Məhkəmə qərarları › İş №1(051)-45/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-45/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-45/2022 08.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ev 49, mənzil 27-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, əvvəllər Mingəçevir şəhər Məhkəməsinin 29.09.2014-cü il tarixli hökmü ilə CM-in 263.1-1-ci maddəsinə əsasən 6000 manat məbləğində cərimə edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə CM-in 234.1 və 67.1-ci maddələrinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə və 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 31.08.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmü ilə CM-in 234.1 və 67.1-ci maddələrinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 25.04.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 23.11.2020-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 344 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və 30.03.2021-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə 23.11.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəza 01 ay 13 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 07.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 fevral 2021-ci il tarixdə saat 17:10-da açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhər Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CMin 67.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 263.1-1-ci maddələri ilə təqsirli bilinib barəsində təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 5 gün hissəsi və 6000 manat cərimə cəzasına tam toplanmaqla üzərində qəti olaraq 10 ay 5 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 6000 manat cərimə cəzası təyin edilmiş, bundan başqa Mingəçevir şəhər məhkəməsinin 30.03.2021-ci il tarixli qərarına əsasən Mingəçevir şəhər Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmünə ilə təyin edilmiş 6000 manat cərimə cəzası 1 ay 13 gün müddətinə azadlıqan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzası bitsə də məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmayıb 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 180,19 qram olan narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi olmadan ünvan 1 ünvanda yerləşən yaşadığı mənzildə gizlədərək saxlamış, 28.10.2021-ci il tarixdə saat 14 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bir ədəd ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 7,56 qram olan narkotik vasitə - qurudulmuş marixuananı ayıraraq satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.10.2021-ci il tarixdə saat 14:45 radələrində Mingəçevir ŞPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Lider” parfümeriyasının yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində təmiz çəkisi 7,56 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən yaşadığı mənzildə yataq otağında yatdığı çarpayının döşəyinin altında gizlətdiyi bir ədəd sellofanın içərisində təmiz çəkisi 172,63 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 28.10.2021-ci il tarixdə saat 14:45 radələrində Mingəçevir şəhər H.Əliyev prospektində “Lider” mağazasının qarşısında mülki geyimli polis əməkdaşları ona və qardaşı X2 yaxınlaşdılar. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib polis şöbəsinə dəvət etdilər. Mingəçevir şəhər polis şöbəsinin inzibati binasında Növbətçi hissənin qarşısında vəkilin və proses iştirakçılarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən ağ kağıza bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan “marixuana”ya oxşar kütlə, boz rəngli şalvarın sağ yan cibindən ağ rəngli təsbeh, eyni cibindən bir ədəd alışqan, bir ədəd “Primo” markalı siqaret aşkar olundu. Əynindəki qara qış gödəkçəsinin sol yan cibindən ağ kağıza bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan “marixuana”ya oxşar kütləni polis şöbəsinə dəvət olunmazdan bir ay əvvəl Yevlax rayonundan gələn zaman Xanabad kəndində yolun kənarında kol şəklində görmüş, yığıb qurutmuş, bir hissəsini üzərində saxlamış digər hissəsini isə evində saxlamışdır. Mənzilinə məhkəmə qərarı əsasında gedilərək baxış keçiriləcəyi elan olunmuşdur. Bundan sonra o və onun müdafiəçisi Tubu Hüseynovanın da iştirakları ilə onların yaşadığı ünvan 1 ünvana getmişlər. Polis əməkdaşları həmin baxış zamanı iştirak etmişlər. Mənzilə daxil olmamışdan əvvəl anası Şahid1 məhkəmə qərarı təhqiqatçı Elşən Şükürov tərəfindən elan olunmuş və mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Şahid1, o və Səttar mənzilə baxış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra mənzilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında onun yatdığı çarpayının döşəyinin altında əvvəldən gizlətdiyi bir ədəd sellofanın içərisində narkotik vasitə - qurudulmuş marixuananı tapılmışdır. Mənzildə narkotik vasitə saxlamasından anası Ziyafətin və qardaşı Səttarın məlumatı olmamışdır. Bundan sonra aşkar olunmuş sellofan torbanın içərisində olan narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmış və götürülmüşdür. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-un baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir, 28.10.2021-ci il tarixdə məxfi əməkdaşdan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 28.08.2021-ci il tarixdə saat 14:45 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın NMQ-un əməliyyat müvəkkili Şahid3 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs qardaşının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Lider” parfümeriyasının qarşısında onlar tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs izah olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərlərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Buna görə də onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olundu və vəkil X5 dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-ın Növbətçi Hissəsinin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və təxminən bir ay əvvəl Yevlax rayon Xanabad kəndi ərazisində yol kənarında yabanı halda bitmiş çətənə bitkisindən taparaq topladığını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq Təqsirləndirilən şəxs və müdafiəçisi Tubu Hüseynova da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Davam edən tədbirlər zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə məhkəmə qərarı əsasında gedilərək baxış keçiriləcəyi elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tubu Hüseynovanın da iştirakları ilə onların yaşadığı ünvan 1 ünvana getmişlər. Polis əməkdaşları Şahid4, Şahid3 da həmin baxış zamanı iştirak etmişlər. Mənzilə daxil olmamışdan əvvəl Xəyalən anası Şahid1 məhkəmə qərarı təhqiqatçı Elşən Şükürov tərəfindən elan olunmuş və mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Şahid1, Xəyal və Səttar Fərzanlılar mənzilə baxış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra mənzilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında Təqsirləndirilən şəxs yatdığı çarpayının döşəyinin altında gizlətdiyi bir ədəd sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmçinin bildirmişdir ki, həmin sellofan torbada olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır və bir ay əvvəl Yevlax rayon Xanabad kəndi ərazisindən yabanı halda bitmiş çətənə bitkisindən toplayıb saxlamışdır. Mənzildə narkotik vasitə saxlamasından anası Ziyafətin və qardaşı Səttarın məlumatı olmamışdır. Bundan sonra aşkar olunmuş sellofan torbanın içərisində olan narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmış və götürülmüşdür. Tərtib olunmuş protokolu Xəyal, Səttar və Şahid1 ilə yanaşı vəkillər Tubu Hüseynova və Dərgah Hüseynov habelə polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. Mingəçevir şəhər Polis şöbəsində NMQ-un əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 məhkəmə iclası zamanı Şahid2 ilə eyni məzmunlu ifadə verərək öz ifadəsi ilə onun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər N.Nərimanov küçəsi ev 49, mənzil 27-də qeydiyyatda olmaqla ünvan 3 ünvanda övladları Səttar və Xəyal ilə birlikdə yaşayır. Ona müstəntiq tərəfindən izah olunmuşdur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və ifadə verməməyə görə təqibə məruz qala bilməz. Övladı Xəyal uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidirlər. Dəfələrlə qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb olunmuşlar. Xəyal hər gün ondan pul istəyir, aldıqları pulu isə narkotik vasitələrə verib istifadə edirlər. Yaşadıqları evdə dəfələrlə narkotik vasitə istifadə etmişlər. Buna görə də polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 28.10.2021-ci il tarixdə isə polis əməkdaşları övladları Səttar, Xəyal və onların müdafiəçiləri ünvan 1 ünvanda yerləşən yaşadıqları evə gəlmişlər. Evə baxış keçirilərkən Xəyalın yatdığı otaqda çarpayının döşəyinin altından narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin otağa uzun müddətdir ki, girməmiş çünki Xəyal həmin otağa girməsini qadağan etmişdir. Evlərində narkotik vasitə qurudulmuş marixuana olmasından həmin günədək onun məlumatı olmamışdır. Həmin gün protokol tərtib olunmuş və o da imzası ilə təsdiq etmişdir. Məhkəmə iclası zamanı elan olunmuş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinə göstərmişdir ki, 28.10.2021-ci il tarixdə məxfi əməkdaşdan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 28.08.2021-ci il tarixdə saat 14:45 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın NMQ-un əməliyyat müvəkkili Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs qardaşının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Lider” parfümeriyasının qarşısında onlar tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs izah olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərlərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Buna görə də onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olundu və vəkil X5 dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-ın Növbətçi Hissəsinin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və təxminən bir ay əvvəl Yevlax rayon Xanabad kəndi ərazisində yol kənarında yabanı halda bitmiş çətənə bitkisindən taparaq topladığını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq Təqsirləndirilən şəxs və müdafiəçisi Tubu Hüseynova da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Davam edən tədbirlər zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə məhkəmə qərarı əsasında gedilərək baxış keçiriləcəyi elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tubu Hüseynovanın da iştirakları ilə onların yaşadığı ünvan 1 ünvana getmişlər. Polis əməkdaşları Şahid4, Şahid3 da həmin baxış zamanı iştirak etmişlər. Mənzilə daxil olmamışdan əvvəl Xəyalən anası Şahid1 məhkəmə qərarı təhqiqatçı Elşən Şükürov tərəfindən elan olunmuş və mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Şahid1, Xəyal və Səttar Fərzanlılar mənzilə baxış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra mənzilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında Təqsirləndirilən şəxs yatdığı çarpayının döşəyinin altında gizlətdiyi bir ədəd sellofanın içərisində narkotik vasitə - qurudulmuş marixuananı təqdim etmişdir. Həmçinin bildirmişdir ki, həmin sellofan torbada olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır və bir ay əvvəl Yevlax rayon Xanabad kəndi ərazisindən yabanı halda bitmiş çətənə bitkisindən toplayıb saxlamışdır. Mənzildə narkotik vasitə saxlamasından anası Ziyafətin və qardaşı Səttarın məlumatı olmamışdır. Bundan sonra aşkar olunmuş sellofan torbanın içərisində olan narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmış və götürülmüşdür. Tərtib olunmuş protokolu Xəyal, Səttar və Şahid1 ilə yanaşı vəkillər Tubu Hüseynova və Dərgah Hüseynov habelə polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 17/776 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-7,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Səttar Fərzanlı və Təqsirləndirilən şəxs yaşadığı mənzildən Təqsirləndirilən şəxs məxsus aşkar olunaraq götürülmüş ... ” sözləri və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi -172,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan 28.10.2021-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində təmiz çəkisi 7,56 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmış, həmçinin eyni tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən yaşadığı mənzildə yataq otağında yatdığı çarpayının döşəyinin altında gizlətdiyi bir ədəd sellofanın içərisində təmiz çəkisi 172,63 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. Cinayət işi materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli protokollardan görünür ki, 28.10.2021-ci tarixdə Mingəçevir ŞPŞ-in TB-in təhqiqatçısı polis kapitanı Elşən Şükürov tərəfindən çəkilmiş DVD-disklərə Müstəntiq, polis kapitanı Pərvin Ağayev tərəfindən baxış keçirilmişdir. DVD-ə tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunması müəyyən olunmuşdur. Digər CD-ə tərəfindən baxış keçirilərkən Fərzanlı X3 şəhər Sahil döngəsi ev 4 ünvanda yerləşən yaşadığı mənzildə yataq otağında yatdığı çarpayının döşəyinin altında narkotik vasitə-qurudulmuş marixuana aşkar olunması müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06.01.2022-ci il tarixli 19 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannoabidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi haqqında 06 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfin içərisində təmiz çəkisi 7,56 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 7,51 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd sellofan torbada içərisində təmiz çəkisi 172,63 qram olan müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 172,58 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanca verilməsi haqqında qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 4 saylı MİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, yaşadığı müddətdə qonşular tərəfindən 4 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhər Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 263.1-1-ci maddələri ilə təqsirli bilinib barəsində təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 5 gün hissəsi və 6000 manat cərimə cəzasına tam toplanmaqla üzərində qəti olaraq 10 ay 5 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 6000 manat cərimə cəzası təyin edilmiş, bundan başqa Mingəçevir şəhər məhkəməsinin 30.03.2021-ci il tarixli qərarına əsasən Mingəçevir şəhər Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmünə ilə təyin edilmiş 6000 manat cərimə cəzası 1 ay 13 gün müddətinə azadlıqan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzası bitsə də məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmayıb 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 180,19 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan ünvan 1 ünvanda yerləşən yaşadığı mənzildə gizlədərək saxlamış, 28.10.2021-ci il tarixdə saat 14 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bir ədəd ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 7,56 qram olan narkotik vasitə - qurudulmuş marixuananı ayıraraq satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.10.2021-ci il tarixdə saat 14:45 radələrində Mingəçevir ŞPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Lider” parfümeriyasının yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində təmiz çəkisi 7,56 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən yaşadığı mənzildə yataq otağında yatdığı çarpayının döşəyinin altında gizlətdiyi bir ədəd sellofanın içərisində təmiz çəkisi 172,63 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri və şahid ifadələrini dinləyib işə əlavə olunmuş ekspert rəylərini, DVD diskə baxış protokollarını və digər sənədləri təhlil edib belə qənaətə gəlir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə olunmuş DİN yanında BƏSİİ tərəfindən verilmiş 13.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Fərzanlı X3 şəhər Məhkəməsinin 29.09.2014-cü il tarixli hökmü ilə CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilərək 02 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə CM-in 234.1 və 67.1-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkmək şərti ilə azadlıqdan məhrum etmə cəzasına və 02 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və 31.08.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir ŞPŞ tərəfindən 01.04.2018-ci il tarixdə CM-in 128-ci maddəsinə əsasən təqsirləndirilməsinə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, Mingəçevir şəhər Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmü ilə CM-in 234.1 və 67.1-ci maddələrinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 10 ay 5 gün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və 25.04.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 23.11.2020-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 344 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və 30.03.2021-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə 23.11.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəza 01 ay 13 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 07.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs oğlunun əvvəllər qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluqları ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğluna cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-in 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 28 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 4(051)- 123/2021 saylı, 30.10.2021-ci il tarixli Qərarından görünür ki, təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbsdə saxlama müddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi yəni, 28 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs oğlu məcburi mülaicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 7,51 qram narkotik vasitə olan qurudulmuş marixuana və 172,58 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34 manat 55 qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 7,51 qram narkotik vasitə olan qurudulmuş marixuana və 172,58 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar