Məhkəmə qərarları › İş №1(051)-41/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-41/2020

17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-41/2020 17.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1, 234.1, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30/1 saylı evin, 56 saylı mənzilində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: TəqsirləndirilənşəxsTəqsirləndirilən şəxsxx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisində təmiz çəkisi 0,301 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 13 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30/1№-li evin qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxsməhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə əlaqədar təyin edilmiş cəzadan azad edilmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhərinin N.Nərimanov prospektində yerləşən 1 saylı orta məktəbin yaxınlığından keçərkən yerdə kibrit qutusunu görüb götürərək açıb baxdıq da içərisində siqaretin gümüşü kağız bükümünə bükülmüş 3 ədəd büküm olduğunu görmüşdür. Sonra isə həmin bükümləri açıb baxdıqda həmin bükümlərin içində narkotik vasitə kokos olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümləri özü ilə götürüb yaşadığı evə getmişdir. Bükümlərdən birini açıb içərisində olan narkotik vasitəni istifadə etmiş, yəni iynə ilə damarına vurmuşdur. Bükümlərdən birinin içərisində olan narkotik vasitə az olduğu üçün həmin bükümdəki narkotik vasitəni digər bükümdəki narkotik vasitənin üzərində əlavə edib tünd göy rəngli gödəkcəsini geyinib içərisində narkotik vasitə olan siqaretin gümüşü kağız bükümünü də gödəkcənin sol yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 30/1 saylı binanın qarşısında olarkən tapdığı narkotik vasitə də əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Həmçinin üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra o əynində olan şalvarın sağ yan cibindən içərisində kibrit gilələri olan 1 ədəd kibrit qutusu, 1 manatlıq pul əskinazı, 2 ədəd 20 qəpiklik, 1 ədəd alışqanın işığı, şalvarının sol yan cibindən 2 ədəd siqaret, əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağız bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etdi. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərimə şəxsi axtarış keçirilərkən üzərindən saxlanılması qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edildi. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,44 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhərinin N.Nərimanov prospektində yerləşən 1 saylı orta məktəbin yaxınlığından keçərkən yerdən tapıbdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və hal şahidlərinin iştirakımı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuşlar və o da həmin protokolun düzgünlüyünə imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alınmasını xahiş etdi. Şahid1 Şöhrədin oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2, Şahid3 o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 30/1 saylı binanın qarşısında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, da əynində olan şalvarın sağ yan cibindən içərisində kibrit gilələri olan 1 ədəd kibrit qutusu, 1 manatlıq pul əskinazı, 2 ədəd 20 qəpiklik, 1 ədəd alışqanın işığı, şalvarının sol yan cibindən 2 ədəd siqaret, əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağız bükümünü çıxarıb təqdim etdi və üzərində digər əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilərkən keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən çıxarıb təqdim etdiyi bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1(bir) büküm narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, siqaretin gümüşü kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,44 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhərinin N.Nərimanov prospektində yerləşən 1 saylı orta məktəbin yaxınlığından keçərkən yerdən tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərdiyi xususatları öz ifadələrində təstiq etmişlər. İş üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibində gizlədərək saxladığı 1(bir) ədəd siqaretin gümüşü kağız bükümünün içərisində ümumi təmiz çəkisi 0,301 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 123 №li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...kütlə...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,301 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,251 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcubri müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşə əlavə olunmuş 14 №-li MİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 155 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Məmmədova Fidan və xx.xx.2014-cü il təvəllüdlü Məmmədov Qılınc adlı iki nəfər azyaşlı uşaqları var. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi.Təqsirləndirilən şəxsəməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökümdən görünür ki, Mingəçevir şəhər məhkəməsini xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 234.1, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixldə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddələrinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olmasını cəzanıyüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəstən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Məhkəməyuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərəalaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74- 1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Məhkəmə təqsirləndirilən şəxsin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onun normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxsin tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalan 0,251 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 71,94 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,251 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar