Məhkəmə qərarları › İş №1(051)-45/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-45/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-45/2024 11.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru– Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid1 və təqsirləndirilən şəxsin müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işi ilə əlaqədar keçirilən məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının əvvəlində Zərərçəkmiş şəxs aid olan 1 ədəd 17 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, paxlavavari silikon qaşa malik olan 1275 (min iki yüz yetmiş beş) manat dəyərində olan qızıl bilərziyi gedəcəyi ad günü şənliyində istifadə etmək bəhanəsi ilə alıb, şənlik qurtardıqdan sonra isə qaytaracağını yalandan vəd verib, Zərərçəkmiş şəxs aldadaraq, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 20 saylı yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən, icarə əsasında işlətdiyi, Zərərçəkmiş şəxs məxsus obyektdə həmin qızıl bilərziyi alıb, sonradan onu istintaqa məlum olmayan lombarda girov qoyub, əvəzində istinqata məlum olmayan məbləğdə pul götürərək və bununla da həmin bilərziyi ələ keçirərək, Zərərçəkmiş şəxs 1275 (min iki yüz yetmiş beş) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qızma Minəçevir şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən binanın 1 №-li mənzilini satacağını yalandan vəd verib, Zərərçəkmiş şəxs aldadaraq 14 yanvar 2021-ci il tarixdə saat 15 radələrində icarə əsasında işlətdiyi, Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 20 saylı yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən ticarət obyektində 18.000 (on səkkiz min) manat, 26 mart 2021-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti, 40 №-li ünvanında yerləşən binanın 1 №-li mənzilində 10.000 (on min) manat məbləğdə pulunu, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 28000 (iyirmi səkkiz min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Dövlət ittihamçısı, hazırlıq iclası zamanı məhkəməyə vəsatət təqdim edərək cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini, buna görə də Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.6, 303.3.8-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, eyni zamanda Mingəçevir şəhər polis X4 baş müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan və iş materiallarından görünür ki, o, Zərərçəkmiş şəxs qarşı müxtəlif vaxtlarda 2 dəfə dələduzluq cinayəti törətmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda törətdiyi cinayət əməllərinə görə ittiham elan edilsə də, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində tövsifedici əlamətlər, həmin qərarın nəticə hissəsində isə cinayət qanununun maddəsi göstərilməmişdir. Ona görə də təqsirləndirilən şəxsə elan edilmiş ittiham aydın deyil və nəticədə təqsirləndirilən şəxsi nədə təqsirləndirildiyini bilmək hüququnu pozmuşdur. Həmçinin, iş üzrə müəyyən edilmiş hallarla keçirilmiş prosessual hərəkətlər arasında ziddiyətlər vardır. Belə ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən müstəntiq tərəfindən ona qanuni nümayəndə təyin edilərək cinayət işinin materialları ilə tanış edilmiş, digər tərəfdən cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Bununla da CPM-nin 284-286-cı maddələrinin tələbləri pozulmuşdur. Zərərçəkmiş şəxs X5 nümayəndəsi müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclası zamanı vəsatətin qismən yəni, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində tövsifedici əlamətlər, həmin qərarın nəticə hissəsində isə cinayət qanununun maddəsinin göstərilməməsi, təqsirləndirilən şəxsə elan edilmiş ittiham aydın olmaması və nəticədə təqsirləndirilən şəxsi nədə təqsirləndirildiyini bilmək hüququnun pozulması hissəsində təmin edilməsində etiraz etmədiyini, vəsatətin Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar çıxarılması hissəsində təmin edilib-edilməməsini isə məhkəmənin mülahizəsinə buraxmışdır. Təqsirləndirilən şəxs müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclası zamanı vəsatətə münasibət bildirərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə cinayət prosesi tərəflərini dinləyərək, dövlət ittihamçısının vəsatətinin dəlillərini araşdıraraq və cinayət işinin materiallarını hər tərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, ibtidai araşdırmanı həyata keçirən Mingəçevir Şəhər Polis Şöbəsinin müstəntiqi tərəfindən yol verilimiş pozuntuları aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından həmin pozuntu aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 85.3-cü maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin, 223.4-cü maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. Həmçinin, CPM-nin 289.3 və 289.3.1-ci maddələrinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. CPM-nin 91.5.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Sözügedən Məcəllənin 299.1-i maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Habelə qeyd olunan Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır (300.1.5-ci maddə). 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; CPM-nin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. CPM-nin 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına dair qərar çıxarır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırma aparmış Mingəçevir Şəhər Polis X4 baş müstəntiqi, polis mayoru X6 məhkəməyədək icraat zamanı CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verdikləri üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, ibtidai araşdırma zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar çıxarılmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 303-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Mingəçevir Şəhər Polis X4 baş müstəntiqi, polis mayoru X3 yol verdiyi qanun pozuntuları ilə bağlı tədbirlər görülməsi üçün çıxarılmış xüsusi qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Görülmüş tədbirlər barəsində qərarın surəti daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq Mingəçevir Şəhər Məhkəməsinə məlumat verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, ondan şikayət və protest verilə bilməz. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar