Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-40/2020 02.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki Şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X1 , zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X4 və müdafiəçi X3 iştirakı ilə, xx xxxx 1939-cu ildə Yevlax rayonu Salamabad kəndində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, hal-hazırda Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 6A, mənzil 42 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2006-cı il yanvarın 1-dək qüvvədə olan “X2” haqqında xx.xx.1992-ci il tarixli qanuna əsasən xx.xx.2001-ci ildə yaşa görə pensiya təyin olunması ilə bağlı müraciət etdiyi Əmək və X13 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X6 xx.xx.2001-ci il tarixdə adına açılmış 022753 nömrəli pensiya işi üzrə həmin mərkəzin eyni tarixli, 229 nömrəli qərarı ilə əvvəli xx.xx.2001-ci il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilib “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Mingəçevir şəhər şöbəsində sifarişəsasında adına 0227xx xxxxx 4127**** **** 9113 nömrəli kartın hazırlanmasına və qeyd olunan bankdan götürülməsinə nail olduqdan sonra xx.xx.2005-ci il tarixədək, 2005-ci ilin avqust ayında yaşamaq üçün Ucar rayonu Qulabənd kəndinə köçdüyünə görə xx xxxxxx 2005-ci ildə Dövlət X15 Ucar rayon şöbəsinə pensiyanın verilməsinin davam etdirilməsi ilə bağlı müraciət edib həmin pensiya işinin DSMF-nin Mingəçevir şəhər şöbəsindən Ucar rayon şöbəsinə köçürülməsinə nail olmaqla Fondun həmin şəhər şöbəsinin xx xxxxxx 2005-ci il tarixli, 473 nömrəli qərarı ilə pensiyanın verilməsi davam etdirilməklə, Ucar rayon şöbəsində xx xxxxxx 2005-ci il tarixdə təyin olunan 090213 nömrəli pensiya işi üzrə adına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Ucar şəhəri Oğuz küçəsi 44 ünvanda yerləşən Ucar rayon şöbəsindən sifarişəsasında hazırlanıb verilmiş plastik kartlar vasitəsilə xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yaşa görə hesablanaraq ödənilmişəmək pensiyasını qanuni əsaslarla almasına baxmayaraq, vahid niyyətləözgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamaq məqsədilə, xx.xx.2002-ci ildə Dövlət X15 Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 60 ünvanda yerləşən filialında qeydiyyatda olmaqla oradan yaşa görə pensiya almasına baxmayaraq istintaqla müəyyən edilməyən tarixdə vəşəraitdə Ağdaş rayonu, Malay kəndinə köçüb orada yaşamaqla, xx.xx.2002-ci il tarixdə Ağdaş İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən Malay kəndində yaşaması ilə bağlı arayış alıb, həmin arayışı xx.xx.2002-ci il tarixdə əmək və X13 Nazirliyinin Ağdaşşəhəri H.Əliyev prospekti 97 ünvanda yerləşən Ağdaş əhalinin X10 yaşa görə pensiya təyin olunması ilə bağlıərizə ilə birlikdə mərkəzə təqdim etməklə, sonuncu Mərkəzin cinayətdən xəbərsiz olan kommissiyasının xx.xx.2002-ci il tarixli, 33 nömrəli qərarıəsasında əvvəli xx.xx.2002-ci il tarixdən hesablanmaqla yaşa görə 310444 nömrəli pensiya işinin açılmasına nail olduqdan sonra, istintaqla müəyyən edilməyən tarixdə vəşəraitdə Goranboy rayonuna köçüb Goranboy rayonu Yeni yol kəndində yaşamaqla xx.xx.2005-ci il tarixli ərizəsi ilə Dövlət X15 ünvan 5 ünvanda yerləşən Goranboy rayon şöbəsinə müraciət edərək pensiya işinin DSMF-nin Ağdaş rayon şöbəsindən Goranboy rayon şöbəsinə göndərilməsini xahiş etməsi ilə əlaqədar, həmin müraciət əsasında Ağdaş əhalinin X6 təyin edilmiş pensiyanın ödənişinin davam etdirilməsi məqsədilə xx.xx.2005-ci il tarixli göndərişlə pensiya işi Goranboy rayon şöbəsinə göndərildikdən sonra, sonuncu şöbənin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən cinayətdən xəbərsiz olan komissiyanın xx.xx.2005-ci il tarixli, 28 saylı qərarı ilə təyin olunan 080677 nömrəli pensiya işi üzrə ******************** nömrəli şəxsi hesabın açılmasına, şöbə tərəfindən adına 4169 **** **** 0426 nömrəli, xx xxxx 2010-cü ildə istifadə müddəti bitdiyi üçün 4169**** ****8967 nömrəli, xx.xx.2013-cü ildə istifadə müddəti bitdiyi üçün 6768**** ****3581 nömrəli, sonuncu dəfə xx.xx.2016-cı ildə istifadə müddəti bitdiyi üçün etibarlıq müddəti xx.xx.2019cu ilədək olan 6768 **** **** 9818 nömrəli pensiya kartlarının “xxxxxxxxxxxx” ASC-nin ünvan 6 ünvanda yerləşən Goranboy rayon filialından şifariş verilməklə hazırlanmasına və həmin kartların qeyd olunan bankdan götürülməsinə, 2005-ci ilin yanvar ayı daxil olmaqla 2007-ci ilin mart ayı daxil olmaqla ümumilikdə 863,23 manat pul vəsaitini “xxxxxxxx” MMC-in ünvan 8 ünvanda yerləşən Goranboy Poçt filial və digər vasitələrlə, 2007-ci ilin aprel ayı daxil olmaqla xx.xx.2017-ci il tarixədək DSMF-da qeydə alınmış 080677 saylı və“xxxxxxxxxxxx” ASC-də olan ******************** nömrəli şəxsi hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla yaşa görə əmək pensiyasının ödənilməsi üçün nəzərdə tutulmuş cəmi 16.426,29 manat pul vəsaitinin qanunsuz köçürülməsinə nail olmaqla əlbə əl (poçt vasitəsilə) və həmin plastik kartlar vasitəsilə xx.xx.2017-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan müxtəlif ünvanlarda yerləşən müxtəlif bankomatlardan, sonuncu dəfə isə xx.xx.2017-ci ildə Mingəçevir şəhəri Mingəçevir şəhəri Vəli Hüseynov küçəsi 10/97 ünvanında yerləşən ATM A0180010Cam1 saylı bankomatdan kömək etməsi üçün xahiş etdiyi cinayətdən xəbərsiz olan istintaqa məlum olmayan şəxslər vasitəsiləçıxarıb nağdlaşdırmaqla vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X19 məxsus olan 16426,29 (on altı min dörd yüz iyirmi altı manat iyirmi doqquz qəpik) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, yaşa görə əmək pensiyası təyin edilməsinə dair qeydə alınmış pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi tərəfindən aşkar edildikdən sonra pensiyanın verilməsinin xx.xx.2017-ci il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2019-cu ilin may ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2019-cu ilin iyun ayının 1-dək aylıq 169,79 manat olmaqla 22 ay üzrə cəmi 3735,38 manat məbləğində pul vəsaitini öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi yanında Dövlət X19 məxsus xeyli miqdar təşkil edən ümumilikdə 20.161,67 (iyirmi min bir yüz altmış bir manat altmış yeddi qəpik) manat pul vəsaitini vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamaq məqsədilə, Dövlət X15 Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 60 ünvanda yerləşən mərkəzində qeydiyyatda olmaqla oradan xx.xx.2001-ci il tarixdən yaşa görə pensiya almasına baxmayaraq istintaqla müəyyən edilməyən tarixdə vəşəraitdəünvan 10 ünvana köçüb orada yaşamaqla, xx.xx.2002-ci il tarixdə Əmək və X13 Nazirliyinin ünvan 11 ünvanda yerləşən Şəki rayon Əhalinin X10 yaşa görə pensiya təyin olunması ilə bağlıərizə ilə müraciət etdikdən və xx.xx.2002-ci il tarixli Şəki Rayon İcra Hakimiyyəti Başçısının “Damarçın” məhəllə nümayəndəliyindən Damarçın Məhəllləsi İ.Osmanlı küçəsi 6 ünvanında yaşaması ilə bağlı arayış alıb mərkəzə təqdim etdikdən sonra, sonuncu mərkəzin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən cinayətdən xəbərsiz olan komissiyanın xx.xx.2002-ci il tarixli, 07/395 nömrəli qərarı ilə təyin olunan 612646 nömrəli pensiya işi üzrə adına xx.xx.2005-ci il tarixində sifariş verilmiş 6126xx xxxxx 4127**** ****4869 nömrəli plastik kartı, 2007-ci il 29 oktyabr tarixində beş il müddətinə verilmiş 4127-**** ****9239 saylı plastik kart, etibarlılıq müddəti xx.xx.2012-ci il tarixindən xx.xx.2017-ci ilədək olan 6762**** **** 9984 saylı, etibarlılıq müddəti xx.xx.2017-ci ildən 2022-ci ilin noyabr ayınadək olan 6762**** **** 9984 saylı“xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Şəki şəhəri H.Əliyev prospekti 61A ünvanda yerləşən Şəki filialından sifarişəsasında hazırlanıb verilmiş plastik kartlar vasitəsilə 2005-ci ilin yanvar ayı daxil olmaqla 2006-ci ilin yanvar ayınadək ümumilikdə 627,26 manat, 2006-cı ilin yanvar ayının 1-dən 2018-ci ilin mart ayının 31-dək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-də olan 612646 nömrəli şəxsi hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla yaşa görə əmək pensiyasının ödənilməsi üçün nəzərdə tutulmuş cəmi 21.390,32 manat, ümumilikdə isə 22.017,58 manat pul vəsaitinin qanunsuz köçürülməsinə nail olmaqla həmin plastik kartlar vasitəsilə qeyd olunan pul vəsaitindən 21.260 manat pulu müxtəlif vaxtlarda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək müxtəlif ünvanlarda yerləşən bankomatlardan, sonuncu dəfə isə xx.xx.2018ci il tarixdə Mingəçevir şəhəri, Xətai küçəsində yerləşən “5+ Market”-də quraşdırılmış 648 saylı bankomatdan kömək etməsi üçün xahiş etdiyi cinayətdən xəbərsiz istintaqa məlum olmayan şəxslər vasitəsiləçıxarıb nağdlaşdırmaqla qalan 758.58 manat məbləğdə pulu isə istintaqa məlum olmayan şəraitdə və tarixlərdə əldə etməklə vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X19 məxsus olan 22017,58 (iyirmi iki min on yeddi manat əlli səkkiz qəpik) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, 612646 nömrəli pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi tərəfindən aşkar edildikdən sonra pensiyanın verilməsinin xx.xx.2018-ci il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2022-ci ilin oktyabr ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2022-ci ilin noyabr ayının 1-dək aylıq 207.80 manat olmaqla 55 ay üzrə cəmi 11.429 (on bir min dörd yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitini öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi yanında Dövlət X19 məxsus xeyli miqdar təşkil edən ümumilikdə 33.446,58 (oyuz üç min dörd yüz qırx altı manat əlli səkkiz qəpik) manat pul vəsaitini vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə təkrar cəhd etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrəözünü təqsirli bilərək göstərdi ki, 1960-cı ildən əmək fəaliyyətinə Mingəçevir şəhərində yerləşən Tekstil Kombinatında elektrik-mantyor kimi başlamış, 2002-ci ildə isə Mingəçevir şəhər Elektrik Şəbəkədən elektrik mantyoru kimi əmək müqaviləsinə xitam verilmişdir. Yaşa görə pensiya təyin olunması ilə bağlı 2001-ci ildə xatırlamadığı ay və gündə əmək və X13 Nazirliyinin Mingəçevir şəhər əhalinin X10 müraciət etmiş və həmin ildən yaşa görə pensiya təyin edilmişdir. 2002-ci ildə xatırlamadığı ay və gündə Ağdaş rayonunun Malay kəndinə köçüb orada yaşamağa başlamış, kənd icra nümayəndəliyindən arayış alıb Əmək və X13 Nazirliyinin Ağdaş əhalinin X10 yaşa görə pensiya təyin olunması ilə bağlı müraciət etmişdir. Ona yaşa görə pensiya təyin edildikdə Mingəçevir şəhərindən pensiya aldığını deməmişdir. Bundan başqa 2002-ci ildəŞəki rayonuna köçüb Damarçın məhəlləsində yaşamağa başlamış, həmin məhəllənin nümayəndəsindən orada yaşamağı haqqında arayış alıb yaşa görə pensiya təyin edilməsi bağlıƏmək və X13 Nazirliyinin Şəki rayon əhalinin X10 müraciət etmişdir. 2002-ci ildə ona yaşa görə pensiya təyin edilmişdir. Bundan sonra Goranboy rayonuna köçüb, hazırda xatırlamadığı ünvanda yaşamaqla, yaşadığı yerdən arayış alıb aparıb DSMF-nin Goranboy rayon şöbəsinə təqdim etmişdir. Orada Ağdaş əhalinin X6n pensiya aldığını demiş və pensiya işi həmin mərkəzdən DSMF-nin Goranboy rayon şöbəsinə göndərilmişdir. Daha sonra Ucar rayon Qulabənd kəndində köçüb və bir müddət orada yaşamaqla buna dair kənd nümayəndəsindən arayış alıb 2005-ci ildə xatırlamadığı ay və gündə Dövlət X15 Ucar rayon şöbəsinə müraciət edərək pensiya işinin Fondun Mingəçevir şəhər şöbəsindən Ucar rayon şöbəsinə köçürülməsini xahiş etmşdir. Müraciəti əsasında Fondun Ucar rayon şöbəsi Mingəçevir şəhər şöbəsindən pensiya işini tələb etmişdir. O, həmçinin ifadəsində bir neçə rayondan pensiya pulu alıb yığmaqla ev almaq istədiyini, lakin pul yığa bilmədiyi üçün ev almaq istəyinə nail ola bilmədiyini, pensiya pullarını lazım olmayan yerlərə xərclədiyini, DSMF-nin Goranboy vəŞəki rayon şöbəsindən aldığı pensiyanı poçt vasitəsi ilə əlbə əl, həmçinin kartla almasını, hazırda kartları itirməklə, harada olduğunu bilmədiyini, kartlarda olan pulun onun və ya razılığıəsasında həmin vaxt bankomatların yanında olan tanımadığışəxslər tərəfindən məxaric edilib ona verilməklə tərəfindən xərclənməsini, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı və xxxxxxxxxxxx ASC-lərdən daxil olan CD disklərin içərisində olan fotoşəkillərin bankomatlardan pul çıxaran zaman çəkilməsini, şəkillərdə yanında olan şəxslərin həmin vaxt bankomatların yanında olan tanımadığışəxslər olmaqla onlardan pensiya kartı vasitəsi ilə bankomatdan pulu məxaric edib ona verməsini xahiş etməsini, Mingəçevir şəhər sosial müdafiə mərkəzinə təqdim etdiyi xx.xx.2002-ci il tarixli ərizənin birinci səhifəsindəki imza qrafasında olan imzanın, Şəki şəhər sosial müdafiə mərkəzinə təqdim etdiyi xx.xx.2002-ci il tarixli ərizənin birinci səhifəsində imza qrafasında olan imzanın, Ağdaşşəhər sosial müdafiə mərkəzinə təqdim etdiyi xx.xx.2002-ci il tarixli ərizənin birinci səhifəsində imza qrafasında olan imzanın, DSMF-nin Ucar rayon şöbəsinə təqdim etdiyi xx.xx.2005-ci il tarixli ərizənin birinci səhifəsində imza qrafasında olan imzanın, DSMF-nin Goranboy rayon şöbəsinə təqdim etdiyi xx.xx.2005-ci il tarixli müraciətin imza qrafasında olan imzanın özünə aid olduğunu, əməlindən peşiman olduğunu göstərmişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşa görə pensiya təyin olunması ilə bağlı xx.xx.2001-ci ildə əmək və X13 Nazirliyinin Mingəçevir şəhər əhalinin X10 müraciət etmiş və mərkəzin xx.xx.2001-ci il tarixli qərarı ilə ona xx.xx.2001-ci il tarixdən hesablanmaqla 117000 manat yaşa görə pensiya təyin edilmişdir. Təqsirləndirilən şəxs Ucar rayon Qulabənd kəndində yaşadığıüçün xx.xx.2005-ci il tarixdə Dövlət X15 Ucar rayon şöbəsinə müraciət edərək pensiya işinin Fondun Mingəçevir şəhər şöbəsindən Ucar rayon şöbəsinə köçürülməsini xahiş etmiş və onun müraciəti əsasında Fondun Ucar rayon şöbəsi Mingəçevir şəhər şöbəsindən pensiya işini tələb etmiş, xx.xx.2005-ci il tarixli qərarla xx.xx.2005-ci il tarixdən hesablanmaqla ona 171650 manat yaşa görə pensiya təyin edilmişdir. xx.xx.2005-ci ildən xx.xx.2018-ci il tarixədək Fondun Ucar rayon şöbəsindən Təqsirləndirilən şəxs ümumilikdə 19350,30 manat pensiya pulu ödənişi həyata keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2001ci ildə əmək və X13 Nazirliyinin Mingəçevir şəhər əhalinin X6 pensiya təyin olunmasına baxmayaraq o, xx.xx.2002-ci ildə əmək və X13 Nazirliyinin Ağdaş əhalinin X10 yaşa görə pensiya təyin olunması ilə bağlı müraciət etmiş və mərkəzin xx.xx.2002-ci il tarixli qərarı ilə ona xx.xx.2002-ci il tarixdən hesablanmaqla 70000 manat yaşa görə pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2005-ci il tarixli göndərişindən görünür ki, DSMF-nin Goranboy rayon şöbəsi Təqsirləndirilən şəxs pensiya işini tələb etmişdir. xx.xx.2005-ci ildən xx.xx.2017-ci il tarixədək Fondun Goranboy rayon şöbəsindən Təqsirləndirilən şəxs ümumilikdə 16390,56 manat pensiya pulu ödənişi həyata keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildə Əmək və X13 Nazirliyinin Mingəçevir şəhər X13 mərkəzi və xx.xx.2002-ci ildə əmək və X13 Nazirliyinin Ağdaş əhalinin X6n yaşa görə pensiya təyin olunmasına baxmayaraq o, yenidən xx.xx.2002-ci il tarixdə yaşa görə pensiya təyin edilməsi bağlı müraciət etmiş və əmək və X13 Nazirliyinin Şəki rayon X13 mərkəzinin xx.xx.2002-ci il tarixli qərarı ilə ona xx.xx.2002-ci il tarixdən hesablanmaqla 119000 manat yaşa görə pensiya təyin edilmişdir. xx.xx.2002-ci ildən xx.xx.2018-ci il tarixədək Fondun Şəki rayon şöbəsindən Təqsirləndirilən şəxs ümumilikdə 21390,32 manat pensiya pulu ödənişi həyata keçirilmişdir. O, həmçinin ifadəsində qeyd olunan dövrlərdə qüvvədə olan “X2 haqqında” Azərbaycan Respublikasının Qanunun 96-cı maddəsinə əsasən pensiyalar ərizəçinin daimi yaşayış yeri üzrə rayon (şəhər) sosial təminat orqanları tərəfindən təyin edilməsini, Təqsirləndirilən şəxs pensiya işlərindən onun hər dəfə yaşadığıərazi üzrə müvafiq icra hakimiyyəti orqanından arayış alıb həmin rayon (şəhər) üzrə əhalinin X10 təqdim etməsini, həmin dövrdə Nazirliyin vahid elektron bazası olmamasını, Nazirliyin bir rayon (şəhər) əhalinin X6 pensiyaçılar haqqında toplanan məlumat bazası digər rayon (şəhər) mərkəzi tərəfindən görülmədiyi üçün şəxsə əvvəllər pensiya təyin edilməsini müəyyən edə bilmədiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 ifadəsində göstərmişdir ki, Şəki rayon X13 Mərkəzinin baş mühasibi kimi vəzifəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq mühasibat uçotunun qurulmasını və aparılmasını təmin etmək, nağd şəkildə daxil olan vəsaitlərin şöbənin kassasına mədaxil olunmasına nəzarət etmək və sairdən ibarət olmuşdur. Vətəndaş pensiya təyin olunması ilə bağlı mərkəzin pensiya və müavinət şöbəsinə müraciət edir, həmin şöbənin sahə müfəttişi vətəndaşın müraciəti əsasında pensiya təyin olunma məsələsini araşdırır və müvafiq sənədləri toplayır. Vətəndaşa mərkəzin komissiyasının qərarı ilə pensiya təyin edildikdən sonra mühasibatlıq tərəfindən vətəndaşa şəxsi hesab açılırdı və pensiya pulu bank və ya poçta köçürülür, vətəndaş isə həmin ödəmə məntəqələrindən pensiya pulunu əlbə əl almışdır. Bu qayda 2003-cü ilə kimi belə davam etmişdir. Təqsirləndirilən şəxs 612646 nömrəli pensiya işi üzrə pensiya təyin edilməsi haqqında xx.xx.2002-ci il tarixli, 07/395 nömrəli qərarda 7 rəqəmi əlyazmanın qarşısında olan imza ona aiddir, digər imzların kimə aid olmasını xatırlamır. Həmin dövrdəşifahi olan göstərişə əsasən vətəndaş yaxınlaşıb şəxsiyyət vəsiqəsi və ya pasportu olmadığını, məcburi köçkün və qaçqın olduğunu şifahi bildirdikdə yaşadığı yerdən arayış təqdim olunmaqla pensiya təyin olunması həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Əmək və X13 Nazirliyinin Mingəçevir şəhər X13 mərkəzi və Nazirliyin Ağdaş əhalinin X6n yaşa görə pensiya təyin olunması haqqında mərkəzə məlumat verməmişdir. Həmin dövrdə Nazirliyin bir rayon (şəhər) üzrə əhalinin X6 pensiyaçılar haqqında toplanan məlumat bazası digər rayon (şəhər) mərkəzi tərəfindən bilinmədiyi üçün şəxsə əvvəllər pensiya təyin edilməsini müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 1997-ci ildən DSMF-nun Şəki Şəhər şöbəsinin müfəttişi kimi əmək fəaliyyətinə başlayıb, xx xxx 2013-cü ildə Fondun Şəki şəhər şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdən isə DSMF-nin Şəki şəhər şöbəsinin müdiri vəzifəsini icra edir. Şöbə müdiri kimi vəzifəsi şöbənin fəaliyyətinə rəhbərlik etmək, vəzifə və funksiyalarına müvafiq olaraq işini təşkil etmək, işçilər arasında vəzifə bölgüsü aparmaq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar müraciətlərinə baxılması, pensiyaların kütləvi qaydada yenidən hesablanması vəödənilməsi işini təşkil etmək və bu işə nəzarəti həyata keçirmək, pensiya və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsinə rəhbərlik etməklə bu barədə qərarların düzgünlüyünü təsdiqləmək, pensiya təyin edən komissiyanın işinə rəhbərlik etmək, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirmək və sairdən ibarət olmuşdur. İşlədiyi dövrdə Namər Əskərovun həm DSMFnin Şəki şəhər şöbəsindən, həmdə digər iki rayon, yəni DSMF-nin Mingəçevir və Ağdaşşöbələrindən pensiya alması barədə məlumat olmamışdır. 2018-ci ildə DSMF-nin şəhər şöbəsinin müdir müavini işlədiyi dövrdə, X25 yaradılmış və həmin ilin aprel ayında DSMF-nin aparatından şöbənin pensiya sektoruna Təqsirləndirilən şəxs Şəkidən başqa digər rayonlardan da pensiya alması vəödənişlərin dayandırılması haqqında məlumat verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs pensiya işinin məlumatları yeni yaradılmış PAS proqramına birinci dəfəŞəki şəhər şöbəsi tərəfindən daxil edilmiş, digər rayonlardan Təqsirləndirilən şəxs məlumatlarının PAS sisteminə daxil edilməsi mümükün olmamış, bunun səbəbi araşdırıldıqda Təqsirləndirilən şəxs bir neçə rayondan pensiya aldığı müəyyən edilmişdir. PAS sisteminə bir nəfərin şəxsiyyət vəsiqəsinin fin nömrəsi yalnız bir dəfə daxil etmək mümkündür, ikinci dəfə bu mümkün olmur. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid5 ifadəsində göstərmişdir ki, 2005-ci ildə DSMF-nin Ucar rayon şöbəsinin Pensiya və müavinətlərin təyinatı sektorunda müdir işləmişdir. Sektor müdiri kimi vəzifəsi pensiyalar və pensiyalara əlavə olunan müavinətlərə dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun aidiyyəti üzrə işini təmin etmək, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar müraciətlərə baxılması işini həyata keçirmək, pensiya müavinətlərin təyin olunması və yenidən hesablanması üçün sektorun müfəttişləri tərəfindən təqdimatlara, ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiya müavinət alanların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasına nəzarəti yerinə yetirmək və sairdən ibarətdir. Təqsirləndirilən şəxs 090213 nömrəli pensiya işində olan DSMF-nin Ucar rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2005-ci il tarixli, 473 nömrəli qərarında sektor müdiri qrafasında olan imza ona aiddir. Digər imzalar baş mühasib Surə Talıbovaya, şöbə müdiri hazırda ölmüş Qasım Kamilova, hesablama aparan müfəttiş Sevil Kərimovaya aiddir. Təqsirləndirilən şəxs 2005-ci ildə Ucar rayon Qulabənd kəndində yaşaması barədə icra nümayəndəliyindən arayış təqdim edib ona DSMF-nin Mingəçevir şəhər şöbəsində 2001-ci ildə təyin edilmiş pensiyanın davamını Ucar rayonundan almaq istədiyini bildirmişdir. Bununla bağlı DSMF-nin Mingəçevir şəhər şöbəsinə müraciət olunub Təqsirləndirilən şəxs 022753 pensiya işi tələb edilmişdir. Bundan sonra DSMF-nin Ucar rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2005-ci il tarixli, 473 nömrəli qərarı ilə xx.xx.2005-ci ildən hesablanmaqla xx.xx.2018-ci ilədək Təqsirləndirilən şəxs pensiya verilməsi Ucar rayonundan həyata keçirilməyə başlanmışdır. X25 yarandıqdan sonra Təqsirləndirilən şəxs bir neçə rayondan pensiya pulu aldığı müəyyən edilmiş və ona pensiya verilməsi xx.xx.2018-ci ildən dayandırılmışdır. 2005-ci ildə vətəndaşa təyin edilmiş pensiya ilə bağlı toplanmış pensiya işinin köçürülməsi və pensiyanın verilməsinin davam etdirilməsi ilə bağlı ayrıca ərizə və qərar blankı olmadığından belə ərizə və qərarlar köhnə, yəni pensiya təyin olunması ilə bağlı olan ərizə və qərar blanklarında yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid6 ifadəsində göstərmişdir ki, 2000-ci ildən 2003-cü ilədək Ağdaş rayon X13 Mərkəzinin baş mühasibi işləmişdir. Baş mühasib kimi vəzifəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq mühasibat uçotunun qurulmasını və aparılmasını təmin etmək, nağd şəkildə daxil olan vəsaitlərin şöbənin kassasına mədaxil olunmasına nəzarət etmək və sairdən ibarət olmuşdur. Vətəndaş pensiya təyin olunması ilə bağlı mərkəzin pensiya və müavinət şöbəsinə müraciət edir, həmin şöbənin sahə müfəttişi vətəndaşın müraciəti əsasında ona pensiya təyin olunma məsələsini araşdırır və müvafiq sənədləri toplayır.Vətəndaşa mərkəzin komissiyasının qərarı ilə pensiya təyin edildikdən sonra mühasibatlıq tərəfindən şəxsi hesab açılır və pensiya pulu bank və ya poçta köçürülür, vətəndaş isə həmin ödəmə məntəqələrindən pensiya pulunu əlbə əl almışdır. Təqsirləndirilən şəxs 310444 nömrəli pensiya işi üzrə pensiya təyin edilməsi haqqında xx.xx.2002-ci il tarixli, 33 nömrəli qərarda baş mühasib sözünün qarşısında olan imza ona aiddir. Həmin dövrdəşifahi göstərişəsasən vətəndaş yaxınlaşıb şəxsiyyət vəsiqəsi və ya pasportu olmadığını, məcburi köçkün və qaçqın olduğunu şifahi bildirdikdə yaşadığı yerdən arayış təqdim olunmaqla pensiya təyin olunması həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Əmək və X13 Nazirliyinin Mingəçevir şəhər əhalinin X6n yaşa görə pensiya təyin olunması haqqında onlara, mərkəzə məlumat verməmişdir. Əgər məlumat vermiş olsaydı, onun pensiya işi digər rayon mərkəzindən tələb olunardı. Həmin dövrdə Nazirliyin bir rayon (şəhər) üzrə əhalinin X6 pensiyaçılar haqqında toplanan məlumat bazası digər rayon (şəhər) mərkəzi tərəfindən bilinmədiyi üçün şəxsə əvvəllər pensiya təyin edilməsini müəyyən edə bilməmişlər. Ona görədə Təqsirləndirilən şəxs bundan istifadə edib Mingəçevir şəhər əhalinin X6n ona pensiya təyin olunmasına baxmayaraq yenidən Ağdaş rayon X16 Mərkəzinə pensiya təyin olunması ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid7 ifadəsində göstərmişdir ki,1990cı ildə Ağdaş rayon Sosial Təminat Şöbəsinin Pensiya işi üzrə inspektoru (müfəttiş) vəzifəsinə təyin edilmişdir. 2003-cü ildə DSMF-nin Ağdaş rayon şöbəsində müfəttiş, 2007ci ildə isə DSMF-nin Ağdaş rayon şöbəsinin gəlirlər sektorunun məsləhətçisi işləmiş, 2008ci ildən isə tutduğu vəzifədən azad olunmuşdur. Müfəttiş kimi vəzifəsi təhkim olunduğu kontingent üzrə pensiyalar və pensiyalara əlavə olunan müavinətlərə dair qanunvericilik aktlarının düzgün tətbiqini təmin etmək, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar müraciətlərinə baxılması işini həyata keçirmək, pensiya-müavinətlərin təyin olunması və yenidən hesablanması üçün təqdimatlara, ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiya müavinət alanların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasını həyata keçirmək, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsini və baxılmasını, onların əldə edilməsi üçün vətəndaşlara köməklik göstərilməsindən sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılmasından ibarət olmuşdur. Ağdaş rayon X13 Mərkəzinin direktoru X11, baş müfəttiş X17, baş mühasib Şahid6 olmuşdur. Vətəndaşın pensiya təyin olunması ilə bağlı müraciətindən sonra pensiya müavinətlərinin təyinatı sektorunun müfəttişi pensiya təyin olunması və yenidən hesablanması üçün ərizələrə baxılmasını və pensiya alanların işlərinin və digər sənədlərinin hazırlanması işini həyata keçirir. Pensiya təyin olunması və yenidən hesablanması ilə bağlı qərar və sərancamların layihəsini hazırlayır bundan sonra sektor müdirinə təqdim edir. Pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın iclası keçirilməklə pensiya təyin edilməsi haqqında qərar qəbul edilir. Ağdaş rayon X16 Mərkəzinin xx.xx.2002-ci il tarixli, 33 nömrəli qərarında «hesablama apardı sahə müfəttiş» qrafasında olan imza ona aiddir. Təqsirləndirilən şəxs pensiya təyin olunması haqqında olan ərizə blankının boş qalan qrafaları tərəfindən yazılmaqla doldurulmuşdur. Qərarda olan digər imzaların kimə aid olmasını dəqiq xatırlamasada hesab edir ki, qərarın birinci səhifəsində olan alt-alta çəkilmiş imzlardan birinci müdir Hənifə Yusifovaya, ikinci imza həmin dövrdə DSMF-nin işçisi olan Ayaz Şərifova, üçüncü imza baş müfəttiş Almaz Həsənovaya, beşinci imza baş mühasib Şahid6 aiddir. Dördüncü imzanın kimə aid olmasını bilmir. Həmin dövrdə olan şifahi göstərişə əsasən vətəndaş yaxınlaşıb şəxsiyyət vəsiqəsi və ya pasportu olmadığını, məcburi köçkün və qaçqın olduğunu şifahi bildirdikdə yaşadığı yerdən arayış təqdim olunmaqla pensiya təyin olunması həyata keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı Ağdaş rayonu Malay kəndində yaşaması haqqında icra nümayəndəsindən arayış təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs pensiya təyin olunması ilə bağlı müraciət edən zaman onda Mingəçevir şəhər əhalinin X6 pensiya təyin olunması haqqında məlumatı olmamış, sonuncunun özüdə bu barədə onlara məlumat verməmişdir. Həmin dövrdə vətəndaşa digər rayondan pensiya təyin olunması haqqında məlumat olmurdu. Ona görədə Təqsirləndirilən şəxs bundan istifadə edib Mingəçevir şəhər əhalinin X6n ona pensiya təyin olunmasına baxmayaraq yenidən Ağdaş rayon X16 Mərkəzinə pensiya təyin olunması ilə bağlı müracət etmişdir. Daha sonra 2005-ci ildə Təqsirləndirilən şəxs pensiya işi Goranboy DSMF tərəfindən tələb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid8 ifadəsində göstərmişdir ki, 2001-ci ildən 2012-ci ilə kimi Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmişdir. Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə Qaradağlı, Malay və Cücük kəndləri daxil idi. Nümayəndə kimi vəzifəsi yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərimə aid olan məsələlərə dair təkliflər vermək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planlarıəsasında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə olan yaşayış evləri vəçoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq və sairdən ibarətdir. Təqsirləndirilən şəxs 310444 nömrəli pensiya işinə əlavə edilmiş sonuncunun Ağdaş rayonu Malay kəndində yaşaması haqqında olan xx.xx.2002-ci il tarixli, 266 nömrəli arayış icra nümayəndəsi işlədiyi dövrdə Təqsirləndirilən şəxs DSMF-nin Ağdaş rayon şöbəsinə təqdim etməsi üçün verilmişdir. Arayışda Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi qrafasında olan imza ona aiddir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid9 ifadəsində göstərmişdir ki, 2001-ci ildə əmək və X13 Nazirliyində Mingəçevir şəhər X16 mərkəzinin direktor müavini və Pensiya və müavinətlər şöbəsinin müdiri vəzifəsində işləmişdir. Şöbə müdiri kimi vəzifəsi pensiyalar və pensiyalara əlavə olunan müavinətlərə dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsindəşöbənin aidiyyəti üzrə işini təmin etmək, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar müraciətlərə baxılması işini həyata keçirmək, pensiya müavinətlərin təyin olunması və yenidən hesablanması üçün şöbənin müfəttişləri tərəfindən təqdimatlara, ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiya müavinət alanların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasına nəzarəti yerinə yetirmək və sairdən ibarətdir. 2003-cü ildə Mingəçevir şəhər X16 mərkəzinin pensiya və müavinətlər şöbəsi Dövlət X19 birləşdirilmişdir. DSMF-nin Pensiya təyinatı sektorunun müdiri vəzifəsinə təyin olunnmuş, xx xxxxxx 2016-cı ildə həmin vəzifədən azad olunmaqla hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 022753 nömrəli pensiya işi üzrə pensiya təyin edilməsi haqqında xx.xx.2001-ci il tarixli, 229 nömrəli qərarda 2 rəqəmi əlyazmasının qarşısında olan imza ona aiddir. Digər imzalar isə həmin dövrdə komissiyanın üzvləri olan şəxslərə aiddir. Belə ki, 1 rəqəmi əlyazmasının qarşısında olan imza Mingəçevir şəhər X16 mərkəzinin müdiri Sahib Hüseynova, 5 rəqəmi əlyazmasının baş mühasib Orxan Dadaşova məxsusdur. Digər komissiya üzvləri DSMF-nin Mingəçevir şəhər şöbəsinin baş müfəttişi X7, Mingəçevir şəhər Həmkarlar İttifaqının işçisi X8 və Mingəçevir şəhər X16 mərkəzinin baş müfəttişi Şahid10 olmuşdur. 3, 4, 6 rəqəmi əlyazmasının qarşısında olan imzalar onlara aiddir. Lakin konkret hansı imzanının kimə aid olmasını bilmir. Həmin şəxslər hal-hazırda yaşamırlar, ölmüşlər. Həmin dövrdə qüvvədə olan pensiya təyinatı haqqında qanuna əsasən vətəndaşa pensiya təyinatı yaşadığı yer üzrə aparılmışdır. Pensiya işinə əlavə edilmş yaşayış yerindən olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2001-ci ildə Mingəçevir şəhərində yaşamışdır. Təqsirləndirilən şəxs Əmək və X13 Nazirliyinin Mingəçevir şəhər əhalinin X6 ona pensiya təyin olunması barədə digər rayonlara məlumat verməyib ona görədə Ağdaş vəŞəki rayon X13 mərkəzlərində yenidən pensiya təyin edilmişdir. Həmin dövrdə Nazirliyin bir rayon (şəhər) üzrə əhalinin X6 pensiyaçılar haqqında toplanan məlumat bazası digər rayon (şəhər) mərkəzi tərəfindən bilinmədiyi üçün şəxsə əvvəllər pensiya təyin edilməsini müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid10 ifadəsində göstərmişdir ki, 2001-ci ildə Mingəçevir şəhər X16 mərkəzinin pensiya və müavinətlərin təyinatışöbəsinin baş müfəttişi işləmişdir. Müfəttiş kimi vəzifəsi təhkim olunduğu kontingent üzrə pensiyalar və pensiyalara əlavə olunan müavinətlərə dair qanunvericilik aktlarının düzgün tətbiqini təmin etmək, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar müraciətlərinə baxılması işini həyata keçirmək, pensiya-müavinətlərin təyin olunması və yenidən hesablanması üçün təqdimatlara, ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiya müavinət alanların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasını həyata keçirmək, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsini və baxılmasını, onların əldə edilməsi üçün vətəndaşlara köməklik göstərilməsindən sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılmasından ibarət olmuşdur. 2003-cü ildə başqa vəzifəyə keçməyimlə əlaqədar baş müfəttiş vəzifəsindən azad olunmuşdur. Təqsirləndirilən şəxs 022753 nömrəli pensiya işi üzrə pensiya təyin edilməsi haqqında xx.xx.2001-ci il tarixli, 229 nömrəli qərarın birinci səhifəsində baş müfəttiş qrafasında olan imza ona məxsusdur. Digər imzalar isə həmin dövrdə komissiyanın üzvləri olan şəxslərə aiddir. Belə ki, 1 rəqəmi əlyazmasının qarşısında olan imza Mingəçevir şəhər X16 mərkəzinin müdiri Sahib Hüseynova, 2 rəqəmi əlyazmasının qarşısında olan imza şöbə müdiri Şahid9, 5 rəqəmi əlyazmasının baş mühasib Orxan Dadaşova, digər komissiya üzvləri DSMF-nin Mingəçevir şəhər şöbəsinin baş müfəttişi X7, Mingəçevir şəhər Həmkarlar İttifaqının işçisi X8, Mingəçevir şəhər Maliyyə idarəsinin əməkdaşıƏliyev Nadir Məhəmməd oğlu olmuşdur. 3, 4, 6 rəqəmi əlyazmasının qarşısında olan imzalar onlara aiddir. Həmin şəxslər hal-hazırda yaşamır, ölmüşlər. Qərarın 2-ci səhifəsində aşağıda hesablamanı apardı sahə müfəttişi qrafasında olan imza Əlibaba Şahbazlıya aiddir. Həmin dövrdə qüvvədə olan pensiya təyinatı haqqında qanuna əsasən vətəndaşa pensiya təyinatı kişilər üçün 62 yaş tamam olmaqla yaşadığı yer üzrə aparılmışdır. Pensiya işinə əlavə edilmş yaşayış yerindən olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2001-ci ildə Mingəçevir şəhərində yaşamışdır. Təqsirləndirilən şəxs Əmək və X13 Nazirliyinin Mingəçevir şəhər əhalinin X6 ona pensiya təyin olunması barədə digər rayonlara məlumat verməmiş, ona görədə Ağdaş vəŞəki rayon X13 mərkəzlərində ona yenidən pensiya təyin edilmişdir. Həmin dövrdə Nazirliyin bir rayon (şəhər) əhalinin X6 pensiyaçılar haqqında toplanan məlumat bazası digər rayon (şəhər) mərkəzi tərəfindən bilinmədiyi üçün şəxsə əvvəllər pensiya təyin edilməsini müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid11 ifadəsində göstərmişdir ki, 2005-ci ildə DSMF-nin Goranboy rayon şöbəsinin pensiya sektorunun baş müfəttişi işləmiş, baş müfəttiş kimi vəzifəsi təhkim olunduğu kontingent üzrə pensiyalar və pensiyalara əlavə olunan müavinətlərə dair qanunvericilik aktlarının düzgün tətbiqini təmin etmək, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar müraciətlərinə baxılması işini həyata keçirmək, pensiyamüavinətlərin təyin olunması və yenidən hesablanması üçün təqdimatlara, ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiya müavinət alanların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasını həyata keçirmək, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsini və baxılmasını, onların əldə edilməsi üçün vətəndaşlara köməklik göstərilməsindən sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs 310444 (080677) nömrəli pensiya işi üzrə pensiya təyin edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 28 nömrəli qərarın birinci səhifəsində aşağıda baş müfəttiş qrafasında olan imza ona, şöbə müdiri qrafasında olan imza Şahid12, sektor müdiri qrafasında olan imza həmin dövrdə DSMF-nin Goranboy rayon şöbəsinin pensiya təyinatı sektorunun müdiri X9, baş mühasib qrafasında olan imza həmin dövrdə DSMF-nin Goranboy rayon şöbəsinin mühasibi Allahverdiyeva Rahiləİsax qızına, qərarın 2-ci səhifəsində aşağıda hesablamanı apardı qrafasında olan imza pensiya təyinatı sektorunun müfəttişi Elxan Böyükkişiyevə aiddir. Rahilə Allahverdiyeva isəölmüşdür. Təqsirləndirilən şəxs həm DSMF-nin Şəki şəhər şöbəsindən, həmdə digər iki rayon, yəni Mingəçevir şəhər əhalinin X6n və Ağdaş rayon əhalinin X6n pensiya alması barədə məlumat olmamışdır. Həmin dövrdə pensiyaçılar haqqında toplanan məlumat bazası digər rayon (şəhər) şöbələri tərəfindən bilinmədiyi və görülmədiyi üçün şəxsə əvvəllər pensiya təyin edilməsini müəyyən edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunda yaşaması haqqında arayış və pensiya işinin tələb olunması və ya təyin olunması ilə bağlı DSMF-nin Goranboy rayon şöbəsinə müraciəti olmudur. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid12 ifadəsində göstərmişdir ki, 2005-ci ildə Dövlət X15 Goranboy rayon şöbəsinin müdiri işləmişdir. Şöbə müdiri kimi vəzifəsi şöbənin fəaliyyətinə rəhbərlik etmək, vəzifə və funksiyalarına müvafiq olaraq işini təşkil etmək, işçilər arasında vəzifə bölgüsü aparmaq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar müraciətlərinə baxılması, pensiyaların kütləvi qaydada yenidən hesablanması vəödənilməsi işini təşkil etmək və bu işə nəzarəti həyata keçirmək, pensiya və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsinə rəhbərlik etməklə bu barədə qərarların düzgünlüyünü təsdiqləmək, pensiya təyin edən komissiyanın işinə rəhbərlik etmək, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirmək və sairdən ibarət olmuşdur. 2006-cı ildə həmin vəzifədən azad olunmaqla hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 310444 (080677) nömrəli pensiya işi üzrə pensiya təyin edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 28 nömrəli qərarın birinci səhifəsində aşağıda söbə müdiri qrafasında olan imza ona, sektor müdiri qrafasında olan imza həmin dövrdə DSMF-nin Goranboy rayon şöbəsinin pensiya təyinatı sektorunun müdiri X9, baş mühasib qrafasında olan imza həmin dövrdə DSMF-nin Goranboy rayon şöbəsinin mühasibi Allahverdiyeva Rahiləİsax qızına, baş müfəttiş qrafasında olan imza həmin dövrdə DSMF-nin Goranboy rayon şöbəsinin pensiya təyinatı sektorunun baş müfəttişi Şahid11, qərarın 2-ci səhifəsində aşağıda hesablamanı apardı qrafasında olan imza pensiya təyinatı sektorunun müfəttişi Elxan Böyükkişiyevə aiddir. Rahilə Allahverdiyeva hal-hazırda yaşamır, ölmüşdür. Təqsirləndirilən şəxs həm DSMF-nin Şəki şəhər şöbəsindən, həmdə digər iki rayon, yəni Mingəçevir şəhər əhalinin X6n və Ağdaş rayon əhalinin sosial müdafəsi mərkəzindən pensiya alması barədə məlumatı olmamışdır. Həmin dövrdə pensiyaçılar haqqında toplanan məlumat bazası digər rayon (şəhər) şöbələri tərəfindən bilinmədiyi üçün şəxsə əvvəllər pensiya təyin edilməsini müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid13 ifadəsində göstərmişdir ki, 2001-ci ildən Goranboy rayon İcra Hakimiyyəti Başçısının Yeni Yol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyir. Nümayəndə kimi vəzifəsi yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərimə aid olan məsələlərə dair təkliflər vermək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planlarıəsasında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə olan yaşayış evləri vəçoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq və sairdən ibarətdir. Təqsirləndirilən şəxs 2005-ci ilin fevral ayında Goranboy rayonu Yeni Yol kəndində yaşaması haqqında DSMF-ni Goranboy rayon şöbəsinə təqdim etməsi üçün arayış vermiş. Həmin arayış 2002, 2003, 2004, 2005 Yeni Yol kənd icra nümayəndəliyinin arayışların qeydiyyatı kitabında xx xxxxxx 2005-ci il tarixdə, 143 nömrəsi altında qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid1 və Şahid4 istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin V cild 67-71-ci vərəqlərində olan məhkəmə-xətşünaslıq ekspetizasının xx.xx.2020-ci il tarixli, 2418 nömrəli rəyində qeyd edilmişdir ki, Əmək və X13 Nazirliyinin Mingəçevir şəhər X13 mərkəzinin x xxxxxx 2001-ci il tarixli qərarı ilə yaşa görə təyin edilmiş 022753(090213) nömrəli pensiya işində olan x xxxxxx 2001-ci il tarixli ərizədə“İmza” qrafasındakı imza, Əmək və X13 Nazirliyinin Şəki rayon X13 mərkəzinin xx xxxxxx 2002-ci il tarixli qərarı ilə yaşa görə təyin edilmiş 612646 nömrəli pensiya işində olan x xxxxxx 2002-ci il tarixli ərizədə“imza” qrafasındakı imza, Əmək və X13 Nazirliyinin Ağdaş rayon X13 mərkəzinin x xxxxx 2002-ci il tarixli qərarı ilə yaşa görə təyin edilmiş 310444 (080677) nömrəli pensiya işində olan x xxxx 2002-ci il tarixli ərizədə“İmza” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsinin Mütəxəssis Təhlilləri şöbəsinin baş məsləhətçisi X5 xx xxxxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, DSMF-nin Şəki rayon şöbəsində Təqsirləndirilən şəxs 612646 nömrəli pensiya işi üzrə 21390 manat əsassız pul vəsaiti ödənmişdir. Təqsirləndirilən şəxs Mingəçevir şəhər Əmək və əhalinin X6 yaşa görə təyin edilmiş və DSMF-nin Ucar rayon şöbəsində davam etdirilmiş pensiya ilk dəfə təyin edildiyindən və buna görə pul ödənilməsinə baxmayaraq, Ağdaş rayon Əmək və əhalinin Sosial Mərkəzində təyin olunmuş və DSMF-nin Goranboy rayon şöbəsi tərəfindən pensiya ödənişi həyata keçirilməsi əsassız olmuşdur. Cinayət işinə əlavə edilmiş 022753 nömrəli pensiya işində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildə yaşa görə pensiya təyin olunması ilə bağlıƏmək və X13 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X6 müraciət etmiş, xx.xx.2001-ci il tarixdə adına açılmış 022753 nömrəli pensiya işi üzrə həmin mərkəzin eyni tarixli, 229 nömrəli qərarı ilə əvvəli xx.xx.2001-ci il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilib “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Mingəçevir şəhər şöbəsində sifarişəsasında adına 0227xx xxxxx 4127**** **** 9113 nömrəli kartın hazırlanmasına və qeyd olunan bankdan götürmüş, xx.xx.2005-ci il tarixədək, 2005-ci ilin avqust ayında yaşamaq üçün Ucar rayonu Qulabənd kəndinə köçdüyünə görə xx xxxxxx 2005-ci ildə Dövlət X15 Ucar rayon şöbəsinə pensiyanın verilməsinin davam etdirilməsi ilə bağlı müraciət edib həmin pensiya işinin DSMF-nin Mingəçevir şəhər şöbəsindən Ucar rayon şöbəsinə köçürülmüş, Fondun həmin şəhər şöbəsinin xx xxxxxx 2005-ci il tarixli, 473 nömrəli qərarı ilə pensiyanın verilməsi davam etdirilməklə, Ucar rayon şöbəsində xx xxxxxx 2005-ci il tarixdə təyin olunan 090213 nömrəli pensiya işi üzrə adına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Ucar şəhəri Oğuz küçəsi 44 ünvanda yerləşən Ucar rayon şöbəsindən sifarişəsasında hazırlanıb verilmiş plastik kartlar vasitəsilə xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yaşa görə 17.770,10 AZN məbləğdə hesablanaraq əmək pensiyasıödənilmişdir. 310444 saylı pensiya işində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdə Ağdaşİcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən Malay kəndində yaşaması ilə bağlı arayış alıb, həmin arayışı xx.xx.2002-ci il tarixdə əmək və X13 Nazirliyinin Ağdaşşəhəri H.Əliyev prospekti 97 ünvanda yerləşən Ağdaş əhalinin X10 yaşa görə pensiya təyin olunması ilə bağlıərizə ilə birlikdə mərkəzə təqdim etməklə, sonuncu Mərkəzin kommissiyasının xx.xx.2002-ci il tarixli, 33 nömrəli qərarıəsasında əvvəli xx.xx.2002-ci il tarixdən hesablanmaqla yaşa görə 310444 nömrəli pensiya işinin açılmış, xx.xx.2005-ci il tarixli ərizəsi ilə Dövlət X15 ünvan 5 ünvanda yerləşən Goranboy rayon şöbəsinə müraciət edərək pensiya işinin DSMF-nin Ağdaş rayon şöbəsindən Goranboy rayon şöbəsinə göndərilməsini xahiş etməsi ilə əlaqədar, həmin müraciət əsasında Ağdaş əhalinin X6 təyin edilmiş pensiyanın ödənişinin davam etdirilməsi məqsədilə xx.xx.2005-ci il tarixli göndərişlə pensiya işi Goranboy rayon şöbəsinə göndərilmiş, sonuncu şöbənin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2005-ci il tarixli, 28 saylı qərarı ilə təyin olunan 080677 nömrəli pensiya işi üzrə ******************** nömrəli şəxsi hesabın açılmasına, şöbə tərəfindən adına 4169 **** **** 0426 nömrəli, xx xxxx 2010-cü ildə istifadə müddəti bitdiyi üçün 4169**** ****8967 nömrəli, xx.xx.2013-cü ildə istifadə müddəti bitdiyi üçün 6768**** ****3581 nömrəli, sonuncu dəfə xx.xx.2016-cı ildə istifadə müddəti bitdiyi üçün etibarlıq müddəti xx.xx.2019-cu ilədək olan 6768 **** **** 9818 nömrəli pensiya kartlarının “xxxxxxxxxxxx” ASC-nin ünvan 6 ünvanda yerləşən Goranboy rayon filialından şifariş verilməklə hazırlanmış və həmin kartlar qeyd olunan bankdan götürülmüş, 2007-ci ilin aprel ayı daxil olmaqla xx.xx.2017-ci il tarixədək DSMF-da qeydə alınmış 080677 saylı və“xxxxxxxxxxxx” ASC-də olan ******************** nömrəli şəxsi hesabına DSMF tərəfindən 16.426,29 manat pul vəsaiti köçürülmüş, yaşa görə əmək pensiyası təyin edilməsinə dair qeydə alınmış pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə pensiyanın verilməsinin dayandırılması səbəbindən, həmin tarixdən 2019-cu ilin may ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2019-cu ilin iyun ayının 1-dək aylıq 169,79 manat olmaqla 22 ay üzrə cəmi 3735,38 manat məbləğində pul vəsaiti köçürülə bilməmişdir. 612646saylı pensiya işində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixli Şəki Rayon İcra Hakimiyyəti Başçısının “Damarçın” məhəllə nümayəndəliyindən Damarçın Məhəllləsi İ.Osmanlı küçəsi 6 ünvanında yaşaması ilə bağlı arayış alıb, həmin arayışıƏmək və X13 Nazirliyinin ünvan 11 ünvanda yerləşən Şəki rayon Əhalinin X10 yaşa görə pensiya təyin olunması ilə bağlıərizə ilə birlikdə təqdim etməklə, sonuncu Mərkəzin komissiyasının xx.xx.2002-ci il tarixli, 07/395 nömrəli qərarıəsasında yaşa görə 612646 nömrəli pensiya işi açılmış, həmin pensiya işi üzrə adına xx.xx.2005-ci il tarixində 4127**** ****4869 nömrəli, 2007-ci il 29 oktyabr tarixində beş il müddətinə 4127-2211-1276-9239 saylı, etibarlılıq müddəti xx.xx.2012-ci il tarixindən xx.xx.2017-ci ilədək olan 6762**** **** 9984 saylı, etibarlılıq müddəti xx.xx.2017-ci ildən 2022-ci ilin noyabr ayınadək olan 6762**** **** 9984 saylı“ pensiya kartlarının xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Şəki şəhəri H.Əliyev prospekti 61A ünvanda yerləşən Şəki filialından sifariş verilməklə hazırlanmış və həmin kartlar qeyd olunan bankdan götürülmüş, 2005-ci ilin yanvar ayı daxil olmaqla 2018-ci ilin mart ayının 31-dək DSMF-də qeydə alınmış 612646 saylı və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-də olan 612646 nömrəli şəxsi hesabına DSMF tərəfindən 22.017,58 manat pul vəsaiti köçürülmüş, yaşa görə əmək pensiyası təyin edilməsinə dair qeydə alınmış pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2022-ci ilin oktyabr ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2022-ci ilin noyabr ayının 1-dək aylıq 207.80 manat olmaqla 55 ay üzrə cəmi 11.429 (on bir min dörd yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti köçürülə bilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2006-cı il yanvarın 1- dək qüvvədə olan “X2” haqqında xx.xx.1992-ci il tarixli qanuna əsasən xx.xx.2001-ci ildə yaşa görə pensiya təyin olunması ilə bağlı müraciət etdiyi Əmək və X13 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X6 xx.xx.2001-ci il tarixdə adına açılmış 022753 nömrəli pensiya işi üzrə həmin mərkəzin eyni tarixli, 229 nömrəli qərarı ilə əvvəli xx.xx.2001-ci il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilib “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Mingəçevir şəhər şöbəsində sifarişəsasında adına 0227xx xxxxx 4127**** **** 9113 nömrəli kartın hazırlanmasına və qeyd olunan bankdan götürülməsinə nail olduqdan sonra xx.xx.2005-ci il tarixədək, 2005-ci ilin avqust ayında yaşamaq üçün Ucar rayonu Qulabənd kəndinə köçdüyünə görə xx xxxxxx 2005-ci ildə Dövlət X15 Ucar rayon şöbəsinə pensiyanın verilməsinin davam etdirilməsi ilə bağlı müraciət edib həmin pensiya işinin DSMF-nin Mingəçevir şəhər şöbəsindən Ucar rayon şöbəsinə köçürülməsinə nail olmaqla Fondun həmin şəhər şöbəsinin xx xxxxxx 2005ci il tarixli, 473 nömrəli qərarı ilə pensiyanın verilməsi davam etdirilməklə, Ucar rayon şöbəsində xx xxxxxx 2005-ci il tarixdə təyin olunan 090213 nömrəli pensiya işi üzrə adına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Ucar şəhəri Oğuz küçəsi 44 ünvanda yerləşən Ucar rayon şöbəsindən sifarişəsasında hazırlanıb verilmiş plastik kartlar vasitəsilə xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yaşa görə hesablanaraq ödənilmişəmək pensiyasını qanuni əsaslarla almasına baxmayaraq, vahid niyyətləözgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamaq məqsədilə, xx.xx.2002-ci ildə Dövlət X15 Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 60 ünvanda yerləşən filialında qeydiyyatda olmaqla oradan yaşa görə pensiya almasına baxmayaraq istintaqla müəyyən edilməyən tarixdə vəşəraitdə Ağdaş rayonu, Malay kəndinə köçüb orada yaşamaqla, xx.xx.2002-ci il tarixdə Ağdaşİcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən Malay kəndində yaşaması ilə bağlı arayış alıb, həmin arayışı xx.xx.2002-ci il tarixdə əmək və X13 Nazirliyinin Ağdaşşəhəri H.Əliyev prospekti 97 ünvanda yerləşən Ağdaş əhalinin X10 yaşa görə pensiya təyin olunması ilə bağlıərizə ilə birlikdə mərkəzə təqdim etməklə, sonuncu Mərkəzin cinayətdən xəbərsiz olan kommissiyasının xx.xx.2002-ci il tarixli, 33 nömrəli qərarıəsasında əvvəli xx.xx.2002-ci il tarixdən hesablanmaqla yaşa görə 310444 nömrəli pensiya işinin açılmasına nail olduqdan sonra, istintaqla müəyyən edilməyən tarixdə vəşəraitdə Goranboy rayonuna köçüb Goranboy rayonu Yeni yol kəndində yaşamaqla xx.xx.2005-ci il tarixli ərizəsi ilə Dövlət X15 ünvan 5 ünvanda yerləşən Goranboy rayon şöbəsinə müraciət edərək pensiya işinin DSMF-nin Ağdaş rayon şöbəsindən Goranboy rayon şöbəsinə göndərilməsini xahiş etməsi ilə əlaqədar, həmin müraciət əsasında Ağdaş əhalinin X6 təyin edilmiş pensiyanın ödənişinin davam etdirilməsi məqsədilə xx.xx.2005-ci il tarixli göndərişlə pensiya işi Goranboy rayon şöbəsinə göndərildikdən sonra, sonuncu şöbənin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən cinayətdən xəbərsiz olan komissiyanın xx.xx.2005-ci il tarixli, 28 saylı qərarı ilə təyin olunan 080677 nömrəli pensiya işi üzrə ******************** nömrəli şəxsi hesabın açılmasına, şöbə tərəfindən adına 4169 **** **** 0426 nömrəli, xx xxxx 2010-cü ildə istifadə müddəti bitdiyi üçün 4169**** ****8967 nömrəli, xx.xx.2013-cü ildə istifadə müddəti bitdiyi üçün 6768**** ****3581 nömrəli, sonuncu dəfə xx.xx.2016-cı ildə istifadə müddəti bitdiyi üçün etibarlıq müddəti xx.xx.2019cu ilədək olan 6768 **** **** 9818 nömrəli pensiya kartlarının “xxxxxxxxxxxx” ASC-nin ünvan 6 ünvanda yerləşən Goranboy rayon filialından şifariş verilməklə hazırlanmasına və həmin kartların qeyd olunan bankdan götürülməsinə, 2005-ci ilin yanvar ayı daxil olmaqla 2007-ci ilin mart ayı daxil olmaqla ümumilikdə 863,23 manat pul vəsaitini “xxxxxxxx” MMC-in ünvan 8 ünvanda yerləşən Goranboy Poçt filial və digər vasitələrlə, 2007-ci ilin aprel ayı daxil olmaqla xx.xx.2017-ci il tarixədək DSMF-da qeydə alınmış 080677 saylı və“xxxxxxxxxxxx” ASC-də olan ******************** nömrəli şəxsi hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla yaşa görə əmək pensiyasının ödənilməsi üçün nəzərdə tutulmuş cəmi 16.426,29 manat pul vəsaitinin qanunsuz köçürülməsinə nail olmaqla əlbə əl (poçt vasitəsilə) və həmin plastik kartlar vasitəsilə xx.xx.2017-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan müxtəlif ünvanlarda yerləşən müxtəlif bankomatlardan, sonuncu dəfə isə xx.xx.2017-ci ildə Mingəçevir şəhəri Mingəçevir şəhəri Vəli Hüseynov küçəsi 10/97 ünvanında yerləşən ATM A0180010Cam1 saylı bankomatdan kömək etməsi üçün xahiş etdiyi cinayətdən xəbərsiz olan istintaqa məlum olmayan şəxslər vasitəsiləçıxarıb nağdlaşdırmaqla vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X19 məxsus olan 16426,29 (on altı min dörd yüz iyirmi altı manat iyirmi doqquz qəpik) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, yaşa görə əmək pensiyası təyin edilməsinə dair qeydə alınmış pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi tərəfindən aşkar edildikdən sonra pensiyanın verilməsinin xx.xx.2017-ci il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2019-cu ilin may ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2019-cu ilin iyun ayının 1-dək aylıq 169,79 manat olmaqla 22 ay üzrə cəmi 3735,38 manat məbləğində pul vəsaitini öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi yanında Dövlət X19 məxsus xeyli miqdar təşkil edən ümumilikdə 20.161,67 (iyirmi min bir yüz altmış bir manat altmış yeddi qəpik) manat pul vəsaitini vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamaq məqsədilə, Dövlət X15 Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 60 ünvanda yerləşən mərkəzində qeydiyyatda olmaqla oradan xx.xx.2001-ci il tarixdən yaşa görə pensiya almasına baxmayaraq istintaqla müəyyən edilməyən tarixdə vəşəraitdəünvan 10 ünvana köçüb orada yaşamaqla, xx.xx.2002-ci il tarixdə əmək və X13 Nazirliyinin ünvan 11 ünvanda yerləşən Şəki rayon Əhalinin X10 yaşa görə pensiya təyin olunması ilə bağlıərizə ilə müraciət etdikdən və xx.xx.2002-ci il tarixli Şəki Rayon İcra Hakimiyyəti Başçısının “Damarçın” məhəllə nümayəndəliyindən Damarçın Məhəllləsi İ.Osmanlı küçəsi 6 ünvanında yaşaması ilə bağlı arayış alıb mərkəzə təqdim etdikdən sonra, sonuncu mərkəzin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən cinayətdən xəbərsiz olan komissiyanın xx.xx.2002-ci il tarixli, 07/395 nömrəli qərarı ilə təyin olunan 612646 nömrəli pensiya işi üzrə adına xx.xx.2005-ci il tarixində sifariş verilmiş 6126xx xxxxx 4127**** ****4869 nömrəli plastik kartı, 2007-ci il 29 oktyabr tarixində beş il müddətinə verilmiş 4127-**** ****9239 saylı plastik kart, etibarlılıq müddəti xx.xx.2012-ci il tarixindən xx.xx.2017-ci ilədək olan 6762**** **** 9984 saylı, etibarlılıq müddəti xx.xx.2017-ci ildən 2022-ci ilin noyabr ayınadək olan 6762**** **** 9984 saylı“xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-nin Şəki şəhəri H.Əliyev prospekti 61A ünvanda yerləşən Şəki filialından sifarişəsasında hazırlanıb verilmiş plastik kartlar vasitəsilə 2005-ci ilin yanvar ayı daxil olmaqla 2006-ci ilin yanvar ayınadək ümumilikdə 627,26 manat, 2006-cı ilin yanvar ayının 1-dən 2018-ci ilin mart ayının 31-dək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-də olan 612646 nömrəli şəxsi hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla yaşa görə əmək pensiyasının ödənilməsi üçün nəzərdə tutulmuş cəmi 21.390,32 manat, ümumilikdə isə 22.017,58 manat pul vəsaitinin qanunsuz köçürülməsinə nail olmaqla həmin plastik kartlar vasitəsilə qeyd olunan pul vəsaitindən 21.260 manat pulu müxtəlif vaxtlarda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif ünvanlarda yerləşən bankomatlardan, sonuncu dəfə isə xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhəri, Xətai küçəsində yerləşən “5+ Market”-də quraşdırılmış 648 saylı bankomatdan kömək etməsi üçün xahiş etdiyi cinayətdən xəbərsiz istintaqa məlum olmayan şəxslər vasitəsiləçıxarıb nağdlaşdırmaqla qalan 758.58 manat məbləğdə pulu isə istintaqa məlum olmayan şəraitdə və tarixlərdə əldə etməklə vahid qəsdlə aldatma və etibardan suiistifadə etmə yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X19 məxsus olan 22017,58 (iyirmi iki min on yeddi manat əlli səkkiz qəpik) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, 612646 nömrəli pensiya işinin və pensiyanın təyin olunmasının qanunsuzluğu Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi tərəfindən aşkar edildikdən sonra pensiyanın verilməsinin xx.xx.2018-ci il tarixdə dayandırılması səbəbindən, həmin tarixdən 2022-ci ilin oktyabr ayı daxil olmaqla kartın istifadə müddətinə uyğun olaraq, yəni 2022-ci ilin noyabr ayının 1-dək aylıq 207.80 manat olmaqla 55 ay üzrə cəmi 11.429 (on bir min dörd yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitini öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Azərbaycan RespublikasıƏmək və X13 Nazirliyi yanında Dövlət X19 məxsus xeyli miqdar təşkil edən ümumilikdə 33.446,58 (oyuz üç min dörd yüz qırx altı manat əlli səkkiz qəpik) manat pul vəsaitini vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə təkrar cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2 və 29,178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsi özünün etirafı, zərərçəkmişşəxsin, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin İ cild 280-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin İİ cild 243-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, yaşlı olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən digər halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, ona təyin edilmiş cəzanıçəkmədən də islah olunması mümkündür. Ona görə də, məhkəmə hesab edir ki, onun yaşını, cəzanı yüngülləşdirən digər hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməsi, sınaq müddəti müəyyən edilməklə, onun təyin edilmiş cəzaya şərti məhkum edilməsi məqsədə müvafiqdir. İş üzrə maddi sübut 022753 (090213) nömrəli, 310444 (080677) nömrəli və 612646 nömrəli pensiya işləri, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-dən daxil olan iki ədəd CD disk və“xxxxxxxxxxxx” ASC-dən daxil olan bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən işüzrə ekspertiza xərci olan 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirililməlidir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinəAzərbaycan Respublikası CPM-nin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib, 3 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası, 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətində davranışı üzərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək məhkumun üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət etmək Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 022753 (090213) nömrəli, 310444 (080677) nömrəli və 612646 nömrəli pensiya işləri, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ı ASC-dən daxil olan iki ədəd CD disk və“xxxxxxxxxxxx” ASC-dən daxil olan bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 112 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Zərər çəkmiş hüquqi şəxsə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunsun. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №1(051)-40/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-40/2020
02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver