Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-44/2022 29.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qardaşı və hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Xəzri” şərab evinin yan pəncərəsinin şüşəsini mağazanın yaxınlığında tapdığı daş parçası ilə sındırmaqla saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 15 paketinin qiyməti 54 manat olan “Kent 4 nazik”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 22 paketinin qiyməti 79 manat 20 qəpik olan “Kent mentol”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 14 paketinin qiyməti 50 manat 40 qəpik dəyərində “Kent 8”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 8 paketinin qiyməti 28 manat 80 qəpik dəyərində “Kent 1”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 4 paketinin qiyməti 14 manat 40 qəpik dəyərində “Kent 4 qalın”, 1 paketinin qiyməti 2 manat 50 qəpik olmaqla 48 paketinin qiyməti 120 manat dəyərində “PALL MALL”, 1 paketinin qiyməti 2 manat 50 qəpik olmaqla 48 paketinin qiyməti 120 manat dəyərində “Rothmans”, 1 paketinin qiyməti 2 manat 60 qəpik olmaqla 20 paketinin qiyməti 52 manat dəyərində “Davidoff compact”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olan 5 paketinin qiyməti 18 manat dəyərində “Davidoff nazik”, 1 paketinin qiyməti 3 manat 90 qəpik olmaqla 9 paketinin qiyməti 35 manat 10 qəpik dəyərində “Sobranie qalın”, 1 paketinin qiyməti 3 manat 90 qəpik olmaqla 28 paketinin qiyməti 109 manat 20 qəpik dəyərində “Sobranie nazik”, 1 paketinin qiyməti 3 manat 90 qəpik olmaqla 20 paketinin qiyməti 78 manat dəyərində “Sobranie compact”, 1 paketinin qiyməti 2 manat 80 qəpik olmaqla 19 paketinin qiyməti 53 manat 20 qəpik dəyərində “LD compact”, 1 paketinin qiyməti 3 manat olmaqla 24 paketinin qiyməti 72 manat dəyərində “LD nazik”, 1 paketinin qiyməti 3 manat 40 qəpik olmaqla 39 paketinin qiyməti 132 manat 60 qəpik dəyərində “Winston XS”, 1 paketinin qiyməti 3 manat 40 qəpik olmaqla 19 paketinin qiyməti 64 manat 60 qəpik dəyərində “Winston compact”, 1 paketinin qiyməti 2 manat 50 qəpik olmaqla 33 paketinin qiyməti 82 manat 50 qəpik dəyərində “Winchester nazik”, 1 paketinin qiyməti 2 manat 50 qəpik olmaqla 9 paketinin qiyməti 22 manat 50 qəpik dəyərində “Winchester compact”, 1 paketinin qiyməti 2 manat olmaqla 42 paketinin qiyməti 84 manat dəyərində “Prima Blue”, 1 paketinin qiyməti 2 manat 20 qəpik olmaqla 59 paketinin qiyməti 40 manat 60 qəpik dəyərində “İmperial classic”, 1 paketinin qiyməti 2 manat 30 qəpik olmaqla 16 paketinin qiyməti 36 manat 80 qəpik dəyərində “WEST”, 1 paketinin qiyməti 2 manat olmaqla 22 paketinin qiyməti 44 manat dəyərində “Magna compact”, 1 paketinin qiyməti 2 manat olmaqla 42 paketinin qiyməti 84 manat dəyərində “Magna nazik”, 1 paketinin qiyməti 2 manat 20 qəpik olmaqla 12 paketinin qiyməti 26 manat 40 qəpik dəyərində “Senate”, 1 paketinin qiyməti 2 manat olmaqla 13 paketinin qiyməti 26 manat dəyərində “Viceroy”, 1 paketinin qiyməti 1 manat 80 qəpik olmaqla 3 paketinin qiyməti 5 manat 40 qəpik dəyərində “Qarabağ”, 1 paketinin qiyməti 2 manat olan “Kingston” markalı olmaqla ümumilikdə 1554 manat 50 qəpik dəyərində siqaretləri və mağazada olan dolabın siyirməsində olan 216 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1770 manat 50 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, ayrı-ayrı şəxlərin evlərində fərdi qaydada usta kimi işləmişdir. Təxminən 1 ay olarkı Quba rayonu, Xınalıq kəndində ev tikintisində işləyir. O, işləyən zaman qardaşı Anar da onunla birlikdə işləmişdir. 30.10.2021-ci il tarixdə Qubadan Bakı şəhərinə getmiş, oradan da yaşadığı Mingəçevir şəhərinə gəlmişdir. Mingəçevir şəhəri Şəhriyar küçəsində “Xəzri” şərab evinin sahibi Zərərçəkmiş şəxs şəhər sakini kimi tanımışdır. Onunla münasibəti normaldır, aralarındada heç bir düşmənçilik və ya ədavət olmamışdır. Belə ki, Telmanla münasibəti uzun müddətdir olduğundan həmçinin əlilliyi olduğuna görə Telmana şərab evinin təmirində də ona köməklik etmişdir. Aralarındakı yaxşı münasibətə görə o və qardaşı Anar Telmandan təxminən 3-4 ay ərzində 500 manat dəyərində nisyə spirtli içki və siqaret almış və həmin pulun da 50 manatını isə ödəmişlər. 31.10.2021-ci il tarixdə axşam radələrində yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra çöldə də spirtli içki qəbul etmişdir. Bundan sonra isə 01.11.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerləşən Telmana məxsus mağazaya getmiş, lakin mağaza bağlı olmuşdur. Xatırladığı qədəri ilə mağazanın yaxınlığında olan daş parçası ilə mağazanın yan şüşəsini qırdıqdan sonra mağazaya daxil olmuşdur. Mağazadan müxtəlif markalı siqaret qutularını oğurlayıb, əynində olan gödəkcənin, şalvarın içərisinə qoyaraq yaşadığı evin qarşısına aparmışdır. Onları həyətdəki stolun üzərinə boşaltdıqdan sonra yenidən həmin mağazaya qayıdaraq həmin şüşəni qırdığı yerdən mağazaya daxil olmaqla oradan müxtəlif qiymətlərdə siqaret və pul oğurlayaraq mağazadan çıxmışdır. Oğurladığı siqaretləri gödəkcəsinin və şalvarının içərisinə yığmışdır. Mağazadan çıxdıqdan bir qədər sonra polis əməkdaşları onu görmüşlər və ona tərəf yaxınlaşmışlar. Həmin vaxt o, yaxalanmamaq üçün qaçmış, qaçan zaman üzərimdə olan siqaret qutularından bir neçəsi yerə düşmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılaraq Mingəçevir şəhər polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində mağazadan oğurladığı və üzərində olan siqaret qutularını və 171 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Sonra isə polis əməkdaşları ona yaşadığı evə baxış keçirilməsini təkilif edən zaman, buna etiraz etmədiyini bildirmişdir. Yaşadığı evə baxış keçirilən zaman isə Telmana məxsus mağazadan oğurlayaraq yaşadığı evə apardığı siqaret qutuları aşkar olunaraq götürülmüşdür. Həmçinin həmin vaxt spirtli içkinin təsirində olduğundan siqaretləri hansı məqsədlə satmaq yoxsa şəxsi istifadəsi üçün oğurlamasını dəqiq xatırlamadığını bildirmişdir. Sonra oğurladığı əşyaları götürüb yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən evə gedərkən yolda polis əməkdaşları onu saxladıb oğurladığı əşyalarla birlikdə polis şöbəsinə aparmışlar. Polis Şöbəsində o, törətdiyi əməli etiraf edərək oğurladığı əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, dəymiş ziyanı ödədiyini, himayəsində az yaşlı uşağının olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək, qeyd olunanları nəzərə alıb təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət işi məhkəməyə daxil olduqdan sonra öldüyü üçün onun məhkəmə istintaqı zamanı ifadəsinin alınması mümkün olmadığından ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhərində Şəhriyar küçəsində yerləşən “Xəzri” şərab evini təxminən 2018-ci ildən çalışdırır. Təqsirləndirilən şəxs və qardaşı Anar Məmmədovu şəhər sakini kimi, usta işləyən şəxslər kimi tanıyır. Belə ki, həmin obyektin tikintisi zamanı Vüsal və Anar da həmin obyetin tikintisində işləmişlər. Vüsal və Anarla münasibəti olduğundan onlara nisyə spirtli içki və siqaret satmışdır. Əvvəlcə vüsal və Anarın ona 508 manat borcu olmuş, hazırda isə 50 manatını ödəmiş və 458 manat borcları qalmışdır. O, mağazanı adətən axşam saat 22 radələrində bağlayır. Lakin 31.10.2021-ci il tarixdə səhhətində olan narahatçılıqla bağlı olaraq mağazanı saat 16 radələrində bağlayaq evə getmişdir. 01.11.2021-ci il tarixdə gecə təxminən saat 01:30 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlib ona məxsus mağazadan oğurluq edilməsi haqqında bildirmişlər. O da polis əməkdaşlarının köməyi ilə onlarla birlikdə mağazaya gəlmişdir. Həmin yerə gəlib mağazanın qapısını açmış, mağazaya daxil olanda mağazanın yan şüşələri qırılıb içəri tökülmüş, mağazada satış üçün qoyduğu siqaretlər oğurlanmış vəziyyətdə olmuşdur. Həmçinin mağazadan satışdan sonra əldə etdiyi mağazadakı dolabın siyirməsinə qoyduğu 216 manat pul da oğurlanmışdır. Sonradan ona polis əməkdaşları tərəfindən məlumat verilmişdir ki, ona məxsus mağazadan oğurluq etmiş şəxs şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxsdur. Sonra o, mağazadan oğurlanmış siqaretlərin siyahısını dəqiqləşdirən zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus “Xəzri” şərab evindən 1 paketinin qiyməti 3 manat 25 qəpik olmaqla 15 paketinin qiyməti 48 manat 75 qəpik dəyərində olan “Kent 4 nazik”, 1 paketinin qiyməti 3 manat 25 qəpik olmaqla 22 paketinin qiyməti 71 manat 50 qəpik dəyərində olan “Kent mentol”, 1 paketinin qiyməti 3 manat 25 qəpik olmaqla 14 paketinin qiyməti 45 manat 50 qəpik dəyərində olan “Kent 8”, 1 paketinin qiyməti 3 manat 25 qəpik olmaqla 8 paketinin qiyməti 26 manat dəyərində olan “Kent 1”, 1 paketinin qiyməti 3 manat 25 qəpik olmaqla 4 paketinin qiyməti 13 manat dəyərində olan “Kent 4 qalın”, 1 paketinin qiyməti 2 manat 26 qəpik olmaqla 48 paketinin qiyməti 108 manat 48 qəpik dəyərində olan “PALL MALL”, 1 paketinin qiyməti 2 manat 26 qəpik olmaqla 48 paketinin qiyməti 108 manat 48 qəpik dəyərində olan “Rothmans”, 1 paketinin qiyməti 2 manat 52 qəpik olmaqla 20 paketinin qiyməti 50 manat 04 qəpik dəyərində olan “Davidoff compact”, 1 paketinin qiyməti 3 manat 24 qəpik olan 5 paketinin qiyməti 16 manat 20 qəpik dəyərində olan “Davidoff nazik”, 1 paketinin qiyməti 3 manat 52 qəpik olmaqla 9 paketinin qiyməti 31 manat 68 qəpik dəyərində olan “Sobranie qalın”, 1 paketinin qiyməti 3 manat 52 qəpik olmaqla 28 paketinin qiyməti 98 manat 56 qəpik dəyərində olan “Sobranie nazik”, 1 paketinin qiyməti 3 manat 43 qəpik olmaqla 20 paketinin qiyməti 68 manat 60 qəpik dəyərində olan “Sobranie compact”, 1 paketinin qiyməti 2 manat 52 qəpik olmaqla 19 paketinin qiyməti 47 manat 88 qəpik dəyərində olan “LD compact”, 1 paketinin qiyməti 2 manat 73 qəpik olmaqla 24 paketinin qiyməti 65 manat 52 qəpik dəyərində olan “LD nazik”, 1 paketinin qiyməti 3 manat 07 qəpik olmaqla 39 paketinin qiyməti 119 manat 73 qəpik dəyərində olan “Winston XS”, 1 paketinin qiyməti 3 manat 07 qəpik olmaqla 19 paketinin qiyməti 58 manat 33 qəpik dəyərində olan “Winston compact”, 1 paketinin qiyməti 2 manat 26 qəpik olmaqla 33 paketinin qiyməti 74 manat 58 qəpik dəyərində olan “Winchester nazik”, 1 paketinin qiyməti 2 manat 26 qəpik olmaqla 9 paketinin qiyməti 20 manat 34 qəpik dəyərində olan “Winchester compact”, 1 paketinin qiyməti 1 manat 80 qəpik olmaqla 42 paketinin qiyməti 75 manat 60 qəpik dəyərində olan “Prima Blue”, 1 paketinin qiyməti 1 manat 98 qəpik olmaqla 27 paketinin qiyməti 56 manat 60 qəpik dəyərində olan “İmperial classic”, 1 paketinin qiyməti 2 manat 07 qəpik olmaqla 16 paketinin qiyməti 33 manat 12 qəpik dəyərində olan “WEST”, 1 paketinin qiyməti 1 manat 80 qəpik olmaqla 22 paketinin qiyməti 39 manat 60 qəpik dəyərində olan “Magna compact”, 1 paketinin qiyməti 1 manat 80 qəpik olmaqla 42 paketinin qiyməti 75 manat 60 qəpik dəyərində olan “Magna nazik”, 1 paketinin qiyməti 1 manat 98 qəpik olmaqla 12 paketinin qiyməti 23 manat 76 qəpik dəyərində olan “Senate”, 1 paketinin qiyməti 1 manat 80 qəpik olmaqla 13 paketinin qiyməti 23 manat 40 qəpik dəyərində olan “Viceroy”, 1 paketinin qiyməti 1 manat 62 qəpik olmaqla 3 paketinin qiyməti 4 manat 86 qəpik dəyərində olan “Qarabağ, 1 paketinin qiyməti 1 manat 98 qəpik olan “Kingston” markalı olmaqla ümumilikdə 1407 manat 69 qəpik dəyərində siqaretləri və mağazada olan dolabın siyirməsində olan 216 manat pulu oğurlamaqla mənə ümumilikdə 1623 manat maddi ziyan vurmuşdur. Qeyd olunan siqaretlərin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və siqaretlərin ümumi dəyərinin 1554 manat 50 qəpik olması haqqında məlumat verilmişdir. Belə ki, zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanı topdan satış qiyməti ilə hesabladığını, ona görə də qeyd olunan ekspertiza tərəfindən verilmiş rəylə bağlı heç bir etirazı olmadığını, həmin rəylə razılaşdığını, eyni zamanda ona vurulmuş maddi ziyanın bir hissəsinin natura, bir hissəsinin nəğd şəkildə ödənildiyindən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaq zamanı zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qardaşı X4 onun hüquqi varisi kimi tanınmışdır. Zərərəçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən onun qardaşına dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayətləri və tələbləri olmadığını bildirərək və onun barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, evlidir və 3 övladı var. Təqsirləndirilən şəxs onun böyük oğludur. Oğlu evlidir, lakin ailəsi ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq hazırda tez-tez spirtli içkilərdən istifadə edir. Həmçinin oğlu Vətən Müharibəsində də iştirak etdikdən sonra onun psixoloji problemləri daha da artmış, gecələr yatanda qəflətən qışqırırmış. O, Vüsala müalicə olunmağı təklif etsə də Vüsal onunla razı olmamışdır. Vüsal təxminən 1 ay olarkı digər oğlu Anarla birlikdə Quba rayonu, Xınalıq kəndində usta kimi işləmişlər. 30.10.2021-ci il tarixdə Vüsal Qubadan evə gəlmişdir. 31.10.2021ci il tarixdə saat 19 radələrində evə gəlmiş, evə gələndə gəlini Vüsalın evdə olan tibbi spirtə su qataraq içdiyini demişdir. Həmin vaxt Vüsal evdə olmuş və ondan siqaret almaq üçün pul istəmişdir. O da siqaret alması üçün Vüsala 2 manat pul vermişdir. Vüsal həyətə düşdükdən bir qədər sonra əlində yarım içilmiş vəziyyədə olan pivə butulkası ilə qayıtmışdır. Qalan pivəni də içdikdən sonra həyətdə gəzəcəyini deyərək çıxıb getmişdir. Vüsal spirtli içki qəbul etdikdən sonra özünü idarə edə bilmədiyindən, o, Yevlax rayonunda yaşayan baldızı oğlu Xəyala zəng edib, Vüsalın spirtli içki qəbul etdiyini, gəlib Vüsalı tapmasını istəmişdir. Sonra həyətə baxanda Vüsal həyətdə uca səslə musiqiyə qulaq asırmış. O, Vüsala zəng edərək musiqinin səsini azaltmasını demişdir. Eyvandan evə keçdikdən bir qədər sonra həyətə baxmış və Vüsal artıq həyətdə olmamışdır. O, Vüsala zəng etmiş, Vüsal isə şəhərdə gəziyini və gələcəyini demişdir. O, eyvandan həyətə baxan zaman təxminən saat 24 radələrində Vüsal həyətə gəlmişdir və həyətdəki stolun üzərinə nə isə boşaltmağa başlamışdır. Vüsal getdikdən sonra həyətə düşmüş və Vüsalın stolun üzərinə boşaltdığı şeyin siqaret qutuları olduğunu görmüşdür. Gəlininə siqaretləri bir yerə yığması üçün həyətə paket atmasını demişdir. Çünki o, Vüsalın oğurluq etdiyini başa düşmüş və onun oğurladığı siqaretləri sahibinə vermək istəmişdir. Siqaretləri paketə yığıb evə aparmışdır. Bundan bir qədər sonra Xəyal gəlmiş və o, baş verənlər ilə bağlı olaraq Xəyala məlumat vermişdir. Xəyalla bir qədər gəzib Vüsalı tapa bilmədikdən sonra evə qayıtmışlar. Qayıtdıqdan bir qədər sonra polis əməkdaşları gəlmişlər və həqiqətən də, Vüsalın oğurluq etməsi ona məlum olmuşdur. Həmçinin ona polis əməkdaşları tərəfindən məlumat verilmişdir ki, Vüsal yaşadığı evin yaxınlığında yerləşən əlil Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etmişdir. Vüsalın Telmanla çox yaxşı münasibəti olmuşdur. Belə ki, Telman əlil olduğundan Vüsal ona köməklik etmişdir. Vüsal və Anar Telmadan əvvəllər də nisyə spirtli içkilər almışlar. O, Telmana onlara nisyə verməməsini, qazanclarının hamısını spirtli içkiyə verdiklərini demişdir. Telmanla danışdıqdan sonra Anarla Vüsalın yenə ona 500 manat borcları olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax rayonunda yaşasa da, Mingəçevir şəhərində “X8”nın yaxınlığında avtomobilləri yuma işi ilə məşğul olur. Ona görə də hər gün Mingəçevir şəhərinə gəlib-gedir. Təqsirləndirilən şəxs onun dayısı oğludur. Onun dayısı oğullarından onunla yaxşı münasibəti olduğundan, qohumlardan ona böyük kimi hörmət edib sözünü edir, onun sözündən çıxmır. Belə ki, kiçik vaxtlarından onlarla birlikdə yaşadığından sonuncu dəfə də Mingəçevirə gələn zaman ona zəng etmişdir. 31.10.2021-ci il tarixdə gecə radələrində dayısının yoldaşı Şahid1 ona zəng edərək Vüsalın spirtli içki içdiyini, evdən çıxıb həyətdə oturduğunu, çöldə başına bir iş gəlməməsi üçün gəlib Vüsalı kəndə, evlərinə gətirməsini demişdir. Gecə saatları olduğundan o, taksi axtarsa da, tapa bilməmişdir. Taksi tapdıqdan sonra Vüsalgilə gəlmiş, lakin Vüsal həyətdə olmamışdır. Sonra o, Vüsala zəng etmiş, Vüsal ona evə çıxmasını, özünün gələcəyini demişdir. O evə qalxdıqdan sonra Dürdanə Vüsal bir qədər əvvəl həyətdəki stolun üzərinə siqaret paketləri tökdüyünü, özünün həmin siqaret paketlərini yığaraq evə gətirdiyini demişdir. Bundan sonra o, Dürdanə ilə birlikdə çölə çıxıb həm Vüsalı axtarmağa, həm də onun siqaretləri haradan oğurlamasını müəyyən etmək üçün gəzməyə başlamışlar. Bir qədər gəzdikdən sonra onlar Vüsalı və onun haradan oğurluq etməsini müəyyən edə bilməmişlər. Sonra Vüsala nə qədər zəng etsələr də Vüsal zənglərə cavab verməmişdir. Evdə olan zaman polis əməkdaşları gəlmişlər. Vüsalın evə gətirdiyi siqaretləri yaxınlıqdakı mağazadan oğurlanması haqqında məlumat vermişlər və Vüsalın oğurlayaq evə gətirdiyi siqaretləri götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 31.10.2021-ci il saat 21:00-dan 01.11.2021-ci il saat 09:00dək olan müddətdə Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri X9 ilə birlikdə 8 saylı xidməti ərazidə piyada marşrut üzrə xidmət aparmışlar. Xidmət apardıqları ərazidə 20 Yanvar küçəsində yerləşən binaların arasında xidmət apardıqdan sonra marşrut üzrə M.Ə.Sabir küçəsi və Şəhriyar küçəsi istiqamətində hərəkət etmişlər. Təxminən saat 01:30 radələrində Şəhriyar küçəsində hərəkətdə olarkən yolun kənarında yerləşən “Xəzri” şərab evindən səs-küy gəldiyini eşitmişlər. O və Şaiq Budaqov həmin əraziyə yaxınlaşan zaman bir nəfər şəxsin oradan qaçaraq uzaqlaşdığını görmüşlər. Həmin şəxs A.Məmmədov küçəsi istiqamətində qaçmağa başlamışdır. O Şaiqlə həmin şəxsin arxasınca qaçaraq eyni zamanda rabitə vasitəsilə bir nəfər özünü şübhəli aparan şəxsin A.Məmmədov küçəsi istiqamətində qaçması haqqında məlumat vermişlər. Daha sonra həmin əraziyə PPXB-nün digər əməkdaşları o, cümlədən avtopatrul gəlmişdir. Həmçinin həmin şəxs qaçarkən üzərindən bir neçə siqaret paketləri düşmüşdür. Həmin şəxs saxlanılarkən üzərində başqa siqaret paketlərinin olduğunu və onları mağazadan oğurladığını bildirmişdir. Sonra həmin şəxsin qaçarkən üzərindən düşürdüyü siqaret paketlərini yerdən götürmüş və üzərində olan siqaret paketləri ilə birlikdə Mingəçevir ŞPŞ-nə gətirmişlər. Orada müəyyən olunmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 15.03.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və onun həmin mağazadan oğurladığı digər siqaret paketləri də oradan aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid6 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid5 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31.10.2021-ci il saat 21:00-dan 01.11.2021-ci il saat 09:00-dək olan müddətdə Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri X9 ilə birlikdə 8 saylı xidməti ərazidə piyada marşrut üzrə xidmət aparmışlar. Xidmət apardıqları ərazidə 20 Yanvar küçəsində yerləşən binaların arasında xidmət apardıqdan sonra marşrut üzrə M.Ə.Sabir küçəsi və Şəhriyar küçəsi istiqamətində hərəkət etmişlər. Təxminən saat 01:30 radələrində Şəhriyar küçəsində hərəkətdə olarkən yolun kənarında yerləşən “Xəzri” şərab evindən səs-küy gəldiyini eşitmişlər. O və Şaiq Budaqov həmin əraziyə yaxınlaşan zaman bir nəfər şəxsin oradan qaçaraq uzaqlaşdığını görmüşlər. Həmin şəxs A.Məmmədov küçəsi istiqamətində qaçmağa başlamışdır. O Şaiqlə həmin şəxsin arxasınca qaçaraq eyni zamanda rabitə vasitəsilə bir nəfər özünü şübhəli aparan şəxsin A.Məmmədov küçəsi istiqamətində qaçması haqqında məlumat vermişlər. Daha sonra həmin əraziyə PPXB-nün digər əməkdaşları o, cümlədən avtopatrul gəlmişdir. Həmçinin həmin şəxs qaçarkən üzərindən bir neçə siqaret paketləri düşmüşdür. Həmin şəxs saxlanılarkən üzərində başqa siqaret paketlərinin olduğunu və onları mağazadan oğurladığını bildirmişdir. Sonra həmin şəxsin qaçarkən üzərindən düşürdüyü siqaret paketlərini yerdən götürmüş və üzərində olan siqaret paketləri ilə birlikdə Mingəçevir ŞPŞ-nə gətirmişlər. Orada müəyyən olunmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 15.03.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və onun həmin mağazadan oğurladığı digər siqaret paketləri də oradan aşkar olunaraq götürülmüşdür. Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri Şahid4 və X7 da Şahid5 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən xüsusastları təsdiq etmişlər. Cinayət işi materiallarında olan 01.11.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən “Xəzri” şərab evinə tikilinin yan pəncərəsini sındırmaqla daxil olaraq mağazada olan dolabın siyirməsindən 216 manat pul və siqaret satışı üçün nəzərdə tutulmuş rəflərə yığılmış vəziyyətdə olan müxtəlif qiymətli və markalı siqaretləri oğurlamışdır. Cinayət işi materiallarında olan 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 14 paket “Davidoff”, 14 paket “Winston kompakt”, 17 paket “İmperial Classic”, 21 paket “PALL MALL”, 7 paket “West”, 9 paket “Winchester kompakt”, 3 paket “Qarabağ”, 5 paket “LD nazik”, 23 paket “Prima blue”, 1 paket “Davidoff nazik”, 1 paket “Kingston nazik”, 5 paket “Winston XS nazik”, 24 paket “Magna nazik”, 39 paket “Rothmans kompakt”, 5 paket “LD kompakt”, 17 paket “Magna kompakt”, 6 paket “Kent nazik mentol”, 19 paket “Winschester nazik”, 12 paket “Senate nazik”, 4 pajket “Kent 8”, 13 paket “Viceroy nazik” markalı siqaretlər və 1 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 5 ədəd 5 manatlıq və 6 ədəd 1 manatlıq əskinzlar olmaqla 171 manat pul maddi sübut kimi tanınaraq qəbzlə mülkiyyətçi Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işi materiallarında olan 22.11.2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 dekabr 2021-ci il tarixli 9/8445 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən müxtəlif markalı siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1554,50 manat müəyyən edilir. O cümlədən həmin siqaretlərin ayrıayrılıqda adları və satış qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin 12 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Xəzri” şərab evinin yan pəncərəsinin şüşəsini mağazanın yaxınlığında tapdığı daş parçası ilə sındırmaqla saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 15 paketinin qiyməti 54 manat olan “Kent 4 nazik”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 22 paketinin qiyməti 79 manat 20 qəpik olan “Kent mentol”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 14 paketinin qiyməti 50 manat 40 qəpik dəyərində “Kent 8”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 8 paketinin qiyməti 28 manat 80 qəpik dəyərində “Kent 1”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olmaqla 4 paketinin qiyməti 14 manat 40 qəpik dəyərində “Kent 4 qalın”, 1 paketinin qiyməti 2 manat 50 qəpik olmaqla 48 paketinin qiyməti 120 manat dəyərində “PALL MALL”, 1 paketinin qiyməti 2 manat 50 qəpik olmaqla 48 paketinin qiyməti 120 manat dəyərində “Rothmans”, 1 paketinin qiyməti 2 manat 60 qəpik olmaqla 20 paketinin qiyməti 52 manat dəyərində “Davidoff compact”, 1 paketinin qiyməti 3 manat 60 qəpik olan 5 paketinin qiyməti 18 manat dəyərində “Davidoff nazik”, 1 paketinin qiyməti 3 manat 90 qəpik olmaqla 9 paketinin qiyməti 35 manat 10 qəpik dəyərində “Sobranie qalın”, 1 paketinin qiyməti 3 manat 90 qəpik olmaqla 28 paketinin qiyməti 109 manat 20 qəpik dəyərində “Sobranie nazik”, 1 paketinin qiyməti 3 manat 90 qəpik olmaqla 20 paketinin qiyməti 78 manat dəyərində “Sobranie compact”, 1 paketinin qiyməti 2 manat 80 qəpik olmaqla 19 paketinin qiyməti 53 manat 20 qəpik dəyərində “LD compact”, 1 paketinin qiyməti 3 manat olmaqla 24 paketinin qiyməti 72 manat dəyərində “LD nazik”, 1 paketinin qiyməti 3 manat 40 qəpik olmaqla 39 paketinin qiyməti 132 manat 60 qəpik dəyərində “Winston XS”, 1 paketinin qiyməti 3 manat 40 qəpik olmaqla 19 paketinin qiyməti 64 manat 60 qəpik dəyərində “Winston compact”, 1 paketinin qiyməti 2 manat 50 qəpik olmaqla 33 paketinin qiyməti 82 manat 50 qəpik dəyərində “Winchester nazik”, 1 paketinin qiyməti 2 manat 50 qəpik olmaqla 9 paketinin qiyməti 22 manat 50 qəpik dəyərində “Winchester compact”, 1 paketinin qiyməti 2 manat olmaqla 42 paketinin qiyməti 84 manat dəyərində “Prima Blue”, 1 paketinin qiyməti 2 manat 20 qəpik olmaqla 59 paketinin qiyməti 40 manat 60 qəpik dəyərində “İmperial classic”, 1 paketinin qiyməti 2 manat 30 qəpik olmaqla 16 paketinin qiyməti 36 manat 80 qəpik dəyərində “WEST”, 1 paketinin qiyməti 2 manat olmaqla 22 paketinin qiyməti 44 manat dəyərində “Magna compact”, 1 paketinin qiyməti 2 manat olmaqla 42 paketinin qiyməti 84 manat dəyərində “Magna nazik”, 1 paketinin qiyməti 2 manat 20 qəpik olmaqla 12 paketinin qiyməti 26 manat 40 qəpik dəyərində “Senate”, 1 paketinin qiyməti 2 manat olmaqla 13 paketinin qiyməti 26 manat dəyərində “Viceroy”, 1 paketinin qiyməti 1 manat 80 qəpik olmaqla 3 paketinin qiyməti 5 manat 40 qəpik dəyərində “Qarabağ”, 1 paketinin qiyməti 2 manat olan “Kingston” markalı olmaqla ümumilikdə 1554 manat 50 qəpik dəyərində siqaretləri və mağazada olan dolabın siyirməsində olan 216 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1770 manat 50 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4. 59.1.12 və 59.1.13-cü maddəsinə, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, cinayət işinə əlavə olunmuş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qardaşı və hüquqi varisi X2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən qardaşına dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının və ailədə yeganə gəlir gətirən şəxs olmasını, uşağın mənafeyini, inkişafını tərbiyə və təsilini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 14 paket “Davidoff”, 14 paket “Winston kompakt”, 17 paket “İmperial Classic”, 21 paket “PALL MALL”, 7 paket “West”, 9 paket “Winchester kompakt”, 3 paket “Qarabağ”, 5 paket “LD nazik”, 23 paket “Prima blue”, 1 paket “Davidoff nazik”, 1 paket “Kingston nazik”, 5 paket “Winston XS nazik”, 24 paket “Magna nazik”, 39 paket “Rothmans kompakt”, 5 paket “LD kompakt”, 17 paket “Magna kompakt”, 6 paket “Kent nazik mentol”, 19 paket “Winschester nazik”, 12 paket “Senate nazik”, 4 pajket “Kent 8”, 13 paket “Viceroy nazik” markalı siqaretlər və 1 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 5 ədəd 5 manatlıq və 6 ədəd 1 manatlıq əskinzlar olmaqla 171 manat pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Vəkil X10 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhəri və Yevlax rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 14 paket “Davidoff”, 14 paket “Winston kompakt”, 17 paket “İmperial Classic”, 21 paket “PALL MALL”, 7 paket “West”, 9 paket “Winchester kompakt”, 3 paket “Qarabağ”, 5 paket “LD nazik”, 23 paket “Prima blue”, 1 paket “Davidoff nazik”, 1 paket “Kingston nazik”, 5 paket “Winston XS nazik”, 24 paket “Magna nazik”, 39 paket “Rothmans kompakt”, 5 paket “LD kompakt”, 17 paket “Magna kompakt”, 6 paket “Kent nazik mentol”, 19 paket “Winschester nazik”, 12 paket “Senate nazik”, 4 pajket “Kent 8”, 13 paket “Viceroy nazik” markalı siqaretlər və 1 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 5 ədəd 5 manatlıq və 6 ədəd 1 manatlıq əskinzlar olmaqla 171 manat pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-44/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-44/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver