Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-43/2025 07.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən “Samux” kafesində tanışı Zərərçəkmiş şəxs və ortaq tanışları ilə söhbət edərkən qadın həmkəndlisinin əxlaqsız hərəkətləri barəsində danışan Zərərçəkmiş şəxs məclislərinə uyğun olmayan söhbətlər etməsi ilə bağlı irad bildirdikdə onunla aralarında sözlə mübahisə yaranmış, daha sonra kafenin kənarına gedərək bir qədər əvvəl aralarında yaranmış narazılığı aydınlaşdırmaq istəyərkən şəxsi münasibətlər zəminində aralarında davam edən mübahisə zamanı Zərərçəkmiş şəxs kəllə zərbəsi ilə onu vurmaq istədikdə geri çəkilərək Zərərçəkmiş şəxs sifət nayihəsindən yumruqla bir dəfə vuraraq ona sağ almacıq sümüyünün qapalı yerdəyişə sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və küt əşyanın təsirindən əməl gəlməyən xarakterik xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2014-cü ildən Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrində Maxe vəzifəsində, 2017-ci ildən MN-nin 708 saylı HH-də xüsusi təyinatlıların X3 vəzifəsində, 2018-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin “Dəniş Pişikləri” xüsusi təyinatlarında miçman vəzifəsində işləmişdir. 2020-ci ildə Qarabağ Müharibəsi başlayandan döyüşlərdə iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə medallarla təltif olunmuş, müharibədə olarkən başından və qolundan yaralanmış, qazidir və 2-ci qrup müharibə əlilidir. Zərərçəkmiş şəxs ilə uzaq qohumluq əlaqələri olub, münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə o, qohumu Şahid1 və qardaşı Şahid2 ilə birlikdə Mingəçevir şəhərində görüşüb və onlardan Yevlax rayon Meyvəli kəndində yerləşən əvvəllər yaşadığı evin həyətyanı sahəsinə hasar çəkmək üçün qum-çınqıl almaqda ona köməklik etmələrini xahiş etmişdir. Həmin gün qohumları ilə birlikdə qum və sair tikinti materialları alıb yaşadığı Meyvəli kəndinə getmişlər. Orada olarkən kənddə yaşayan qohumları Niyaməddin, Şahid3, X2 və Şahid4 onunla görüşdükdə uzun müddətdir ki, onun Bakı şəhərində olduğu üçün görüşdüklərinə sevindiklərini bildirib ona qonaqlıq vermək istədiklərini bildirmişlər. Buna görə də həmin gün saat 19 radələrində həmin şəxslərlə birlikdə Elşən və Elşənin qardaşı Rövşən də olmaqla birlikdə Mingəçevir şəhəri Günəşli massivində yerləşən “Samux” kafesinə gəlmişlər. Orada yeyib-içmişlər, söhbət zamanı Zərərçəkmiş şəxs spirtli içkinin təsirində olarkən yaşadıqları kənd sakinlərinin barəsində xoşagəlməz söhbətlər etməyə başlamışdır. O, da Niyaməddinə yaşadıqları kəndin sakinləri haqqında onların məclisində söz danışmaq yersiz olmasını bildirmişdir. Belə ki, Niyaməddin bir nəfər qadının əxlaqsızlığı barədə danışdığı üçün o, həmin söhbətlərə son qoyulmasını, lüzum olmamasını bildirmişdir. Bundan sonra Niyaməddin onun barəsində artıq ifadələr işlətməyə başlamış, belə ki, qolunda olan xəsarətin yalan olmasını, karsetin saxta olmasını bildirdikdə o, Niyaməddinə ciddi irad bildirib özü və özü kimi müharibədə qazi olanlar barəsində danışmaq haqqı olmamasını demişdir. Bundan sonra onlar kafedən çıxmalı olmuşlar. Kafenin kənarında olarkən Niyaməddin yenə də onun üstünə gələrək yenidən mübahisə yaratmağa başlamışdır, bu zaman aralarında sözlü mübahisə davam edərkən Niyaməddin onun sağ qolunun işləməməsi və karsetdə olmasına görə onunla dalaşa bilməyəcəyinə əmin olaraq ona kəllə zərbəsi ataraq vurmağa cəhd etmiş, həmin vaxt o, zərbədən yayınıb sol əli ilə yumruqla Niyaməddinin sifətindən bir dəfə vurmuşdur. Bu vaxt qohumları araya girib onu sakitləşdirmişlər, daha sonra oradan çıxıb getmişlər. O, əvvəlcə Niyaməddinin xəsarətinin yüngül olmasını düşünsə də sonradan maraqlananda öyrənib ki, xəsarəti sümük sınığıdır. Ona görə də ona yardım etmək və müalicəsi məqsədilə Niyaməddinin qaynı Əliağaya 500 manat pul kartla göndərmiş və onu Niyaməddinə verməsini xahiş etmiş və müalicəsinə köməklik olmasını bildirmişdir. Dava-dalaş kafenin kənarında, kənar adamlar olmayan yerdə baş vermiş, təxminən 3-5 dəqiqə davam etmişdir. Özünün sağ qolunda karset olmuş, həmçinin beyin insultu keçirmiş olduğuna görə də sağ qolu işləmir və hər hansı şəxslə dava etməyə fiziki cəhətdən sağlamlığı yol vermir. Ona görə də heçvaxt davanın təşəbbüskarı olmamışdır. Həmin davanın da təşəbbüskarı Niyaməddin özü olmuş, içkili olduğu üçün yersiz mübahisə yaradaraq ona kəllə zərbəsi atmış, onun zərbəsindən yayınıb yumruqla bir dəfə sifətindən vurmuşdur. Dava Zərərçəkmiş şəxs dediyi məcrada, yəni o, üzünü çevirib gedərkən arxadan yaxınlaşaraq sifətindən onu vurmaqla baş verməmiş, həmin vaxt orada yanlarında olan Elgün, Rza, Elşən, Rövşən və Aqil adlı şəxslər də təsdiq edə bilərlər ki, o, Niyaməddinlə üz-üzə dayanıb söhbət edərkən Niyaməddin kəllə zərbəsi atdıqda zərbədən yayınıb onu yumruqla vurmuşdur. Niyaməddini arxadan gizli gələrək qəfil vurmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə döyülərək xəsarət almağı ilə bağlı Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə özü müraciət etmişdir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə əvvəllər həm qohum, həm də həmkəndli olmuşlar, münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı kənddə olarkən həmkəndlisi, həm də Altunun əmisi oğlu Rza onunla görüşüb pivə içərkən onun qohumu Altun, Aqil və Elşən adlı şəxslər də həmin məclisdə iştirak etmişlər. Bir qədər kənddə yerləşən kafedə əyləşsələr də daha sonra Mingəçevir şəhərinə gedərək orada kafedə oturub yeyib-içməyə qərar vermişlər. Bundan sonra təxminən saat 19 radələrində həmin şəxslərlə birlikdə Mingəçevir şəhərinə “Samux” kafesində gəlib əyləşmişlər. Ora gətirdikləri keçi ətini bişirilməsi üçün kafeyə vermişlər. Kafedə ayrıca kabinetdə müxtəlif mövzularda söhbət edərkən Aqil yaşadıqları kənddə bir nəfər qadının başqa kişi ilə əlaqələrinin ifşa olunması barədə söhbət açmışdır. Bu zaman söhbət əsnasında masada əyləşən hər kəs məsələ barədə müxtəlif fikirlər səsləndirdikdə o, qadının səhvinə görə onun azyaşlı qızları barədə söz danışmaq düzgün olmamasını bildirib “qeyrətiniz olsun” dedikdə Aqil onun sözünə cavab verməmiş və Altun ona cəm halında fikir bildirməyin səhv olmasını demişdir. Bundan sonra Altun ilə arasında mübahisə yaranmışdır. Kafe kabinetində sözlə baş vermiş mübahisə zamanı yanlarında olan şəxslər onları sakitləşdirmişlər. Daha sonra o, Altun və yanlarında olan şəxslər kafe kənarına getmişlər. Orada o, Aqil ilə söhbət edərək ona nə üçün mübahisəyə səbəb olan söz açmasını dedikdə yenidən mübahisə yaranmış, bu zaman Altun ona yaxınlaşıb yumruqla qəfildən onun sifət nayihəsindən bir dəfə vurmuşdur. Bundan sonra orada olan şəxslər araya girib onları aralaşdırmışlar. Bundan sonra onu orada tək qoyub hamısı birlikdə çıxıb getmişlər. O, aldığı xəsarətdən sonra xəstəxanaya aparmadıqlarına görə Altun qəfil yumruqla vurduğu üçün Altundan polis şöbəsinə gələrək şikayət etmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində göstərdikləri xüsusatların bəziləri doğru deyil, belə ki, həmkəndliləri olan qadın haqqında söz danışanda ona irad bildirmiş, lakin sözü cəm halında səsləndirdiyi üçün Altun da ona irad bildirib və bundan sonra narazılıq yaranmışdır. Kafenin çölündə isə o Altuna kəllə atmamış, Aqil ilə söhbət edərkən Altun qəfildən onu yumruqla sifətindən vurmuşdur. Dava əvvəlcə kabinetdə sözlə mübahisə şəklində olmuş, daha sonra kafenin çölündə olmuş, ətrafda kənar şəxslər olmamışdır. Dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Altun dava baş verdiyi gündən sonra onun qaynı Əliağaya 500 manat pul göndərərək ona köməklik məqsədilə verməsini xahiş etmişdir. Həmin pulu götürmüş lakin xəsarət nəticəsində çəkdiyi xərcləri həmin məbləğ ödəməmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışmamışlar və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2024-cü il tarixdə qohumu Altun Mingəçevir şəhərinə qonaq gəlmiş, qardaşı Şahid2 və o, Altunla birlikdə gedib Altunun Yevlax rayon Meyvəli kəndində yerləşən yaşadığı evə qum-çınqıl alıb həmin kəndə getmişlər. Kənddə olarkən qum-çınqıl yük maşını ilə gətirilib boşaldılmış, işləri qurtardıqdan sonra Altunun həmkəndliləri həmçinin qohumları onunla görüşməyə gəlib və qonaqlıq təklif etmişlər. Həmin şəxslər Rza, Aqil, Elgün və Niyaməddin, onlar birlikdə yeyib içməyə Mingəçevir şəhərinə getməyə razılaşıb birlikdə Mingəçevir şəhərinə gələrək Günəşli bağ massivində yerləşən “Samux” kafesində əyləşmiş, özləri ilə gətirdiyi keçini bişirməsi üçün kafeyə vermişlər. Yemək bişib gətirilənədək olan müddət ərzində onlar kafedə otaqda əyləmişlər. Müxtəlif mövzularda söhbət zamanı Niyaməddin yaşadığı kənddə bir nəfər qadının başqa kişi ilə əlaqəsi barədə söhbət açmış və Aqil ilə hər məsələdən danışarkən söhbət narazılıq formasında mübahisəyə çevrilmişdir. Bu zaman Niyaməddin üzünü Altuna tutaraq özünün həmin söhbətdə haqlı olmasını təsdiq etmək məqsədilə Altuna düz danışması barədə sual etmiş, Altun da başqasının probleminin məclisə dəxli olmamasını başqa mövzudan danışmasını, həmin qadının ərinin şikəst yaxud zəif olacağı halda həmin məsələyə qarışmaın mümkün olmasını lakin əri qarışmadığı halda başqa şəxsin qarışmasının düzgün olmamasını dedikdə Niyaməddin Altuna ünvanlanmış şəkildə “Qeyrətiniz olsun” dedikdə Altun da ona düzgün formada danışmasını bildirmişdir. Bundan sonra Niyaməddin Aqil ilə mübahisəni dayandıraraq Altunla mübahisə etməyə başlamış və onun qaziliyi barədə artıq-əskik danışmışdır. Bu zaman o, məsələyə müdaxilə edərək onları sakitləşdirmiş və mübahisəyə son qoymalarını tələb etmişdir. Altun da sakitləşib və əlavə bir söz deməmişdir. Bundan sonra onlar kafedəki səs-küyün başqa şəxsləri narahat etməməsi üçün kafenin kənarına doğru getmişlər. Kafenin kənarında olarkən Niyaməddin yenə də eyni mövzuda danışmağa başlayıb mübahisə yaratmış, o, onlara doğru yaxınlaşarkən Niyaməddin Altunun sifətinə doğru kəllə zərbəsi atmasını, lakin Altunun zərbədən yayınıb Niyaməddini yumruqla sifətindən vurmasını görmüşdür. O da dərhal onlara yaxınlaşıb Altunun bir əlinin işləmədiyi üçün onun fəsadlarının yaranacağından ehtiyat edərək dərhal aralaşdırmış və oradan çıxıb getmişlər. Dava-dalaş kafenin kənarında kənar adamlar olmayan yerdə baş vermiş, təxminən 3-5 dəqiqə davam etmişdir. Davanın təşəbbüskarı Niyaməddin olmuşdur ki, o, ilk olaraq Aqillə mübahisə yaratmış, daha sonra Altuna nalayiq formada cavab verdiyi üçün onunla mübahisəyə səbəb olmuşdur. Kafenin içərisində mübahisə sakitləşdikdən sonra kafenin kənarında yenidən Niyaməddin mübahisəni başladıb kəllə ilə Altunu vurmağa cəhd etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 da öz ifadəsində digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. Şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmiş və şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti alması faktına görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 01) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Mingəçevir şəhəri, H.Əliyev prospektinin Günəşli bağ massivi hissəsindən keçən yerdə yerləşən yolun kənarındakı “Samux” kafesinin həyətində baş vermişdir (i.v.12-15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X4 Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının xx.xx.2024-cü il tarixli, 287 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ almacıq sümüyünün qapalı yerdəyişən sınığı bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğundur, sağlamlığa uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir (i.v.17). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 23). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 30-31). xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 51). xx.xx.2024-cü il tarixli 2234 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Rzazadə X1 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v. 69). xx.xx.2024-cü il tarixli 1418 nömrəli arayışa əsasən Rzazadə X1 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (i.v. 70). xx.xx.2024-cü il tarixli 409 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır (i.v. 71). Bakı Qarnizonu, Mənzil-İstismar hissəsinin 10 №li MİS tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 72). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, № 682 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən o, cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə qiymət verə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F07.0 xəstəliyi mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür (i.v. 93-94). SX ******* nömrəli Hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.2020-ci il tarixdə xəsarət almışdır. xx.xx.2025-ci il tarixli “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlillik dərəcəsi var və müvafiq pensiya alır. İ-407 №li, İ-1633 №li, İ-2966 №li və İ-67395 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Döyüşdə fərqlənməyə görə” medalı, “İgidliyə görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, eksperti rəyləri və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 96-103). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.9. cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını, vurulmuş ziyandan bir qisim ödəniş etməsini, Qarabağ müharibəsi iştirakçısı olmasını, 2-ci dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-43/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-43/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver