Məhkəmə qərarları › İş №1(051)-44/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-44/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-44/2024 15.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu, Aran qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Yevlax rayonu, Aran qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən, həmin ərazidə yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid1 N2-ci ilin mart ayının ortalarında saat 16 radələrində N nömrəli hərbi hissənin yaxınlığında ona kredit götürmək istədiyini, lakin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına banklar tərəfindən kreditin verilmədiyini bildirdikdən sonra o, Şahid1 bankdan zabitin saxta şəxsi vəsiqəsi əsasında kredit götürməsinə köməklik göstərə biləcəyini bildirib, Şahid1 zabit olmadığını bildiyi halda onun zabit kimi xidmət etməsini təsdiq edən saxta şəxsi vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaq məqsədi ilə belə bir saxta vəsiqələr hazırladığını bildiyi tanışı X6 həmin ərəfədə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində olarkən istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng edərək, Şahid1 bankdan kredit almaq hüququnu verən zabitin saxta şəxsi vəsiqəsini qanunsuz hazırlamağı təklif edib, belə bir vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla və Şahid1 satmaqla bağlı Elnad Mehdiyevlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən o, Şahid1 ona göndərdiyi özünün və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini Elnad Mehdiyevə göndərmiş və beləliklə, N2-ci ilin mart ayının sonlarında istintaqa məlum olmayan ünvanda Elnad Mehdiyevlə birlikdə Şahid1 guya ki, «Heydər Əliyev» adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin 14 iyun 2019-cu il tarixli 204 ş/h nömrəli əmri ilə “leytenant” hərbi rütbəsinin verilməsi və 25 iyun 2019-cu il tarixli 351 ş/h nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölməsinin 2-ci tağımının komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı qeydlər aparılmış, habelə müvafiq vəzifəli şəxslərin adından imza çəkilmiş və saxta möhür əksləri vurulmuş, Şahid1 “leytenant” hərbi rütbəsində fotoşəkli əks olunmuş, sonuncuya zabit kimi bankdan kredit götürmək hüququnu verən “MN” seriyalı, “0050635” nömrəli zabitin saxta şəxsi vəsiqəsini istifadə etmək məqsədi ilə qanunsuz hazırlanmasında Elnad Mehdiyevlə birgə icraçı kimi iştirak etmiş, bundan sonra o, 28 mart N2-ci il tarixdə Şahid1 həmin şəxsi vəsiqənin hazır olduğunu bildirib, həmin tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mingopark” uşaq əyləncə mərkəzinin yaxınlığında Şahid1 ilə görüşərkən, sonuncuya “leytenant” hərbi rütbəsinin əks olunduğu zabitin saxta şəxsi vəsiqəsinin hazır olduğunu, həmin vəsiqədən istifadə edərək "xxxx" QSC-nin Mingəçevir filialından kredit götürə biləcəyini bildirmiş, Şahid1 bankdan 4000 (dörd min) manat kredit götürəcəyini ona dedikdən sonra həmin məbləğdən 700 manatını Elnad Mehdiyevə, 100 manatını isə özünə verməklə bağlı Şahid1 ilə razılaşma əldə edib, sonuncunun istifadəsində olan “Samsung Galaxy A52” markalı mobil telefonuna yerləşdirilmiş ***-***-**-** mobil nömrə ilə "xxxx" QSC-nin Baş Ofisinin ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb, Şahid1 zabit kimi təqdim edib, bankdan 4000 manat kredit götürmək üçün müraciət edəcəyi ilə bağlı bankın nümayəndəsi ilə danışıq aparmış, habelə həmin tarixdə saat 12:20 radələrində saxta “MN” seriyalı, “0050635” nömrəli zabitin şəxsi vəsiqəsinin, Şahid1 şəxsiyyət vəsiqəsinin və "xxxx" ASC-nin Mingəçevir filialı tərəfindən verilmiş Şahid1 əmək haqqının son bir ilinin çıxarışının fotoşəkillərini “WhatsApp” proqramı vasitəsilə "xxxx" QSC-nin Baş Ofisinin ***-***-**-** nömrəsinə göndərmiş, bundan sonra hərəkətlərini davam etdirərək, 28 mart N2-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" QSC-nin Mingəçevir filialının yaxınlığında qeyd olunan saxta “MN” seriyalı, “0050635” nömrəli şəxsi vəsiqəni istifadə etmək məqsədi ilə Şahid1 ümumilikdə 800 manata satmış, Şahid1 həmin saxta şəxsi vəsiqəni götürüb, içərisinə baxaraq orada öz şəklini “leytenant” hərbi rütbəli formada görərək, sənədin saxta olduğunu bilə-bilə bankdan kredit götürmək məqsədi ilə 28 mart N2-ci il tarixdə saat 16:05də "xxxx" QSC-nin Mingəçevir filialına gedib, orada kredit mütəxəssisinə təqdim etdikdən sonra filialla aralarında bağlanmış 28 mart N2-ci il tarixli, 015A********** nömrəli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə 4000 (dörd min) manat kredit götürməyə nail olduqdan və bankdan çıxdıqdan sonra X13 şəhəri, H.Əliyev prospektində Kür çayının körpüsünün yaxınlığında, vərəqlərinin içərisində 700 (yeddi yüz) manat məbləğdə pul vəsaiti olan həmin saxta şəxsi vəsiqəni, törətdiyi cinayətin izini itirməkdən ötrü Şahid1, habelə göstərdiyi xidmət müqabilində 100 manat pulu o, Şahid1 alaraq, «Heydər Əliyev» adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin 14 iyun 2019-cu il tarixli, 204 ş/h nömrəli əmri ilə “leytenant” hərbi rütbəsinin verilməsi və 25 iyun 2019-cu il tarixli 351 ş/h nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölməsinin 2-ci tağımının komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı qeydlər aparılmış, habelə müvafiq vəzifəli şəxslərin adından imza çəkilmiş və saxta möhür əksləri vurulmuş, Tərlan Mirzəğazadənin “leytenant” hərbi rütbəsində fotoşəkli əks olunmuş, sonuncuya zabit kimi bankdan kredit götürmək hüququnu verən “MN” seriyalı, “0050635” nömrəli, qanunsuz hazırladığı şəxsi vəsiqəni istifadə etmək məqsədi ilə Şahid1 satmışdır. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsi ilə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu Aran qəsəbəsində yerləşən hərbi şəhərçikdə yaşayır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin yaxınlığında yerləşən ərazilərdə taksi sürücüsü kimi fəaliyyət göstərir. Şahid1 təxminən N2-ci ilin əvvəllərindən tanıyır. Şahid1 N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. “Eliş”, «Elməddin» kimi müraciət etdiyi Elnad adlı şəxsi təxminən iki il müddətində tanımışdır. İlkin adlı şəxsi isə təxminən N1-ci ilin təxminən ortalarından tanımağa başlamışdır. İlkin adlı şəxsi Yevlax rayonu Xaldan qəsəbəsi ərazisində idarə etdiyi furqon tipli qara rəngli “Mercedes C klass” markalı **-SH- *** dövlət qeydiyyat nişanlı avtomobillə gedərkən yolda əli ilə işarə edib saxlayarkən götürmüşdür. Yolboyu onunla söhbət əsasında İlkin adlı şəxs kredit işinə baxdığını deyərək hazırda xatırlamadığı iki ədəd mobil nömrəsini verərək hərbi qulluqçulardan, tanışlardan kiməsə kredit ehtiyac olduğu zaman onunla əlaqə saxlamağını bildirmişdir. İlkinin həmin nömrələrdən biri səhv etmirsə, Rusiya Federasiyasına aid nömrə digər isə “Bakcell” mobil telefon operatoruna aid, yəni “055” ilə başlayan nömrə olmuşdur. İlkin adlı şəxsi Mingəçevir şəhərində düşürtmüşdür. İlkin təxminən 1,75 metr, bir qədər dolubədənli, 33-34 yaşlarında olmuşdur. N2-ci ilin mart ayının ortalarında N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid1 Müdafiə Nazirliyinin N nömərli hərbi hissənin qarşısında idarə etdiyi “Mercedes C klass” markalı “**-SH-***” dövlət qeydiyyat nişanlı avtomobilə mindikdən sonra, onunla apardığı söhbət əsasında pula ehtiyacı olduğundan kredit götürmək istədiyini, lakin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına kredit verilmədiyini bildirmişdir. O, Şahid1 bankdan kredit götürməsinə köməklik göstərəcəyini, bunun üçün şəxsiyyət vəsiqəsinin və özünün fotoşəklini çəkərək mobil telefonu ilə istifadəsində olan ***-***-**-** nömrəyə «WhatsApp»la göndərməsini istəmişdir. Həmin gün Şahid1 ***-***-**-** nömrəsi ilə şəxsiyyət vəsiqəsinin və özünün fotoşəklini istifadə etdiyi ***-***-**-** nömrəyə göndərmişdir. İlkin adlı şəxs ilə telefonda danışan zaman Şahid1 N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu, bankdan kredit götürmək istədiyini bildirmişdir. Telefon danışığı zamanı X14 şəxsiyyət vəsiqəsinin və özünün fotoşəklini göndərməsini, Şahid1 üçün zabitin saxta şəxsi vəsiqəsini hazırlayacağını demişdir. Şahid1 fotoşəkillərini istifadə etdiyi ***-***-**-** nömrə vasitəsilə İlkinin hazırda xatırlamadığı, səhv etmirsə, Rusiya Federasiyasına aid olan nömrəsinə göndərmişdir. Şahid1 bankdan kredit götürə bilməsi üçün zabitin saxta şəxsi vəsiqəsi hazırlanacağını, həmin saxta vəsiqədən istifadə edərək bankdan kredit götürə biləcəyini demişdir. 28 mart N2-ci il tarixdə saat 10 radələrində Şahid1 ilə birlikdə “Mingopark” yaşayış kompleksinin yaxınlığında İlkin adlı şəxs ilə görüşmüşdür. İlkin adlı şəxs metallik rəngli “Hyundai” markalı avtomobildə olmuş, “Hyundai” markalı avtomobilin qeydiyyat nişanı səvh etmirsə “90” rəqəmi ilə başlamışdır. Şahid1 bankdan 4000 (dörd min) manat pul krediti götürmək istədiyini demişdir. Həmin vaxt Şahid1 bankdan kredit götürmək üçün zabitin saxta vəsiqəsindən istifadə edəcəyini demişdir. Həmin vaxt İlkin və Şahid1 ilə birlikdə kreditin alınması barədə söhbət edərkən, İlkin Şahid1 üçün “leytenant” rütbəli zabitin şəxsi saxta vəsiqəsinin hazır olduğunu bildirmişdir. İlkin həmin vaxt saxta zabit vəsiqəsi əsasında Şahid1 üçün təşkil ediləcək kreditin 25 faizini, yəni 1000 (bir min) manatını ona verəcəyini demişdir. Şahid1 bu barədə məlumat verəndə Tərlan 1000 manata gücü çatmadığını, 700 manat pul verə biləcəyini demişdir. O da İlkinə bu barədə məlumat verəndən sonra İlkin saxta sənəd əsasında kredit götürülməsinə razılıq verilməsi üçün 700 manat götürməyə razılaşmışdır. O da saxta sənəd əsasında kredit götürməsinə köməklik göstərməyi müqabilində Şahid1 100 manat alacağı barədə T.H.Mirzağadənin özü ilə razılaşmışdır. Həmin vaxt İlkinin Şahid1 zabitin saxta vəsiqəsini verəcəyini bilmişdir. İlkin orada zabitin saxta şəxsi vəsiqəsini Şahid1 vermiş, o da həmin zabitin saxta şəxsi vəsiqəsinə baxanda Şahid1 “leytenant” hərbi rütbəsində fotoşəkli olmasını görmüşdür. Sonra İlkin Şahid1 şəxsiyyət vəsiqəsinin və əmək haqqından son bir ilin çıxarışının fotoşəkillərini Şahid1 mobil telefonu vasitəsilə “Access Bank”a göndərmişdir. Bu məsələdə Şahid1 köməklik göstərdikdən sonra Şahid1 “leytenant” hərbi rütbəsi qeyd edilən zabitin saxta şəxsi vəsiqəsini götürərək “Access Bank”ın Mingəçevir filialına daxil olmuşdur. Bankdan kredit götürdükdən sonra Heydər Əliyev prospektində Kür çayının üzərində quraşdırılmış körpünün yaxınlığında 700 manat pulu zabitin saxta şəxsi vəsiqəsi ilə birlikdə İlkinə vermişdir. İlkin hətta kreditin ödəniş cədvəlinə baxaraq bankdan götürülən kreditin həqiqətən də 4000 manat olduğuna əmin olmuşdur. Şahid1 isə saxta şəxsi vəsiqə əsasında kredit götürməsinə köməklik göstərməyi müqabilində ona 100 manat pul vermişdir. Həmin vaxt orada İlkin də olmuşdur. O da Şahid1 ilə birlikdə İlkinə təşəkkürlərini bildirərək sağollaşıb çıxıb getmişlər. Şahid2 və qeyri şəxslərlə birlikdə Tərlandan başqa heç kimə saxta sənəd əsasında kredit təşkil edərək onlara saxta vəsiqə satmamışdır. Lakin kreditə ehtiyacı olan hərbi qulluqçulara Elnadın və İlkinin nömrəsi vermiş və yaxud onlarla telefonunda danışdırmışdır. Bu işlərə görə ona 100-150 manat pul verilmişdir. Həmin pulları da bankdan çıxanda şəxsən verilmiş və ya onun təqaüd kartına göndərilmişdir. Bu cür hallar cəmisi 2-3 dəfə olmuşdur. 28 mart N2-ci il tarixdə İlkin və Şahid1 ilə birlikdə görüşdüyü vaxt yanında əvvəlcə heç kəs olmamış, lakin sonradan Şahid2 onunla görüşərək İlkinin “Hyundai” markalı avtomobilində qarşı oturacaqda, sərnişin tərəfdə oturmuş və təxminən 15 dəqiqə onunla söhbət edərək çıxıb getmişdir. Şahid2 İlkin adlı şəxsi tanıyıb-tanımaması barədə məlumatı yoxdur. Elnadın Şahid1 kredit götürməsi üçün zabitin saxta şəxsi vəsiqəsinin hazırladığı barədə məlumatı olması barədə bilmir. «AccessBank” QSC-nin hər hansı işçisi ilə tanışlığı yoxdur, hər hansı bankın işçisi vasitəsilə saxta sənəd əsasında Şahid1 üçün kredit götürülməsi ilə əlaqədar söhbətlər aparmamışdır. İlkin və Elnad adlı şəxsin "xxxx" QSC-nin hər hansı işçisi ilə tanışlığının olub-olmaması, onların hər hansı bankın içisi ilə Şahid1 üçün kreditin götürülməsi ilə əlaqədar söhbətlər aparıb-aparmaması barədə məlumatı yoxdur. MN № ******* nömrəli “leytenant” hərbi rütbəsinə aid olduğu qeyd edilən saxta şəxsi vəsiqənin İlkin adlı tanışı vasitəsilə Şahid1 üçün hazırlanmasında və Şahid1 həmin şəxsi vəsiqədən istifadə edərək bankdan kredit götürməsinə köməklik göstərmişdir. MN № ******* nömrəli “leytenant” hərbi rütbəsinə və “MN” № “0067781” nömrəli “leytenant” rütbəsinə aid olduğu aid olduğu qeyd edilən şəxsi vəsiqələrin hansı üsulla hazılanması, həmin saxta şəxsi vəsiqənin hazırlanmasında hansı alət və avadanlıqdan, həmçinin möhürlərdən və ştamplardan istifadə edilməsi barədə məlumatı yoxdur. Saxta şəxsi vəsiqənin hazırlanmasında istifadə edilən alət və avadanlığın, həmçinin möhürlər və ştampların harada olması barədə məlumatı olmadığı üçün həmin əşyaları istintaqa təqdim etməyi mümkün deyildir. MN № ******* nömrəli “leytenant” hərbi rütbəsinə aid olduğu qeyd edilən saxta şəxsi vəsiqənin hazırlanmasına və həmin vəsiqənin satılmasında köməklik göstərməkdə məqsədi qazanc əldə etmək olmuşdur. Şahid1 öz və şəxsiyyət vəsiqəsinin fotoşəklini «WhatsApp»-la İlkinin telefon nömrəsinə göndərdiyi vaxt İlkinin Şahid1 üçün zabitin şəxsi saxta vəsiqəsini hazırlayacağını, Şahid1 həmin saxta zabit vəsiqəsindən istifadə edərək bakdan kredit götürəcəyini əvvəlcədən bilmişdir. MN № ******* nömrəli “leytenant” hərbi rütbəsinə aid olduğu qeyd edilən saxta şəxsi vəsiqəni götürüb vərəqləyib içərisinə baxdığı vaxt həmin vəsiqələrin saxta olduğuna bir daha tam əmin olmuşdur. Şahid1 satılan saxta sənədlər istisna olmaqla başqa vaxtlarda saxta hüquq verən və ya vəzifədən azad edən rəsmi sənəddən və digər sənədi saxtalaşdırmamış, hər hansı saxta sənədin saxtalaşdırılmasında iştirak etməmişdir. Əməlindən peşmandır. Hazırda həmin hadisədən uzun müddət vaxt keçmişdir. Hesab edir ki, onun törətdiyi əməlin ictimai təhlükəliliyi aradan qalxmış və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsi ilə onun barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 əvvəllər tanımamışdır. Ona təqdim edilmiş Şahid1 28 mart N2-ci il tarixdə saat 16 radələrində "xxxx" QSC-nin Mingəçevir filialından 4000 (dörd min) manat kredit götürməsi barədə olan kredit sənədlərində “mütəxəssis” bölməsindəki imzaları onun özü çəkmişdir. "xxxx"-da olan qaydaya görə Şahid1 kredit götürmək istəməsi barədə əvvəlcə "xxxx" QSCnin saytına daxil olaraq online qaydada müraciət etmişdir. "xxxx" QSC-nin Baş Ofisindən Şahid1 şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqə və nə qədər əmək haqqı alması barədə hesabından son bir ilin çıxarışı istənilmişdir. Şahid1 də şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqə və nə qədər əmək haqqı alması barədə hesabından çıxarışının fotoşəkillərini onlayn qaydada "xxxx" QSC-nin baş ofisinə göndərmişdir. "xxxx" QSC-nin baş ofisindən kredit götürmək istəyən şəxsin mobil telefon nömrəsinə altı rəqəmli kredit kodu göndərilmişdir. Həmin kredit kodunu da kredit götürmək istəyən şəxs şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqə və nə qədər əmək haqqı alması barədə hesabından çıxarışı da götürərək "xxxx" QSC-nin özünə yaxın olan filialına gətirmişdir. O, şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqə və nə qədər əmək haqqı alması barədə hesabından çıxarışa baxaraq həmin kredit götürmək istəyən şəxsin şəxsiyyəti dəqiqləşdirmiş və kredit götürmək istəyən şəxs Şahid1 kredit kodu istənilmişdir. Bundan sonra aidiyyəti qaydada kredit götürmək istəyən şəxsə əmək haqqına uyğun olan məbləğdə kreditin verilməsi qərara alınmışdır. Bu barədə kredit sənədləri əvvəlcədən "xxxx" QSC-nin Baş Ofisi tərəfindən tərtib edilmişdir. O da müştəriyə göndərilmiş kredit koduna, sənədlərinə baxaraq həmin kredit sənədlərini sistemdən çıxartmışdır. Bundan sonra müştəri kredit sənədlərinə baxaraq imza çəkmişdir. "xxxx" QSC-nin Baş Ofisi tərəfindən əvvəlcədən tərtib edilən həmin sənədlər elektron kredit ərizəsi, kredit müqaviləsi və ödəniş tapşırığı olmuşdur. Həmin sənədlərdə qeyd edilən müştərinin əlaqə nömrəsi də "xxxx" QSC-nin Baş Ofisi tərəfindən əvvəlcədən müştərinin elektron ərizəsinə daxil edilmişdir. Şahid1 elektron ərizəsində də ***-***-**-** nömrəsi qeyd edilmişdir. Şahid1 elektron ərizəsində müştəri ilə əlaqə nömrəsi kimi ***-***-**-** nömrəsi qeyd edilmişdir. Şəxsin şəxsi, yəni hərbi vəsiqə sahibinin həqiqətən də həmin şəxsin olub-olmamasını bank tərəfindən yoxlanılması mümkün olmamışdır. Hərbi qulluqçular, fövqəladə hallar və daxili işlər orqanının işçiləri haqqında olan bazaya bankın çıxışı olmamış, yəni bankda yoxlanılması mümkün olmamışdır. Digər şəxslər barədə isə bankın portallara çıxışı olduğundan, bu barədə yoxlama aparılmışdır. Şahid1 banka təqdim etdiyi şəxsi vəsiqənin həqiqətən də həmin şəxsə aid olub-olmamasını portal vasitəsilə yoxlamaq imkanı olmamışdır. Müddətdən artıq həqiqi hərbi qulluqçulara zaminsiz kredit verilməmişdir, MAHHXHQ heyətinə ancaq zabit və ya hərbi qulluqçu statusunda olmayan digər dövlət işlərində çalışan şəxslərin zaminliyi ilə kredit verilmişdir. Qaydalar tez-tez dəyişdiyindən MAHHXHQ heyətinə zaminsiz kredit verilməsi qaydasının hansı tarixləri əhatə etdiyini xartırlamamışdır. Şahid1 tərəfindən saxta şəxsi, yəni hərbi vəsiqədən istifadə edilərək bankdan kredit götürüləcəyi barədə əvvəlcədən məlumatı olmamışdır. Hər hansı şəxs, həmçinin Şahid1 özü ondan Şahid1 hansısa sənəd, o cümlədən saxta sənəd əsasında kredit verməyi xahiş etməmişdir. 28 mart N2-ci il tarixdə saat 16 radələrində Şahid1 "xxxx" QSC-nin Mingəçevir şəhər filialından 4000 (dörd min) manat kredit götürmək üçün bankda ona saxta şəxsi, yəni hərbi vəsiqə təqdim edərkən o, həmin sənədin saxta olduğundan şübhələnməmişdir. Şahid1 banka təqdim etdiyi şəxsi vəsiqədə olan möhürlərdən, yazılardan, şəkildən və vəsiqənin digər rekvizitlərindən həmin sənədin saxta olduğunu müəyyənləşdirmək mümkün olmamış, şəxsi vəsiqə əslinə çox oxşamışdır. Digər vaxtlartda saxta sənəddən istifadə edilərək bankdan kredit götürülməsi halı ilə qarşılaşmamışdır. Şahid1 "xxxx" QSC-nin Mingəçevir şəhər filialından 4000 (dörd min) manat kredit götürmək üçün istifadə etdiyi saxta şəxsi vəsiqəni kimin və ya kimlərin hazırlaması, hansı avadanlıqlardan istifadə edilməsi barədə məlumatı olmamışdır. Köhnə “Mercedes Benz E 190” markalı avtomobilin sürücüsü Orxan adlı taksi fəaliyyəti ilə məşğul olan şəxsi, ağ rəngli “Hyundai” markalı avtomobilin sürücüsü və onun yanında oturan şəxsi tanımır. "xxxx" QSC-dən təqdim edilmiş DVD-R diskdə olan videofaylda görünən 28 mart N2-ci il tarixdə saat 16 radələrində "xxxx" QSC-nin Mingəçevir filialının binasında 7-ci sırada oturan bankın işçisi onun özü olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, "xxxx"-da olan qaydaya görə Şahid1 kredit götürmək istəməsi barədə əvvəlcə "xxxx" QSCnin saytına daxil olaraq online qaydada müraciət etmişdir. "xxxx" QSC-nin Baş Ofisindən Şahid1 şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqə və nə qədər əmək haqqı alması barədə hesabından son bir ilin çıxarışı istənilmişdir. Şahid1 də şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqə və nə qədər əmək haqqı alması barədə hesabından çıxarışının fotoşəkillərini onlayn qaydada "xxxx" QSC-nin baş ofisinə göndərmişdir. "xxxx" QSC-nin baş ofisindən kredit götürmək istəyən şəxsin mobil telefon nömrəsinə altı rəqəmli kredit kodu göndərilmişdir. Həmin kredit kodunu da kredit götürmək istəyən şəxs şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqə və nə qədər əmək haqqı alması barədə hesabından çıxarışı da götürərək "xxxx" QSC-nin özünə yaxın olan filialına gətirmişdir. O, şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqə və nə qədər əmək haqqı alması barədə hesabından çıxarışa baxaraq həmin kredit götürmək istəyən şəxsin şəxsiyyəti dəqiqləşdirmiş və kredit götürmək istəyən şəxs Şahid1 kredit kodu istənilmişdir. Bundan sonra aidiyyəti qaydada kredit götürmək istəyən şəxsə əmək haqqına uyğun olan məbləğdə kreditin verilməsi qərara alınmışdır. Bu barədə kredit sənədləri əvvəlcədən "xxxx" QSC-nin Baş Ofisi tərəfindən tərtib edilmişdir. O da müştəriyə göndərilmiş kredit koduna, sənədlərinə baxaraq həmin kredit sənədlərini sistemdən çıxartmışdır. Bundan sonra müştəri kredit sənədlərinə baxaraq imza çəkmişdir. "xxxx" QSC-nin Baş Ofisi tərəfindən əvvəlcədən tərtib edilən həmin sənədlər elektron kredit ərizəsi, kredit müqaviləsi və ödəniş tapşırığı olmuşdur. Həmin sənədlərdə qeyd edilən müştərinin əlaqə nömrəsi də "xxxx" QSC-nin Baş Ofisi tərəfindən əvvəlcədən müştərinin elektron ərizəsinə daxil edilmişdir. Şahid1 elektron ərizəsində də ***-***-**-** nömrəsi qeyd edilmişdir. Şahid1 elektron ərizəsində müştəri ilə əlaqə nömrəsi kimi ***-***-**-** nömrəsi qeyd edilmişdir. Şəxsin şəxsi, yəni hərbi vəsiqəsinin sahibinin həqiqətən də həmin şəxs olub-olmamasını bank tərəfindən yoxlanılması mümkün olmamışdır. Hərbi qulluqçular, fövqəladə hallar və daxili işlər orqanının işçiləri haqqında olan bazaya bankın çıxışı olmamış, yəni bankda yoxlanılması mümkün olmamışdır. Digər şəxslər barədə isə bankın portallara çıxışı olduğundan bu barədə yoxlama aparılmışdır. Şahid1 banka təqdim etdiyi şəxsi vəsiqənin həqiqətən də həmin şəxsə aid olub-olmamasını bankın portal vasitəsilə yoxlamaq imkanı olmamışdır. Müddətdən artıq həqiqi hərbi qulluqçulara zaminsiz kredit verilməmişdir, MAHHXHQ heyətinə ancaq zabit və ya hərbi qulluqçu statusunda olmayan digər dövlət işlərində çalışan şəxslərin zaminliyi ilə kredit verilmişdir. Qaydalar tez-tez dəyişdiyindən MAHHXHQ heyətinə zaminsiz kredit verilməsi qaydasının hansı tarixləri əhatə etdiyini xartırlamamışdır. Şahid1 tərəfindən saxta şəxsi, yəni hərbi vəsiqədən istifadə edilərək bankdan kredit götürüləcəyi barədə əvvəlcədən məlumatı olmamışdır. Hər hansı şəxs, həmçinin Şahid1 özü ondan Şahid1 hansısa sənəd, o cümlədən saxta sənəd əsasında kredit verməyi xahiş etməmişdir. 28 mart N2-ci il tarixdə saat 16 radələrində Şahid1 "xxxx" QSC-nin Mingəçevir şəhər filialından 4000 (dörd min) manat kredit götürmək üçün bankda ona saxta şəxsi, yəni hərbi vəsiqə təqdim edərkən o, həmin sənədin saxta olduğundan şübhələnməmişdir. Şahid1 banka təqdim etdiyi şəxsi vəsiqədə olan möhürlərdən, yazılardan, şəkildən və vəsiqənin digər rekvizitlərindən həmin sənədin saxta olduğunu müəyyənləşdirmək mümkün olmamış, şəxsi vəsiqə əslinə çox oxşamışdır. Digər vaxtlartda saxta sənəddən istifadə edilərək bankdan kredit götürülməsi halı ilə qarşılaşmamışdır. Şahid1 "xxxx" QSC-nin Mingəçevir şəhər filialından 4000 (dörd min) manat kredit götürmək üçün istifadə etdiyi saxta şəxsi vəsiqəni kimin və ya kimlərin hazırlaması, hansı avadanlıqlardan istifadə edilməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, kredit götürmək istəsə də banklar tərəfindən müddətdən artıq həqiqi hərbi qulluqçu heyətinə kredit verilmədiyini öyrənmişdir. O, N nömrəli hərbi hissədə xidmət etdiyi vaxt N2ci ilin mart ayının 15-16-da saat 16 radələrində gümüşü metallik rəngli köhnə “Mercedes Benz E 190” markalı qeydiyyat nişanını və telefon nömrəsini bilmədiyi avtomobilin sürücüsü özünü Orxan adı ilə təqdim edən taksi fəaliyyəti ilə məşğul olan şəxs onun kredit götürmək istədiyini bilərək bu məsələdə ona köməklik göstərə biləcəyini, bunun üçün fotoşəklini çəkib göndərməsini, kredit götürməyə köməklik göstərməsi müqabilində 1000 manat pul verməli olduğunu desə də, sonda 800 manat pulun verilməsi barədə razılaşmışlar. Orxandan nəyə görə şəklini istədiyini soruşsa da, Orxan ona bu barədə sonra deyəcəyini bildirmişdir. O, həmin gün öz şəklini çəkib (051) ***-**-** nömrəsindən Orxanın istifadə etdiyi xatırlamadığı mobil telefon nömrəsinə “WhatsApp”la göndərmişdir. Ertəsi gün saat 19 radələrində Mingəçevir şəhəri “Minqopark” uşaq əyləncə mərkəzinin yaxınlığında Orxan adlı şəxs ilə görüşərkən Orxan ona saxta “leytenant” hərbi rütbəsinin əks olunduğu şəxsi vəsiqəni hazırlatdıracağını bildirmiş, fotoşəklini Orxana göndərdikdən 2-3 gün sonra 18-19 mart N2-ci il tarixdə Orxan ona saxta vəsiqənin hazır olduğunu, həmin saxta vəsiqəni götürüb "xxxx" QSC-nin Mingəçevir şəhər filialından kredit götürə biləcəyini demişdir. 27 mart N2-ci il tarixdə istifadə etdiyi (051) ***-**-** nömrəsi ilə Orxan adlı şəxsin mobil telefonuna zəng vuraraq sabah banka gedə biləcəyini demişdir. O, 28 mart N2-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri “Minqopark” uşaq əyləncə mərkəzinin yaxınlığında Orxan adlı şəxslə, ağ rəngli “Hyundai” markalı kuzovu sedan tipli avtomobilin sürücüsünün yanında oturan, sonradan Şahid2 olduğunu bildiyi özünü “Eliş” kimi təqdim edən şəxs ilə görüşmüş, özünü “Eliş” kimi təqdim edən şəxs ona saxta “leytenant” hərbi rütbəsinin əks olunduğu şəxsi vəsiqənin hazır olduğunu, bunun müqabilində onun 800 manat pul verəcəyini, onun həmin saxta vəsiqədən istifadə edərək "xxxx" QSC-nin Mingəçevir filialından kredit götürə biləcəyini demişdir. O, bankdan 4000 (dörd min) manat kredit götürmək istədiyini bildirdikdən sonra, özünü “Eliş” kimi təqdim edən şəxs onun “Samsung Galaxy A52” markalı mobil telefonunu götürüb həmin telefonda olan ***-***-**-** nömrəsi vasitəsilə AccessBank” QSC-yə zəng vuraraq özünü “Şahid1” kimi təqdim edərək guya zabit olduğunu bildirib bankdan 4000 manat kreditin götürülməsi barədə söhbət aparıb saxta “MN № 0050635” nömrəli zabitin şəxsi vəsiqəsinin, onun şəxsiyyət vəsiqəsinin və "xxxx" ASC-nin Mingəçevir filialı tərəfindən verilmiş əmək haqqının son bir ilinin çıxarışının şəkillərini çəkərək “WhatsApp” proqramı vasitəsilə "xxxx" QSC-nin Baş Ofisinə göndərmişdir. O, “Eliş”, Orxan və “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsünün yanında 30-40 dəqiqə müddətində olmuşdur. 28 mart N2-ci il tarixdə saat 15 radələrində aralarında olan razılığa əsasən o, özünü Orxan, “Eliş” və “Hyundai” markalı avtomobilin tanımadığı sürücüsü ilə Mingəçevir şəhərində uşaq əyləncə yeri olan “Minqopark”ın yaxınlığında yenidən görüşmüşdür. “Eliş”, Orxan və “Hyundai” markalı avtomobilin tanımadığı sürücüsü ilə bir saat ərzində həmin avtomobildə bir yerdə oturmuşdur. Orxan avtomobildən düşərək siqaret çəkmək üçün küknar ağaclarının olduğu istiqamətə getmişdir. 28 mart N2-ci il tarixdə saat 16 radələrində "xxxx" QSC-nin Mingəçevir filialının qarşısında bankın 40-50 metr yaxınlığında sürücünün yanında oturan “Eliş” maşından düşmədən həmin avtomobilin içərisində ona MN seriyalı ******* nömrəli saxta zabitin şəxsi vəsiqəsini təqdim edərək, həmin filialın binasına daxil olan kimi "xxxx" QSC-nin Baş Ofisinin xidməti nömrəsinə zəng vurub filialın hansı işçisinə yaxınlaşması barədə danışmasını, kredit götürdükdən sonra saxta vəsiqəni 800 manat ilə birlikdə qaytarmasını, maşında gözləyəcəyini bildirmişdir. O, razılaşaraq MN seriyalı ******* nömrəli həmin vəsiqəni götürüb içərisinə baxanda özünün şəklini “leytenant” hərbi rütbəsində görərək, özünün zabit deyil, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu heyətindən olduğundan həmin vəsiqənin saxta olduğunu bilərək, saxta şəxsi vəsiqədən istifadə edib "xxxx" QSC-nin Mingəçevir filialından kredit götürə biləcəyi ona məlum olmuşdur. Onun özünün saxta olmayan şəxsi vəsiqəsi isə AD № ******* nömrəli olmuşdur. O, "xxxx" QSC-nin Mingəçevir filialından kredit götürdükdən sonra həmin banka kredit üzrə aylıq ödənişləri ödəmək fikri olmuşdur, sadəcə olaraq saxta şəxsi vəsiqədən istifadə edərək həmin bankdan kredit götürməyə nail olmaq istəmişdir. O, MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsi qeyd edilən saxta şəxsi vəsiqəni götürərək "xxxx" QSC-nin Mingəçevir şəhər filialının inzibati binasına daxil olmuşdur. O, bankın sonradan Şahid3 olduğunu bildiyi qadın mütəxəssisinə yaxınlaşaraq 4000 (dörd min) manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. Həmin qadın ona sənədləri təqdim etməsini demişdir. O, MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsi qeyd edilən saxta şəxsi vəsiqəni qadın mütəxəssisə təqdim etmişdir. Qadın saxta şəxsi vəsiqəyə baxaraq, saxta şəxsi vəsiqəni və onun şəxsiyyət vəsiqəsini götürüb surətlərini çıxartmış, əvvəlcədən "xxxx"-ın Mingəçevir filialından götürdüyü əmək haqqı kartından son bir ilin çıxarışını da həmin mütəxəssisə təqdim etmişdir. Qadın mütəxəssis kredit sənədlərini tərtib etdikdən sonra o, həmin sənədləri şəxsən imzalamışdır. Qadın mütəxəssis ona qəbz verib bankın birinci mərtəbəsində olan kassaya göndərmişdir. 40 manat komissiya haqqı çıxıldıqdan sonra kassadan ona 3960 manat pul verilmişdir. Beləliklə də, o, əvvəlcədən saxta olduğunu bildiyi MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsi qeyd edilən şəxsi vəsiqəni "xxxx" QSC-nin Mingəçevir şəhər filialına təqdim edib özünü zabit kimi qələmə verərək həmin bankdan 36 ay müddətinə 4000 manat məbləğində kredit götürməyə nail olmuşdur. Kredit üzrə əsas borc və faiz ilə birlikdə hər ay 154 manat ödəniş etməli olmuşdur. O, kreditin pulunu bankın kassasından götürdükdən sonra bankdan bayıra çıxıb MN № ******* nömrəli “leytenant” hərbi rütbəsi qeyd edilən saxta şəxsi vəsiqəni Mingəçevir şəhəri Heydər Əliyev prospektində Kür çayının körpüsünün yaxınlığında ağ rəngli “Hyundai” markalı maşında sürücünün yanında oturan “Eliş”ə qaytarmışdır. Həmin MN № ******* nömrəli “leytenant” hərbi rütbəsi qeyd edilən saxta şəxsi vəsiqə hazırda onda olmadığına görə həmin vəsiqənin sonrakı taleyi barədə məlumatı yoxdur. Ona təqdim edilmiş kredit sənədlərində “müştəri” və “ərizəçi” bəndlərində olan imzalar onun özü tərəfindən icra edilmişdir. Bankdan kredit götürməmişdən əvvəl həmin MN seriyalı ******* nömrəli şəxsi vəsiqənin saxta olduğunu bilmişdir. MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsinə aid olduğu qeyd edilən saxta şəxsi vəsiqədən birdəfəlik istifadə etmək niyyəti olmuşdur. Kredit üzrə iki dəfə ödəniş aparsa da, sonradan maddi çətinliyi ucbatından həmin kredit üzrə ödənişləri davam etdirə bilməmişdir. MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsinə aid olduğu qeyd edilən saxta şəxsi vəsiqənin hansı üsulla hazılanması, həmin saxta şəxsi vəsiqənin hazırlanmasında hansı alət və avadanlıqdan, həmçinin möhürlərdən və ştamplardan istifadə edilməsi, həmin alət və avadanlığın, həmçinin möhürlərin və ştampların harada olması barədə məlumatı olmamışdır. Saxta zabitin şəxsi vəsiqəsinin hazırlanmasında iştirak etməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid2 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən N0-ci ildən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin yaxınlığındakı ərazilərdə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs bundan başqa hərbi qulluqçulara sələmə pul verməklə tanımış və Təqsirləndirilən şəxsla birlikdə onun tanışı hərbi qulluqçulara sələmə pul vermişdir. X2 tanımır. Onlarla arasında düşmənçilik, mübahisə, ədavət və ya qohumluq münasibətləri yoxdur. 22 yanvar N1-ci il tarixdə X7 tanışı Təqsirləndirilən şəxs vasitəçiliyi ilə Şəmkir rayonunda yerləşən "xxxx" ASC-nin filialından saxta zabit vəsiqəsi əsasında 14500 manata kredit götürməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla və S.Əhmədova həmin tarixdə telefon danışıqlarının olması barədə isə hərbi qulluqçulara sələmə pul verdiyi üçün zəng edərək bu barədə Təqsirləndirilən şəxsla danışaraq Şəmkir rayonuna getmişdir. ***- ***-**-** mobil nömrəsi Kənan Hüseynovun adına rəsmiləşsə də, həmin mobil nömrəni 2019-cu ildən istifadə etmişdir. O cümlədən tünd yaşıl-göy rəngli furqon tipli “Mercedes C klass” markalı nəqliyyat vasitəsini idarə edən Mingəçevir şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Orxan adlı şəxsi iki ilə yaxın müddət ərzində tanıyır. Tanıdığı Orxanın “Mercedes 190” markalı nəqliyyat vasitəsi olmamışdır. Orxanın nömrəsi ***-***-**-**-dir, Yevlax rayonu Aran qəsəbəsi ərazisində yaşayır. Orxanın nəqliyyat vasitəsinin qeydiyyat nişanını bilmir. Orxanla bəzi vaxtlarda Mingəçevir və Gəncə şəhərlərində görüşmüşdür. Ona tanışları “Eliş” deyərək müraciət etmişlər. N2-ci ilin soyuq aylarından birində xatırlamadığı ayda və gündə Mingəçevir şəhərində tanışı Orxanın yanında təsadüfən olarkən, orada Şahid1 görmüşdür. Həmin vaxt Orxanla Şahid1 yanında 15-20 dəqiqə müddət ərzində olmuşdur. Orxanla Şahid1 arasında saxta sənəddən istifadə edilərək kreditin götürülməsi faktı barədə məlumatı olmamışdır. Həmin vaxt hava soyuq olduğu üçün o, ağ rəngli “Hyundai” markalı sedan tipli nəqliyyat vasitəsinin sürücüsünün yanında oturmuşdur. Həmin nəqliyyat vasitəsi Mingəçevir şəhərinin hansı hissəsində olduğunu xatırlamamışdır. Nəqliyyat vasitəsinin sürücüsünü tanımır. O, hər hansı saxta sənədi hazırlamamış, saxta sənədi Şahid1 adından "xxxx"a göndərməmiş, Şahid1 üçün kreditin götürülməsi ilə əlaqədar danışıqlar aparmamışdır. Şahid1 üçün saxta sənəd hazırlanmasında köməklik göstərməmiş, bunun üçün hər hansı məbləğdə pul istəməmiş və götürməmişdir. Onun barəsində əvvəllər Tərtər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respubublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi istintaq olunmuş, həmin iş aidiyyəti üzrə Saatlı rayon polis şöbəsinə göndərilmiş, Saatlı rayon məhkəməsinin 17 may N2-ci il tarixli hökmü ilə onun barəsində Azərbaycan Respubublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək bir il yarım müddətinə islah işləri cəzası təyin edilsə də, həmin hökmdən Şirvan apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid5 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid5 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, o, 1992-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Müdafiə Nazirinin 12 mart 2016cı il tarixli əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kafedra rəisinin müavini-silsilə rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2017-ci il tarixli əmri ilə ona “polkovnik” hərbi rütbəsi verilmişdir. N1-ci ilin avqust ayından N2-ci ilin iyul ayınadək Pakistan İslam Respublikasının Hərbi Akademiyasında kursda olmuşdur. Təxminən bir il yarım müddət ərzində Heydər Əliyev adına Hərbi İnstitutun rəisinin sərəncamındadır. MN seriyalı ******* nömrəli şəxsi vəsiqə onun özünə məxsusdur. Həmin MN seriyalı ******* nömrəli şəxsi vəsiqə ona 17 avqust 2017-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən verilmişdir. MN seriyalı ******* nömrəli şəxsi vəsiqənin ona verilməsi barədə 19 iyul 2017-ci il tarixdə MN0050635 nömrəli “Zabitin şəxsi vəsiqəsi” blankı ayrılmışdır. MN seriyalı ******* nömrəli şəxsi vəsiqə hazırda ondadır. Şahid1 tanımır, belə bir şəxs barədə ifadəsi alınan zaman ilk dəfə eşitmişdir. İfadəsi alınan zaman Şahid1 istifadə etdiyi MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsinin əks olunduğu zabit heyətinə aid saxta şəxsi vəsiqənin surətləri ona təqdim edilmişdir. MN seriyalı ******* nömrəli şəxsi vəsiqə ona aid olsa da, Şahid1 istifadə etdiyi saxta şəxsi vəsiqəyə MN seriyası və ******* nömrəsinin kimin tərəfindən qoyulması barədə məlumatı olmamışdır. MN seriyalı ******* nömrəli şəxsi vəsiqənin əsli “leytenant” rütbəli şəxsə aid deyil, “polkovnik” rütbəli şəxsə, yəni onun özünə aiddir. Onun MN seriyalı ******* nömrəli şəxsi vəsiqəsi saxta deyil, əslidir. Şahid1 istifadə etdiyi MN seriyalı ******* nömrəli saxta şəxsi vəsiqədə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin gerbli möhür çıxarımının əksləri vurulmuşdur. Onun əsil MN seriyalı ******* nömrəli şəxsi vəsiqəsinə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin gerbli möhür çıxarımının əksləri vurulmuşdur. Şahid1 istifadə etdiyi saxta şəxsi vəsiqəyə təsadüfi olaraq MN seriyası və ******* nömrəsi qoyularaq saxta şəxsi vəsiqə hazırlanmışdır. Şahid1 tanımadığından həmin şəxsin 28 mart N2-ci il tarixdə saat 16 radələrində bilə-bilə MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsinin əks olunduğu zabit heyətinə aid saxta şəxsi vəsiqədən istifadə edərək "xxxx" QSC-nin Mingəçevir şəhər fililalından 4000 (dörd min) manat kredit götürməsi barədə də heç bir məlumatı olmamışdır. Ümumiyyətlə, onun Tərlan Mirzağadənin saxta şəxsi vəsiqədən istifadə edərək bankdan kredit götürməsi məsələsinə heç bir aidiyyəti olmamışdır. O, heç vaxt saxta şəxsi vəsiqə, həmçinin digər saxta sənəd hazırlamamış və saxta vəsiqədən istifadə etməmişdir. Həmçinin həmin saxta şəxsi vəsiqənin hansı formada, hansı avadanlıqlardan və möhürlərdən istifadə edilərək, hansı şəxs və ya şəxslər tərəfindən hazırlanması barədə də məlumatı olmamışdır. Saxta vəsiqədən istifadə edilməsi faktı barədə ifadəsi alınan zaman ilk dəfə eşitmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.N2-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 ağ “Hyundai” markalı avtomobilin sürücüsünün yanında oturan şəxsdən MN № ******* nömrəli “leytenant” hərbi rütbəsinə aid olduğu qeyd edilən saxta şəxsi vəsiqəni götürdüyü və "xxxx" QSC-nin Mingəçevir şəhər filialından kredit götürdükdən sonra həmin saxta şəxsi vəsiqəni qaytardığı yer "xxxx" QSC-dən 50 metr məsafədə, Üzeyir Hacıbəyov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerə yaxın, Heydər Əliyev prospektindən "xxxx" QSC-nin Mingəçevir şəhər fililalı istiqamətində Üzeyir Hacıbəyov küçəsinə dönən yerə, yəni künc hissəyə yaxın ərazidir. Üzeyir Hacıbəyov küçəsində olan asfalt yolun eni 10 metrdir. Üzeyir Hacıbəyov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerə yaxın ərazidə asfalt yolun kənarında “təhlükəsiz şəhər kameraları”nın (TŞK) və digər müşahidə kamerasının olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.N2-ci il tarixli DVD-R diskə baxış protokolundan görünür ki, Şahid1 28 mart N2-ci il tarixdə saat 16 radələrində "xxxx" QSC-nin Mingəçevir filialının binasına daxil olaraq bankın işçisi Şahid3 olduğu 7-ci sıraya yaxınlaşıb saxta MN seriyalı ******* nömrəli şəxsi vəsiqəni təqdim edərək kredit sənədlərinə imza çəkib bankın kassasından kreditin pulunu götürərək filialın binasını tərk etmişdir. Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin təqdim etdiyi sənədlərdən görünür ki, Şahid1 28 mart N2-ci il tarixdə saat 16:05-də 4000 (dörd min) manat kredit götürmək üçün həmin bankın Mingəçevir filialına təqdim etdiyi şəxsi vəsiqə MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsinə aid olduğu qeyd edilən şəxsi vəsiqədir. Cinayət işinin materiallarında olan Şahid1 şəxsi vəsiqəsindən görünür ki, ona 25 dekabr N0-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən AD seriyalı ******* nömrəli müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə aid olan şəxsi vəsiqə verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 30 noyabr N2-ci il tarixli 1/5786 nömrəli məktubunda göstərilmişdir ki, MN0050635 nömrəli “Zabitin şəxsi vəsiqəsi” blankı 19 iyul 2017-ci il tarixdə Heydər Əliyev adına Hərbi İnstitutun rəisinin sərəncamında olan polkovnik Şahid5 ayrılmışdır. Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin xx.xx.N2-ci il tarixli məktubunda göstərilmişdir ki, Şahid1 "xxxx" QSC-dən götürdüyü xx.xx.N2-ci il tarixli kredit öhdəliyi üzrə (Kredit Müqaviləsi 015A**********) zamin götürülməmişdir. Şahid1 kredit götürmək üçün AccessBank” QSC-yə məxsus +**********25 nömrəyə zəng etmişdir. Bank tərəfindən ətraflı məlumat verildikdən sonra Şahid1 +**********44 nömrədən "xxxx" QSC-yə məxsus +**********51 «WhatsApp» nömrəsinə şəxsiyyət vəsiqəsi, şəxsi vəsiqəsini və əmək haqqı barədə son bir ilin Çıxarışını təqdim etmişdir. OTP kod "xxxx" QSC-yə məxsus +**********25 nömrədən Şahid1 +**********44 nömrəsinə SMS (mesaj) vasitəsilə göndərilmişdir. "xxxx" QSC tərəfindən Şahid1 kredit onlayn qaydada verilən zaman onunla yalnız +**********44 nömrə ilə əlaqə saxlanılmışdır. Cinayət işinin materiallarında olan WhatsApp fotoşəkillərindən görünür ki, Şahid1 istifadəsində olan +**********44 nömrə vasitəsilə xx.xx.N2-ci il tarixdə saxta MN seriyalı ******* nömrəli “leytenant” hərbi rütbəsi əks olunmuş şəxsi vəsiqənin, şəxsiyyət vəsiqəsinin fotoşəkillərini və əmək haqqı barədə son bir ilin Çıxarışının fotoşəkillərini "xxxx" QSC-yə göndərmişdir. Cinayət işinin materiallarında olan Şahid1 ərizəsindən və ödəniş cədvəlindən görünür ki, Şahid1 xx.xx.N2-ci il tarixdə "xxxx" QSC-nin Mingəçevir filialından 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Cinayət işinin materiallarında olan 19 dekabr N2-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 27-xx.xx.N2, xx.xx.N2 və xx.xx.N2-ci il tarixlərdə Şahid1 istifadə etdiyi ***-***-**-** nömrəsindən X4 adına qeydiyyata alınmış ***-***-**-** nömrəsinə, həmçinin xx.xx.N2-ci il tarixdə Şahid1 istifadə etdiyi ***-***-**-** nömrəsindən "xxxx" QSC-yə məxsus ***-***-**-** və ***-***-**-** nömrələrinə zənglərin getdiyi və zənglərin gəldiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmasının aparılması haqqında xx.xx.N3-cü il tarixli protokoldan görünür ki, özünü “Eliş” kimi təqdim edən Şahid2 fotoşəkli Şahid1 tanınmaya təqdim edilmiş, Şahid1 Şahid2 fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan xx.xx.N3-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 və qeyriləri ilə birlikdə Samir Əhmədov və Şahid1 başqa digər şəxslərə hüquq verən rəsmi saxta zabitin şəxsi vəsiqələrini sənədi hazırlaması faktı öz təsdiqini tapmadığından qeyd edilən xüsusatla bağlı Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs xx.xx.N1-ci il tarixdə X1 hüquq verən rəsmi sənəd olan şəxsi vəsiqəni satması faktı ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar olaraq bəraətverici əsaslar olmadan cinayət işinin həmin hissəsinə hissəvi xitam verilməklə Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmiş, cinayət işindən X15, Şahid2, X8 və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə hüquq verən rəsmi sənəd olan şəxsi vəsiqənin istifadə edilməsi məqsədi ilə saxtalaşdırılmaqla, qanunsuz hazırlanıb satılması faktı ilə əlaqədar CM-nin 320.1-ci maddəsi ilə cinayət işinin ayrılması haqqında ayrıca qərarın qəbul edilməsi qərara alınmış, X7 “leytenant” rütbəsində fotoşəkli yapışdırılmış “MN” seriyalı, “0067781” nömrəli saxta şəxsi vəsiqənin kserosurətini, Şahid1 “leytenant” hərbi rütbəsində fotoşəkli yapışdırılmış “MN” seriyalı “0050635” nömrəli saxta şəxsi vəsiqənin kserosurəti, həmçinin istintaq hərəkətlərinin protokollarına əlavə olunmuş xx.xx.N1-ci il tarixli, BPM **********18 nömrəli kredit müqaviləsinin kserosurəti, 28 mart N2ci il tarixli 015A********** nömrəli kredit müqaviləsinin kserosurəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.N3-cü il tarixli cinayət işindən başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, hazırki cinayət işindən CM-nin 320.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.N3–cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il tarixdə doğulmuş Fərid adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Yevlax şəhər İHB-nın Aran qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yerli İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. X3 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Beləliklə, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs Yevlax rayonu, Aran qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən, həmin ərazidə yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid1 N2-ci ilin mart ayının ortalarında saat 16 radələrində N nömrəli hərbi hissənin yaxınlığında ona kredit götürmək istədiyini, lakin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına banklar tərəfindən kreditin verilmədiyini bildirdikdən sonra o, Şahid1 bankdan zabitin saxta şəxsi vəsiqəsi əsasında kredit götürməsinə köməklik göstərə biləcəyini bildirib, Şahid1 zabit olmadığını bildiyi halda onun zabit kimi xidmət etməsini təsdiq edən saxta şəxsi vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaq məqsədi ilə, belə bir saxta vəsiqələr hazırladığını bildiyi tanışı X6 həmin ərəfədə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində olarkən istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng edərək, Şahid1 bankdan kredit almaq hüququnu verən zabitin saxta şəxsi vəsiqəsini qanunsuz hazırlamağı təklif edib, belə bir vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla və Şahid1 satmaqla bağlı Elnad Mehdiyevlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən o, Şahid1 ona göndərdiyi özünün və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini Elnad Mehdiyevə göndərmiş və beləliklə, N2-ci ilin mart ayının sonlarında istintaqa məlum olmayan ünvanda Elnad Mehdiyevlə birlikdə Şahid1 guya ki, «Heydər Əliyev» adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin 14 iyun 2019-cu il tarixli 204 ş/h nömrəli əmri ilə “leytenant” hərbi rütbəsinin verilməsi və 25 iyun 2019-cu il tarixli 351 ş/h nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölməsinin 2-ci tağımının komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı qeydlər aparılmış, habelə müvafiq vəzifəli şəxslərin adından imza çəkilmiş və saxta möhür əksləri vurulmuş, Şahid1 “leytenant” hərbi rütbəsində fotoşəkli əks olunmuş, sonuncuya zabit kimi bankdan kredit götürmək hüququnu verən “MN” seriyalı, “0050635” nömrəli zabitin saxta şəxsi vəsiqəsini istifadə etmək məqsədi ilə qanunsuz hazırlanmasında Elnad Mehdiyevlə birgə icraçı kimi iştirak etmiş, bundan sonra o, 28 mart N2-ci il tarixdə Şahid1 həmin şəxsi vəsiqənin hazır olduğunu bildirib, həmin tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mingopark” uşaq əyləncə mərkəzinin yaxınlığında Şahid1 ilə görüşərkən, sonuncuya “leytenant” hərbi rütbəsinin əks olunduğu zabitin saxta şəxsi vəsiqəsinin hazır olduğunu, həmin vəsiqədən istifadə edərək "xxxx" QSC-nin Mingəçevir filialından kredit götürə biləcəyini bildirmiş, Şahid1 bankdan 4000 (dörd min) manat kredit götürəcəyini ona dedikdən sonra həmin məbləğdən 700 manatını Elnad Mehdiyevə, 100 manatını isə özünə verməklə bağlı Şahid1 ilə razılaşma əldə edib, sonuncunun istifadəsində olan “Samsung Galaxy A52” markalı mobil telefonuna yerləşdirilmiş ***-***-**-** mobil nömrə ilə "xxxx" QSC-nin Baş Ofisinin ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb, Şahid1 zabit kimi təqdim edib, bankdan 4000 manat kredit götürmək üçün müraciət edəcəyi ilə bağlı bankın nümayəndəsi ilə danışıq aparmış, habelə həmin tarixdə saat 12:20 radələrində saxta “MN” seriyalı, “0050635” nömrəli zabitin şəxsi vəsiqəsinin, Şahid1 şəxsiyyət vəsiqəsinin və "xxxx" ASC-nin Mingəçevir filialı tərəfindən verilmiş Şahid1 əmək haqqının son bir ilinin çıxarışının fotoşəkillərini “WhatsApp” proqramı vasitəsilə "xxxx" QSC-nin Baş Ofisinin ***- ***-**-** nömrəsinə göndərmiş, bundan sonra hərəkətlərini davam etdirərək, 28 mart N2-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" QSC-nin Mingəçevir filialının yaxınlığında qeyd olunan saxta “MN” seriyalı, “0050635” nömrəli şəxsi vəsiqəni istifadə etmək məqsədi ilə Şahid1 ümumilikdə 800 manata satmış, Şahid1 həmin saxta şəxsi vəsiqəni götürüb, içərisinə baxaraq orada öz şəklini “leytenant” hərbi rütbəli formada görərək, sənədin saxta olduğunu bilə-bilə bankdan kredit götürmək məqsədi ilə 28 mart N2-ci il tarixdə saat 16:05-də "xxxx" QSC-nin Mingəçevir filialına gedib, orada kredit mütəxəssisinə təqdim etdikdən sonra filialla aralarında bağlanmış 28 mart N2-ci il tarixli, 015A********** nömrəli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə 4000 (dörd min) manat kredit götürməyə nail olduqdan və bankdan çıxdıqdan sonra X13 şəhəri, H.Əliyev prospektində Kür çayının körpüsünün yaxınlığında, vərəqlərinin içərisində 700 (yeddi yüz) manat məbləğdə pul vəsaiti olan həmin saxta şəxsi vəsiqəni, törətdiyi cinayətin izini itirməkdən ötrü Şahid1, habelə göstərdiyi xidmət müqabilində 100 manat pulu o, Şahid1 alaraq, «Heydər Əliyev» adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin 14 iyun 2019-cu il tarixli, 204 ş/h nömrəli əmri ilə “leytenant” hərbi rütbəsinin verilməsi və 25 iyun 2019-cu il tarixli 351 ş/h nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölməsinin 2-ci tağımının komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı qeydlər aparılmış, habelə müvafiq vəzifəli şəxslərin adından imza çəkilmiş və saxta möhür əksləri vurulmuş, Tərlan Mirzəğazadənin “leytenant” hərbi rütbəsində fotoşəkli əks olunmuş, sonuncuya zabit kimi bankdan kredit götürmək hüququnu verən “MN” seriyalı, “0050635” nömrəli, qanunsuz hazırladığı şəxsi vəsiqəni istifadə etmək məqsədi ilə Şahid1 satmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1–ci maddəsində göstərilən ardıcıllığa uyğun olaraq hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Ona görə də 28 mart N2-ci il tarixdə törətdiyi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cinayət işi materiallarında olan Mingəçevir ŞPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Səxavət Mirzəyevin cinayət işi üzrə icraatın dayandırılması barədə və cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə qərarlarından və Mingəçevir Şəhər Məhkəməsinin qərarlarından görünür ki, Mingəçevir ŞPŞ-nin 09 sentyabr N3-cü il tarixli qərarı ilə hazırkı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulana qədər müddətdə dayandırılmış, 30 sentyabr N3-cü il tarixli qərarı ilə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən və məhkəmə iclasına gəlmədiyindən barəsində məhkəmənin xx.xx.N4-cü il tarixli qərarı ilə axtarış elan edilmiş, tapılanadək cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.N4-cü il tarixdə Mingəçevir şəhər ərazisində saxlanaraq, Mingəçevir şəhər Polis Şöbəsinə gətirildiyindən və Mingəçevir Şəhər Məhkəməsinə təhvil verildiyindən, onun barəsində olan cinayət işinin icraatı məhkəmənin xx.xx.N4-cü il tarixli qərarı ilə təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatı xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək olan müddət ərzində 21 gün, xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan müddət ərzində isə 5 gün olmaqla, ümumilikdə 26 gün müddətinə dayandırılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ümumilikdə 26 gün müddətinə dayandırılmışıdr. Nəzərə alsaq ki, Təqsirləndirilən şəxs AR CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.N2-ci il tarixdə törətmiş və həmin vaxtdan xx.xx.N4–cü il tarixədək olan müddət ümumilikdə 2 il 1 ay 17 gün təşkil edir, belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayandığı 26 gün, cinayətin törədildiyi gündən hazırkı qərarın çıxarıldığı müddətədək olan 2 il 1 ay 17 gündən çıxılmalıdır. Belə olan halda isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti 2 il 21 gün təşkil edir ki, həmin müddət də AR CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti olan 2 il müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1–ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2–ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3–cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3–cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xx.xx.N2-ci il tarixdə bitməsini, cinayət işinin icraatına xitam verilməsinə razılıq verilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, hazırda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsi üzrə müddətin keçdiyinə görə cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibini istisna edən hallar olduğuna, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 “leytenant” hərbi rütbəsində fotoşəkli yapışdırılmış “MN” seriyalı “0050635” nömrəli saxta şəxsi vəsiqənin kserosurəti, həmçinin istintaq hərəkətlərinin protokollarına əlavə olunmuş 28 mart N2-ci il tarixli 015A********** nömrəli kredit müqaviləsinin kserosurəti iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 “leytenant” hərbi rütbəsində fotoşəkli yapışdırılmış “MN” seriyalı “0050635” nömrəli saxta şəxsi vəsiqənin kserosurəti, həmçinin istintaq hərəkətlərinin protokollarına əlavə olunmuş 28 mart N2-ci il tarixli 015A********** nömrəli kredit müqaviləsinin kserosurəti iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlansın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar