Məhkəmə qərarları › İş №1(051)-43/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-43/2020

29.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-43/2020 29.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Zeytun-3” aptekində əczaçı işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və xx xxxx 2020-ci il tarixdən hazırki vaxtadək ev dustaqlığında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan 10 kapsul 01 ədəd konvalyutda - tərkibindətəsiredici maddəsinin ümumi miqdarı 0.5 qram tramadol preparatı olan, yararlılıq müddətinə, təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlı və zavod üsulu ilə istehsal olunmuş güclü təsir edən maddələrə aid «Tpamadol 50 mq.. KRKA» göstəricili dərman preparatını, 27 kapsul 3 ədəd konvalyutda – tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4.05 qram tramadol-hidroxlorid preparatı olan, yararlılıq müddətinə və təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlı və zavod üsulu ilə istehsal olunmuş güclü təsir edən maddələrə aid «Contramal Tramadol HCİ 150mg» göstəricili dərman preparatını, 14 kapsul 1 ədəd konvalyutda olan tərkibində təsiredici maddənin ümumi miqdarı 4.200 qram Preqabalin preparatı olan, yararlılıq müddətinə və təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuş güclü təsir edən maddələrə aid «GERİCA 300mg Pregabalin» göstəricili dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə edərək Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylıünvanda yerləşən «Zeytun-3» (Bəxtiyar) aptekdə saxlamış, xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində qeyd olunan aptekdə saxladığı10 kapsul 01 ədəd konvalyutda - tərkibindətəsiredici maddəsinin ümumi miqdarı 0.5 qram tramadol preparatı olan «Tpamadol 50 mq.. KRKA» göstəricili güclü təsir edən maddələrə aid dərman preparatınıŞahid4 165 (yüz altmış beş) manata qanunsuz olaraq satmış, Şahid4 ondan aldığı narkotik maddə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Tpamadol 50 mq.. KRKA» göstəricili dərman preparatını həmin gün, saat 14 radələrində Mingəçevir şəhər Polis Şöbəsinə gətirərək könüllü olaraq polis əməkdaşlarına təqdim etdikdən sonra həmin dərman preparatı ondan götürülmüş, bundan sonra xx xxxxxx 2019-cu il tarixdə, saat 14:35 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən “Zeytun-3” (Bəxtiyar) aptekdə baxış keçirilən zaman oradan onun satış məqsədi ilə qanunsuz olaraq saxladığı narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 27 kapsul 3 ədəd konvalyutda – tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4.05 qram tramadolhidroxlorid preparatı olan «Contramal Tramadol HCİ 150mg» göstəricili dərman preparatı və 14 kapsul 1 ədəd konvalyutda olan tərkibində təsiredici maddənin ümumi miqdarı 4.200 qram Preqabalin preparatı olan, güclü təsir edən maddələrə aid «GERİCA 300mg Pregabalin» göstəricili dərman preparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Şahid4 Mingəçevir şəhər polis şöbəsinə yazmış olduğu ərizəsi ilə tanış olmuşdur. Özü «Zeytun» aptek şəbəkəsinin tərkibində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylıünvanda yerləşən “Zeytun-3” (Bəxtiyar) aptekin müdiri vəzifəsində işləyir. «Zeytun» aptek şəbəkəsi ilə arasında müqavilə bağlanmış, həmin müqavilə dövlət qeydiyyatından keçmişdir. Müqaviləyə əsasən aptekdə dərmanların satışını həyata keçirmişdir. Aptekin ilkin fəaliyyətə başlamasında atası Şahid5 ona böyük maddi və mənəvi dəstəyi olmuşdur. Ona görə də aptekin çöl tərəfdən olan hissəsinə «Bəxtiyar» sözü yazılmışdır. Lakin hazırda aptekin fəaliyyətinə atasının heç bir aidiyyatı yoxdur və aptekin bütün fəaliyyətinə, o cümlədən dərman preparatlarının gətirilməsinə, alqı-satqısına, bununla bağlı mühasibatlığın aparılmasına, vergilərin ödənilməsinə və sair bu kimi işlərəşəxsən özü rəhbərlik və nəzarət etmişdir. Hər gün səhər saatlarında aptekə getmiş, aptekin fəaliyyətini şəxsən yerində tənzimləmiş, zərurət yarandığı hallarda piştaxta arxasında belə dayanıb dərman satmışdır. Aptekdə işlədiyi müddət ərzində bir sıra hallarda müştəri kimi narkoman və psixomanlar narkotik vasitə və ya onlarıəvəz edəcək, həmçinin ağrılarını azalda biləcək dərman preparatları almaq istəkləri ilə bağlı ona müraciət etmişlər. Ona görə də bir neçə dəfə Gəncə və Bakışəhərlərində olarkən tanımadığı və adını bilmədiyi şəxslərdən kustar üsulla hazırlanan güclü təsir edən maddələr alıb aptekdə satmışdır. Əsasən özü «Tramadol 50mq» dərman vasitəsini satmışdır. Bildiyinə görə həmin növ «Tramadolun» satışına görə əvvəllər cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Ona görə də həmin növ «Tramadolu» bir neçə dəfə tanımadığışəxslərdən alaraq aptekdə müştərilərə satmışdır. Təxminən 1-2 il olar ki, bütün növ «Tramadol» dərman preparatının satışına görə cinayət məsuliyyətinin yaranmasını bilib, həmin dərman vasitəsini bir daha satmamışdır. Lakin son aylar ərzində tanımadığı bir neçə narkoman aptekə gələrək ondan «Tramadol» istəmişlər. Ona görə də həmin dərman vasitəsinə zərurət yarandığını görüb ara-sıra əlinə düşdükcə Tramadol dərmanının alıb-satması barədə qərara gəlmişdir. 2019-cu ilin noyabr ayının ortalarında Gəncəşəhərində olarkən hazırda xatırlamadığı tanışları onu bir nəfər şəxslə tanış edərək həmin şəxsin «Tramadol» və sair güclü təsir edən maddələr satdığını demişlər. Həmin şəxsin adını soruşduqda o, şəxsiyyəti ilə bağlı açıqlama vermədən, qeyd olunan kateqoriyaya aid dərman vasitəsi istəyib-istəmədiyini soruşmuş, ona görə dəözü onun şəxsiyyəti ilə maraqlanmadan belə dərman vasitəsi almaq istədiyini demişdir. Bundan sonra həmin şəxs Mingəçevir şəhərinə gələcəyini vəözü ilə istədiyi dərman vasitələrindən gətirəcəyini bildirmişdir. Həmçinin həmin şəxs ona öz istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsini verərək yalnız həmin nömrənin «Whatsaap» proqramı vasitəsi ilə əlaqə saxlamağını demişdir. «Whatsaap» proqramı vasitəsi ilə deyil adi qaydada zəng olunacağı təqdirdə zənglərə cavab verməyəcəyini bildirmişdir. Bu söhbətdən təxminən 2-3 gün sonra özünü təqdim etməyən həmin şəxsin «Whatsaap» nömrəsindən ona zəng olunmuş, həmin şəxs Mingəçevir şəhərində olduğunu və görüşə bilib-bilməyəcəklərini soruşmuşdur. Özü də ona görüşə biləcəklərini dedikdən sonra Mingəçevir şəhərinin H.Əliyev prospektində görüşmüşlər. Həmin vaxt həmin şəxs, ona bir neçə həb «Tramadol 50 mq», bir neçə həb «Kontromal 150 mq», bir neçə həb «Tramadol 225 mq», bir neçə həb «Gerika» və bir neçə həb «Fenadiazepam» dərman vasitələrini vermiş, əvəzində ona hazırda xatırlamadığı məbləğdə pul vermişdir. Lakin belə bir dərman vasitələri almağı barədə heç kimə, o cümlədən işçilərinə və yaxınlarına məlumat verməmişdir. Həmin dərman vasitələrini də aptekdə xüsusi olaraq heç kimin bilmədiyi yerdə saxlamışdır. Belə dərman vasitələrindən əvvəllər bir neçə dəfə satdığıüçün onları tanımışdır. Adını bildirmək istəmədiyi şəxsdən aldığı adıçəkilən dərman vasitələrini təsadüfən sayarkən onlardan bir çoxunun saraldığını, ovxalandığını, bəzilərində isə diqqətlə baxdıqda gözlə seçilən çatlar əmələ gəldiyini hiss etmişdir. Həmçinin eyni həblərdən bəzilərinin rəngi digərindən fərqlənmişdir. Ona görə də həmin dərman həblərindən bəzilərinin, əsasən də nadir tapılan «Tramadol 225 mq» və «Gerika» dərman həbinin yararsız olmasına, hətta kustar üsulla hazırlanmasına şübhələri yaranmışdır. Lakin buna baxmayaraq həbləri heç bir yerə atmamış və satıb pul əldə etmək istəmişdir. Belə ki, narkomaniyadan əziyyət çəkən şəxsin belə detallara fikir verməyəcəyini bilmişdir. xx xxxxxx 2019-cu il tarixdə, təxminən səhər saat 11 radələrində işlədiyi aptekdə olarkən bir nəfər tanımadığı orta yaşlı kişi ona yaxınlaşaraq 2 list “Fenadiazepin”, 1 list “Tramadol 50-mg”, 3 list “Tramadol 225-mg Royal” və 14 ədəd “Gerika” adlı dərman vasitəsinin olub-olmadığını soruşmuşdur. Özü də həmin şəxsəçöldə gözləməsini deyib, aptekdə yalnız özünün bildiyi yerdə saxladığı qeyd olunan dərman vasitələrindən həmin şəxsin istədiyi qədər götürüb sellofan torbaya qoyaraq vermiş, əvəzində isə həmin şəxs ona 165 (bir yüz altmış beş) manat pul vermişdir. Bundan bir müddət sonra Mingəçevir şəhər Polis Şöbəsinin polis əməkdaşları aptekə daxil olaraq ona qanunsuz olaraq güclü təsir edən dərman vasitələrinin satışı ilə məşğul olduğunu, aptekdə axtarış aparacaqlarını, aptekdə olan güclü təsir edən və ya psixotrop tərkibli dərmanları könüllü təqdim etməsini təklif etmişlər. Artıq polis əməkdaşları tərəfindən ifşa olunduğunu anlayıb, satışdan sonra aptekdə saxladığı 3 list “Tramadol 225-mg Royal”, 1 list “Fenadiazepin”, 1 list “Gerika”, 3 list “Contramal 150-mg” adlı güclü təsir edən dərman vasitələrini polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları həmin dərman həblərini qablaşdırıb maddi sübut qismində götürmüşlər. Həmçinin həmin satışdan əldə etdiyi 165 manat puldan bir hissəsi alqı-satqı prosesində istifadə edildikdən sonra qalan 2 ədəd A79745303, B27416136 seriyalı 20 manatlıq və C52770455 seriyalı 5 manatlıq pul əskinasları, ümumilikdə 45 manat pul da polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Sonra isə həmin pul əskinasları, polis əməkdaşları tərəfindən qablaşdırıb maddi sübut qismində götürülmüşdür. Hazırda əməlindən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq barəsində yüngül cəzanın seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun başəməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Göyçay şəhər sakini Muradov X4 şəhər Polis Şöbəsinə müraciət edərək Mingəçevir şəhəri sakini Təqsirləndirilən şəxs güclü təsir edən və psixatrop tərkibli dərmanların satışı ilə məşğul olması barədə məlumat verərək, Eldəniz adlışəxsdən güclü təsir edən və psixotrop tərkibli dərmanlar alıb gətirib polisə təqdim etməklə həmin şəxsi ifşa etmək fikrində olduğunu bildirmişdir. Şahid4 göstərdikləri barədə tərəflərindən ərizə tərtib edilmişdir. Sonra isə tərəflərindən raportla əməliyyat axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsi üçün şöbənin rəhbərliyinə müraciət edilmişdir. xx xxxxxxxx 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Zeytin-3” (Bəxtiyar) aptekdə işləyən, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri R.Məmmədov küçəsi ev 12-A qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra onun və digərlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən Şahid4 güclü təsir edən və psixatrop tərkibli dərmanlar almaq üçün istifadə olunacaq 2 ədəd B06745453, B14208298 seriyalı 50 manatlıq, 3 ədəd B077955339, A79745303, B27416136 seriyalı 20 manatlıq və 1 ədəd C52770455 seriyalı 5 manatlıq əskinaslardan ibarət olan, cəmi 165 manat pula baxış keçirilmiş, həmin pulların kserosurətləri çıxarılmış və dərman vasitələrinin alınmasında istifadə etməsi üçün Şahid4 verilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Şahid4 hərəkətləri tərəflərindən müşahidə edilməyə başlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində Şahid4 Mingəçevir şəhər Polis Şöbəsinə gələrək Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Zeytun-3” (Bəxtiyar) aptekində Təqsirləndirilən şəxs aldığı 2 list “Fenadiazepin”, 1 list “Tramadol 50-mg”, 3 list “Tramadol 225-mg Royal” və 14 ədəd “Gerika” adlı dərmanları könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra həmin dərman vasitələri tərəflərindən Şahid4 videoçəklişdən istifadə etməklə götürülüb zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilərək həmin tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Şahid5 Eldəniz oğlunun işlədiyi “Zeytun-3” (Bəxtiyar) aptekinə gedib özlərini təqdim edərək onun güclü təsir edən və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasına dair Polis Şöbəsində məlumat olmasını bildirib aptekə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs aptekə baxış keçirilməsinə etiraz etməmiş və həmin aptekə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. Bundan sonra həmin aptekə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs aptekdə yaşıl rəngli rəfdə olan 3 list “Tramadol 225-mg Royal”, 1 list “Fenadiazepin”, 1 list “Gerika”, 3 list ümumilikdə 27 ədəd “Contramal 150-mg” adlı psixatrop tərkibli dərman həblərini götürüb könüllü olaraq təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 2 ədəd A79745303, B27416136 seriyalı 20 manatlıq və C52770455 seriyalıəskinaslardan 5 manatlıq pul əskinasları götürülmüşdür. 3 list “Tramadol 225-mg Royal”, 1 list “Fenadiazepin”, 1 list “Gerika”, 3 list ümumilikdə 27 ədəd “Contramal 150-mg” adlı psixatrop tərkibli dərman həbləri və 2 ədəd A79745303, B27416136 seriyalı 20 manatlıq və C52770455 seriyalıəskinaslardan 5 manatlıq pul əskinasları ayrı zərflərə qoyularaq qablaşdırılıb DİN-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və maddi sübut qismində götürülmüşdür. Baxış zamanı video və foto çəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs həmin aptekdən Polis Şöbəsinə dəvət etmişlər. Özü də heç bir etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlməyə razlıq vermiş və onlar birlikdə Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinəöz razılığı iləşəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuşəşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuşəşya olmadığını bildirmişdir. Bundan sonra onun, vəkilin və digərlərinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış və götürmə keçirilmiş və bu zaman onun üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuşəşya aşkar edilməmişdir. Bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. İbtidai istintaq zamanışahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri elan olunmuşŞahid2 və Şahid3 ifadələri ilə Şahid1 ifadəsindəki xüsusatlar təsdiq olunmuşdur. İbtidai istintaq zamanışahid qismində dindirilmiş, məhkəməyə teleqram vuraraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, güclü təsir edən və psixatrop tərkibli dərmanların satışı ilə məşğul olan şəxslərə qarşı mübarizə aparır. xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Zeytun-3” (Bəxtiyar) aptekinin müdiri Təqsirləndirilən şəxs güclü təsir edən və psixatrop tərkibli maddələrin satışı ilə məşğul olması haqqında məlumat alıb onunla mübarizə aparmaq qərarına gəlmişdir. Mingəçevir şəhər Polis Şöbəsinə gəlib könüllü olaraq güclü təsir edən və psixatrop tərkibli dərmanların satışı ilə məşğul olan Təqsirləndirilən şəxs güclü təsir edən dərman vasitələrinin alınmasında şərti alıcı kimi iştirak etmək istəməsi barədə ərizə ilə müraciət etmiş və “Bəxtiyar” aptekdən dərman həbləri alacağını bildirmişdir. Bundan sonra müvafiq səndələşmə aparılmış, ona təqdim edilən 2 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 165 (bir yüz altmış beş) manat pul müvafiq qaydada sənədləşdirildikdən sonra Təqsirləndirilən şəxsdan güclü təsir edən dərman vasitələrinin alınmasıüçün ona verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Zeytun-3” (Bəxtiyar) aptekinə getmişdir. Özü Təqsirləndirilən şəxs yaxınlaşıb 2 list “Fenadiazepin”, 1 list “Tramadol 50-mg”, 3 list “Tramadol 225-mg Royal” və 14 ədəd “Gerika” adlı dərmanları almaq istədiyini, həmin dərmanların özünə lazım olduğunu bildirmişdir. Eldəniz ona həmin dəmanları sata biləcəyini demişdir. Özü Eldənizə Polis Şöbəsində ona verilən 165 (bir yüz altmış beş) manat pulu vermişdir. Eldəniz isə əvəzində ona aptekdən bayırda gözləməsini, az sonra dərmanları gətirib ona verəcəyini demişdir. Qısa bir müddət sonra Eldəniz ona yaxınlaşıb sellofan torbanın içində 2 list “Fenadiazepin”, 1 list “Tramadol 50-mg”, 3 list “Tramadol 225-mg Royal” və 14 ədəd “Gerika” adlı dərmanları vermişdir. Təqsirləndirilən şəxs həmin dərman vasitələrini aldıqdan sonra Mingəçevir şəhər Polis Şöbəsinə gələrək həmin dərman vasitələrini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin dərman vasitələrini Təqsirləndirilən şəxs 165 (bir yüz altmış beş) manat məbləğdə pul verərək aldığını bildirmişdir. Sonra 2 list “Fenadiazepin”, 1 list “Tramadol 50-mg”, 3 list “Tramadol 225-mg Royal” və 14 ədəd “Gerika” adlı dərman vasitələri zərfə qoyularaq qablaşdırılmışdır. Özü prosesdə iştirak edən digər şəxslər ilə birlikdə tərtib edilmiş protokolu imzalamışdır. Könüllü təqdim etmə zamanı video çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, oğlu Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Cinayət işinin 09 səhifəsində olan xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuşəməliyyat aparatı ilə könüllü olaraq əməkdaşlıq edən şəxsə pulların verilməsi haqqında protokoldan görünür ki, Şahid4 təqdim edilən 2 ədəd B06745453, B14208298 seriyalı 50 manatlıq, 3 ədəd B077955339, A79745303, B27416136 seriyalı 20 manatlıq və C52770455 seriyalı 5 manatlıq, ümumilikdə 165 (bir yüz altmış beş) manat pul surətləri çıxarılaraq güclü təsir edən maddələrin alqı-satqısında istifadə edilmək üçün Şahid4 verilmişdir. Cinayət işinin 16-cı səhifəsində olan xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş könüllü təqdim etmə haqqında protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs 2 ədəd B06745453, B14208298 seriyalı 50 manatlıq, 3 ədəd B077955339, A79745303, B27416136 seriyalı 20 manatlıq və C52770455 seriyalıəskinaslardan ibarət olan cəmi 165(bir yüz altmış beş) manata almış olduğu bir ədəd sarı rəngli sellofanın içərisində 2 list “Fenadiazepin”, 1 list “Tramadol 50-mg”, 3 list “Tramadol 225-mg Royal” və 14 ədəd “Gerika” adlı dərmanları təqdim etmiş və həmin dərman həbləri polis əməkdaşları tərəfindən götürülmüşdür Cinayət işinin 22-23-cü səhifələrində olan xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs rəhbəri olduğu “Zeytun- 3”(Bəxtiyar) aptekə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs aptekdə olan yaşıl rəngli rəfdə saxladığı 3 list “Tramadol 225-mg Royal”, 1 list “Fenadiazepin”, 1 list “Gerika”, 3 list ümumilikdə 27 ədəd “Contramal 150-mg” adlı dərman həblərini və 2 ədəd A79745303, B27416136 seriyalı 20 manatlıq və C52770455 seriyalı 5 manatlıq pul əskinaslardan ibarət cəmi 45 manatı polis əməkdaşlarına təqdim etmiş və həmin dərman həbləri pul əskinasları ilə birlikdə polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işinin 43-44-cü səhifələrində olan xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuşşəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə, Mingəçevir şəhər Polis Şöbəsində Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən, onun üzərindən psixotrop və güclü təsir edən maddə tərkibli dərman vasitələri aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 610 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Şahid4 təqdim etdiyi dərmanlar....” sözləri 01(bir) ədəd zərfin içərisindəki: - üzərində “Tramadol 50 mq” yazısı olan 01 ədəd blisterdəki, 10(on) ədəd həblər, zavod üsulu ilə hazırlanmış – “Tramadal hidroxlorid” tərkibli dərman preparatıdır. Həmin 10(on) ədəd həblərdə olan “Tramadol hidroxlorid” preparatının təsir maddəsinin ümumi təmiz çəksi – 0,500 qramdır(bir ədəd həbdə təsir maddəsinin miqdarı – 50 milliqram və ya 0,050 qramdır), - üzərlərində “X1 225 mg Royal” yazısı olan 03(üç) ədəd blisterlərdəki ümumlikdə 30 (otuz) ədəd həbləri, zavod üsulu ilə hazırlanmış – “Tramadal hidroxlorid” tərkibli dərman preparatıdır. Həmin 30 (otuz) ədəd həblərdə olan “Tramadal hidroxlorid” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi – 6,750 qramdır(bir ədəd həbdə təsir maddəsinin miqdarı – 225 milliqram və ya 0,225 qram), - üzərlərində “GERİCA 300 mg Pregabalin” yazısı olan 14 (on dörd) ədəd blister kəsiklərindəki, ümumlikdə 14(on dörd) ədəd həblər, zavod üsulu ilə hazırlanmış – “Preqabalin” tərkibli dərman preparatıdır. Həmin 14 (on dörd) ədəd həblərdə olan “Preqabalin” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi – 4,200 qramdır(bir ədəd həbdə təsir maddəsinin miqdarı – 3000 milliqram və ya 0,300), - üzərlərində “Fenadiazepin 1 mg” yazısı olan 02 (iki) ədəd blisterlərdəki, ümumilikdə 20 (iyirmi) ədəd həblər, zavod üsulu ilə hazırlanmış “Bromdihidroxlor-fenilbenzodiazepin” tərkibli dərman preparatıdır. Həmin 20(iyirmi) ədəd, həblərdə olan “Bromdihidroxlor-fenilbenzodiazepin” preparatının təsir maddəsinin ümumi çəkisi – 0.020 qram(bir ədəd həbdə təsir maddəsinin miqdarı – 1 milliqram və ya 0,001 qram) təşkil edir. Tədqiqata təqdim eilmiş, üzərində “ “Bəxtiyar” aptekdən götürülmüş dərmanlar...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki: - üzərində “Contramal Tramadol HCİ 150 mg” yazısı olan 03(üç) ədəd blisterlərdəki ümumilikdə 27 (iyirmi yeddi) ədəd həblər, zavod üsulu ilə hazırlanmış - “Tramadol hidroxlorid” tərkibli dərman preparatıdır. Həmin 27 (iyirmi yeddi) ədəd həblərdə olan “Tramadol hidroxlorid” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi – 4,050 qramdır (bir ədəd həbdə təsir maddəsinin miqdarı – 150 milliqram və ya 0,150 qramdır), - üzərlərində “X2 225 mg Royal” yazısı olan 03 (üç) ədəd blisterlərdəki, ümumilikdə 30 (otuz) ədəd həblər, zavod üsulu ilə hazırlanmış – “Tramadol hidroxlorid” tərkibli dərman preparatıdır. Həmin 30 (otuz) ədəd həblərdə olan Tramadol hidroxlorid” preparatının təsir maddəsinin ümumi çəkisi – 6,750 qramdır (bir ədəd həbdə təsir maddəsinin miqdarı – 225 milliqram və ya 0,225 qramdır), - üzərində “GERİCA 300 mg Pregabalin” yazısı olan 01 (bir) ədəd blisterdəki, 14(on dörd) ədəd həblər, zavod üsulu ilə hazırlanmış – “Preqabalin” tərkibli dərman preparatıdır. Həmin 14 (on dörd) ədəd həblərdə olan “Preqabalin” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi – 4,200 qramdır(bir ədəd həbdə təsir maddəsinin miqdarı – 3000 milliqram və ya 0,300), - üzərində “Fenadiazepin 1 mg” yazısı olan 01 (bir) ədəd blisterlərdəki, ümumilikdə 1 (on) ədəd həblər, zavod üsulu ilə hazırlanmış “Bromdihidroxlor-fenilbenzodiazepin” tərkibli dərman preparatıdır. Həmin 10(on) ədəd, həblərdə olan “Bromdihidroxlor-fenilbenzodiazepin” preparatının təsir maddəsinin ümumi çəkisi – 0.010 qram(bir ədəd həbdə təsir maddəsinin miqdarı – 1 milliqram və ya 0,001 qram) təşkil edir. Təqdim edilmiş “Tramadal hidroxlorid” və “Preqabalin” tərkibli dərman preparatları 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş, narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. (Sıra№79, Sıra№80). Təqdim edilmiş “Bromdihidroxlorfenilbenzodiazepin”(Fenadiazepin 1mg) tərkibli dərman preparatı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na, o cümlədən 2016-cı il 18 mart tarixli Respublikası Qanunu ilə təsdiq edilmiş, narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” və “Zəhərli maddələrind siyahısı”na daxil deyil. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərfin içərsindəki eyni ada, eyni qablaşdırma formasına və eyni miqdar təsir maddəsinə malik olan dərman preparatları tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarının 110-cu səhifəsində olan xx xxxxxx 2020-ci il tarixli təqdim olunmuşəşyanın götürülməsi və ona baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid5 təqdim etdiyi Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən “Zeytun-3” (Bəxtiyar) aptekə məxsus Azərbaycan RespublikasıƏMDK-nın yanında DƏDRX-nın ******* saylıçıxarış sənədi və Azərbaycan Respublikası Səhiyyə nazirlinin 084604 saylı lisenziya sənədi götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5410 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Şahid4 təqdim etdiyi dərmanlar....” sözləri yazılmış zərfdə (№1): - “Tramadol 50 mq...KRKA” göstəricili 01 ədəd konvalyutda olan kapsulların tərkibində (ilkin tədqiqat zamanı 10 kapsul olması nəzərə alınaraq) təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram olan tramadol preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsir edici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuşdur, - “X1 225 mg Royal” göstəricili 03 ədəd konvalyutda olan 29 tablet rəyin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilən əlamətlərə görə kustar üsulla hazırlanmışdırlar və tərkiblərində nəzarətdə olmayan kənar maddələr aşkar edildiyindən təyinatlarıüzrə istifadəyə yararsızdırlar və bu səbəbdən təsiredici maddənin miqdarı müəyyən edilmir, - “GERİCA 300 mg ” göstəricili 13 ədəd konvalyut kəsiklərində - kapsullarda olan preparatlar tərkib əlamətlərinə(dərman formasiyasında dəyişiklik və preqabalin maddəsinin parçalanma məhsulu müəyyən edilmişdir) görə təyinatlarıüzrə istifadəyə yararsız olduqlarından təsir edici maddənin miqdarı müəyyən edilmir, - “Fenadiazepin 1 mg” göstəricili 02 (iki) ədəd konvalyutda olan tebletlərin (ilkin tədqiqatı zamanı 20 kapsul olması nəzərə alınaraq) tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram olan bromdihidroxlorfenilbenzodiazepin preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsir edici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuşdur, Tədqiqata təqdim edilmiş, üzərində “Bəxtiyar” aptekdən götürülmüş dərmanlar...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki(№2): - “Contramal Tramadol HCİ 150 mg” yazısı olan 03(üç) ədəd konvalyutda olan tabletlərin (ilkin tədqiqat zamanı 27 kapsul olması nəzərə alınaraq) tərkibində təsiredici maddənin ümumi miqdarı 4,05 qram olan tramadol-hidroxlorid preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuşdur, - “X2 225 mg Royal” göstəricili 03 (üç) ədəd konvalyutda olan 30 teblet rəyin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilən əlamətlərə görə kustar üsulla hazırlanmışdırlar və tərkiblərində nəzarətdə olmayan kənar maddələr aşkar edildiyindən təyinatlarıüzrə istifadəyə yarasızdırlar və bu səbəbdən təsiredici maddənin miqadrı müəyyən edilmir, - “GERİCA 300 mg Pregabalin” göstəricili 01 ədəd konvalyutda olan 14 ədəd kapsulun tərkibində təsiredici maddənin ümumi miqdarı 4,200 qram olan preqabalin preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsir edici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuşdur, - “Fenadiazepin 1 mg” göstəricili 01 ədəd konvlayutda olan 10 tabletin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram bromdihidroxlorfenilbenzodiazepin preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu iə istehsal olunmuşdur. Üzərində “Şahid4 təqdim etdiyi dərmanlar....” sözləri olan zərfdəki (№1) “X2 225 mg Royal” göstəricili və “Fenadiazepin 1 mg” göstəricili dərman preparatları iləüzərində “Bəxtiyar” aptekdən götürülmüş dərmanlar...” sözləri olan zərfdəki (№2) eyni adlı preparatlar tərkiblərinə görə eynilik təşkil edirlər. Digər preparatlar tərkib əlamətlərinə görə fərqlidirlər. Tramadal, Contramal(Tramadal hidroxlorid) və Preqabalin(Gerica) preparatları “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Fenadiazepin (bromdihidroxlorfenilbenzodiazepin) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və xx xxxx 2016-cı il tarixli Respublikası Qanunu ilə təsdiq edilmiş, “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahları”na, habelə “Zəhərli maddələrin siyahısı”na daxil deyildir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 102 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/59 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Şahid4 təqdim etdiyi dərmanlar....” sözləri yazılmış zərfdə (№1): - “Tramadol 50 mq...KRKA” göstəricili 01 ədəd konvalyutda olan kapsulların tərkibində (ilkin tədqiqat zamanı 10 kapsul olması nəzərə alınaraq) təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram olan tramadol preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsir edici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuşdur, - təqdim olunan 1 №-li zərfdəki “X1 225 mg Royal” göstəricili konvalyutlarda olan tabletlər qeyd edilən əlamətlərə görə kustar üsulla hazırlanmışdırlar və tərkiblərində tramadolla birləşməşəklində kənar nəzarətdə olmayan üzvi maddələr aşkar edilmişdir. Kustar istehsal zamanı gigiyenik tələblərin pozulması, mənşəyi məlum olmayan xammaldan istifadə edilməsi səbəbindən həmin preparatlar təyinatlarıüzrə istifadəyə yrarasız hesab edilirlər. Tabletin tərkibində olan təsiredici maddə analiz nəzticəsində aşkar edilən kənar maddələrlə kimyəvi reaksiyaya girərək birləşmə əmələ gətirmişdir və nəticədə aktivliyini yəni təsir effektini itirərək təyinatıüzrə yararsız vəziyyətə düşmüşdür. Həmin birləşmədə mövcud kimyəvi üsullarla təsiredici maddəni ayırmaq və miqdarını müəyyən etmək mümkün deyildir. - təqdim olunan 1 №-li zərfdəki “GERİCA 300 mg ” göstəricili dərman kapsullarının tərkibində preqabalin və onun parçalanma məhsulu müəyyən edilmişdir. Preqabalin düzgün şəraitdə saxlanılmadığına və ya istifadə müddəti bitdiyinə görə (kəsilmiş kapsullarda istifadə müddəti göstəricisi müşahidə edilmədi) parçalanaraq təsir effektini, yəni təsiredici maddə xüsusiyyətini itirmişdir və təyinatı üzrə yararsız vəziyyətə düşmüşdür. Təsiredici maddənin kimyəvi strukturu pozulduğu üçün kütlədən konkret maddə kimi onu ayırmaq bə miqdar analizi aparmaq mümkün deyildir. - “Fenadiazepin 1 mg” göstəricili 02 (iki) ədəd konvalyutda olan tebletlərin (ilkin tədqiqatı zamanı 20 kapsul olması nəzərə alınaraq) tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram olan bromdihidroxlorfenilbenzodiazepin preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsir edici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuşdur, Tədqiqata təqdim edilmiş, üzərində “Bəxtiyar” aptekdən götürülmüş dərmanlar...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki(№2): - “Contramal Tramadol HCİ 150 mg” yazısı olan 03(üç) ədəd konvalyutda olan tabletlərin (ilkin tədqiqat zamanı 27 kapsul olması nəzərə alınaraq) tərkibində təsiredici maddənin ümumi miqdarı 4,05 qram olan tramadol-hidroxlorid preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuşdur, - təqdim olunan 1 №-li zərfdəki “X1 225 mg Royal” göstəricili konvalyutlarda olan tabletlər qeyd edilən əlamətlərə görə kustar üsulla hazırlanmışdırlar və tərkiblərində tramadolla birləşməşəklində kənar nəzarətdə olmayan üzvi maddələr aşkar edilmişdir. Kustar istehsal zamanı gigiyenik tələblərin pozulması, mənşəyi məlum olmayan xammaldan istifadə edilməsi səbəbindən həmin preparatlar təyinatları üzrə istifadəyə yrarasız hesab edilirlər. Tabletin tərkibində olan təsiredici maddə analiz nəzticəsində aşkar edilən kənar maddələrlə kimyəvi reaksiyaya girərək birləşmə əmələ gətirmişdir və nəticədə aktivliyini yəni təsir effektini itirərək təyinatıüzrə yararsız vəziyyətə düşmüşdür. Həmin birləşmədə mövcud kimyəvi üsullarla təsiredici maddəni ayırmaq və miqdarını müəyyən etmək mümkün deyildir. - “GERİCA 300 mg Pregabalin” göstəricili 01 ədəd konvalyutda olan 14 ədəd kapsulun tərkibində təsiredici maddənin ümumi miqdarı 4,200 qram olan preqabalin preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsir edici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuşdur, - “Fenadiazepin 1 mg” göstəricili 01 ədəd konvlayutda olan 10 tabletin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram bromdihidroxlorfenilbenzodiazepin preparatı vardır, bu preparat yararlılıq müddətinə və təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu iə istehsal olunmuşdur. Üzərində “Şahid4 təqdim etdiyi dərmanlar....” sözləri olan zərfdəki (№1) “X2 225 mg Royal” göstəricili və “Fenadiazepin 1 mg” göstəricili dərman preparatları iləüzərində “Bəxtiyar” aptekdən götürülmüş dərmanlar...” sözləri olan zərfdəki (№2) eyni adlı preparatlar tərkiblərinə görə eynilik təşkil edirlər. Digər preparatlar tərkib əlamətlərinə görə fərqlidirlər. Tramadal, Contramal(Tramadal hidroxlorid) və Preqabalin(Gerica) preparatları “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Fenadiazepin (bromdihidroxlorfenilbenzodiazepin) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və xx xxxx 2016-cı il tarixli Respublikası Qanunu ilə təsdiq edilmiş, “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahları”na, habelə “Zəhərli maddələrind siyahısı”na daxil deyildir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan 10 kapsul 01 ədəd konvalyutda - tərkibindətəsiredici maddəsinin ümumi miqdarı 0.5 qram tramadol preparatı olan, yararlılıq müddətinə, təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlı və zavod üsulu ilə istehsal olunmuş güclü təsir edən maddələrə aid «Tpamadol 50 mq.. KRKA» göstəricili dərman preparatını, 27 kapsul 3 ədəd konvalyutda – tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4.05 qram tramadol-hidroxlorid preparatı olan, yararlılıq müddətinə və təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlı və zavod üsulu ilə istehsal olunmuş güclü təsir edən maddələrə aid «Contramal Tramadol HCİ 150mg» göstəricili dərman preparatını, 14 kapsul 1 ədəd konvalyutda olan tərkibində təsiredici maddənin ümumi miqdarı 4.200 qram Preqabalin preparatı olan, yararlılıq müddətinə və təsiredici maddəsinin aktivliyinə görə istifadəyə yararlıdır və zavod üsulu ilə istehsal olunmuş güclü təsir edən maddələrə aid «GERİCA 300mg Pregabalin» göstəricili dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə edərək Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylıünvanda yerləşən «Zeytun-3» (Bəxtiyar) aptekdə saxlamış, xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində qeyd olunan aptekdə saxladığı10 kapsul 01 ədəd konvalyutda - tərkibindətəsiredici maddəsinin ümumi miqdarı 0.5 qram tramadol preparatı olan «Tpamadol 50 mq.. KRKA» göstəricili güclü təsir edən maddələrə aid dərman preparatınıŞahid4 165 (yüz altmış beş) manata qanunsuz olaraq satmış, Şahid4 ondan aldığı narkotik maddə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Tpamadol 50 mq.. KRKA» göstəricili dərman preparatını həmin gün, saat 14 radələrində Mingəçevir şəhər Polis Şöbəsinə gətirərək könüllü olaraq polis əməkdaşlarına təqdim etdikdən sonra həmin dərman preparatı ondan götürülmüş, bundan sonra xx xxxxxx 2019cu il tarixdə, saat 14:35 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən “Zeytun-3” (Bəxtiyar) aptekdə baxış keçirilən zaman oradan onun satış məqsədi ilə qanunsuz olaraq saxladığı narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 27 kapsul 3 ədəd konvalyutda – tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4.05 qram tramadol-hidroxlorid preparatı olan «Contramal Tramadol HCİ 150mg» göstəricili dərman preparatı və 14 kapsul 1 ədəd konvalyutda olan tərkibində təsiredici maddənin ümumi miqdarı 4.200 qram Preqabalin preparatı olan, güclü təsir edən maddələrə aid «GERİCA 300mg Pregabalin» göstəricili dərman preparatı aşkar olunaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan RespublikasıCM-nın 41.2-cimaddəsinə əsasən, cəzasosialədalətinbərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, ocümlədəncəzanıyüngülləşdirənvəağırlaşdıranhallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasına və əməlindən peşman olmasına Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşüzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən işüzrə 295.84 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinəödənilməlidir. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 03 ədəd “Tramadol 50 mg..KRKA”, 14 ədəd “Contramal Tramadol HCİ 150 mg” və 02 ədəd “Gerica 300 mg Pregabalin” adlı güclü təsir edən maddələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 2 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazları müsadirə edilərək dövlət büdcəsinəödənilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X3 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlandığı və xx xxxx 2020-ci il tarixdən hal-hazırki tarixədək ev dustaqlığında qaldığı 7 (yeddi) ay 6 (altı) gün müddət təyin edilmiş cəza ilə əvəz olunmaqla cəzasını çəkmiş hesab edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 03 ədəd “Tramadol 50 mg..KRKA”, 14 ədəd “Contramal Tramadol HCİ 150 mg” və 02 ədəd “Gerica 300 mg Pregabalin” adlı güclü təsir edən maddələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşüzrə 295.84 manat məbləğdə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 2 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazları müsadirə edilərək dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X3 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar