Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-42/2021 06.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi -Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X7 xx.xx.1973-cü ildə Kəlbəcər rayonu, Əsrik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Çobangərəkməz kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu bacısı oğlu Elmir Bəndəliyev tərəfindən Azərbaycan Respublikası ərazisində "Covid 19" pandemiyası ilə tətbiq edilən xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq, əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının parkların ərazisi də daxil olmaqla fəaliyyətinin dayandırılması ilə bağlı tələbə əməl etməyərək istifadəsində olan Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsində yerləşən “Sahil” parkında olan "Tir əyləncə" mərkəzinin fəaliyyətini dayandırmadığına görə Azərbaycan Respublikası Prezidentinin 19.03.2020-ci il tarixli fərmanı əsasında şəhər ərazisində tətbiq edilən xüsusi karantin rejiminə əməl olunması vəzifəsi həvalə edilmiş DİN-in Mingəçevir ŞPŞ-in PPXB-in sürücü polis nəfəri Zərərçəkmiş şəxs və Mingəçevir ŞPŞ-in PPXB-in manqa komandiri polis baş serjantı Şahid1 xidməti vəzifələrini yerinə yetirmək məqsədilə orada işləyən Şahid3 qanunvericiliyin tələblərini izah edərək əyləncə mərkəzinin fəaliyyətini dərhal dayandırılmasını tələb etdikdə, sonuncunun məlumatı əsasında 19.08.2020-ci il tarixdə, saat 23:00 radələrində sərxoş vəziyyətdə X11 ilə birlikdə istifadəsində olan "Nissan" markalı **-BA-*** dövlət qeydiyyat nömrəli avtomobillə "Sahil" parkına gələrək xidməti vəzifələrini icra edən Zərərçəkmiş şəxs və Şahid1 yaxınlaşıb özlərini təqdim etdikdən sonra polis əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətə əməl etmələri ilə bağlı tələblərinə məhəl qoymayaraq polis nəfərlərinin üzərinə hücum etmək istəyərkən polis serjantı Şahid1 onun qarşısını aldığı halda nəzarətsiz qalan Elmir Bəndəliyev polis nəfəri Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib, üzərinə hücum edərək xidməti geyim formasının sağ və sol çiynindəki üzərində xüsusi rütbəsi olan paqonlarını cırmış, yumruqla Zərərçəkmiş şəxs burun və dodaq nahiyyəsindən vurmaqla ona üst dodağında yara və burunun üzərində qançır ilə nəticələnən sağlamlığa zərər vurmağına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, Elmir Bəndəliyevin qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə polis nəfəri Şahid1 onu nəzarətsiz buraxıb Elmir Bəndəliyevi geriyə çəkərək əl qolunu tutmuş, həmin an o, bir anlıq nəzarətsiz qaldığından yaranmış fürsətdən istifadə edib polis nəfəri Zərərçəkmiş şəxs yaxınlaşaraq yumruqla onun alın nahiyyəsindən vuraraq ona alın nahiyyəsində qançır ilə nəticələnən sağlamlığa zərər vurmağına görə dərəcəsi təyin olunmayan xəsarət yetirməklə qabaqcadan razılaşmadan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməşdir. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində 19.08.2020-ci il tarixdə o, bacısı oğlu Elmir Bəndəliyev ilə birlikdə Mingəçevir şəhəri Kür qırağında yerləşən parkda gəzdikdən sonra istifadəsində olan Nissan markalı minik avtomobili Kür sahilində yerləşən parkda bacısı oğlu Elmirin TİR əyləncə və oyuncaq maşınlarının olduğu yerin qarşısında saxlayaraq, 7 nömrəli marşrutla yaşadığı evə getmişdir. O, evə çatdıqdan bir neçə dəqiqə sonra bacısı oğlu Elmir ona zəng edərək, polis əməkdaşlarının parkda yerləşən "Tir" əyləncə obyektinin və orada uşaqların idarə etməsi üçün nəzərdə tutulmuş oyuncaq maşınların bağlamasını tələb edildiyi barədə məlumat vermişdir. O, 7 nömrəli sərnişin avtobusu ilə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsində yerləşən parka gəlmişdir. Parkda olarkən Elmirin yanında polis əməkdaşları olduğunu görmüş, məsələnin nə olduğunu soruşduqda isə Azərbaycan Respublikası ərazisində Covid-19 pandemiyası ilə əlaqədar yaranmış karantin rejiminin tələblərinə əsasən onların əyləncə obyektini işlətmələrinin qadağan olmasını söyləmişlər. Lakin bu məsələ ilə əlaqədar polis əməkdaşları ilə onun arasında konflikt və münaqişə baş vermişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən zərərçəkmiş şəxslə barışmasını, müharibə veteranı, məcburi köçkün olmasını, şəhid ailəsindən olmasını, himayəsində 2 azyaşlı və 2 yetkinlik yaşına çatmamış uşaqlarını olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən etibarən Mingəçevir şəhər X45-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında Azərbaycan Respublikası ərazisində "Covid 19" pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq Respublika ərazisində fəaliyyətinə icazə verilən və fəaliyyəti qadağan edilən obyektərin xüsusi karantin rejiminin şərtlərinə uyğun fəaliyyət göstərib-göstərməməsinə nəzarəti həyata keçirmək səlahiyyəti DİN-ə həvalə edilmişdir. Onun vəzifəsi ictimai asayişi qorumaq, tətbiq edilən xüsusi karantin rejimin şərtlərinin vətəndaşlar tərəfindən icrasına nəzarət etməkdir. 19.08.2020-ci il Mingəçevir şəhəri PPXB-nün komandiri polis polkovnik-leytenantı Rüfət Əliyev efir vasitəsilə onu və onun idarə etdiyi xidməti avtomobildə olan PPXB-nün tağım komandiri X19 şəhəri, N.Rəfibəyli küçəsi, Kür çayı sahilində yerləşən əyləncə obyektlərin xüsusi karantin rejiminin şərtlərinə əməl edib-etməmələrini yoxlamaq üçün həmin ünvana gəlməklərini tapşırdı. Onlar həmin ünvana çatdığı zaman X49 Əhmədov ilə birlikdə Kür çayı boyunca yerləşən ictimai iaşə obyektlərin tətbiq edilən xüsusi karantin rejiminə riayət edib-etməmələrini yoxlamağa başladılar. O, PPXB-nün manqa komandiri Şahid1la uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş əyləncə obyektlərinin tətbiq edilən xüsusi karantin rejiminə riayət edib-etməmələrini yoxlamağa başladıqları zaman irəlidə uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş TİR əyləncəsinin xüsusi karantin rejiminin şərtlərinə əsasən fəaliyyəti qadağan olunmasına baxmayaraq, xüsüsi karantin rejiminin tələblərini pozaraq fəliyyət göstərdiyini aşkar etmişlər. Həmin vaxt o, TİR-də olan işçiyə xüsusi karantin rejiminin şərtlərini xatırlatmış və dərhal həmin əyləncə obyektini bağlamalı olduğunu bildirmişdir. Həmin vaxt həmin şəxs müdirə yığıb xəbər verməli olduğunu bildirdiyindən o, iş yoldaşı Dilqəmlə həmin TİR-in qarşısında dayanıb müdirin gəlməyini gözləmişlər. Bir neçə dəqiqə sonra ağ rəngli Nissan markalı minik avtomobilin həmin parkın avto dayanacağına daxil olduğunu həmin avtomobilin sükanı arxasında Şəfa Zeynalovun ön tərəf sərnişin oturacağından sonradan Şəfa Zeynalovun bacısı oğlu olduğunu bildiyi Elmir Bəndəliyevi görmüşdür. Həmin vaxt Şəfa Zeynalov avtomobildən düşən kimi uca səslə qışqıraraq, “nə var nə istəyirsiniz!” deyərək, ünvanlarına alçaldıcı ifadələr söyləmişdir. Bu zaman o, Şəfa Zeynalovu nizam-intizama dəvət etsə də, sonuncu onun qanuni iradlarına aldırmayaraq, “xüsusi karantin filan saymadığını” “lazımi dövlət orqanlarından razılıq aldığını” və “özünün şəhid övladı olduğunu bu səbəbdən yaxşı etdiyini” bildirmişdir. O, bir daha onu nizamintizama dəvət etsə də, yanında olan Elmir adlı şəxs komandirlə görüşmək istədiyini tələb etmiş və o, Elmirə nə sözü varsa ona deyə biləcəyini bildirdikdə sonra Elmir, onun sadəcə serjant olduğunu bu səbəbdən onunla danışmayacağını bildirərək, onu alçaldıcı ifadələrlə təhqir etmişdir. Bu zaman o, ətrafa çox saylı insanların toplaşdığını görüb, Elmiri nizam-intizama dəvət etmiş lakin sonuncu onun qanuni iradlarına əhəmiyyət verməyərək, onun üstünə hücum etmiş, əvvəlcə dodağına sonra isə burun nahiyyəsinə yumruqla zərbə endirmişdir. Həmin vaxt Şəfa Zeynalov da onun üzərinə hücum etmək istəsə də, Dilqəm X8 üzərinə hücum etməsinin qarşısını almışdır. O, Elmir Bəndəliyevi xidməti maşına mindirmək istədiyi zaman Şahid1 kömək üçün onun yanına gəldiyindən bu zaman Şəfa Zeynalov nəzarətsiz qalmış və yaranmış fürsətdən istifadə edərək onun alnına 1 dəfə yumruq zərbəsi endirmişdir. Bu vaxt Dilqəm tək bacara bilməyəcəyini görüb dərhal efir vasitəsilə əlavə ekipaj gəlməyini xahiş etdiyi zaman biraz uzaqda olan Daxili Qoşunların gecə xidmətinə ayrılmış əməkdaşı kapitan Elvin Güləhmədov səs-küyü eşidərək qaçaraq onların yanlarına gəlmiş və çox keçmədən digər ekipajın gəlməsi ilə birlikdə Elmir Bəndəliyev və X28 şəhər polis şöbəsinə aparılmışdır. O, yanında olan digər polis əməkdaşı Şahid1 Azərbaycan Respublikası ərazisində Covid-19 pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejiminin tələblərinin vətəndaşlar tərəfindən icrasına nəzarət etdiyi zaman onların həmin rejimin tələblərini pozduğunu aşkarladıqlarına görə həmin mübahisə yaranmışdır. Sonradan təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2015-ci il iyul ayından etibarən Mingəçevir şəhəri Polis Şöbəsində post-patrul xidməti bölüyündə polis nəfəri vəzifəsində işləmişdir. 2017-ci ilin fevral ayından etibarən isə Mingəçevir şəhər X45-patrul xidməti bölüyü manqa komandiri vəzifəsində işləyir. Onun vəzifəsi Mingəçevir şəhərində öz vəzifəsini icra edən PPX əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə nəzarət etməkdir. Bu səbəbdən o, hər gün Mingəçevir şəhərinin müxtəlif ərazilərində xidməti vəzifəsini icra etmişdir. 19.08.2020-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri PPXB-nün komandiri polis polkovnik-leytenantı Rüfət Əliyev PPXB-nün tağım komandiri Məftun Əhmədovla birlikdə Kür çayı boyunca yerləşən ictimai iaşə obyektlərin tətbiq edilən xüsusi karantin rejiminə riayət edib-etməmələrini yoxlamağa başlamışlar. O, PPXB-nün sürücüsü Zərərçəkmiş şəxs ilə birlikdə uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş əyləncə obyektlərinin tətbiq edilən xüsusi karantin rejiminə riayət edib-etməmələrini yoxlamağa başladığı zaman uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş TİR əyləncəsinin xüsüsi karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərdiyini aşkar etmişdir. Həmin vaxt TİR-də olan işçiyə dərhal həmin əyləncə obyektini bağlamalı olduğunu bildirdikdə həmin şəxs müdirə yığıb xəbər verməli olduğunu bildirdiyinə görə o, iş yoldaşı Vüsal həmin TİR-in qarşısında dayanıb, müdirin gəlməyini gözləmişlər. Bir neçə dəqiqə sonra ağ rəngli Nissan markalı minik avtomobilin həmin parkın avtodayanacağına daxil olduğunu, həmin avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs ön tərəf sərnişin oturacağında Elmir Bəndəliyevin əyləşdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildən düşən kimi uca səslə qışqıraraq, “nə var nə istiyirsiz”deyərək onların ünvanına alçaldıcı ifadələr söyləmişdir. Bu zaman o, iş yoldaşı Zərərçəkmiş şəxslə birlikdə Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsə də, o, onların qanuni iradlarına aldırmayaraq, “xüsusi karantin filan saymadığını” “lazımi dövlət orqanlarından razılıq aldığını” və “özünün şəhid övladı olduğunu” bu səbəbdən “yaxşı etdiyini” bildirdi. Bu zaman Vüsal bir daha onu nizam-intizama dəvət etsə də, yanında olan Elmir adlı şəxs komandirlə görüşmək istədiyini tələb etdi. Vüsal Elmirə nə sözü varsa ona deyə biləcəyini bildirdikdən sonra Elmir Bəndəliyev, onun və Zərərçəkmiş şəxs aşağı rütbəli yəni serjant olduğunu bu səbəbdən onlarla danışmayacağını bildirərək, həm onu həm də Vüsalı alçaldıcı ifadələrlə təhqir etdi. Daha sonra PPXB-nün komadiri Rüfət Əliyevi daha kobud ifadələrlə təhqir etməyə başladığı zaman o, ətrafa çox saylı insanların toplaşdığını görüb, Elmiri nizam-intizama dəvət etsə də, sonuncu onun qanuni iradlarına əhəmiyyət verməyərək, iş yoldaşı Vüsalın üstünə hücum etdi, əvvəlcə Vüsalın dodağına sonra isə burun nahiyyəsinə yumruqla zərbə endirdi. Həmin vaxt Təqsirləndirilən şəxs da Vüsalın üzərinə hücum etmək istəsə də, o, Şafanın Vüsalın üzərinə hücum etməsinin qarşısını almasına baxmayaraq , bir anlıq kömək üçün Vüsalın yanına getdiyi zaman nəzarətsiz qalan Təqsirləndirilən şəxs yaranmış fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs alnına zərbə endirdi. Bu vaxt o, tək bacara bilməyəcəyini görüb dərhal efir vasitəsilə əlavə ekipaj gəlməyini xahiş etmiş və çox keçmədən digər ekipajın köməyi ilə həmin şəxslər Mingəçevir şəhər polis şöbəsinə aparılmışdır. O, yanında olan digər polis əməkdaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası ərazisində Covid 19 pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejiminin tələblərinin vətəndaşlar tərəfindən icrasına nəzarət etdiyimiz zaman onların həmin rejimin tələblərini pozduğunu görə həmin mübahisə yaranmışdır.19.08.2020-ci il tarixdə Elmir Bəndəliyev və Təqsirləndirilən şəxs polis əməkdaşı Zərərçəkmiş şəxs yumruqla vurduqdan sonra köməyə gələn digər polis əməkdaşları onları zərərsizləşdirmək üçün onlara qarşı müqavimət göstərmişlər. Şahid2 Arif oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin aprel ayından etibarən Mingəçevir şəhər polis şöbəsinin PPXB-ündə serjant vəzifəsində işləyirəm. Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında Azərbaycan Respublikası ərazisində "Covid 19" pandemiyası ilə əlaqədar tətbiq edilən xusüsi karantin rejiminə uyğun olaraq Respublika ərazisində fəaliyyətinə icazə verilən və fəaliyyəti qadağan edilən obyektərin xüsusi karantin rejiminin şərtlərinə uyğun fəaliyyət göstərib-göstərməməsinə nəzarəti həyata keçirmək səlahiyyəti DİN-ə həvalə edilmişdir. Onun vəzifəsi Mingəçevir şəhərində öz vəzifəsini icra edən PPX əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə nəzarət etməkdir. Bu səbəbdən o, hər gün Mingəçevir şəhərinin müxtəlif ərazilərində xidməti vəzifəsini icra etmişdir. 19.08.2020-ci il tarixdə Mingəçevir şəhəri PPXB-nün komandiri polis polkovnik-leytenantı Rüfət Əliyev PPXBnün tağım komandiri Məftun Əhmədovla birlikdə Kür çayı boyunca yerləşən ictimai iaşə obyektələrinin tətbiq edilən xüsusi karantin rejiminə riayət edib-etməmələrini yoxlamağa başlamışlar. O, PPXB-nün digər əməkdaşları ilə birlikdə Sahil parkı ərazisində fəaliyyət göstərən uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş əyləncə obyektlərinin və digər pərakəndə satışla məşğul olan obyektlərin tətbiq edilən xüsusi karantin rejiminə riayət edib-etməmələrini yoxlamağa başlamışdır. Həmin vaxt PPXB-nün polis nəfərləri Zərərçəkmiş şəxs Şahid1la birlikdə "Elite" çay evinin yanında olan obyektlərin xüsusi karantin rejiminə riayət edibetmədiklərini yoxlamaq məqsədilə həmin tərəfə o, digər iş yoldaşlarımla parkın sağ tərəfində iqtisadi fəaliyyətlə məşğul olan obyektlərə baxış keçirməyə getmişdir. Təxminən yarım saat sonra Elite çay evinin qarşısında olan fəvvarə hovuzunun ətrafına çoxlu sayda insan toplaşdığını və səs-küy gəldiyini görüb, dərhal həmin istiqamətə tərəf iti addımlarla hərəkət etməyə başladığı zaman Şahid1 efir vasitəsilə köməyə ehtiyaclarının olduğunu bildirmişdir. O, hadisə yerinə çatdığı zaman Şahid1 Elmir Bəndəliyev adlı şəxsi tutduğunu, tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyət göstərən Daxili qoşunların gecə xidmətinə ayrılmış əməkdaşı kapitan Elvin Güləhmədovun isə Şəfa Zeynalovu sakitləşdirməyə çalışdığını görmüşdür. Elmir Bəndəliyev və Şəfa Zeynalov könüllü olaraq xidməti avtomobilə minmədiklərinə görə onlar X1rşı müqavimət göstərək həmin xidməti avtomobilə mindirmişlər.. Elə bu vaxt çoxsaylı insanların toplaşdığı ərazidən çıxan polis yoldaşı Zərərçəkmiş şəxs dodağının, burnunun qanadığını, alının isə qızardığını görmüşdür. Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda sonuncu Elmir Bəndəliyev və yanındakı dayısı Şəfa Zeynalov tərəfindən döyüldüyünü bildirmişdir. Daha sonra onlar həmin şəxsləri Mingəçevir şəhər polis şöbəsinə xidməti avtomobil vasitəsilə aparmışlar. Baş vermiş mübahisənin o, şahidi olmasa da polis serjantı Zərərçəkmiş şəxs ağzının və burnunun qanadığını o cümlədən Elmir Bəndəliyev və Şəfa Zeynalovun onun üzərinə hücum etmək cəhdlərini görmüşdür. 19.08.2020-ci il tarixdə o, qanuni vəzifəsinin icrası zamanı fiziki zora məruz qalmamışdır. O, digər polis əməkdaşları 19.08.2020-ci il tarixdə adları çəkilən Təqsirləndirilən şəxs və Elmin Bəndəliyevə qarşı fiziki zor tətbiq etməmişdir. O, yanında olan digər polis əməkdaşları birlikdə Azərbaycan Respublikası ərazisində Covid 19 pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejiminin tələblərinin vətəndaşlar tərəfindən icrasına nəzarət etmək məqsədilə həmin Sahil parkında qanuni xidmətdə olmuşdur. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildən yay aylarından etibarən Elmir Bəndəliyev tərəfindən Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsində yerləşən Sahil parkında azyaşlı uşaqların idarə etməsi üçün nəzərdə tutulmuş elektriklə işləyən 05 ədəd maşının nəzarət edilməsi ona həmin ünvanda yerləşən TİR uşaq əyləncəsi isə iş yolaşı Elmara həvalə edilmişdir. Elmir Bəndəliyev ona gördüyü işə görə 10-15 manat aralığında məvacib vermişdir. Azərbaycan Respublikası ərazisində Covid 19 pandemiyasına görə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər kabineti yanında yaradılmış Operativ qərargahın qərarına əsasən əyləncə məkanları, o cümlədən uşaq əyləncə makanlarının park ərazisində fəaliyyəti dayandırılmışdır. Lakin müdiri Elmir Bəndəliyev polis əməkdaşlarına pul ödədiyindən polislər tərəfindən onların fəaliyyətinə icazə verilmişdir. 19 avqust 2020-ci il tarixdə polis əməkdaşı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, əvvəlcədən razılaşdırılmış qaydada hər oyuncaq maşına görə 70 manat umumilikdə 350 manat məbləğində olan aylıq pulun ödənilməsini tələb etmişdir. O, üzərində pulun olmadığını bu səbəbdən müdirə zəng etməli olduğunu bildirmişdir. O, istifadəsində olan 050 ***-**-** yada (050) ***-**-** mobil nömrəsi ilə Elmir Bəndəliyevin istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Çox keçmədən X40 Zeynalova məxsus Nissan markalı nəqliyyat vasitəsilə Sahil parkına gəlmişdir. Elmir Bəndəliyev polis serjantı Zərərçəkmiş şəxs yaxınlaşaraq, şəhər ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar alver olmadığını bu səbəbdən həmin pulun bir neçə gün sonra ödəməyi təklif etsə də sonuncu Elmir Bəndəliyevin təklifi ilə razılaşmayaraq pulu dərhal ödəməli olduğunu bildirmişdir. Həmin vaxt Elmir Bəndəliyev şəhid ailəsi olduğunu bu səbəbdən ona vaxt verməsini bir daha təklif etməsinə baxmayarq, Zərərçəkmiş şəxs yenə də həmin təkliflə razılaşmayaraq, Elmirin şəhid ailəsini təhqir etmişdir. Zərərçəkmiş şəxs və Elmir Bəndəliyev sözlü mübahisə etdikdən sonra səs-küyə gələn digər polis əməkdaşları baş verə biləcək davanın qarşısını alaraq, X32 Zeynalovu Mingəçevir şəhər polis şöbəsinə aparmışlar. Onun nəzarət etdiyi Elmir Bəndəliyevə məxsus 05 ədəd elektriklə işləyən uşaq əyləncə obyekti iyul ayının əvvəlindən avqust ayının 19na qədər fəaliyyət göstərmişdir. 19 avqust 2020-ci il tarixdə onun nəzarət etdiyi uşaqların idarə etməsi üçün nəzərdə tutulmuş elektriklə işləyən 05 ədəd oyuncaq maşın fəaliyyət göstərmişdir Tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar onun nəzarətində olan uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş oyuncaq maşınların faəliyyət göstərməsi ilə nəzərdə tutulmuş qanun pozuntusuna yol vermişlər. Lakin bu qanun pozuntusuna görə polis əməkdaşlarına pul ödəyərək onlardan razılıq almışlar. Hadisənin baş verdiyi gün pulu ödəmədiklərinə görə polis əməkdaşları, o cümlədən polis serjantı Zərərçəkmiş şəxs həmin uşaq əyləncəsinin fəaliyyətinə son qoyduğundan mübahisə yaranmışdır. O, orada işçi olduğuna görə qanunsuz fəaliyyət göstərmək üçün polis əməkdaşları ilə müdiri Elmir Bəndəliyev razılığa gəlmişdir. 19.08.2020-ci il tarixdə polis sertjantı Zərərçəkmiş şəxslə Elmir Bəndəliyev və Təqsirləndirilən şəxs arasında sözlü mübahisə olmuşdur. Hər hansı fiziki müdaxilə olmamışdır. O, həmin vaxt dava olduğunu görməmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan Nissan markalı minik avtomobilin sükanı arxasında əyləşmiş avtomobildən yerə düşməmişdir. Mübahisə sadəcə sözlü baş vermiş həmin mübahisənin böyüməsinin qarşısı polis əməkdaşları tərəfindən vaxtında alınmışdır. O, həmin mübahisənin yaranmasına səbəb Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar polis əməkdaşları qanuni vəzifələrini icra etməsi bağlı olmadığını polis əməkdaşının qeyri-qanuni tələbi ilə bağlı yarandığını bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, mövsümü ticarətlə əlaqədar olaraq Elmir Bəndəliyev tərəfindən Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsində yerləşən Sahil parkında azyaşlı uşaqların idarə etməsi üçün nəzərdə tutulmuş elektiriklə işləyən 05 ədəd maşının nəzarət edilməsi Məcidə həmin ünvanda yerləşən TİR uşaq əyləncəsinə nəzarət etmək ona həvalə edilmişdir. Elmir Bəndəliyev ona gördüyü işə görə 10-15 manat aralığında məvacib ödəmişdir. 19.08.2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinin PPXB-nün əməkdaşları onun nəzarət etdiyi TİR qarşısında dayanaraq onun və 10-15 metr uzaqlıqda yerləşən 05 ədəd elektrikə işləyən uşaq avtomobillərinə nəzarət edən Məcidin həmin uşaq əyləncə məkanlarını bağlamalı olduqlarını bildirmişdir. Həmçinin PPXB-nün komandiri uca səslə kobud şəkildə orada uşaqlar tərəfindən idarə olunması zamanı avtomobilin və uşağın təhlükəsizliyini təmin edən İntiqam adlı şəxsin Mingəçevir şəhər polis şöbəsinə aparmağı orada olan digər polis serjantlarına tapşıraraq parkın sonuna doğru hərəkət etməyə başlamışdır. Hadisənin bu cür cərəyan etdiyini görən Məcid zəng edərək baş vermiş hadisə barədə Elmir Bəndəliyevə məlumat vermiş və çox keçmədən Elmir Bəndəliyev hadisə yerinə gələrək, ona yaxınlaşan polis əməkdaşlarına komandirlə görüşmək istədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs adlı polis serjantı Elmir Bəndəliyevə kobud cavab verdiyindən hər iki şəxs arasında qarşılıqlı mübahisə yaranmış və bu zaman yaranmış sözlü mübahisənin qarşısı Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən vaxtında alınmışdır. Həmin "TİR "uşaq əyləncə obyekti Nazirlər kabineti yanında yaradılmış Operativ Qərargahın qərarı əsasında vətəndaşların çölə çıxması üçün sms icazənin ləğv olunduğu tarixdən etibarən fəaliyyətinə başlamışdır. 19 avqust 2020-ci il tarixdə onun nəzarət etdiyi TİR uşaq əyləncə obyekti fəaliyyət göstərmişdir. Tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar onun nəzarətində olan TİR-in fəaliyyət göstərməsi ilə nəzərdə tutulmuş qanun pozuntusuna yol vermişlər. Lakin həmin parkda həmin tarixdə digər əyləncə obyektləri fəaliyyət göstərdiyinə görə onlar da fəaliyyət göstərmişlər. 19.08.2020-ci il tarixdə mübahisənin yaranmasına səbəb polis serjantı Zərərçəkmiş şəxs və digər polis əməkdaşlarının Elmir Bəndəliyevlə kobud rəftarı olmuşdur. 19.08.2020-ci il tarixdə TİR əyləncə obyektinə yaxınlaşan polis əməkdaşları ondan həmin obyektin fəaliyyətə icazə verilməsindən ötrü pul tələb etməsə də əvvəlcədən həmin obyektin karantin zamanı fəaliyyətinə icazə verilməsindən ötrü müdiri Elmir Bəndəliyevdən pul tələb etmişdir. Lakin tələb edilən pulun miqdarı çox olduğundan Elmir Bəndəliyev həmin pulu ödəyə bilməmiş və bu səbəbdən karantin qaydalarına nəzarət adı altında həmin uşaq əyləncə obyektləri bağlanılmışdır. Kobud rəftar dedikdə polis əməkdaşlarının onlarla uca səslə qışqıraraq hörmətlə yanaşmamaları olmuşdur. 19.08.2020-ci il tarixdə polis sertjantı Zərərçəkmiş şəxslə Elmir Bəndəliyev və Şəfa Zeynalov arasında sözlü mübahisə olmuşdur. Hər hansı fiziki müdaxilə olmamışdır. O, həmin vaxt polis serjantı Zərərçəkmiş şəxs Elmir Bəndəliyev və Şəfa Zeynalov tərəfindən fiziki zora məruz qaldığını görməmişdir. Beləki yuxarıda adları qeyd edilən şəxslər arasında sözlü mübahisə yaranmış hər hansı fiziki təsir olmamışdır. Çox keçmədən Təqsirləndirilən şəxs və X13 şəhər polis şöbəsinə aparılmışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X37 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Kürün qırağında gəzirmiş. Birdən görmüş ki, Elmir polislərlə dalaşır. Bunu görən Şafa uzaqdan demiş ki, gedir polis şöbəsinə rəisə deməyə. Maşına əyləşmiş ki, getsin. Bunu görən polislər Şafanı sürüyüb maşından çıxartmışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X20 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, hər gün axşam saatlarında dostları ilə birlikdə ünvan 2 ünvanında yerləşən Sahil parkında gəzintiyə çıxmışdır. 19.08.2020-ci il tarixdə o, dostu Mehman Məmmədovla birlikdə Mingəçevir şəhəri Kür qırağında yerləşən parkda gəzmişdir. O, parkda gəzərkən "Elite" çay evi yanında səs-küy gəldiyini eşitmişdir. Dərhal dostu Mehmanla həmin səs gələn tərəfə getmişdir. Həmin yerə çatdığı zaman Mingəçevir şəhər sakini kimi tanıdığı Elmir Bəndəliyevin iki nəfər polis tərəfindən fiziki zora məruz qaldığını, dostu Təqsirləndirilən şəxs isə Nissan markalı minik avtomobilində əyləşdiyini görmüşdür. O, dostu Mehman ilə birlikdə Elmir Bəndəliyevi polislərdən ayırdığı zaman hadisə yerinə çoxlu sayda polis əməkdaşı gəlmiş və X32 Zeynalovu Mingəçevir şəhər polis şöbəsinə aparmışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Şafanın bacısı oğludur. Kürün sahilində yerləşən əyləncə mərkəzində uşaqlar üçün nəzərdə tutulmuş elektriklə işləyən 3 maşın qoymuşdur. Demiş ki, ondan pul almayın. Şəhid ailəsinə baxır. Vüsal ona yaxınlaşanda demişdir ki, komandirin gəlsin. Bu hadisədən əvvəl də Vüsal ilə aralarında mübahisə olmuşdur. Sms icazə vaxtı onun yanında bir yoldaş olmuş, ondan icazəsinin olub olmadığını soruşanda Vüsala özünü təqdim etməsini demişdir. Sonra isə döyüşlərdə iştrak etdiyini, həmin adamın onun yanında olduğunu bildirmişdir. Sonra onunla kürün sahilində mübahisələri olmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X15 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, tirdə köməkçi kimi işləmişdir. Polislər gəlib demişdir ki, obyekti bağlayın, tir işlədən uşağı da şöbəyə aparın. Elmir də polislərlə dalaşmağa başlamışdır. Şafa maşında əyləşmişdir ki, polis şöbəsinə getsin. Polislər isə onu sürüyüb maşından çıxartmışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X30 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Kür çayı sahilində tək gəzən zaman hadisəni uzaqdan görmüşdür. O, Mingəçevir şəhərindən deyil, Şəki rayonundandır. Mağaza işlədir. Şafanın maşından çıxarılmasına şahid olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X16 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir Şəhər Polis şöbəsində Post-patrul bölüyünün tağım komandiri vəzifəsində işləyir. Hadisə vaxtı o, sürücü Zərərçəkmiş şəxs və bölük komandiri Rüfət Əliyev şəhərdə reyd edirmişlər. Kür sahilinə gəlmişlər. “Ana” heykəlinin qarşısında maşınlarını saxlamış və Rüfətlə o Kür sahilinin körpü olan hissəsinə, saat olan tərəfə getmişlər. Orada olanda ona ratsiya vasitəsilə məlumat gəlmişdir ki, yaxınlaşsınlar ana heykəlinin yanına. Onlar ora gələndə Şafa ilə bacısı oğlu Elmiri polis maşınına yerləşdirmişdilər. O Şafanın Vüsalı vurduğu epizodu görməmişdir. Vüsalın sözlərindən bilmişdir. Məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, post patrul növbə komandiri vəzifəsində işləyir. Hadisə yadındadır. Onlar onda Mingəçevir şəhərinə ezam olunmuşdular. Pandemiya ilə əlaqədar olaraq xidmət aparırdılar. O, Şahid1 ilə növbədə imiş. Ağ rəngdə maşın dayanmış və içindən Şafa və Elmir düşmüş, başladılar Vüsala söyməyə. Sonra Şafa onun köynəyini dartdı. Vüsal isə Şafanın hərəkətlərinə cavab vermədi. Sonra hər ikisini şöbəyə gətirmişlər. Məhkəmə təşəbbüsü ilə dindirilmiş şahid X25 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Daxili qoşunlarda baş leytenantdır, N saylı hərbi hissədə Bərdə şəhərində xidmət edir. Onlar patrul xidmətində növbədə imişlər. Qaranlıq idi. Səs-küydən başı itmişdi. Vüsalın burnundan qan gəldiyini gördü. Məhkəmə təşəbbüsü ilə dindirilmiş şahid X26 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, onlar xidmətdə imişlər, ərazidə gəzirmiş və hadisə yerinə gəlmişlər. O zaman hadisə qurtarmışdır. Polisin burnundan qan axmağını görmüşdür. Sonra onları Fiata mindirmişlər. Məhkəmə təşəbbüsü ilə dindirilmiş şahid X21 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, onlar hadisə zamanı xidmətdə imişlər. Sonra eşitmişlər ki, polisi vurublar, hadisə yerinə yaxınlaşmışlar. Gələndə görmüş ki, Vüsalın burnundan qan gəlir, köynəyi də cırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 01.10.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən “Sahil” parkının mərkəzində yerləşən, fəvvarə meydançasının ətrafıdır. Həmin fəvarənin arxa tərəfində "Elite" çay evi vardır. Həmin fəvvarənin qarşısında səkinin kənarında avtomobillərin dayanması üçün nəzərdə tutulmuş dayanacaq meydançası vardır. Parkın ərazisində sakinlərin istirahəti üçün nəzərdə tutulan, taxta materialdan olan skamyalar quraşdırılmış, hər iki yan tərəfində isə müxtəlif növ ağac və kol bitkiləri əkilmişdir. Həmin ağac və kol bitkilərin əkildiyi torpaq sahə üzərində hündürlüyü 2 metr eni 1.50 sm olan üzərin TİR sözləri yazılmış ictimai iaşə obyekti vardır. 19.08.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejiminin şərtlərinə riayət etmədən TİR ictimai iaşə obyektinin qanunsuz fəaliyyətini aşkarlayan polis serjantı Zərərçəkmiş şəxs tərəfindən həmin ictimai iaşə obyekti əyani şəkildə göstərilmişdir. Həmin uşaq əyləncə obyektinin qarşısı piyadaların hərəkəti üçün nəzərdə tutulan daş piltələri döşənmişdir Park sakinlərin piyada gəzməsi üçün nəzərdə tutulan geniş sahəyə malikdir. Hadisə yerinə baxış keçirilərkən cinayət təqibi üçün əhəmiyyət kəsb edən əlavə hər hansı bir hal aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş 19 avqust 2020-ci il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd üzərində polis yazısı olan xidməti qoruyucu jilet, bir ədəd tünd göy rəngli üzərində polis sözləri yazılı olan qısaqol xidməti köynək müvafiq tədqiqatın aparılması və baxış keçirilməsindən ötrü qanunvericiliklə nəzərdə tutulmuş qaydada Mingəçevir şəhər polis şöbəsinin təhqiqatçısı Vaqif Əliyev tərəfindən götürülmüşdür. Götürülmüş paltarlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, göy rəngli qısaqol köynəyin boyun hissəsi 3 düyməli, qarşı tərəfdən sağda arxa hissəsində "50" yazılan etketin üzərində Daxili işlər Nazirliyi sözləri yazılmışdır. Köynəyin üzərində sol və sağ tərəfdə boyun hissədən çiyin hissəyə doğru 4 sm uzunluğunda kəsik vardır. Köynəyin ön və arxa tərəfində başqa zədə izləri aşkar olunmadı. Təqdim olunmuş bir ədəd tünd göy rəngli qolsuz, hər iki yan tərəfi açıq olan və kəmərlə bağlanan, ön hissəsi zəncirbəndlə bağlanan, qarşı sol tərəfdə Daxili İşlər Nazirliyinə məxsus emblem olan jiletdə kəsik izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 20 noyabr 2020-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, sonuncu ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə, sonuncunun onun alın nahiyyəsindən vurmasını bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 24 avqust 2020-ci il tarixli 556 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- üst dodağında yara, burun və alın nahiyyəsində qançır küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 19.08.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə Trasoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli 3/1226 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş qısaqol xidməti polis köynəyinin və uzunqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Qeyd olunan zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbcırılma zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Təqdim edilmiş xidməti polis jiletinin səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş DİN BƏSİİ tərəfindən verilmiş 29.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 23 noyabr 2020-ci il tarixli qərardan görünür ki, maddi sübut qismində tanınmış X5 məxsus 01 ədəd uzunqol köynək, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qısaqol xidməti köynək və 01 (bir) ədəd qara rəngli üzərində polis sözləri yazılmış jilet maddi sübut qismində tanınmış və Mingəçevir Şəhər Prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Prokurorluğunun 18 iyun 2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işi üzrə digər təqsirləndirilən şəxs X11 barəsində cinayət işi ayrıca icraata ayrılaraq dayandırılmış, 28.04.2021-ci il tarixdə icraata təzələnərək Azərbaycan Respublikasının CM-in 74-cü maddəsi əsasən, yəni şəraitin dəyişməsi nəticəsində onun barəsində bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan MKTK-in 4 saylı MİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Mingəçevir şəhəri C.Əliyev küçəsində yaşayan Təqsirləndirilən şəxs oğlu yaşadığı müddətdə onun haqqında qonşulardan və başqa ünvandan bir yaşayışçı kimi 4 saylı MİS-nə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. İşdə olan Kəlbəcər rayon Hərbi Komissarlığı tərəfindən 05.07.2001-ci il tarixdə verilmiş 062718 saylı vəsiqədən görünür ki, X17 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İşdə olan 4 saylı MİS tərəfindən verilmiş 742 nömrəli ailə vəziyyəti haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü X22, 2007-ci il təvəllüdlü X23, 2009-cu il təvəllüdlü X9 və 2015-ci il təvəllüdlü X27 adlı uşaqları vardır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, 19.08.2020-ci il tarixində Təqsirləndirilən şəxs ilə arasında narazıçılıq baş veribmiş. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə iddiası olmayacaq. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə tövsif edilib və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdılar. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X20, X11, X37, X15, X30 və X6 ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, həmin şahidlər Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olduları və qohumluq əlaqələri olduğu üçün həmin şahid ifadələrinə tənqidi yanaşaraq inandırıcı hesab etmir. Həmin gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı tədqiq olunmuş sənədlər və məhkəmənin öz təşəbbüsü ilə məhkəmədə dindirilmiş şahidlər X12, X25, X26 və X10 ifadələri ilə təkzib olunur. Odur ki, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə ittiham tərəfinin və məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələri neytral və qərəzsiz olduğu üçün həmin sübutları mötəbər sübut kimi qəbul edir və hüquqi qiymət verir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı nəticəsində ilk dəfə az ağır cinayət törətməsini CM-in 59.1.1-ci maddəsinə, himayəsində iki az yaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə və onun müharibə veteranı olmasını, himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini belə ki, Təqsirləndirilən şəxs müharibə veteranı, məcburi köçkün və şəhid ailəsindən olmasını, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini belə ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmamış uşaqların olmasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını və cəzanı yüngülləşdirən halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək müharibə veteranı olmasını, şəhid ailəsi olmaqla məcburi köçkün olmasını müstəsna hal kimi qiymətləndirərək, bundan başqa məsuliyyətini ağırlaşdıran halların olmamasını və məsuliyyəti yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslə barışmasını, ailəli olmaqla himayəsində 2 nəfər az yaşlı və 2 nəfər yetkinlik yaşına çatmamış uşaqlarının, uşaqların inkişafını, tərbiyyəsini və təhsilini, həmçinin təqsirləndirilən şəxsin ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq və qanuni hesab edir. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-in həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Şərti məhkum etmənin xarakterik cəhəti ondan ibarətdir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İnsan Hüquqlarının və X14 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (bax, Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə 25 iyun 1996-cı il tarixli qərar, 42-ci b.) Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 2 nəfər az yaşlı və 2 nəfər yetkinlik yaşına çatmamış uşaqların mənafeyi üstün tutulmalı və uşaqların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməmlidir. Uşağın hüquq və mənafeyləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkumun davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli və onun davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan cəmi 191 manat məbləğdə pul təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlundan tutulub Dövlət Büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut qismində Mingəçevir Şəhər Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 (bir) ədəd uzunqol köynək sahibi X5, 01 (bir) ədəd qısaqol xidməti köynək və 01 (bir) ədəd qara rəngli üzərində polis sözləri yazılmış jilet isə Zərərçəkmiş şəxs qaytarılmalıdır. Vəkil X18 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətində davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs oğlunun üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan cəmi 191 (bir yüz doxsan bir) manat məbləğdə pul təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlundan tutulub Dövlət Büdcəsinə köçürülsün. İş üzrə maddi sübut qismində Mingəçevir Şəhər Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 (bir) ədəd uzunqol köynək sahibi X5, 01 (bir) ədəd qısaqol xidməti köynək və 01 (bir) ədəd qara rəngli üzərində polis sözləri yazılmış jilet isə Zərərçəkmiş şəxs qaytarılsın. Vəkil X18 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-42/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-42/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver