Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-40/2022 20.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – ünvan 1ir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1980-ci ildə Rusiya Federasiyası Norilsk şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1ir şəhəri, Şəfa küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində 14.12.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə saat 13 radələrində tanışı Şahid1 işlətdiyi ünvan 1ir şəhəri, Ərəş küçəsi «Şok» marketin yaxınlığında yerləşən avtomobil təmiri sexinin qarşısında Şahid1la Zərərçəkmiş şəxs arasında hər iki tərəfin yaxınlarının və tanışlarının, o cümlədən onun öz oğlu Şahid4 arasında bir gün əvvəl ünvan 1ir şəhəri, N.Nərimanov küçəsində yerləşən «Dostluq» parkında baş vermiş və artıq səngimiş mübahisə və dava-dalaşla bağlı gedən söhbət əsnasında Zərərçəkmiş şəxs qardaşı Şahid9 Şahid1 oğlu Şahid3 arxadan yaxınlaşıb yumruqla baş nahiyəsinə zərbə endirdikdən sonra, tərəflər arasında qəfil olaraq başlayan və davam edən dava-dalaş zamanı hadisə yerinə Zərərçəkmiş şəxsla birlikdə gələn şəxslərin içərisində olan X3 onun (Təqsirləndirilən şəxs) qarın nayihəsinə təpiklə vurub onu yerə yıxdıqdan sonra o, Vəli Abdullayevin üzərinə deyil, həmin vaxtadək onunla hər hansı bir mübahisəsi və ədavəti olmayan Zərərçəkmiş şəxs üzərinə gedərək heç bir əsaslı səbəb olmadan ictimai yer sayılan və insanların gediş-gəlişinin çox olduğu küçədə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına etinasızlıq və laqeydlik nümayiş etdirərək, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib, ətrafda olan hadisənin şahidlərindən Şahid7 və digər şəxslərin dincliyini pozmaqla, özünü onların fövqündə qoymaqla, habelə əxlaq və mənəviyat normalarına qarşı saymamazlıq göstərib, Zərərçəkmiş şəxs qolundan tutub idman fəndi işlətməklə onu üzərindən aşırıb yerə yıxaraq, ona həyat üçün təhlükə yaratmayan və Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol mil-bilək oynağı sümüklərinin qapalı sınığı sağlamlığa az ağır zərər vurmaya aid, habelə sol gicgah nayihəsində sıyrıq, sol əlinin arxa səthində, hər iki dizlərində və sol çiyin qurşağında qançırların əmələ gəlməsi ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdən pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək, belə ki o, oğlunu müdafiə etdiyini bildirirdi, ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixdə bıçaq xəsarətləri alaraq ünvan 1ir şəhər xəstəxanasına müraciət etmişdir. Hadisə ilə əlaqədar onu deyə bilərəm ki, 11.05.2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə oğlu Şahid4 ilə söhbət edərkən oğlu danışmışdır ki, həmin gün saat 21 radələrində ünvan 1ir şəhər Nərimanov prospektində yerləşən “Dostluq” parkı adlanan ərazidə dostları Bürhan və Sübhan ilə birlikdə gəzərkən Akşin, Elmir, Mövlüd və Qəhrəman adlı şəxslər onlara yaxınlaşaraq pul istəyiblər. Oğlu Murad və dostları həmin şəxslərə pul vermədikdə aralarında mübahisə yaranmışdır. Həmin mübahisədən sonra Sübhan evlərinə gedərək atası Şahid1 həmin mübahisənin baş verdiyi yerə çağırıb aparmışdır. Həmin parkda Şahid1 və oğlanları və Murad Eyyubov həmin adları qeyd edilən şəxslərə əlbəyaxa dava edib daha sonra aralaşıblar. Həmin dava zamanı Şahid1 da xəsarət almışdır. Daha sonra mobil telefon vasitəsilə Bürhan və atası parkda dalaşdıqları şəxslərlə yenidən mübahisə edərək bir-birilərini təhqir edərək növbəti dəfə dava üçün yer təyin ediblər. Bu olanlar barədə oğlu Murad Eyyubov ona danışdıqda oğluna bildirib ki, dava-dalaşdan uzaq olsun. Həmin gündən sonra 12.05.2021-ci il tarixdə səhər saatlarından etibarən evdə tavan təmir edirmiş, həmin gün saat 12 radələrində oğlu Murad onun mobil telefonuna zəng edərək üzərlərinə çoxlu şəxslər dava məqsədilə gəldiklərini bildirmişdir. X8 şəhər Ərəş küçəsində yerləşən maşın təmiri sexində Şahid1 işlədiyi yerdə onlarla birlikdə işləyir. O, da dərhal qaçaraq həmin yer yaxınlıqda yerləşdiyi üçün oraya özünü çatdırmışdır. Çatanda görüb ki, dava hələ başlamamışdır. lakin sözlə mübahisə olmuşdur. mübahisə yerinə çatanda oğlu Muradı oradan uzaqlaşdırmaq və aparmaq istəmiş, Həmin vaxt adlarını bilmədiyi şəxslərin arasına yaxınlaşanda onların içərisindən bir nəfər şəxs mobil telefonu göstərərək orada olan söyüşləri ona göstərib davanın səbəbini izah etmişdir. O, isə onlara aralaşmaqlarını və dava ehtiyac olmadığını deyərək getməklərini xahiş etmişdir. Həmin vaxt görüb ki, Bürhan və Sübhan qardaşları çəkilib kənara, oğlu Murad və özü həmin şəxslərin arasında qalmışlar. Mübahisə əsnasında görüb ki, bir nəfər şəxs əlində olan əşya ilə Yavərin oğlu Bürhanı başından vurmuş və Bürhan yerə yıxılmışdır. Həmin şəxs əlində olan eyni əşya ilə oğlu Muradı çiyin nayihəsindən vurmuşdur. Həmin vaxt oğlu Muradı qorumaq üçün ətrafdakı şəxsləri itələmiş, bu zaman balıqçı Məhəmmədin oğlu Vəli adlı şəxs onu təpiklə qarın nayihəsindən vurmuş, zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Daha sonra ayağa qalxmış ayağa qalxıdqdan sonra Hüseyn ilə əlbəyaxa olmuşlar və Hüseynin sol qolundan tutub burub və onu yerə yıxmışdır. Hər ikisi yerə yıxıldıqdan sonra isə Hüseyn bıçağı çıxartmış və onu arxa nayihəsindən bıçaqla vuraraq xəsarət yetirmişdir. Bundan sonra oğlu Şahid4 onu kənara çəkmiş və davaya gəlmiş digər şəxslər oradan uzaqlaşmışlar. Bundan sonra Yavər özünə məxsus avtomaşını ilə onu mərkəzi xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs taxta dəyənək ilə vurmamış, özünü təpiklə Vəli adlı şəxs vurub yerə yıxmış və ayağa qalxanda Hüseyn ilə əlbəyaxa olmuş, daha sonra onun qolunu buraraq yerə yıxmışdır. Yerdə olan zaman Hüseyn onu bıçaqla vurmuşdur. həmin dava zamanı ətrafda olan şəxslərin onların əlbəyaxa davalarını gördüklərini bilmişdir. Ümumiyyətlə taxtadan dava zamanı istifadə etməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmış və ona dəmiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Buna görə də məhkəmədən barəsində yüngül cəzanın seçilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı evin yaxınlığında olan zaman istifadəsində olan mobil telefon vasitəsilə qardaşı Akşin Hüsynovun harda olmasını bilmək üçün onun istifadəsində olan mobil telefona qısa zəng etmiş, daha sonra Aqşin ona tanımadığı nömrə ilə zəng edərək harada olduğunu soruşmuş, o, Akşinə yaşadıqları evin yaxınlığında olduğunu demişdir. Aqşin də mübahisəsi düşdüyünü və ünvan 1ir şəhərində “Zərif” Şadlıq sarayının yanında olmasını bildirmişdir. Qardaşı Akşinə orada gözləmələrini deyib və yaşadığı mənzilə qalxıb mətbəxdən tutacağı qara rəngli olan mətbəx bıçağını götürmüş və əynində olan qara rəngli gödəkcənin sol iç cibinə qoymuşdur. Həmin vaxt valideynlərinin mənzildə olmadığından onun bıçaq götürməsindən məlumatları olmamışdır. Mübahisə yerinə getməsi haqqında heç kimə məlumat verməmiş və təkcə yaşadığı evin yaxınlığından “VAZ 2107” markalı taksiyə əyləşərək “ Zərif ” şadlıq sarayının yanına getmişdir. Qardaşı Aqşin zəng etdikdən təxminən 10-15 dəqiqə sonra həmin əraziyə çatmış, həmin yerə çatanda əvvəlcə orada heç kim olmamış, ona görə də Zərif şadlıq sarayının qarşısı ilə bazarın qarşısına çıxan yol ilə irəliləməyə başlamışdır. Bu zaman arxadan fit səsi gəlmiş və həmin istiqamətə baxan zaman qardaşı Akşinin, Kamranın, həmçinin üzdən tanıdığı, lakin adlarını bilmədiyi qardaşı Akşinin tanışlarının və bir neçə tanımadığı həm yetkinlik yaşa çatmış, həm də çatmamış ümumilikdə təxminən 30 nəfər şəxsin həmin yerdə olduğunu görmüşdür. Bundan sonra həmin kütləyə tərəf yaxınlaşmışdır. Həmin vaxt adını bilmədiyi şəxsin ona qarşı söyüş söyüldüyünə görə qardaşına və onunla gələnlərə öz iradlarını bildirdiyini görüb və orada olan yaşlı şəxslərdən birinə yaxınlaşaraq onunla həmin məsələni həll etməklərini, onların azyaşlı olduğunu bildirmiş və həmin şəxsi kənara çəkmişdir. Həmin şəxsin Şahid1 olmasını sonradan bilmişdir. Bu zaman arxada olanlardan kiməsə zərbə vurulması və hər kəsin birbirinə qarşı zərbələr endirdiyini görmüşdür. Bundan sonra kənara çəkdiyi şəxsi onu vurmaması üçün itələmişdir. Onu itələyən zaman 2-3 metr kənarda dayanan sonradan adını bildiyi Təqsirləndirilən şəxs orda olan şəxslərin birindən taxta dəyənək götürərək onun üzərinə gəlmiş, onu çiynindən və ayağından vurmuşdur. Bu zaman orada olan şəxslərdən biri Məhəmmədə təpiklə zərbə vurmuş və bir qədər aralı düşərək yıxılmışdır. Əlində olan dəyənək yerə düşmüşdür. Bundan sonra Məhəmməd ayağa qalxıb və onun üstünə gəlmiş, Məhəmmədlə əlbəyaxa olmuşlar. Əlbəyaxa dava zamanı Təqsirləndirilən şəxs onun sol qolundan tutaraq burub və idman fəndi tərzində buraraq üzərindən aşırıb yerə yıxmışdır. Həmin vaxt sol qolunda bərk ağrılar hiss etmiş, o, yerə yıxılan zaman Məhəmməd yenə də üzərinə gəldikdə onu özündən uzaqlaşdırmaq üçün üzərində gətirdiyi bıçağı çıxartmış və Təqsirləndirilən şəxs arxasını çevirən zaman onun sağ büzdüm (oturacaq) nahiyəsinə 1 dəfə bıçaqla zərbə vurmuşdur. Bu zaman ətrafdakı şəxslərdən kim isə polisin gəldiyini demişdir. Bundan sonra o, geri çəkilərək bazar istiqamətində qaçmağa başlamışdır. Digər uşaqlar da onun arxasınca qaçaraq uzaqlaşmışlar. Lakin onların hara qaçmalarını bilməmişdir. Qarşı tərəf onları bir müddət qovaladıqdan sonra dayanmışlar. Oradan H.Əliyev prospektində yerləşən binaların arası ilə yaşadığı ev istiqamətində qaçmış və əvvəlcə bıçağı ünvan 1ir kəndi adlanan ərazidə Kür çayına atmış, sonra isə evə getmişdir. Evin qarşısında atası ilə görüşmüş və birgə evə qalxmışlar. Atası nə baş verdiyini soruşduqda hadisəni ona danışmışdır. İstintaqı tamamlanaraq məhkəməyə göndərilmiş cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verərəkən özünü müdafiə məqsədilə xəsarət yetirdiyi şəxsin yəni Məhəmmədin də əlində taxta parçası ilə onu vurub yıxmasını bundan sonra Məhəmmədi bıçaqla vurmasını bildirmiş, Lakin əslində isə Təqsirləndirilən şəxs taxta parçası ilə onu vurmamış, Məhəmməd onun sol qolundan tutub buraraq yerə yıxarkən sol qolundan xəsarət almışdır. Bu zaman Məhəmmədi onun görə bilmədiyi şəxs təpiklə vurub yerə yıxmış, Məhəmməd dəyənək olmadan üzərinə gəlmiş və əlbəyaxa olmuşlar. həmin əlbəyaxa zamanı isə Məhəmməd onun sol qolundan tutub burmuş və idman fəndi şəklində dartıb yerə yıxmışdır. Sol qolundan həmin vaxt xəsarət almışdır. Daha sonra Məhəmməd onu yerə yıxdıqdan sonra o, üzərində olan bıçağı çıxartmış və Məhəmməd geri dönüb gedəndə onu arxa nayhəsindən vurmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulan ziyan ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də məhkəmədən onun barəsində yüngül cəzanın verilməsini xahiş edir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir neçə ay əvvəl o, dostu Bürhan ilə yol gedərkən bir nəfər şəxs onlara yaxınlaşıb pul istəyib və marşruta veriləsi pulu olmadığını bildirmişdir. O, isə həftənin şənbə günü marşrut işləmədiyini bildirib Həmin vaxt onun adı Elmir olmasını bilmişdir. Həmin vaxtdan sonra onunla şəhər ərazisində rastlaşanda salamlaşıb hal əhval tutmuşlar. Elmir ondan bir dəfə on manat, bir dəfə iyirmi manat pul istəyib. Lakin verməmişdir. 11.05.2021-ci il tarixdə saat 21 radələrində o, dostları Sübhan və Bürhan ilə ünvan 1ir şəhər “Dostluq Parkı” adlanan yerdə oturmuşlar. Həmin vaxt Elmir adlı şəxs, Aqşin adlı şəxs, Qəhrəman və onun qardaşı Mövlüd birlikdə başqa 7-8 nəfər şəxs həmin parka gəliblər. Onlara yaxınlaşıb Aqşin ondan pul istəyibdir. O, pulu olmadığını dedikdə Qəhrəman isə pulu olmadığı üçün telefonu satıb onlara pul verməsini bildirmişdir. O, isə razılaşmayıb. Bundan sonra Aqşin və Elmir Şahid2 yanına yaxınlaşıb ondan pul və ya telefon istəyiblər. Sübhan pul və ya başqa əşya vermədikdə Bürhan onlara müdaxilə etmişdir. Həmin vaxt mübahisə yaranmışdır. Buna görə də Sübhan qaçaraq evə gedib atası Şahid1 çağırmışdır. Şahid1 oraya gəldikdə Aqşinə nə üçün pul istədiyini dedikdə Aqşinlə mübahisələri yaranıb və Aqşin təpiklə Şahid1 vurduqda dava düşüb. Dava zamanı Aqşin zibil qutusu ilə onun özünü belindən vurub, daha sonra isə zibil qutusunun dəmiri ilə Sübhanı baş nayihəsindən vurmuşdur. Daha sonra parkın işçiləri onlara yaxınlaşıb və davanı sakitləşdiriblər. 12.05.2021-ci il tarixdə səhər saatlarında o, işlədiyi sexdə olarkən işlədiyi yerə atası Məhəmmədi çağırmışdır. Həmin gün saat 13 radələrində sexdə olarkən görüblər ki, Aqşin, Elmir, Qəhrəman Rəsulov, adını sonradan bildiyi Hüseyn, Qəhrəmanın qardaşı Mövlüd və başqa adlarını bilmədiyi təxminən 15 nəfər şəxs onların işlədiyi yerə gəlirlər. Onunla qonşu sexdə işləyən dostu Sübhan, Bürhan və atası Şahid1lar da küçəyə çıxmışdır. Adları qeyd edilən şəxslər və tanımadığı digər şəxslər onlara doğru Ərəş küçəsi ilə gəldiklərini görmüşlər. Aqşinin əlində qonur rəngli taxta qulplu çəkic, Hüseynin əlində tiyəsi qara rəngli bıçaq, Mövludun əlində kəskin uclu rezak və adını bilmədiyi şəxsin əlində də bita taxta dəyənək olmuşdur. Həmin şəxslər onlara çatanda əvvəlcə Şahid1 kənara çəkiblər. Elmir Şahid1 qucaqlayıb saxlayıb, Aqşin isə yumruqla vurmuşdur. Bundan sonra Aqşin oradan ayrılıb və Bürhanın üzərinə gəlib və çəkiclə Bürhanı baş nahiyəsindən vurmuşdur. Bürhan yerə yıxılıb, Orada olan Mövlüd əlindəki rezakı açaraq onun üstünə gəldi lakin qaçaraq uzaqlaşdığı üçün Mövlud onu vurmamışdır, daha sonra Aqşin çəkiclə onu başından vurmaq istədikdə çəkilib və çəkic çiynindən dəymişdir. Həmin vaxt atası Məhəmməd də orada olarkən, münaqişə əsnasında adını sonradan bildiyi Hüseyn adlı şəxs əlində olan bıçaqla atasına hücum edib. Bir neçə nəfər atasını vurub yerə yıxıblar və Hüseyn adlı şəxs bıçaqla atası Təqsirləndirilən şəxs bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. Dava əsnasında Vəli onu təpiklə bir neçə dəfə vurub, daha sonra özü ilə gətirdiyi küt alətlə onu vurub xəsarət yetirmişdir. Dava qurtaranda atası Məhəmməd bıçaqlanaraq yerə yıxılmasını görmüşdür. Bürhan özündən gedərək yerə qalıb. Dərhal maşın vasitəsilə atası və Bürhanı xəstəxanaya aparmışlar. Şahid1 yumruqla sol gözündən vuran Aqşin olmuşdur. atası Təqsirləndirilən şəxs bıçaqla vuran şəxs Hüseyn olub, onu bıçaqla vuran zaman görmüşdür, həmin şəxsin yəni Hüseynin bir qolunda bilək nayihəsində bintlə sarğısı olmuşdur. O və onunla birlikdə olan Bürhan, Sübhan, Yavərin əlində bita taxta dəyənək olmamışdır. Atası Məhəmmədi təpiklə vurduqdan sonra atası yerdən taxta parçası götürmüşdür, əlində olan həmin taxta parçası olmuşdur, lakin bita dəyənək olmamışdır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 11.05.2021-ci il tarixdə saat 21 radələrində yaşadığm evə gedəndə binanın dəhlizində övladları Sübhan və Bürhan ilə rastlaşmışdır. Hara getmələrini soruşanda parka getdiklərini və Murad da onlarla gedəcəyini bildirmişlər. Onlara bir söz deməmiş və evə getmişdir. Təxminən 15-20 dəqiqə sonra oğlu Sübhan evə gəlib və bildirib ki, tanımadığı şəxslər Muraddan pul istəməsinə görə mübahisə yaradıblar.O, da bundan sonra düşüb parka gedib. Çatanda Sübhan, Bürhan və Murad bir neçə şəxs ilə mübahisə etdiklərini görüb yaxınlaşaraq nə baş verməsini soruşub, bu zaman bir nəfər şəxs Murad on manat borc pul alıb və qaytarmamasını bildirmişdir. Bu zaman onlara böyük kimi irad bildirib və aralaşmaqlarını tələb edəndə adını sonradan bildiyin Akşin adlı şəxs onunla kobud danışıb. Bu zaman onunla aralarında mübahisə yaranmışdır. Bu zaman oğlu Bürhan araya girib Akşini itələmişdir. Həmin vaxt dava başlamışdır. Dava zamanı adını sonradan Mövlüd olmasını nitq qüsuru olan şəxs ona yumruq atıb və sol gözündən vuraraq xəsarət yetirmişdir. Həmin gün dava qurtardıqdan Muradın atası Məhəmmədə zəng edib oğlu Murada görə mübahisəyə düşdüyünü və gözündən xəsarət almasını bildirib. Məhəmməd ilə həmin gün görüşüb uşaqları axtarıb ki, tapıb mübahisəni həll etsinlər. Uşaqlar arasında ağır nəticəyə səbəb olan dava yaranmasının qarşısını vaxtında almağa çalışmışlar. Lakin tapa bilməmişlər. Növbəti gün 12.05.2021-ci il tarixdə saat 12 radələrində işlədiyi Ərəş küçəsində sexdə olarkən Sübhan, Bürhan və Murad da sexdə olmuşlar. Məhəmməd də saat 10 radələrində mübahisə olacağını bildiyi üçün özü ilə bita dəyənək gətirib həmin sexə qoymuşdur. Həmin gün saat 12 radələrində təxminən 10-15 nəfər şəxs oraya gəlib onları soraqladıqlarını görüb o, və övladları küçəyə çıxaraq gələn şəxslərə yaxınlaşanda mobil telefonda danışıq zamanı nalayiq söyüşlərlə təhqir edən şəxsin kim olmasını soruşmuşdur. Bu zaman bir nəfər adını sonradan bildiyi Vəli adlı şəxs onu qolundan tutub kənara çəkmək istəyəndə Məhəmməd də oraya gəlirmiş, Məhəmməd oraya çatanda qoluna girərək kənara çəkmək istəyən şəxs onu buraxıb və qaçaraq Məhəmmədi təpiklə vurub Məhəmməd isə yerə yıxılmışdır. Dava zamanı özü də bədəninin müxtəlif nayihələrindən vurub döyüblər. Lakin adamlar çox olmasına görə həmin şəxsləri görə bilməmişdir. Oğlu Sübhan və Bürhanın xəsarət almasını və kimin tərəfindən vurulmasını görə bilməmiş. Lakin dava əsnasında görüb ki, Murad əlində olan taxta bita ilə tanımadığı bir nəfər şəxsi başından vurub həmin şəxs yerə yıxılmışdır. Dava qurtarandan sonra ona məlum olub ki, oğlu Bürhanın başına zərbə vurulub və huşunu itirib. Məhəmməd isə bıçaqlanaraq xəsarət almışdır. Münaqişəyə gəlmiş həmin şəxslərin əlində hər hansı əşya və ya predmet olmasını görməmişdir. Məhəmmədin Vəli adlı şəxs tərəfindən təpiklə vurulmasından sonra onun yıxılmasını görmüş, lakin hansı zamanda bıçaqla xəsarət yetirilməsini görməmişdir. Məhəmmədin təpiklə vurulub yıxılmasını görmüş olsa da lakin onun daha sonra yerdə olarkən döyülməsi və bıçaqlanmasını görə bilməmişdir. çünki həmin vaxt onu da tanımadığı uşaqlar vuraraq döydükləri üçün hadisəni tam görə bilməmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Şahid9 və onun tanışlarını əvvəllər tanımamışdır. Şahid9 qismən tanımışdır. Belə ki, onu üzdən tanısa da lakin hər hansı münasibəti olmamışdır. 11.05.2021-ci il tarixdə saat 21 radələrində o, qardaşı Bürhan və dostları Murad ilə birlikdə ünvan 1ir şəhər N.Nərimanov küçəsində yerləşən Dostluq parkında oturub söhbət edirmişlər. Həmin vaxt Akşin adlı üzdən tanıdığı şəxs və 4-5 nəfər yanında olan şəxslər parka gəlib onlar yaxınlaşıblar. Onlar Muradı kənara çağırıb aparmışlar. Bir qədər keçdikdən sonra Murad ilə həmin şəxslərin kənarda söhbət etməsini görüb o və qardaşı Bürhan da onlara yaxınlaşıb biraz aralıda dayanıb. Həmin vaxt söhbətə qulaq asanda məlum olub ki, həmin şəxslər Muraddan 10 manat pul istəyirmiş. Hansı səbəbdən və nə məqsədlə Muraddan pul istəməsini bilməmişdir. Daha sonra həmin şəxslərdən biri ona yaxınlaşıb 10 manat istəyib. O, isə pulu olmamasını dedikdə həmin şəxs bildirib ki, mobil telefonunu satıb ona on manat verib. O, isə razılaşmamış və nə üçün pul verməli olduğunu soruşub. Bu zaman mübahisə yaranmağa başlamışdır. O, isə mübahisənin böyüməsini görüb evə gedərək atası Yavərə bu barədə danışıb. Atası Yavər ilə birlikdə parka geri qayıtmışlar. Atası ora gəldikdən sonra həmin uşaqlarla söhbət edərkən Akşin atası Yavərə kobud cavab qaytardığı üçün orada dava başlamış, daha sonra dağılışıb getmişdir. Daha sonra qardaşı Bürhan Akşin adlı şəxsə instaqram vasitəsilə yazaraq yenidən söhbət etməyə çağırmışdır. Sosial şəbəkədə baş tutan həmin söhbət zamanı qardaşı Bürhan atası Yavərin işlədiyi maşın təmiri yerində olacağını bildirib onu ünvan 1ir şəhər Ərəş küçəsinə çağırmışdır. 12.05.2021-ci il tarixdə o və qardaşı Bürhan həmçinin Murad atası Yavər işlədiyi təmir sexində olarkən saat 12 radələrində görmüşlər ki, Akşin və onunla birlikdə gələn təxminən 10-15 nəfər şəxs bir nəfər şəxslə söhbət edirmiş, o, qardaşı və Murad “Şok” marketin qarşısında dayanıb onlara baxmışlar. Daha sonra Muradın atası Məhəmməd də gəlib oraya çatıb. Bu zaman atası Yavər də onların yanında olmuşdur. Muradın atası Məhəmməd gəldi və yanlarından keçib Akşinlə birlikdə gələn şəxslərə yaxınlaşmışdır. Həmin vaxt Məhəmmədin əlində hər hansı alət və əşya olmamışdır. Məhəmməd həmin şəxslərə yaxınlaşanda onun oğlu Muradın barəsində söyüş söyən şəxsin kim olmasını soruşaraq Akşinlə birlikdə gələn şəxslərin ünvanına nalayiq söyüş söyüb. Həmin uşaqlardan bir nəfər tanımadığı və görə bilmədiyi şəxs təpiklə Məhəmmədi vurub yerə yıxıb. Bu zaman o, qardaşı Bürhan, Murad və atası Yavər də həmin yerə yaxınlıqda olub, Məhəmmədlə aralarında təxminən 4-5 metr məsafə olmuşdur. Məhəmmədi təpiklə vurduqdan sonra onların üstünə gəlib və qarşılıqlı dava başlamışdır. Dava əsnasında kimin kim tərəfindən vurulmasını görə bilməmiş, lakin o, qardaşı Bürhan və həmçinin atası Yavər dava zamanı xəsarət almışlar. Orada baş vermiş dava zamanı isə Məhəmmədin təpiklə vurulmasından əlavə hər hansı xəsarət yetirmə hadisəsini görməmişdir. Çünki kütləvi dava başlayandan qısa zaman sonra o, yerə yıxılmışdır və buna görə də çox hadisənin şahidi ola bilməmişdir. Daha sonra dava qurtarandan sonra görüb ki, qardaşı Bürhan yerdə oturmuş vəziyyətdədir, Məhəmməd yerdə qan içindədir, atası Yavər də xəsarət almış vəziyyətdə olmuşdur. Atası Yavər 11.05.2021-ci il tarixdə Dostluq parkında baş vermiş dava zamanı gözündən xəsarət almış, 12.05.2021-ci il tarixdə baş vermiş dava zamanı isə digər gözündən və müxtəlif nayihələrindən xəsarət almışdır. Hər iki dava zamanı atası Yavərə hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilməsinin şahidi olmamışdır. həmin münaqişə zamanı Akşin ilə birlikdə gəlmiş şəxslərdən hər hansı birinin əlində taxta və ya sair əşya alət olmasını görməmişdir. Lakin davadan əvvəl Muradın atası Məhəmməd taxta bitanı gətirib onların işlədiyi sexə qoymuşdur. Daha sonra yaşadığı evə gedib və geri qayıdanda isə əlində heçnə olmamışdır. Həmin taxta bita Muradın əlində olmuşdur. Özünün əlində hər hansı əşya olmayıb, atası Yavərin əlində heçnə olmayıb, qardaşı Bürhanın da əlində heçnə olmamışdır. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 11 may 2021-ci il tarixdə saat 21 radələrində o, qardaşı Sübhan və dostu Murad ilə birlikdə Nərimanov küçəsində yerləşən parkda oturub söhbət edərkən adını sonradan bildiyi Akşin, Mövlüd, Qəhrəman, batya ləqəbli Elmir və digər adlarını bilmədiyi şəxslər cəmi beş nəfər şəxs həmin parka gəlmişlər. Həmin şəxslər parkda onları görüb yaxınlaşıb və Muradı kənara çağırıblar. Murad da onlarla bir qədər aralıya getmişdir. Təxminən 5 dəqiqə keçmiş Muradın qayıtmadığını görüb o və qardaşı Sübhan da onlara yaxınlaşmışlar. Onlardan nə məsələ olmasını soruşanda Akşin adlı şəxs bildirib ki, Muradın ona on manat borcu var və qaytarmır. Murad dostu olmasını dedikdə Akşin telefonunu sat 10 manat pulu ver demişdir. Bu zaman aralarında mübahisə yaranıb. Bir qədər sonra atası Yavər də oraya gəlmişdir. Nə məsələ olmasını soruşanda Akşin atasına Muradın ona borcu olmasını demişdir. Bu zaman atasına deyib ki, bəs nə üçün ondan və Sübhandan on manat istəməsini soruşanda Akşin qabağa durub gələrək və atası Yavərlə kobud danışmışdır. Bu zaman o, qabağa gələrək Akşini sinəsindən geri itələmiş atası ilə artıq əskik danışmamasını tələb etmişdir. Bu zaman dava düşmüş və Mövlüd yumruqla atası Yavəri sifətindən göz nayihəsindən vurmuşdur. Bu zaman qarşılıqlı əlbəyaxa dava başlamışdır. Murad isə qaçıb getmişdir. Həmin vaxt onu da Batya ləqəbli Elmir zibil qutusu ilə kürək nayihəsindən vurmuşdur. Sonra dava qurtarıb. Onlar qaçıb gediblər. Həmin dava zamanı Akşin nalayiq küçə söyüşləri söydüyünə görə bu səbəbdən də o, evdə olarkən Akşinin instaqram hesabını öyrənib və ona instaqram vasitəsilə sms yazaraq görüşməyə dəvət etmişdir. Həmin danışıq zamanı aralarında mübahisə dərinləşmiş, o, da Akşinə işlədiyi Ərəş küçəsini deyərək 12.05.2021-ci il tarixdə ora gəlməsini və söhbət edərək məsələni aydınlaşdırmalarını bildirmişdir. 12.05.2021-ci il tarixdə o, qardaşı Sübhan və Murad atası Yavərin işlədiyi təmir sexində olarkən bir neçə nəfər şəxs gəlib onu axtardıqlarını eşitmişdir. O, da bundan sonra mübahisəyə gəldiklərini qardaşına və Murada deyərək Şok marketin yanına gedib. Görüb ki, 10-15 nəfər şəxs oraya gəlib. Həmin şəxsləri görəndə onların əlində hər hansı əşya və ya predmet olmasını görməmişdir. Bu məqamda Muradın atası Məhəmməd də oraya gəlmiş Vəli adlı şəxs atası Yavəri kənara çəkmək istəyəndə atasının dostu Elmir adlı şəxs araya girmişdir. Bundan sonra Məhəmməd çatanda oğlu Muraddan kimin pul tələb etməsini deyib və nalayiq ifadə işlətmişdir. Bu zaman Vəli adlı şəxs Məhəmmədi təpiklə vurub və Məhəmməd yerə yıxılmışdır. Eyni zamanda Akşin adlı şəxs ona qəfil yaxınlaşıb əlində nə olmasını görə bilmədən və ona başından vurub və o, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Bundan sonra xəstəxanada ayılıb özünə gəlmiş və başqa hər hansı şahidi olduğu hadisə olmamışdır. Dava başlamazdan əvvəl o, atası, qardaşı Sübhan özləri ilə hər hansı alət əşya aparmamışlar. Şahid4 isə daha əvvəl atası Məhəmmədin sexə gətirib qoyduğu taxta bitanı götürüb paltarında gizlətmiş və dava yerinə aparmışdır. Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “Qusi” ləqəbi ilə tanınsa da adı Hüseyndir. Şahid4 və Sübhan və Bürhan qardaşlarını bir iki ay müddətdir ki, tanısa da dərin münasibətləri olmayıb, aralarında əvvəllər hər hansı ədavətləri və ya münaqişələri olmayıb. 11.05.2021-ci il tarixdə Murad Eyyubovu tanısa da lakin onun atası, həmçinin Bürhan və qardaşı Sübhanı və ataları Şahid1 tanımır. Onlarla aralarında hər hansı ədavət olmamışdır. 11.05.2021-ci il tarixdə dostları Aqşin, Kamran, Qəhrəman, Mövlud və Elmir ünvan 1ir şəhəri “Dostluq Parkı” adlanan yerdə olarkən Murad və onun dostları ilə parkda rastlaşmışlar. Əvvəlcə salamlaşıb birlikdə dayanıb söhbət etməyə başlamışlar, lakin sonradan aralarında mübahisə yaranmışdır. Belə ki, Aqşin onlardan harada qalmasını soruşanda verilən cavab xoşagəlməz oldu buna görə də mübahisə yaranıb. Daha sonra isə Aqşin Sübhandan bir neçə gün istifadə etməsi üçün qol saatını istədikdə o razılaşmayıb. Bundan bir qədər keçdikdən sonra Sübhanın atası Yavər ora gəlib mübahisə etməyə başlayıb, mübahisə davaya çevrildikdə əlbəyaxa başlamışdır. Həmin vaxt Sübhan əlində bıçaq çıxarıb onun üstünə gəldiyi üçün ona əl qol ataraq özündən uzaqlaşdırmışdır. Daha sonra dava qurtardıqdan sonra çıxıb getmişlər. Sonradan 12.05.2021-ci il tarixdə saat 12 radələrində həyətə düşdükdə xəbər tutub ki, dostu Aqşinin və digər dostlarının Bürhan adlı şəxs və qohumları ilə mübahisəsi var. Həmin şəxslər rus qəbiristanlığına mübahisəyə çağırıblar. Aqşin onun qardaşı Hüseyn, Elmir, Qəhrəman və qardaşı Mövlüd, Kamran və qardaşı Məhəmməd, Vəli, Emil və Məhəmmədəli adlı şəxslərlə birlikdə rus qəbiristanlığına getmişlər. Gedərkən üzərində özü ilə heç bir əşya aparmamış, həmçinin uşaqların hər hansı əşya aparmasından məlumatı olmayıb. rus qəbirstanlığına doğru gedib orada bir müddət gözləsələr də lakin heç kim gəlməmiş, bundan sonra telefonla Bürhan ilə əlaqə saxlayanda onlardan kimsə bildirib ki, polis şöbəsinə gediblər. Bundan sonra dağılışıb evə gedəcəklərini deyib Ərəş küçəsi ilə geri qayıtmağa başlamışlar. “Şok” marketin qarşısından keçib gedərkən onları arxadan səsləyiblər. Həmin vaxt Bürhan, Sübhan və onların atası Yavər, həmçinin Şahid4 və atası, daha iki nəfər şəxsiyyəti ona bəlli olmayan təxminən 40 yaşında iki nəfər şəxs onların üstünə gəliblər.Çatanda Bürhanın atası Yavər onların ünvanına nalayiq söyüşlər söymüşdür. Daha sonra dava düşüb, elə həmin məqamda Murad əlində bita ilə üstünə gəlməsini görüb, çatanda bita ilə onu başından iki dəfə vurduqda o, yerə yıxılmış daha sonra nə baş verməsi barədə məlumatı olmamışdır. Yolda evə gedərkən özünə gəlib və başqa bir məlumat xatırlamamışdır. Qeyd olunan tarixdə Dostluq Parkında olarkən Bürhan, Sübhan və Murad ilə rastlaşıb söhbət edərkən onlardan heçkim pul və ya əvəzinə mobil telefon satılmasını tələb etməyib, lakin Aqşin Sübhandan bir neçə günlük qol saatını taxıb qaytarmağı istəyib, Sübhan da razılaşmayıbdır. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Bürhan qardaşı Sübhan və onların dostu Şahid4 tanıyır. Onlarla hər hansı münasibəti olmasa da lakin şəhər sakini olaraq tanıyır. 11.05.2021-ci il tarixdə saat 21 radələrində o, dostları Aqşin, Kamran, Qəhrəman və onun qardaşı Mövlud ilə birlikdə ünvan 1ir şəhər “Dostluq Parkı” adlnan parka getmişlər. Orada olarkən Bürhan və Sübhan qardaşları həmçinin onların dostu Şahid4 parkda görmüşlər. Onlara yaxınlaşıb və hal-əhval tutub daha sonra Şahid4 siqaret istəmişlər. O da hər birinə siqaret vermişdir. Söhbət əsnasında Aqşin Sübhan adlı şəxsdən şəhərin hansı tərəfində qalmasını soruşub, Sübhan isə buralarda qaldığını bildirib. Aqşin isə parkda qalırsan dedikdə mübahisə yaranmışdır. Lakin həmin mübahisə dava-dalaşa çevrilməmişdir. Daha sonra söhbət əsnasında Aqşin Sübhandan qol saatını bir neçə günlük taxmaq məqsədilə istədikdə Sübhan onunla razılaşmamışdır. Təxminən bir neçə dəqiqə keçdikdən sonra Sübhanın atası Yavər adlı şəxs ora gəlib onlara yaxınlaşaraq nə üçün onun uşaqlarından pul istəmələrini soruşub. Həmin vaxt Aqşin cavab olaraq pul istəmədiyini dedikdə Yavər adlı şəxs Aqşini təhqir etmiş, Aqşin də cavab olaraq eyni sözləri ona qaytarmışdır. Bu zaman Yavər adlı şəxs Aqşini sillə ilə vurmuş, həmin vaxt dava düşmüşdür. Sübhan əlində olan bıçaqla Aqşinin üstünə hücum edib daha sonra dava sakitləşmişdir. həmin davada o, iştirak etsə də nə kimsəni vurmamış, nə də kimsə onu vurmamışdır. Davanı sakitləşdirdikdən sonra onlar oradan çıxıb getmişlər. 12 may 2021-ci il tarixdə səhər saatlarında məhləyə düşmüş və həmin vaxt Aqşin ilə rastlaşmışdır. Aqşin bildirib ki, axşamkı davaya görə Bürhan onu nalayiq söyüşlərlə davaya Zərif şadlıq sarayının yaxınlığına rus qəbirstanlığına çağırıb. O da onun söyüşlü səslərinə qulaq asıb və birlikdə qeyd olunan yerə davaya getməyə razılaşmışdır. Tandığı şəxslərdən Qəhrəman, Mövlud, Kamran, qardaşı Məhəmməd, Aqşinin qardaşı Hüseyn, Məhəmmədəli və “Qusi” ləqəbli şəxslər bir yerə toplaşıb adları qeyd edilən şəxslərdən başqa 4-5 nəfər şəxs də onlarla birlikdə həmin gün saat 12 radələrində ünvan 1ir şəhər rus qəbirstanlığına doğru getmişlər. Orada bir müddət gözləsələr də, lakin heç kim gəlməmiş bundan sonra telefonla Bürhan ilə əlaqə saxlayanda onlardan kimsə bildirib ki, polis şöbəsinə şikayətə gediblər. Onlar da dağılışıb evə gedəcəklərini deyib Ərəş küçəsi ilə geri qayıtmağa başlamışlar. “Şok” marketin qarşısından keçib gedərkən arxadan səsləyərək onları çağırmışlar. Həmin vaxt Bürhan, Sübhan və onların atası Yavər, həmçinin Şahid4 və atası, daha iki nəfər şəxsiyyəti ona bəlli olmayan təxminən 40 yaşında iki nəfər şəxs onların üstünə gəldiklərini görmüşlər. Çatanda Bürhanın atası Yavər onların ünvanına nalayiq söyüşlər söymüşdür. Hüseyn qabağa durub böyük olduğunu və söyüş söymək lazım olmadığını demiş, həmin vaxt Yavər Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs da bita ilə Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt bita yerə düşmüş onu yerdən götürən Murad bita ilə onlarla gəlmiş “Qusi” ləqəbli Hüseyni vurmuşdur. Daha sonra qarşılıqlı dava başlamışdır. O, isə dava zamanı kənarda dayanmışdır. Dava sakitləşəndə isə oradan çıxıb getmişdir. Özü və adlarını qeyd etdiyi dostları dostluq parkında olarkən Bürhan və qardaşı Sübhan, Murad ilə rastlaşanda onlardan heç kim pul tələb etməmiş, heç kim onlardan telefon satmasını istəməmişdir. Lakin Aqşin onlardan birindən qol saatını bir neçə günlük istəyib, o isə razılaşmadıqda daha sonra istəməmişdir. Zərərçəkmiş şəxs dava zamanı bita ilə vurub xəsarət yetirən şəxs sonradan bıçaqlanaraq xəsarət alan Muradın atası Məhəmməd adlı şəxs olmuşdur. “Qusi” ləqəbli Hüseyni başından iki dəfə bita ilə vuran Murad adlı şəxs olub, o atası bita ilə Zərərçəkmiş şəxs vurduqdan sonra bita yerə düşəndə götürüb “Qusi” Hüseynin başından vurmuşdur. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Murad Eyyubovu tanısa da lakin onun atası, həmçinin Bürhan və qardaşı Sübhanı və ataları Şahid1 tanımır. Onlarla aralarında hər hansı ədavəti olmamışdır. 11.05.2021-ci il tarixdə dostları Aqşin, Kamran, Qəhrəman, Mövlud və Elmir ünvan 1ir şəhəri “Dostluq Parkı” adlanan yerdə olarkən Murad və onun dostları ilə parkda mübahisə etmişlər, lakin o barədə sonradan məlumat tutmuşdur. Lakin sonradan 12.05.2021-ci il tarixdə saat 12 radələrində həyətdə olarkən xəbər tutmuşdur ki, dostu Aqşin və digər dostlarının Bürhan adlı şəxs və qohumları ilə mübahisəsi var. Həmin şəxslər rus qəbiristanlığına mübahisəyə çağırmışlar. Aqşin onun qardaşı Hüseyn, Qusi ləqəbli Hüseyn, Elmir, Qəhrəman və qardaşı Mövlüd, Kamran və qardaşı Məhəmməd, Vəli və Emil adlı şəxslər birlikdə rus qəbiristanlığına getmişlər. Gedərkən üzərində özü ilə heç bir əşya aparmamış, həmçinin uşaqların hər hansı əşya aparmasından məlumatı olmayıb. rus qəbirstanlığına doğru gedib orada bir müddət gözləmişlər, lakin heç kim gəlməmişdir. Bundan sonra telefonla Bürhan ilə əlaqə saxlayanda onlardan kimsə bildirib ki, polis şöbəsinə şikayətə gediblər. Bundan sonra dağılışıb evə gedəcəklərini deyib Ərəş küçəsi ilə geri qayıtmağa başlamışlar. “Şok” marketin qarşısından keçib gedərkən arxadan səsləyib çağırmışlar. Həmin vaxt görüblər ki, Bürhan, Sübhan və onların atası Yavər, həmçinin Şahid4 və atası, daha iki nəfər şəxsiyyəti ona bəlli olmayan təxminən 40 yaşında iki nəfər şəxs onların üstünə gəlirlər. Çatanda Bürhanın atası Yavər onların ünvanına nalayiq söyüşlər söymüşdür. Hüseyn qabağa durub böyük olduğunu və söyüş söymək lazım olmadığını dedikdə həmin vaxt Yavər Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs da bita ilə Zərərçəkmiş şəxs vurmuş, həmin vaxt bita yerə düşüb onu yerdən götürən Murad bita ilə “Qusi” ləqəbli Hüseyni vurmuşdur. Daha sonra qarşılıqlı dava baş verib, o, özü isə kənarda dayanmışdır. Dava sakitləşəndə isə oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs dava zamanı bita ilə vurub xəsarət yetirən şəxs sonradan bıçaqlanaraq xəsarət alan Muradın atası Məhəmməd adlı şəxs olub “Qusi” ləqəbli Hüseyni başından iki dəfə bita ilə vuran Murad adlı şəxs olub, o atası bita ilə Zərərçəkmiş şəxs vurduqdan sonra bita yerə düşəndə götürüb “Qusi” Hüseynin başından vurmuşdur. Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1ir şəhər Şəfa küçəsi ev ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. 12.05.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb piyada ünvan 1ir şəhər kolxoz bazarına ev üçün ərzaq almaq məqsədilə gedirmiş, yolu ünvan 1ir şəhər Samux küçəsindən Ərəş küçəsindən keçərək kolxoz bazarına doğru gedərkən Samux küçəsində yerləşən “Zərif” şadlıq sarayının qarşısından keçib Ərəş küçəsinə keçəndə həmin küçədə sol tərəfdə yerləşən “şok” marketin qarşısına çatanda küçədə çoxlu şəxslərin səs-küylü davasını görüb qorxduğu üçün həmin dava baş verən yerə çox yaxınlaşmamış lakin aralıdan görüb ki, onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs döyürlər və həmin vaxt o yerdə yıxılmış vəziyyətdə və üst-başı qan içində olub. Aralıdan dava yerinə doğru bir qədər irəliləyib təxminən bir dəqiqə sonra ətrafda olan dalaşan şəxslər dağılışanda Məhəmməd yolun sol kənarında maşın təmiri sexləri olan hissədə asfaltın üzərində yerdə yıxılmış vəziyyətdə dayanmasını görüb yaxınlaşmaq istəsə də lakin həmin məqamda bir nəfər şəxs ağ rəngli avtomaşına Məhəmmədi əyləşdirib və aparıb. Bundan sonra Məhəmmədi tanıdığı üçün dərhal onun anası Rüzgar Eyyubovaya məlumat vermişdir. Həmin vaxt dava olan şəxslərdən yalnız Təqsirləndirilən şəxs və oğlu Şahid4 görüb tanıya bilmişdir. Məhkəmə iclası zamanı elan olunmuş Şahid9 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 təxminən 2 ay müddətdir tanıyır. ünvan 1ir şəhər “Qələbə Meydanı” adlanan ərazidə bir neçə dəfə görüşüb tanış olublar. Həmin vaxtdan sonra birdaha görüşməyiblər. Yenidən Şahid4 ilə 11 may 2021-ci il tarixdə saat 21 radələrində o, Kamran, Elmir, Qəhrəman və sonuncunun qardaşı Mövlud ilə birlikdə ünvan 1ir şəhər “Dostluq Parkı” adlanan parkda olarkən əvvəl tanıdığı Şahid4 görmüşdür. Muradın yanında adını sonradan bildiyim Bürhan və Sübhan adlı qardaşlar da olublar. Onları gördükdə yanına yaxınlaşıb salamlaşmışlar. daha sonra Muradla söhbət edərək çoxdandı görünmədiyini nə işlə məşğul olmasını soruşmuş, Murad da onunla normal salamlaşıb. Bundan sonra Murada onunla birlikdə olan şəxslərdən birində olan qol saatını müvəqqəti taxmaq üçün verə biləcəyini soruşmasını xahiş edib, Murad isə kənarda onunla söhbət edəcəyini deyərək gedib. Bir qədər sonra geri qayıdıb və həmin şəxs qol saatını vermədiyini bildirib. Bundan bir qədər sonra həmin şəxslərin atası adını sonradan bildiyi Yavər adlı şəxs gəlmişdir. Yavər adlı şəxs gəlib çatanda nə üçün onun övladlarından pul istəməyini soruşub, o isə təkzib edib və pul istəmədiyini bildirib. Həmin vaxt Şahid1 öz övladlarından nə istənildiyini soruşanda böyük oğlu onlardan pul tələb edilməsini bildirib. Bu zaman Şahid1 ona dönərək sillə ilə sifətindən vurub. bundan sonra o, da yumruqla Şahid1 sifətindən vurmuşdur. Bu zaman Şahid1 oğlu da onu vurduqda cavab olaraq onu yumruqla belindən vurmuşdur. Onunla birlikdə gəlmiş dostları həmn vaxt onları aralaşdırıb bundan sonra münaqişə qurtarıb. Bundan sonra Bürhan adlı şəxs ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə sms yazaraq bir gün sonra görüşə çağırıb və gəlməyəcəyi halda ünvanına nalayiq sözlər yazmışdır. O, isə onunla sabah görüşə gələcəyini bildirib, bu söhbəti qardaşı Zərərçəkmiş şəxs danışmışdır. Qardaşı isə birlikdə getməklərini bildirib. 12.05.2021-ci il tarixdə saat 12 radələrində Bürhan ilə vədələrinə uyğun olaraq onunla görüşmək üçün ünvan 1ir şəhər Ərəş küçəsinə qardaşı Hüseynlə birlikdə yola düşüb. Yolda dostları Kamran və qardaşı Məhəmməd, Elmir, Qəhrəman və qardaşı Mövlud, Qusi ləqəbli Hüseyn, Emil, Vəli adlı tanışlarına həmin gün mübahisəsi düşməsi barədə məlumat vermişdir. Həmin gün saat 12 radələrində Ərəş küçəsində Bürhanın işlədiyi yerə gedəcəyini bildirmişdir. Bundan sonra adlarını qeyd etdiyi şəxslər ilə ünvan 1ir şəhərində müxtəlif ünvanlarda görüşərək toplaşıb və birlikdə Ərəş küçəsinə “Zərif” şadlıq sarayı istiqamətində yola düşüblər. Davaya gedərkən qardaşı Hüseyn onun çətinliklə üzləşəcəyi təqdirdə istifadə etmək üçün mətbəx bıçağı götürüb. Yerdən tapdığı dəmir parçasını özü ilə götürüb mübahisəyə getmişdir. Onlarla birlikdə gələn digər şəxslər özləri ilə birlikdə hər hansı əşya gətirmələri barədə məlumatı olmayıb. Şahid3 işlədiyi yerə yaxınlaşanda Bürhanı tapa bilməyib və geri qayıdarkən küçədə onları arxadan söyüşlərlə çağırdıqda və onlar dayanmış, bundan sonra təxminən 5-6 nəfər şəxs onlara doğru gəlmişlər. Bürhan, qardaşı Sübhan, və onların atası Yavər , Murad və onun atası Məhəmməd və başqa iki nəfər şəxs onların üstünə gəlib, çatdıqda Yavər adlı şəxs ona telefonda söyüş söyən şəxsin kim olmasını soruşub və aralarında dayanıb. Bu zaman o, kənara keçib və Bürhanın yanına gəlib ona çatdıqda yumruqla başından vurmuşdur. Bürhanın əlində olan çəkic yerə düşüb, Bürhan isə qaçıb getmişdir. Həmin vaxt əlbəyaxa dava başlamış və dava əsnasında Bürhanın atası Yavəri yumruqla sifətindən və bədəninin müxtəlif nayihələrindən vurmuşdur. Dava əsnasında Muradın atası Məhəmməd qardaşı Hüseynin üstünə bita taxta dəyənək ilə gəlib onu ayağından vurmuş və qardaşı Hüseyn də onu özü ilə gətirdiyi bıçaqla arxa nayihəsindən Məhəmmədi vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bıçaqlandığını gördükdə hamı qaçaraq oradan uzaqlaşmışdır. Şahid4 və Şahid2 pul istəməmiş, yaxud onlardan pulu olmadığı təqdirdə telefon satıb pulu vermələrini bildirməmişdir. Sadəcə olaraq Bürhan və ya Sübhan dəqiq xatırlamadığı şəxsdən qolunda olan qol saatını bir neçə günlük taxmaq üçün istəmiş, lakin o da razılaşmamışdır. 11.05.2021-ci il tarixdə Dostluq parkı adlanan ərazdə baş vermiş münaqişə zamanı zibil qutusu ilə Sübhan Əsədəovu və Şahid4 vurmamış, münaqişə zamanı Şahid1 onu sillə ilə vurduğu üçün qarşılıq olaraq onu, Sübhanı və Şahid4 yumruqla vurmuşdur.12.05.2021-ci il tarixdə baş vermiş dava-dalaş zamanı Bürhanı yumruqla vurmuş, çəkic onun əlindən düşüb və Bürhan oradan qaçıb. özü ilə gedərkən çəkic aparmamış və Bürhanı çəkiclə vurmamışdır. X5 dava zamanı yumruqla və təpiklə vurmuş, lakin onu qucaqlamamış və bıçaqla vurulmasına şərait yaratmamışdır. Dava zamanı qardaşı Hüseynin üstünə bita ilə gələrək vurduğu üçün qardaşı Hüseyn Məhəmmədi bıçaqla vuraraq xəsarət yetirmişdir. Şahid3 başından yumruqla vurub, onun üstündə olan çəkic yerə düşüb, lakin onun çəkici yerə düşdükdən sonra da onu çəkiclə başından vurmamışdır. Şahid4 əlində dəyənək ilə onlarla birlikdə gələn şəxslərin üzərinə hücum etdiyini görüb onun üstünə gedəndə dəyənək ilə bədənindən vurulduğu üçün yumruqla Şahid4 vurmuşdur. həmçinin Şahid1 ilə əlbəyaxa dava zamanı onu müxtəlif nayihələrindən vurarkən o da qarşılıqlı olaraq əli ilə vurub. Cinayət işi materiallarında olan 12.05.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protkoldan da görünür ki, münaqişə ünvan 1ir şəhər Ərəş küçəsində saat 13 radələrində insanların mütəmadi hərəkətdə olduğu yerdə baş vermişdir. Cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının 14.05.2021-ci il tarixli 276 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun məhkəmə tibbi müayinəsi zamanı onun bədəninində aşkar olunan xəsarətlər: - sol mil-bilək oynağı sümüklərinin qapalı sınığı, sol gicgah nayihəsində sıyrıq, sol əlin arxa səthində, hər iki dizlərində və sol çiyin qurşağında qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər. Yetirilmə müddətləri qərarda göstərilən 12.05.2021-ci il tarixə uyğundurlar. - ağırlıq dərəcəsinə görə - sol gicgah nayihəsində sıyrıq, sol əlin arxa səthində, hər iki dizlərində və sol çiyin qurşağında qançırlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. - mil-bilək oynağı sümüklərinin qapalı sınığı sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş DİN yanında BƏSİİ tərəfindən verilmiş 09.12.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş ünvan 1ir şəhər İcra Hakimiyyəti yanında MKT İB-in 1483a №-li, 24.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə qonşularından və ictimaiyyətdən Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulan ziyan ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkədəmədən cəza təyin edilərkən ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə saat 13 radələrində tanışı Şahid1 işlətdiyi ünvan 1ir şəhəri, Ərəş küçəsi «Şok» marketin yaxınlığında yerləşən avtomobil təmiri sexinin qarşısında Şahid1la Zərərçəkmiş şəxs arasında hər iki tərəfin yaxınlarının və tanışlarının, o cümlədən onun öz oğlu Şahid4 arasında bir gün əvvəl ünvan 1ir şəhəri, N.Nərimanov küçəsində yerləşən «Dostluq» parkında baş vermiş və artıq səngimiş mübahisə və dava-dalaşla bağlı gedən söhbət əsnasında Zərərçəkmiş şəxs qardaşı Şahid9 Şahid1 oğlu Şahid3 arxadan yaxınlaşıb yumruqla baş nahiyəsinə zərbə endirdikdən sonra, tərəflər arasında qəfil olaraq başlayan və davam edən dava-dalaş zamanı hadisə yerinə Zərərçəkmiş şəxsla birlikdə gələn şəxslərin içərisində olan X3 onun (Təqsirləndirilən şəxs) qarın nayihəsinə təpiklə vurub onu yerə yıxdıqdan sonra o, Vəli Abdullayevin üzərinə deyil, həmin vaxtadək onunla hər hansı bir mübahisəsi və ədavəti olmayan Zərərçəkmiş şəxs üzərinə gedərək heç bir əsaslı səbəb olmadan ictimai yer sayılan və insanların gediş-gəlişinin çox olduğu küçədə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına etinasızlıq və laqeydlik nümayiş etdirərək, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib, ətrafda olan hadisənin şahidlərindən Şahid7 və digər şəxslərin dincliyini pozmaqla, özünü onların fövqündə qoymaqla, habelə əxlaq və mənəviyat normalarına qarşı saymamazlıq göstərib, Zərərçəkmiş şəxs qolundan tutub idman fəndi işlətməklə onu üzərindən aşırıb yerə yıxaraq, ona həyat üçün təhlükə yaratmayan və Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol mil-bilək oynağı sümüklərinin qapalı sınığı sağlamlığa az ağır zərər vurmaya aid, habelə sol gicgah nayihəsində sıyrıq, sol əlinin arxa səthində, hər iki dizlərində və sol çiyin qurşağında qançırların əmələ gəlməsi ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdən pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona ittiham edildiyi maddələrinin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakaterizə olunmasını və əməlindən səmimi peşmançılıq hissi keçirməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin məcmusunu yaratdığına və həmin cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olduqlarına görə, ona Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin olunmasını əsaslı və qanuni hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı ünvan 1ir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və ünvan 1ir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, ünvan 1ir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə ünvan 1ir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq ünvan 1ir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının ünvan 1ir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və ünvan 1ir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı ünvan 1ir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası ünvan 1ir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq ünvan 1ir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının ünvan 1ir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində ünvan 1ir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-40/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-40/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver