Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-44/2020 25.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, X1katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən X2 və müdafiəçi – Müdafiəçi iştirakıilə, xx xxxx 1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(051)-95/2016 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 01 ay 26 gün cəzasının çəkilməmiş hissəsində vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmış, Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanda qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Günəşli bağ massivi 9-cu küçədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisindəşəxsi istehlak miqdarında artıq miqdarda təmiz çəkisi 0,584 qram olan narkotik vasitə-heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxxxxx 2019-cu il tarixdə saat 19:30 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən Mingəçevir şəhəri N.Nərimanov küçəsi 39 saylı binanın yan tərəfində saxlanılıb polis şöbəsinə aparılmış, üzərinə şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələr də narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində Mingəçevir şəhər Günəşli bağ massivi 12-ci küçədə, «Ala Qapı» deyilən ərazidə olarkən yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm olduğunu görüb götürmüşdür. Bükümün içərisini yoxladıqda içərisində heroin olduğunu tanımış və həmin narkotik vasitəni istifadə etmək üçün əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 19:30 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsi 39 saylı binanın yanından keçən zaman tapdığı narkotik vasitə dəüstündə idi. Polis əməkdaşları onu saxlayaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirmiş və Polis Şöbəsindəüstünə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümdəki kütlə bükümlə birlikdə tərəzidəçəkilmiş vəümumi çəkisinin 0,96 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitəni xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri Günəşli bağ massivi «Ala Qapı» deyilən ərazidə yerdən tapdığını vəözü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Əməlindən peşmandır. Həyat yoldaşı Cəmilə Kuçarbayeva xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. Həmin vaxtdan xx xxxx 2009-cu il təvəllüdlü oğlu Nihat onun öhdəsində tək qalmışdır. Ona görə də məhkəmədən onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə xx xxxxxx 2019-cu il tarixdə, saat 19:30 radələrində əməliyyat müvəkkili Şahid2, polis nəfəri Şahid3 birlikdə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin N.Nərimanov küçəsi 39 saylı binanın yanında saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanıTəqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bükümdə olan kütlə bükümlə birlikdə tərəzidəçəkilmiş vəümumi çəkisinin 0,96 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Mingəçevir şəhəri Günəşli bağ massivi «Ala Qapı» deyilən ərazidə yerdən tapdığını vəözü istifadə etmək üçün cibində gizlədərək saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə xx xxxxxx 2019-cu il tarixdə, saat 19:30 radələrində əməliyyat müvəkkili Şahid1, və Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin N.Nərimanov küçəsi 39 saylı binanın yanında saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanıTəqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bükümdə olan kütlə bükümlə birlikdə tərəzidəçəkilmiş vəümumi çəkisinin 0,96 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Mingəçevir şəhəri Günəşli bağ massivi «Ala Qapı» deyilən ərazidə yerdən tapdığını vəözü istifadə etmək üçün cibində gizlədərək saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 Məhiyyəddin oğlu da oxşar məzmunlu ifadə verərək, Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Cinayət işinin 26-27-ci səhifələrində olan xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə, Mingəçevir şəhər Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, onun əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş halda narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroin elektron tərəzi iləçəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs, proses iştirakçıları tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 642 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli bükümdə təmiz çəkisi 0,584 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroindir. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,05 qramı tədqiqata sərf olunmuş, 0,534 qramı isə qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 175 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə hesab edilən heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarında artıq miqdarda təmiz çəkisi 0,584 qram olan narkotik vasitə-heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxxxxx 2019-cu il tarixdə saat 19:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri N.Nərimanov küçəsi 39 saylı binanın yan tərəfində saxlanılıb polis şöbəsinə aparılmış, üzərinəşəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCM-nın 41.2-cimaddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbi qedilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2009-cu il təvəllüdlü X5 valideynləri Kuçarbayev Qədir Vəkil oğlu və X3r. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)- 1167/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Nihat adlı uşağın atası olması müəyyən edilməsi, uşağın doğum aktı qeydində adı, soyadı və ata adı X11, ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X6 yazılması qət edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X6 xx xxxxxx 2014-cü ildə ölmüşdür. İşə əlavə olunmuş X13 Komissiyasının 082744 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən ikinci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasına Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən,əməlindən səmimi peşman olmasına, həyat yoldaşının vəfat etməsinə, 2-ci qrup əlil olmasına Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin hökmündən və tələbnamədən görünür ki, Bəkirov X7 şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(051)-95/2016 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 01 ay 26 gün cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Bu hal, CM-nin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019cu il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdəşübhəli şəxs kimi tutulmuş və xx xxxxxx 2019-cu il tarixədək 2(iki) gün müddətinə həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günə bir gün (cəmi iki gün) bərabər tutulmaqla, ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları və təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum edilmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin himayəsində olan uşağın xx xxxx 2009-cu ildə doğulmasını, təyin olunan cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 79-cu maddəsi tətbiq olunmaqla, uşağı on dörd yaşına çatanadək, Təqsirləndirilən şəxs təyin olunan cəzanın çəkilməsinin təxirə salınması cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İşüzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 71,94 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,534 qram çəkidə heroin Azərbaycan Respublikası CPMnin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günə bir gün (cəmi iki gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CMnin 79-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2009-cu il təvəllüdlü oğlu Nihatın 14 (on dörd) yaşına çatanadək təyin olunmuş cəzanın çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,534 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşüzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 102 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X4 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №1(051)-44/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-44/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver