Məhkəmə qərarları › İş №1(051)-41/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-41/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-41/2023 14.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Mingəçevir Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,803 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 27 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən əşya bazarının yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 17:40-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən metaldan ibarət siqaret qabının içərisindən 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,803 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, , narkotik vasitələrdən və psixotrop maddələrdən hərdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər A.Məmmədov küçəsi 12 saylı binanın yaxınlığından piayada gedərkən yerdən büküm tapmışdır. Həmin bükümü əyilib götürüb və açıb içərisinə baxanda görüb ki, bükümün içərisindəki kütlə psixotrop maddə metamfetamindir. Onu daha sonra özü istifadə etmək məqsədilə satış məqsədi olmadan götürmüş və şalvarının cibinə qoyub oradan uzaqlaşmışdır. Daha sonra həmin kağız büküm şalvarının cibində qalaraq xarab olmaması və içərisindəki kütlə dağılmaması üçün bükümü içərisində olan kütlə ilə birlikdə özünə məxsus olan metaldan ibarət siqaret qabına qoymuş və üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhər A.Məmmədov küçəsində yerləşən əşya bazarının yaxınlığında dayanmışdır. Həmin dəmirdən ibarət olan siqaret qabı və onun içərisində psixotrop maddə olan büküm üzərində olmuşdur. Həmin vaxt polis əməkdaşları yaxınlaşıb və özlərini təqdim etmişlər, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını və polis şöbəsinə məlumat daxil olmasını ona bildirmişlər. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirildikdən sonra ona hüquqları izah edilmiş, maddi vəziyyəti zəif olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmağı izah olunmuşdur. O, da maddi vəziyyəti vəkil ilə müqavilə bağlamaq üçün uyğun olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmağı üçün ərizə ilə müraciət etmişdir. Həmin gün Mingəçevir şəhər vəkil bürosunda fəaliyyət göstərən vəkillərin növbətçilik cədvəli təqdim edilmiş, həmin cədvələ əsasən növbədə olan vəkil X5 ona dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim edilmişdir. Müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. Etirazı olmadıqdan sonra Mingəçevir ŞPŞ-nin NH-nin qarşısında müdafiəçisi Müsaqif Hüseynovun, habelə polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilərkən üzərində narkotik vasitə və ya psixotrop maddə habelə qanunla daşınması qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş və əgər vardırsa təqim etməyi bildirilmişdir. O, da bu zaman əynində olan şalvarının sağ yan cibindən metaldan ibarət siqaret qabının içərisində saxladığı kağız bükümün içərisində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı həmin kütləni taparaq əldə etdiyini, satış məqsədi olmadığını və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımağını bildirmişdir. Daha sonra müdafiəçinin də iştirakı ilə həmin kütlə elektron tərəzidə çəkisi çəkilmiş və boş zərfə qoyularaq qablaşdırılmışdır. O, və müdafiəçisi Müsaqif Hüseynov da həmin zərfi imzalamışlar. Daha sonra şəxsi axtarış və götürmə keçirilməsinə dair protokol tərtib edildi və protokolun doğruluğunu o da imzas ilə təsdiq etmişdir. Üzərindən aşkar olunraq götürülmüş həmin psixotrop maddə metamfetamin olan kütləni xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri A.Məmmədov küçəsində 12 saylı binanın yaxınlığında yerdən taparaq əldə etmiş, həmin psixotrop maddə metamfetamini satmaq məqsədi olmamışdır, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ikinci qrup əlil olmasını, ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 27 sentyabr 2022-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən əşya bazarının yaxınlığında küçədə piyada gedərkən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ona izah olunaraq polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Abdullayev X4 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs raportla təqdim edildikdən sonra təhqiqatçı polis kapitanı Tural Nəsirov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X5 dəvət olunmuş və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında təhqiqatçı tərəfindən vəkil Müsaqif Hüseynovun da iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunub ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunub ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən metaldan ibarət siqaret qabının içərisindən 1 ədəd gümüşü ağ rəngli kağız bükümü çıxardaraq təqdim edib içərisində psixotrop maddə metamfetamin olmasını bildirirək təqdim etmişdir. Həmin bükümün içərisində olan kütləyə baxıldıqda psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan psixotrop maddə metamfetamini bir gün əvvəl Mingəçevir şəhər A.Məmmədov küçəsində 12 saylı binanın yaxınlığından taparaq əldə etdiyini, özü istifadə etmək məqsədilə saxladığını, həmin kütlədən heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin onun özünün, müdafiəçisi Müsaqif Hüseynovun iştirakları ilə elektron tərəzi vasitəsilə çəkilmiş və daha sonra zərfə qoyularaq qablaşdırılmış imzalarla təsdiq edilərək və möhürlənmişdir. Tərtib olunmuş şəxsi axtarış və götürmə protokolunu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavəti və düşmənçilikləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən metaldan ibarət siqaret qabının içərisindən 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,803 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD-diskə tərəfindən baxış keçirilmişdir. DVD-ə diskə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən metaldan ibarət siqaret qabının içərisindən 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,803 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar olunaraq qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 17/757 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,803 qram olan maddə kustar üsulla hazırlanmış maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi- 0,803 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq- 0,753 qram. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1867 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. İş materiallarında olan DİN-nin BƏSİİ-in xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Abdullayev X4 şəhəri X.Şuşuniski küçəsi ev 4 ünvanında yaşadığı müddətdə barəsində heç bir ərizə və ya şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş MKT İstehsalat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, Abdullayev X4 şəhəri X.Şuşuniski küçəsi 4 saylı evdə yaşayır. İş materiallarında olan DSMF tərəfindən verilmiş 010342 nömrəli orderdən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan X6 tərəfindən verilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ürək xəstəliyindən əziyyət çəkir və tibbi müalicəyəyə ehtiyacı vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,803 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 27 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən əşya bazarının yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 17:40-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən metaldan ibarət siqaret qabının içərisindən 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,803 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin evli olmaqla himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, ailədə yeganə gəlir gətirən şəxs olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ürək xəstəiyindən əziyyət çəkməsini və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 1 nəfər az yaşlı uşağın mənafeyi üstün tutulmalı və uşaqların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, dörd gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 102 manat 12 qəpik və 53 manat 65 qəpik ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,753 qram olan psixotrop maddə-metamfetamin Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 4 gün ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,753 qram olan psixotrop maddə-metamfetamin məhv edilsin. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 102 manat 12 qəpik və 53 manat 65 qəpik ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar