Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-44/2025 05.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 156.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, əvvəllər uzun müddət qeyri-rəsmi sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs həmin münasibətlərə son qoyması səbəbindən, həmçinin, sonuncu tərəfindən onun rəsmi nikahda olan arvadına yaşadığı sevgi münasibəti barədə məlumat verib onun rəsmi nikahının sonlanmasına səbəbiyyət verdiyinə görə 21 mart 2024-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin inzibati binasında yerləşən Reanimasiya şöbəsinin qarşısında olan otaqda əvvəlcə Zərərçəkmiş şəxs sevgi münasibətlərinə son qoymasının səbəblərini soruşmuş, sonuncu mütəmadi olaraq döyülməsindən, təhqir olunmasından və aralarında dəfələrlə mübahisə yarandığından bezdiyini bildirməsindən sonra Zərərçəkmiş şəxs həmin cavabından qəzəblənərək üzərində daşıdığı istintaqa məlum olmayan kəsici-deşici xassəyə malik alətlə sonuncunun sol sifət nahiyyəsinə zərbə endirməklə ona sağlamlığı qısa müddətə müvəqqəti pozulmasına səbəb olan ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən sol sifət nahiyyəsində yara xəsarəti yetirmişdir. Bundan başqa o, əvvəllər İTSÜDA-nın Mingəçevir şəhər mərkəzi xəstəxanası Publik Hüquqi şəxsinin Təhlükəsizlik bölməsində birlikdə işlədiyi və uzun müddət qeyri-rəsmi sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs onun rəsmi nikahda olan arvadına yaşadığı sevgi münasibəti barədə məlumat verib, onun rəsmi nikahının sonlanmasına səbəbiyyət verdiyinə və onunla olan sevgi münasibətlərinə son qoyduğuna görə ondan qisas almaq niyyəti ilə əvvəllər sevgi münasibətində olduğu zaman istintaqa bəlli olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs tərəfindən lentə alınmaqla ona göndərilmiş özündə Zərərçəkmiş şəxs pornoqrafik xarakterli material hesab olunan görüntünü “Whatsapp” ani mesajlaşma tətbiqində xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri ərazisində yerləşən "xxxx" MMC-nin rəsmi dilerindən istintaqa məlum olmayan tarixdə ona Zərərçəkmiş şəxs göndərdiyi özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə sonuncunun adına rəsmiləşdirilərək əldə etdiyi “+994-55-265-83-15” mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi istifadəçi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında olduğu zaman əksəriyyəti İTSÜDA-nın Mingəçevir şəhər mərkəzi xəstəxanası Publik Hüquqi şəxsinin əməkdaşları olan ayrı-ayrı şəxslərə göndərərək Zərərçəkmiş şəxs məxsus şəxsi həyatın sirrini təşkil edən pornoqrafik xaratkerli material hesab olunan video çəkiliş materiallarını yaymaqla sonuncunun şəxsi həyatın toxunulmazlığını pozmuş, ona məxsus pornoqrafik materialları qanunsuz olaraq yaymışdır. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 156.1 və 242-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 156.1 və 242-ci maddələri ilə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2016-2023-cü illərdə Mingəçevir şəhər mərkəzi xəstəxanasının Təhlükəsizlik bölməsində növbə rəisi vəzifəsində işləmişdir. Həmin dövrlərdə Zərərçəkmiş şəxs da işlədiyi bölmədə mühafizəçi olmuşdur. Mingəçevir ŞMX-da işlədikləri vaxtlarda ailəli olmasına baxmayaraq Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibətləri yaranmağa başlamış, dəfələrlə cinsi əlaqədə olmuşdurlar. Arvadı Şahid6 da Mingəçevir ŞMX-da Xəstə hüquqları şöbəsinin bölmə müdiri vəzifəsində işləmişdir. Ailəsinin məlumatı olacağı ehtimalını nəzərə alaraq dəfələrlə Zərərçəkmiş şəxs ayrılmalarını təklif etmişdir. Zərərçəkmiş şəxs razı olmayaraq, ondan ayrılacağı tədqirdə özünü öldürəcəyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs dəfələrlə onun kirayədə yaşadığı ünvan 3 ünvanına gələrək mənzilin qapısını döydüyü üçün onu evə dəvət edərək mübahisə etmiş və bir daha gəlməməsini, ondan ayrılmaq istədiyini bildirmişdir. Təxminən 2023-cü ilin əvvəlində Zərərçəkmiş şəxs birlikdə işlədikləri Mingəçevir şəhər mərkəzi xəstəxanasında işləyən ayrı-ayrı şəxslərə aralarında olan münasibətləri barədə, həmçinin onların birlikdə olan şəkillərini göndərdiyindən arvadı Şahid6 bu münasibətdən məlumatı olduğu üçün ondan boşanmışdır. 2024-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs ilə aralarında olan münasibətlər pisləşməyə başlamışdır. Belə ki, ilk öncə Zərərçəkmiş şəxs ona 500 manat məbləğində borcunun olduğunu bildirmişdir. Bundan sonra o, anasından 500 manat borc alaraq Zərərçəkmiş şəxs vermişdir. Bir müddət sonra yenidən ona borcunun olduğunu, pis dolandığını və pul lazım olduğunu bildirmişdir. O, öz əmisi qızı X4 müraciət edərək, sonuncunun adına kredit götürməsini xahiş etmişdir. İradə Məmmədova onun xahişini nəzərə alaraq, "xxxx" ASC-dən 1500 manat məbləğində kredit götürərək ona vermişdir. Həmin vəsaiti Zərərçəkmiş şəxs verərək aylıq ödənişləri ödəməyini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs müxtəlif səbəblər gətirərək aylıq kredit ödənişlərini ödəməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs kredit ödənişlərini ödəmədiyindən, həmin kredit onun tərəfindən 4-5 ay müddətinə ödənilmişdir. O, Zərərçəkmiş şəxs anası Narınc adlı şəxsə zəng edərək qızının krediti ödəməsini təmin etməsini bildirsə də, Narınc adlı şəxs ona qarşı söyüş söymüşdür. Təxminən 2024-cü ilin may ayında o, yenidən Zərərçəkmiş şəxs anasına zəng edərək, qızının ödənişi etməsini tələb etdiyi zaman, onun anası ona pulsuz cinsi əlaqənin olmadığını, bu səbəbdən də, onun Gülnara pulunu xərcləməsinin normal olduğunu bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs anasına yenidən zəng edərək, onları söymüşdür. Zərərçəkmiş şəxs anası Narınc adlı şəxs DlN-nin 102 xidmətinə zəng edərək onun barəsində şikayət etmişdir. Həmin şikayətlə bağlı Mingəçevir ŞPŞ-nin sahə müvəkkili, Ruslan adlı şəxs onu Mingəçevir ŞPŞ-na dəvət etmiş və izahatını almışdır. Zərərçəkmiş şəxs dayısı Əlirza adlı şəxsin nömrəsini taparaq sonunucuya zəng vurub Zərərçəkmiş şəxs onunla sevgi münasibətinin olduğunu, həmçinin, ona borclu olduğunu və pulu vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs dayısı isə münasibətlərindən və Zərərçəkmiş şəxs ona pul borclu olduğu barəsində xəbəri olmadığını bildirmişdir. Həmin zəngdən bir gün sonra Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək onun Gülnarın başını kəsməyə cəhd etməsi məzmunlu müraciət etmişdir. Mingəçevir ŞPŞ-nin təhqiqatçısı Şahin adlı şəxs onu polis şöbəsinə dəvət etmiş və o, orada izahat vermişdir. Zərərçəkmiş şəxs öz ərizə və izahatında qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Polis şöbəsində araşdırmadan sonra o, dəfələrlə Zərərçəkmiş şəxs və sonuncunun anasına zəng edərək, pulunu tələb etsə də, həmin şəxslər bundan imtina etmişdirlər. Bundan sonra Zərərçəkmiş şəxs və anası yenidən onun barəsində polisə şikayət etmişdirlər. Onu Mingəçevir ŞPŞ-da işləyən Anar adlı şəxs şöbəyə dəvət etmişdir. O, polis şöbəsinə getməkdən imtina etmiş və ora gedib izahat verməmişdir. 23 aprel 2024-cü il tarixdə Mingəçevir şəhərində yerləşən "xxxx" MMC-dən Zərərçəkmiş şəxs adına “+994- 55-265-83-15” nömrəni alıb istifadəsində olan mobil telefona taxaraq aktivləşdirmişdir. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin fotoşəkili onun mobil telefonunun yaddaşında olduğundan həmin vəsiqənin surəti əsasında 5 manata qeyd edilən nömrəni almışdır. Nömrə aktivləşdikdən sonra həmin mobil nömrə vasitəsi ilə «Whatsapp» ani mesajlaşma tətbiqində qeydiyyatdan keçərək profil şəklinə Zərərçəkmiş şəxs hamamda çılpaq vəziyyətdə olan şəklini qoymuşdur. Bundan sonra isə Zərərçəkmiş şəxs «Whatsapp» ani mesajlaşma tətbiqində məzmununu xatırlamadığı mesajlar yazmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs onu «Whatsapp» ani mesajlaşma tətbiqində bloka atdığı üçün SMS vasitəsi ilə xatırladığına görə “sevgilinlə şuqaniyadasan” məzmunlu mesaj yazmışdır. Zərərçəkmiş şəxs ilə sevgi münasibətində olduğu zaman sonuncu ona özünə məxsus olan erotik məzmunlu müxtəlif fotoşəkillər və videogörüntülər göndərmişdir. Həmin videogörüntülərdən biri münasibətdə olduqları müddətdə sonuncu tərəfindən ona xatırlamadığı tarixdə göndərilmişdir. 18 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında olduğu zaman həmin videogörüntünü “+994-55-265-83-15” nömrə ilə qeydiyyatdan keçdiyi «Whatsapp» ani mesajlaşma tətbiqi ilə vasitəsi ilə təxminən 10-15 nəfərə göndərmişdir. Zərərçəkmiş şəxs ailəsini dağıtdığına və münasibətləri sonlandırdığına görə qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs erotik videogörüntüsünü yaymışdır. Bakcell” MMC-dən “+994-55-265- 83-15” GSM nömrəsini alarkən müqaviləyə imza onun tərəfindən çəkilmişdir. Qeyd olunan videogörüntünü “Redmi” markalı, modelini xatırlamadığı mobil telefon vasitəsi ilə yaymışdır. Həmin mobil telefonu uzun illər əvvəl almışdır. Qeyd olunan mobil telefon sınmış və onu tullamışdır. Zərərçəkmiş şəxs məxsus videogörüntünü 18 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman yaymışdır. Həmin videogörüntünü göndərdiyi şəxsləri tam xatırlamasa da, bəzilərini xatırlamışdır. Xatırladığı şəxslər Mingəçevir ŞMX PHŞ-da işləyən Rəsul, Fuad, Atəş, Mehman və Luiza adlı şəxslər olmuşdur. Həmçinin, "xxxx" MMC-də işləyən Anar adlı həkimə videogörüntünü göndərdiyini xatırlamışdır. Zərərçəkmiş şəxs ölümlə hədələməmişdir. Bəzi hallarda əsəbiləşib buna bənzər ifadələr işlətsə də, Gülnarı öldürməklə bağlı hər hansısa hərəkət etməmiş və bu barədə düşünməmişdir. Zərərçəkmiş şəxs hər hansısa kəsici-deşici xassəli alətlə xəsarət yetirməmişdir. Onun kəsici-deşici xassəyə malik bıçaqı və ya digər aləti olmamışdır. Zərərçəkmiş şəxs səs yazılarında dəfələrlə onun tərəfindən sifət nahiyyəsinə bıçaqla xəsarət yetirildiyi barədə eyni sözləri bildirdiyinə görə həmin ifadələri eşitməkdən bəzdiyi üçün artıq Zərərçəkmiş şəxs sözlərinə reaksiya bildirməmişdir. Bu səbəbdən də, ona bıçaqla xəsarət yetirməyi ilə əlaqədar sözlərinə fikir bildirməmiş və həmin ifadələri inkar etməmişdir. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, 2017-ci ildən Mingəçevir şəhər mərkəzi xəstəxanasında mühafizəçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da Xəstəxanada növbə rəisi işlədiyi üçün onu tanımış, aralarında dostluq münasibəti yaranmış, 2018-ci ildən isə dostluq münasibətləri sevgi münasibətlərinə dönüşmüş və 2024-cü ilədək davam etmişdir. Sevgili olduqları dövrlərdə mütəmadi olaraq görüşərək cinsi əlaqədə olmuşlar. Aralarında dini kəbinləri olmuşdur. Təqsirləndirilən şəxsla sevgi münasibəti qurduqdan sonra sonuncu onunla pis rəftar etməyə başlamış, heç bir səbəb olmadan ona xəyanət etdiyini deyərək onu hədələməyə başlamışdır. 2024-cü ilin əvvəllərində ona qarşı rəftarı daha da amansızlaşmışdır. Buna səbəb isə Təqsirləndirilən şəxs ayrılacağını bildirməsi olmuşdur. 21 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs axşam saat 9 radələrində işlədiyi xəstəxanaya gələrək ondan ayrılmaqlarının səbəbini soruşduqda, cavab olaraq ondan ayrılmağını bildirdiyi üçün Təqsirləndirilən şəxs cibində olan bıçaqla onun üzünə xəsarət yetirərək qaçmışdır. Həmin hadisə ilə bağlı DİN-in 102 çağırı xidmətinə müraciət etmiş və polis əməkdaşları hadisə yerinə gələrək onun izahatını almışdırlar. Lakin, həmin hadisə ilə bağlı onu polis şöbəsinə gec, yəni təxminən 1 həftə sonra çağırdıqlarından şöbəyə getməmişdir. Təqsirləndirilən şəxs həmçinin oğlu Əbəlfəzin üzərinə qəsdən maşın sürmüş, onun üzərinə hücüm etmiş və onu hədələməyə davam etmişdir. Təqsirləndirilən şəxs ona ayrılmamağını, sakit işə gedib-gəlməyini bildirmiş, ayrılacağı tədqirdə isə onu biyabır edəcəyini demişdir. 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun çılpaq videosunu işlədiyi xəstəxananın işçilərinə göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsinin surətini əldə edərək onun xəbəri olmadan "xxxx" mobil operatorundan adına ***-***-**-** nömrə almış, həmin nömrə ilə «Whatsapp» mesajlaşma tətbiqində qeydiyyatdan keçmiş, qeydiyyatdan keçərkən isə onun ad və soyadını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin nömrə ilə qeydiyyatdan keçdiyi «Whatsapp» mesajlaşma tətbiqində ona məxsus olan qeyri-etik, çılpaq vəziyyətdə olduğu erotik videonu işlədiyi xəstəxanada bir çox işçiyə göndərərək həmin videoçəkilişi yaymışdır. Həmin mobil nömrə heç bir zaman onun istifadəsində olmamışdır. Lakin, 18 may 2024-cü il tarixdə həmin nömrədən ona «Whatsapp» mesajlaşma tətbiqində iş yoldaşı Sona adlı qızın adından yazaraq ilk öncə hal-əhvalını soruşmuş, daha sonra isə oğlan şəkilləri atmış, həmin oğlanlardan xoşu gəlib-gəlmədiyini soruşmuşdur. İlkin olaraq ona yazan şəxsin Sona olduğuna inanmışdır. Çünki həmin zaman “Whatsappda” adı “S” kimi görünmüşdür. Lakin, oğlan şəkillərini atdıqdan sonra həmin şəxsin Bəhruz olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs onun başqa oğlandan xoşu gəlib-gəlmədiyini yoxlamaq üçün bunu etmişdir. Bundan sonra isə onunla «Whatsapp» mesajlaşma bölməsində ünsiyyətini kəsmişdir. O, həmin zaman qeyd etdiyi nömrənin onun adına olduğunu bilməmişdir. Yalnız qeyd etdiyi kimi, onun çılpaq videosunu yaydıqdan sonra həmin nömrənin «Whatsapp» adlı mesajlaşma tətbiqində onun adı görsəndiyindən, "xxxx" mobil operatoruna müraciət edərək, həmin nömrənin kimə məxsus olduğunu dəqiqləşdirərkən həmin nömrənin ona məxsus olduğu müəyyən olunmuşdur. Bu səbəbdən, tez bir zamanda "xxxx" mobil operatorunun Mingəçevir şəhəri ərazisində yerləşən satış nöqtəsinə gedərək və nömrəni duplikatını çıxardaraq öz istifadəsinə götürmüş və özündə saxlamışdır. Ona məxsus olan videogörüntünü Təqsirləndirilən şəxs münasibətlərinin olduğu zaman, təxminən 3-4 il öncə göndərmiş və qeyd olunan video onun telefonunda qalmışdır. Ona məxsus olan videoçəkilişin yayılması ilə bağlı ilk öncə Mingəçevir şəhər mərkəzi xəstəxanada operator vəzifəsində işləyən Fuad adlı işçi bildirmişdir. Belə ki, Fuad adlı şəxs, ona yaxınlaşaraq həmin videonun sonuncuya onun adından qeydiyyatdan keçmiş ***-***-**-** nömrəsindən göndərməsini bildirmişdir. Bundan sonra xidmət rəisi Rəsul müəllim ona yaxınlaşaraq videonun həm sonuncuya, həm də xəstəxananın bütün şöbələrinin həkimlərinə, digər işçilərinə göndərilməsini bildirdikdən sonra tez icazə alıb Mingəçevir ŞPŞ-nə gedərək şikayət etmişdir. Təqsirləndirilən şəxs onu hədələməsi, ayrılacağı tədqirdə onu biyabır edəcəyini barədə söhbət onların aralarında «Whatsapp» mesajlaşma tətbiqinin zəng bölməsində olmuşdur. Ona məxsus olan qeyri-etik videogörüntü “+994 55 265 83 15” nömrəsi ilə qeydiyyatdan keçmiş «Whatsapp» ani mesajlaşma tətbiqinin istifadəçisi tərəfindən yayılmışdır. Videogörüntü yayıldıqdan sonra "xxxx" satış mərkəzinə gedərək həmin nömrənin dublikatını çıxarmış, istifadəsində olan “Redmi” modeli “Note 11” markalı mobil telefonuna daxil etmişdir. Bundan sonra «Whatsapp» ani mesajlaşma tətbiqində qeydiyyatdan keçərək həmin mesajlar onun telefonunda görsənmişdir. Görünən mesajlar və mesaj bölmələri “+ 994 55 265 83 15” nömrəsi ilə «Whatsapp» ani mesajlaşma tətbiqində ilk dəfə qeydiyyatdan keçən Təqsirləndirilən şəxs tərəfindən istifadə edilərkən yaradılmışdır. Görünən şəxslərdən “Mehman M” adlı kontakt işlədiyi xəstəxananın eyni bölməsinin mühafizəçisi vəzifəsində, “X15” adlı kontakt işlədiyi xəstəxananın eyni bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən (vəzifəsi növbə rəisi), “Vüsal Puxaltr” adlı kontakt işlədiyi xəstəxananın mühasibi, “X14” adlı kontakt əvvəllər işlədiyi xəstəxanada işləmişdir. Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı heç bir quruma müraciət etməmişdir. O, özünü öldürməyə cəhd etməmiş lakin, Təqsirləndirilən şəxs onu təhqir etdiyinə, onu izlədiyinə və hədələdiyinə görə özünü öldürmək barədə fikirləşmişdir. Lakin, özünü öldürməsi ilə bağlı hərəkət etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin videogörüntü onun iş yoldaşları olan Fuad, Rəsul, Atəş, Mehman və digərlərinə göndərilmişdir. Onun qohumlarına isə həmin videogörüntünü göndərməmişdir. Təqsirləndirilən şəxs onun üzünə bıçaqla xəsarət yetirdikdən sonra o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra adını xatırlamadığı polis əməkdaşları işlədiyi xəstəxanaya gələrək ondan izahat almışdır. 1 həftə sonra polis şöbəsinə çağırıldıqda isə polis şöbəsinə getməmişdir. "xxxx" MMC-dən daxil olmuş BKC/LGL-13272/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş müqavilənin aşağı hissəsində olan imza ona məxsus olmamışdır. ***-***-**-** GSM nömrəsi onun tərəfindən alınmamış, onun adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla uzun müddət qeyri-rəsmi sevgi münasibətində olduğu üçün onun şəxsiyyət vəsiqəsinin surəti sonuncunun mobil telefonunda mövcud olmuşdur. Şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə göndərmişdir. Müqaviləyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti evində olan stolun üzərində çəkilmişdir. Onun istifadəsində olan +994-55- ***-**-** nömrəsinə +994-55-265-83-15 nömrəsindən daxil olmuş “Baji yeqin indi sevgilinizle wuqanyadasiniz he cox sevindim hele o qisa fraqment idi” SMS mesajı ona Təqsirləndirilən şəxs tərəfindən yazılmışdır. Belə ki, ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş istifadəçi tərəfindən «Whatsapp» ani mesajlaşma tətbiqində ona məxsus olan çılpaq vəziyyətdə hamamda çimərkən Təqsirləndirilən şəxs tərəfindən gizlin çəkilmiş fotoşəkil profil şəkili yerinə qoyulmuşdur. Həmin istifadəçi Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra isə həmin nömrədən ona «Whatsapp» ani mesajlaşma tətbiqində mesajlar şantaj məzmunlu yazılmışdır. Sonradan isə yuxarıda qeyd olunan SMS mesajı ona göndərilmişdir. Həmin mesajın məqsədi onu şantaj etmək olmuşdur. 21 mart 2024-cü il tarixdə saat 20:30 radələrində Mingəçevir ŞMXda növbədə olduğu zaman Cərahiyyə şöbəsində otaqda yazı yazarkən Təqsirləndirilən şəxs anidən otağa daxil olmuşdur. Ona zəng gəldiyi bəhanəsi gətirərək otağdan çıxaraq xəstəxananı gəzdiyi zaman Təqsirləndirilən şəxs onun dalınca düşməyə davam etmişdir. Bundan sonra isə Bəhruzun ondan əl çəkmədiyini görərək yenidən qeyd etdiyi otağa qayıtmışdır. Təqsirləndirilən şəxs yenidən otağa daxil olaraq ona hansı səbəbdən ayrılmağını bildirmiş, o isə səbəbin onu döyməsini, təhqir etməsini və onunla pis rəftar etməsini söyləmişdir. Üzbəüz söhbət edərkən Təqsirləndirilən şəxs anidən duraraq onun üzərinə gəlib cibində olan açılıb-bağlanan balaca bıçağı çıxararaq ona çatan kimi üzündən xəsarət yetirmişdir. O, bundan sonra yerə yıxılmış və üzündən qan gəlməyə başlamış, Təqsirləndirilən şəxs isə həyəcanlanaraq heç nəyin olmadığını bildirmiş və ona otağda olan dəsmalı uzadaraq üzünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs dərhal xəstəxanadan qaçıb getmiş, Şamo adlı xəstəxananın işçisi ona yaxınlaşaraq kömək etmişdir. Daha sonra isə öz üzünə sarğı qoymuşdur. Mingəçevir ŞMX-nin həkim cərrahı Azin həkimə yaxınlaşaraq evdə oğlunun üzünə xəsarət yetirdiyini bildirmişdir. Azin həkim xəstəxananın Acil şöbəsində üzündə olan xəsarətə tikiş qoymuşdur. Təqsirləndirilən şəxs onun üzünə bıçaqla xəsarət yetirdiyi zaman otağda ikisi olduğundan hadisəni görən olmamış, lakin Bəhruzun otaqdan çıxıb qaçdığını görən şəxslər olmuşdur. Həmin şəxslərin kim olması barədə məlumatım olmamış çünki, həmin zaman şok vəziyyətində olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə DİN-nin 102 Xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları Mingəçevir şəhər mərkəzi xəstəxanasına gələrək onun izahatını və ərizəsini almışdırlar. 1 həftə keçdikdən sonra isə onu polis şöbəsinə dəvət etsələr də, işə laqeyd yanaşdıqlarına görə polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşı isə ona telefon danışığı zamanı onun polis şöbəsinə gəlmədiyindən ərizəsini cırıb tullayacağını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid10 vermiş olduğu ifadəsində göstərmişdir ki, 1997-2003-cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış və 2007-ci il tarixdən Mingəçevir şəhər mərkəzi xəstəxanasında həkim-cərrah vəzifəsində işləmişdir. 21 mart 2024-cü il tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxanasında növbətçi-həkim olarkən həmin xəstəxananın işçisi olan Zərərçəkmiş şəxs üz hissəsinin kəsilmiş yarası ilə bağlı müraciəti daxil olmuşdur. O, Zərərçəkmiş şəxs Acil şöbəsinə müraciət etməsini bildirmiş və özü də həmin şöbəyə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs üzündə iti alətlə yetirilən kəsilmiş yara xəsarəti aşkar edilmiş, sonuncuya onun tərəfindən tibbi yardım göstərmişdir. Zərərçəkmiş şəxs üzündə olan xəsarətə yaranın birinci işlənməsi tibbi yardımı etmişdir. Tibbi yardım göstərildikdən sonra xəsarətlər jurnalında qeydiyyat aparılır və bundan sonra hüquq mühafizə orqanlarına məlumat verilir. Hüquq mühafizə orqanlarına məlumatın verilməsi xəstəxananın vəzifəsi olmuşdur. Zərərçəkmiş şəxs barəsində icra olunmuş tədbirlərlə bağlı xəstəxanada qeydiyyat aparılmışdır. Həmçinin, qeydiyyat jurnalına həmin şəxsin xəsarət alması və hansı növ xəsarət olması barədə məlumat daxil edilmişdir. Jurnalda xəsarətin çıbandan əmələ gəlməsini xəsarət alan şəxsin öz deməsinə görə xəsarətin yaranma səbəbi kimi qeyd olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid9 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2019-cu ildən Mingəçevir ŞMX PHŞ-da Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi xəstəxanadan tanımışdır. Onların arasında sevgi münasibətləri olması barədə məlumatı olmuşdur. 18 iyul 2024-cü il tarixdə evdə olarkən əvvəllər tanımadığı ***-***-**-** nömrədən ona «Whatsapp» mesajlaşma tətbiqində bir ədəd video gəlmişdir. Mesaj bölməsinə daxil olarkən həmin nömrənin ad yerində “Zərərçəkmiş şəxs”nin ad və soyadının qeyd edildiyini görmüşdür. Göndərilən videoçəkilişə daxil olarkən təxminən 05 dəqiqəlik video olduğunu, videoya baxarkən bir ədəd qadının qeyri-etik hərəkətlər etdiyini görmüşdür. Videoya tam baxmadığından həmin qadının kim olması barədə məlumatı olmamışdır. Çünki ona məxsus olan telefonun hesabı ailə üzvlərində olduğundan həmin videonun sonuncuların da telefonuna düşəcəyindən ehtiyat edərək videoya sonuna qədər baxmadan silmişdir. Videoya baxdığı hissələrdə isə həmin qadının üzü düşməmişdir. “+994-51-668-02-88” nömrəsi ilə qeydiyyatdan keçmiş «Whatsapp» ani mesajlaşma tətbiqinin istifadəçisi onun olmuşdur. «Whatsapp» ani mesajiaşma tətbiqində “+994-55-265-83-15” nömrəsi ilə qeydiyyatdan keçmiş istifadəçi tərəfindən video göndərildikdən sonra “Siz kimsiz” mesajını yazmışdır. Bundan sonra isə dərhal həmin videogörüntünü və mesaj bölməsini telefonundan silmişdir. Qeyd olunan videoçəkiliş təxminən 5-6 dəqiqəlik olmuşdur. Ona təqdim edilən video 18 iyul 2024-cü il tarixdə ***-***-**-** nömrəli «Whatsapp» ani mesajlaşma tətbiqindən göndərilən video olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid5 vermiş olduğu ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. 2012-ci ilin fevral ayından Mingəçevir ŞMX PHŞ-da işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi xəstəxanadan tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs həmin xəstəxananın mühafizəçisi vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs isə əvvəllər həmin xəstəxanda eyni vəzifədə işləmişdir. 18 iyul 2024-cü il tarixdə səhər saatlarında işə gedərkən tanımadığı ***-***-**-** nömrədən ona «Whatsapp» mesajlaşma tətbiqində bir ədəd video gəlmişdir. Mesaj bölməsinə daxil olarkən həmin nömrənin ad yerində “Zərərçəkmiş şəxs”nin adı qeyd edilmişdir. Bundan sonra ona göndərilən videoçəkilişə daxil olarkən təxminən 05 dəqiqəlik video olduğunu, videoya baxarkən bir ədəd qadının qeyri-etik, çılpaq və erotik olduğunu görmüşdür. Videonun əvvəlində bir ədəd qadının çılpaq görüntüsü görsənmişdir. Həmin videonun virus kimi göndərildiyini düşünərək dərhal videonu mobil telefonundan silərək bank kartlarında bloka atmışdır. Çünki adətən həmin tip videolar mobil telefonlara müdaxilə edilməsi üçün virus kimi göndərildiyi barədə eşitmişdir. Bu səbəbdən qeyd olunan videonun nədən ibarət olduğu barədə məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid6 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar, həmin nikahdan 2 övladları olmuşdur. Ailəli olduqları dövr ərzində yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin yay aylarında isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla sevgi münasibətlərinin olması barədə işlədikləri xəstəxananın əməkdaşları arasında söhbətlər yayılmağa başlamışdır. O, Zərərçəkmiş şəxs dediklərini bir sıra şəxslərdən eşitdikdən sonra Təqsirləndirilən şəxs həmin şəxs ilə sevgi münasibətinin olub-olmadığını soruşmuş, sonuncu imtina etmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birlikdə olan fotoşəkillərini gördükdən sonra deyilənlərə inanmağa başlamışdır. Yenidən Təqsirləndirilən şəxs bu barədə soruşmuş sonuncu bir müddət Gülnar ilə münasibət yaşadığını, lakin ayrıldığını bildirmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan münasibətin davam etdiyini gördükdən sonra 2021-ci ilin iyul ayında boşanmaq üçün Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və 2021-ci ilin sonlarda onlar rəsmi şəkildə boşanmışlar. Təqsirləndirilən şəxsla boşandıqdan sonra 1 ildən çox müddət bir yerdə yaşasalar da, sonuncu Zərərçəkmiş şəxs ilə münasibətlərini davam etdirmiş və bu səbəbdən də, Təqsirləndirilən şəxs tamamilə ayrılmışdır. Onun ailə həyatının dağılmasının səbəbi Zərərçəkmiş şəxs olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid8 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Mingəçevir şəhər mərkəzi xəstəxanasında növbə rəisi vəzifəsində işləmişdir. Həmin xəstəxanada işləyərkən işi ilə əlaqədar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımışdır. Onların aralarında qeyri-rəsmi sevgi münasibətlərinin olduğu barədə məlumatı olmuşdur. Hətta, Təqsirləndirilən şəxs həmin sevgi münasibətinə görə öz ailəsindən ayrılmışdır. Eşitdiyinə görə, onların aralarında olan münasibət dövrü ərzində dəfələrlə aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs bir dəfə Zərərçəkmiş şəxs döymüş, bir dəfə də bıçaqla üzünə xəsarət yetirmişdir. 18 iyul 2024-cü il tarixdə səhər saatlarında işə gedərkən tanımadığı ***-***-**-** nömrədən ona «Whatsapp» mesajlaşma tətbiqində bir ədəd video gəlmişdir. Mesaj bölməsinə daxil olarkən həmin nömrənin ad yerində “Zərərçəkmiş şəxs”nin adı qeyd edilmişdir. Bundan sonra ona göndərilən videoçəkilişə daxil olarkən təxminən 05 dəqiqəlik video olduğunu görmüş, videoya baxarkən bir ədəd qadının qeyri-etik, çılpaq və erotik olduğunu görmüşdür. Videonun əvvəlində qadının kimliyini bilməsə də, videoya baxmağa davam edərkən həmin qadının Zərərçəkmiş şəxs olduğu görsənmişdir. Zərərçəkmiş şəxs üzü həmin videoda tam şəkildə düşmüşdür. Həmin videoya işlədiyi xəstəxanaya gedərkən maşında baxmışdır. Xəstəxanaya çatdıqdan sonra Gülnarı öz yanına çağıraraq hansı səbəbdən belə bir videonun ona atıldığını soruşduqda Gülnar həmin videonun təkcə ona yox, xəstəxanada işləyən əksər şəxslərə göndərildiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ağlamağa başlamış, rəhbərlikdən icazə alaraq Mingəçevir ŞPŞ-ya getmiş və orada şikayət ərizəsi yazmışdır. O isə həmin videonu dərhal öz telefonundan silmiş və qeyd olunan nömrəni «Whatsapp» mesajlaşma tətbiqində blok etmişdir. Bildiyinə görə, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münasibəti çox uzun müddət davam etmiş, aralarında mütəmadi olaraq mübahisələr olmuş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə xəsarət yetirmişdir. Ona təqdim edilən video 18 iyul 2024-cü il tarixdə ***-***-**-** nömrəli «Whatsapp» ani mesajlaşma tətbiqindən göndərilən video olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2002-2019-cu illər ərzində Mingəçevir ŞMX PHŞ-da həkim-kardioloq vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində işləmişdir. Lakin, Zərərçəkmiş şəxs tanımamışdır. Təqsirləndirilən şəxsla yalnız iş yoldaşı kimi münasibətləri olmuş və artıq uzun müddətdir sonuncunu görməmişdir. +994-50-337-70-78 mobil nömrəsi ona məxsusdur və «Whatsapp» ani mesajiaşma tətbiqində tərəfindən qeydiyyatdan keçirilmişdir. 18 iyul 2024-cü il tarixdə səhər saatlarında işə gedərkən tanımadığı ***-***-**-** nömrədən ona «Whatsapp» mesajlaşma tətbiqində bir ədəd video gəlmişdir. Mesaj bölməsinə daxil olarkən həmin nömrənin ad yerində “Zərərçəkmiş şəxs”nin ad və soyadı qeyd edilmişdir. Bundan sonra ona göndərilən videoçəkilişə daxil olarkən təxminən 05 dəqiqəlik video olduğunu, videoya baxarkən bir ədəd qadının qeyrietik hərəkətlər edərək özünü lentə aldığını görmüşdür. Həmin qadının üzü görsənsə də, sonuncunun kim olduğu barədə məlumatı olmamışdır. Qeyd olunan videogörüntüyə baxdıqdan dərhal sonra onu mobil telefonundan silmişdir. Ona təqdim edilən video 18 iyul 2024-cü il tarixdə ***-***-**-** nömrəli «Whatsapp» ani mesajlaşma tətbiqindən göndərilən video olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid7 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Mingəçevir şəhər mərkəzi xəstəxanasında mühafizəçi vəzifəsində işləmiş, həmin xəstəxananın Ailə Sağlamlıq Mərkəzinin müfahizəsini həyata keçirmişdir. Xəstəxanada işləyərkən işi ilə əlaqədar xəstəxananın mühafizəçiləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımışdır. 18 iyul 2024-cü il tarixdə tanımadığı 055-265- 83-15 nömrədən ona «Whatsapp» mesajlaşma tətbiqində bir ədəd video gəlmişdir. Mesaj bölməsinə daxil olarkən həmin nömrənin ad yerində “Zərərçəkmiş şəxs” adı qeyd edilmişdir. Bundan sonra ona göndərilən videoçəkilişə daxil olarkən təxminən 05 dəqiqəlik video olduğunu görmüşdür. Videoya baxarkən bir ədəd qadının qeyri-etik, çılpaq və erotik olduğunu görmüş, həmin videonun əvvəiində qadının kimliyini bilməsə də, videoya baxmağa davam edərkən həmin qadının Zərərçəkmiş şəxs olduğu görsənmişdir. Zərərçəkmiş şəxs üzü həmin videoda tam şəkildə düşmüşdür. Həmin video ona göndərilərkən məzuniyyətdə olmuşdur. O, ailəli olduğuna görə qeyd etdiyi videonu dərhal telefonundan silmişdir. Bundan sonra həmin videonu göndərən ***-***-**-** nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəsindən «Whatsapp» mesajlaşma bölməsində “Salam, kim idi bunu göndərən?!” mesajini yazmışdır. Bu mesajı yazmaqda məqsədi ona kim tərəfindən və hansı səbəbdən belə bir qeyri-etik videonun göndərilməsini aydınlaşdırmaq olmuşdur. Onun mesajına isə qarşı tərəfdən cavab yazılmamışdır. ***-***-**-** nömrəsi ilə mesajlaşma bölməsi qalmış, lakin, orada olan video onun tərəfindən silinmişdir. Ona təqdim edilən video 18 iyul 2024-cü il tarixdə ***-***-**-** nömrəli «Whatsapp» ani mesajlaşma tətbiqindən göndərilən video olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid13 vermiş olduğu ifadəsində göstərmişdir ki, 1995-ci il tarixindən "xxxx" MMC-nin rəsmi dileri vəzifəsində işləmişdir. Rəsmi diler Mingəçevir şəhəri, H.Əliyev prospekti 47/2a ünvanında yerləşmişdir. +**********15 GSM nömrəsi xx.xx.2024-cü il tarixdə dileri olduğu satış məntəqəsindən alınmışdır. Satışı həyata keçirən şəxs onun işçisi olan Günay Süleymanova olmuşdur. Qeyd olunan mobil nömrə Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Həmin mobil nömrənin kimin tərəfindən alınması ilə bağlı isə məlumatı olmamışdır. Digər şəxsin adına mobil nömrə alınarkən mütləq şəkildə adına rəsmiləşdirilən şəxsin razılığı əldə olunmalıdır. Razılıq telefon vasitəsi ilə əlaqə yaradılaraq əldə olunur. Onun dilerində razılıq olmadan nömrə satılmamışdır. İş üzrə şahid qismində tanınmış Şahid2, Şahid3, Şahid12, Şahid11 və Şahid4 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına sədrlik edən hakim tərəfindən şahidlərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, 115/C-24 nömrəli material üzrə Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsi ilə ********* №li cinayət işinin başlanması, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (İ cild i.v.01). Mobil telefona baxış keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı, “Note 11” modelli tipli mobil telefon smartfon tipli, “android” əməliyyat sistemi mövcud olmuşdur. Mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqinə baxış keçirilmişdir. “Whatsapp” ani mesajlaşma tətbiqində mesajlar bölməsində 07 ədəd mesajlaşmanın olduğu, “Mehman M” adlı şəxs ilə mesajlaşma bölməsinə daxil olduqda sonuncunun “Salam kim idi bunu göndərən?!” mesajı görsənmişdir. ’’Mehman M” adlı şəxsin “+994 50 307 23 04” nömrəsi ilə qeydiyyatdan keçdiyi görünmüşdür. Baxışda iştirak edən xx.xx.1993-cü il təvəllüdlü, Mingəçevir şəhəri, Şahid3 küçəsi, ev 7 mənzil 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, subay, ünvan 7əsində mühafizəçi vəzifəsində işləyən, dediyinə görə məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs bildirmişdir ki, onun qeyri-etik, erotik və çılpaq videosu ***-***-**-** nömrəsi ilə yayılmış, həmin nömrə onun şəxsiyyət vəsiqəsinin surəti ilə alınsa da ona məxsus olmamış, video yayıldıqdan sonra "xxxx" mobil operatoruna yaxınlaşaraq nömrənin duplikatın çıxartmış və öz telefonuna yerləşdirərək «Whatsapp» ani mesajlaşma tətbiqində qeydiyyatdan keçdikdən sonra görsənən mesajlar aşkar olunmuşdur. “X14” adlı kontakt ilə mesajlaşma bölməsinə daxil olduqda sonuncunun “Alo” mesajını göndərdiyi müəyyən edilmişdir. “Tofiq iw, “Vüsal puxaltr” və “X15” ilə mesajlaşma bölməsinə daxil olduqda həmin şəxslər tərəfindən göndərilən mesajlar “Bu mesaj gözlənilir. Bu, bir qədər vaxt apara bilər. Ətraflı öyrənin” yazısı kimi görsənmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs “+994-50-265- 83-15” nömrəsi ilə «Whatsapp» tətbiqindən başqa telefon vasitəsi ilə qeydiyyatdan keçdiyindən həmin mesajların bərpa olunması bir qədər müddət apara bilərmiş (İ cild i.v. 34-35). Şahid8 məxsus “Samsung” markalı, “A03” modelli mobil telefona baxış keçirilməsi haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, “Whatsapp” ani mesajlaşma tətbiqində “Bloklanmış kontaktlar” hissəsinə daxil olarkən 05 ədəd mobil nömrənin bloklandığı, həmin nömrələrdən biri “+994 55 265 83 15” nömrəli istifadəçi olmuşdur, in olduğu görsənmişdir. Baxış zamanı iştirak edən Şahid8 bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus olan qeyri-etik, çılpaq və erotik videoçəkilişi 18 iyul 2024-cü il tarixdə “+994 55 265 83 15” nömrəli ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma tətbiqinin istifadəçisi tərəfindən ona məxsus “+994 50 702 34 70” nömrəsinə həmin tətbiqin mesajlaşma bölməsindən göndərilmişdir (İ cild i.v. 50-51). Şahid7 məxsus “Redmi” markalı, “9T” modelli mobil telefona baxış keçirilməsi haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, telefonun «Whatsapp» ani mesajlaşma tətbiqində mesajlar bölməsində “+994 55 265 83 15” nömrəli (kontakt yaddaşına qeydiyyata alınmamış) “rehimligulnar12” adlı istifadəçiyə “Salam kim idi bunu göndərən?!” məzmunlu mesajın göndərilmişdir. Baxışda iştirak edən Şahid7 bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus qeyri- etik, erotik və çılpaq video ona 18 iyul 2024-cü il tarixdə qeyd olunan nömrədən göndərilmiş, ailəli olduğu üçün həmin videonu dərhal silmiş və mesajlaşma bölməsində görsənən mesajı göndərmişdir (İ cild i.v. 60-61). Məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 11/504 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilən 01 ədəd CD diskdə olan V-35580” adlı videogörüntü pornoqrafik xarakterlidir (İ cild i.v. 160-161). xx.xx.2024-cü il tarixli “ittiham elan etmək üçün şübhəli şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır (İ cild i.v. 106-107). xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə barəsində Mingəçevir Şəhər Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə 651478/24 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində Bakı şəhər ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və aidiyyəti üzrə şəhər prokurorluğuna təhvil verilmişdir (İ cild i.v. 166). xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, ********* №li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (İ cild i.v. 169). xx.xx.2024-cü il tarixli “əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl CM-nin 156.1-ci maddəsindən həmin Məcəllənin 156.1 və 242-ci maddələrinə tövsif edilməsinə və istintaqın davam etdirilməsinə qərar verilmişdir (İ cild i.v. 189-190). Cinayət işi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25 sentyabr 2024-ci il tarixdə ünvanlanmış BKC/LGL-14381/24 nömrəli CD diskə baxış keçirilməsi haqqında 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, +**********15 GSM nömrəsi 18 iyul 2024cü il tarixdə səhər saat 08 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında əhatə dairəsində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15:35:47-dən xx.xx.2024-cü il saat 09:34:41-ə kimi **********1164 İMEİ kodlu mobil telefonda, xx.xx.2024-cü il tarixdə saat 11:14:47-dən 11:15:55-ə kimi **********1619 İMEİ kodlu mobil telefonda, xx.xx.2024-cü il tarixdə saat 15:11:23-dən saat 22:37:21-ə kimi **********1164 İMEİ kodlu mobil telefonda, xx.xx.2024-cü il tarixdə saat 01:05:51-dən saat 12:35:54-ə kimi **********3025 İMEİ kodlu mobil telefonda, həmin tarixdə saat 12:36:53-dən saat 23:04:10-a kimi **********1164 İMEİ kodlu mobil telefonda, xx.xx.2024-cü il tarixdə saat 00:01:59-dan 08:16:56-a kimi **********3024 İMEİ kodlu mobil telefonda, həmin tarixdə saat 11:40:05-dən saat 11:43:39-a kimi isə **********8415 İMEİ kodlu mobil telefonda istifadə olunmuşdur (İ cild i.v. 191-195). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan olunması qərara alınmışdır (İ cild i.v. 199-200). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(051)-65/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (İ cild i.v. 219-221). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 333.3 və 62-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Ağdam Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 500 manat cərimə cəzası təyin edilmiş, cərimə cəzasını tam ödəmişdir (İİ cild i.v. 05). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-dan verilmiş 25 oktyabr 2024-cü il tarixli, 18-1-61/2-1365/2024 nömrəli məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:46-da Rəhimli X3 şəhər Mərkəzi Xəstəxanasına müraciət etmiş, sonuncuya “üz nahiyyəsinin kəsilmiş yarası” diaqnozu qoyulmuş və Azin adlı həkim ilə Aynur adlı tibbi bacısı tərəfindən barəsində müalicə tədbirləri icra edilmişdir (İİ cild i.v. 74-80) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 582 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarət sol sifətində yara, kəsici-deşici əşyanın (alətin-lərin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir (İİ cild i.v. 80) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-dan verilmiş 29 oktyabr 2024-cü il tarixli, 18-1-61/2-1369/2024 nömrəli məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il (xx.xx.2019-cu il, Əmr № 464) tarixdən hal-hazıra kimi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdə Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsinə növbə rəisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il, Əmr № 1509) öz xahişi ilə işdən azad edilmişdir (İİ cild i.v. 86-88). Yevlax ŞİHB-nın Ərəbbəsrə kənd İƏD üzrə Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İİ cild i.v. 90). AZ-İİİ 245275 №li Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X5r (İİ cild i.v. 93). AZ-İİ 703644 №li Yevlax rayon, Aşağı Salamabad icra nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Yevlax rayon, Xaldan qəsəbəsində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X5r (İİ cild i.v. 93). xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşmə istintaq hərəkəti zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2021-ci il tarixdə onun üzünə bıçaqla xəsarət yetirdiyini bildirməklə, baş vermiş hadisəni bir daha təsdiq etmişdir (İİ cild i.v. 94-97). xx.xx.2024-cü il tarixli “vəsatətin rədd edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə xüsusat vəsatət kimi qiymətləndirilib, əsassız hesab edilərək rədd edilməsi qərara alınmışdır (İİ cild i.v 98-99). xx.xx.2024-cü il tarixli 621 nömrəli arayışa əsasən Məmmədov X6 şəhər X1 psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir (İİ cild i.v. 119). xx.xx.2024-cü il tarixli, 792 saylı Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda yoxdur (İİ cild i.v. 120). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələrindən həmin Məcəllənin 128, 156.1 və 242-ci maddələrinə tövsif olunmaqla ona xx.xx.2024-cü il tarixdə elan edilmiş ittihamın dəyişdirilərək, əlavələr edilməklə ona CMnin 128, 156.1 və 242-ci maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində olan həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125, 221.1, 228.4 və 134-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs aid videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk, sonuncunun təqdim etdiyi 01 ədəd CD disk və "xxxx" MMC-dən BKC/LGL-14381/24 nömrəli müşayiət məktubu ilə daxil olmuş GSM nömrə məlumatlarını göstərən 01 ədəd CD diskin, iş üzrə şahid ifadələri, ekspertiza rəyləri, baxış, istintaq hərəkətinin nəticələrinə dair tərtib edilmiş protokollar və digər istintaq sənədlərinin sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır (İİ cild i.v. 122-142). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 128, 156.1 və 242-ci maddələri ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 6.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 242-ci maddəsinə əsasən Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128, 156.1 və 242-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 128 və 242-ci maddələrlə azadlıqdan məhrum etmə, CM-nin 156.1-ci maddəsi ilə islah işləri cəzası təyin edilməli və CM-nin 66.2-ci maddəsinə əsasən və CM-nin 68.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 156.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 10 (on) faiz dövlət nəfinə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq islah işlərinin 04 (dörd) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs 01 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində olan 03 (üç) ədəd disk cinayət işi materialında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-44/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-44/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver