Məhkəmə qərarları › İş №1(051)-41/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-41/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-41/2021 27.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlu və müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1951-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17.07.2020-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra yaşadığı ünvan 1-də karantinə alınmasına və karantin qaydalarına uyğun olaraq 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olmasına baxmayaraq 22.07.2020-ci il tarixdə saat 18 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı evi tərk edərək Mingəçevir şəhəri, Kolxoz bazarına gedib özündə aşkar olunan yeni növ “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 17.07.2020-ci il tarixdə öz təşəbbüsü ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gedərək “Covid-19” infeksiyasına yoluxub-yoluxmamağı ilə bağlı test vermişdir. O, xəstəxana işçilərindən testin nəticəsini soruşsa da, ona testin nəticəsi bəlli olan kimi ona məlumat veriləcəyi bildirilmişdir. Bir müddət sonra ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə Mingəçevir şəhər Xəstəxanasından zəng etmişlər. Ona zəng edən qadın olmuşdur. Həmin qadın ona həkim olduğunu demiş və ondan səhhətinin necə olduğunu, xəstəliklə bağlı özündə hansı əlamətləri hiss etdiyini, təngnəfəsliyi, ağrısı olub-olmamasını soruşmuşdur. O həmin şəxsə hansı xəstəliklə bağlı soruşduğunu demişdir. Həmin qadın isə ona “karona” xəstəliyi ilə bağlı soruşduğunu demişdir. O isə yaxşı olduğunu, heç bir ağrısı olmadığını demişdir. Həmin şəxs ona “Covid-19” infeksiyasına yoluxmağı ilə bağlı heç bir söz deməmişdir. Həmin şəxs ona özünü pis etdiyi və ağrıları olduğu halda həmin nömrəyə zəng etməyini demişdir. Lakin həmin nömrə sonradan onun mobil telefonundan silinmişdir. 22.07.2020-ci il tarixdə ona məxsus Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşayış evində olarkən oğlu İlham ona zəng edərək polis əməkdaşlarının ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə gəldiklərini və onu axtardıqlarını demişdir. O daha sonra oğluna gəlib onu evdən götürməyini demişdir. Oğlu onu yaşadığı evdən götürmüş və o, ünvan 1 ünvanında yerləşən mənzilə getmişdir. Həmin mənzilə çatanda evdəkilər ona polis əməkdaşlarının Mingəçevir şəhəri, Kolxoz bazarına, onun mağazası olan yerə getdiklərini demişlər. O bundan sonra oğlu İlhamla birlikdə Mingəçevir şəhəri, Kolxoz bazarına getmişdir. Orada o, post-patrul xidmətinə məxsus avtomobilə yaxınlaşmışdır. O, avtomobilə yaxınlaşanda polis əməkdaşları ona “Covid-19” infeksiyasına yoluxduğunu və evdə təcrid qaydalarını pozduğunu demişlər. Daha sonra oraya təcili tibbi yardım maşını gəlmiş və onu yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşayış evinə aparmışlar. Bildirmişdir ki, o, “Covid-19” infeksiyasına yoluxduğunu həmin an bilmiş, ona bundan əvvəl infeksiyaya yoluxduğu bildirilməmişdir. Etdiyi əməldən peşmandır. X3 Vətən müharibəsi iştirakçısıdır, eyni zamanda özü şəkər xəstəsidir, bununla bağlı sağ ayağın 3 barmağı amputasiya olunmuşdur, ona görə məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 22.07.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin PPXB-ün polis nəfəri Murad Məmmədzadə, Mingəçevir ŞPŞ-nin Əməliyyat-rabitə qrupunun operatoru Şahid3 və o, “Covid-19” infeksiyasına yoluxmuş Mingəçevir şəhər sakinlərinin karantin rejimi qaydalarına riayət edib-etmədiklərini yoxlamaq məqsədilə reyd keçirməyə başlamışlar. Onlar 22.07.2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə getmişlər. Onlar mənzilin qapısını döymüş və mənzildə yaşayan şəxslər Təqsirləndirilən şəxs mənzildə olmadığını bildirmişlər. Onlar mənzildə yaşayan şəxslərdən Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Kolxoz bazarında olması məlumatı alıb Mingəçevir şəhəri, Kolxoz bazarına getmişlər. Onlar orada Təqsirləndirilən şəxs tapmışlar. O, Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxduğunu, ev şəraitində karantinə alındığını, karantin qaydalarını pozduğunu elan etmişdir. Daha sonra hadisə yerinə Mingəçevir ŞPŞ-nin əməliyyat-istintaq qrupu və təcili tibbi yardım avtomobili dəvət olunmuş, Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobili ilə yaşadığı mənzilə aparılmışdır. Məhkəmə iclası zamanı X10 və Şahid3 şahid qismində ifadə vermiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, 20.07.2020-ci il tarixdə Mingəçevir ŞMX-nın ailə-sağlamlıq mərkəzinə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs yeni növ “Covid-19” infeksiyasına yoluxması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan ailə həkimi Şahid4 ərazisinə daxil olduğundan Şahid4 20.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxduğunu, 14 gün müddətinə yaşadığı mənzili tərk etməməsini, əgər ağrıları olarsa məlumat verməyini demişdir. Həmçinin Şahid4 onun yanında mütəmadi olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamış və Təqsirləndirilən şəxs vəziyyəti barədə soruşmuşdur. Həmçinin o, özü də bir neçə dəfə Təqsirləndirilən şəxs gəlininə zəng edərək Təqsirləndirilən şəxs vəziyyəti barədə soruşmuşdur. 23.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Goranboy rayon Mərkəzi xəstəxansına yerləşdirilmişdir. Şahid4 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ildən Mingəçevir şəhər mərkəzi xəstəxanasında sahə həkimi, 2017-ci il tarixdən isə xəstəxananın ailə sağlamlıq mərkəzində ailə həkimi işləyir. O, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 28/1 və 29-33 saylı binalara ailə həkimi kimi nəzarət edir. Bildirmişdir ki, 20.07.2020-ci il tarixdə Mingəçevir ŞMX-nın ailə-sağlamlıq mərkəzinə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs yeni növ “Covid-19” infeksiyasına yoluxması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan onun ərazisinə daxil olduğundan o, 20.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxduğunu, 14 gün müddətinə yaşadığı mənzili tərk etməməsini, əgər ağrıları olarsa ona məlumat verməyini demişdir. O, bundan sonra mütəmadi olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamış və Təqsirləndirilən şəxs vəziyyəti barədə soruşmuşdur. 23.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Goranboy rayon Mərkəzi xəstəxansına yerləşdirilmişdir. Cinayət işi materiallarında olan 22.07.2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.07.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və müayinənin nəticəsi pozitiv olmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs karantin rejiminin tələblərini pozaraq 22.07.2020-ci il tarixdə küçəyə çıxıb xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işi materiallarında olan 15.09.2020-ci il tarixli sənədlərə baxış protokolundan görünür ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Şahid4 təqdim etdiyi sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şahid4 Təqsirləndirilən şəxs zəng etməsi ilə bağlı dəftərin 19-cu vərəqində qeydiyyat aparmışdır. Qeydiyyatda Təqsirləndirilən şəxs ad, soyad və atasının adı, qeydiyyatda olduğu və yaşadığı ünvan, şəxsiyyət vəsiqəsinin pin kodu və mobil telefon nömrəsi qeyd olunmuşdur. Həmçinin qeydiyyat dəftərində Təqsirləndirilən şəxs 20.07.2020-ci il tarixdə zəng edilməsi barədə qeydiyyat aparılmışdır. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin 23.10.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş 14 saylı MİS-dən verilmiş xasiyətnamədən görünür ki, Rəhimov X2 şəhəri N.Nərimanov ev 28/1 mənzil 23-də qeydiyyatdadır. Yaşadığı müddət ərzində 14 saylı MİS-ə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinə əlavə olunmuş 14 saylı MİS-dən verilmiş 30.10.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1-də yaşayır və ailə üzvləri arasında X3 da vardır. Cinayət işinə əlavə olunmuş Hərbi biletdən və MN-in İİ Hərbi Hissəsinin 19.02.2021-ci il tarixli 1073 nömrəli Arayışından görünür ki, MAHHXHQ əsgər X8 həqiqətən Azərbaycan silahlı qüvvələrində 13.04.2020-ci il tarixdən həqiqi hərbi xidmətdədir. 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Cinayət işinə əlavə olunmuş 07.12.2020-ci il tarixli 333 nömrəli Mİngəçevir Şəhər Mərkəzi Xəstəxanasnın Arayışından və 18.03.2021-ci il tarixli Xəstəxanadan çıxanın statistik kartından görünür ki, Rəhimov X2 şəhər Endokrinoloji Dispanserində 19.11.2008-ci il tarixdən “D” müşahidədədir. Orta ağır formalı diabetdən əziyyət çəkir. Xəstə 09.03.2021-ci il tarixində xüsusiləşdirilmiş angioloji mərkəzə daxil olmuş, 10.03.2021-ci il tarixində sağ ayağın İ, İV və V barmaqları amputasiya olunmuşdur. Hal-hazırda xəstə müalicə olunmaqdadır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu 17.07.2020-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra yaşadığı ünvan 1-də karantinə alınmasına və karantin qaydalarına uyğun olaraq 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olmasına baxmayaraq 22.07.2020-ci il tarixdə saat 18 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı evi tərk edərək Mingəçevir şəhəri, Kolxoz bazarına gedib özündə aşkar olunan yeni növ “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini özünü müdafiə üsulu kimi qiymətləndirir, onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunur. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun səmimi peşmançılıq hissi keçirməsini və yaşadığı yerdə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olumamışdır, o, yaşadığı ərazidə müsbət xarakterizə olunur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni nəvəsi X5 “Vətən müharibəsi” zamanı gedən hərbi əməliyyatlarda iştirakını, Təqsirləndirilən şəxs diabet xəstəliyindən müalicədə olmasını nəzərə alır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum olması və cəmiyyətdən təcrid olunması onun bütün ailəsini mənəvi cəhətdən sarsıda bilər. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq və qanuni hesab edir. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Şərti məhkum etmənin xarakterik cəhəti ondan ibarətdir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən cıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata kecirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (bax, Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə 25 iyun 1996-cı il tarixli qərar, 42-ci b.) Məhkumun davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli və onun davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətində davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs oğlunun üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar