Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-4/2025 30.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və nümayəndəsi Müdafiəçi1 və zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs2 və nümayəndəsi Müdafiəçi2 iştirakı ilə xx.xx.1979-cu il tarixdə Balakən rayonu, Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-170/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1–ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 1(017)- 120/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayonu, Aşağı Salamabad kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 3-cü döngədə yerləşən nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qohumluq əlaqələri olan Zərərçəkmiş şəxs1 əlilliyə görə əvvəllər təyin edilmiş, lakin sonradan verilməsi kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib, sonuncunun etibarından sui-istifadə edərək, aldadılmasına nail olduqdan sonra 15 noyabr 2021-ci il tarixdə Şahid1 tərəfindən "xxxx" MMC-nin Şəki Müştəri Xidmətləri Şöbəsindən onun adına göndərilmiş 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini həmin tarixdə Bakı şəhərində istintaqa məlum olmayan poçt şöbəsindən götürüb, ələ keçirməklə Zərərçəkmiş şəxs1 2500 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs2 əlilliyə görə əvvəllər təyin edilmiş, lakin sonradan verilməsi kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib, sonuncunun aldadılmasına nail olduqdan sonra, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsilə, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2, sonuncunun kirayədə yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi, ev 6A, mənzil 62-də yerləşən evdə verdiyi 7500 manat pulu Təqsirləndirilən şəxs2 ilə birlikdə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla və aldığı pulu Təqsirləndirilən şəxs2 ilə birlikdə xərcləməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 əvvəllər işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində işə bərpa olunmasına köməklik edəcəyini yalandan vəd verib, onun aldadılmasına nail olduqdan sonra ona çatdırılması üçün Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 verdiyi və sonuncunun 2022-ci ilin mart ayının 20-dən 25-dək olan müddət ərzində Mingəçevir şəhərində yerləşən, istintaqa məlum olmayan «ödəmə terminalı» vasitəsilə onun istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 1500, xx.xx.2022-ci il tarixdə yenə də Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə həmin kart hesabına göndərdiyi 3900, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 ona məxsus həmin plastik kart hesabına göndərdiyi 2500 manat, 2022-ci ilin aprel ayının 14-dən 20-dək olan müddət ərzində Mingəçevir şəhərində Zərərçəkmiş şəxs2 şəxsən 500 manat, 2022-ci ilin aprel ayının 20dən 25-dək olan müddət ərzində ünvan 1-də quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 ona məxsus həmin plastik kart hesabına göndərdiyi 500 manat, yəni Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 8900 manat məbləğdə pulu Zərərçəkmiş şəxs2 vasitəsilə, habelə eyni məqsədlə Zərərçəkmiş şəxs3 ona xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında quraşdırılmış «Million» ödəmə terminalı vasitəsilə eyni plastik kart hesabına göndərdiyi 600 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 Mingəçevir şəhəri, H.Əliyev prospekti 21 №-li ünvanda quraşdırılmış «Million» ödəmə terminalı vasitəsilə eyni kart hesabına göndərdiyi 2000 manat məbləğdə pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da ümumilikdə Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 11.500 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 borc aldığı halda ona əlillik pensiyası düzəltmək adı ilə 2500 manat pul alaraq dələduzluq etməsi barədə ittihamla razı deyil. Heç bir yerdə işləmir, evlidir, himayəsində 1 azyaşlı övladı var. X1, həyat yoldaşı X3 və 2013-cü il təvəllüdlü oğlu Sadiq Sərkərov ilə birlikdə Balakən rayonu, Qazma kəndində yaşayırlar. Özü də mütəmadi olaraq Qazma kəndində yaşasa da, son zamanlar Bakı şəhərində müxtəlif yerlərdə işlədiyi üçün Bakı şəhərində yaşamışdır. Təxminən 3-4 ay Hövsan qəsəbəsində yerləşən Yeni Kompleks ev 3, giriş 85, mənzil 4 ünvanda yaşamışdır. Lakin daimi yaşayış yeri Qazma kəndidir. Ondan şikayət etmiş Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, lakin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs2 vasitəsilə 2022-ci ilin fevral ayında tanımışdır. Belə ki, ona 2022ci ilin fevral ayında Samirə adlı Mingəçevir şəhər sakini zəng edərək, Təqsirləndirilən şəxs2 onun adından istifadə edərək Kərəm adlı şəxsdən pensiya düzəltmək adı ilə 7500 manat pul almasını bildirmişdir. O da həmin məsələni dəqiqləşdirmək məqsədilə Samirədən Kərəm adlı həmin şəxsin mobil nömrəsini tapıb, ona verməsini xahiş etmişdir. Samirə də Kərəmin mobil nömrəsini ona vermiş, Kərəm ilə əlaqə saxlayıb görüşmək istədiyini bildirib Mingəçevir şəhərinə gəlmişdir. Mingəçevir şəhər mərkəzi xəstəxanasının qarşısında Kərəm və Rəqsanə birlikdə görüşmüşlər. Söhbət zamanı Kərəmə özünü təqdim edib, aralarında baş tutan söhbət zamanı o, üzünü Rəqsanəyə tutub Kərəmdən onun adı ilə 7500 manat pul alıb-almamasını soruşmuş, Rəqsanə də orada Kərəmdən 7500 manat pul aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 oradan bir söz demədən yola salmışdır. Daha sonralar Rəqsanənin Kərəmdən aldığı pulun bir hissəsini Rəqsanədən hissə-hissə almışdır. Sonralar Kərəmlə aralarında səmimi münasibət yaranmış və Kərəm ona söhbət zamanı bildirib ki, Zəfər adlı şəxs var və onun işə bərpa olunmasına köməklik etmək lazımdır. O isə Kərəmə dəqiq söz verməsə də, sonra məlumat verəcəyini bildirmişdir. Təxminən 1 ay sonra o, Zərərçəkmiş şəxs2 zəng edərək tanışının işini düzəldə biləcəyini bildirmişdir. Belə ki, o, Sosial Xidmətlər Agentliyində Kadrlar Şöbəsinin rəisi vəzifəsində işləyən Röya adlı qadınla özü birbaşa olmasa da, ortaq tanışları vasitəsilə əlaqə yaratmış, Zəfərin işə bərpasının mümkün ola biləcəyini ona bildirmişlər. Çünki Zəfər daha əvvəllər də eyni nazirliyin tabeliyində başqa sahədə işləmiş, onun əmək müqaviləsinin müddəti başa çatdığı üçün xitam verilmişdir. Lakin Röya adlı qadın yaxud da hər hansı üçüncü şəxs Zəfəri işə bərpa etmək məqsədilə ondan pul istəməmiş, həmçinin o, kiməsə pul verməli olmamışdır. Bundan sonra o, Mingəçevir şəhərinə gəlmiş, Kərəm, Zəfər və o, Mingəçevir şəhər mərkəzi xəstəxanasının yaxınlığında üçü görüşmüşlər. Həmin söhbət zamanı o, Zəfərə işə bərpa etdirəcəyi ilə bağlı söhbət edib, razılaşmışlar, lakin söhbət zamanı o, Zəfərə onu bərpa etdirmək məqsədilə alacağı pulun miqdarını deməmişdir. Daha sonra çıxıb getmişdir. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs2 zəng edərək Zəfərin işə bərpası məqsədilə 6600 manat pul lazım olmasını bildirmişdir. Kərəm də bir qədər sonra Zəfərin razı olduğunu bildirmişdir. 2022-ci ilin mart-aprel və may ayları ərzində hissə-hissə olmaqla Kərəm ona «Millön» terminalı vasitəsilə ümumilikdə 6600 manat pulu Zəfərin işə bərpası məqsədilə ona göndərmişdir. Daha sonra isə o, Kərəmdən özünə borc olaraq 2500 manat pul istəmiş və sonuncu 2500 manat pulu ona göndərmişdir. Həmin vaxtdan sonra Zəfər işə bərpası üçün Sosial Xidmətlər Agentliyindən görüntülü zəng vasitəsilə Röya adlı qadınla danışmış və Zəfərə işə bərpa olunmasının mümkün olması Sosial Xidmətlər Agentliyindən izah edilmişdir. Lakin ona məlum olmayan səbəbdən Zəfər özü imtina etdiyi üçün işinin bərpası mümkün olmamışdır. Sonra da Zəfər ondan pulunu geri istədikdə, o, pulu xərclədiyini və geri qaytara bilməyəcəyini bildirmişdir. Daha sonra da Kərəm onunla danışanda bildirib ki, Zəfərin pulunu özü ödəyib və pulu olanda ona qaytaracaqdır. Təqsirləndirilən şəxs2 onun Zərərçəkmiş şəxs2 pensiya düzəltməyini vəd edərək almış olduğu 7500 manat puldan ilk olaraq xəbəri olmamışdır. Sonradan Samirə adlı qadın bu barədə ona məlumat verdikdə, o, Rəqsanənin onun adından Kərəmdən pul almasını öyrənmiş və bundan sonra Rəqsanədən həmin pulun hissə-hissə olmaqla almışdır. O, Zərərçəkmiş şəxs2 Zəfərin işə bərpası məqsədilə ümumilikdə təxminən 6600 manat, borc olaraq 2500 manat Zərərçəkmiş şəxs2 almışdır. Ola bilsin Kərəm xatırlamır, lakin Kərəm Bakı şəhərində olarkən əlbəəl 200 manat borc pul da vermişdir. Zəfər adlı şəxsdən pul almamış, Zəfər onun kart hesabına pul göndərməmişdir. Zəfərin işə bərpası üçün Zərərçəkmiş şəxs2 ümumilikdə 6600 manat pul lazım olmasını demiş, o isə 12000 manat pulu Zəfərdən almışdır. O, həmin puldan təxminən 9000 manat hissəsini borc və işə bərpa adı ilə almış olsa da, qalan hissəsindən məlumatı yoxdur. Zəfər özü ona pul göndərməmişdir. Təqsirləndirilən şəxs2 ondan xəbərsiz Zərərçəkmiş şəxs2 onun pensiyasını düzəltmək adı ilə 7500 manat pul almasını sonradan bilsə də, həmin pulun bir hissəsini Rəqsanədən öz ehtiyacı olduğu üçün alaraq xərcləmişdir. Sonradan o, Zərərçəkmiş şəxs2 4.000 manat pul qaytarmışdır. Hesab edir ki, mülki iddia əsaslı deyildir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb, mülki iddianın rədd edilməklə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qabaqcadan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 əlillik pensiyasını düzəltmək adı ilə 7500 manat pulunu aldadaraq ələ keçirməsindən məlumatsız olmuşdur. O, həmin vaxt Pərvizə inanıb ki, həqiqətən o, hüquqşünasdır və Kərəmin əlillik pensiyasını bərpa etdirməyi bacarar, çünki Pərviz ona əlillərin bərpa mərkəzində hüquqşünas işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər Nizami prospektində kirayədə yaşadığı binanın qonşuluğunda yerləşən binada yaşayan Zəminə adlı qadının vasitəsilə tanımışdır. Zəminə ilə aralarında yaranmış pul mübahisəsi ilə əlaqədar olaraq onun qohumu Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs1la tanışlıqları həmin vaxtdan sonra yaranmışdır. O, Pərvizin hüquqşünas və əlillik təyinatı üzrə işlədiyini təxmin etmiş, çünki Pərviz özünün əlillərin bərpa mərkəzində hüquqşünas işlədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə onun yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi, ev 6A, mənzil 62-də yerləşən evinə gəlmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs2 əvvəllər əlilliyə görə pensiya aldığını, lakin sonra pensiyasının kəsildiyini, həmin pensiyanın düzəlməsində köməklik olunmasını ondan xahiş etmişdir. O isə Zərərçəkmiş şəxs2 həmin işlərlə əlaqəsi olmadığını, lakin hüquqşünas Pərviz adlı şəxsi tanımasını onunla məsləhətləşəcəyini, alınarsa onları tanış edəcəyini bildirmişdir. Daha sonra Pərvizlə telefon vasitəsilə əlaqə yaratmış və Zərərçəkmiş şəxs2 pensiyasının bərpası məsələsini ona demişdir. Pərviz də Zərərçəkmiş şəxs2 əlillik pensiyasının bərpa olunmasında köməklik edə biləcəyini, lakin bunun qarşılığında 7500 manat pul alacağını bildirmişdir. O da sonradan bu haqda Zərərçəkmiş şəxs2 demişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 istədiyi məbləğdə pulu, yəni 7500 manat pulu ona vermiş, Pərviz də həmin pulu gəlib götürəcəyini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 ondan həmin pulu hissə-hissə istəməyə başlamış, o da qeyd olunan məbləğdə pulu göndərmiş, lakin sonda 500 manat pul qaldıqda Zərərçəkmiş şəxs2 onun evinə gəlib, Pərviz tərəfindən aldadılmasını anlayıb, sonuncuya çatdırılması üçün ona verdiyi 7500 manat pulu geri istəmişdir. O da 500 manat pulu Kərəmə vermiş və bu haqda Pərvizə məlumat vermişdir. Daha sonra Pərviz ilə Kərəm arasında başqa pul mübahisələrinin də olduğunu bilmiş, lakin həmin məsələlərdə onun iştirakı olmamışdır. Zərərçəkmiş şəxs2 Pərvizlə telefon əlaqəsi yarada bilmədikdə, onun yaşadığı evə gəlib ondan və Pərvizdən şikayət edəcəyini bildirmişdir. Ondan şikayət etməsinin səbəbi isə onun Pərvizlə onu tanış etməsi olmuşdur. O, məsuliyyətə cəlb olunacağından qorxduğu üçün 500 manatdan əlavə 300 manat da pulu Zərərçəkmiş şəxs2 ödəmişdir, həmçinin ona hər ay 300 manat olmaqla aldığı və Pərvizə verdiyi 7000 manat pulu ödəyəcəyinə dair yazılı qəbz vermişdir. İlk olaraq Kərəmlə razılaşsalar da, növbəti aylarda anası onkoloji xəstə olduğundan maddi xərcləri artmış və 300 manat aylıq ödənişi Kərəmə ödəyə bilməmişdir. Ona görə də, Kərəmlə aralarında narazılıq yaranmış və Kərəmin şikayət edəcəyindən qorxaraq bu məsələ barədə atası Molla Osmanova danışıb onunla məsləhətləşmişdir. Atası da Mingəçevir şəhərinə gələrək Kərəmlə görüşüb, şikayət etməməsini, pulu hissə-hissə özünün ödəyəcəyini vəd etmişdir. Lakin Kərəm razılaşmamış və pulunu tam istədiyini bildirmişdir. Həmin vaxtdan sonra Kərəmin Pərvizdən pulunu alıb-almamasından məlumatı olmamışdır. Pərvizin həqiqətən də əlillərin bərpa mərkəzinin hüquqşünası olmasını və əlillik pensiyası düzəlməsini əvvəllər zənn edib inanmış, ona görə də Pərviz ilə Kərəmi həmin məsələ ilə əlaqədar tanış etmişdir. X10 aldadacağını, pulunu qarşılıqsız ələ keçirəcəyini bilməmiş, bunu daha sonralar öyrənmişdir. O, Kərəmdən pulu aldıqdan sonra Pərviz ona bildirib ki, Kərəmin işi ilə bağlı pul lazım olduqca ondan həmin pulu götürəcək, ona görə də hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda ümumilikdə 7000 manat pulu Pərvizə göndərmişdir, qalan 500 manat pulu isə Kərəm istədikdə o, geri qaytarmış və bu barədə Pərvizə də məlumat vermişdir. Təqsirləndirilən şəxs1 Kərəmin pulu aldadıb ələ keçirməsinə görə onları tanış etdiyinə və pulu Kərəmdən təhvil alıb Pərvizə verdiyinə görə özünün də məsuliyyətə cəlb olunacağını düşünüb qorxmuş və Pərvizin aldığı pulları da, yəni 7000 manatı da ödəməyi Kərəmin qarşısında öhdəlik kimi götürmüşdür. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 əvvəl başqa şəxslərin əlillik pensiyası yaxud sair işlərdə köməklik etməsi məqsədilə işlər yaxud sair işlər görməmişlər. Kərəm ondan əlillik pensiyasının bərpasına köməklik istədikdə Pərvizlə danışmağını təsdiq edə bilər. Çünki pulu alandan bir neçə gün sonra Kərəm ondan işinin nə yerdə qalmasını soruşanda o, Kərəmin yanında Pərvizə zəng etmiş, Pərviz nömrəsini Kərəmə verməsini və özü danışacağını bildirmişdir, həmin gündən də aralarında münasibət yaranmışdır. Bu da onu təsdiq edir ki, Pərviz həqiqətən də ilk gündən məsələdən xəbərdar olmuş və özü vəd vermişdir. Zərərçəkmiş şəxs2 onun yaşadığı evə gəlib əlillik pensiyasının bərpasına köməklik etməsini ondan istədikdə, tanışı Təqsirləndirilən şəxs1 əvvəllər də dəfələrlə əlillik pensiyası bərpa etməsini Zərərçəkmiş şəxs2 demişdir. Çünki Təqsirləndirilən şəxs1 özü əlillərin bərpa mərkəzində işləməsini, dəfələrlə əlillik pensiyası düzəltməsini ona demişdir, ona görə də inanaraq Zərərçəkmiş şəxs2 Pərvizin əvvəllər dəfələrlə əlillik düzəltməsinin şahidi olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən tam şəkildə imtina edərək ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, o, Zərərçəkmiş şəxs2 pensiya düzəltmək adı ilə aldığı pulun təxminən 4.000 manat məbləğində hissəsini Pərviz Məmmədova göndərmiş, qalan 3500 manat hissəsini isə öz ehtiyacı üçün xərcləmişdir. Bununla belə o, işə məhkəmədə baxılan zaman zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, ona vurduğu ziyanın özünə aid hissəsini tamamilə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş də etmişdir. Odur ki, məhkəmədən cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs, həm də mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 10 il əvvəldən 2-ci qrup əlil olduğu üçün əlillik pensiyası almışdır. 2021-ci ilin avqust ayında əlillik pensiyasının verilməsi dayandırılmış və dayandırılma səbəbi olaraq da ona hər hansı məlumat verilməmişdir. Ona görə də o, rəsmi qaydada pensiyanın bərpa qaydasını maraqlanmamış, pensiyanın bərpasını təmin edəcək adam axtarmağa başlamışdır. Bunun səbəbi ondan ibarətdir ki, həm ali təhsili olmadığından prosedurları bilməmiş, həm də əlillik səbəbi ürək çatışmazlığı olduğundan dövlət qurumlarına gedib-gəlməyə orada gözləməyə və sair fiziki əziyyətli işləri özü bacara bilməyəcəyinə görə əlillik pensiyasının bərpa edilməsində köməklik edə biləcək şəxs axtarmışdır. 2021-ci ilin avqust ayınadək ona təyin olunmuş əlillik pensiyasının məbləği 270 manat olmuşdur. Ona köməklik edə biləcəyini güman etdiyi, onunla yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs2 əvvəllər müxtəlif sosial yönümlü işləri həll etməsi barədə bacarığı olmasını eşitmiş, lakin onun dəqiq olaraq hansı işləri görübgörməməsindən məlumatı olmamışdır. O da ilkin olaraq məsləhət xarakterli söhbət etmək məqsədilə 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Orada Rəqsanə ilə söhbət edərkən ona verilmiş pensiyanın kəsilməsini bildirib bərpa edilməsində köməklik etməyi bacarıb-bacarmadığını soruşmuşdur. Rəqsanə söhbət əsnasında özü bu barədə hər hansı köməklik edə bilməyəcəyini, lakin Təqsirləndirilən şəxs1 adında tanışının olduğunu, həmin şəxsin Balakən rayonu, Qazma kənd sakini olduğunu və Bakı şəhərində yaşamaqla, pensiya ilə bağlı istənilən işləri həll edə biləcəyini bildirmişdir. Həmçinin Rəqsanə ona pensiya düzəltmək, yaxud kəsilmiş pensiyanı bərpa etməklə bağlı Pərvizlə dəfələrlə iş gördüyünü, bu sahədə ona inandığını bildirmişdir. Ona görə də Rəqsanədən pensiyasının bərpasına dair Pərvizlə söhbət etməsini xahiş etmişdir. Rəqsanə də mobil telefonla bir nəfərə zəng edib danışmış, daha sonra danışdığı şəxsin Pərviz olduğunu, sonuncunun onun pensiyasını bərpa etdirəcəyini boynuna götürdüyünü, buna görə də 7500 manat pul alacağını dediyini bildirmişdir. Həmin məbləğdə pulu Kərəmdən daha pensiyası bərpa olunandan sonraya deyil, əvvəlcədən alacağı təqdirdə pensiyanın bərpası işləri ilə məşğul olacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs2 razı olduğunu və bu barədə Pərvizə məlumat verməsini xahiş etmişdir. Bundan sonra həmin gün, yəni 2022-ci ilin fevral ayının 9-da yaşadığı evə gedib özünə aid xəstəlik sənədlərinin surətlərini və 7500 manat pulu, habelə özünə aid sənədlərin surətlərini götürüb Rəqsanənin evinə qayıtmışdır. Rəqsanənin evində olan zaman adını sonradan bildiyi Şahid2 da evdə olmasını görmüşdür. Həmin vaxt evdə üçündən başqa kimsə olmamışdır. Həmin vaxt onunla Rəqsanə arasında əlillik pensiyasının bərpasına dair olan söhbəti Rəqsanənin tanışı Şahid2 da şahid olmuşdur. Daha sonra o, özünə aid sənədləri Təqsirləndirilən şəxs2 vermiş və 7500 manat pulu Rəqsanəyə doğru uzatdıqda sonuncu pulu götürməsini və saymağı Samirədən xahiş etmişdir. Şahid2 da 7500 manat pulu ondan sayıb təhvil almışdır. Həmin gündən bir neçə gün keçdikdən sonra Rəqsanə ilə mobil telefonla danışıb işin nə yerdə olmasını Pərvizdən soruşmasını xahiş etmiş, daha sonra isə Pərvizlə onu tanış etməsini xahiş etmişdir. Həmin ilin fevral ayının son günlərində Pərviz ilə mobil telefon vasitəsilə əlaqə saxladıqda Pərviz tezliklə Mingəçevir şəhərinə gələcəyini və onunla görüşəcəyini bildirmişdir. Təxminən həmin ilin mart ayının ilk günlərində Təqsirləndirilən şəxs1 və yanında həyat yoldaşı kimi təqdim etdiyi Şahid3 ilə birlikdə Mingəçevir şəhərinə gəldikdə, mərkəzi xəstəxananın qarşısında onlarla görüşmüşlər. Həmin vaxt Rəqsanə də oraya gəlmiş, Pərviz söhbət zamanı Rəqsanədən pulu alıbalmamasını soruşanda, Rəqsanə pulu aldığını bildirmiş, bundan sonra Pərviz Rəqsanəyə gedə biləcəyini bildirib, onu yola salmışdır. O da bundan sonra Pərviz və yanında olan Günel adlı qadını öz evinə qonaq aparmışdır. Evdə söhbət zamanı Təqsirləndirilən şəxs1 vəkil olduğunu demişdir. Bir qədər vaxt keçirdikdən sonra həmin gün Pərviz və Günel getmişlər. Təxminən 2022-ci ilin mart ayının ilk günlərində Mingəçevir şəhər sakini olaraq tanıdığı və avtomobil ustası işlədiyi vaxtlarda müştərisi olmuş Zərərçəkmiş şəxs3 ilə təsadüfən şəhər ərazisində rastlaşıb hal-əhval tutduqda sonuncu özü haqqında məlumat verərək, işdən çıxarılmasını və işə qəbul olunmaq üçün yol axtardığını bildirdikdə, o, Pərviz adlı vəkil tanışının olduğunu, Zəfərə işə bərpa olunmasında köməklik edibetməyəcəyi barədə Pərvizlə söhbət edə biləcəyini demişdir. Zəfər də Pərviz adlı şəxslə maraqlanıb ona bir söz deməsini xahiş etmişdir. Bir neçə gün sonra, o Pərvizlə mobil telefonla söhbət edərkən Zəfər adlı tanışının işdən çıxarıldığını, onun işə bərpa olunması ilə bağlı köməklik edə bilib-bilməyəcəyini soruşduqda Pərviz Mingəçevir şəhərinə gəldikdə bu barədə Zəfərlə söhbət edəcəyini demişdir. 2022-ci ilin mart ayının 10-da Təqsirləndirilən şəxs1 ona Mingəçevir şəhərinə gəldiyini, Zəfərlə söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3lə birlikdə təxminən saat 14-də Mingəçevir şəhər mərkəzi xəstəxanasının qarşısında Pərvizlə görüşmüşlər. Zəfərə məxsus avtomobildə üçü həmsöhbət olmuş, Zəfərlə Pərvizi tanış etdikdən sonra o, avtomobildən düşmüş və onlar öz aralarında Zəfərin işə bərpası ilə əlaqədar söhbətlər etmişlər. O, çöldə olarkən Zəfər və Pərviz birlikdə onun yanına gəlmiş, Zəfər söhbət etdiklərini, Pərvizin onun axtardığı adam olduğunu, onunla danışıb razılığa gəldiklərini bildirmişdir. Daha sonra Pərviz Zəfərdən almalı olduğu pulu onun vasitəsilə alacağını bildirmişdir. O da Pərvizə inandığı üçün Zəfərin onun vasitəsilə Pərvizə pul göndərməsinə etiraz etməmişdir. Bundan sonra 2022-ci ilin mart ayının bayram ərəfəsində Zəfər 6000 və 6000 olmaqla ümumilikdə 12000 manat pul ona verərək Pərvizə göndərməsini xahiş etmişdir. O da 12000 manat pulu götürdükdən sonra Pərvizlə danışmış və sonuncu göndərdiyi plastik kart vasitəsilə pulu göndərməyi ona demişdir. 2022-ci ilin mart ayının 20-25 aralığında, dəqiq xatırlamadığı tarixdə həmin puldan Pərvizin telefonla şifahi dediyi "xxxx" aid plastik kartına, sonu “5825” olan kart hesabına 1500 manat pulu Mingəçevir şəhərində yerləşən ödəmə terminalı vasitəsilə göndərmişdir. Lakin aparat qəbz təqdim etmədiyi üçün həmin ödənişə dair qəbz qalmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə yenidən həmin kart hesabına 3900 manat pulu göndərmiş, xx.xx.2022-ci il tarixdə yenə də eyni karta 2500 manat pul göndərmiş, 14-20 aprel 2022-ci il tarixdə Pərviz Mingəçevir şəhərində olarkən ona nağd olaraq 500 manat pul vermiş, daha sonra 20-25 aprel 2022-ci il tarixlərdə eyni karta 500 manat pulu Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “5+” marketində quraşdırılmış terminal vasitəsilə göndərmiş, lakin ödəmə terminalı qəbz vermədiyi üçün tarixi dəqiq yadında qalmamışdır. Bundan sonra o, həm öz işi ilə əlaqədar, həm də Zəfərin işi ilə əlaqədar olaraq Pərvizin hər hansı əməli iş görmədiyini aşkar etməyə başladığı üçün ondan şübhələnməyə başlamışdır. Buna görə də, Pərvizə pul verməyi dayandırıb, Zəfərlə söhbət edib onun Pərvizə vermək üçün verdiyi ümumi 12000 manat pulun 8900 manatını göndərdikdən sonra qalan 3100 manat hissəsini Pərvizə göndərməyəcəyini deyib, Zəfərin özünə qaytarmışdır. Bundan sonra Zəfər bu işlə əlaqədar olaraq pulunun çıxdığını, ona görə də sonunadək davam edəcəyini bildirmişdir. Bu məqsədlə də xx.xx.2022-ci il tarixdə yenə eyni karta 600 manat pulu Zəfər özü göndərmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Zəfər Mingəçevir şəhəri, H.Əliyev prospekti 21 ünvanda yerləşən “Bazarstore” marketində quraşdırılmış ödəmə terminalı vasitəsilə eyni kart hesabına 2000 manat məbləğdə pul göndərmişdir. Həmin vaxtdan sonra Pərviz nə ona vəd etdiyi pensiya bərpa etmiş, nə də ki, Zəfərə vəd etdiyi işi görmüşdür. Buna görə də, aldadıldıqlarını anlamışlar. Bundan sonra Zəfər 600 və 2000 manat Pərvizə pul göndərməsinə dair ondan olan qəbzləri təqdim edərək, onun da göndərdiyi 8900 manat və özü göndərdiyi 2600 manat olmaqla, ümumilikdə 11500 manat pulu ödəməyi ondan tələb etmişdir. Belə ki, Zəfərin onu Pərvizlə tanış etdiyini və bu səbəbdən də həmin pulu ödəməli olduğunu bildirmişdir. Məcbur qalıb, Zəfərə 11.500 manat pulu özü ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 ona qarşı etdiyi dələduzluq nəticəsində o, öz pensiyasının bərpası məqsədilə 7500 manat pul vermiş və Zəfərin işə bərpası ilə bağlı 11500 manat pulun Pərvizin ələ keçirməsinə görə Zəfərə həmin məbləğdə pul ödəməklə ümumilikdə 19000 manat məbləğində Pərviz tərəfindən ona ziyan yetirilmişdir. Həmin Təqsirləndirilən şəxs1 onunla tanış etmiş Təqsirləndirilən şəxs2 vəziyyəti izah etdikdə sonuncu Pərvizə verilən 7500 manat puldan ona 500 manat pul verdiyini deyib, həmin 500 manat pulu Rəqsanə ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs1 həmin söhbət zamanı onun pensiyası ilə əlaqədar bərpa işlərini görəcəyini bildirib Rəqsanədən pulu almasını soruşduqda, Rəqsanə pulu almasını bildirmiş, bundan sonra Pərviz Rəqsanəni yola salmış, daha sonra da pensiyanı bərpa etdirəcəyini vəd etmiş, əks təqdirdə alınan pulu geri qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs3 özü də təsdiq edə bilər ki, Pərvizin kartına daha sonra 2600 manat pul göndərmişdir, həmin pulun göndərilməsini Pərvizin kart hesabından çıxarışları əldə etməklə müəyyənləşdirmək mümkündür. Hazırda Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 onun vasitəsilə tanıması səbəbindən pulu ondan tələb etmiş və müəyyən səbəblərdən 9000 manat pul onun tərəfindən Zərərçəkmiş şəxs3 ödənilmişdir. Beləliklə, ziyanın məbləği 16500 manat təşkil edir. Həmin ziyandan 3500 manat Təqsirləndirilən şəxs2 tərəfindən, 4000 manat isə Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş və cəmi borc 9000 manat qalmışdır. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və mülki iddianın təmin edilməsini, mülki cavabdeh Təqsirləndirilən şəxs1 9000 manat pulun və 126 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi2 təmsil etdiyi şəxsin ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 iştirak etdiyi məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla hər münasibəti və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır, belə ki, Zərərçəkmiş şəxs2 Mingəçevir şəhərində avtomobil ustası işləyir və tanışlıqları oradan yaranmışdır. Əvvəllər o, DSMF-nin Mingəçevir şöbəsində məsləhətçi vəzifəsində işləmiş, 2022-ci ilin fevral ayının 10-da əmək müqaviləsinin müddəti başa çatdığı üçün yeni müqavilə bağlanmamış və o, işdən azad olunmuşdur. 2022-ci ilin mart ayının ilk günlərində o, avtomobil düzəltdirmək məqsədilə usta Kərəmin sexinə getmişdir, orada kefsiz olduğunu görəndə Kərəm ondan əhvalını soruşduqda, o, işdən çıxmağı ilə əlaqədar əhvalının olmadığını, lakin işə yenidən qayıtmaq arzusunda olduğunu Kərəmə bildirmişdir. Həmin vaxt Kərəm tanışının olduğunu və onun işə bərpa olunmasını həll edə biləcəyini deyərək, narahat olmamağı bildirmişdir. O da Kərəmdən həmin adamın kim olduğunu, harada işlədiyini soruşduqda Kərəm Pərviz adlı vəkil tanışının olduğunu, onun işə bərpa olunmağı ilə bağlı Pərvizin ona köməklik göstərə biləcəyini demişdir. O da işə bərpa olunmaq məqsədilə həmin şəxslə, yəni Pərvizlə onu görüşdürməsini xahiş etmişdir. Həmin vaxtdan sonra bir neçə dəfə Kərəm mobil telefonla Pərvizə zəng edərkən o, Pərvizlə həmsöhbət olmuş, söhbət əsnasında Pərviz ona da vəkil işlədiyini demişdir. Pərvizə işdə müqaviləyə xitam verilməsini və işdən çıxarılmasını deyib, işə bərpada köməklik edə biləcəyini soruşduqda, Pərviz həyat yoldaşının ƏƏSMN-də işlədiyini bildirib, onun işə bərpa olunmağını həll edə biləcəyini demişdir. Bundan sonra 2022-ci ilin mart ayının təxminən 14-15 tarixlərində Novruz bayramı ərəfəsində o, Kərəm və Pərviz Mingəçevir şəhərində mərkəzi xəstəxananın yaxınlığında görüşmüşlər. Pərviz keçəl başlı, orta boylu arıq bədən quruluşlu şəxsdir. Avtomobildə baş tutan söhbət zamanı Pərviz vəkil olduğunu, həyat yoldaşının nazirlikdə işlədiyini, əlaqələrindən istifadə edərək onu işə bərpa etdirə biləcəyini demiş, lakin bunun qarşılığında alacağı pulun məbləğini ona bildirməmişdir. Həmin gün Pərviz ona tezlikə danışıb məsələ ilə bağlı dəqiq cavab deyəcəyini demişdir. Söhbət etdikdən sonra Pərviz çıxıb, getmişdir. Bir neçə gündən sonra Kərəmə zəng edərək onun iş məsələsinə görə 15.000 manat pul lazım olduğunu demiş, Kərəm isə pulun çox olduğunu deyib, bir qədər aşağı məbləğdə pul verə biləcəyini demişdir. Bundan sonra 12000 manat müqabilində Pərviz onu işə bərpa etdirəcəyinə razılaşmışdır. Lakin onunla əlaqəli hər hansı bir sənəd istəməmişdir. Kərəm Pərvizlə həmin razılığı mobil telefonda danışdığı üçün həmin söhbətdə iştirak etməmiş, bunları Kərəm danışdıqdan sonra ona demişdir. Onun işə bərpa olunmağı üçün Pərvizin 12000 manat pul istəməsini dedikdə, o, razılaşmış və Kərəm Pərvizin etibarlı adam olmasını dedikdə, inanıb, 12000 manat pulu verəcəyini bildirmişdir. 2022-ci ilin mart ayında o 6000 və 6000 manat olmaqla, ümumilikdə 12000 manat pulu Kərəmə vermişdir. Daha sonra isə Kərəm hissə-hissə olmaqla 2022-ci ilin mart ayından may ayınadək olan müddət ərzində 8900 manat pulu Pərvizə göndərmiş, may ayında isə Kərəm artıq Pərvizdən şübhələnməyə başladığını ona demiş və bu səbəbdən də onun verdiyi 12000 manat puldan qalan 3100 manat pulu qaytarmışdır. Belə ki, Kərəm 3100 manatdan 1600 manat pulu ona qaytarmış, qalan 1500 manat pulu isə onun 2020-ci ildən Kərəmə olan borcunu bağlamaqla silmişdir. Daha sonra may ayı ərzində işlərin nə yerdə olduğunu maraqlandıqda Kərəm Pərvizin onun işi üçün əlavə pul lazım olduğunu bildirdiyini ona demişdir. Həmin vaxt Kərəm pulun batmasından ehtiyat etdiyi üçün Pərvizə pul göndərməməyini bildirsə də, o, həmin günədək işə bərpası məqsədilə 8900 manat pulunun getdiyini, qalan pulu da işinin pozulmasından ehtiyat edərək Pərvizə göndərəcəyini demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «5+» mağazasında «Milliön» terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan əvvəli 416973 sonu 5825 olan bank kartına 600 manat məbləğdə pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «Bazartore» mağazasında quraşdırılmış «MilliÖn» terminalı vasitəsilə o, yenə həmin bank kartına 2000 manat məbləğdə pul göndərmişdir. Həmin qəbzləri Kərəmə vermişdir. Bununla da işə bərpa olunmaq məqsədi ilə Pərvizə ümumilikdə 11500 manat pul vermişdir. Həmin pulun 8900 manat hissəsi Zərərçəkmiş şəxs2 tərəfindən, 2600 manat hissəsi isə şəxsən özü tərəfindən Təqsirləndirilən şəxs1 göndərilmişdir. Bir qədər keçdikdən sonra Pərvizin onları aldatmasını görüb pulunu geri almağa çalışmış və Kərəmə bu haqda deyib, məhz onun vasitəsi ilə Pərvizlə tanış olduğunu demişdir. Ona görə də Kərəmin Pərvizə göndərdiyi 8900 manat pulu Kərəmdən tələb etmişdir. Bundan sonra Pərvizə verilən 11.500 manat pulu Kərəm ona qaytarmışdır. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qaynı Əhəd Əhmədovun vasitəsilə tanımış, həmçinin onların uzaq qohumluq əlaqələri olmuşdur. Pərviz Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində hüquqşünas işlədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs2 isə əvvəllər yaxınlıqda yerləşən binada yaşadığı üçün onunla ailə üzvləri arasında tanışlıq olmuşdur. 2021-ci ilin may-iyun aylarında dəqiq xatırlamadığı tarixdə Rəqsanə ilə onun həyat yoldaşı X2 binanın qarşısında söhbət edərkən həyat yoldaşı Zəminə onun əlillik pensiyası düzəltmək üçün müraciət etdiyini, lakin əlillik pensiyası ala bilmədiyi barədə Rəqsanə ilə söhbət edərkən Rəqsanə özünün ƏƏSMN-də yüksək vəzifədə işləyən tanışları olmasını və onun əlillik komissiyasından keçirtməklə əlillik pensiyası düzəltdirə biləcəyini bildirmişdir. Həyat yoldaşı Zəminə də onun sənədlərini düzəltməyini Rəqsanədən xahiş etmiş, Rəqsanə də pul qarşılığında düzəltdirə biləcəyini vəd etmişdir. Bu barədə həyat yoldaşı ona dedikdə o da razılaşmışdır. İlk olaraq Təqsirləndirilən şəxs2 500 manat pul lazım olduğunu bildirdikdə razılaşmışlar, həyat yoldaşı Zəminə 500 manat pulu dəqiq xatırlamadığı tarixdə Rəqsanənin yaşadığı evdə, yəni ünvan 6 ünvanda yerləşən binada Rəqsanəyə vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 həyat yoldaşı Zəminəyə əlillik pensiyası düzəltdirməyi vəd edərək 800 manat pul istəmişdir. 2021-ci ilin təxminən iyun-iyul aylarında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 onların yaşadığı evin qarşısına gələrək hissə-hissə olmaqla yəni 200, 300 və 300 manat olmaqla ümumilikdə 800 manat pulu həyat yoldaşı Zəminəyə 2-ci qrup əlillik düzəltdirmək adı ilə almış və geri qaytarmamışdır. Həmin vaxtdan etibarən xeyli müddət keçmiş olsa da, Rəqsanə pulu geri qaytarmamışdır. Bundan başqa, uzaq qohumu sayılan Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında onlara qonaq gəlmişdir. Söhbət zamanı onlar Pərvizə Rəqsanə adlı qadının ona və həyat yoldaşı Zəminəyə əlillik pensiyası düzəldəcəyi adı ilə ümumilikdə 1300 manat pul aldığını, həmin pulu qaytarmadığını və əlillik pensiyası düzəltmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs1 da Rəqsanə adlı qadınla hüquqşünas kimi söhbət edib pulu qaytaracağını və onun əlilliyini bərpa etdirəcəyini vəd etmişdir. O da razılaşmış bir neçə ay keçsə də, Pərviz Rəqsanədən pulu ala bilməmişdir. Lakin daha sonra Pərviz özü əlilliyi bərpa etdirəcəyini bildirib və bunun qarşılığında 2500 manat pul lazım olduğunu bildirmiş, o da Pərvizlə razılaşmışdır. 2021-ci ilin noyabr ayının 15-də 2500 manat pulu Təqsirləndirilən şəxs1 adına göndərməli olmuş və oğlu Şahid1 poçt vasitəsilə 2500 manat pulu Şəki şəhərinin ərazisindən Təqsirləndirilən şəxs1 göndərmişdir. Həmin vaxtdan etibarən bir neçə il keçsə də, Təqsirləndirilən şəxs1 onu aldadaraq pulu qaytarmamışdır. Odur ki, məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və təqsirləndirilən şəxsə ciddi cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Atasının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əlaqədar şikayətlərin məzmunu ona aydındır. Təqsirləndirilən şəxs2 ilə əlaqəli hissələrlə onun məlumatı olmamışdır. Belə ki, şifahi qaydada bilirdi ki, Təqsirləndirilən şəxs2 atasının kəsilmiş əlillik pensiyasını bərpa etdirmək adı ilə ondan müxtəlif vaxtlarda pul almışdır. Lakin dəqiq hansı şəraitdə və hansı məbləğdə pul almasını bilməmişdir. Təqsirləndirilən şəxs1 isə onlarla uzaq qohumluq əlaqələrini olmasını bilir. O da Təqsirləndirilən şəxs1 Əmək və Əhalinin Sosial Müdafiə Naziriyində hüquqşünas işləməsini bilirdi. Belə ki, o, özünü onlara həmin vəzifəli şəxs kimi təqdim etmişdir. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 onlara qonaq gəlmişdi. Söhbət zamanı Pərviz öz atası Eldarın əlilliyini bərpa etdirəcəyini bildirib və qarşılığında 2500 manat pul lazım olmasını bildirmişdir. Atası da həmin məbləğə onunla razılaşmışdı. 2021-ci ilin noyabr ayının 15-də 2500 manat pulu Təqsirləndirilən şəxs1 adına göndərməli olmuşlar və atası ondan xahiş etmişdir ki, poçt vasitəsilə 2500 manat pulu Təqsirləndirilən şəxs1 göndərsin. O da Şəki şəhərində işləyib orada qaldığı üçün Təqsirləndirilən şəxs1 adına pulu Şəki şəhər mərkəzi poçtdan göndərmişdir. Həmin vaxt bir neçə ay keçməsinə baxmayaraq hər dəfə atasından əliliyinin bərpa olunub-olunmamasını soruşanda o bildirirdi ki, əlilliyi bərpa olunmayıb və qarşılığında verdikləri 2500 manat pulu Təqsirləndirilən şəxs1 qaytarmamışdır. Valideynləri yaşlı olduqları üçün pul köçürmə əməliyyatı apara bilmirlər və bu səbəbdən Təqsirləndirilən şəxs1 poçt vasitəsi ilə pulu köçürməyi ondan xahiş etmişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Rəqsanəni 1 il 6 ay olar ki, tanıyırdı, Təqsirləndirilən şəxs1 Rəqsanənin sayəsində tanımışdır. Kərəm dayını Rəqsanəgildə görüb tanımışdır, həmin vaxt dəqiq yadında qalmayıb Kərəm dayı 6500 yoxsa 7500 manat pulu Rəqsanəyə vermişdir. Rəqsanə də saymaq üçün həmin pulu ona verdi, o da saydı, 7500 manat pul idi, Rəqsanəyə verdi. Ona qətiyyən pul verilmədi. Pərviz iş düzəldir, ona görə pul verir. Rəqsanə Pərvizə telefon vasitəsilə Kərəm kişi gətirdiyi sənədin şəklini çəkib atdı. Pərviz bərpaedici işlər görürdü. Kərəm kişinin işi dolaşandan sonra Pərviz Rəqsanəgilə gələndə görmüşdür. Rəqsanə Pərvizə pul göndərib ya yox bilmir. Kərəm kişinin pensiyası kəsilmişdir deyə, Rəqsanəyə müraciət etmişdir. Qonşu kimi keçmişdi, iynə vurduruduğuna görə əli ağrıyırdı o səbəbdən durub gedə bilmədi. Rəqsanə dedi ki, Kərəm kişiyə inşaallah düzələr. Pərvizi Kərəm kişinin işindən sonra tanımışdır. Pərvizlə telefonla danışmışlar, onlardan da pul aldı ki, pensiya düzəldəcək. Birinci onlardan başladı, qaynanası 2100 manat, sonra qızından qızıl boyunbağını aldı, lakin düzəlmədi, qardaşı oğlunun da pensiyası kəsildi, ona görə də Pərvizə pul verdilər, lakin alınmadı, nə də pulu geri qaytarmadı. Bakıya getmişlər, pulu Pərvizə orada vermişdir, hər dəfə bəhanələr gətirirdi, Rəqsanəni tez-tez narahat edirdi ki, nə oldu, dedi ki, Pərvizə pulu özün vermisən. Kərəm kişinin işi ilə bağlı Pərvizlə telefon söhbətləri olub. Pərviz dedi: “Nəyə görə Kərəm kişidən pul almısınız?” Kərəm kişi onun nömrəsinə zəng vurdu ki, işi alınır ya yox, ona görə də Pərvizə zəng vurdu. Pərviz dedi: “Çalışacam, köməklik edəcəm”. Pərvizə vatsapda səs göndərmişdir, indi dəqiq yadında deyil, Kərəm kişinin işi ilə bağlı nə demişdir. Həqiqətən Pərvizə deyəndə ki, Kərəm kişidən 7500 manat pul alıb, həmin məsələyə görə tuta bilərlərmi, Pərviz əsəbləşdi ki, ona Rəqsanə pul verməyib. Kərəm kişinin nömrəsini ondan istəmişdir, o da sonuncunun nömrəsini Pərvizə vermişdir. Kərəm kişi Rəqsanəyə pulu tutulmazdan 10-15 gün əvvəl vermişdir. Rəqsanə Kərəm kişidən pulu alan günü Pərvizə zəng çatmadığını bildirmişdi. Pərviz dedi ki, ona zəng vurmayıb, pul göndərməyib. Kərəm kişi ilə əlaqədar bir neçə dəfə Pərvizlə danışmışdır. Rəqsanə pulu Pərvizə göndərib ya yox bilmir. Göndərdiyi pulun çeklərini saxla deyirdi. Deyirdi ki, Pərvizə bu qədər, digərlərinə bu qədər göndərmişdir, çekləri saxla. Bir neçə dəfə atdığı çekləri o götürmüşdür. Telefonunun ekranı yanıb, lakin yazışmalar hamısı telefonda qalıb. Pərvizin ona 300 manat borcu var, qaytarmayıb, söz verdi ki, düzələr, düzəlməyən iş yoxdur. Rəqsanə ilə Eldar kişigilə gedəndə, Pərvizi birinci dəfə orada gördü. Eldar kişi dedi ki, onun qohumu var, onda Rəqsanəyə dedi ki, gəl gedək, görək, nə deyir, həmin vaxt Pərvizi birinci dəfə orada görmüşdür. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 2500 manat pulu borc alması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və şahid ifadələri onun həmin cinayəti törətməsini təsdiq edir. Təqsirləndirilən şəxs aradan uzun müddət keçməsindən, kənar şəxslərin görməməsindən, həmçinin digər əlavə sübutların olmamasından sui-istifadə edərək, məhkəməyədək icraat zamanı törətdiyi cinayət əməlini etiraf etməməklə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdmüşdür. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərdən biri xx.xx.2022-ci il tarixə aiddir və ünvan 1 ünvanda yerləşən “5+” mağazasında quraşdırılmış terminal vasitəsilə 3900 manat pul müştərinin adı S....P....M (Təqsirləndirilən şəxs1) olaraq qeyd edilən əvvəli 416973 sonu 5825 olan karta göndərilmişdir. İkinci qəbzdə xx.xx.2022ci il tarixdə ünvan 1 ünvanda yerləşən “5+” mağazasında quraşdırılmış terminalla 2500 manat pul müştərinin adı S....P....M (Təqsirləndirilən şəxs1) olaraq qeyd edilən əvvəli 416973 sonu 5825 olan karta göndərilmişdir. 3-cü qəbzdə xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda «5+» mağazasında quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə 600 manat pul müştərinin adı S....P....M (Təqsirləndirilən şəxs1) olaraq qeyd edilən əvvəli 416973 sonu 5825 olan karta göndərilmişdir. 4-cü qəbzdə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti 21 ünvanda yerləşən “Bazarstore” mağazasında quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə 2000 manat pul müştərinin adı S....P....M (Təqsirləndirilən şəxs1) olaraq qeyd edilən əvvəli 416973 sonu 5825 olan karta göndərilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Şahid1 tərəfindən Azərpoçt MMC-nin Şəki MXŞ-dən 2500 manat pul Təqsirləndirilən şəxs1 adına göndərilmişdir. Cinayət işinin materiallarında olan 30 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 2500 manat pulu borc olaraq almasını bildirməsi barədə xüsusatlar özünü müdafiə xarakterli olduğundan rədd edilmiş, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.5, 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin hissədə onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.5, 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə onların barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs2 Zəminə İsmayılovadan əlillik pensiyası düzəltmək adı ilə ümumilikdə 1300 manat pulunu alması faktını təsdiq edə biləcək təkzibolunmaz sübutlar olmadığından Təqsirləndirilən şəxs2 xeyrinə həll edilməli, həmin xüsusat üzrə Təqsirləndirilən şəxs2 barəsində 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 barələrində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddələrlə, Təqsirləndirilən şəxs1 əməlində Azərbacyan Respublikası CM-nin 32.4, 312-ci maddələrlə cinayət təqibin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 1(007)- 170/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 13 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün və 05 iyun 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün, ümumilikdə 03 (üç) ay 08 (səkkiz) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasına iki gün hesabı ilə hesablayaraq üzərində 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-170/2023 saylı hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata götürüldüyü xx.xx.2023-cü il tarixdən ona tətbiq edilmiş elektron nəzarət vasitələrini özbaşına açaraq ENV-ni daşımaq vəzifəsini qərəzli pozduğu xx.xx.2024-cü il tarixədək hesablanmaqla cəzasının çəkilməmiş hissəsi 10 ay 28 gün təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-170/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 1(017)-120/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdə tutulması müddətini, yəni bir gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan Ağcabədi Rayon Məhkəməsinin 1(017)-120/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü şöbənin icraatına daxil olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməklə, həmçinin Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 qohumluq əlaqələri olan Zərərçəkmiş şəxs1 əlilliyə görə əvvəllər təyin edilmiş, lakin sonradan verilməsi kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib, sonuncunun etibarından sui-istifadə edərək, aldadılmasına nail olduqdan sonra 15 noyabr 2021-ci il tarixdə Şahid1 tərəfindən "xxxx" MMC-nin Şəki Müştəri Xidmətləri Şöbəsindən onun adına göndərilmiş 2500 (iki min beş yüz) manat məbləğdə pul vəsaitini həmin tarixdə Bakı şəhərində istintaqa məlum olmayan poçt şöbəsindən götürüb, ələ keçirməklə Zərərçəkmiş şəxs1 2500 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs2 əlilliyə görə əvvəllər təyin edilmiş, lakin sonradan verilməsi kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib, sonuncunun aldadılmasına nail olduqdan sonra, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsilə, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2, sonuncunun kirayədə yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi ev 6A, mənzil 62-də yerləşən evdə verdiyi 7500 manat pulu Təqsirləndirilən şəxs2 ilə birlikdə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla və aldığı pulu Təqsirləndirilən şəxs2 ilə birlikdə xərcləməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 əvvəllər işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində işə bərpa olunmasına köməklik edəcəyini yalandan vəd verib, onun aldadılmasına nail olduqdan sonra ona çatdırılması üçün Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 verdiyi və sonuncunun 2022-ci ilin mart ayının 20-dən 25-dək olan müddət ərzində Mingəçevir şəhərində yerləşən, istintaqa məlum olmayan «ödəmə terminalı» vasitəsilə onun istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 1500, xx.xx.2022-ci il tarixdə yenə də Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə həmin kart hesabına göndərdiyi 3900, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 ona məxsus həmin plastik kart hesabına göndərdiyi 2500 manat, 2022-ci ilin aprel ayının 14-dən 20-dək olan müddət ərzində Mingəçevir şəhərində Zərərçəkmiş şəxs2 şəxsən 500 manat, 2022-ci ilin aprel ayının 20dən 25-dək olan müddət ərzində ünvan 1-də quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 ona məxsus həmin plastik kart hesabına göndərdiyi 500 manat, yəni Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 8900 manat məbləğdə pulu Zərərçəkmiş şəxs2 vasitəsilə, habelə eyni məqsədlə Zərərçəkmiş şəxs3 ona xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında quraşdırılmış «Million» ödəmə terminalı vasitəsilə eyni plastik kart hesabına göndərdiyi 600 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 Mingəçevir şəhəri, H.Əliyev prospekti 21 №-li ünvanda quraşdırılmış «Million» ödəmə terminalı vasitəsilə eyni kart hesabına göndərdiyi 2000 manat məbləğdə pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da ümumilikdə Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 11.500 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxslərin etibarından suiistifadə etmək yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib onları aldatmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək niyyəti onun zərərçəkmiş şəxsi qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatması ilə eyni vaxtda yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsləri aldadaraq onların pul vəsaitlərini almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri əlverişsiz vəziyyətə salmaqla, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirməklə dələduzluq niyyətini gerçəkləşdirmişdir. Bununla belə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 qarşı xx.xx.2021-ci il tarixdə törətdiyi dələduzluq cinayəti üzrə özünü təqsirli bilməmiş, lakin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla onun cinayət əməli tam sübuta yetirilmişdir. Bununla belə həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Ona görə də məhkəmə həmin epizod üzrə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsini və icraata xitam verilməsinə razılıq verməməsini, həmçinin digər epizodlar üzrə cinayət məsuliyyətini istisna edən halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin epizod üzrə cəza təyin edilməsi qanunla istisna oluduğundan və bu hal cinayətin tövsifinin dəyişməsinə səbəb olmadığından, həmin epizod ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq əməlinə münasibətdə cinayətin təkrarlıq əlamətinin olmaması ilə bağlı öz mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci tarixdə 2500 (iki min beş yüz) manat məbləğində, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə 7.500 (yeddi min beş yüz) manat, Zərərçəkmiş şəxs3 2022-ci ilin mart ayının 20-25 tarixlərində 11.500 (on bir min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə olan halda vurulmuş ziyanın məbləğinə münasibətdə dələduzluğa daxil olan hər bir cinayətə müstəqil cinayət kimi baxılmalı və hər bir əməl müstəqil qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etdiyindən, yəni zərərçəkmiş şəxsə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğuna görə həmin epizod üzrə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətin tərkib əlamətləri mövcuddur. Həmin epizoda münasibətdə əməlin başa çatdığı vaxtdan iki ildən artıq müddət keçməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Lakin təqsirləndirilən şəxs həmin epizod üzrə özünü təqsirli bilməmiş və icraata xitam verilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyində xüsusilə qeyd etmişdir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında daha sonra vurğulamışdır ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci, 178.2.2-ci və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış qəbzdən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyandan 4000 manat Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş Sadiq adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Balakən RİHB-nın Qazma kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Qazma kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-170/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1–ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, hazırkı cinayət əməllərini hökm çıxarılmazdan əvvəl törətmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə və 2022-ci ilin mart-may ayları ərzində Cinayət Məcəlləsinin 178.2.1–ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin baxılan cinayət işi üzrə cinayət əməlini hökm çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət əməli təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl törədildiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 1(007)- 170/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) il müddət, CM-in 66.5–ci maddəsinə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş vahid cəzadan çəkilmiş cəza çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-170/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi 6 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 3 (üç) ay 08 (səkkiz) gün müddət, təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-4/2025 saylı 12 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Bundan başqa Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-170/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs əvvəlki iş üzrə 13 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək tutulmuş, 05 iyun 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Həmin müddət ümumilikdə 03 ay 08 gün təşkil edir. Ona görə də hazırkı cinayət işi üzrə həmin müddət nəzərə alınmalıdır. Eləcə də Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəmi 3 ay 10 gün müddət təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 3 ay 10 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 3 ay 10 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs, həm də mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia tələbinin həcminin azaldılmasına dair əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 9000 manat məbləğində pulun alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 9000 manat məbləğində pul tələbinə dair mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia mülki cavabdehə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki iddianın mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 7500 manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmçinin Zərərçəkmiş şəxs3 etibarından suiistifadə etmə və aldatma yolu ilə 11.500 manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır. Zərərçəkmiş şəxs isə Zərərçəkmiş şəxs2dur. Belə ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 vasitəsilə tanıması səbəbindən pulu ondan tələb etmiş və 9000 manat pul Zərərçəkmiş şəxs2 tərəfindən Zərərçəkmiş şəxs3 ödənilmişdir. Göründüyü kimi mülki iddiaçı Zərərçəkmiş şəxs2 digər Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanın 9.000 manat hissəsini onun əvəzinə ödəmişdir. Ona görə də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı mülki iddia verməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin qanuni əsasını təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının əlaqəli şəkildə tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181–ci maddəsinin tələblərinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2–ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3–cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Məhkəmə təqdim edilmiş sübutların məhkəmə istintaqında tədqiqi nəticəsində müəyyən etdi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ümumilikdə 9000 manat məbləğində maddi zərərə məruz qalmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1–ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Beləliklə məhkəmə istintaqında müəyyən edildi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ümumilikdə 9000 manat məbləğində maddi zərərə məruz qalmışdır. Ona görə də mülki iddia əsaslı olduğundan təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs1 9000 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Məhkəmə mülki iddia ərizəsinin verilməsi ilə bağlı ödənilməli olan dövlət rüsumuna münasibətdə qeyd edir ki, mülki iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehə aid edilməli və mülki cavabdehdən ödənilmiş dövlət rüsumunun 110 manat məbləğində hissəsi alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-170/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) il müddət hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 02 (iki) gün, əvvəlki cinayət işi üzrə 13 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün və 05 iyun 2023-cü il tarixdən 12 sentyabr 2023cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün, həmçinin Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-170/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü üzrə çəkilmiş 6 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 3 (üç) ay 08 (səkkiz) gün müddət, ümumilikdə 06 (altı) ay 18 (on səkkiz) gün müddət təyin edilmş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 9000 (doqquz min) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehə aid edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 ödənilmiş dövlət rüsumunun 110 (bir yüz on) manat məbləğində hissəsi alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-4/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-4/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver