Məhkəmə qərarları › İş №1(051)-42/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-42/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-42/2022 12.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində qərar çıxarılmış: Mingəçevir şəhər X16 X29 xidmətlərinin təşkili Şöbəsinin müdiri X5 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X20 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinn baş məsləhətçi-baş əmək müfəttişi X9 iştirakı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 04 noyabr 2021-ci il tarixli MN ******* nömrəli X26 iş üzrə qərarından, barəsində qərar çıxarılmış X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 04 noyabr 2021-ci il tarixli MN ******* nömrəli X26 iş üzrə qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Barəsində qərar çıxarılmış X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 04 noyabr 2021-ci il tarixli MN ******* nömrəli X26 iş üzrə qərara xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin 04 noyabr 2021ci il tarixli, **********6 nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə “Mingəçevir şəhər Mərkəzi ” X30 direktoru -boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Aşağıda sadalanan maddi və prosessual hüquq pozuntularına görə həmin Qərarı qanunsuz və əsassız hesab edirəm. Mingəçevir şəhər X16 X13 doğum şöbəsində xadimə vəzifəsində çalışan X31 qızı 12.09.2021ci il tarixdə işdə olan zaman döğuş otağından digər otağa keçərkən ayağı sürüşərək yıxılması nəticəsində ayağı sınmışdır. 07.09.2021-ci il tarixdə Xəstəxanın direktor əvəzi E.Kərimov Covid- 19 virusuna yoluxması ilə əlaqədar Ağdaş Rayon Xəxtəxanasına yerləşdirilmişdir. Boş vəzifənin icrası ona şifahi şəkildə həvalə olunsa da, rəsmi heç bir sənəd olmadığı vəzifənin tam icrasını yerinə yetirə bilməmişdir. Vəzifənin icrası ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in 03-193 saylı 06.09.2021-ci il tarixli əmri elektron formada 17.09.2021-ci il tarixdə xəstəxanaya təqdim olunmuşdur. İşçinin xəsarət aldığı dövrdə onun heç bir rəsmi səlahiyyəti olmadığı üçün bu barədə digər qurumlara rəmi məlumat verə bilməmişdir. X14 12.09.2021-ci il tarixdə iş yerində xəsarət alması ilə bağlı Təhqiqat aktının 2 bəndinin sonuncu abzasında da qeyd olunur ki, hadisə yerində zərərçəkənə təsir edə biləcək, sürüşmə yaradan amillər müəyyən olunmamışdır. Həmçinin aktın 6 bəndində hadisənin baş vermə səbəbini işçinin ehtiyatsızlığından yarandığı qeyd edilmişdir. Həmin akt komisiyya üzvləri tərəfindən imzalanmışdır. Komisiyyanın sədri X21 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin müfətişi C.L Camalzadə olmuşdur. Həmin dövrdə direktor vəzifəsinin ona həvalə olunmasına baxmayaraq, rəsmi şəkildə heç bir addım ata bilməməyini nəzərə alaraq Mingəçevir şəhər Məhkəməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin barəsində 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ləğv olunmasını və X26 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X10 şikayətin dəlillərini müdafiə edərək, məhkəmə iclası zamanı izahatını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir regiona* ərazi şöbəsinin 04 noyabr 2021-ci il tarixli, **********Q nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə “Mingəçevir şəhər Mərkəzi ” X30 direktoru - boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Nəzərinizə çatdırıram ki, həmin dövrdə boş vəzifənin icrası ona həvalə edilməyi haqqında heç bir rəsmi əmr təqdim edilmədiyi üçün vəzifənin icrasını tam yetirə bilməmişdir. İddia ərizəsinə əlavə etdiyi boş vəzifənin icrası ilə bağlı əmrin müşayiət məktubu da buna əyani sübutdur. Belə ki, direktor vəzifəsinin icrası barədə TƏBİB tərəfindən verilmiş əmr 06.09 2021 ci il tarixdə olsa da, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nə 17.09.2021 ci il tarixdə təqdim olunmuşdur. İşçinin xəsarət alması barədə hadisəni araşdıran müfəttiş özü də bunu təsdiq edə bilər ki, zəruri sənədlərin ona təqdim olunması üçün rəhbər səlahiyyətini təsdiqləyən heç bir sənəd olmadığı üçün bir başa insan resursları şöbəsinin mütəxəsisinin adından təqdim olunmuşdur. Bu barədə məlumatı olmasına baxmayaraq cərimə protokolu onun adı tərtib olunmuşdur. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən - Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsəmifat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Nəzərə çatdırır ki, inzibati tənbehin məqsədləri: 1.İnzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək 2.İnzibati xəta törədmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq 3. başqa şəxslərin inzibati xəta törətməsinin qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 22 maddəsində inzibati tənbehin növləri öz əksini tapmışdır. İşi araşdıran müfəttiş bütün yuxanda qeyd eoliən hallardan xəbərdar olduğu halda ən azından inzibati tənbehin xəbərdarlıq növünü yox bir başa inzibati cərirnə növünü nə üçün tətbiq etməsi mənim üçün anlaşılan deyil. Odur ki, yuxarıda göstərilənləri əsas tutaraq Məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir regional ərazi şöbəsininin onun barəsində 04 noyabr 2021-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarına əsasən tətbiq olunmuş cərimənin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin nümayəndəsi baş məsləhətçi-baş əmək müfəttişi X18 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri X5 şikayətini əsassız hesab edir. Belə ki, vətəndaş X11 bacısı, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X24 xadimə vəzifəsində çalışan X14, iş vaxtı xəsarət alması ilə əlaqədar X21 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə daxil olan müraciətinə tərəflərindən baxılmışdır. Bildiririk ki, D.Həsənov tərəfindən daxil olan, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 işçisi X14 istehsalat xəsarəti alması ilə əlaqədar məlumatın ilkin araşdırılması məqsədi ilə xəstəxanaya 15.09.2021-ci il tarixli **********5 nömrəli məktub ünvanlanmış (Məhkəmədən xahiş edir qeyd edilən məktuba “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" X32 tərəfindən kimin tərəfindən dərkənar verilməsi tələb olunsun), “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" X30 17.09.2021-ci il tarixli 852 nömrəli cavab məktubundan (17.09.2021-ci il tarixli 852 nömrəli məktub X10 tərəfindən imzalanmışdır) N.C.Həsənovanın iş vaxtı xəsarət alması ilə bağlı məlumat öz təsdiqini tapmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 saylı Qərarı ilə təsdiq edilmiş ‘İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq hadisənin təhqiq edilməsi üçün X21 Xidməti tərəfindən müvafiq komissiyanın yaradılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 01 oktyabr 2021-ci il tarixli **********6 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr X18-X21 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin baş məsləhətçisi - baş əmək müfəttişi və üzvlər, X15 -“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 əməyin mühafizəsi üzrə mütəxəssisi, X12 - “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 təsərrüfat bacısı olan komissiya 01 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 xadiməsi X14 12 sentyabr 2021ci il tarixdə saat 11:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə akt tərtib edilmişdir. Əlavə olaraq bildirir ki, X21 Xidmətinin 01 oktyabr 2021-ci il tarixli **********6 nömrəli əmri ilə yaradılmış təhqiqat komissiyasına təqdim edilmiş sənədlərdən məlum oldu ki, ‘Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X30 06.09.2021-ci il tarixli 03-193 nömrəli əmri ilə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri X6 07.09.2021-ci il tarixdən həmin X30 direktoru vəzifəsinin icrası həvalə edilmişdir. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri (07.09.2021-ci il tarixdən həmin X30 direktoru vəzifəsini icra edən) X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7. maddəsinin (işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X21 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X21 Xidmətinin aparatına) bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir) tələblərini pozduğuna görə barəsində vəzifəli şəxs qismində İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 101.1 maddəsinin tələblərinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X26 protokol tərtib edilir. Beləliklə, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri X10 (07.09.2021-ci il tarixdən həmin X30 direktoru vəzifəsini icra edən), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7. maddəsinin tələblərini yerinə yetirməyərək inzibati xəta törətmişdir və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş müddətdə onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində bu Məcəllənin 555.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində özünün iştirakı ilə 22 oktyabr 2021-ci il tarixli MN ******* X26 Protokol tərtib edilmişdir. Tərtib edilmiş Protokola əsasən X26 işə baxılması və iş üzrə olan bütün sübutları təqdim etmək məqsədi ilə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri X10 və ya onun səlahiyyətli nümayəndəsi 25.10.2021-ci il tarixli **********9 saylı məktubla 04 noyabr 2021-ci il tarixə saat 11:00-da Mingəçevir şəhəri M.Füzuli küçəsi 1 ünvanına dəvət olunmuşdur. Odur ki, X21 Xidmətinin Mingəçevir regional ərazi şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsində nəzərdə tutulmuş müddətdə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri X5 bu Məcəllənin 555.1-ci maddəsinə əsasən 1000 ( bir min ) manat məbləğində cərimə edilməsi barədə özünün iştirakı ilə MN ******* nömrəli 04.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və həmin Qərarın bir nüxəsi 04.11.2021-ci il tarixli **********6 saylı məktubla ünvana göndərilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri X5 şikayətinin heç bir hüquqi əsası yoxdur. Buna görə də Məhkəmədən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X30 Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri X5 şikayətinin heç bir hüquqi əsasının olmadığına görə şikayəti təmin etməyərək, X21 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin MN ******* nömrəli 04.11.2021 -ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin 04 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və protokol yenidən baxılması üçün Müfəttəşliyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X26 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsi tərəfindən 04 noyabr 2021-ci il tarixdə verilmiş MN ******* saylı X26 Qərardan görünür ki, tərtib edilmiş 25 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli protokola və X26 işin digər materiallarına baxılaraq, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmamasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməmişdir. X4 tərəfindən AR İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi müəyyən edilmiş və X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin sədri vəzifəsini icra edən Ruslan X2 ünvanladığı 04 noyabr 2021-ci il tarixli **********6 saylı məktubundan görünür ki, vətəndaş X14 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə tədqiq edilmiş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 29.06.2021-ci il tarixli Qərarı ilə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000,00 (bir min) manat məbləğində cərimə edilmişdir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentli yanında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 tərəfindən verilmiş 03-193 №-li, 06 sentyabr 2021-ci il tarixli Boş vəzifə üzrə əmək funksiyasının icrası haqqında Əmrdən görünür ki, Mingəçevir şəhər X16 hüquqi şəxsinin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri X8 07 sentyabr 2021-ci il tarixindən həmin X30 direktoru vəzifəsinin icrası həvalə edilmişdir. Portaldan çıxarışdan isə görünür ki, həmin əmr portala 17 sentyabr 2021-ci il tarixdə daxil edilmişdir. Məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mingəçevir Regional Ərazi X3 Azərbaycan Respublikası İXMin 555.1-ci maddəsində (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 1000 (bir min) manat məbləğində inzibati cərimə etmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən olmuşdur ki, X10 tərəfindən törədildiyi göstərilən inzibati xəta istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmamasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməməsidir. Lakin məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını əlaqəli şəkildə nəzərədən keçirərək müəyyən etmişdir ki, həmin hadisə X1 müddətində baş verməmişdir. Belə ki, həmin bədbəxt hadisə 12 sentyabr tarixində baş vermişdir. X5 Mingəçevir şəhər X16 hüquqi şəxsinin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri vəzifəsinə 06 sentyabr 2021-ci il tarixli əmrlə gətirilsə də, onun bu əmri portala 17 sentyabr 2021-ci il tarixdə vurulmuş və X10 da vəzifə öhdəliklərini yerinə yetirməyə həmin gündən etibarən başlamışdır. Həmçinin məhkəmə baxışında müəyyən olunmuşdur ki, bədbəxt hadisəni insan resursları şöbəsi baş direktora məruzə etməli idi. Lakin hazırki işdə təsərrüfat bacısı bədbəxt hadisə barədə insan resursları şöbəsinə məlumat versə də, insan resurları şöbəsi həmin müddətdə baş direktor vəzifəsini icra edən şəxsi bu hadisə barədə xəbərdar etməmişdir. Müfəttəşlik işi araşdırarkən bu halı da nəzərə almamışdır. Bu da onu deməyə əsas verir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını və onun inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X26 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X26 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən X26 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X26 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X26 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 34.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi X26 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 135.2-ci maddəsinə əsasən X26 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin olunmalı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəhbərliyi tərəfindən çıxarılmış MN № ******* nömrəli 29.06.2021-ci il tarixli qərar ləğv edilməli və X26 MN seriyalı ******* saylı, 25 oktyabr 2021-ci il tarixli Protokol işə yenidən baxılması üçün Müfəttəşliyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəhbərliyi tərəfindən çıxarılmış MN № ******* nömrəli 29.06.2021-ci il tarixli qərar ləğv edilsin və X26 MN seriyalı ******* saylı, 25 oktyabr 2021-ci il tarixli Protokol işə yenidən baxılması üçün Müfəttəşliyə geri qaytarılsın. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar