Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-45/2021 20.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi Hüseynov Müsaqif Səfər oğlu, Zərərçəkmiş şəxs X11 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs - 21 iyul 1963-cü ildə Ağdam rayonu Qızıllı Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Qızıllı ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 1993-cü ildə ünvan 2 ünvanda məskunlaşmasına və orada yaşamasına baxmayaraq 2019- cu ilin mart ayından Zərərçəkmiş şəxs məxsus və adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 29.12.2015-ci il tarixli, ******* nömrəli «Çıxarışı» ilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmiş Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 13 ünvanında yerləşən 0,2454 ha torpaq sahəsində yerləşən “Gənclər klubu”-nun binasına köçüb orada məskunlaşaraq həmin ərazini və oradakı tikilini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etdi. Cinayət işi materiallarından görünür ki, təqsirləndiriləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da ifadə verməkdən imtina etmişdir, ancaq təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, 1993cü ildə Ağdam rayonu işğal edildikdən sonra ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərinə məcburi köçkün kimi gəlmişdir. O, Mingəçevir şəhərinə gəldikdən sonra qardaşı Şahid3 Hümbət oğlu həmin vaxt şəhərin Mehman Bəkirov küçəsində yerləşən “Gənclər klubu”nun müdiri olduğundan o, ailəsi ilə birlikdə orada məskunlaşmışdır. 2015-ci ildə qardaşı Şahid3 işlədiyi “Gənclər klubu”nu həmin ünvandan başqa ünvana köçürüldü, lakin o, ailəsi ilə birlikdə həmin ünvanda yaşamağa davam etdi. 2015-ci ildən isə həmin klubun qazını və işığını kəsdilər. Bundan sonra o, həmin kluba yaxın yaşayan qardaşı Şahid3 evindən oraya işıq və su çəkdirdi. 2019-cu ilin mart ayında məskunlaşdığı klubun yaxınlığında yaşayan Elxan adlı şəxs oraya gələrək onun yaşadığı “Gənclər klubu” nu və oranın torpaq sahəsini aldıqlarını və onların oradan çıxmalı olduqlarını bildirdilər. O da həmin şəxsə 1993-cü ildən orada məskunlaşdıqlarını, başqa yaşayış yerlərinin olmadığını, əlavə ona yaşayış sahəsi verdiyi təqdirdə oradan çıxacağını bildirdi. Bu zaman Elxan adlı şəxs onu oradan zorla çıxaracağını bildirərək kobud ifadələrlə onu təhqir edib oradan getdi. Daha sonra o, öyrəndi ki, Elxanın anası Zərərçəkmiş şəxs həmin torpaq sahəsini almışdır. 2019-cu ilin mart ayının sonunda Elxanın balaca qardaşı Elnur oraya gələrək həmin torpaq sahəsinin giriş hissəsinə daş hasar çəkdirdi, torpaq sahəsində olan köhnə tikilini sökdürdü və orada olan torpaq sahəsini şumlatdı. Zərərçəkmiş şəxs X12 nümayəndəsi və vəkili X7 məhkəmə iclasında ifadəsində bildirdi ki, ünvan 3 ünvanında zərərçəkmiş şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,2454 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə 2015-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-i Çıxarış verilmişdir. Zərərçəkmiş şəxs xeyli müddətdir ki, həmin torpaq sahəsində işlər görmək istəyir. Lakin torpaq sahəsi Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 18 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutulmaqla qanunsuz zəbt edilmişdir. Torpaq sahəsinin bir hissəsinə zərərçəkmiş şəxsin qohumları tərəfindən hasar çəkilmiş və darvaza qoymaq üçün yer qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs torpaq sahəsinin bir hissəsinə mişar daşlarından hasar çəkdirmişdir. Darvaza qoyulmasına da imkan verməmiş və hətta bildirmişdi ki, darvaza qoyularsa açarın biri ona verilməlidir. Təqsirləndirilən şəxs torpaq sahəsini zəbt etmiş, sahədə olan tikiliyə yığışaraq istifadə edir, həmçinin torpaq sahəsinə torpağın bellənməsi işləri də gördü ki, orada kənd təsərrüfatı məhsulları əkib-becərsin. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus torpaq sahəsinə faktiki sahiblik və istifadə edir. Dəfələrlə ona özbaşına tutduğu torpaq sahəsindən çıxması və torpaq sahəsini boşaltması bildirilsə də, qanunsuz hərəkətlərini davam etdirir və torpaq sahəsini boşaltmır. Bununla da uzun müddət ərzində zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququmu pozmuş, mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməyinə imkan verməmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxsə qanun daxilində cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və tikili əvvəllər “Gənclik klubu”na məxsus olmuşdur. Orada 1993-cü ildə məcburi köçkünlər gəlib məskunlaşdılar. 2014-cü ildə orada yaşayan köçkünlərə ev verilmiş və həmin şəxslər köçüb getmişlər. Təqsirləndirilən şəxs orada yaşamayıb, qonşu evdə yaşamışdır. Həmin ev onun evinin qonşuluğunda yerləşir. Sonradan M.Bəkirov küçəsi 13 №li ünvanda yerləşən torpaq və tikili rəsmi qaydada Zərərçəkmiş şəxs satılmışdır. Həmin sahə özəlləşdirilərkən orada heç kim yaşamamışdır. Zərərçəkmiş şəxs bir qonşu kimi ondan və qardaşından xahiş etdilər ki, oraya nəzarət etsinlər. Qəhrəman həmin sahəyə girmiş, oranı özbaşına tutmaqla qanunsuz zəbt etmişdir. Torpaq sahəsinin bir hissəsinə hasar çəkilmiş və darvaza qoymaq üçün yer qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs darvaza qoyulmasına imkan verməmiş və hətta bildirmişdi ki, darvaza qoyularsa açarın biri ona verilməlidir. Təqsirləndirilən şəxs torpaq sahəsini zəbt etmiş, sahədə olan tikiliyə yığışaraq istifadə etmiş, həmçinin torpağın bellənməsi işləri də görmüşdür ki, orada kənd təsərrüfatı məhsulları əkibbecərsin, Şərafətə məxsus torpaq sahəsinə faktiki sahiblik və istifadə edir. Dəfələrlə Qəhrəmana özbaşına tutduğu torpaq sahəsindən çıxması və torpaq sahəsini boşaltması bildirilsə də, o, torpaq sahəsini boşaltmır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 08 aprel 2019-cu il tarixdə Mingəçevir şəhər polis şöbəsindən “Dövlətqaçqmkom”-un Mingəçevir şəhər nümayəndəliyinə Təqsirləndirilən şəxs və ailə üzvlərinin hansı tarixdən Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 13 ünvanında məskunlaşmaları barədə sorğu məktubu daxil olmuşdur. Həmin vaxt o, vəzifəyə yeni təyin olunmuşdu və həmin vaxt nümayəndəliyin arxiv sənədləri və ya mərkəzləşdirilmiş elektron bazası olmuşdur. O bu səbəbdən Təqsirləndirilən şəxs 1993-cü ildən həmin ünvanda məskunlaşdığını düşünüb bu məzmunda Mingəçevir şəhər polis şöbəsinə məktub ünvanlamışdır. Lakin sonradan o, Təqsirləndirilən şəxs adına olan su və elektrik sayğaclarının ünvan 6 ünvanına quraşdırıldığını, həmçinin, 2013-cü ildə Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 13 ünvanında yerləşən “Gənclər klub”unda məskunlaşmış məcburi köçkünlərin Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə köçürüldüyünü öyrənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs və ailə üzvlərinin sonradan Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 13 ünvanında yerləşən “Gənclik klub”unda məskunlaşdığını bildi. Sonra o, Mingəçevir şəhər polis şöbəsinə Təqsirləndirilən şəxs Mehman Bəkirov küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evində məskunlaşması barədə ikinci məktubu ünvanlamışdır. O, həmin məktubları Mingəçevir şəhər polis şöbəsinə ünvanladığı vaxt Təqsirləndirilən şəxs barəsində “Dövlətqaçqınkom”-un Mingəçevir şəhər nümayəndəliyində heç bir qeydiyyatı olmamışdır. Sonradan məcburi köçkünlərin məskunlaşdıqları ünvanlar barədə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsində mərkəzləşdirilmiş elektron baza yaradılmışdır. Hazırda həmin elektron bazada Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 18 ünvanında məskunlaşması barədə qeydiyyat vardır. Şahid3 Hümbət oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 1986-cı ildən ünvan 3 ünvanında yerləşən “Gənclər klubu”nun rəhbəri olmuşdur. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qəhrəman 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərinə gəldi. O, həmin vaxt Qəhrəmana “Gənclər klubu”ndan yaşaması üçün yer verdi. Həmin vaxtdan Qəhrəman orada məskunlaşdı. 2014-cü ildə rəhbəri olduğu “Gənclər klubu”nu Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Gənclər evi”-nə köçürtdülər. Lakin Qəhrəman öz ailəsi ilə orada yaşamağa davam etdi. O, sonradan bildi ki, Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 13 ünvanında yerləşən torpaq sahəsi Zərərçəkmiş şəxs tərəfindən özəlləşdirilmişdir. Qardaşı Təqsirləndirilən şəxs 1993-cü ildən Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 13 ünvanında yerləşən torpaq sahəsində məskunlaşmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə məhkəmə iclasında ifadə verən şahid X13 ifadəsində bildirdi ki, Aslan Qəhrəmanovla 1993-cü ildən qonşudur. Belə ki, Aslan Ağdam rayonundan olan məcburi kimi həmin il qonşuluqda yerləşən “Gənclər klubu”nda məskunlaşmışdır. Hal-hazıradək də ailə üzvləri ilə birlikdə “Gənclər klubu”nda yaşayır. Şahid Məmmədov Rövşən Yusif oğlu da məhkəmə iclasında şahid Rəşad Məmmədovun ifadəsinə uyğun ifadə verərək Aslan Qəhrəmanovun 1993-cü ildən Mehman Bəkirov küçəsi 13 №li ünvanda yerləşən “Gənclər klubu”nda məskunlaşdığını bildirdi. İşin 39-40-cı vərəqlərində olan 04 aprel 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 10 ünvanında yerləşən torpaq sahəsini zəbt edərək oradakı qeyri- yaşayış sahəsində yaşayır. İşin 136-137-ci vərəqlərində olan 16 may 2019-cu il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində ünvan 11 ünvanında yerləşən 0,2454 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 235 kv/metr ölçüdə qeyri-yaşayış sahəsi vardır. Baxış zamanı müəyyən olundu ki, Lex X4 şəhəri, Mehman Bəkirov küçəsi ev 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı ərazi şöbəsi tərəfindən keçirilmiş 29.09.2015-ci il tarixli hərracda satın almış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 02.10.2015-ci il tarixli 3016 nömrəli alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsini mülkiyyətinə keçirtmişdir. Bundan əlavə baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs ünvan 12 ünvanında yerləşən 0,2454 ha torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 04.12.2015-ci il tarixli 233 nömrəli alqı-satqı müqaviləsi əsasında almışdır. X3 təqdim etdiyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətindən Mingəçevir şəhər Vəkil bürosuna daxil olmuş məktubdan görünür ki, Mingəçevir şəhəri Mehman Bəkirov küçəsi ev 13 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus 0,2454 ha torpaq sahəsi 04.12.2015-ci il tarixdə özəlləşdirilmiş, həmin əraziyə komitənin ərazi şöbəsinin işçiləri tərəfindən obyektin özəlləşdirilməsi zamanı baxış keçirilmiş və bu barədə müvafiq baxış aktı tərtib olunmuşdur, baxış zamanı ərazidə hər hansı şəxslərin yaşaması aşkar edilməmişdir. İşin 45-ci vərəqində olan 1486 №li 08.04.2019-cu il tarixli Qaçqınların və X8 üzrə Dövlət komitəsindən verilmiş arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün olan Təqsirləndirilən şəxs oğlu ailə üzvləri ilə birlikdə 1993-cü ildən Mingəçevir şəhəri M.X9 müvəqqəti məşkunlaşmışlar. İşin 48-ci vərəqində olan 1558 №li 12.04.2019-cu il tarixli Qaçqınların və X8 üzrə Dövlət komitəsindən verilmiş arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün olan Təqsirləndirilən şəxs oğlu ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri M.Bəkirov 18-də müvəqqəti məşkunlaşmışlar. İşin 50-ci vərəqində olan Azərbaycan Respublikası Qaçqınların və X8 Üzrə Dövlət Komitəsi Mingəçevir şəhər bölməsi tərəfindən verilmiş 30 №li, 12 aprel 2019-cu il tarixli məktubdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Təqsirləndirilən şəxs oğlu ailəsi ilə birlikdə hal-hazırda Mingəçevir şəhəri Mehman Bəkirov 18 ünvanında yerləşən fərdi evdə məskunlaşmışdır. Təqsirləndirilən şəxs öz adına olan elektrik sayğacından və digər kommunal xidmətlərdən ailəsi ilə birlikdə həmin ünvanda istifadə edirlər. İşin 138-ci vərəqində olan Azərbaycan Respublikasının ƏMDK yanında X2 üzrə Dövlət Agentliyinin direktoru Mohuma Əhməd oğlu X1 arasında bağlanmış 233 №li 04.12.2015-ci il tarixli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı 21.10.2015-ci il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənəndlərə əsasən 2454,0 m2 torpaq sahəsini 3558 (üç min beş yüz əlli səkkiz) manata satır, “alıcı” isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın alır. İşin 140-cı vərəqində olan Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir şəhər vəkil bürosuna göndərdiyi cavab məktubunda göstərilir ki, 235,0kv.m qeyri-yaşayış bijnasının və onun yerləşdiyi 2454,0 kv.m torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqmanı”na uyğun olaraq 28.08.2015-ci il və 04.12.2015-ci il tarixlərində həyata keçirilmişdir. Eyni zamanda həmin əraziyə komitənin Ərazi şöbəsinin işçiləri tərəfindən obyektin özəlləşdirilməsi zamanı baxış keçirilmiş və bu barədə müvafiq baxış aktı tərtib olunmuşdur. Baxış zamanı ərazidə hər hansı şəxslərin yaşaması aşkar edilməmişdir. İşin 141-ci vərəqində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3-də 29.12.2015-ci ildən X11 mülkiyyətindədir. İşin 167-169-cu vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1245/2019 saylı, 21.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, X11 Təqsirləndirilən şəxs qarşı Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Lex Şərafətə məxsus qanunsuz zəbt edilmiş evdən və torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair iddiası təmin edilmişdir. İşin 191-196-cı vərəqlərində olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2588/2019 saylı, 02.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs X17 və DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsinə qarşı özəlləşmənin ləğvinə və məskunlaşdıqları yerin yolunun açılması tələbinə dair iddiası isə rədd edilmişdir. İşin 201-206-ci vərəqlərində olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 310/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu 1993-cü ildə ünvan 14 ünvanda məskunlaşmasına və orada yaşamasına baxmayaraq 2019- cu ilin mart ayından Zərərçəkmiş şəxs qızma məxsus və adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 29.12.2015-ci il tarixli, ******* nömrəli «Çıxarışı» ilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmiş ünvan 12 ünvanında yerləşən 0,2454 ha torpaq sahəsində yerləşən “Gənclər klubu”-nun binasına köçüb orada məskunlaşaraq həmin ərazini və oradakı tikilini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkilinin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 244-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İşin 249-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, məcburi köçkün olması Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, məcburi köçkün olmasını. eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona CM-nin 62-ci maddəsini tətbiq etməklə cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödəməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-45/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-45/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver