Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-44/2023 09.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs– xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümün içərisində təmiz çəkisi 0,940 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Mingəçevir şəhəri, 20 yanvar küçəsinin kəsişməsində yerləşən parkdan keçən zaman saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin çəkidə olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və 1 (bir) ədəd göy rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 3,51 qram və 432,21 qram, ümumi təmiz çəkisi 435,72 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanı satış məqsədi olmadan üzərində gəzdirərək həmin narkotik vasitə qurudulmuş marixuananın 1 (bir) ədəd ağ rəngli kağız bükümündə 3,51 qram olan hissəsini əynindəki qara rəngli cins şalvarın sağ yan cibində 1 ədəd göy rəngli sellofan torbada 432,21 qram olan hissəsini isə sağ əlində saxlayaraq daşımış və 30 sentyabr 2022-ci il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 16 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən və sağ əlində olan göy rəngli sellofan torbadan aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 01 avqust 2022-ci il tarixdə Mingəçevir şəhəri, 20 yanvar küçəsi ilə H.Əliyev prospektinin yaxınlığında yerləşən parkda piyada gəzən zaman fantanın yanında yerdən bir ədəd qara rəngli kağıza bükülmüş büküm tapdı. O, həmin bükümü açıb içərisinə baxdıqda rəngindən və spesifik iyindən narkotik vasitə olan heroin olduğunu başa düşdü və öz şəxsi istifadəsi üçün əynində olan qara rəngli şalvarın sağ yan cibində gizlətdi. Həmin gündən sonra tapdığı narkotik vasitə olan heroindən bir neçə dəfə istifadə etdi və qalanını yenə də əynində olan qara rəngli şalvarın sağ yan cibində istifadə etmək üçün saxladı. Narkotik vasitə olan heroin tapdığı gün axşam saatlarında o, Mingəçevir şəhəri, Heydər Əliyev parkı yaxınlığında Anar adlı tanışı ilə görüşdü. O, Anarın narkotik vasitədən istifadə etdiyini bildiyi üçün haradan narkotik vasitə olan marixuana tapa biləcəyini soruşduqda Anar ona 10 manat pulu olduğunu və Qalib adlı şəxsin vasitəsi ilə narkotik vasitə olan qurudulmuş marixuana tapa biləcəyini dedi. Bundan sonra onlar birgə Mingəçevir şəhəri, Naxçıvan küçəsinə getdilər və Qalibə narkotik vasitə olan qurudulmuş marixuana tapmasını və əldə etdikləri narkotik vasitəni üçü birgə istifadə edəcəyinə razılaşdılar. Qalib onun yanında Anardan 10 manat pul alıb narkotik vasitə olan marixuana tapmaq üçün getdi, lakin bir müddət sonra geri qayıdaraq narkotik vasitə satan şəxsi tapa bilmədiyini bildirdi və Anardan almış olduğu 10 manat pulu geri qaytardı. Daha sonra onlar yaşadıqları ünvana geri qayıtdılar. xx.xx.2022-ci il tarixdə Anar ona zəng vurub Qalibin öz pulundan onlara 10 manata narkotik vasitə olan marixuana aldığını bildirdi. Bundan sonra o, Anarla görüşdü və Anar Qalibə verməyi üçün ona 10 manat pul verdi. xx.xx.2022-ci il tarixdə o, Qaliblə Mingəçevir şəhəri, H.Əliyev prospekti keçmiş mərkəzi poçtun yaxınlığında görüşdülər. Qalib ona narkotik vasitəni verdi. O, Qalibdən aldığı narkotik vasitəni də əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoydu. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, Mingəçevir şəhəri, 20 yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində olan parkın qarşısından keçən zaman Qalibdən aldığı narkotik vasitə qurudulmuş marixuana və xx.xx.2022-ci il tarixdə tapdığı narkotik vasitə olan heroin əynində olan qara rəngli şalvarın sağ yan cibində idi. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldilər. Polis Şöbəsinə gətirildikdən sonra ona X4 vəkil təyin edildi. Bundan sonra onun üzərinə vəkilin iştirakı ilə axtarış keçiriləcəyi izah olundu. O da üzərinə axtarış və baxış keçirilməsinə etiraz etmədi. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirildi. O, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində gizlətdiyi bir ədəd gümüşü rəngli kağız büküm və bir ədəd qara rəngli kağız bükümü təqdim etdi. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilib, polis əməkdaşları tərəfindən qablaşdırılıb götürüldü. Bundan başqa təxminən 8 ay öncə Yevlax rayonunda boş sahədə olarkən sahədə yabanı halda çətənə bikisinin olduğunu görüb həmin yabanı halda bitən çətənə bitkisini sellafon torbaya yığaraq özü ilə Mingəçevir şəhərinə gətirib Mingəçevir şəhəri, sağ sahil Təbriz küçəsi yaxınlığında yerləşən Qarabağ kanalının yaxınlığında heç kimin olmadığı yerdə gizlədərək çətənə bitkisini qurutmağa başladı.Bundan sonra o, bir neçə dəfə həmin qurumuş çətənə bitkisindən Mingəçevir şəhər ərazisində heç kimin olmadığı yerdə istifadə etdi. Çətənə bitkisini qurudub Mingəçevir şəhər ərazisində gizlətdiyini və ara bir istifadə etdiyini heç kimə deməmişdir. Lakin o, hər dəfə Mingəçevir şəhəri Qarabağ kanalı yaxınlığına getdiyi üçün onu kiminsə görüb şübhələnməsindən qorxduğu üçün qurudulmuş çətənə bitkisinin yerini dəyişməyə qərar verdi. Bu məqsəd ilə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, Mingəçevir şəhəri Qarabağ kanalı yaxınlığında gizlətdiyi qurudulmuş çətənə bitkisini gizlətdiyi yerdən götürdü. Məqsədi başqa bir yerdə gizlətmək idi. Həmçinin gizlətməmişdən öncə sellafon torbada gizlətdiyi çətənə bitkisindən bir qədər götürüb kağız bükümə özü istifadə etmək məqsədi ilə götürdü. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, keçmiş uşaq evinin qarşısından piyada keçən zaman bir ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana əynində şalvarın sağ yan cibində, sellafon torba isə əlində idi. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis Şöbəsinə gətirildikdən sonra Mingəçevir şəhər Vəkil Bürosundan X4 ona vəkil təyin edildi. Bundan sonra onun üzərinə baxış keçiriləcəyi izah olundu. O da üzərinə şəxsi axtarış və baxış keçirilməsinə etiraz etmədi. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirildi. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində gizlətdiyi bir ədəd ağ rəngli kağız büküm aşkar olundu və əlində içrəisində olan qurudulmuş marixuana olan sellafon torbanı təqdim etdi. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş büküm və sellafon torba elektron tərəzidə çəkilib, polis əməkdaşları tərəfindən qablaşdırılıb götürüldü. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti, keçmiş mərkəzi poçtun yaxınlığında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. Bundan sonra Qasımov X3 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil X4 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli və bir ədəd qara rəngli kağıza bükülmüş bükümlər aşkar olundu. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş bükümlərə baxış keçirilən zaman gümüşü rəngli kağız bükümdəki kütlənin spesifik iyindən və rəngindən narkotik vasitə olan qurudulmuş marixuana, qara rəngli bükümdə olan kütlənin isə spesifik iyindən və rəngindən narkotik vasitə olan heroin olması müəyyən edildi. Həmin narkotik vasitəyə oxşar kütlələr ayrı ayrılıqda elektron tərəzidə çəkildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini 01 avqust 2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən keçmiş poçt binasının yaxınlığında yerdən tapmasını, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı isə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri ərazisində Qalib adlı şəxsdən 10 manat müqabilində almasını bildirdi. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkilərək, qablaşdırılıb götürüldü. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi keçmiş uşaq xəstəxanasının yaxınlığında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. Bundan sonra Qasımov X3 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi baxış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Daha sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar olundu. Həmçinin Təqsirləndirilən şəxs əlində olan sellafon torbanı könüllü olaraq təqdim etdi.Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş bükümə və sellafon torbaya baxış keçirilən zaman içərisində spesifik iyindən və rəngindən narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən olundu. Eləcə də narkotik vasitəyə oxşar bükümdəki və sellafon torbadakı kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlələr ayrı ayrılıqda elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş bükümdə olan kütlənin ümumi çəkisi 4.86 qram, sellafon torbadakı kütlənin çəkisi isə 450 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və qurudulmuş marixuananı 2 ay öncə Yevlax rayonu ərazisində boş sahədə yabanı halda bitən zaman yığıb qurutduğunu və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirdi. Şahid Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun əməliyyat müvəkkili Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə tanışı Anar və sonradan tanıdığı Faiq onun yaşadığı ünvanın qapısına gəldilər. Anar və Faiq ona narkotik vasitə olan qurudulmuş marixuana tapmağını xahiş etdilər. Anar ona 10 manat verdiki narkotik vasitə tapsın. Bundan sonra onlar birlikdə onun yaşadığı evdən uzaqlaşdılar. O, Anara və Faiqə keçmiş doğum evinin qarşısında gözləməklərini bildirdi. Bundan sonra o, Mingəçevir şəhəri, 2 saylı poliklinikanın həyətində daimi olan şəxsdən narkotik vasitə olan mariuxana almağa getdi. O, həmin adını bilmədiyi şəxsdən əvvəllərdə bir neçə dəfə narkotik vasitə olan marixuana almışdır. Lakin həmin vaxtı həmin şəxs orada yox idi. O, Anar və Faiqin yanına qayıtdı və narkotik satan şəxsin orada olmadığını bildirdi və Anarın ona verdiyini 10 manat pulu özünə geri qaytardı. Bundan sonra Anar və Faiq çıxıb getdilər. Həmin günü axşam saatlarında o, təkcə yenədə həmin ünvana getdi və narkotik satan şəxsi orada gördü. O, özü cibindən özünə məxsus 10 manat pul verib İlham adlı şəxsdən bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı aldı. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, zəng vurub narkotik vasitəni öz cibindən 10 manat pul verib aldığını və görüşüb bir yerdə çəkməklərini, lakin onun maddi durumu yaxşı olmadığı üçün onun 10 manatını geri qyatarmaqlarım dedi. Anar razılaşdı, lakin həmin günü görüşə bilməyəcəyini xx.xx.2022-ci il tarixdə görüşəcəklərini bildirdi. O, razılaşdı. xx.xx.2022-ci il tarixdə Faiq onun istifadəsində olan mobil nömrəyə zəng etdi və Faiqlə Mingəçevir şəhəri, H.Əliyev prospekti keçmiş mərkəzi poçtun yaxınlığında görüşdülər. O üzərində olan bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə olan marixuananı Faiqə verdi. O, Faiqə aldığı marixuanadan bir qədərini istifadə etdiyini, qalan hissəsinin isə onların olduğunu dedi. Faiq isə narkotik vasitə olan marixuanın müqabilində ona 10 manat verdi. O, Anara və Faiqə narkotik vasitə satmamışdır. Sadəcə olaraq birgə istifadə etdikləri üçün narkotik vasitə alıb vermiş və bir qədərini də özü istifafə etmişdir. O, Faiqin ona verdiyi 10 manatı şalvarının sol cibinə qoydu. Həmin günü yəni xx.xx.2022- ci il tarixdə saat 23 radələrində o, Mingəçevir şəhəri, Sənayə parkının yaxınlığından piyada keçən zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 84-85-ci vərəqlərində olan 03 avqust 2022-ci tarixli şəxsi axtarış barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sadə Nokia markalı qara rəngli mobil telefonu, köynəyinin sağ döş cibindən 1 ədəd alışqan və 1 ədəd siqaret, şalvarının sol yan cibindən 1 ədəd şpris, şalvarının sağ yan iç cibindən gümüşü rəngli kağıza bükülmüş bükümü və qara rəngli kağıza bükülmüş bükümü könüllü olaraq təqdim etdi. Təqdim edilən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm açılarkən içərisində olan kütlənin spesifik iyindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması, digər qara rəngli kağıza bükülmüş büküm açılarkən tünd rəngli, spesifik iyli narkotik vasitəheroinə bənzər kütlə olması müəyyən olundu. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş 1 ədəd qara rəngli kağızın içərində olan həmin kütlənin narkotik vasitə olan heroin olmasını, həmin heroini təxminən 3-4 gün bundan əvvəl Mingəçevir şəhəri ərazisində yerləşən Poçtun yanında olan fantanın yanından tapdığını və özünün istifadəsi məqsədi ilə saxladığını bildirdi. Digər 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə olan həmin kütlənin narkotik vasitə olan qurudulmuş-marixuana olmasını, həmin marixuananı bu gün, yəni, xx.xx.2022-ci il tarixdə Mingəçevir ərazisində yerləşən, Poçtun yaxınlığında əvvəllər tanıdığı Qalib adlı şəxsdən 10 manat qarşılığında aldığını, özünün istifadəsi məqsədilə üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli kağıza bükülmüş bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütlənin ümumi çəkisinin 1,06 qram olması, 1 ədəd gümüşü rəngli kağızın içərisində olan bükülmüş büküm ilə birlikdə narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisinin 0,85 qram olması müəyyən edildi. İşin 27-28-ci vərəqlərində olan 30 sentyabr 2022-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əlində olan Forte Fashion yazılı sellofan torbanı təqdim etdi. Sonra onun sol cibindən obranie markalı siqaret qutusu, alışqan, 2 ədəd 20 qəpik, 3 ədəd 10 qəpik, arxa cibindən dəsmal, sağ cibindən isə ağ rəngli kağız büküm aşkar olundu. Sorğu zamanı o, sağ cibindən aşkar olunmuş kağız bükümdə olan kütlənin narkotik vasitə marixuana olduğunu, bir müddət əvvəl Yevlax rayonunda sahədən kol tapıb yığdığını, sonra Sağ sahildə qarabağ kanalın kənarında gözlətdiyini, sonra onun üzərindən bir büküm istifadə etmək üçün götürüb cibinə qoyduğunu dedi. Həmçinin o, sellofan torbada da narkotik vasitə marixuana olduğunu bükümdə olan narkotik vasitə marixuananı da həmin sellofandan götürdüyünü eyni olduğunu, narkotik vasitəni isə gizlətdiyi yeri dəyişmək üçün götürdüyünü, üzərində daşıdığını və Xətai küçəsində keçmiş uşaq xəstəxanasının qarşısında hrəkətdə olarkən polis əməkdaşları tərəfindən ŞPŞ-nə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kağız bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzi ilə çəkildi. Narkotik vasitəyə oxşar kütlənin çəkisinin 4,86 qram olması müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan torbada olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzi ilə çəkildi. Narkotik vasitəyə oxşar kütlənin çəkisinin 0,450 kq(450 qr) olması müəyyən edildi. İşin 35-38-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 17/766 saylı rəyində göstərilir ki, təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki, təmiz çəkisi-432,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-432,21 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 432,16 qram. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi -3,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-3,51 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,46 qram. Təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözlər, adlar və imzalar yazılmış sellofan torbada olan qurudulmuş marixuana və tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş mariuxana tərkiblərinə görə eynidirlər. İşin 118-121-ci vərəqlərində olan məhkəmə kimyəvi-bioloji ekspertizasının 04 avqust 2022-ci il tarixli, 17/607 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki -01 (bir) ədəd giimüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-0,57 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,55 qram. -digər 01 (bir) ədəd gümiişü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,940 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi-0,940 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,890 qram. Marixuana (kannabis) 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısf’na daxildir.(İ siyahı) Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahıs”na daxildir.(İ siyahı) İşin 301-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1825 saylı 02 dekabr 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtyiacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 221-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli, 1470 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən “kanabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümün içərisində təmiz çəkisi 0,940 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Mingəçevir şəhəri, 20 yanvar küçəsinin kəsişməsində yerləşən parkdan keçən zaman saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin çəkidə olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və 1 (bir) ədəd göy rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 3,51 qram və 432,21 qram ümumi təmiz çəkisi 435,72 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanı satış məqsədi olmadan üzərində gəzdirərək həmin narkotik vasitə qurudulmuş marixuananın 1 (bir) ədəd ağ rəngli kağız bükümündə 3,51 qram olan hissəsini əynindəki qara rəngli cins şalvarın sağ yan cibində 1 ədəd göy rəngli sellofan torbada 432,21 qram olan hissəsini isə sağ əlində saxlayaraq daşımış və 30 sentyabr 2022-ci il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ş.l.Xətai küçəsində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 16 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən və sağ əlində olan göy rəngli sellofan torbadan aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 208-210-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cinayətin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən Təqsirləndirilən şəxs əvvəllər də analoji cinayət törətməsinə cəlb olunmasına baxmayaraq yenidən cinayət törətməsini, təkrar cinayət törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 79-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 173-174-cü vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 05 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. İşin 21-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 251-252-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 02 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 4 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli həbs edildiyi vaxtdan, 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbiri ilə əvəz olunmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlən tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,890 qram narkotik vasitə – heroin, 436,17 qram qurudulmuş marixuana məhv edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 108,71 (bir yüz səkkiz manat yetmiş bir qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 360 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 4 (dörd) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun . İş üzrə ekspertiza xərci olan 108,71 (bir yüz səkkiz manat yetmiş bir qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,890 qram narkotik vasitə – heroin, 436,17 qram qurudulmuş marixuana məhv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 360 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-44/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-44/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver