Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-44/2021 30.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs Qələndər oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs 05.11.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri Vəzirov küçəsi ev 29-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 avqust 2020-ci il tarixdə saat 02:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarının mehmanxanasının tualetinin nəfəsliyindən bazarın damına qalxaraq damda açıq vəziyyətdə olan pəncərədən bazara daxil olmuş, bazarın içərisində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi kişi geyimi mağazasının plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz olaraq mağazaya saxlanc yerinə daxil olub, oradan Türkiyə istehsalı olan 7 ədəd hər birinin dəyəri 150 manat olmaqla 1050 manat dəyərində “Nero Nero” markalı, Türkiyə istehsalı olan, 7 ədəd hər birinin dəyəri 140 manat olmaqla 980 manat dəyərində “Ramzotti” markalı, Türkiyə istehsalı olan, 6 ədəd hər birinin dəyəri 150 manat olmaqla 900 manat dəyərində “ADO” markalı, Türkiyə istehsalı olan, 2 ədəd hər birinin dəyəri 120 manat olmaqla 240 manat dəyərində “Vellotti” markalı, Türkiyə istehsalı olan, 3 ədəd hər birinin dəyəri 130 manat olmaqla 390 manat dəyərində “Bronzi” markalı kostyumları, Türkiyə istehsalı olan, 3 ədəd hər birinin dəyəri 70 manat olmaqla 210 manat dəyərində “Theore” markalı, Türkiyə istehsalı olan, 9 ədəd hər birinin dəyəri 80 manat olmaqla 720 manat dəyərində “Palmiro Rossi” markalı pencəkləri, Türkiyə istehsalı olan, 8 ədəd hər birinin dəyəri 30 manat olmaqla 240 manat dəyərində “Piere Edvin” markalı şalvar, Türkiyə istehsalı olan, 11 ədəd hər birinin dəyəri 30 manat olmaqla 300 manat dəyərində “Piere Cardin” markalı, Türkiyə istehsalı olan, 4 ədəd hər birinin dəyəri 20 manat olmaqla 80 manat dəyərində “Mu Ru” markalı, Türkiyə istehsalı olan, 4 ədəd hər birinin dəyəri 20 manat olmaqla 80 manat dəyərində “Vesbul Men” markalı, Türkiyə istehsalı olan, 1 ədəd 30 manat dəyərində “Billionarie” markalı koftaları, Türkiyə istehsalı olan, 8 ədəd hər birinin dəyəri 20 manat olmaqla 160 manat dəyərində “SinyorMen” markalı köynək, Türkiyə istehsalı olan, hər birinin dəyəri 15 manat olmaqla 5 ədəd 75 manat dəyərində “Turkmen” markalı, Türkiyə istehsalı olan, 1 ədəd 20 manat dəyərində “Stefano Ricci” markalı köynəkləri, 14 ədəd hər birinin dəyəri 30 manat olmaqla 420 manat dəyərində “Nero-Nero” markalı, Türkiyə istehsalı olan, 17 ədəd hər birinin dəyəri 40 manat olmaqla 680 manat dəyərində “Croof Monte” markalı şalvarları, Türkiyə istehsalı olan, 7 ədəd hər birinin dəyəri 25 manat olmaqla 175 manat dəyərində “Wellbled” markalı koftalar olmaqla kişi geyimlərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6780 (altı min yeddi yüz səksən) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs onlara məxsus Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən bazarda işləyən satıcı kimi tanıyır. Təxminən 7 ay olar ki, o, arvadından ayrılmışdır və hər ay 100 manat aliment verir, həmçinin əvvəlki arvadına da hər ay 280 manat aliment verir, ona görə də alimentin ödənilməsi ilə bağlı problemlər yaşamışdır.Təxminən 2020-ci ilin avqust ayının sonlarında alimentin ödənilməsi üçün pulu olmadığından anası Müzəllətdən və bacısı Şəfiqədən pul istədi, lakin bunun üçün ona pul vermədilər. Bundan sonra o, bazarı yandırıb anası və bacısını da öz gününə qoyacağını dedi. Həmin gün o, “Orxan” bazarında 1 ay əvvəl mühafizəçi kimi işə başlayan Nəsiminin yanına getdi, həmin vaxt Nəsimi dostları ilə birgə yemək yeyib spirtli içki qəbul edirdi və dostları ilə söhbət zamanı Nəsimi sabah ad günü olduğunu, sabah yığışıb bunu qeyd edəcəklərini dedi. O da bundan sonra özlərinə məxsus olan “Orxan” bazarından oğurluq etmək qərarına gəldi. Raufu isə 20 ildir ki tanıyır, Raufun imkanlı olmasını, bahalı paltarlar satmasını bilirdi və ona görə də onun işlədiyi mağazaya daxil olaraq oradan paltar götürüb sataraq alimenti ödəmək qərarına gəldi. 30 avqust 2020-ci il tarixdə saat 02:00 radələrində o, “Orxan” bazarının mehmanxanasının mətbəxindən vintaçanı götürdü və tualetin nəfəsliyindən bazarın damına çıxdı. Bazarın damında olan pəncərələr yay aylarında çıxarıldığından açıq olan hissədən birbaşa bazara daxil oldu və Raufun işlədiyi mağazanın qarşısına gəldi. Raufun işlədiyi mağazanın qapısı plastik materialdan olduğuna görə o, özü ilə gətirdiyi vintaçanla əvvəlcə qapının aşağı hissəsini çıxardı sonra mağazaya daxil oldu. Mağazaya daxil olan kimi oradan 10 dəst kostyum, 10 ədəd şalvar, təxminən 7-8 ədəd yarımqol kofta götürdü, onları bazara daxil olduğu yerdən dama atdı, sonra bazardan 2 ədəd un torbası götürdü və dama qalxdı. Orada həmin paltarları torbaya doldurdu və mağazanın qapısını açmaq üçün istifadə etdiyi vintaçanı isə bazarın damında olarkən bazarın arxasında olan “Azərkabel” zavodunun həyətinə atdı, mehmanxananın tualetinin nəfəsliyindən mehmanxanaya qayıtdı və oğurladığı paltarları dəhliz ilə üzbəüz olan otağa qoyub Ağdaş rayonuna, dostlarının yanına getdi. Səhəri gün ünvan 2 ünvanına getdi, Raufa məxsus mağazadan oğurluq etməsi və oğurladığı paltarları mehmanxanada dəhliz ilə üzbəüz otağa qoymağı barədə Şəfiqəyə məlumat verdi. Nə üçün qardaşı pul istəyəndə pul verib o, istəyəndə pul vermədikləri, əgər bir də ona istəyəndə pul verməsələr bazarı yandıracağını dedi. Şəfiqə isə oğurluq etməsi barədə polisə məlumat verəcəyini dedi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs Qələndər oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 20 ildən çoxdur ki Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında olan obyektlərdən birini icarəyə götürərək orada paltar alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs da həmin vaxtdan “Orxan” bazarının sahiblərindən biri kimi tanıyırdı. 5 iyul 2020-ci tarixdən 10 avqust 2020-ci il tarixədək pandemiya və sərt karantin rejimi ilə əlaqədar olaraq həmin mağazada iş olmamışdır. 18.09.2020-ci il tarixində səhər saat 09:00 radələrində mağazada alıcı üçün kostyum ölçülərini axtaran zaman həmin kostyum ölçülərinin olmamasını gördü, bu zaman mağazada satıcı işləyən Şahid1 da onun yanında olmuşdur. O, satıcı Şahid1 həmin paltarların harada olması barədə soruşdu, Çimnaz isə mağazadan paltarların əksik olduğunu hiss etdiyini, lakin bu haqda ona deməyə çəkindiyini bildirdi. Bundan sonra o, mağazadan oğurluq olmasından şübhələndi, mağazanın qapısına baxdı, qapının ən üstdə olan rəzəsinin qırıldığını, qapının aşağı hissəsində isə vintaçan izinə bənzər izlər gördü. Sonra paltar satdığı piştaxtanın altında qış paltarları saxladığı hissəyə baxdı, ordan da paltarların oğurlandığını gördü, lakin onların tam siyahısını aparmadı, əvvələr də “Orxan” bazarından İsmayılın dəfələrlə oğurluq etməsini bildiyi üçün onun bacısı Şəfiqəyə zəng edərək. Qardaşının onun işlədiyi mağazadan oğurluq etməsini, təcili ora gəlməsini bildirdi. Təxminən 1 saat sonra Şəfiqə mağazaya gəldi. Şəfiqə İsmayılın onun işlədiyi mağazadan oğurluq etməsini bildiyini, qalan paltarları ondan alaraq evdə saxladığını, onları qaytaracağını, nə qədər maddi ziyan dəyibsə qaytaracağını dedi. O da mağazadan oğurlanmış bütün paltarların siyahısını müəyyən etdi. Belə ki, İsmayıl ona məxsus mağazadan, hər birinin qiyməti 150 manat olan 7 ədəd “Nero Nero” markalı kostyum, hər birinin qiyməti 140 manat olan 7 ədəd “Ramzotti” markalı kostyum, hər birinin qiyməti 150 manat olan 6 ədəd “ADO” markalı kostyum, hər birinin qiyməti 120 manat olan 2 ədəd “Vellotti” markalı kostyum, hər birinin qiyməti 130 manat olan 3 ədəd “Bronzi” markalı kostyum, hər birinin qiyməti 75 manat olmaqla 3 ədəd “Theore” markalı pencək, hər birnin qiyməti 80 manat olan 9 ədəd “Palmiro Rossi” markalı pencək, hər birinin qiyməti 35 manat olan 8 ədəd “Piere Edvin” markalı şalvar, hər birinin qiyməti 45 manat olan 17 ədəd “Croof Monte” markalı şalvar, hər birinin qiyməti 40 manat olan 14 ədəd “Nero-Nero” markalı şalvar, hər birinin qiyməti 35 manat olan 11 ədəd “Piere Cardin” markalı kofta, hər birinin qiyməti 20 manat olan 4 ədəd “Mu Ru” markalı kofta, hər birinin qiyməti 25 manat olan 4 ədəd “Vesbul Men” markalı kofta, hər birinin qiyməti 28 manat olan 7 ədəd “Wellbled" markalı kofta, qiyməti 30 manat olan 1 ədəd “Billionarie” markalı kofta, hər birinin qiyməti 20 manat olan 8 ədəd “SinyorMen” markalı köynək, hər birinin qiyməti 18 manat olan 5 ədəd “Turkmen” markalı köynək, 1 ədəd qiyməti 20 manat olan “Stefano Ricci" markalı köynək oğurlayaraq ona ümumilikdə 7328 (yeddi min üç yüz iyirmi səkkiz) manat dəyərində maddi ziyan vurmuşdur. O da Şəfiqəyə İsmayılı çağırmasını onun paltarlarım hara satıbsa birgə gedib alıb gətirmələrini, yalnız bundan sonra onun haqqında şikayətçi olmayacağını dedi, Şəfiqə onunla razılaşaraq getdi. Həmin gün o, “Orxan” bazarının hotelinə getdi, Şəfiqə İsmayılın ondan oğulanan paltarları gətirdiyini dedi. Şəfiqə oğurlanmış paltarlardan yalnız hər birinin qiyməti 150 manat olan 2 ədəd “Nero Nero” markalı kostyum, hər birinin qiyməti 140 manat olan 3 ədəd “Ramzotti” markalı kostyum, hər birinin qiyməti 150 manat olan 3 ədəd “ADO” markalı kostyum, 1 ədəd qiyməti 120 manat olan “Vellotti” markalı kostyum, 1 ədəd qiyməti 130 manat olan “Bronzi” markalı kostyum, hər birinin qiyməti 75 manat olan 1 ədəd “Theore” markalı pencək, hər birnin qiyməti 80 manat olan 4 ədəd “Palmiro Rossi” markalı pencək, hər birinin qiyməti 35 manat olan 2 ədəd “Piere Edvin” markalı şalvar, qiyməti 20 manat olan l ədəd “Mu Ru” markalı kofta, qiyməti 25 manat olan 1 ədəd “Vesbul Men” markalı kofta, qiyməti 30 manat olan 1 ədəd “Billionarie” markalı kofta, hər birinin qiyməti 35 manat olan 1 ədəd “Piere Cardin” markalı kofta, hər birinin qiyməti 20 manat olan 2 ədəd “SinyorMen” markalı köynək, 1 ədəd qiyməti 20 manat olan “Stefano Ricci” markalı köynək, 1 ədəd qiyməti 18 manat olan “Turkmen” markalı köynək olmaqla ümumi dəyəri 2190 (iki min yüz doxsan) manat olan kişi geyimlərini qaytardı. O, mağazadan oğurlanan paltarların hamısının orda olmadığını dedi, Şəfiqə isə nə qədər əksik varsa, pulunu qaytaracağını dedi. Bundan sonra Şəfiqə telefonla İsmayıla zəng etdi, o da telefonla İsmayılla danışan zaman ondan paltarın qalan hissəsinin harada olmasını soruşdu, İsmayıl isə ona məxsus paltarları Ağdaş bazarında satdığını dedi, sonra Şəfiqə İsmayılın həmin paltarlardan başqalarına hədiyyə etdiyini dedi. 18.09.2020-ci il tarixdə axşam saatlarınadək Şəfiqənin İsmayılın ona vurduğu maddi ziyanı qaytarmasını gözlədi, lakin Şəfiqə həmin pulu qaytarmadıqdan sonra Mingəçevir şəhər polis şöbəsinə müraciət etdi. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarı anası Müzəllətin adınadır, lakin orada bütün fəaliyyətə o, nəzarət edir. Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs həmin bazarada icarə əsasında paltar mağazası işlədən şəxs kimi tanıyır, onunla hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. 2020-ci ilin avqust ayının sonlarında qardaşı İsmayıl ilə anası Müzəllət arasında İsmayılın aliment məsələsi ilə bağlı olaraq mübahisə oldu. Belə ki, anası Müzəllət İsmayıla alimentini ödəmək məqsədilə pul verdi, lakin İsmayıl alimenti ödəməyərək onu xərclədi, yenidən anasından bunun üçün pul istəyəndə aralarında mübahisə yarandı, İsmayıl ona bazarı yandıracağını dedi. Bundan sonra dəfələrlə bu zəmində aralarında mübahisə yarandı, ona görə anasını İsmayılın yanından götürərək yaşadığı Mingəçevir şəhəri Vidadi küçəsində yerləşən mənzilə gətirdi, İsmayıl isə “Orxan” bazarının mehmanxanasında tək qaldı. Lakin İsmayılın pulu olmadığı halda əvvəlki arvadı ilə telefon vasitəsilə danışan zaman ona pul verəcəyi barədə deməsini də eşitdi, lakin İsmayıldan pulu hardan alması barədə soruşmadı. 18 sentyabr 2020-ci il tarixdə səhər 09:00 radələrində anası Müzəllət ona zəng edərək bazarda satıcı işləyən Raufun İsmayılın onun işlədiyi mağazadan oğurluq etməsi haqqında məlumat verdiyini dedi. Bundan sonra o, Raufun yanına getdi və Rauf İsmayılın onun işlətdiyi mağazanın qapısını açaraq oradan paltar oğurlamasını dedi. O, İsmayıla zəng etdi, Raufun mağazasından paltar oğurlaması barədə ondan soruşdu. İsmayıl isə paltar oğurlamağını dedi, lakin o, İsmayıla inanmadı və oğurlanmış paltarları axtarmağa başladı. O, “Orxan” bazarının mehmanxanasına getdi. Mehmanxananın dəhlizi ilə üzbəüz olan otaqdan torbalara doldurulmuş halda həmin paltarları tapdı və Raufa zəng edərək həmin yerə gəlməsini bildirdi. Rauf gəldikdən sonra o, torbada olan paltarları çıxararaq Raufa göstərdi və bu paltarların oğurlanmış paltarlar olub-olmadğınısoruşdu, Rauf bunların oğurlanan paltarlar olduğunu, lakin hamısının orda olmadığını bildirdi. O, Raufun yanında İsmayıla zəng etdi. İsmayıla Raufun mağazasından oğurladığı paltarları hara qoymasını soruşdu, gətirib verməsini dedi. İsmayıl paltarların bəzilərini pay verdiyini, bəzilərini Ağdaş bazarında satdığını bildirdi. O da Raufa həmin paltarları qaytaracağını dedi. Həmin gününün axşamı Raufun Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etməsi barədə ona məlumat verildi. Şahid Şahid5 oğlu ifadəsində bildirdi ki, o, Mingəçevir şəhəri ŞPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 18.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Orxan” bazarından 2000- 2100 manat dəyərində 12 ədəd kostyum, 5 ədəd pencək, 7 ədəd köynək, 1 ədəd şalvar oğurlandığını bildirdi. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin Mingəçevir şəhəri Vidadi küçəsi ev 4, mənzil 30-da yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edildi. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı geyim əşyalarının bir qismi müəyyən edildi, digər geyim əşyaları isə müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməli digər şahid- Şahid4, Şahid1 və Şahid3 Fəhrad oğlunun ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 140-145-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 dekabr 2020-ci il tarixli, 9/5499 saylı rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 15 adda malların 2020-ci ilin avqust ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 5505 manat, təqdim edilməyən 3 adda malların 2020-ci ilin avqust ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 1275,0 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 avqust 2020-ci il tarixdə saat 02:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarının mehmanxanasının tualetinin nəfəsliyindən bazarın damına qalxaraq damda açıq vəziyyətdə olan pəncərədən bazara daxil olmuş, bazarın içərisində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi kişi geyimi mağazasının plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz olaraq mağazaya saxlanc yerinə daxil olub, oradan Türkiyə istehsalı olan 7 ədəd hər birinin dəyəri 150 manat olmaqla 1050 manat dəyərində “Nero Nero” markalı, Türkiyə istehsalı olan, 7 ədəd hər birinin dəyəri 140 manat olmaqla 980 manat dəyərində “Ramzotti” markalı, Türkiyə istehsalı olan, 6 ədəd hər birinin dəyəri 150 manat olmaqla 900 manat dəyərində “ADO” markalı, Türkiyə istehsalı olan, 2 ədəd hər birinin dəyəri 120 manat olmaqla 240 manat dəyərində “Vellotti” markalı, Türkiyə istehsalı olan, 3 ədəd hər birinin dəyəri 130 manat olmaqla 390 manat dəyərində “Bronzi” markalı kostyumları, Türkiyə istehsalı olan, 3 ədəd hər birinin dəyəri 70 manat olmaqla 210 manat dəyərində “Theore” markalı, Türkiyə istehsalı olan, 9 ədəd hər birinin dəyəri 80 manat olmaqla 720 manat dəyərində “Palmiro Rossi” markalı pencəkləri, Türkiyə istehsalı olan, 8 ədəd hər birinin dəyəri 30 manat olmaqla 240 manat dəyərində “Piere Edvin” markalı şalvar, Türkiyə istehsalı olan, 11 ədəd hər birinin dəyəri 30 manat olmaqla 300 manat dəyərində “Piere Cardin” markalı, Türkiyə istehsalı olan, 4 ədəd hər birinin dəyəri 20 manat olmaqla 80 manat dəyərində “Mu Ru” markalı, Türkiyə istehsalı olan, 4 ədəd hər birinin dəyəri 20 manat olmaqla 80 manat dəyərində “Vesbul Men” markalı, Türkiyə istehsalı olan, 1 ədəd 30 manat dəyərində “Billionarie” markalı koftaları, Türkiyə istehsalı olan, 8 ədəd hər birinin dəyəri 20 manat olmaqla 160 manat dəyərində “SinyorMen” markalı köynək, Türkiyə istehsalı olan, hər birinin dəyəri 15 manat olmaqla 5 ədəd 75 manat dəyərində “Turkmen” markalı, Türkiyə istehsalı olan, 1 ədəd 20 manat dəyərində “Stefano Ricci” markalı köynəkləri, 14 ədəd hər birinin dəyəri 30 manat olmaqla 420 manat dəyərində “Nero-Nero” markalı, Türkiyə istehsalı olan, 17 ədəd hər birinin dəyəri 40 manat olmaqla 680 manat dəyərində “Croof Monte” markalı şalvarları, Türkiyə istehsalı olan, 7 ədəd hər birinin dəyəri 25 manat olmaqla 175 manat dəyərində “Wellbled” markalı koftalar olmaqla kişi geyimlərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6780 (altı min yeddi yüz səksən) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 110-111-ci vərəqlərində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 139-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs Qələmndar oğlunun ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 37-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 07 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 87-88-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 4(051)-120/2020 №li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 107-109-cu vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 4(051)-121/2020№li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(051)-474/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşə əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.06.2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07.10.2020-ci il tarixdən 14.10.2020-ci il tarixədək həbsdə, 14.10.2020-ci il tarixdən 05.04.2021-ci il tarixədək ev dustaqlığında saxlandığı müddət, 06.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək həbsdə olduğu müddət bir günə iki gün bərabər tutulmaqla, 1 il 1 ay 18 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi, 15 adda geyim əşyaları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07.10.2020-ci il tarixdən 14.10.2020-ci il tarixədək həbsdə, 14.10.2020-ci il tarixdən 05.04.2021-ci il tarixədək ev dustaqlığında saxlandığı müddət, 06.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi, 15 adda geyim əşyaları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-44/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-44/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver