Məhkəmə qərarları › İş №1(051)-43/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-43/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-43/2022 12.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Xüsusi ittihamçı: X2 iştirakı ilə X4 və X1 barəsində Azərbaycan Respublikası CM–in 148–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 tərəfindən X4 və X1 barəsində Azərbaycan Respublikası CM–in 148–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı X7 ərizəsini belə əsaslandırmışdır ki, o, Mingəçevir ŞPŞ-nin TB-də 10.10.2021 -ci il tarixdə DİN- nin 102 xidmətinə zəng edib “Tik-tok" sosial şəbəkəsində “ uzer **********850" hesabı adı altında Ağstafa rayonu, Göyçəli kəndində pasport qeydiyyatında olan SQ- nin N hərbi hissəsində xidmət edən hərbi qulluqçu X9 və Ağstafa rayonu, Tatlı kəndində pasport qeydiyyatında olan və faktiki Lənkəran şəhəri, S.Vurğun küçəsi, ev 66 ünvanda yaşayan X5 tərəfindən fotomontaj edilmiş şəkillərini paylaşdığını, azyaşlı qızlarının şəkillərini paylaşaraq altından nəlayiq sözlər yazmaqla təhqir olunaraq şərəf və ləyaqətini alçatmışlar və bununlada ona mənəvi ziyan vurmuşlar. Bununla bağlı Mingəçevir ŞPŞ-nin təhqiqat bölməsi tərəfindən araşdırma aparılmış, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29.10.2021 -ci ıl tarixdə qərar qəbul edilmişdir. Hesab edir ki, bu səbəbdən X9 və X6 barəsində CM-nin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmalı və məsuliyyətinə cəlb edilməlidir. Araşdırma zamanı həmin şəxslərin onu təhqir etməsi və şəkillərinin “Tik-tok" sosial şəbəkəsində paylaşılması internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma faktı təhqiqat materialları ilə öz təsdiqini tapmışdır. Beləki, o, təxminən 2020-ci ilin noyabr ayının 15-də Ağstafa rayonu, Göyçəli kəndində pasport qeydiyyatında olan SQ-nin N hərbi hissəsində xidmət edən hərbi qulluqçu X9 ilə telefonla tanış olub onunla münasibət yaratmışdırlar. Həmin vaxtdan ünvan 2 ünvanda qeyri-rəsmi birlikdə yaşayıb, o olmayanda onunla telefon əlaqəsində olmuşdur. 25.09.2021 -ci ildə X9 yaşadığı evə gəlmiş və bir neçə gün qaldıqdan sonra 28.09.2021 -ci il tarixdə isə çıxıb getmişdir. 2021-ci ilin oktyabrın 10-dan 11-nə keçən gecə saat 03-radələrində Ağstafa rayonu, Tatlı kəndində pasport qeydiyyatında olan X6 ona məxsus 050 *** ** ** nömrəli telefona zəng edib Murtuz Mehtiyevin həyat yoldaşı olduğunu bildirib onu təhqir etmiş və aralarında mübahisə yaratmağa çalışmışdır. Bu səbəbdən Rəsmiyyə Nəcəfova 10.10.2021 -ci il tarixdə onunla 2015-ci il təvəllüdlü Musazadə Nııray adlı qızının birgə çəkdirdikləri fotoşəkili əldə edərək “Tik-Tok" sosial şəbəkədə “ uzer **********850" hesabı adı altında profilində yerləşdirib şəklin üzərində onun və qızının əxlaqsızlıqla məşğul olması və ünvanlarını qeyd etməklə qeyri-müəyyən kütlə arasında paylaşmışdır. Bu hərəkətləri ilə X9 və X6 AR CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan qəsdən cinayət əməlini törədib ona mənəvi ziyan vurmuşlar. Mənəvi ziyanı 10 000 (on min) manat dəyərində qiymətləndirmişdir. X9 və X6 barəsində CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi CPM-nin 37.2-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında məhkəmə qaydasında həll edilir. Odur ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin başlanmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə xüsusi ittihamçı X7 məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, şikayətinin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışı təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində şikayət verilmiş X8 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə barəsində şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM–nin 293.3.1–293.3.7–ci maddələrinin tələblərinə uyğun olub–olmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM–in 293.3–cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Şikayət ərizəsindən isə görünür ki, X7 Azərbaycan Respublikası CPM–in 293.3.1–ci maddəsinin tələblərinə əməl etməmiş və şikayət ərizəsində özü haqqında məlumatları (doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), həmçinin şikayətin verildiyi tarixi (il, ay və gün) və yeri qeyd etməmişdir. Məhkəmə xüsusi ittihamçının ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM–in 302–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM–in 302.1.3–cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM–in 302.2.3–cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2–302.1.4, 302.1.6–302.1.8–ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM–in 293, 302–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti əsasında X4 və X1 barəsində Azərbaycan Respublikası CM–in 148–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar