Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-40/2021 18.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Mingəçevir şəhər vəkil bürosunun vəkilləri X6 və X4 iştirakları ilə, xx xxxx 1997-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 mənzil 14 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi 1-ci küçədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxxxxx 1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 3 mənzil 36 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 saylı ünvanda yerləşən binanın blokuna daxil olub blokun üçüncü mərtəbəsində dəmir barmaqlığa dəmir tros qıfılla bağlanmış həmin binanın 30 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan “Saft” markalı velosipedin tros qıfılını özü ilə gətirdiyi kəlbətinlə kəsərək, həmin velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 250 manat (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Mingəçevir şəhəri, H.Əliyev prospekti 30 saylı ünvanda yerləşən binanın 2-ci blokunun girişində pilləkənin dəmir tutacağına tros qıfılla bağlanmış Zərərçəkmiş şəxs2 Müseyib oğluna məxsus “Stels” markalı velosipedin tros qıfılını özü ilə gətirdiyi kəlbətinlə kəsərək həmin velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 Müseyib oğluna 120 manat (yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində bibisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 saylı ünvanda yerləşən binanın blokuna daxil olub blokun üçüncü mərtəbəsində dəmir barmaqlığa dəmir tros qıfılla bağlanmış həmin binanın 30 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan “Saft” markalı velosipedin tros qıfılını özü ilə gətirdiyi kəlbətinlə kəsərək, həmin velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 250 manat (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində bibisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Mingəçevir şəhəri, H.Əliyev prospekti 30 saylı ünvanda yerləşən binanın 2-ci blokunun girişində pilləkənin dəmir tutacağına tros qıfılla bağlanmış Zərərçəkmiş şəxs2 Müseyib oğluna məxsus “Stels” markalı velosipedin tros qıfılını özü ilə gətirdiyi kəlbətinlə kəsərək həmin velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 Müseyib oğluna 120 manat (yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxan zaman evin həyətində yerləşən əl damından kəlbətin götürmüşdür ki, şəhərdə yerləşən binaların blokunda qoyulmuş velosiped oğurlasın. Kəlbətini götürdükdən sonra yaşadığı evin yaxınlığında yerləşən marketdən dayısı Namiq üçün siqaret alıb onun yaşadığı evə gedib, siqareti dayısına verib qayıdan zaman Mingçevir şəhərində yerləşən mərkəzi poçtun keçmiş binasının yaxınlığında yerləşən “Bəxtiyar” aptekin qarşısında dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə görüşüb ona velosiped oğurlamağı təklif etmişdir. Sadiq də onun təklif ilə razılaşmış və onlar birlikdə piyada şəhərdə yerləşən binaların arası ilə gəzməyə başlamışlar. Saat 21 radələrində Sadiqlə birlikdə şəhərin Vidadi küçəsi 2 saylı binanın yaxınlığına çatan zaman binanın 3-cü mərtəbəsində blokun pəncərəsinin dəmir barmaqlığına velosiped bağlandığını görüb Sadiqdən velosipedin bağlandığı trosu kəsə bilərmi deyə soruşmuş, Sadiq isə trosu kəsə bilməyəcəyini demişdir. O da Sadiqə aşağıda gözləməsini, kiminsə gələcəyi halda telefon vasitəsi ilə zəng vurub məlumat verməsini bildirib, üçüncü mərtəbəyə qalxmışdır. Özü ilə gətirdiyi kəlbətinlə qara-narıncı rəngli velosipedin dəmir barmaqlığa bağlandığı trosu kəsib, velosipedi əlinə götürüb aşağı düşürmüşdür. Bundan sonra Sadiqə evə getməsini, səhəri gün Mingəçevir şəhərində “Orxan” bazarının yaxınlığında görüşməyi bildirib velosipedi sürüb getmişdir. Səhəri gün saat 12 radələrində Sadiqlə zəngləşib təyin olunmuş yerdə görüşmüşlər. Onlar birlikdə oğurladıqları velosipedi satıb pulunu öz aralarında bölmək qərarına gəlmişlər. Buna görə birlikdə “Orxan” bazarının içərisinə daxil olmuşlar. Sadiq bazarın içərisində paltar satılan yerə yaxınlaşmış və orada sonradan adının Nurlan olduğunu bildiyi şəxsə velosiped satmaq istədiyini bildirmişdir. Nurlan velosipedə baxdıqdan sonra velosipedi işlədiyi yerin yanına qoymasını bildirmişdir. O, velosipedi qoyduqdan sonra Sadiq pulu aldığını və onunla birlikdə getməsini bildirmişdir. Onlar birlikdə həmin yerdən təxminən 70-80 metr uzaqlaşdıqdan sonra Sadiq velosipedi 40 manata satdığını deyib cibindən 20 manat çıxardıb ona vermişdir. O da pulu götürüb Sadiqdən ayrılıb yaşadığı evə getmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində dayısı oğlu Sadiqlə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 30-un yaxınlığına çatan zaman həmin binanın ikinci blokunun qarşısında bir ədəd tros vasitəsilə dəmirə bağlanmış velosiped görmüşlər və həmin vaxt ətrafda heç kim olmamışdır. O, velosipedi oğurlamağı Sadiqə təklif etmiş və əlində olan kəlbətinlə velosipedin dəmirə bağlandığı trosu kəsmişdir. Daha sonra Sadiqlə həmin velosipedi Mərkəzi bazarın qarşısına gətirmişlər və tanımadıqları şəxsə 36 manata satmışlar. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onu Mingəçevir şəhərində İcra və probasiya şöbəsinin qarşısında saxlayıb polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrinda yaşadığı evdə olduğu zaman bibisi oğlu Bəhruz ona zəng etmiş və yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın qarşısına çıxmasını, onunla işi olduğunu bildirmişdir. Bəhruza 10 dəqiqəyə orada olacağını bildirmiş və sonra həyətə düşmüşdür. Təxminən 15 dəqiqə sonra Bəhruz onun yaşadığı binanın qarşısına gəlmiş, velosiped oğurlamağı ona təklif etmişdir. Bəhruzun təklifi ilə razılaşdıqdan sonra onlar birbaşa ünvan 4 saylı binanın qarşısına getmişlər. Bəhruz binanın 3-cü blokuna daxil olmuş, həmin blokun 3-cü mərtəbəsində velosiped olduğunu görmüşdür. 5-6 dəqiqə sonra Bəhruz əlində velosipedlə blokdan aşağı düşmüşdür. Daha sonra Bəhruzdan hara gedəcəyini soruşmuş, Bəhruz evə gedəcəyini demiş və velosipedi sürərək evə getmişdir. Özü də evə getmiş və həmin gün Bəhruzla əlaqə saxlamamışdır. Həmin günün sabahı, yəni xx.xx.2020-ci il tarixdə Bəhruz ona zəng vuraraq həmin velosipedi satıb pulu bölüşdürmələrini demiş, buna görə də köhnə Müəllimlər İnstitutunun qarşısında onu gözləyəcəyini demişdir. Danışıqdan təxminən 10-15 dəqiqə sonra onunla görüşmüş və alıcı axtarmağa başlamışlar. Təxminən 15 dəqiqə sonra alıcı tapa bilməyib əvvəlcədən tanıdığı Nurlan Əliquluyevə yaxınlaşmış və Bəhruzun velosipedi satmaq istədiyini ona bildirmiş, Nurlan isə onlardan həmin velosipedin oğurluq olub-olmamasını soruşmuş, Bəhruz and içərək həmin velosipedin oğurluq olmadığını bildirdikdən sonra Nurlan 40 manata həmin velosipedi onlardan almışdır. Bəhruzla 40 manat pulu hər birinə 20 manat olmaqla böldükdən sonra Bəhruz evə getdiyini bildirmiş və o da evə getmişdir. 20 manatı öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 31.08.220-ci il tarixdə saat təxminən 16 radələrində Bəhruz zəng edərək harada olmasını soruşduqda ona yaşadığı H.Əliyev prospekti 36 saylı binanın qarşısında olduğunu demiş, Bəhruz həmin yerə gəlmiş, yaxınlıqda yerləşən binanın 2-ci blokunda dəmir tutacağa bağlı vəziyyətdə velosiped olduğunu, onu kəlbətinlə kəsərək oğurlamaq istədiyini bildirmişdir. Bəhruzla razılaşdıqdan sonra Mingəçevir şəhər, H.Əliyev prospekti 30 saylı binanın qarşısına getmişlər. Bəhruza həmin velosipedin bağlı olduğu tros qıfılı kəsməyəcəyini bildirmiş, Bəhruz da velosipedin bağlı olduğu tros qıfılı kəsmək üçün velosipedin bağlı olduğu binanın 2-ci blokuna yaxınlaşmış, özü isə həmin binanın digər tərəfində dayanaraq başqa şəxslərin gələcəyi halda fit çalaraq ona xəbərdarlıq edəcəyi barədə razılaşmışlar. Sonra Bəhruz velosipedin bağlı olduğu tros qıfılı özü ilə gətirdiyi kəlbətinlə kəsmişdir. Təxminən 5-6 dəqiqə sonra Bəhruz həmin binanın 3-cü blokunun qarşısına keçmiş və həmin vaxtı Bəhruzun velosiped kəsdiyi blokdan bir nəfər şəxs çıxıb həyət ilə getmişdir. O, getdikdən sonra Bəhruz yenidən velosipedə yaxınlaşaraq onu kəsmiş və velosipedi sürərək onun yanına gəlmişdir. Sonra Bəhruz velosipedi Mərkəzi bazarın yanına sürəcəyini, orada bir nəfərlə əvvəlcədən razılaşdığını, ora piyada gəlməsini demişdir. Təxminən 10 dəqiqədən sonra onlar Mərkəzi Bazarın qarşısında görüşmüşlər. Bəhruz ə əvvəlcədən razılaşdığı şəxsin taksi sürücüsü olduğunu demiş və onlar həmin şəxsə yaxınlaşmışlar. Fərhad adlı şəxs həmin velosipedin oğurluq olub-olmamasını soruşmuş, Bəhruz isə velosipedin oğurluq olmadığını bildirmişdir. Bəhruz əvvəlcə velosipedi 50 manata təklif etmiş, lakin sonda 36 manata aralarında razılıq olmuş və onlar velosipedi həmin şəxsə verdikdən sonra həmin 36 manat pulu hər birinə 18 manat olmaqla aralarında bölmüşlər. Oradan birbaşa evə gəlmiş, Bəhruz da evə gedəcəyini bildirmişdir. Həmin 18 manatı da öz ehtiyacları üçün xərcləmişdir. Etdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin yanvar ayının sonlarında “Stels” markalı, 28 ölçülü velosipedi Mingəçevir şəhəri ərazisində yerləşən mağazaların birindən 245 manta almışdır. Mənzil istismar sahəsində işlədiyi üçün ayrı-ayrı mənzillərin təmiri ilə məşğul olmuşdur. Təxminən 10 gün olarmış ki, H.Əliyev prospekti ev 30 ünvanında 2-ci blokun beşinci mərtəbəsində ev təmiri ilə məşğul olurmuş və ona görə də ona məxsus velosipedi həmin blokun qarşısında olan dəmir tutacağa tros qıfılla bağlamışdır. xx.xx.2020-ci il tarixdə saat səhər 09 radələrində iş yerinə velosipedlə gəlmiş və velosipedi yenə həmin blokun qarşısında yerləşən dəmir tutacağa bağlamışdır. Saat 14 radələrində inşaat materiallarını işlədikləri mənzilə qaldırmaq üçün blokun qarşısına düşmüş, həmin vaxt velosiped bağladığı yerdə olmuşdur. Lakin həmin gün saat 17 radələrində işdən çıxan zaman velosipedi bağlamış olduğu yerdə olmamış və velosipedi bağladığı tros qıfıl kəsilib yerə atılmış vəziyyətdə olmuşdur. Bundan sonra ona məxsus velosipedin oğurlanması barədə ərizə ilə polisə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında o, oğlu üçün “Saft” markalı, qara- narıncı rəngli, çarxlı velosipedi təxminən 400 manata almışdır. Həmin velosipedi qış aylarında saxlanc yeri olan qarajda saxlamışdır. Yay aylarında isə oğlunun istifadəsi ilə əlaqədar olaraq həmin velosipedi yaşadığı blokun zirzəmisində saxlamışdır. Lakin son günlərdə velosipedin qoyulmuş olduğu yerdən tərpədildiyini görüb velosipedi xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı blokun üçüncü mərtəbəsində yerləşən dəmir barmaqlığa tros qıfılla bağlamış və evə getmişdir. Həmin gün təxminən 1 saatdan sonra saat 21 radələrində yaşadığı evdən həyətə düşən zaman velosipedin bağlandığı yerdə olmadığını və velosipedi bağlamaq üçün istifadə etdiyi tros qıfılın isə yerdə olduğunu görmüşdür. Bundan sonra velosipedi axtarmağa başlamış, lakin tapa bilməmişdir. Ona görə də xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, 1 ildir ki, Ağdaş rayonu və Mingəçevir şəhəri arasında taksi sürücülüyü fəaliyyəti ilə məşğul olur. Sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır, onlarla hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020ci il tarixdə Ağdaş rayonundan Mingəçevir şəhərinə müştəri gətirmiş, təxminən saat 17 radələrində Mingəçevir şəhəri Mərkəzi Bazarının qarşısında qızı ilə birgə dayanan zaman yaxınlıqda iki nəfər şəxs velosiped satdıqlarını bildirmişlər. Bundan sonra onlardan Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış, velosipedin özünə məxsus olduğunu, Bakı şəhərinə getmək üçün təcili pul lazım olduğuna görə yanında olan 28 ölçülü velosipedi 50 manata satdığını demişdir. Əvvəlcə velosipedi almaq istəməmiş, lakin qızı həmin velosipedi almasına görə israr etdiyi üçün Sadiqə cəmi 36 manat pulunun olduğunu demişdir. Sadiq də velosipedi 36 manata satmağa razılıq vermiş, bundan sonra 36 manatı ona vermişdir. Sadiq pulu götürmüş və kənarda dayanan Bəhruzun yanına getmiş və onlar birlikdə ordan uzaqlaşmışlar. Velosipedi yaşadığı Ağdaş rayonu, Aşağı Nemətabad kəndinə aparmışdır. xx.xx.2020-ci il tarixdə onunla birgə sürücülük fəaliyyəti ilə məşğul olan Ramil ona zəng edərək polis əməkdaşlarının oğurluq velosipedlə bağlı onu axtardıqlarını demişdir. Nömrəsini həmin polis əməkdaşlarına verməsini demişdir. Həmin gün saat təxminən 16 radələrində polis əməkdaşları onun taksi kimi fəliyyət göstərdiyi Mingəçevir şəhər Mərkəzi Bazarının qarşısına gəlmişlər və 1 gün əvvəl almış olduğu velosipedin oğurluq olması barədə ona məlumat vermişlər. 36 manata aldığı 28 ölçülü velosipedin oğurluq olması barədə məlumatı olmamışdır və həmin gün velosipedi yaşadığı Ağdaş rayonu, Aşağı Nemətabad kəndindən gətirdərək Mingəçevir şəhər polis şöbəsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid X7 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 və Şahid2 məhkəmə iclasında elan edilmiş ifadələrində şahidlər Şahid1 və X7 ilə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işi materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Səmədov X2 şəhəri, Vidadi küçəsi 2 saylı binanın blokunun üçüncü mərtəbəsindən Zərərçəkmiş şəxs1 məxsus “Saft” markalı velosipedi və Mingəçevir şəhəri, H.Əliyev prospekti 30 saylı binanın ikinci blokunun qarşısından Zərərçəkmiş şəxs2 məxsus “Stels” markalı velosipedi oğurladığı yeri, onu oğurlayarkən Təqsirləndirilən şəxs2 onu gözlədiyi yeri və velosipedlərin bağlanmış olduğu tros qıfılı kəsmək üçün istifadə etdiyi kəlbətini qoyduğu yeri əyani şəkildə göstərməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ünvan 4 saylı binanın blokunun üçüncü mərtəbəsindən Zərərçəkmiş şəxs1 məxsus “Saft” markalı velosipedi oğurlamaq üçün daxil olduğu bloku, həmin vaxt Təqsirləndirilən şəxs1 gözlədiyi yeri, Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, H.Əliyev prospekti 30 saylı binanın ikinci blokunun qarşısından Zərərçəkmiş şəxs2 məxsus “Stels” markalı velosipedi oğurladığı yeri, həmin vaxt onu gözlədiyi yeri əyani şəkildə göstərməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3574 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş velosipedlərin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 370 manat müəyyən edilmiş, o cümlədən 1 ədəd qara-sarı-göy rəngli, “Saft” markalı, üzərində “MTB S-012” yazıları olan 26 ölçülü, surət qutulu velosipedin dəyəri 250 manat, 1 ədəd göy rəngli, “Stels” markalı, 28 ölçülü, sadə velosipedin dəyəri 120 manat müəyyən edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları “Saft” markalı velosiped Şahid3 götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları “Stels” markalı velosiped X1 götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan və qəbzlərdən görünür ki, 1 ədəd “Saft” markalı və 1 ədəd “Stels” markalı velosipedlər iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində ünvan 4 saylı ünvanda yerləşən binanın blokuna daxil olub həmin binanın 30 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan “Saft” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 250 manat (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 30 saylı ünvanda yerləşən binanın 2-ci blokunun girişində Zərərçəkmiş şəxs2 Müseyib oğluna məxsus “Stels” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 Müseyib oğluna 120 manat (yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Səmədov X2 şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 4 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökm xx.xx.2020ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Mehdiyev X8 şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən 2 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş həmin hökm xx.xx.2020-ci il tarixdə tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 il 10 ay 19 gün hissəsi icra edilməmişdir. Təqsirləndirilən şəxs2 Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 il 10 ay 5 gün hissəsi icra edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin məhkumluqları ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, eləcə də törətdiyi əməldən peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hal-hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 10 ay 19 günü, Azərbaycan Resublikası CM-nin 69.3-cü maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə 1 il 5 ay 9 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 4(051)-105/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci ildən hesablanmışdır. Ona görə də Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, eləcə də törətdiyi əməldən peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hal-hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 10 ay 5 günü, Azərbaycan Resublikası CM-nin 69.3-cü maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə 1 il 5 ay 2 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 4(051)-114/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci ildən hesablanmışdır. Ona görə də Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “Saft” markalı və 1 ədəd “Stels” markalı velosipedlərin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X9 və X5 ibtidai istintaqda göstərdikləri hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə hər biri üçün 120 manat, cəmi 240 manat məbləğində pul dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Qəhərman oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Qəhərman oğluna Azərbaycan Respublikası CM-177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 10 ay 19 günü, Azərbaycan Resublikası CM-nin 69.3-cü maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə 1 il 5 ay 9 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 Qəhərman oğlunun üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Qəhərman oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Qəhərman oğlunun cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Qəhərman oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzasının çəkilməmiş qalan 2 il 10 ay 5 günü, Azərbaycan Resublikası CM-nin 69.3-cü maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə 1 il 5 ay 2 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Saft” markalı və 1 ədəd “Stels” markalı velosipedlərin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X9 və X5 ibtidai istintaqda göstərdikləri hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə hər biri üçün 120 manat cəmi 240 manat məbləğində pul dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-40/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-40/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver