzi olan 98.43 (doxsan səkkiz manat qırx üç qəpik) manat məbləğ pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlansın. Mülki iddiaçıya iddianın təmin edilməmiş hissəsinə münasibətdə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Mülki cavabdehlər X6 və X4 ekspertiza tədqiqatının dəyəri olan 332 (üç yüz otuz iki) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-4/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-4/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver