Məhkəmə qərarları › İş №1(051)-46/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-46/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-46/2021 03.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşyev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonu, Opriti kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 mənzil 36 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrində usta işlədiyi Zərərçəkmiş şəxs yaşadığı, ünvan 2 ünvanında 25 nömrəli mənzilinin yataq otağında yerləşən dolabın üzərində olan pul kisəsindən 550 manat məbləğdə pulu qonaq otağından isə 1 ədədinin qiyməti 0.60 manat olan 4 ədəd 2.40 manat dəyərində parlaq rəngli “oboy kantını”, 1 ədədinin qiyməti 6 manat olan 2 ədəd 12 manat dəyərində 250 qramlıq “universal metla’nı, 1 ədədinin qiyməti 0.40 manat olan 6 ədəd 2,40 manat dəyərində “klipsal ağ karopka pvc(3.3) 1-li vilka”-nı, 1 ədədinin qiyməti 4,40 manat olan 6 ədəd 26,40 manat dəyərində “spot led 7V 6605 suse 3 reng modu"-nu. 1 ədədinin qiyməti 4.40 manat olan 3 ədəd 13,20 manat dəyərində “8 volt MD 0108 3 rəng modlu yumru spot led"-ini, 1 ədəd 2.30 manat dəyərində “ust nl ağ schmeler” paylayıcım. 1 ədəd 3.80 manat dəyərində “Nl/TV N1 pulıno boz rəngli razetka”-m, 1 ədəd 3.80 manat dəyərində "N2 pulıno boz rəngli razetka“-m, 1 ədəd 3.80 manat dəyərində “Nl pulmo qara razetka'-m. 1 ədəd 3.80 manat dəyərində "Nl vill pulmo boz rəngli razetka”-nı, 1 ədədinin qiyməti 1.30 manat olan 3 ədəd 3,90 manat dəyərində “10 qramlıq sobsan universal pasta(522)p Q. 1 ədədinin qiyməti 1.30 manat olan 4 ədəd 5,20 manat dəyərində “10 qramlıq sobsan universal (523) pastasf’-nı, 1 ədədinin qiyməti 3,20 manat olan 2 ədəd 6,40 manat dəyərində şəffaf rəngli 325 ml-lik “silikon qrabonduvnu, 1 ədəd 5,40 manat dəyərində gizli işiq “pult modlu adabter”-i. 1 metrinin qiyməti 4.80 manat olan 22 metr 105,60 manat dəyərində “MD 5050 pult modi gizli işığ”-ı, 1 ədəd 24 manat dəyərində 5 metr uzunluğunda "V Max STRİP-Uc markalı gizli işiq vilkasf'-m, 1 ədədinin qiyməti 0,90 manat olan 2 ədəd 1, 80 manat dəyərində "bruch 2 markalı firca”-nı. 1 ədəd 2,50 manat dəyərində divar kağızı bıçağını, 1 ədəd 1,20 manat dəyərində 1 litrlik "panda gulen tiner'i, 1 metrin qiyməti 0,35 manat olan 35 manat dəyərində 100 metr uzunluğunda "1x2.5 aknur baraban kabeli"-ni və 1 metrinin qiyməti 0,45 manat olan 90 manat dəyərində 200 metr uzunluqda "1x4 aknur kabelr'-ni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 904.90 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs oğlu Şahid1la təxminən 2020-ci ilin yay aylarında tanış olmuşdur. Yay aylarında Zaurla münasibəti yaranıbdır. Belə ki, özü ustalıq edərək mənzil təmiri ilə məşğul olur. Zaurla tanış olduqdan sonra Zaur ona tanışının mənzilinin təmirə ehtiyac olduğunu və həmin evdə təmir işləri görməyi bildirmişdir. Həmçinin özü də onun yanında fəhləlik edəcəyini bildirmişdir. Birlikdə həmin mənzildə işləmişlər. Bundan sonra Zaurla münasibətləri daha da yaxınlaşmışdır. 2020-ci ilin yay aylarında təxminən iyul ayında Zaura məxsus BMW markalı avtomobillə tanışı qızla şəhər ərazisindən pivə alaraq X6 istiqamətində hərəkət etmişlər. Həmin zaman avtomobili o idarə etmişdir. Yolda dayanmış Dövlət Yol Polisinin əməkdaşları onları saxlatdırmışlar. Zaur avtomobildən bayıra çıxaraq avtomobilin özünə məxsus olduğunu bildirmişdir. X1 keçmək üçün Narkoloji Dispanserə getmişlər. Sonra geri qayıtdıqda avtomobilin artıq cərimə meydançasına yerləşdirildiyini görmüşdür. O, spirtli içki qəbul etdiyindən yol polisi ona və Zaura protokol tərtib etmişlər. Həmin gün Zaur ona yol polis əməkdaşları tərəfindən yazılmış protokol üzrə cərimənin ödənilməsini bildirmişdir. O da pulu olmadığını bildirmişdir. Bundan sonra Zaur ona anasından pul alıb cəriməni ödəyəcəyini demişdir. Həmin vaxt Zaur anasından pul alaraq cəriməni ödəmişdir. O da yoldaş kimi Zaurla razılaşaraq Zaurun yaşadığı mənzili təmir etməyə başlamışdır. İlkin olaraq söküntü işləri aparmışdır. Bundan sonra Zaur və anası ilə birlikdə MRT' tikini mallarının satıldığı bazaya gedib oradan müxtəlif tikinti materialı ləvazimatları almışlar. Daha sonra Zaurun evində elektrik işlərinin görülməsi üçün də tikinti materialı alınmalı olduğunu da bildirmiş və Zaurla anası MRT-yə gedib oradan kabellər alıb mənzilə qayıtdıqdan sonra həmin kabellərin uyğun gəlmədiyini bildirərək, həmin kabelləri Limonətin razılığı ilə aparıb alındığı yerə qaytarmışdır. Mənzilə qayıtdıqdan sonra Limonətlə aralarında mübahisə yaranmışdır. Belə ki, Limonət artıq ona Zaurla birlikdə olarkən avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün avtomobilə cərimə yazıldığını və cərimənin də ödənildiyini bilirmişdir. Zaura onun üzündən cərimə yazıldığını irad tutmuşdur. O da Limonətlə mübahisə etdiynə görə gördüyü işə görə pulunu istəmişdir. Lakin Limonət onun pulunu verməkdən imtina etmişdir. Bir az keçdikdən sonra onların hər ikisinin hirsi soyumuş və özünü işə davam edən kimi göstərmişdir. Lakin onun niyyəti artıq oradan çıxıb getməkdən ibarət olmuşdur. Ancaq pulunun da Limonətdə qalmasını qəbul etməmişdir. Ona görə də o, Limonəti su gətirmək üçün göndərmiş və yataq otağında dolabın üstündə olan pulqabından pulunu götürmüş, sonra isə aldığı materialları pəncərədən aşağı atmışdır. Sonradan isə götürüb aldığı yerə qaytarmışdır. O, həmin hərəkətlərin oğurluq olduğunu bilməmişdir. Çünki Limonət onun zəhmət haqqını vermək istəməmişdir. O da həmin pulu və materialları öz zəhmət haqqısnın əvəzinə götürmüşdür. O, həmin hərəkətləri edərkən Limonətin xəbəri olmamışdır. Çünki Limonət su arxasınca getmişdir. Lakin sonradan Limonət xəbər tutmuş və polisə şikayət etmişdir. Əvvəlcə o, özünü haqlı hesab etmiş, lakin sonradan ona məlum olmuşdur ki, etdiyi hərəkətlər cinayətdir. Ona görə də Limonətlə razılaşmış və ona dəyən ziyanı tamamilə ödəmişdir. Hazırda əməlindən peşmandır. Hadisə nəticəsində zərər çəkmişə dəymiş bütün zərərin əvəzi ödənilmişdir. Odur ki, məhkəmədən ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağı olmasını nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi qonşu binada yaşayan usta kimi tanımışdır. Vladimirlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı binanın həyətində Vladimirlə rastlaşarkən yaşadığı mənzilin təmir etməsi üçün danışaraq razılığa gəlmişlər. Lakin mənzilin təmiri müqabilində Vladimirə ödəniləcək zəhmət haqqının isə iş başa çatdıqdan sonra müəyyən ediləcəyi barədə də razılaşmışlar. Vladimir həmin gün onun yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 12a mənzil 25 ünvanına gedərək işə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində o, oğlu Zaur və Vladimirlə Mingəçevir şəhər Təbriz küçəsində yerlşən “MRT” inşaat mağazasına gedərək oradan mənzilin təmiri üçün lazım olan tikinti materiallarını almışlar. Həmin vaxt ümümi dəyəri 617 manat olan tikinti materialları alaraq tanımadığı taksi ilə yaşadıqları mənzilə qayıtmışlar. Vladmir mənzildə dağıntı işləri görmüş, oğlu Zaur da Vladimirə köməklik etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Vladimir onun yaşadığı mənzilə getmişdir. Təmir işləri aparacağı otağa keçərək, həmin otaqdan ona su gətirməyi bildirmişdir. O da Vladimirə su gətirməyə gedib geri qayıdarkən Vladimirin digər otaqdan çıxdığını görüb Vladimirə həmin otaqda nə iş görməsini soruşduqda, Vladimir telefonunu enerji yığmaq üçün elektrik cərəyanına qoşduğunu bildirmişdir. O da Vladimirin dediklərinə inanmışdır. Bundan sonra Vladimir ona həyətə düşüb siqaret alıb geri qayıdacağını deyərək, telefonunu da götürüb aşağı düşmüşdür. Lakin bir müddət keçdikdən sonra Vladimirin geri qayıtmadığını görüb mənzildəki əşyalara diqqət yetirmiş, görmüş ki, təmir üçün alınan əşyaların bəziləri yerində yoxdur. Həmçinin, digər otağa keçib görmüş ki, pul kisəsinin ağzı açıqdır. Baxdıqda, həmin pul kisəsində olan 550 manat məbləğdə pulun da yerində olmadığını görmüşdür. Ona məlum olmuş ki. Vladimir yaşadığı mənzildən təmir üçün aldıqları əşyalardan bir hissəsini və 550 manat məbləğdə pulu oğurlayıbdır. Bir qədər sonra oğlu Zaur evə qayıtmış və evdə olan tikinti materiallarına baxaraq həmim materialların bəzilərinin yerində olmadığını bildirmişdir. O da Zaurla birlikdə Vladimirin yaşadığı ünvana getmişlər orada Vladimirin atası Vladimir qayıtdıqdan sonra əşyaları qaytaracağını bildirmişdir. Daha sonra evə qayıdaraq mənzildəki tikinti ləvazimatlarına baxmşlar müəyyən etmişlər ki, sonra aldığı 4 ədəd parlaq rəngli biri 0.60 manat olan cəmi dəyəri 2.40 manat dəyərində oboy kantını, 2 ədəd 250 qraınlıq, biri 6 manat olan cəmi dəyəri 12 manat olan universal metlanı. 6 ədəd klipsal ağ karopka pvc(3.3) 1-li birinin dəyəri 0.40 manat olan cəmi dəyəri 2.40 manat vilkom. 6 ədəd birinin dəyəri 4.40 manat olan cəmi döəyəri 26.40 manat olan spot led 7V 6605 suse 3 reng modunu, 3 ədəd birinin dəyəri 4.40 manat olan cəımi dəyəri 13.20 manat olan yumru 8 volt MD 0108 3 reng modlıı yumru spot ledi. 1 ədəd 2.30 manat dəyərində ust nl ağ schmeler paylayıcım, 1 ədəd 3.80 manat dəyərində Nl/TV N1 pulmo boz rəngli razetkanı, 1 ədəd 3.80 manat dəyərində N2 pulmo boz rəngli razetkanı, 1 ədəd 3.80 manat dəyərində N1 pulmo qara razetkanı, 1 ədəd 3.80 manat dəyərində N1 vill pulmo boz rəngli razetkanı, 3 ədəd birinin dəyəri 1.30 manat olan cəmi 3.90 manat dəyərində 10 qramlıq sobsan universal pasta(522)ni, 4 ədəd birinin dəyəri 1.30 qəpik olan cəmi 5.20 manat 10 qramlıq sobsan universal (523) pastasını, 2 ədəd birinin dəyəri 3.20 manat olan cəmi dəyəri 6.40 manat olan şeffaf rəngli 325 milik silikon qrabondun, 1 ədəd 5.40 manat olan gizli işiq pult modlu adabterin, 22 metr hər metri 4.80 manat olan cəmi dəyəri 48.40manat olan MD 5050 pult modi gizli işığın, 5 metr uzunluğunda cəmi dəyəri 24 manat olan V Max STRİP-Uc markalı gizli işiq vilkasınım, 2 ədəd birinin dəyəri 0.90 manat olan cəmi əyəri 1.80 manat olan bruch 2 markalı fırçanın, 1 ədəd 2.50 manat olan oboy bıçağını, 1 ədəd 1.20 manat okan panda gulen tiner 1 litri, 100 metr uzunluğunda bir metrinin dəyəri 0.35 olan cəmi dəyəri 35 manat olan 1x2.5 aknur baraban kabeli və 200 metr bir metrinin dəyəri 0.45 manat olan cəmi 90 manat dəyərində 1x4 aknur kabeli və yataq otağında dolabın üzərində olan pul qabında olan 550 (beş yüz əlli) manat pulun Vladimirin oğurladığını başa düşmüşdür. Lakin, həmin gün o, Vladimirin pulu və əşyaları qaytaracağını gözləsə də, qaytarmadığına görə şikayət etmişdir. İşə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ƏlŞahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında sürücü işləyir. Təqsirləndirilən şəxs və X4 onunla qonşu binada yaşayırlar. Onlarla münasibəti normaldır. Hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. Vladimir şəhər ərazisində ustalıq fəaliyyəti ilə məşğul olaraq mənzilləri təmir edir. 2020-ci ilin yay aylarında Limonətlə görüşərkən Limonət Vladimiri görüb görmədiyini soruşmuş, o isə Limonətə Vladimirlə əlaqəsi olmadığını bildirmişdir. X3 axtarma səbəbini soruşduqda, Limonət ona Valdimirin yaşadığı mənzildə usta işləyərkən, mənzildən 300 manat dəyərində təmir ləvazimatları və 500 manat məbləğdə pulu oğurladığını bildirmişdir. O, Limonətə Vladimiri görmədiyini bildirmişdir. Bundan sonra o, Vladimirlə şəhər ərazisində bir neçə dəfə görüşmüş, lakin Limonətin ona dedikləri barədə Vladimirə heç bir söz deməmişdir. Eləcə də, onda baş vermiş oğurluq hadisəsini təkzib və ya təsdiq edən hər hansı məlumat olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 xəstə olduğuna görə məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Ona görə də məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Onlar birlikdə yaşayırlar. Anasının barəsində şikayət etdiyi Vladimir adlı şəxsi isə qonşu binada yaşayan usta kimi tanımışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Lakin, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində anası ilə bilikdə həyətdə Vladimirlə evi təmir etməsi üçün danışıb razılaşıb, iş gördükdən sonra qiyməti danışacaqlarını bildirmişlər. Vladimir həmin gün onların yaşadığı ünvan 4 mənzil 25 ünvanına gedərək və işə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində o, anası və Vladimirlə birlikdə Mingəçevir şəhəri, Təbriz küçəsində yerlşən “MRT” inşaat mağazasına gedərək oradan mənzilin təmiri üçün lazım olan tikinti materiallarını almışlar. Həmin vaxt ümümi dəyəri 617 manat olan tikinti materialları alıb tanımadıqları taksi ilə evə qayıtmışlar. Vladmir mənzildə dağıntı işləri görmüş o da Vladimirə köməklik etmişdir. Lakin. xx.xx.2020-ci il tarixdə o evdə olmadığı müddət ərzində usta Vladimir evin qonaq otağında olan təxminən 301 manat dəyərində tikinti materiallarını və digər otağında olan pul qabından 550(beş yüz əlli) manat pulu gizli yolla oğurlayıb aparmışdır. Həmin əşyaları evin pəncərəsindən çıxarmışdır. Belə ki, Vladimir xx.xx.2020-ci il tarixdə saat 16 radələrində anası mənzildə olarkən Vladimir su gətirməyini bildirmiş, bu zaman Vladimir əşyaları oğurlayıb pəncərədən atıb aparımdır. O, mənzilə qayıtdıqda Vladimir artıq siqaret almaq üçün mənzildən çıxıb getmişdir. O, əşyalara baxdıqda bəzilərinin yerində olmadığım görmüşdür. Bundan sonra anası ilə birlikdə Vladimirin yaşadığı mənzilə gedib bu barədə onun atasına bildirmişlər. Daha sonra yaşadıqları evə qayıdaraq ertəsi günədək Vladimirin pulu qaytarmasını gözləmişlər. Eləcə də, ona məxsus avtomobillə nə özü, nə də Təqsirləndirilən şəxs tərəfindən sərxoş vəziyyətdə idarə olunmasına görə heç biri inzibati məsuliyyətə cəlb olunmamış, həmçinin Təqsirləndirilən şəxs mənzildən hər hansı əşya götürüb mağazaya geri qaytarmağa icazə verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Zərərçəkmiş şəxs və Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onların göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, mütəxəssis rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqda xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, hadisə ünvan 5 mənzil 25 ünvanında baş vermişdir. Həmin ev binanın 2-ci blokunun 5-ci mərtəbəsində yerləşir. Ev 4 otaq, hamam-tualet mətbəxdən ibarətdir. Evin girişi seyf dəmir qapıdır. Pəncərələri taxta qapıdır. Evin qonaq otağı və qarşısındakı eyvanı təmir üçün boşaldılmış və təmir üçün dağıdılmışdır. Digər otaqlarda isə əşyalar var və heç bir dağıntı yoxdur. Evin qonaq otağında tikinti materialları vardır. Evin giriş qapısında və pənəcərələrinə heç bir müdaxilə olmamışdır. Evin zal otağında 7 ədəd leqrand markalı oboy, bir ədəd corella markalı antipas və təmir aparatları vardır. Hadisə yerində iştirak edən Limonət Bədələva evin zal otağında olan 301 manat dəyərində tikinti materillarını və yataq otağında olan pul qabından 550 manat pulunu evində usta işləyən Vladimir adlı şəxsin oğurladığını bildirdi. Eləcə də, oğurlanmış əşyaların yerini hadisədən sonra əli ilə göstərdi. Baxış zamanı evdə başqa tikinti materialları aşkar olunmadı. İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokolla Zərərçəkmiş şəxs “MRT” tikinti materiallarının satışı mərkəzindən aldığı tikiniti materiallarının siyahısı və qiymətləri olan qəbz Zərərçəkmiş şəxs götürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ƏQ-153/2020 nömrəli Qiymətləndirmə haqqında mütəxəssis rəyindən görünür ki, parlaq rəngli “oboy kantı” 1 ədədinin qiyməti 0,60 manat olmaqla 4 ədədinin qiyməti 2,40 manat, 250 qramlıq "universal metla” 1 ədədinin qiyməti 6 manat olmaqla 2 ədədinin qiyməti 12 manat, "klipsal ağ karopka pvc(3.3) 1-li vilka” 1 ədədinin qiyməti 0,40 manat olmaqla 6 ədədinin 2,40 manat, “spot led 7V 6605 suse 3 reng modu” 1 ədədinin qiyməti 4,40 manat olmaqla 6 ədədinin qiyməti 26,40 manat. “8 volt MD 0108 3 rəng modlu yumru spot led” 1 ədədinin qiyməti 4,40 manat olomaqla 3 ədədinin qiyməti 13,20 manat, “ust nl ağ schmeler” paylayıcı 1 ədədnin qiyməti 2.30 manat "Nl/TV N1 pulmo boz rəngli razetka” 1 ədədinin qiyməti 3.80 manat, "N2 pulmo boz rəngli razetka” 1 ədədinin qiyməti 3.80 manat, ‘'N1 pulmo qara razetka” 1 ədədinin qiyməti 3.80 manat, "Nl vill pulmo boz rəngli razetka” 1 ədədinin qiyməti 3.80 manat, ‘'10 qramlıq sobsan universal pasta(522)” 1 ədədinin qiyməti 1,30 manat olmaqla 3 ədədinin qiyməti 3.90 manat. '‘10 qramlıq sobsan universal (523) pastası” 1 ədədinin qiyməti 1.30 manat olmaqla 4 ədədinin qiyməti 5.20 manat, şəffaf rəngli 325 ml-lik “silikon qrabond" 1 ədədinin qiyməti 3.20 manat olmaqla 2 ədədinin qiyməti 6.40 manat, gizli işiq “pult modlu adabtef'-i 1 ədədinin qiyməti 5.40 manat. “MD 5050 pult modi gizli işıq” 1 metrinin qiyməti 4,80 manat olmaqla 22 metrinin qiyməti 105,60 manat, 5 metr uzunluğunda "V Max STRİP-Uc markalı gizli işiq vilkası” 1 ədədinin qiyməti 24 manat, “bruch 2 markalı firca” 1 ədədinin qiyməti 0,90 manat olmaqla 2 ədədnin qiyməti 1, 80 manat, divar kağızı bıçağı 1 ədədinin qiyməti 2.50 manat, 1 litrlik “panda gulen tiner”-i 1 ədədinin qiyməti 1,20 manat. 100 metr uzunluğunda "1x2.5 aknur baraban kabeli” 1 metrin qiyməti 0,35 manat olmaqla 100 metrinin qiyməti 35 manat, “1x4 aknur kabeli”-ni 1 metrinin qiyməti 0,45 manat olmaqla 200 metrinin qiymətinin 90 manat olduğu müəyyən edilmişdir. Aparılan araşdırma və təhlillərə əsasən 21 (iyirmi bir) sayda tikinti materiallarına aid əşyaların müqayisə yanaşması ilə real bazar dəyəri 354.90 (üz yüz əlli dörd manat doxsan qəpik) təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı gizli talayıb oğurlaması və ona 904.90 manat ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmiş və Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrində usta işlədiyi Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 12a№-li evin 25№-li mənzilinin yataq otağında yerləşən dolabın üzərində olan pul kisəsindən 550 manat məbləğdə pulu qonaq otağından isə evin təmiri üçün alınmış 354,90 manat dəyərində tikinti materiallarınıgizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 904.90 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə edib barışmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, habelə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1 –ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət büdcəsinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar