Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-46/2022 11.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərsəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğlunun nümayəndəsi Şahid4 Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci ildə Goranboy rayonu, Cırdaxan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mİngəçevir şəhəri, M.Maqomayev küçəsi ev 14, mənzil 17-də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 1, mənzil 8-də yaşayan barəsində xx.xx.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğlunun etibarından sui-istifadə edib sonuncunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə mülki işçi kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin fevral ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın yaxınlığında N manat, 2020-ci ilin may ayının əvvəllərində Mingəçevir şəhəri, Təbriz küçəsində 350 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğluna ümumilkdə 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib N manat müqabilində Zərərçəkmiş şəxs2 oğlu Şahid7 Ağcabədi rayonunda yerləşən hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin aprel ayında ayında Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Qarabağ” çay evinin qarşısında 2000 manat, bir neçə gündən sonra isə yəni2020-ci ilin aprel ayında Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Qarabağ” çay evinin qarşısında 2000 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilkdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib N manat müqabilində Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin sentyabr ayının əvvəllərində Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi küçəsində, N saylı hərbi hissəsnin yaxınlığında yerləşən “Qarabağ çay evi”nin qarşısında Şahid5 Tanrıverdi oğlunun vasitəsi ilə 2500 manat, 2020-ci ilin sentyabr ayında Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi küçəsində, N saylı hərbi hissəsnin yaxınlığında yerləşən “Qarabağ çay evi”nin qarşısında Şahid5 Tanrıverdi oğlunun vasitəsi ilə 500 manat, 2021-ci ilin mart ayının sonunda Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi küçəsində, N saylı hərbi hissəsnin yaxınlığında yerləşən “Qarabağ çay evi”nin qarşısında Şahid5 Tanrıverdi oğlunun vasitəsi ilə 1000 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilkdə 4000 (dörd min ) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib oğlu X9 şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2021-ci ilin yanvar ayının 19-da Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mingoparkın” arxasında 3500 manat, 2021-ci ilin mart ayının 6-da Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən Xalq Bankın qarşısında 600 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Tünar Mahmudovun atası Zərərçəkmiş şəxs2 Xuduş oğluna ümumilikdə 4100 (dörd min yüz ) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Adəm Mirağa oğlunun etibarından sui-istifadə edib sonuncunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Yelax rayonu, Xaldan qəsəbəsində yerləşən hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2021-ci ilin fevral ayının 28-də Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən N saylı hərbi hissəsinin qarşısında N manat, 2021-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mingoparkın” yaxınlığında 2800 manat, 2021-ci ilin mart ayının 6-da Yevlax rayonu Xaldan qəsəbəsində 100 manat pulu vahid niyyətlə alıb ələ keçirdərək Adəm Mirağa oğluna ümumilkdə 4100 (dörd min yüz ) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin yanvar ayında Mingəıçevir şəhər sakini kimi tanıdığı İlkin ona yaxınlaşıb onu Mingəçevir şəhərində olan N saylı hərbi hissəyə mülki işçi kimi işə düzəltməyini xahiş etmişşdir. O isə İlkinə Mingəçevir şəhərində yerləşən hərbi hissəyə işçi kimi işə düzəldəcyimə söz vermişdir. Lakin bu barədə ilk öncə maraglanıb İlkinə məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə mülki işçi kimi ştat olub olmaması ilə maraglanmış və ona orada işləyən adını xatırlamadığı şəxs hazırda ştat olmasada qısa müddət ərzində mülki işçi kimi nazirlikdən əlavə ştat veriləcəyi bildirilmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayının sonunda o, İlkinlə Mingəçevir şəhəri, H.Əliyev adına yerləşən parkın yaxınlığında görüşmüşdür. O, İlkinə normlada belə işə görə 1500 manat pul alındığını, lakin İlkinin kasıb oğlan olduğu üçün isə ona 750 manat müqabilində bu işi görəcəyini bildirmişdir. İlkin isə razılaşmışdır. Bundan sonra o, İlkinə hərbi biletin sürətini, 3x4 fotoşəkil, ailə tərkibi haqqında arayış və digər sənədləri hazırlamağı bildirmişdir. İki gün müddətində İlkin bütün sənədləri hazırlamış və ona təqdim etmişdir. 2020-ci ilin fevral ayında o, İlkinə zəng vurub pul vermək lazım olduğunu bildirmiş və həmin günü o İlkin və İlkinin arvadı Mələklə Mingəçevir şəhəri Xalq Bankın yaxınlığında görüşmüşlər. İlkin arvadı Mələyin yanında ona Mingəçevir şəhərində yerləşən hərbi hissəyə işə düzəlməsi üçün N manat vermişdir. O, İlkinə qısa müddətdə işə başlayacağını demiş və bundan sonra İlkin onu mütamadi olaraq yığıb nə vaxt işə çıxacağını deyirmiş. O isə hələdə Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə ştat gəlmədiyindən İlkinə səbirli olmağı deyirmiş. Bundan təxminən 1-2 ay sonra o, İlkinə zəng vurub İlkinin işə düzəlməsi ilə bağlı olaraq Bakıya getməli olduğunu və ona 500 manat pul lazım olduğunu bildirmişdir. İlkin isə ona 350 manat pul verə biləcəyini bildirmişdir. O isə razılaşmışdır. 2020-ci ilin may ayında o, İlkinlə Mingəçevir şəhəriTərbriz küçəsində görüşmüşlər. İlkin arvadı Mələyin yanında ona 350 manat pul vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. O, İlkindən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, İlkindən aldığı 900 manat puldan 60 manat İlkinin yaşadığı Mingəçevir şəhəri, M.Müşfiq küçəsində yerləşən 16/1 saylı evin qarşısında, 50 manat isə İlkin Gəncə şəhərində olan zaman İlkinin göstərişi ilə onun yaşadığı evin yaxınlığında olan ərzaq mağazasında olan şəxsə vermişdir.Bundan sonra onun maddi vəziyyəti yaxşı olmadığından o, İlkindən aldığı pulu geri qaytara bilməmişdir.Həmçinin o verilən suallara cavab olaraq bildirmişdir ki, o, İlkini Mingəçevir şəhərində yerləşən hərbi hissəyə işə düzəltmək fikri olduğunu, bunun üçün keçmiş hərbiçi kimi hərbi hissə komnadirinin yanına gedib xahiş edəcəyini, İlkindən aldığı 900 manat pulu heç kimə vermədiyini, həmin pulu öz şəxsi ehtiyacları xərclədiyini bildirmişdir. Bundan başqa bildirmək istəyirəm ki, 2020-ci ilin aprel ayında Şəki rayonu Çayqaraqoyunlu kəndindən adını sonradan bildiyi Habil adlı şəxs ona zəng vurub oğlunu hərbi hissəyə maxe kimi işə düzəltmək istədiyini bildirmişdir. O isə həmin şəxsin oğlu barədə bir neçə məlumat aldıqdan sonra Yevlax rayonun Xaldan qəsəbəsinə maxe kimi işə düzəldə biləcəyini bildirmişdir. 2020-ci ilin aprel ayında Habil qardaşı Akif və tanımadığı başqa bir nəfər şəxs Mingəçevir şəhərinə gəlmişlər.Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən hərbi hissənin yaxınlığında Qarabağ çayxanasının qarşısında görüşmüşlər. Habil oğlunu maxe kimi işə düzəltmək istədiyini bildirmişdir. O isə Habilin oğlunu işə düzəltmək üçün N manat pul verməli olduqlarını bildirmişlər.Həmin şəxslər pulu tam verə bilməyəcəklərini hissə-hissə verə biləcəklərini bildirmişlər. O isə razılaşmışdır. Həmin vaxtı onun yanında heç kim olmamışdır. Həmin şəxslər onla söhbət etdikdən sonra çıxıb getmişlər və bir neçə saat sonra yenidən Qarabağ çayxanasına onun yanına gəlmişlər. Habilin qadaşı Akif Habilin və tanımadığı şəxsin yanında ona ilkin olaraq 2000 manat pul vermişdir. Qalan 2000 manat pulu isə bir neçə gün ərzində verəcəklərini bildirmişlər. O isə həmin şəxslərə oğlunun işə düzəlməsi üçün yığılmalı olan sənədlərin siyahısını vermişdir. Təxminən 4-5 gün sonra Habil, qardaşı Akif, Habilin oğlu Rakif və tanımadığı başqa şəxs onunla Mingəçevir şəhər hərbi hissənin yaxınlığında yerləşən Qarabağ çayxanasında görüşmüşlər. Habilin qardaşı Habilin, Habilin oğlu Rakifin və tanımadığı şəxsin yanında ona qalan 2000 manat pulu və lazım olan sənədləri vermişdir. Lakin o, Habilin oğlunun sənədlərini hərbi hissəyə verməmişdir. Çünki, həmin vaxtlar kurs yox imiş. Lakin daha sonra Habil və qardaşı ona verdikləri N manat pulu geri istəmişlər.Lakin onun maddi durumu yaxşı olmadığı üçün o, Habildən aldığı N manat pulu geri qaytara bilməmişdir.Həmçinin o verilən suallara cavab olaraq bildirmişdir ki, illər öncə adlarını xatırlmadığı şəxsləri yönləndirməklə həmin şəxslərdən xatırlamadığı məbləğdə pul aldığını və həmin şəxslərin işə qəbul edildiyini bildirmişdir. O keçmiş hərbiçi olduğu üçün Zərərçəkmiş şəxs2 oğlu Rakifin işə qəbul edilməsi üçün lazım olan sənədlərin hansı sənədlər olduğunu bildiyindən ağ vərəqdə Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs3 2021-ci ilin yanvar ayından tanıyımış, lakin, onunla heç bir düşmənçiliyi və ya ədavətim yoxdur. Belə ki, xx.xx.2021-ci il tarixdə adı ona sonradan məlum olan Tünar adlı şəxs "eşitmişəm siz Mingəçevirdəki hərbi hissəyə hərbiçi kimi işə adam düzəldirsiniz mən qardaşım Turalı da hərbiçi kimi işə düzəltmək istəyirəm"deyəndə onda bu işdə bir neçə insanlara köməklik etdiyini və ona da köməklik edəcəyini bildirmiş və Mingəçevir şəhərinə gəlməsini istəmişdir. Belə ki, o, 19 il 9 ay hərbi xidmətdə olmuş, tabor kamandiri olmuş, lakin, sonradan xaric olmuşdur. Bu günə kimi 5-6 nəfər hərbiçi kimi işə düzəlmək üçün ona müraciət etmişdir, o, müvafiq sənədlərin toplanmasında, həkim komissiyyasından keçməkdə hansı hərəkətləri etmələrində onlara istiqamət vermiş, qanuni sənədləri toplayıb və qanuni yolla həkim komissiyyasından keçib hərbi xidmətə qəbul olunmuşdur, bunun müqabilində ona pul vermişlər. Həmin günü yəni xx.xx.2021ci il tarixdə saat 12-radələrində Tünar Mingəçevir şəhərinə gəlib H.Əliyev prospektində yerləşən "Mingopark" adlı kafenin arxa hissəsinə gəlmiş, orada o, Tünara qardaşı Turalı Mingəçevir şəhərindəki hərbi hissəyə hava hücumundan müdafiə qoşunlarına MAXE kimi işə düzəltməyə köməklik edəcəyini və bu günə kimi bir neçə adamı ora işə düzəltməkdə köməklik etdiyini yalandan demişdir. Sonra isə Turalı hərbiçi kimi işə düzəltməkdə köməklik etmək üçün 3500 manat pul verməli olduğunu və aprel ayında Turalın əmri verildikdən sonra işə çıxacağını bildirmiş, Tünar isə razılaşmış və bir neçə günə gətirib pulu verəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 10-radələrində Tünar ona zəng edib 3500 manat pulu hazırladığını deyəndə o, Tünarı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mingopark adlı kafenin yanına çağırmışdır. Bir qədər sonra Tünar həmkəndlisi adı ona sonradan məlum olan Fəxri ilə birlikdə Tünarın idarə etdiyi "Hyundai Elantra" markalı **-GY-*** d.q.n-lı avtomobili ilə Mingəçevir şəhərinə dedikləri yerə gəlmişlər. Orada o, qabaq sağ oturacaqda əyləşmişdir. Həmin vaxt Tünar 3500 manat pulu sayıb ona Tünarın qardaşı Turalı hərbi hissəyə Maxe kimi işə düzəltməyi üçün vermişdir. O, da qardaşı Tural üçün müvafiq dövlət qurumlarından sənədlərin yığılmalı olduğunu və həkim komissiyyasından keçməli olduğunu bildirmiş və bu barədə xəbər verəcəyini deyib çıxıb getmişdir. Bir neçə gün keçdikdən sonra o, Turalın hansı sənədləri yığmalı, Yevlax şəhər mərkəzi xəstəxanasında və Gəncə şəhərindəki hərbi xəstəxanadan hansı həkim komissiyyasından keçməli olduğu barədə siyahı tərtib etmiş və Tünarı çağırıb ona vermişdir. Lakin, təxminən 5 gün keçdikdən sonra Tünarın atası Habil ona zəng edərək Turalın qanından hepatit c virusu aşkar edildiyini, buna görə də Gəncədəki hərbi xəstəxanada həkim komisiyasından keçə bilmədiyini bildirmişdir. O isə Bakı şəhərində “Papanin”də yerləşən hərbi xəstəxanada danışıb hepatit c virusunu sildirəcəyini və təmiz arayış almaq üçün köməklik edəcəyini bildirmiş və fikirləşmişdir ki, həmin xəstxanaya gedib 500-600 manat pul verib Tural üçün həkim komisiyasından təmizlik arayışı ala biləcək. 2021-ci ilin mart ayının təxminən 5-də o, Habilə zəng edib 600 manat pul düzəltməsini və Bakı şəhərindəki hərbi xəstəxana ilə danışıb həll etməyə çalışacağını demiş, oda etiraz etməmişdir. 2021-ci ilin mart ayının 6-da Habil oğlu Turalla birlikdə 600 manat pulu gətirib Mingəçevir şəhərində H.Əliyev pros. Xalq bankın qarşısında ona vermişdir. Həmin vaxtdan sonra təxminən 1 ay müddət ərzində 2 dəfə olmaqla Bakı şəhərində “Papanin qospitalına” Turalla birlikdə getmiş, orada o, keçmiş hərbiçi kimi hərbi xəstəxanada adını bilmədiyi baş terapevt həkimə yaxınlaşıb pul təklif etmişdir ki, Turalı həkim komisiyasından keçirtsin hepatit c virusu olmadığı yazılsın, Tural da hərbiçi kimi işə düzələ bilsin. Lakin, hər ikisində adını bilmədiyi həkim bunu edə bilməyəcəyini dedi və buna görə Tural həkim komissiyyasından keçə bilməmişdir. 600 manat puluda 2 dəfə yolda gedib gələndə xərclədiyi üçün xərcləmişdir. Lakin, o, bir müddət gözləmişdir ki, bəlkə çıxış yolu tapar, Turalı həkim komissiyyasından keçirdib hərbiçi kimi işə düzəlməsində köməklik edər, lakin, heç bir çıxış yolu tapmamış, ümumi aldığı 4100 manat puluda öz ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin may ayında Habil əgər iş düzəlmirsə onun pulunu qaytar deyəndə o da pulu olmadığına görə yubatmaq məqsədi ilə düzəlmədiyi halda pulu tam şəkildə qaytaracağını və guya pulu yuxarıda kiməsə verdiyini demişdir. Həmin vaxtdan bir neçə ay müddət ərzində Habil və oğlu Tural ondan 4100 manat pulu qaytarmağını istədilər, lakin, onun pulu olmadığına görə qaytara bilməmiş və pulu olan kimi qaytaracağını demişdir. Bundan başqa bildirmişdir ki, Şahid5 və o təqaüddə olan hərbiçilər imişlər. Son 2-3 ildir ki, o, bir neçə şəxsə istiqamət verməklə həmin şəxslərin Müdafiə Nazirliyi hərbi hissələrinə maxe kimi işə düzəlməsinə köməklik etmişdir. 2020-ci ilin sentyabr ayında o və Bədəl Mingəçevir şəhəri Dram Teatrı yaxınlığında “Manıslar bağı” deyilən yerdə çayxanada oturub çay içən zaman bir nəfər Bədəlin tanışı Bədələ yaxınlaşmış və Mingəçevir şəhərində yerləşən hərbi hissəyə maxe kimi işə düzəlmək istədiyini bildirmişdir. Bədəl isə onu adını sonradan bildiyi Şəhriyarla tanış etmişdir.O və Bədəl Şəhriyar haqqında anket məlumatlartını soruşduqdan sonra o, Şəhriyarı işə düzəldə biləcəyini bildirmişdir. Şəhriyar hərbi hissəyə “Maxe” kimi işə düzəlməsinə nə qədər pul vermək lazım olduğunu soruşan zaman o, Şəhriyarın hərbi hissəyə “Maxe” kimi işə düzəlməsinə N manat pul vermək lazım olduğunu bildirmişdir. Şəhriyar hazırda N manat pulunun olmadığını bildirən zaman o, Şəhriyara hazırda nə qədər pulu olduğunu soruşmuş, Şəhriyar isə hazırda 2500 manat pulu olduğunu bildirmişdir. Bu zaman o, əvvəlcə 2500 manat pulu gətirməyini qalan pulu isə sonra verməsini bildirmişdir. Şəhriyar isə razılaşmışdır. Təxminən bir həftə sonra Şəhriyar Bədələ zəng vurub 2500 manat pulu vermək istədiyini bildirmişdir. O və Bədəl həmin vaxtı Mingəçevir şəhəri Hərbi hissənin yaxınlığında yerləşən “Qarabağ” çay evində çay içirlərmiş. Təxminən yarım saat sonra Şəhriyar onların yanına gəlmiş və Mingəçevir şəhərində hərbi hissədə “Maxe” kimi işə düzəlmək üçün 2500 manat pulu sayıb Bədələ vermişdir. Bədəl isə Şəhriyarın yanında 2500 manat pulu sayıb ona vermişdir.Bundan sonra o, ağ kağıza yazılmış siyahını çıxardıb Şəhriyara vermişdir. O, həmin vərəqi Şəhriyara verən zaman vərəqdə siyahıda olan sənədləri yığıb gətirməyini bildirmiş, Şəhriyar 4-5 gün müddətində siyahıda olan sənədləri (şəxsiyyət vəsiqəsinin, hərbi biletin notarial qaydada təsdiq olunmuş sürətləri, ailə tərkibi haqqında arayış, xasiyyətnamə, tərcümeyi-hal və digər sənədlər) hazırlamış və Mingəçevir şəhərində yerləşən Qarabağ çayxanasına gəlmişdir. Bundan sonra o, Şəhriyara Mingəçevir şəhərində N saylı hərbi hissəyə gedib oradan Gəncə şəhərində hərbi xəstəxanadan keçməsi üçün Forma N kağızını almasını bildirmişdir. Bundan sonra Şəhriyar Mingəçevir şəhərində olan N saylı hərbi hissəyə gedib forma N kağızını alaraq Gəncə şəhərində olan xəsətxanadan müayinələrdən keçdikdən sonra bütün sənədləri ona gətirmişdir. O və X6 şəhərində Qarabağ çayxanasında görüşmülər.O, Şəhriyarın bütün sənədlərini qovluqa qoymuş və sənədlərin hamısını Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə aparıb verməsini bildirmişdir. Şəhriyar bütün sənədləri Mingəçevir şəhərində yerləşən hərbi hissəyə vermişdir. 2020-ci ilin sentyabr ayında onun ailəsində xəstə olduğu üçün təcili pul lazım imiş.O, Bədələ Şəhriyarın qalan pulu gətirməsini bildirmişdir. Bədəl Şəhriyarı yığıb pulun qalan hissəsini verməsini, Şəhriyar isə hazırda pulu tam hazır etmədiyini bildirmişdir, o isə hazırda nə qədər pulu olduğunu soruşduqda Şəhriyar 500 manat pulu olduğunu, o isə 500 manat pulu gətirməyini bildirmişdir. 2020-ci ilin sentyabr ayında o və Bədəl Mingəçevir şəhəri Qarabağ çayxanasında olan zaman Şəhriyar onların yanına gəlmiş və 500 manat pulu Mingəçevir şəhərində “Maxe” kimi işə düzəlmək məqsədi ilə Bədələ vermişdir. Bədəl isə 500 manat pulu Şəhriyarın yanında sayıb ona vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. O, 1-2 ay sonra Şəhriyarın Müdafiə Nazirliyi tərəfindən kursa çağırılacağını bildirmişdir. Lakin həmin vaxtlar ölkə ərazisində müharibə olduğundan Şəhriyarın işi bir müddət gecikirmiş. Müharibə 2020-ci ilin noyabr ayında qurtarmış, müharibə qurtardıqdan sonra o, Bədəlı Şəhriyarın qalan 1000 manat pulu gətirməsini bildirmişdir. Bundan sonra Bədəl Şəhriyara zəng vurub qalan 1000 manat pulu vermək lazım olduğunu bildirdikdə Şəhriyar hazırda pulu hazırlaya bilmədiyini demişdir. Bir müddət sonra yəni 2021-ci ilin mart ayının sonunda Bədəl və o, Mingəçevir şəhəri Qarabağ çayxanasında olan zaman Şəhriyar onların yanına gəlmişdir. Şəhiyar Mingəçevir şəhərində “Maxe” kimi işə düzəlmək üçün qalan 1000 manat pulu Bədələ vermiş, Bədəl isə 1000 manat pulu Şəhriyarın yanında sayıb ona vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. 2021-ci ilin aprel ayında Şəhriyar Bədələ zəng vurub onu Müdafiə Nazirliyinə Bakı şəhərinə imtahana çağırdıqlarını bildirmişdir. Bundan sonra Şəhiyar onların yanına gəlmişdir. O, Şəhriyara müəyyən təlimatlar vermiş, bundan sonra Şəhiyar Bakı şəhərinə imtahan vermək üçün getmişdir. Lakin Şəhriyar imtahanda müvəffəqiyyət qazana bilməmişdir .O və Bədəl Şəhriyara yenidən imtahan verilən zaman imtahana getməsini bildirmişlər. İlk öncə Şəhriyar razı olsada daha sonra ona zəng vurub ona verdiyi pulu geri qaytarmağını bildirmişdir. Bədəl ona Şəhriyarın pulunu geri istədiyini bildirmişdir. O isə Bədələ isə qısa müddət ərzində Şəhriyarın pulunu geri qaytaracağını bildirmişdir. Həmçinin bildirmişdir ki, o Şəhriyardan Bədəlin vasitəsi ilə aldığı N manat pulu öz xərcləri üçün xərcləmiş.və həmin puldan Bədələ heç bir məbləğdə pul verməmişdir. Həmçinin o verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onu işə düzəltmək adı ilə Şahid5 vasitəsi ilə aldığı N manat puldan Bədəl və hər hansı digər bir şəxsə heç bir məbləğdə pul verməmiş və Şahid5 onun həqiqətəndə Şəhriyarı işə düzəldəcəyinə inanırdı. 2021-ci ilin fevral aynın əvvəllərində sonradan tanıdığı Adəm Mirağa oğlu ona zəng vurub hərbi hissəyə Maxe kimi işə düzəməsində köməklik etməyini istəmişdir. O isə həmin vaxtlar ona pul lazım olduğu üçün razılaşmışdır. O, Adəmlə ilk dəfə 2021-ci ilin fevral ayının ortalarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “MingoPark”ın yaxınlığında olan çayxanada görüşmüşlər. Bu zaman onların yanında heç kim olmamışdırZərərçəkmiş şəxs5 ona onun bir neçə şəxsi hərbi hissələrə Maxe kimi işə düzəltdiyini eşitdiyini bildirmiş və Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən hərbi hissəyə Maxe kimi işə düzəlməyinə köməklik etməsini xahiş etmişdir. O isə Adəmə köməklik edə biləcəyini lakin bunun müqabilində ona N manat pul verməli olduğunu bildirmişdirZərərçəkmiş şəxs5 isə ona hazırda imkanı olmadığını, ona pulu iki dəfəyə hissə hissə olmaqla verə biləcəyimi bildirmişdir .O isə razılaşmışdır. Bundan sonra o, Adəmə ağ vərəqə yazılmış siyahı vermişdir. Həmin siyahıda qeyd edilmiş sənədləri hazırlamağını və ona təqdim etməyini bildirmişdir. Həmin siyahıda tibbi, yaşayış yerindən arayışlar və digər sənədlərin siyahısının var imiş. Bundan sonra Adəm qısa müddət ərzində həmin sənədləri hazırlamış və 2021-ci ilin fevral ayının 28-də onunla Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəsinin qarşısında görüşmüşlər və Adəm siyahıda qeyd edilmiş sənədləri və N manat pulu ona Adəmi Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən hərbi hissəyə Maxe kimi işə qəbul olunmağı üçün vermişdir. O isə qısa müddət ərzində qalan 2800 manat pulu hazırlamağını bildirmişdirZərərçəkmiş şəxs5 ona N manat pul və lazım olan sənədləri təqdim edən zaman onun yanında heç kim olmamışdır. 2021-ci ilin mart ayının əvvələrində Adəm ona zəng vurub qalan pulun hazır olduğunu bildirmiş və həmin günü onunla Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mingoparkın yaxınlığında olan çayxananın qarşısında görüşmüşlərZərərçəkmiş şəxs5 çayxananın qarşısında ona Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən hərbi hissəyə Maxe kimi işə düzəltməyi üçün qalan 2800 manat pulu vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Bundan sonra o, qısa müddət ərzində Adəmin işə qəbul olunacağını bildirmişdir. Onun xəstə qız övladı olduğu üçün o, Adəmdən aldığı pulları qızının müalicəsinə xərcləmişdir. Təxminən 2021-ci ilin mart ayının 10-da Adəmə yenidən zəng vurub sənədlərlə bağlı əlavə olaraq 100 manat pul vermək lazım olduğunu bildirmiş və bundan sonra o, Adəmlə Yevlax rayonu Xaldan qəsəbəsində görüşmüş və Adəm ona 100 manat pul vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Bundan sonra Adəm ona işə qəbul edilməklə bağlı mütamadi zəng vursada o, işə qəbulun gecikdiyini bildirirmiş. O əslində Adəmin işə qəbul edilməsi üçün lazımı yerlərə yönəldəcəkmiş və Adəm qanuni şəkidə komissiyyadan keçdikdən sonra işə qəbul olacaqmış. O, Adəmin işə qəbul edilməsi üçün heç kimə müraciət etməmişdir və Adəmdən aldığı 4100 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdirZərərçəkmiş şəxs5 ona mütamadi olaraq zəng vurduğundan 2021-ci ilin iyul ayında o və Adəm Bakı şəhərində yerləşən hərbi xəstəxanaya gedib həkim komissiyyasından keçmişlər. Lakin həkim komissiyyasından keçən zaman Adəmin səhhətində problem yarandığından o, tibbi komissiyyadan keçə bilməmişdir. Bundan sonra onlar Mingəçevir şəhərinə geri qayıtmışlar. Təxminən 3-4 ay sonra o, Adəmlə Bakı şəhərində hərbi xəstəxanadan tibbi komissiyyadan keçmək üçün yenidən getmişlər, lakin Adəmin səhhətimdə problem olduğu üçün Adəm yenədə tibbi komissiyyadan keçə bilməmişdir. Bundan sonra Adəm ondan dəfələrlə ona verdiyi 4100 manat pulu tələb etsədə onun maddi durumu yaxşı olmadığından Adəmin 4100 manat pulunu geri qaytara bilməmişdir.Həmçinin o verilən suallaa cavab olaraq bildirmişdir ki, Adəm Mirağaoğlundan aldığı 4100 manat pulu ehtiyacı oilduğu üçün öz şəxsi xərcləri üçün xərcləmiş və Adəmə hərbi hissəyə işə qəbul edilməsi üçün qanuni şəkildə yol göstərmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğlunun və Adəm Mirağa oğlu dəymiş ziyanı ödədiyini, digər Zərərçəkmiş şəxs1 olan borcunu qismən ödədiyini, birinci qarabağ müharibəsi iştirakçısı olduğunu və zərərçəkmiş şəxslərlə barışdığını bildirərək, qeyd olunanları nəzərə alıb təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında maddi durumu pis olduğundan münasib iş axtarırıdı. Həmin vaxtlar o, Bədəlin və Məhərrəmin hərbiçi olduğunu və hazırda isə təqaüddə olduqlarını eşitmişdi. O, Bədəl və Məhərrəmin daimi olaraq Mingəçevir şəhəri musiqiçilər bağında çayxanada olduqlarını və hərbiçi kimi şəxsləri işə düzəltməsini eşitmişdi. 2020-ci ilin sentyabr ayının əvvəllərində o, Musiqişilər bağında Bədəl və Məhərrəmlə söhbət edərkən həmin şəxslər onun Mingəçevir şəhərində yerləşən hərbi hissəyə MAXE kimi işə düzəlməyinə köməklik edəcəyini demişlər və bu ilin müqabilində ondan N manat pul istəmişlər. Həm də zəruri sənədləri, yəni şəxsiyyət vəsiqəm, tibbi arayılar, hərbi biletim, fotoşəkillərtimi də istədilər. O da bu barədə atası Valehə də məlumat vermişdir. O, şəxsiyyət vəsiqəsinin surətlərini, zəruri arayışları toplamış, lakin hərbi biletini itirdiyi üçüm verə bilməmişdir. Məhərrəm və Bədəllə danışıqdan 3-4 gün sonra 2020-ci ilin sentyabr ayının əvvəllərində o, Mingəçevir şəhərində Musiqiçilər bağında 2500 manatı sayıb Məhərrımin yanında Bədələ vermişdir. Həmin şəxslər ona söz vermişlər ki, pul Mingəçevidəki hərbi hissəyə veriləcək və onun təyin olunacağım yer boş saxlanılacaq. Bundan sonra o, Gəncə şəhərində hərbi hospitaldan bir neçə həkim müayinəsindən keçmiş və sənədləri də gətirib Mingəçevir şəhərindəki hərbi hissədə kadrlar şöbəsinə vermişdir. Bundan bir neçə gün sonra isə Bədəl və Məhərrəm ondan 500 manat pul istəmiş və həmin pulu da imtahana görə hara isə göndəcəcəklərini demişlər. 2020-ci ilin sentyabr ayında o, Bədələ Məhərrəmin yanın da 500 manat vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. 2021-ci ilin mart ayınının sonunda Bədəl ona zəng vurub qalan 1000 manat pulu vermək lazım olduğunu bildirmişdir.2021-ci ilin mart ayının sonunda o, Bədəl ilə Mingəçevir şəhəri M.Maqomyev küçəsində Dram Teatrın yaxınlığında Bədələ 1000 manat pul vermişdirm.Bu zaman onların yanında heç kim olmamışdır. Beləcə Bədələ onun işə düzəlməyinə görə cəmi N manat vermiş olmuşdur. 2021-ci ilin mart ayında o, Bakı şəhəri Qaraheybət deyilən ərazidəki hərbi hissəyə imtahana getmişdir, lakin imtahandan kəsildiyini öyrənmişdir. Ona görə də Bədələ və Məhərrəmə demişdir ki, “necə iş düzəldirsiniz, məni imtahandan kəsdilər”. Məhərrəm və Bədəl isə ona, “narahat olma gələn ay imtahana gedərsən” demişlər.Lakin sonrakı aylarda Bədəl və Məhərrəm, hələlik imtahanlar təxirə salındığını, və ona özlərinin məlumat verəcəklərini demişlər. Lakin hər dəfə Məhərrəm və Bədəl onu aldatmış, hər dəfə vəd etdikləri vaxt çatanda bəhanələr gətirmişlər. Ona görə də Bədəlin və Məhərrəmin onu aldatdıqlarını başa düşmüş və onlardan verdiyim N manat pulunu geri tələb etməyə başlamışlar. Lakin Məhərrəm və Bədəl ona pulunu qaytarmamış və işini düzəltməmişlər. Hazırda Təqsirləndirilən şəxs dəymiş ziyandan bir qismini ödəmiş, qalan hissəsini isə ödəməmişdir, ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Ona ağır cəza verilmsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şəki rayonu Çayqaraqoyunlu kəndində bostançılıqla məşğul olurmuş. O, Mingəçevir şəhərinə mütamadi olaraq gedib gəlirmiş. 2020-ci ilin aprel ayının əvvəllərində o və oğlu Rakif bazarlıq etmək üçün Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərində lazımı olan məhsdulları aldıqdan sonra onlar Mingəçevir şəhəri, H.Əliyev adına olan parkın yaxınılığında olan çayxanada oğlu Rakif ilə çay içən zaman çayxanada tanımadığı şəxslərin Məhərrəm adlı şəxsin hərbi hissələrə Maxe kimi işə düzəltməklə məşğul olduğunu eşitmişdir. Həmin vaxtlar oğlu Rakif heç bir yerdə işləmirmiş və o oğlunu hərbi hissəyə Maxe kimi düzəlməsini istəyirmiş. O, bu söhbəti eşidən kimi oğluna hərbi hissədə Maxe işləmək istədiyini soruşduqda oğlu Rakif razılıq etmiş və bundan sonra o həmin şəxslərdən Məhərrəmin mobil nömrəsini almış və Məhərrəmlə əlaqə saxlamışdır. O, Məhərrəmə hərbi hissələrə Maxe vəzifəsinə işə düzəltməklə məşğul olduğunu eşitdiyini və oğlunu Ağcabədi rayonunda yerləşən hərbi hissəyə Maxe kimi işə düzəltmək istədiyini bildirmişdir. Məhərrəm isə onunla görüşüb bu barədə ətraflı danışmağı təklif etmişdir. O isə razılaşmışdır. Bundan sonra o, yeznəsi Rafiqə və qardaşı Akifə məlumat vermişdir. Qardaşı Akif və yeznəsi Rafiq isə onunla razılaşmışlar və mütləq qaydada Məhərrəmlə görüşmək lazım olduğunu bildirmişlər. 2020-cilin aprel ayının ortalarında o və qardaşı Akif Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərində Məhərrəm ilə zəngləşmiş və Mingəçevir şəhəri, N saylı hərbi hissə yaxınlığında yerləşən Qarabağ çayxanasında görüşmüşlər. Məhərrəm ilə söhbət zamanı o, oğlu Rakifi Ağcəbədi rayonuda yerləşən hərbi hissəyə Maxe kimi düzəltmək istədiyini bildirmişdir. Məhərrəm oğlu haqqında bir neçə məlumat soruşduqdan oğlu Rakifi Ağcabədi rayonunda yerləşən hərbi hissəyə maxe kimi işə düzəldəcəyinə söz vermişdir. X3 hərbi hissəyə maxe kimi işə düzəltmək üçün N manat pul vermək lazım olduğunu bildirmişdir. Məhərrəm oğlu Rakifi işə düzəltmək üçün N manat pul istəyən zaman onun yanında qardaşı Akif var imiş. Lakin Məhərrəmin yanında isə heç kim yox imiş. O, Məhərrəmə pulu tam verməyə maddi imkanı olmadığından pulu hissə-hissə verəcəyini bildirmişdir. Məhərrəm isə razılaşmışdır. O, Məhərrəmə 2000 manat pulu həmin günü verəcəyini bildirmiş və onlar Şəki rayonu Çayqaraqoyunlu kəndində geri qayıtmışlar. O, yaşadığı kəndə geri qayıdıb 2000 manat qohumundan borc almış və yenidən Mingəçevir şəhərinə geri qayıtmışdır. Bu zaman onlarla birgə yeznəsi Rafiqdə gəlmişdir. Qardaşı Akif ondan böyük olduğu üçün o, pulun Akif tərəfindən verilməsi üçün pulu qardaşı Akifə vermişdir. 2020-ci ilin aprel ayının ortalarında Mingəçevir şəhəri, N saylı hərbi hisənin yaxınlığında yerləşən Qarabağ çay evində qardaşı Akif onun və yeznəsi Rafiqin yanında oğlu Rakifi Ağcabədi rayonunda hərbi hissəyə maxe kimi işə düzəltməyi üçün 2000 manat pulu Məhərrəmə vermişdir. Məhərrəmin yanında isə həmin vaxtı heç kim olmamışdır. Bu zaman Məhərrəm onlar ağ vərəqə yazılmış siyahı vermiş və siyahıda olan sənədləri hazırlayıb gətirməyini istəmişdir. Siyahıda yaşayış yerindən, sağlamlıq haqqında və sair arayışlar alınması göstərilmişdir. Təxminən 3-4 gün müddətində o, siyahıda olan bütün sənədləri hazırlayıb və qalan 2000 manat pulu qohumundan borc alıb Mingəçevir şəhərinə Məhərrəm ilə görüşmək üçün gəlmişdir. Bu zaman onunla qardaşı Akif və oğlu Rakif olmuşdur. Onlar yenədə Məhərrəm ilə Mingəçevir şəhəri, N saylı hərbi hissənin yaxınlığında yerləşən çayxanada görüşmüşdür. 2020-ci ilin aprel ayının ortalarında qardaşı Akif oğlu Rakifin və onun yanında Məhərrəmə oğlu Rakifi Ağcabədi rayonunda hərbi hissəyə maxe kimi işə düzəltməyi üçün qalan 2000 manat pulu vermişdir. Bu zaman Məhərrəm ona oğlu Rakifin 1 ay müddətinə işə çıxacağını bildirmişdir. Bundan sonra onlar Şəki rayonuna geri qayıtmışlar. Həmin müddətdə o, Məhərrəm ilə mütamadi olaraq telefon vasitəsi ilə əlaqə saxlayırlarmış. Lakin bir ay keçdikdən sonra o, Məhərrəmə zəng vurub oğlu Rakifin çağırılmadığını bildirdikdə Məhərrəm ona narahat olmamağı və qısa müddət ərzində Müdafiə Nazirliyi tərəfindən oğluna zəng gələcəyini bildirirmiş.2020-ci ilin sentyabr ayının 21-də oğlunu Səfərbərlik üzrə hərbi xidmətə çağrılmışdır. O, Məhərrəmə zəng vurub bu barədə məlumat verdikdə Məhərrəm yenədə ona narahat olmamağı bildirirmiş.Bundan sonra o, oğlu Rakifin işə düzəlməsi üçün verdiyi N manat pulu geri istəmişdir. Məhərrəm isə qısa müddət ərzində onun pulunu geri qaytaracağını bildirsədə bu günə kimi onun pulunu geri qaytramamışdır. Hazırda Təqsirləndirilən şəxs barışmışlar. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs barədə yüngül cəza verilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2021 yanvar ayının əvvələri imiş, o və oğlu Tünar kiçik oğlu Şahid2 Mingəçevir şəhərindəki hərbi hissəyə hava hücumundan müdafiə sisteminə hərbiçi MAXE kimi işə düzəltmək istəyirlərmiş, buna görə də iş düzüb qoşan adam axtarırlarmış. Həmin vaxt oğlu Tünar işlədiyi hərbi hissədə maraqlananda Mingəçevir şəhərində keçmiş hərbiçi Məhərrəm adlı şəxsin bu işlə məşğul olduğunu öyrənmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə oğlu Tünar Mingəçevir şəhərinə gedib Məhərrəm adlı şəxslə görüşüb evə gələrək 3500 manata Turalı Mingəçevir şəhərindəki hərbi hissəyə MAXE kimi işə düzəldəcəyinə və aprel ayında əmri verildikdən sonra işə çıxacağına söz verdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 10radələrində 3500 manat pulu düzəldib oğlu Tünara yaşadıqları Yevlax rayonu Varvara kəndində yerləşən fərdi yaşayış evində vermişdir ki, Məhərrəm versin, Tünar isə pulu götürüb çıxıb getmişdir. Bir neçə saatdan sonra oğlu Tünar evə gələrək 3500 manat pulu Məhərrəmə Mingəçevir şəhərində verdiyini, Məhərrəm isə oğlu Tural üçün müvafiq dövlət qurumlarından sənədlərin yığılmalı olduğunu və həkim kommisiyasından keçməli olduğunu və bu barədə xəbər verəcəyini bildirmişdir. Təxminən 10-15 gün keçdikən sonra yəni 2021-ci ilin yanvar ayının sonunda Məhərrəm oğlu Tünarı yenədə Mingəçevir şəhərində H.Əliyev prospektində yerləşən “Mingopark”ın yanına çağırıb Tünara siyahı vermişdir. Həmin siyahıda Tural üçün müvafiq dövlət qurumlarından (kənd sovetindən, asan xidmətdən vəs.) sənədlər yığılmalı imiş, Tural əvvəlcə Yevlax rayon mərkəzi xəstəxanasından sonra isə Gəncə şəhərindəki hərbi qospitaldan həkim kommisiyasından keçməli imiş. Bundan sonra o və oğlu Tural tələb olunan müvafiq sənədləri yığmışalr, Tural Yevlax şəhər mərkəzi xəstəxanasındakı həkim komisiyasından keçmişdir. Sonra o, oğlu Turalı Gəncə şəhərindəki hərbi qospitala həkim komisiyasından keçməsi üçün aparmışdır, lakin, Tural qospitalda səhhətində narahatçılıq olduğuna görə həkim komisiyasından keçə bilməmişdir. Bu səbəbdən də o, Məhərrəmə zəng edib Turalın hərbi xəstəxanada həkim komisiyasından keçmədiyini deyəndə Məhərəmdə Bakı ilə danışıb həll edəcəyini bildirmişdir. 2021-ci ilin mart ayının təxminən 5-də Məhərrəm ona zəng edib Gəncə şəhərindəki yerləşən hərbi xəstəxana ilə danışdığını və komisiyadan keçmək üçün 1000 manat pul lazım olduğunu bildirəndə o da razılaşmışdır. Lakin, bir neçə saatdan sonra Məhərrəm yenidən ona zəng edərək Gəncə şəhərində yerləşən hərbi xəstəxananın pulu çox istədiyinə görə Bakı şəhərində yerləşən hərbi xəstəxana ilə danışdığını və 600 manata razılaşdığını bildirmişdir. 2021-ci ilin təxminən mart ayının 6-da o, oğlu Turalla birlikdə 600 manat pulu aparıb Mingəçevir şəhərində H.Əliyev pros. Xalq bankın qarşısında Məhərrəmə oğlu Turalı hərbi hissədə Maxe kimi işə düzəlməsi məqsədi ilə hərbi xəstəxanada komisiyyadan keçməsi üçün vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Həmin vaxtdan sonra təxminən 1 ay müddət ərzində 3 dəfə olmaqla Məhərrəm oğlu Turalı Bakı şəhərinə aparıb oradakı hərbi xəstəxananın qarşısında gözlətmiş, özü isə içəri hərbi xəstəxanada girib sonra gəlib ya həkimin işdə olmadığını, ya məzuniyyətdə və ya ezamiyyətdə olduğunu bildirib aldatmışdır. Buna baxmayaraq Məhərrəm həmin vaxtdan müxtəlif bəhanələrlə onları aldatmağa davam etmişdir. 2021-ci ilin may ayında o, əgər iş düzəlmirsə onun pulunu qaytar deyən zaman Məhərrəm iş düzəlmədiyi halda pulu tam şəkildə qaytaracağını demiş və guya pulu yüksək vəzifəli şəxslərə verdiyini bildirdi. Həmin vaxtdan bir neçə ay müddət ərzində Məhərrəm onu və oğlu Tünarı aldadaraq pulu qaytaracağına söz versədə qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs barışmışlar. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs barədə yüngül cəza verilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğlunun nümayəndəsi Şahid4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında o, Mingəçevir şəhərində çayxanaların birində tanımadığı şəxsdən Məhərrəm adlı şəxsin Mingəçevir şəhərində yerləşən hərbi hissəyə işə adam düzlətdiyini eşitmişdir. Həmin vaxtlar o, işsiz olduğu üçün Məhərrəm adlı şəxsin istifadəsində olan xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamışdır.O, Məhərrəmə işə düzəlmək istədiyini bildirmiş və təxminən ilk dəfə 2020-ci ilin fevral ayında Məhərrəm ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 21 saylı binanın yanında yerləşən kafedə görüşmüşdür. O, Məhərrəm ilə görüşə anası Ayətlə getmişdir. Anası Ayət avtomobildə onu gözləyirmiş. Kafedə o, Məhərrəmlə onun işə düzəlməyi barədə danışmışlar. Məhərrəm onu Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə mülki işçi kimi düzəltməyi vəd etmişdir. Lakin bu işlin qiymətinin 3000 manat olduğunu lakin mənə görə bu işi 1500 manat müqabilində edə biləcəyini bildirmişdir. O isə razılaşmışdır. Məhərrəm ona ilk növbədə gedib xəstəxanadan tibbi müayinələrdən keçməyini bildirmiş və işə düzəlməyi üçün yaşayış yeri və digər sənədlərlə bağlı arayışları yığmaq lazım olduğunu bildirmişdir. O, Məhərrəm ilə razılaşmış və kafedən çıxan zaman o, Məhərrəmə anası Ayətin ona məxsus avtomobildə olduğunu və anası ilə görüşməyini bildirmişdir. Kafedən çıxdıqdan sonra ona məxsus avtomobilə yaxınlaşmış, anası avtomobildən enmiş və anası Ayət Məhərrəmdən onu işə düzəltməyini xahiş etmişdir. Məhərrəm isə anasını inandırmaq üçün and içməyə başlamışdır. Bundan sonra onlar Məhərrəmə inanmağa başlamışlar. Bundan sonra o Məhərrəmin dediyi sənədləri hazırlamış, Məhərrəmlə görüşdükdən sonra 2 gün müddətində o bütün sənədləri hazırladıqdan sonra 2020-ci ilin fevral ayının ortalarında arvadı Mələk ilə Məhərrəmlə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Xalq” bankın qarşısında görüşmüş və o sənədləri Məhərrəmə vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Sənədləri verdikdən bir gün sonra yəni 2020-ci ilin fevral ayının ortalarında o, arvadı Mələk ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın qarşısında Məhərrəm ilə görüşmüş və o, arvadı Mələkin yanında Məhərrəmə 1500 manat puldan N manat pulu onu Mingəçevir şəhəri N saylı hərbi hissəyə işə düzəltmək üçün vermişdir. Qalan pulu isə işə girdikdən sonra verəcəkmiş. Məhərrəm isə onlara bir ay müddətində onun işə çıxacağını bildirmişdir. Həmçinin bildirmişdir ki, o, Məhərrəmə N manat pul verən zaman onun yanında tanımadığım arıq bir şəxs var imiş. Bundan sonra Məhərrəm bir ay müddətində onun işə çıxacağını bildirmişdir. Lakin bir ay tamam olduqan sonra o, Məhərrəm ilə əlaqə saxladıqdan sonra Məhərrəm ona səbirli olmağını deyirmiş. 2020-ci ilin may ayında Məhərrəm ona zəng vurub Bakı şəhərinə getdiyini və onun işə düzəlməyi üçün əlavə olaraq 500 manat pul vermək lazım olduğunu bildirmişdir. O isə Məhərrəmə Məhərrəmə hazırda 350 manat verə biləcəyimi demiş, Məhərrəm isə razılaşmışdır. O və arvadı Mələk 2020-ci ilin may ayında Məhərrəm ilə Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən duracaqda ilə görüşmüş və o, arvadı Mələkin yanında 350 manat pulu Məhərrəmə onu Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə mülki işçi kimi düzəltmək məqsədi ilə vermişdir. Məhərrəm ona yenədə bir ay müddətində onun işə düzələcəyini bildirmişdir. Daha sonra o, Məhərrəmin onu aldatdığını başa düşmüş və həmin gündən bu günə kimi o, dəfələrlə Məhərrəmdən pulunu geri istəsədə Məhərrəm bü günə kimi onun verdiyi 900 manat pulu ona geri qaytramamış və onu işə düzəltməmişdir.Həmçinin bildirmişdir ki, Məhərrəm ona verdiyim 900 manat puldan ona indiyənə kimi bir dəfə 30 manat bir dəfə isə 60 manat ümumilikdə 90 manat pul geri qaytramışdır. Hazırda Təqsirləndirilən şəxs barışmışlar. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs barədə yüngül cəza verilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Adəm Mirağa oğlu məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında o, Mingəçevir şəhərində çayxanaların birində tanımadığı şəxsdən Məhərrəm adlı şəxsin Mingəçevir şəhərində yerləşən hərbi hissəyə işə adam düzlətdiyini eşitmişdir. Həmin vaxtlar o, işsiz olduğu üçün Məhərrəm adlı şəxsin istifadəsində olan xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamışdır.O, Məhərrəmə işə düzəlmək istədiyini bildirmiş və təxminən ilk dəfə 2020-ci ilin fevral ayında Məhərrəm ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 21 saylı binanın yanında yerləşən kafedə görüşmüşdür. O, Məhərrəm ilə görüşə anası Ayətlə getmişdir. Anası Ayət avtomobildə onu gözləyirmiş. Kafedə o, Məhərrəmlə onun işə düzəlməyi barədə danışmışlar. Məhərrəm onu Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə mülki işçi kimi düzəltməyi vəd etmişdir. Lakin bu işlin qiymətinin 3000 manat olduğunu lakin mənə görə bu işi 1500 manat müqabilində edə biləcəyini bildirmişdir. O isə razılaşmışdır. Məhərrəm ona ilk növbədə gedib xəstəxanadan tibbi müayinələrdən keçməyini bildirmiş və işə düzəlməyi üçün yaşayış yeri və digər sənədlərlə bağlı arayışları yığmaq lazım olduğunu bildirmişdir. O, Məhərrəm ilə razılaşmış və kafedən çıxan zaman o, Məhərrəmə anası Ayətin ona məxsus avtomobildə olduğunu və anası ilə görüşməyini bildirmişdir. Kafedən çıxdıqdan sonra ona məxsus avtomobilə yaxınlaşmış, anası avtomobildən enmiş və anası Ayət Məhərrəmdən onu işə düzəltməyini xahiş etmişdir. Məhərrəm isə anasını inandırmaq üçün and içməyə başlamışdır. Bundan sonra onlar Məhərrəmə inanmağa başlamışlar. Bundan sonra o Məhərrəmin dediyi sənədləri hazırlamış, Məhərrəmlə görüşdükdən sonra 2 gün müddətində o bütün sənədləri hazırladıqdan sonra 2020-ci ilin fevral ayının ortalarında arvadı Mələk ilə Məhərrəmlə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Xalq” bankın qarşısında görüşmüş və o sənədləri Məhərrəmə vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Sənədləri verdikdən bir gün sonra yəni 2020-ci ilin fevral ayının ortalarında o, arvadı Mələk ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın qarşısında Məhərrəm ilə görüşmüş və o, arvadı Mələkin yanında Məhərrəmə 1500 manat puldan N manat pulu onu Mingəçevir şəhəri N saylı hərbi hissəyə işə düzəltmək üçün vermişdir. Qalan pulu isə işə girdikdən sonra verəcəkmiş. Məhərrəm isə onlara bir ay müddətində onun işə çıxacağını bildirmişdir. Həmçinin bildirmişdir ki, o, Məhərrəmə N manat pul verən zaman onun yanında tanımadığım arıq bir şəxs var imiş. Bundan sonra Məhərrəm bir ay müddətində onun işə çıxacağını bildirmişdir. Lakin bir ay tamam olduqan sonra o, Məhərrəm ilə əlaqə saxladıqdan sonra Məhərrəm ona səbirli olmağını deyirmiş. 2020-ci ilin may ayında Məhərrəm ona zəng vurub Bakı şəhərinə getdiyini və onun işə düzəlməyi üçün əlavə olaraq 500 manat pul vermək lazım olduğunu bildirmişdir. O isə Məhərrəmə Məhərrəmə hazırda 350 manat verə biləcəyimi demiş, Məhərrəm isə razılaşmışdır. O və arvadı Mələk 2020-ci ilin may ayında Məhərrəm ilə Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən duracaqda ilə görüşmüş və o, arvadı Mələkin yanında 350 manat pulu Məhərrəmə onu Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə mülki işçi kimi düzəltmək məqsədi ilə vermişdir. Məhərrəm ona yenədə bir ay müddətində onun işə düzələcəyini bildirmişdir. Daha sonra o, Məhərrəmin onu aldatdığını başa düşmüş və həmin gündən bu günə kimi o, dəfələrlə Məhərrəmdən pulunu geri istəsədə Məhərrəm bü günə kimi onun verdiyi 900 manat pulu ona geri qaytramamış və onu işə düzəltməmişdir. Həmçinin bildirmişdir ki, Məhərrəm ona verdiyim 900 manat puldan ona indiyənə kimi bir dəfə 30 manat bir dəfə isə 60 manat ümumilikdə 90 manat pul geri qaytramışdır. Hazırda Təqsirləndirilən şəxs barışmışlar. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs barədə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından tanıyırmış, lakin, onunla heç bir düşmənçiliyim və ya ədavətim yoxdur. Belə ki, 2021 yanvar ayının əvvələrində o və atası atası Habil kiçik qardaşı Şahid2 Mingəçevir şəhərindəki hərbi hissəyə hava hücumundan müdafiə sisteminə hərbiçi Maxe kimi işə düzəltmək istəyirlərmiş, buna görə də iş düzüb qoşan adam axtarırlarmış. Həmin vaxt o, işlədiyi hərbi hissədə maraqlananda iş yoldaşı Eldəniz Bayramov "eşitdiyimə görə Mingəçevir şəhərində keçmiş hərbiçi Məhərrəm var o hərbiçi kimi işə düzəldir, bu işlə məşğuldur" demişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə o, maraqlanıb həmin Məhərrəm adlı şəxsin nömrəsini tapmış və Məhərrəmə zəng edib "eşitmişəm siz Mingəçevirdəki hərbi hissəyə hərbiçi kimi işə adam düzəldirsiniz mən qardaşım Turalı da hərbiçi kimi işə düzəltmək istəyirəm"deyəndə Məhərrəm bu işlə məşğul olduğunu və həll edəcəyini bildirmiş sonra isə Mingəçevir şəhərinə gələndə söhbət edərik demişdir. Həmin günü saat 12-radələrində o Mingəçevir şəhərinə gəlib H.Əliyev prospektindəki "Mingoparkın" arxa hissəsinə gəlib Məhərrəm adlı şəxslə görüşmüşdür. Həmin vaxt söhbət əsnasında o, qardaşı Turalı Mingəçevir şəhərindəki hərbi hissəyə hava hücumundan müdafiə qoşunlarına MAXE kimi işə düzəltmək istədiyimi deyəndə Məhərrəm bu günə kimi bir neçə adamı ora işə düzəltdiyini demişdir. Sonra isə Məhərrəm qardaşı Turalı hərbiçi kimi işə düzəltmək üçün 3500 manat pul verməli olduğumu və aprel ayında Turalın əmri verildikdən sonra işə çıxacağını bildirmiş, o isə Məhərrmələ razılaşıb bir neçə günə gətirib pulu verəcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı evə gəlib bu barədə atası Habil və qardaşı Turala məlumat vermiş, sonra isə atası Habil pulu tapıb düzəldəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 10-radələrində atası Habil ona yaşadıqları evdə evdə 3500 manat pul vermişdir ki, aparıb Məhərrəmə versin. Bundan sonra o, Məhərrəmə zəng edib pulun hazır olduğunu bildirəndə Məhərrəm Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mingopark”ın arxa hissəsinə gəlməyini bildirmişdir.. Bundan sonra o, həmkəndlisi və sinif yoldaşı Fəxri Talışzadə ilə birlikdə idarə etdiyi "Hyundai Elantra" markalı **-GY-*** d.q.n-lı avtomobili ilə Mingəçevir şəhərinə “Mingopark” adlı kafenin arxa hissəsinə gəlmişlər. Orada Məhərrəm qabaq sağ oturacaqda əyləşmiş, sinif yoldaşı Fəxri isə arxa oturacağa keçmişdir. Həmin vaxt yəni xx.xx.2021-ci il tarixdə on 3500 manat pulu sayıb Məhərrəmə qardaşı Turalı Mingəçevir şəhərində yerləşən hərbi hissəyə Maxe kimi işə düəlmtək üçün vermiş, Məhərrəm isə qardaşı Tural üçün müvafiq dövlət qurumlarından sənədlərin yığılmalı olduğunu və həkim kommisiyasından keçməli olduğunu bildirmiş, bu barədə xəbər verəcəyini deyib çıxıb getmişdir. Təxminən 10-15 gün keçdikən sonra yəni 2021-ci ilin yanvar ayının sonunda Məhərrəm onu yenədə Mingəçevir şəhərindəki “Mingopark”adlı kafenin yanına çağırıb siyahı vermişdir. Həmin siyahıda Tural üçün müvafiq dövlət qurumlarından (kənd sovetindən, asan xidmətdən vəs.) sənədlər yığılmalı imiş, Tural əvvəlcə Yevlax rayon mərkəzi xəstəxanasından sonra isə Gəncə şəhərindəki hərbi xəstəxanadan həkim kommisiyasından keçməli imiş. Bundan sonra atası Habil və qardaşı Tural tələb olunan müvafiq sənədləri yığmışlar, Tural Yevlax şəhər mərkəzi xəstəxanasındakı həkim komisiyasından keçmişdir. Sonra atası qardaşı Turalı Gəncə şəhərindəki hərbi xəstəxanaya həkim komisiyasından keçməsi üçün aparmış, lakin, qardaşı Tural hərbi xəstəxanada səhhətində narahatçılıq olduğuna görə həkim komissiyyasından keçə bilməmişdir. Bu səbəbdən də X11 adlı şəxsə zəng edib Turalın hərbi xəstəxanadan həkim komisiyasından keçmədiyini deyəndə Məhərəmdə Bakı ilə danışıb həll edəcəyini bildirmişdir. 2021-ci ilin mart ayının təxminən 5-də Məhərrəm atası Habilə zəng edib Gəncə şəhərindəki hərbi xəstəxana ilə danışdığını və komissiyyadan keçmək üçün 1000 manat pul lazım olduğunu bildirəndə atası Habildə razılaşmışdır. Lakin, bir neçə saatdan sonra Məhərrəm yenidən atasına zəng edərək Gəncə şəhərində yerləşən hərbi xəstxananın pulu çox istədiyinə görə Bakı şəhərində yerləşən hərbi xəstəxana ilə danışdığını və 600 manata razılaşdığını bildirmişdir. 2021-ci ilin təxminən mart ayının 6-da atası Habil qardaşı Turalla birlikdə 600 manat pulu aparıb Mingəçevir şəhərində H.Əliyev pros. Xalq bankın qarşısında Məhərrəmə qardaşı Turalın hərbi hissəyə Maxe kimi işə düzəlməsi üçün həkim komissiyyasından keçməsi üçün vermişdir. Həmin vaxtdan sonra təxminən 1 ay müddət ərzində 3 dəfə olmaqla Məhərrəm qardaşı Turalı Bakı şəhərinə aparıb oradakı hərbi xəstəxananın qarşısında gözlətmiş, özü isə içəri xəstəxanaya girib sonra gəlib ya həkimin işdə olmadığını, ya məzuniyyətdə və ya ezamiyyətdə olduğunu bildirib aldatmışdır və qayıdıb gəlmişlər. Buna baxmayaraq Məhərrəm həmin vaxtdan müxtəlif bəhanələrlə onları aldatmağa davam etmişdir. 2021-ci ilin may ayında atası Habil əgər iş düzəlmirsə onun pulunu qaytar deyəndə Məhərrəmdə düzəlmədiyi halda pulu tam şəkildə qaytaracağını demiş və guya pulu yuxarı vəzifədə işləyən kiməsə verdiyini demiş, həmin vaxtdan bir neçə ay müddət ərzində Məhərrəm onu və atası Habili aldadaraq pulu qaytaracağına söz versədə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 Hail oğlunun ifadəsində ki, xüsastları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Tanrıverdi oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və o təqaüddə olan hərbiçilərdirlər.O, Məhərrəmin şəhər sakinlərindən bir neçə şəxsi Müdafiə Nazirliyinin müəyyən hərbi hissələrinə “Maxe”(Müddətdən artıq həqiqi hərbi xidmətçi) kimi işə düzəltdiyini eşitmişdir, lakin həmin şəxsləri şəxsiyyəti haqqında məlumatı olmamışdır. 2020-ci ilin sentyabr ayında o və Məhrrəm Mingəçevir şəhəri Dram Teatrı yaxınlığında “Manıslar bağı” deyilən yerdə çayxanada oturub çay içən zaman təxminən 2 ildir Mingəçevir şəhər sakini kimi tandığı Şəhriyar adlı şəxs onlara yaxınlaşmış və onların yanında əyləşmişdir. Şəhriyar ona Mingəçevir şəhərində hərbi hissədə “Maxe” kimi işə düzəlmək istədiyini bildirmiş və ona köməklik etməklərini istəmişdir.O və Məhərrəm Şəhriyar haqqında anket məlumatlartını soruşduqdan sonra Məhərrəm ona Şəhriyarı işə düzəldə biləcəyini bildirmişdir.Şəhriyar hərbi hissəyə “Maxe” kimi işə düzəlməsinə nə qədər pul vermək lazım olduğunu soruşan zaman o və Məhərrəm Şəhriyarın hərbi hissəyə “Maxe” kimi işə düzəlməsinə N manat pul vermək lazım olduğunu bildirmişlər. Şəhriyar hazırda N manat pulunun olmadığını bildirən zaman Məhərrəm Şəhriyara hazırda nə qədər pulu olduğunu soruşmuş, Şəhriyar isə hazırda 2500 manat pulu olduğunu bildirmişdir.Bu zaman Məhərrəm əvvəlcə 2500 manat pulu gətirməyini qalan pulu isə sonra verməsini bildirmişdir.Şəhriyar isə razılaşmışdır.Təxminən bir həftə sonra Şəhriyar ona zəng vurub 2500 manat pulu vermək istədiyini bildirmişdir. O və Məhərrəm həmin vaxtı Mingəçevir şəhəri Hərbi hissənin yaxınlığında yerləşən “Qarabağ” çay evində çay içirlərmiş.Təxminən yarım saat sonra Şəhriyar onların yanına gəlmişdir. Şəhriyar Mingəçevir şəhərində hərbi hissədə “Maxe” kimi işə düzəlmək üçün 2500 manat pulu sayıb ona vermiş, o isə Şəhriyarın yanında 2500 manat pulu sayıb Məhərrəmə vermişdir. Məhərrəm isə ağ kağıza yazılmış siyahını çıxardıb Şəhriyara vermişdir. Məhərrəm həmin vərəqi Şəhriyara verən zaman vərəqdə siyahıda olan sənədləri yığıb gətirməyini bildirmişdir. Şəhriyar 4-5 gün müddətində siyahıda olan sənədləri (şəxsiyyət vəsiqəsinin, hərbi biletin notarial qaydada təsdiq olunmuş sürətləri, ailə tərkibi haqqında arayış, xasiyyətnamə, tərcümeyi-hal və digər sənədlər) hazırlamış, Məhərrəm və o, Mingəçevir şəhərində yerləşən Qarabağ çayxanasına olan zaman oraya gəlmişdir. Bundan sonra X4 şəhərində N saylı hərbi hissəyə gedib oradan Gəncə şəhərində hərbi xəstəxanadan keçməsi üçün Forma N kağızını almasını bildirmişdir.Bundan sonra Şəhriyar Mingəçevir şəhərində olan N saylı hərbi hissəyə gedib forma N kağızını alaraq Gəncə şəhərində olan xəsətxanadan müayinələrdən keçdikdən sonra bütün sənədləri Məhərrəmə gətirmişdir. O və X2 şəhərində Qarabağ çayxanasında görüşmüşlər. Məhərrəm Şəhriyarın bütün sənədlərini qovluqa qoymuş və sənədlərin hamısını Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə aparıb verməsini bildirmişdir. Şəhriyar bütün sənədləri Mingəçevir şəhərində yerləşən hərbi hissəyə vermişdir. 2020-ci ilin sentyabr ayında Məhərrəm Şəhriyara zən edib işlə bağlı olaraq əlvə pul gətirməsini bildirmişdir. O Şəhriyarı yığıb pulun qalan hissəsini verməsini bildirdikdə Şəhriyar 500 manat pul hazırladığını bildirmiş, Məhərrəm isə 500 manat pulu gətirməyini bildirmişdir.2020-ci ilin sentyabr ayında o və Məhərrəm Mingəçevir şəhəri Qarabağ çayxanasında olan zaman Şəhriyar onların yanına gəlmiş və 500 manat pulu Mingəçevir şəhərində “Maxe” kimi işə düzəlmək məqsədi ilə ona vermişdir. O isə 500 manat pulu Şəhriyarın yanında sayıb Məhərrəmə vermişdir.Bu zaman onların yanında heç kim olmamışdır. Məhərrəm 1-2 ay sonra Şəhriyarın Müdafiə Nazirliyi tərəfindən kursa çağırılacağını bildirmişdir.Lakin həmin vaxtlar ölkə ərazisində müharibə olduğundan Şəhriyarın işi bir müddət gecikirmiş.Müharibə 2020-ci ilin noyabr ayında qurtardı. Müharibə qurtardıqdan sonra Məhərrəm ona Şəhriyarın qalan 1000 manat pulu gətirməsini bildirmiş , o isə Şəhriyaa zəng vurub bu barədə məlumat verikdə Şəhryar pulu hazırlaya bilmədiyini bildirmişdir. Bundan sonra mən və Məhərrəm tez tez Şəhriyara zəng vursada Şəhriyar puluhazırlaya bilmirdi. 2021-ci ilin mart ayının sonunda Şəhriyar ona əzng vurub qalanpulun hazır olduğunu bildirdi. 2021-ci ilin mart ayının sonunda o və X2 şəhəri, N saylı hərbi hissəsinin yaxınlığında yerləşən Mingəçevir şəhəri Qarabağ çayxanasında görüşmüş, Şəhriyar Mingəçevir şəhərində hərbi hissəyə Maxe kimi işə düzəlmək məqsədi ilə ona 1000 manat pul vermiş, o isə həmin 1000 manat pulu Məhərrəmə vermişdir.Bir müddət sonra Şəhriyar ona zəng vurub Müdafiə Nazirliyinə Bakı şəhərinə imtahana çağrıldığını bildirmişdir. Bundan sonra Şəhiyar onların yanına gəlmiş, Məhərrəm Şəhr müəyyən təlimatlar vermişdir.Bundan sonra Şəhiyar Bakı şəhərinə imtahan vermək üçün getmişdir. Lakin Şəhriyar imtahanda müvəffəqiyyət qazana bilməmişdir.O və Məhərrəm Şəhriyara yenidən imtahan verilən zaman imtahana getməsini bildirmişlər.İlk öncə Şəhriyar razı olsada daha sonra verdiyi pulu geri istəmişdir. O isə Məhərrəmə Şəhriyarın pulunu geri istədiyini bildirmişdir. Məhərrəm isə ona qısa müddət ərzində Şəhriyarın pulunu geri qaytaracağını bildirmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında oğlu Şəhriyar işsiz olduğundan hər yerdə iş axtarırmış. Həmin vaxtlar oğlu Şəhriyar ona Bədəl və Məhərrəm adlı şəxslərin keçmiş hərbiçi olduqlarını və müəyyən şəxslərə hərbi hissələr Maxe kimi işə düzəlməkdə köməklik edə bildiyini bildirmiş və həmin şəxslərlə görüşüb hərbi hissəyə Maxe kimi işə düzələcəyini bildirmişdir O. İsə buna etiraz etməmişdir. 2020-ci ilin sentyabr ayında oğlu evə gələrək ona Məhərrəm və Bədəl ilə görüşdüyünü və həminşəxslərin onu hərbi hissəyə Maxe kimi işə düzəlməsi üçün N manat pul istədiklərini vəı pulu hissə hissə verməyinə razı olduğunu bildirmişdir.2020-ci ilin sentyabr ayında oğlum Şəhriyar Məhərrəm və Bədəl ilə görüşmüş və hərbi hissəyə Maxe kimi işə düzəlməsi üçün ilkin olaraq 2500 manat pulu Bədəl və Məhərrəm vermişdir. Məhərrəm isə işə qəbul olmaq üçün lazım olan hazırlanası sənədlərin siyahısını Şəhriyara vermişdir. Bundan sonra Şəhriyar həmin sənədləri hazırlamış və Bədəl və Məhərrmlə görüşərək həmin şəxslərə vermişdir. 2020-ci ilin sentyabr ayının sonunda Bədəl yenidən oğlum Şəhriyara z\əng vurub qalan pulu soruşmuş , oğlum Şəhriyar isə hazırda 500 manat pul hazıray bildiyini bildirmişdir. Məhərrəm isə işlə bağlı olaraq bgəzi məsələləri həll etməli olduğu üüçn təcili olaraq 500 manat pulu verməsini bildirmişdir. Bundan sonra oğlu Şəhriyar Bədəl və Məhərrəml görüşərək qalan 500 manat pulu həmin şəxslərə vermişdir. 2020-ci ili sonunda baş vermiş müharibə ilə bağlı olaraq Məhərrəm və Bədəl Şəhriyarın işinin gecikdiyini bildirmişlər.Lakin müharibə bitdikdən sonrada Çəhriyarın işi gecikirdi.Bədəl və Məhərrəm isə Şəhriyara mütamai olaraq qalan 1000 manat pul hazırlamasını deyirdilər. 2021-ci ilin mart ayınınsonunda oğlu Şəhriyar qalan 1000 manat pulu hazırlayıb Bədəl və Məhərrəmləgörüşərək hərbi hissəyə Maxe kimi işə düzəlməsi üçün həminşəxslərə vermişdir. Bir müddət sonra oğlu Şəhriyar AR MN imtaha çağrılmışdır, lakin Şəhriyar imtahanda uğur qazana bilməmişdir. Onlar bu barədə Bədələ və Məhərrəmə dbildirdikdə həmin şəxslər narahatçılığa əsəs olmadığını, gələn ay imtahana gedəcəyini və imtahandan keçəcəyini demişlər. Lakin yenə də Şəhriyarı aldatmışlar, hər dəfə imtahana görə dedikləri vaxt çatanda bəhanələr gətirmişlər. Bundan sonra onlar Bədəl və Məhərrəmin onları aldatdıqlarını başa düşmüş və verdikləri N manat pulu geri tələb etməyə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, atası Habil Şəki rayonu Çayqaraqoyunlu kəndində bostançılıqla məşğul olur və o atasına bu işdə köməklik edirmiş. Atası və o Mingəçevir şəhərinə mütamadi olaraq gedib gəlirmiş. 2020-ci ilin aprel ayının əvvəllərində atası Habil və o bazarlıq etmək üçün Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərində lazım olan məhsulları aldıqdan sonra onlar Mingəçevir şəhəri, H.Əliyev adına olan parkın yaxınılığında olan çayxanada çay içən zaman çayxanada tanımadığı şəxslərin Məhərrəm adlı şəxsin hərbi hissələrə Maxe kimi işə düzəltməklə məşğul olduğunu eşitmişlər. Həmin vaxtlar o heç bir yerdə rəsmi olaraq işləmirmiş, sadəcə olaraq atasına bostanda köməklik edirmiş.Atası ona əgər istəsə onu hərbi hissəyə Maxe vəzifəsinə düzəltmək istədiyini bildirmişdir.O isə razılaşmış, bundan sonra atası həmin şəxslərdən Məhərrəmin mobil nömrəsini almış və Məhərrəmlə əlaqə saxlamışdır. X11 hərbi hissələrə Maxe vəzifəsinə işə düzəltməklə məşğul olduğunu eşitdiyini və onu Ağcabədi rayonunda yerləşən hərbi hissəyə Maxe kimi işə düzəltmək istədiyini bildirmiş və Məhərrəm ilə görüşüb bu barədə ətraflı danışmağı təklif etmişdir. Onlar isə razılaşmış, bundan sonra onlar yaşadıqları Şəki rayonu Çayqaraqoyunlu kəndinə geri qayıtmış və atası bu barədə ilk olaraq əmisi Akifə və bibisinin əri Rafiqə məlumat vermişdir. Əmisi Akif və bibisinin əri Rafiq isə atası ilə razılaşmış və mütləq qaydada Məhərrəmlə görüşmək lazım olduğunu bildirmişlər. 2020-cilin aprel ayının ortalarında atası Habil və əmisi Akif Mingəçevir şəhərinə Məhərrəmlə görüşmək üçün getmişlər. Təxminən 1 saat sonra atası əmisi ilə Mingəçevir şəhərindən geri qayıtmış və atası onun hərbi hissəyə Maxe kimi işə düzəlmək məsələsini Məhərrəmlə danışdığını, Məhərrəmin bu iş müqabilində N manat pul isədiyini bildirmişdir. Atası Habil yenidən Mingəçevir şəhərinə gedib Məhərrəmə ilkin olaraq 2000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra atası Habil, əmisi Akif və bibisinin yoldaşı Rafiqdə Mingəçevir şəhərinə Məhərrəmlə görüşmək üçün getmişlər. O isə ilk dıfə atasıgil ilə getmədim. 2020-ci ilin aprel ayının ortylarında atası Habil onu hərbi hissəyə Maxe kimi işə düzəltmək üçün Mingəçevir şəhəri, N saylı hərbi hissəsinin yanında Məhərrəmlə görüşmüş və görüş zamanı pulu böyük qardaşı Akifə vermişdir ki, Məhərrəmə versin. Əmisi Akif atası Habilin və bibisinin əri Rafiqin yanında Məhərrəmə onu hərbi hissəyə maxe kimi işə düzəltməsi üçün ilkin olaraq 2000 manat pul vermişdir. Həmin günü axşamtərəfi atasıgil evə qayıtmışlar. Atası Məhərrəmə 2000 manat pulu verdiyini, Məhərrəmin isə işə qəbul olmaq üçün lazım olan sənədlərin siyahısını atası Habilə vermişdir. Bundan sonra atası Habil qısa müddət ərzində ona görə yaşayış, sağlamlıq haqqında arayışlar və digər xatırlamadığı sənədləri hazırlamışdır. Təxminən 3-4 gün müddətində atası siyahıda olan bütün sənədləri hazırlayıb və qalan 2000 manat pulu qohumlarından borc alıb Məhərrəm ilə görüşmək üçün o və əmisi Akiflə birgə Mingəçevir şəhərinə getmişlər. X7 şəhəri, N saylı hərbi hissəsinin yaxınlığında yerləşən çayxanada görüşmüşlər. 2020-ci ilin aprel ayının ortalarında əmisi Akif atasının onun işə düzəlməyi üçün əvvəlcədən ona verdiyi qalan 2000 manat pulu onun və atasının yanında Məhərrəmə vermişdir. Bu zaman Məhərrəmin yanında heç kim olmamışdır. Məhərrəm pulu aldıqdan sonra onun 1 ay müddətinə işə çıxacağımı bildirmişdir. Bundan sonra onlar Şəki rayonuna geri qayıtmışlar. Həmin müddətdə atası Habil Məhərrəm ilə mütamadi olaraq telefon vasitəsi ilə əlaqə saxlayırlarmış.Lakin onu heç bir qurumdan işə çağırmamışlar. Bundan sonra atası Məhərrəmə zəng vurub onun çağırılmadığını bildirdikdə Məhərrəm onlara narahat olmamağı və qısa müddət ərzində Müdafiə Nazirliyi tərəfindən ona zəng gələcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının 21-də o Səfərbərlik üzrə hərbi xidmətə çağrılmışdır. Atası Məhərrəmə zəng vurub bu barədə məlumat verdikdə Məhərrəm yenədə narahat olmamağı bildirirmiş. Daha sonra o milli ordumuya vətən uğrunda gedən döyüşlərdə iştirak etmək üçün getmişdir. Müharibə qurtardıqdan sonra o geri qayıtmış və ataaından bu barədə soruşduqda atası Məhərrəmin onları aldatdığını və Məhərrəmdən pulu geri ala bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, Şəki rayonu Çayqaraqoyunlu kəndində bostançılıqla məşğul olmuş. Habil və Akif onun qaynları imiş. 2020-ci ilin aprel ayında o və qaynı Akif Habilin yaşadığı evdə olan zaman Habil oğlu Rakif ilə Mingəçevir şəhərində bazarlıq edib gəlmişlər. Habil ona və Akifə məsləhət edərək bildirmişdir ki, Mingəçevir şəhərində Məhərrəm adlı şəxsin olduğunu və onun vasitəsi ilə oğlu Rakifi hərbi hissəyə Maxe kimi işə düzəldə biləcəyini bildirmişdir. O və Akif isə mütləq qaydada həmin şəxsi görüşüb söhbət etmək lazım olduğunu bildirmişlər. Bundan sonra Habil zəng vurub Məhərrəmlə danışmış və Mingəçevir şəhərinə görüşməyə qərara gəlmişlər. 2020-ci ilin aprel ayının ortalarında Habil və Habilin qardaşı Akif Mingəçevir şəhərinə Məhərrəmlə görüşmək üçün getmiş və təxminən 1 saat sonra yendən kəndə qayıtmışlar. Habil Məhərrəmlə görüşdüyünü və Məhərrəmin Rakifi N manat müqabilində hərbi hissəyə Maxe kimi işə düzəldə biləcəyini bildirmişdir. Habil ilkin olaraq 2000 manat pulu Məhərrəmə vermək üçün yenidən Mingəçevir şəhərinə qayıdacağını demiş və bundan sonra həmin günü o, qaynları Akif və Habil Mingəçevir şəhərinə gəlmişlər. Həmin günü yəni 2020-ci ilin aprel ayının ortalarında X7 şəhəri, N saylı hərbi hissənin yaxınlığında yerləşən çayxanada görüşmüşlər və X12 hərbi hissəyə işə düzəltməyi üçün ilkin olaraq 2000 manat pul vermişdir. Həmin vaxtı Məhərrəmin yanında heç kim olmamışdır. Məhərrəm isə Rakifin işə qəbul edilməsi üçün lazım olan sənədlərin siyahısını Habilə vermişdir. Buindan sonra onlar Şəki rayonu Çarqaraqoyunlu kəndinə geri qayıtmışlar. Təxminən 3-4 gün sonra Habil ona və Akifə sənədləri və qalan 2000 manat pulu hazırladığını və onula birgə Mingəçevir şəhərinə Məhərrmlə görüşmək üçün getməyi xahiş etmişlər. Bundan sonra o, Akif, Habil və Rakif Mingəçevir şəhəri, N saylı hərbi hissəsinin yaxınlığında yerləşən çayxanada Məhərrəm ilə görüşmüşlər. Habil yenədə pulu qardaşı Akifə Məhərrəmə verməsi üçün vermişdir. 2020-ci ilin aprel ayında qaynı Akif onun, Habilin və Rakifin yanında Rakifi hərbi hissəyə maxe kimi işə düzəltməsi üçün 2000 manat və sənədləri Məhərrəmə vermişdir. Məhərrəm isə qısa müddət ərzində Rakifin işə çağırılacağını bildirmişdir. Bundan sonra onlar Şəki rayonuna geri qayıtmışlar. Həmin müddətdə Habil Məhərrəm ilə mütamadi olaraq telefon vasitəsi ilə əlaqə saxlayırlarmış. Lakin bir ay keçdikdən sonra Habil Məhərrəmə zəng vurub oğlu Rakifin çağırılmadığını bildirdikdə Məhərrəm narahat olmamağı və qısa müddət ərzində Müdafiə Nazirliyi tərəfindən Rakifə zəng gələcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının 21-də Rakif Səfərbərlik üzrə hərbi xidmətə çağrılmışdır.Onlar Məhərrəmə zəng vurub bu barədə məlumat verdikdə Məhərrəm yenədə narahat olmamağı bildirirmiş. Bundan sonra Habil Rakifin işə düzəlməsi üçün verdiyi N manat pulu geri istəmişdir. Məhərrəm isə qısa müddət ərzində pulu geri qaytaracağını bildirsədə bu günə kimi Habilin N manat pulunu geri qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğlunun nümayəndəsi Şahid4 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş Adəm Mirağa oğlu tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində yangül cəza verilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində yangül cəza verilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində yangül cəza verilməsini xahiş edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğlunun etibarından suiistifadə edib sonuncunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə mülki işçi kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2020ci ilin fevral ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Xalq Bankın yaxınlığında N manat, 2020-ci ilin may ayının əvvəllərində Mingəçevir şəhəri, Təbriz küçəsində 350 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğluna ümumilkdə 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib N manat müqabilində Zərərçəkmiş şəxs2 oğlu Şahid7 Ağcabədi rayonunda yerləşən hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin aprel ayında ayında Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Qarabağ” çay evinin qarşısında 2000 manat, bir neçə gündən sonra isə yəni2020-ci ilin aprel ayında Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Qarabağ” çay evinin qarşısında 2000 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilkdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib N manat müqabilində Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin sentyabr ayının əvvəllərində Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi küçəsində, N saylı hərbi hissəsnin yaxınlığında yerləşən “Qarabağ çay evi”nin qarşısında Şahid5 Tanrıverdi oğlunun vasitəsi ilə 2500 manat, 2020-ci ilin sentyabr ayında Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi küçəsində, N saylı hərbi hissəsnin yaxınlığında yerləşən “Qarabağ çay evi”nin qarşısında Şahid5 Tanrıverdi oğlunun vasitəsi ilə 500 manat, 2021-ci ilin mart ayının sonunda Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi küçəsində, N saylı hərbi hissəsnin yaxınlığında yerləşən “Qarabağ çay evi”nin qarşısında Şahid5 Tanrıverdi oğlunun vasitəsi ilə 1000 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilkdə 4000 (dörd min ) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib oğlu X9 şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2021-ci ilin yanvar ayının 19-da Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mingoparkın” arxasında 3500 manat, 2021-ci ilin mart ayının 6-da Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən Xalq Bankın qarşısında 600 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Tünar Mahmudovun atası Zərərçəkmiş şəxs2 Xuduş oğluna ümumilikdə 4100 (dörd min yüz ) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Adəm Mirağa oğlunun etibarından sui-istifadə edib sonuncunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Yelax rayonu, Xaldan qəsəbəsində yerləşən hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2021-ci ilin fevral ayının 28-də Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən N saylı hərbi hissəsinin qarşısında N manat, 2021-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mingoparkın” yaxınlığında 2800 manat, 2021-ci ilin mart ayının 6-da Yevlax rayonu Xaldan qəsəbəsində 100 manat pulu vahid niyyətlə alıb ələ keçirdərək Adəm Mirağa oğluna ümumilkdə 4100 (dörd min yüz ) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğlunun və Adəm Mirağa oğlunun ərizələrindən görünür ki, onlara dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Əhmədiyyə oğlunun nümayəndəsi Şahid4, və Adəm Mirağa oğlu ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, özünün birinci qarbağ müharibəsi iştirakçısı olduğunu, yaşının çox olmasını, həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayon ərazi hüdudlarını ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 360 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhəri və Yevlax ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eyni zamanda ödənilməmiş 1650 manat pul vəsaitinin Zərərçəkmiş şəxs1 ödənilməsi vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-46/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-46/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver