Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-42/2025 25.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndələri Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və X1 iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1990-cı il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 141/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmış, üzərində çəkilməmiş 1 il 6 ay 27 gün müddət cəzası qalmış, Ağdam rayonu, Poladlı kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən, 2023-cü ilin avqust ayından həmin ilin noyabr ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs1 Gəncə şəhərində yerləşən və istintaqa məlum olmayan zərgərlik məmulatlarının alqısatqısı ilə məşğul olan yerlərdə 925 əyarlı gümüş, habelə qiymətsiz metal ərintisindən hazırlanmış, çəkisi 10,13 qram olan 1 ədəd üzüyü, ümumi çəkisi 76,89 qram olan metal ərintisindən hazırlanmış 2 ədəd boyunbağını, ümumi çəkisi 441,08 qram olan 925 əyarlı gümüşdən hazırlanmış 14 ədəd boyunbağını, ümumi çəkisi 116,81 qram olan 925 əyarlı gümüşdən hazırlanmış 8 ədəd qolbağı qızılı rəngə boyatdırıb, həmin əşyaların qızıl-zinət əşyası görüntüsünün əldə edilməsinə nail olduqdan sonra o, (Təqsirləndirilən şəxs2), cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Şahid1 vasitəsilə qızılı rəngə boyanmış gümüş və qiymətsiz metal ərintisindən hazırlanmış həmin bəzək əşyalarını 2023-cü ilin avqust-noyabr ayları ərzində Zərərçəkmiş şəxs onun yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 51 saylı evin 34 saylı mənzilində şərti olaraq qramını 50 manata, ümumilikdə isə 30.700 manata sataraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 30.700 (otuz min yeddi yüz) manat məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb, ələ keçirməklə və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən, o, 2023-cü ilin avqust ayından noyabr aymadək olan müddət ərzində Gəncə şəhərində yerləşən və istintaqa məlum olmayan zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olan yerlərdə 925 əyarlı gümüş, habelə qiymətsiz metal ərintisindən hazırlanmış, çəkisi 10,13 qram olan 1 ədəd üzüyü, ümumi çəkisi 76,89 qram olan metal ərintisindən hazırlanmış 2 ədəd boyunbağını, ümumi çəkisi 441,08 qram olan 925 əyarlı gümüşdən hazırlanmış 14 ədəd boyunbağını, ümumi çəkisi 116,81 qram olan 925 əyarlı gümüşdən hazırlanmış 8 ədəd qolbağı qızılı rəngə boyatdırıb, həmin əşyaların qızıl-zinət əşyası görüntüsünün əldə edilməsinə nail olduqdan sonra Təqsirləndirilən şəxs2, cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Şahid1 vasitəsilə qızılı rəngə boyanmış gümüş və qiymətsiz metal ərintisindən hazırlanmış həmin bəzək əşyalarını 2023-cü ilin avqust-noyabr ayları ərzində Zərərçəkmiş şəxs onun yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 51 saylı evin 34 saylı mənzilində şərti olaraq qramını 50 manata, ümumilikdə isə 30.700 manata sataraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 30.700 (otuz min yeddi yüz) manat məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb, ələ keçirməklə və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 təxminən 15 il bundan əvvəl tanımışdır. Belə ki, Kənan onun yaşadığı Mingəçevir şəhəri, Az.Qress qəsəbəsi ərazisində bərbər kimi çalışmış və həmin vaxtdan onların münasibəti yaranmışdır. Kənanla aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Şahid1 təxminən 2-3 ildir ki, tanımışdır. Xalidəni yaşadığı ərazidə yaşayan şəxslərin vasitəsilə qızıl-zinət əşyalarının qarşılığında faizlə pul verən şəxs kimi tanımışdır. Bir neçə dəfə də Xalidəyə həqiqi qızıl verməklə faizlə pul götürmüş və vaxtlı-vaxtında da pulunu qaytarmışdır. Buna görə də aralarında heç bir problem olmamışdır. Təxminən 2023-cü iyul ayında Kənanla oturub söhbət edən zaman pul lazım olduğundan Kənan gümüş metaldan olan qolbağ, boyunbağı və sair digər əşyaları alıb qızılı rəngə boyadaraq həmin qızılı girov kimi faizlə pul verən şəxslərdən kiməsə verib pul əldə etmələrini təklif etmişdir. O da qeyd olunan kimi qızıla bənzər bəzək əşyalarını gətirərsə, onları Xalidəyə verib pul götürə biləcəklərini demişdir. Belə ki, onlar Xalidəyə qeyd olunan şəkildə qızılı rəngə boyanmış gümüş materialdan olan əşyaları girov qoyaraq pul vəsaiti əldə edib daha sonra aldıqları pulu faizi ilə birlikdə ödəməyi fikirləşmişlər. Yəni Xalidədən aldıqları pul vəsaitini ələ keçirərək aldıqları pulu geri qaytarmamaq niyyətləri olmamışdır. O, Kənanın qeyd olunan qızılı rəngə boyanmış gümüş əşyaları haradan əldə etməsini bilməmiş, lakin Kənan ona qeyd olunan şəkildə əşyaların olduğunu deyərək onları Xalidəyə verib pul əldə etmək istədiyini demişdir. O da Xalidəyə zəng etmiş və Xalidə də qızıla boyanmış əşyanın hər qramına görə 50 manat olmaqla pul vermişdir. Təxminən 2023-cü ilin avqust ayında birinci dəfə qızıla boyanmış əşyanı Xalidəyə vermişlər. İlkin vaxtlar Xalidə verdiyi pula görə pulun 10%-i həcmində əlavə faiz alırdısa sonradan faizi 13-14 %-ə qaldırmışdır. Xalidədən qızıla boyanmış əşyaların qarşılığında nə zaman və hansı miqdarda pul vəsaitini əldə etdiyini xatırlamasa da, əvvəl Xalidə özü yaşadığı evin yaxınlığında ona verdikləri qızılı rəngli olan əşyanın qramına uyğun olaraq pul vermişdir. Lakin sonradan Xalidə özündə pul vəsaiti olmadığından gedib Mingəçevir şəhəri, 1 saylı orta məktəbin yaxınlığında yaşayan tanışından pul alıb onlara verəcəyini demişdir. Onlar da həmin yerin yaxınlığında dayanıb Xalidəni gözləmişlər. Xalidə onlara pul tapmaqda köməklik etdiyinə görə Kənan Xalidənin özünə də əlavə olaraq xatırlamadığı məbləğdə pul vermişdir. Ondan başqa Xalidə o, olmayan vaxtlarda da Kənanın ona qızıl verib pul almasını demişdir. Bir dəfəsində isə Xalidə onların yanında olan zaman avtobus dayanacağında Az.Qress qəsəbəsi ərazisində zərgərliklə məşğul olan Şahid2 görmüşlər və Xalidə ona verilmiş qızıla bənzər metalı Raufa verib əşyanın qızıl olub-olmamasını soruşmuş, lakin Rauf indiki vəziyyətdə heç bir şey deyə bilmədiyini, lakin əşyanın xarici görünüşünə görə qızıla oxşadığını demişdir. Xalidə Raufdan ona cavabdeh olub-olmamasını soruşmuşdur. Rauf isə cavabdeh olmadığını demişdir. Qeyd etdiyi kimi 2023-cü ilin avqust ayının əvvəlindən başlayaraq təxminən 4-5 ay ərzində Xalidəyə qızılı rəngə boyanmış əşyaları verərək pul vəsaiti əldə etmişlər. Xatırladığı qədəri ilə Kənanla birlikdə Xalidədən 1.000, 1.200, 2.100 manat və sair məbləğlərdə pul vəsaiti əldə etmişlər. Pul bölgüsü zamanı Kənan pulun böyük hissəsini özünə götürmüşdür. Məsələn əldə olunmuş 1.000 manatın 300-400 manatını Kənan ona vermiş, qalan pulu isə qızılın hazırlanması üçün pulu çıxdığını deyərək qalan 600-700 manat pulu özünə götürmüşdür. Aldıqları pula görə Xalidəyə 4-5 ay ərzində elə təxminən 13-15 min manat həcmində faiz ödəmişlər. Sonradan Xalidəyə verməli olduqları pulu verə bilmədiklərindən Xalidə ona verilmiş qızılı aparıb satacağını demişdir. Lakin əşyalar qızıl olmadığından Xalidəni bir müddət yubada bilsələr də, sonradan Xalidə aparıb əşyaları satmaq istəyən zaman əşyaların qızıl olmaması barədə ona məlumat verilmişdir. Bundan sonra isə Xalidənin tanışı olan Zərərçəkmiş şəxs zəng edərək ondan aldıqları pulu ödəmək ilə bağlı danışıq üçün onu yaşadığı evə çağırmışdır. O, Arzunun evinə getmiş və orada Arzu Xalidəni tanıdığını, Xalidənin gətirdiyi əşyalara görə ona xatırladığı qədəri ilə 20.000 manatdan artıq məbləğdə borcun verilməli olduğunu demişdir. O, Arzuya onsuz da borcları olduğunu əlavə olaraq 2.000 manat verməsini və həmin pulla alver edib onun pulunu aybaay qaytaracağını demiş, lakin Arzu ona pul verməmişdir. Həmin ərəfələrdə də işləmədiyindən Arzunun pulunu qaytara bilməmişdir. Həmçinin həmin ərəfələrdə X10 ona zəng edərək Xalidənin onun tanışı olduğunu və Xalidənin pulunun ödənilməsi ilə bağlı olaraq onunla görüşmək istədiyini demişdir. O, Elgünlə görüşüb danışanda Xalidənin pulunu ödəyəcəyini demişdir. Bundan sonra isə Elgünlə görüşməmişdir. Bununla belə zərərçəkmiş şəxsə dəymiş ziyandan öz hesabına 1400 manat məbləğdə ödəmişdir. Hesab edir ki, mülki iddia əsaslı deyildir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını, mülki iddianın rədd edilməsi və ona yüngül cəza verilməsi haqda qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 2005-2006-cı ildən tanımışdır. Onunla yaxın münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Şahid1 isə Rasimin vasitəsilə tanımışdır. Belə ki, Rasim Xalidəni onunla tanış edən zaman həmin şəxsin qızıl-zinət əşyaları müqabilində faizlə pul verməsi (sələm) barədə məlumat vermişdir. O, Xalidədən həqiqi qızıl-zinət əşyası verərək pul almamışdır. Təxminən 2023-cü ilin iyul ayında həm ona, həm də Rasimə pul lazım olduğundan və əllərində qızıl-zinət əşyası olmadığından gümüş metaldan olan boyunbağı, qolbağı və sair digər əşyaları alıb qızılı rəngə boyadaraq onun qarşılığında müəyyən məbləğdə pul vəsaiti götürüb, sonradan onun pulunu və faizi ödəyərək hazırkı çətin vəziyyətdən çıxmaq barədə danışmışlar. Buna görə də o, 2023-cü ilin avqust ayının 6-da Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində yerləşən Univermaqdan 925 əyar 14,5 qram çəkidə olan gümüş boyunbağı götürmüşdür. Həmin boyunbağını Gəncə şəhərində yerləşən mağazalardan birində gümüş əşyanı qramını 1 manatdan olmaqla qızıl suyuna batıraraq rənglətmişdir. Bunu həmin ərazidə yerləşən demək olar ki, bütün zərgərlik mağazalarında etdirmək mümkündür. Həmin gün qeyd olunan boyunbağını götürüb Mingəçevir şəhərinə gələrək Rasimlə görüşmüşdür. Görüş zamanı Rasim Xalidəyə zəng edərək 14,5 qram çəkidə boyunbağı olduğunu və buna görə ümumilikdə nə qədər pul verə biləcəyini soruşmuşdur. Xalidə buna görə 750 manat pul vərəcəyini demişdir. Belə ki Xalidə verilən qızılın qramına görə 50 manat məbləğində pul verəcəyini demişdir. Həmin gün qeyd olunan qızılı-zinət əşyalarına bənzədilmiş həqiqətdə 925 əyar gümüş olan qızılı rəngə olan metalı Xalidəyə vermişlər. Xalidə həmin boyunbağıya baxmış və qızıldan başının çıxdığını deyib 750 manat pulu onlara vermişdir. Danışıqlarına görə Xalidə verdiyi 750 manat pula qarşılıq olaraq 1 ay ərzində məbləğin 10%-i həcmində, yəni 750 manatdan əlavə olaraq 75 manat pul qaytarmalı olmuşlar. Həmin pulun 150 manatı gümüşün alınması və onun rənglənməsi üçün xərclədiyindən onu həmin puldan çıxarıb qalan 600 manatı Rasimlə hər birinə 300 manat olmaqla bölmüşlər. Bundan təxminən 3 gündən sonra xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə də Gəncə şəhərinə gedərək yenidən gümüş metaldan olan boyunbağı və qolbağıları alıb qızılı rəngə boyatdırmaqla Xalidəyə vermişlər. Bunlara müvafiq olaraq Xalidə onlara 2.250 və 1.500 manat məbləğdə pul vəsaitləri vermişdir. Qeyd olunan pul vəsaitlərini Rasimlə birlikdə yarıbayarı olmaqla bölüb xərcləmişlər. Xalidəyə qızıl verən zaman Rasimlə birlikdə olmuş, Xalidə ona verdikləri qızılları Az. Qres qəsəbəsi ərazisində olan qızıl mağazasında yoxlatdırmaq üçün mağazaya daxil olmuşdur. Lakin xatırladığı qədəri ilə mağazadan çıxanda Xalidə zərgərin qızılı yoxlamaq üçün daşı yağı olmadığını, lakin gözlə görünən qədər əşyanın qızıl olması barədə zərgərin ona məlumat verdiyini demişdir. Bundan sonra həmin əşyanın çəkisinə uyğun olaraq Xalidə onlara pul vermişdir. Xalidədən aldıqları pulun ödəniş vaxtı gəlib çatanda isə həmin qızıla uyğun olaraq verilmiş pulun 10%-nə görə olan pulu ödəyib qalan əsas hissəni isə sonra ödəyəcəklərini deyərək vaxt almışlar. Sonradan isə Xalidəyə qeyd olunan şəkildə hazırlanmış qızılı rəngə boyanmış gümüş əşyaları verəndə Xalidə özündə pul olmadığını, Mingəçevir şəhəri, 1 saylı orta məktəbin yaxınlığında yerləşən binada yaşayan tanışından pul alıb verəcəyini demişdir. Buna görə də Rasimlə bir neçə dəfə 1 saylı məktəbin yaxınlığına gedərək Xalidədən pul vəsaitlərini əldə etmişlər. Rasimlə birlikdə əldə etdikləri pul vəsaitini isə ikisi aralarında bölmüşlər. Lakin Xalidənin kimdən qızılı girov şəkilində qoyaraq pul alıb verməsini bilməmişlər. Xalidədən aldıqları pula uyğun olaraq hər ay faizini vermişlər. Sonuncu dəfə isə Xalidədən aldıqları pula görə verməli olduqları 175 manat pulu nə Rasim, nə də o, ödəyə bilmişdir. Buna görə təxminən 6 gün ərzində Xalidə verdikləri qızılı satacağını demiş, lakin onlar əşyaların həqiqi qızıl olmadığını bildiklərindən, Xalidəyə qızılı mağazaya aparmamasını deyərək saxlatmışlar. Lakin sonradan Xalidə ona verilmiş əşyaların qızıl olmadığını öyrənmişdir. Bu müddət ərzində isə Xalidədən onun qeydiyyatlarına görə 21.150 manat civarında pul vəsaitini qızıla boyanmış gümüş əşyaları verməklə əldə etmişlər. Həmin pulları da Rasimlə birlikdə aralarında bölmüşlər. Həmin pullara uyğun olaraq hər ay mütəmadi olaraq Xalidəyə pul vermişlər. Ümumilikdə onda olan qeydiyyatlara əsasən Rasimlə birlikdə Xalidəyə 12.535 manat pulu faiz kimi pul vermişlər. Bəzi hallarda Xalidə hətta özündə pul olmadığını danışıb əgər başqa şəxs tapsa, pul götürüb verəcəyini dediyindən Xalidənin özünə həmin puldan 50 manat götürməsini, lakin pulu vaxtında verməsini istəmişlər və Xalidə pulu aldığından ona əlavə 50 manat da vermişlər. Həmçinin Xalidədən nə qədər pul alması və nə qədər pul ödəməsi ilə bağlı istintaqa təqdim etdiyi müvafiq qeydiyyatlara əsasən Xalidədən xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 2250 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1.300 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 1750 manat, xx.xx.2024-cü il tarixdə 2100 manat, xx.xx.2023-cü il tarixdə 2950 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1.200 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 850 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 900 manat məbləğində pulları Xalidədən götürdüyünü və həmin pulların faizinin və kökünün ödənilməsi ilə bağlı olaraq həmin qeydiyyatda müvafiq rəqəmlərin əks olunduğunu bildirdi. Bununla belə zərərçəkmiş şəxsə dəymiş ziyandan öz hesabına 300 manat ödəmişdir. Hesab edir ki, mülki iddia əsaslı deyildir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və mülki iddianın rədd edilməsi, həmçinin ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs, həm də mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Şahid1 təxminən 2 ildir tanıdığını, Xalidə ilə hər hansı düşmənçiliyi və ya ədavətinin olmadığını bildirmişdir. Təxminən 2023-cü ilin aprel- may aylarında Xalidə ilə söhbət edən zaman Xalidəyə 20-30 min manat civarında pul vəsaiti olduğunu, həmin pulla ikinci əl, münasib qiymətə, yəni bazar qiymətindən bir qədər aşağı qiymətə qızıl-zinət əşyaları almaq istədiyini demişdir. Belə ki, o, Xalidənin müxtəlif şəxslərdən və mağazalardan ikinci əl qızıl-zinət əşyaları alıb səyyar şəkildə onların satışı ilə məşğul olmasını bilmişdir. Xalidə əgər o, deyən şəkildə, yəni ucuz qiymətə qızıl-zinət əşyaları satan şəxs olarsa, məlumat verəcəyini demişdir. 2023-cü ilin avqust ayında Xalidə zəng edərək tanışının üzük satdığını bildirmişdir. Xalidə ilə aralarında qabaqcadan olan danışıq zamanı ona qızılın qramını təxminən 50-55 manat civarında alacağı barədə demişdir. Bundan sonra həmin üzüyü almışdır. xx.xx.2023-cü il tarixdə 1 ədəd “Bismak” boyunbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd qolbağı, xx.xx.2023-cü il tarixdə “Bismak” boyunbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd “Bismak” boyunbağı, xx.xx.2024-cü il tarixdə 1 ədəd “Bismak” qolbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd boyunbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd “Bismak” boyunbağı, xx.xx.2023-cü il 1 ədəd boyunbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd köhnə model moruq formalı boyunbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd Bismak boyunbağı və 1 ədəd qolbağıdan ibarət olan dəst, xx.xx.2023-cü il tarixdə 1 ədəd “Bismak” boyunbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd qolbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd boyunbağı, xx.xx.2023-cü il tarixdə 2 ədəd qolbağı və 1 ədəd boyunbağıdan ibarət dəst, xx.xx.2023-cü il tarixdə 1 ədəd qolbağı və 1 ədəd boyunbağıdan ibarət dəst, xx.xx.2023-cü il tarixdə 1 ədəd boyunbağı, xx.xx.2023-cü il tarixdə 1 ədəd boyunbağı və 1 ədəd qolbağıdan ibarət dəst və xx.xx.2023-cü il tarixdə 1 ədəd boyunbağı olmaqla qızılı rəngdə olan əşyaları Xalidə qızıl adı ilə ona vermişdir. Xalidə həmin əşyaları alan zaman zərgər kimi çalışan Rauf adlı şəxsdə həmin əşyaları yoxlatdırdığını və Raufun həmin əşyaların qızıl olasını dediyini bildirmişdir. O da Xalidəyə inanıb həmin qızılları yoxlatdırmamışdır. Beləliklə, o, həmin əşyaları özündə olan qızıl tərəzisində çəkib hər qramına görə qeyd etdiyi kimi 50-55 manat olmaqla Xalidəyə pul vermişdir. 2023-cü ilin dekabr ayında qızılları saxladığı yerə baxan zaman Xalidədən aldığı 1 ədəd üzüyün rənginin qaraldığını görmüşdür. Bu barədə Xalidəyə məlumat vermişdir. Sonra qeyd olunan əşyaların həqiqi olub-olmamasını bilmək üçün Bakı şəhərinə getmiş və qızılları yoxlatdırmışdır. Orada ona qızılların saxta olduğunu, əşyaların həqiqi qızıl olmadığını demişlər. Xalidəyə qızılların saxta olmasını deyəndən sonra Xalidə ona satdığı qızılları Rasim və Kənan adlı şəxslərdən aldığını demişdir. X14 və Kənanla, həmçinin onların qohumları ilə danışaraq onun verdiyi ümumilikdə 30.700 manat pulu qaytarmalarını istəmişdir. Sonra Xalidə pulu cinayətkar aləmlə əlaqəsi olan şəxslərin vasitəsilə almağı məsləhət görmüş və o, belə bir tanışı olmadığını demişdir. Xalidə özünün belə tanışları olduğunu onlarla özünün danışacağını demişdir. Lakin o, özü həmin şəxslərlə görüşmək üçün getmiş və orada X10 ilə görüşmüşdür. Həmin vaxt Elgünlə danışıqları zamanı Elgün məsələni həll edəcəyini demişdir. Elgün sonradan ona Kənan və Rasimlə danışdığını onların əlində 1 otaqdan ibarət mənzil olduğunu, 2024-cü ilin yanvar ayının 15-da sənədləşmə edilərək mənzilin onun adına keçiriləcəyini demişdir. Sənədləşmənin dövlət rüsumunun 400 manat olduğu, ona 250 manatını verməsini 150 manatı sənədləşmə zamanı onun verəcəyini, 250 manatı isə özünün gətirib verəcəyini demişdir. O da Elgünə inanıb həmin vaxt, yəni 2023-cü ilin dekabr ayının sonunda öz evində Elgünə 250 manat pul vermişdir. Lakin Elgün də onu aldatmış və verdiyi pulu da qaytarmamışdır. Hazırda ona dəymiş maddi ziyandan 1400 manat Təqsirləndirilən şəxs2 tərəfindən, 300 manat Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Ona dəymiş 30100 manat maddi ziyanın və 2300 manat mənəvi ziyanın mülki cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Belə ki, mülki cavandehlərin hərəkətləri nəticəsində nüfuzdan düşmüş, bu hadisələr nəticəsində xəstələnmiş və paralij keçirmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən şikayətçidir. Odur ki, məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və mülki iddianın təmin edilməsi, mülki cavabdehlərdən 30100 manat maddi ziyanın və 2300 manat mənəvi ziyanın, 190 manat dövlət rüsumunun alınıb ona verilməsi, həmçinin təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməklə hökm çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi3 təmsil etdiyi şəxsin ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs nümayəndəsi X2 təmsil etdiyi şəxsin ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 2 il bundan əvvəl şəhər sakini kimi tanımışdır. X7 isə Rasimin vasitəsilə tanımışdır. Mingəçevir şəhəri, Az.Qress qəsəbəsində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Şahid2 isə təxminən 5-6 il bundan əvvəl özünə məxsus qızıl-zinət əşyalarını satan zaman tanış olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs isə 2 il bundan əvvəl un məmulatları bişirib satmaqla məşğul olanda müştərilərinin birinin mağazasında tanımışdır. 2023-cü ilin avqust ayının 6-da Rasim ona zəng edərək görüşüb söz demək istədiyini demişdir. Görüşən zaman Kənan da Rasimin yanında olmuş və onlar Ağdaş rayonunda olan tanışlarının qızıl mağazası bağlandığından qızılları bir-bir satdıqlarını demişlər. Sonra Rasim ona 1 ədəd qolbağını göstərərək həmin əşyanı satmaq istədiyini demişdir. Həmçinin Rasim qızılın qramını 50 manata satacağını demişdir. O da həmin vaxt qızıl satan tanışlarından birinə zəng edərək qızılın qramının qiymətini soruşmuş və ona həmin qızılın sonradan satışından qızılın hər qramında 2-3 manat pul qalacağını düşünərək Rasimdən qızılları ala biləcəyini, lakin həmin vaxt pulu olmadığını demişdir. Bundan sonra tanışı Arzuya zəng edərək ucuz qiymətə qızıl satılması barədə məlumat vermişdir. Sonra da Rasimdən götürdüyü qızılı aparıb Arzuya vermişdir. Həmin qızılı da Rasim adlı şəxsdən alması barədə Arzuya məlumat vermişdir. Arzunun da verdiyi pulu aparıb Rasimə vermişdir. Rasim də ona bir neçə dəfə qızılı Arzuya satmağa köməklik etdiyi üçün 50 manat pul vermişdir. Həmçinin özündə də nağd pulu olduğundan sonradan Rasim və Kənandan ümumi çəkisi 95 qram olan qızıl almışdır. Buna görə də 3-4 dəfəyə hissə-hissə olmaqla ümumilikdə 5.600 manat pulu Rasim və Kənana vermişdir. Hətta bir dəfəsində puldan qalıq qaldığından 650 manat pulu Mingəçevir şəhəri, Tekstilni zavodun yaxınlığında Kənana vermişdir. 2023-cü ilin avqust ayından 2023-cü ilin noyabr ayı da daxil olmaqla həmin müddət ərzində Kənan və Rasimin verdikləri qızıl-zinət əşyalarını götürüb Arzuya vermişdir. Arzunun qızılları almaq üçün verdiyi pulları da Rasim və Kənana gətirib vermişdir. 2023-cü ilin dekabr ayında rəhmətə getmiş əri Məhəmmədin 40 mərasimini vermək üçün əlində nağd pulu olmadığından Kənan və Rasimdən aldığı qızılları satıb yas vermək istəmişdir. Buna görə Mingəçevir şəhərində qızıl satışı ilə məşğul olan mağazaya gedərək qızılları satmaq istədiyini demişdir. Həmin vaxt qızılı alan şəxs ona qızılların həqiqi qızıl olmadığını demişlər. Sonra digər aldığı boyunbağıları da vermiş və ümumilikdə Kənan və Rasim adlı şəxslərdən aldığı qızılların qızıl əşyası olmadığı ona deyilmişdir. Bundan sonra dərhal Kənana və Rasimə zəng edərək satdığı qızılların saxta olmasını demişdir. Onlarla görüşən zaman heç olmasa, Arzuya verdiklərinin saxta olmadığını soruşmuşdur. Həmin vaxt Kənan and içərək qızılların saxta olmadığını demişdir. Bundan sonra Arzuya xəbər edərək ona verilmiş qızılların saxta olmasını bildirmişdir. Həmin vaxt Kənan ona verdiyi əşyaları qaytarmasını, əşyaları aldığı şəxsin onu aldatdığını əşyaları gedib dəyişəcəyini demişdir. O da aldığı 3 ədəd boyunbağını Kənana vermişdir. Kənan da onları götürb getmiş və bir daha əşyaları geri qaytarmamışdır. Arzu da ona satılmış əşyaları yoxlatdırdıqdan sonra onların saxta olması məlum olmuşdur. Bundan sonra onun ailəvi tanışı və qohumu olan İbrahim adlı şəxsə belə bir problemləri olmasını deyəndə İbrahim onun köhnə iş yoldaşı olmuş və vəfat etmiş Alışın oğlu Elgün Abdullayevin də polisdə işlədiyini, Kənan və Rasimə verilmiş pulun qaytarılmasında Elgünün köməklik edəcəyini demişdir. O da Elgünlə mobil telefon vasitəsilə danışmışdır. Elgünə Rasimin nömrəsini verərək Rasim və Kənan adlı şəxslərlə danışaraq pulunu və ya qızılını almasını demişdir. Elgün də danışaraq ona xəbər edəcəyini demişdir. Sonradan aralarında olan danışıq zamanı Elgün Rasimlə danışdığını qızılları Gəncədən aldıqlarını heç olmasa, qızılların bir neçəsini ona verməsini gedib Gəncədən qızıl satılan yeri taparaq əsl qızılları alıb gətirəcəyini demişdir. O da Arzudan 3 ədəd boyunbağı və qolbağıdan ibarət olan əşyaları götürüb ona məxsus evdə Elgünə vermişdir. Həmçinin Elgün ondan Arzunun nömrəsini istəmiş və o Arzu ilə danışaraq nömrəni Elgünə vermişdir. Elgünlə danışıqdan sonra Kənanın evinin satıllıb pulun verilməsi üçün evin sənədləşməsinə görə pul lazım olması məlum olmuşdur. Həmin vaxt Elgün buna görə Arzudan 250 manat pul almışdır. Bunu da Arzu sonradan ona demişdir. Lakin buna baxmayaraq, Rasim və Kənan Arzunun və onun pulunu geri qaytarmamışlar. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs satılmış qızıl-zinət əşyalarının saxta olması barədə qabaqcadan məlumatı olmadığını, əgər Kənan və Rasimin saxta qızıl satmalarını bilsəydi nə Arzuya həmin qızılları almasını deməyəcəyini, nə də özü onlardan 5.600 manat dəyərində saxta qızılları almayacaqdı. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona həqiqi olmayan ümumi çəkisi 95 qram olan və ümumilikdə 5.600 manat məbləğində pul vəsaiti verərək aldığı qızıl əşyaların əvəzində pulu gətirib ödəyəcəkləri barədə razılığa gəldikləri üçün onlardan şikayət etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uşaq vaxtlarından tanımışdır. Onların hər ikisi Mingəçevir şəhəri Az.Dress qəsəbəsi ərazisində yaşadıqlarından bir-birilərini uşaq vaxtlarından tanımışlar. Təqsirləndirilən şəxs1 isə təxminən 1 il əvvəl Rasimin yanında ona məxsus Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən “Fidan” qızıl mağazasına gələn zaman tanımışdır. Şahid1m isə təxminən 10 il əvvəl tanımışdır. Təxminən 3-4 il əvvəl qızıl alqı-satqısı ilə məşğul olmağa başlamış, həmin vaxta kimi isə atası qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2023-cü ilin noyabr-dekabr ayında mağazada olan zaman Kənan, Rasim və Xalidə mağazaya gəlmişlər. Həmin vaxt onlar qızıl çəkdirmək istədiklərini demişlər. O, mağazada qızıl satdığı vitrinin üzərində olan tərəzənin düyməsini basıb açmış və həmin vaxt Xalidə 1 ədəd qızılı rəngdə olan boyunbağını tərəzinin üzərinə qoymuşdur. Lakin o, qızılın kim tərəfindən alınmasını və satılmasını bilməmiş və bu barədə heç bir sual verməmişdir. Belə ki, Az.Dress qəsəbəsində yeganə qızıl mağazası ona məxsus olduğundan orada yaşayan sakinlər qızıllarının çəkisini müəyyən etmək üçün onun mağazasına gəlirlər. Xalidənin tərəziyə qoyduğu boyunbağının çəkisi xatırladığı qədəri ilə 30-40 qram aralığında olmuşdur. Həmin vaxt Xalidə qızılın rənginin xoşuna gəlmədiyini, onun qızıl olub-olmadığını yoxlamasını istəmişdir. Lakin o, Xalidəyə qızılı yoxlamaq üçün kəsilməli olduğunu, onda qızılı kəsmək üçün alət olmadığını qızılı yoxlatdırmaq üçün şəhərə gedib zərgərdə yoxlatdırmasmı demişdir. Xalidə isə qızılın vitrin malı olduğunu onu kəsdirmək istəmədiyini demişdir. Həmin vaxt ona qızılı çəkdiyinə görə hər hansı məbləğdə pul verməmişlər. Sonra isə üçü birlikdə çıxıb getmişlər. Bundan təxminən 2 gün sonra Kənan və Xalidə birlikdə gəlmişlər. Xalidə yenə qızıl çəkdirmək istədiyini demiş və özündə olan 1 ədəd boyunbağını tərəziyə qoymuşdur. Xatırladığı qədəri ilə boyunbağının çəkisi 15-17 qram aralığında olmuşdur. Həmin vaxt aralarında qızılın yoxlanması ilə bağlı olaraq heç bir söhbət olmamışdır. Xalidə və Kənan qızılı çəkdirib gediblər. Onlar həmişə birlikdə gəlib qızılı çəkib getmişlər. Təxminən 2-3 gündən sonra Kənan və Xalidə yenidən onun mağazasına gələrək qızılı çəkdirmək istədiklərini demişlər. Yenə də Xalidə boyunbağını tərəziyə qoymuş və çəkisini bilib getmişdir. Həmin vaxt da qızılın çəkilməsi üçün ona pul verməmişlər. Sonuncu dəfə isə bu hadisədən 10 gün sonra gecə saatlarında Az.Dress qəsəbəsi ərazisində olan kafelərdən birindən çıxan zaman Xalidə, Kənan və Rasimi taksidə əyləşmiş vəziyyətdə görmüşdür. Həmin vaxt Xalidə ona boynunda olan qızıl boyunbağını göstərərək onun necə qızıl olduğunu, çəkisinin nə qədər olmasını soruşmuşdur. O, boyunbağının rəngindən qızıl ola biləcəyini, lakin çəkisinin nə qədər olmasını deyə bilməyəcəyini demişdir. Həmçinin bir dəfə Kənanın tək onun mağazasına gətirib boyunbağını tərəziyə qoyub çəkdirdiyini və boyunbağının çəkisinin 30 qram olduğunu bildirmişdir. Boyunbağını çəkdirdikdən sonra isə Kənan ona zəng edərək boyunbağının çəkisinin nə qədər olmasını soruşmuş, o da çəkinin 30 qram olmasını demişdir. Lakin danışıqları zamanı adı çəkilən boyunbağının qızıl olub-olmaması ilə bağlı olaraq aralarında heç bir danışıq olmamışdır. Bir dəfə isə Kənan və Rasim ona zəng edərək qızıl çəkdirmək istədiklərini demişlər, lakin o, onlara şəhərdə olmadığını demişdir. Bundan başqa onların arasında hər hansı danışıq olmamışdır. Bu hadisələrdən sonra Kənan və Rasimi görməmişdir. Xalidə isə onun mağazasına gəlib mağazada çəkdirdikləri boyunbağıların qızıl olmadığını demişdir. Lakin o, Xalidəyə qızılı yoxlamadığını, onların qızıl olub-olmasının ona heç bir aidiyyətinin olmadığını demişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdiyi ifadələrini, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdiyi ifadələrində Zərərçəkmiş şəxs 30.700 manat dəyərində qızıl satmadıqları, gümüş metaldan olan qolbağ, boyunbağı və sair digər əşyaları alıb qızılı rəngə boyadaraq Şahid1 girov kimi faizlə pul vəsaiti əldə etmələri ilə bağlı istinad etdikləri dəlillər məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və şahid ifadələri və ekspert rəyi ilə onların həmin cinayəti törətməsini təsdiq edir. Təqsirləndirilən şəxslər aradan uzun müddət keçməsindən, kənar şəxslərin görməməsindən, həmçinin digər əlavə sübutların olmamasından sui-istifadə edərək, məhkəməyədək icraat zamanı törətdiyi cinayət əməlini etiraf etməməklə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdmüşlər. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşır, həmçinin onların ifadələrini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd üzük, 13 ədəd boyunbağı və 8 ədəd qolbağıya baxış keçirilmiş və maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi qeydiyyatda müvafiq tarixlər və qarşısında həmin tarixlərdə alınmış pul məbləğləri qeyd olunmuşdur. Belə ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 qeyd olunan tarixlərin 2023-cü ilin müvafiq dövrlərini əhatə etdiyini bildirərək xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 2250 manat, xx.xx.2023-cü il tarixdə 1.500 manat, xx.xx.2024-cü il tarixdə 1300 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1750 manat, xx.xx.2023-cü il tarixdə 2100 manat, xx.xx.2023-cü il tarixdə 2950 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 850 manat, xx.xx.2023cü il tarixdə 2000 manat xx.xx.2023-cü il tarixdə 900 manat, sonuncu dəfə yazdığı və sonradan üzərini qaraladığı hissədə xx.xx.2023-cü il tarixdə 1850 manat pul məbləğlərini saxta, yəni qızılı rəngə boyanmış bəzək əşyalarını girov qoymaqla tanışı Təqsirləndirilən şəxs2 ilə birgə aldığı pul məbləğlərinin olmasını bildirdi. Həmçinin o kağız parçasında sağ üst tərəfdə olan qeydiyyatların pulun hesablanması ilə bağlı olan qeydiyyatlar olduğunu, lakin o, onun tam dəqiq şəkildə hansı ödənişin edilməsi ilə bağlı olduğunu xatırlamadığını bildirmişdir. Eyni zamanda sağ aşağı hissədə qeyd olunan pulun 16.050 manat olduğunu üstəgəl 215 manatın faiz olduğunu, həmçinin yekunda qeyd olunmuş 23.000 manat pulun isə aldığı pulun faizini verə bilmədiyindən yekunda 23.000 manat borc olduğunu bildirmişdir. Qeyd olunan məlumatların qeyd olunduğu kağız parçası iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-11538/2024 saylı məktubda qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4899 saylı rəyində aşağıdakılar qeyd olunmuşdur: Sarı rəngli 1 ədəd boyunbağı - Qiymətsiz metal ərintisi (Mis, Nikkel və s.) – kütləsi 50.88 qr Sarı rəngli 1 ədəd boyunbağı - Qiymətsiz metal ərintisi (Mis, Sink və s.) – kütləsi 26.01 qr Sarı rəngli qaralmış vəziyyətdə 1 ədəd üzük - Qiymətsiz metal ərintisi (Mis, Sink və s.) – kütləsi 10.13 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 29.81 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 51.74 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 42.49 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 23.44 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 25.45 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 19.33 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 46.13 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 24.06 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 39.63 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 35.36 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 36.97 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 31.27 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 16.85 qr Sarı rəngli 1 ədəd boyunbağı - Gümüş, 925 - kütləsi 18.55 qr Sarı rəngli 1 ədəd qolbaq - Gümüş, 925 - kütləsi 15.23 qr Sarı rəngli 1 ədəd qolbaq - Gümüş, 925 - kütləsi 14.54 qr Sarı rəngli 1 ədəd qolbaq - Gümüş, 925 - kütləsi 17.30 qr Sarı rəngli 1 ədəd qolbaq - Gümüş, 925 - kütləsi 16.07 qr Sarı rəngli 1 ədəd qolbaq - Gümüş, 925 - kütləsi 24.88 qr Sarı rəngli 1 ədəd qolbaq - Gümüş, 925 - kütləsi 9.27 qr Sarı rəngli 1 ədəd qolbaq - Gümüş, 925 - kütləsi 9.97 qr Sarı rəngli 1 ədəd qolbaq - Gümüş, 925 - kütləsi 9.55 qr Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli 3-13-16/2-116906/2024 saylı məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adlarında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd 10.13 qram çəkidə sarı rəngli qaralmış, qiymətsiz metal ərintisindən hazırlanmış üzük, 2 ədəd 76.89 qram çəkidə sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış boyunbağı, 14 ədəd 441,08 qram çəkidə sarı rəngli 925 əyarlı gümüşdən hazırlanmış boyunbağı, 8 ədəd 116,81 qram çəkidə sarı rəngli 925 əyarlı gümüşdən hazırlanmış qolbağı maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə verilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 213-3.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şahid1 məxsus 5.600 manat pul vəsaitini ələ keçirmələri hissəsində barələrində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyan real olaraq 30.700 manat kimi qəbul edilmiş, X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 182-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 və Şahid1 əməllərində Azərbaycan Respublikası CM-nin 32.5, 178.2.4, 178.2.1, 178.2.4, 194.1, habelə 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 141/2023 saylı xx.xx.2023–cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, Quliyev X5 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. Bugünkü tarixə cəzasının 4 ay 29 günü icra olunmuş, 1 il 6 ay 27 günü icra olunmamış qalmışdır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Quliyev X5 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən, 2023-cü ilin avqust ayından həmin ilin noyabr aymadək olan müddət ərzində Təqsirləndirilən şəxs1 Gəncə şəhərində yerləşən və istintaqa məlum olmayan zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olan yerlərdə 925 əyarlı gümüş, habelə qiymətsiz metal ərintisindən hazırlanmış, çəkisi 10,13 qram olan 1 ədəd üzüyü, ümumi çəkisi 76,89 qram olan metal ərintisindən hazırlanmış 2 ədəd boyunbağını, ümumi çəkisi 441,08 qram olan 925 əyarlı gümüşdən hazırlanmış 14 ədəd boyunbağını, ümumi çəkisi 116,81 qram olan 925 əyarlı gümüşdən hazırlanmış 8 ədəd qolbağı qızılı rəngə boyatdırıb, həmin əşyaların qızıl-zinət əşyası görüntüsünün əldə edilməsinə nail olduqdan sonra o (Təqsirləndirilən şəxs2), cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Şahid1 vasitəsilə qızılı rəngə boyanmış gümüş və qiymətsiz metal ərintisindən hazırlanmış həmin bəzək əşyalarını 2023-cü ilin avqust-noyabr ayları ərzində Zərərçəkmiş şəxs onun yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 51 saylı evin 34 saylı mənzilində şərti olaraq qramını 50 manata, ümumilikdə isə 30.700 manata sataraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 30.700 (otuz min yeddi yüz) manat məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb, ələ keçirməklə və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən, o, 2023-cü ilin avqust ayından noyabr aymadək olan müddət ərzində Gəncə şəhərində yerləşən və istintaqa məlum olmayan zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olan yerlərdə 925 əyarlı gümüş, habelə qiymətsiz metal ərintisindən hazırlanmış, çəkisi 10,13 qram olan 1 ədəd üzüyü, ümumi çəkisi 76,89 qram olan metal ərintisindən hazırlanmış 2 ədəd boyunbağını, ümumi çəkisi 441,08 qram olan 925 əyarlı gümüşdən hazırlanmış 14 ədəd boyunbağını, ümumi çəkisi 116,81 qram olan 925 əyarlı gümüşdən hazırlanmış 8 ədəd qolbağı qızılı rəngə boyatdırıb, həmin əşyaların qızıl-zinət əşyası görüntüsünün əldə edilməsinə nail olduqdan sonra Təqsirləndirilən şəxs2, cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Şahid1 vasitəsilə qızılı rəngə boyanmış gümüş və qiymətsiz metal ərintisindən hazırlanmış həmin bəzək əşyalarını 2023-cü ilin avqust-noyabr ayları ərzində Zərərçəkmiş şəxs onun yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 51 saylı evin 34 saylı mənzilində şərti olaraq qramını 50 manata, ümumilikdə isə 30.700 manata sataraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 30.700 (otuz min yeddi yüz) manat məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb, ələ keçirməklə və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən onların niyyəti, zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirib onu aldatmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək niyyəti onların zərərçəkmiş şəxsi qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatması ilə eyni vaxtda yaranmışdır. Belə ki, təqsirləndirilən şəxslər qazanc əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsi aldadaraq onun pul vəsaitini almış, lakin həmin pul vəsaitini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi əlverişsiz vəziyyətə salmaqla, onun etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlakını ələ keçirməklə dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyandan 1400 manat ödənilmişdir. Cinayət işinin materiallarında olan MŞ Mənzil Kommunal Təsərrüfatı İB Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi Yataqxana tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyandan 300 manat ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il tarixdə doğulmuş Məlahət, xx.xx.2018-ci il tarixdə doğulmuş Mələk və xx.xx.2020-ci il tarixdə doğulmuş Zeynəb adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Quliyev X5 Şəhər Məhkəməsinin 1(051)-141/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, hazırkı cinayət əməlini hökm çıxarılmazdan əvvəl törətmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayından noyabr ayınadək olan müddət ərzində Cinayət Məcəlləsinin 178.2.1–ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin baxılan cinayət işi üzrə cinayət əməlini hökm çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət əməli təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl törədildiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 141/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) il müddət, CM-in 66.5–ci maddəsinə əsasən birinci hökm üzrə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş vahid cəzadan çəkilmiş cəza çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-141/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi 4 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 2 ay 15 gün müddət, təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-141/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs əvvəlki iş üzrə 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək tutulmuşdur. Həmin müddət 2 gün təşkil edir. Ona görə də hazırkı cinayət işi üzrə həmin müddət nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024–cü il tarixli “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Təqsirləndirilən şəxsin həm əvvəlki, həm də hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət cəmi 4 gün təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 4 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs, həm də mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 qarşı maddi ziyana görə 30700 manat və mənəvi ziyana görə 2300 manat məbləğində pulun və 190 manat dövlət rüsumunun alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə istintaqı yekunlaşana qədər mülki iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdehlərdən maddi ziyana görə 30100 manat və mənəvi ziyana görə 2300 manat məbləğində pulun və 190 manat dövlət rüsumunun alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlərdən maddi ziyana görə 30100 manat və mənəvi ziyana görə 2300 manat, dövlət rüsumu kimi ödənilmiş 190 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə mülki iddianın mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda əmlakını, yəni 30.700 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişlər. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır. Zərərçəkmiş şəxs isə Zərərçəkmiş şəxsdır. Ona görə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı mülki iddia verməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin qanuni əsasını təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının əlaqəli şəkildə tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181–ci maddəsinin tələblərinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2–ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3–cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Məhkəmə təqdim edilmiş sübutların məhkəmə istintaqında tədqiqi nəticəsində müəyyən etdi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ümumilikdə 30700 manat məbləğində maddi zərərə məruz qalmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, 30700 manat məbləğində ziyandan Təqsirləndirilən şəxs2 tərəfindən 1400 manat məbləğində hissə, Təqsirləndirilən şəxs1 tərəfindən 300 manat məbləğində hissə mülki iddiaçıya ödənilmişdir. Ona görə də məhkəmə mülki iddia tələbini iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən edilmiş həqiqi hallarına uyğun olaraq mülki cavabdeh Təqsirləndirilən şəxs2 münasibətdə 13950 manat məbləğində, mülki cavabdeh Təqsirləndirilən şəxs1 münasibətdə 15050 manat məbləğində əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1–ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Beləliklə məhkəmə istintaqında müəyyən edildi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ümumilikdə 30700 manat məbləğində maddi zərərə məruz qalmış, lakin sonradan Təqsirləndirilən şəxs2 tərəfindən 1400 manat məbləğində hissə, Təqsirləndirilən şəxs1 tərəfindən 300 manat məbləğində hissə mülki iddiaçıya ödənilmişdir. Ona görə də mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs2 13950 manat məbləğində, mülki cavabdeh Təqsirləndirilən şəxs1 15050 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, mülki iddia Şahid1 münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda əmlakını, yəni 30.700 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq edib öz aralarında bərabər şəkildə bölmüşlər. Göründüyü kimi Şahid1 cinayətin törədilməsində və ələ keçirilmiş vəsaitin bölüşdürülməsində iştirak etməmişdir. Məhkəmə mülki iddianın mənəvi zərərə aid hissəsi ilə bağlı qeyd edir ki, mülki iddia həmin hissədə əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülki cavabdehə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuşdur. Belə olan halda o, maddi ziyanın ödənilməsi barədə mülki iddia verməkdə haqlı olmuş, lakin mülki cavabdeh bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi zərərə məruz qalmasına istinad etsə də, həmin hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, zərərçəkmiş şəxs məhz bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyana məruz qalması nəticəsində xəstələnməsi, iztirab və sarsıntı keçirməsi ilə bağlı mötəbərliyi şübhə doğurmayan zəruri sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020–ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin 1097.1,1097.3 və 1099-cu normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Məhkəmə hesab edir ki, mülki iddiaçının cinayət cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyana görə mənəvi zərər məruz qalması ilə bağlı istinad etdiyi dəlillər mülki iddianın həmin hisədə təmin edilməsi üçün yetərli olmadığından, mülki iddianın vurulmuş mənəvi zərərə görə 2300 manat məbləğində ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Məhkəmə mülki iddia ərizəsinin verilməsi ilə bağlı ödənilməli olan dövlət rüsumuna münasibətdə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehlərə aid edilməli və mülki cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun 177 manat məbləğində hissəsi alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Mülki iddia qalan hissədə, həmçinin Şahid1 münasibətdə təmin edilməməlidir. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 14 ədəd 441,08 qram çəkidə sarı rəngli 925 əyarlı qiymətli metal olan gümüşdən hazırlanmış boyunbağı, 8 ədəd 116,81 qram çəkidə sarı rəngli 925 əyarlı qiymətli metal olan gümüşdən hazırlanmış qolbağı təbii vəziyyəti dəyişdiyinə görə dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, 01 ədəd 10,13 qram çəkidə sarı rəngli qaralmış, qiymətsiz metal ərintisindən hazırlanmış üzük, 2 ədəd 76,89 qram çəkidə sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış boyunbağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-141/2023 saylı xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) il müddət çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla, hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 02 (iki) gün və əvvəlki cinayət işi üzrə 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 141/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü üzrə çəkilmiş 4 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 2 (iki) ay 15 (on beş) gün müddət, ümumilikdə 2 (iki) ay 19 (on doqquz) gün müddət təyin edilmş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs2 13950 (on üç min doqquz yüz əlli) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 15050 (on beş min əlli) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə və Şahid1 münasibətdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehlərə aid edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun 177 (bir yüz yetmiş yeddi) manat məbləğində hissəsi alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, 01 ədəd 10,13 qram çəkidə sarı rəngli qaralmış, qiymətsiz metal ərintisindən hazırlanmış üzük, 2 ədəd 76,89 qram çəkidə sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış boyunbağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 14 ədəd 441,08 qram çəkidə sarı rəngli 925 əyarlı qiymətli metal olan gümüşdən hazırlanmış boyunbağı, 8 ədəd 116,81 qram çəkidə sarı rəngli 925 əyarlı qiymətli metal olan gümüşdən hazırlanmış qolbağı dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-42/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-42/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver