Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-46/2023 09.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X3 müdafiəçisi X2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, X8-xx.xx.1993-cü ildə Qazaxıstan Respublikası, Turqay vilayəti, Janadalin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ev C 122-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2-xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xocalı şəhərində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ev A 69-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs X8 xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhəri, AZDRES qəsəbəsində «Ağçiçəyim» mağazasının arxasında yerləşən kafedə pivə içərkən kafenin işçisi Zərərçəkmiş şəxs pivə ilə təam etməyə hisə verilmiş toyuq boğazı sifariş etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs ona hisə verilmiş toyuq boğazının olmadığını deyib, lakin yan masaya hisə verilmiş bel və boğaz məhsulu apardığı üçün, Zərərçəkmiş şəxs qərəzli olaraq onun masasına həmin təamdan gətirmədiyini zənn edib, bunu bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs irad bildirib, onunla söz mübahisəsi yaratmış, getdikcə qızışan mübahisə zamanı qardaşının həmin mübahisədə iştirak etdiyini zənn edən Təqsirləndirilən şəxs2 da kafeyə gəlmiş və ona (Amin Mirzalıyevə) qoşularaq, onunla bir qrup şəxs halında kafedə olan Şahid və şəxsiyyətləri istintaqa məlum olmayan qeyri-müəyyən sayda şəxslərə qarşı etinasızlıq və laqeydlik nümayiş etdirərək, etik davranış qaydalarını «tapdalarayaq», habelə özünü ətrafdakıların fövqündə qoymaqla, ictimai yer hesab olunan kafedə nalayiq ifadələrdən istifadə edib, əlinə götürdüyü və silah qismində istifadə etdiyi taxta parçasından, Təqsirləndirilən şəxs2 isə kafedə əlinə keçən və silah qismində istifadə etdiyi şüşə külqabından istifadə etməklə, hər ikisi Zərərçəkmiş şəxs üzərinə hücum edib, onun şəxsiyyəti üzərində zor tədbiq edərək baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, ona sol bazuda şişkinlik, zolaqşəkilli hematoma, qançır, təpə nahiyəsində sağ tərəfdə hematoma, səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya, alın nahiyəsində qançır, sağ said nahiyəsində qançır, sol kürək nahiyəsində qançır, sol dirsək oynağında sıyrıqlar sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında silah qismində istifadə etdiyi alətdən istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor göstərilməsi ilə müşayiət edilən hərəkətlərlə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhəri, AZDRES qəsəbəsində «Ağçiçəyim» mağazasının arxasında yerləşən kafedə qardaşının mübahisə edib, dalaşdığını eşitdikdən sonra, bunun həqiqət olub-olmadığını araşdırmadan kafeyə gedib, orada tanışı X1 işçisi Zərərçəkmiş şəxs ilə mübahisə edib, dalaşdığını gördükdən, habelə qardaşının reallıqda hər hansı bir dava-dalaşda iştirak etmədiyin əmin olduqdan sonra, buna baxmayaraq hər hansı bir əsaslı səbəb olmadan Amin Mirzalıyevə qoşularaq, onunla bir qrup şəxs halında kafedə olan Şahid və şəxsiyyətləri istintaqa məlum olmayan qeyri-müəyyən sayda şəxslərə qarşı etinasızlıq və laqeydlik nümayiş etdirərək, etik davranış qaydalarını «tapdalayıb», habelə özünü ətradakıların fövqündə qoymaqla, ictimai yer hesab olunan kafedə nalayiq ifadələrdən istifadə edib, Amin Mirzalıyev əlinə götürdüyü və silah qismində istifadə etdiyi taxta parçasından, o isə kafedə əlinə keçən və silah qismində istifadə etdiyi şüşə külqabından istifadə etməklə, hər ikisi Zərərçəkmiş şəxs üzərinə hücum edib, onun şəxsiyyəti üzərində zor tədbiq edərək baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, ona sol bazuda şişkinlik, zolaqşəkilli hematoma, qançır, təpə nahiyəsində sağ tərəfdə hematoma, səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya, alın nahiyəsində qançır, sağ said nahiyəsində qançır, sol kürək nahiyəsində qançır, sol dirsək oynağında sıyrıqlar sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında silah qismində istifadə etdiyi alətdən istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərilməsi ilə müşayiət edilən hərəkətlərlə xüsusilə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs X8 məhkəmə baxışı iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrindən evdən çıxıb Mingəçevir şəhəri, Az DRESS qəsəbəsində yerləşən «Ağçiçəyim» mağazasının arxasında olan kafeyə gəldi. Orada əyləşərək pivə içdi. Həmin vaxt ona kafenin ofisiantı Zərərçəkmiş şəxs qulluq etmişdir. Talehi şəhər sakini kimi üzdən tanıyır. Onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Həmin vaxt o, pivə ilə içmək üçün Talehdən hisə verilmiş toyuq boğazı istədi. Lakin Taleh ona hisə verilmiş toyuğun boğazı olmadığını dedi. Təxminən 2-3 saat sonra Talehin yan masaya hisə verilmiş bel-boğaz apardığını görüb, Talehi yanına çağıraraq ona nə üçün sifarişini qəbul etmədiyini və hisə verilmiş boğaz olduğu halda ona nə üçün vermədiyini soruşdu. Həmin vaxt Taleh onun hisə verilmiş toyuq boğazı istədiyini, hisə verilmiş boğaz olmadığını, yan masadan isə bel-boğaz istədiklərini dedi. O da Talehə hisə verilmiş boğazla, hisə verilmiş bel-boğaz arasında fərq olmadığını, hər ikisinin məzə kimi spirtli içki olan pivə ilə içildiyini bildirdi. Bu zaman Taleh həmin məhsulların bir-birindən fərqli olmasını dedi. Sonra Talehlə arasında sözlü mübahisə başladı. Aralarında baş verən mübahisə zamanı Taleh onun ünvanına nalayiq ifadələr işlətdi. O da Talehə qarşılıq verərək ona qarşı nalayiq ifadələr işlətdi. Bu zaman Taleh onun ağzının sol nahiyəsindən və başından yumruqla zərbələr vurdu. Ətrafdakı şəxslər gəlib onları aralaşdırdılar. O, çayxanadan çıxıb getdi sonra yaxınlıqdan taxta parçası götürərək kafeyə qayıtdı, Talehin üzərinə gəldi. O, Talehi kənara çağırdı, lakin Taleh olduğu yerində duraraq ona ı söyüşlər söydü. O, əlində olan taxta parçası ilə Talehə zərbələr endirmək üçün yaxınlaşdı və Taleh əlində olan stolu ona tərəf atdı. Bundan sonra o, Talehin bədəninin müxtəlif nahiyələrinə əlində olan taxta parçası ilə zərbələr endirdi. Həmçinin mübahisə zamanı şəhər sakini kimi tanıdığı və yaxşı münasibəti olan Təqsirləndirilən şəxs2 da Talehə tərəf yaxınlaşdı və Taleh Əlizadəyə qarşı da nalayiq ifadələr işlətdi. Buna görə Əlizadə də Talehə tərəf gedərək ona zərbələr endirdi. Həmin vaxt ətrafda xeyli sayda insanlar toplaşmışdır. O, mübahisə zamanı sərxoş vəziyyətdə olduğundan Talehin bədəninin hansı hissələrinə zərbə endirməsini dəqiq xatırlamır. Mübahisə qurtardıqdan sonra o, əlində olan taxta parçasını da çayxananın yaxınlığında ataraq getdi. Əlizadə də həmin çayxanadan aralaşaraq getmişdir. Əməlində peşimadır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, Nur şadlıq sarayının yaxınlığında olan çayxanada spirtli içki pivə içən zaman Nurlan adlı şəxs onun istifadəsində olmuş mobil nömrəyə zəng edərək “Ağçiçəyim” mağazasının arxasında olan kafedə dava olduğunu, qardaşı Hikmətin də orada olduğunu demişdir. O, dava-dalaş edən şəxsin qardaşı olduğunu zənn edərək kafeyə getdi. Oraya gəlməmişdən əvvəl 7-8 bakal pivə içmişdi və sərxoş vəziyyətdə idi. O, həmin yerə çatanda səs-küyün gəldiyini eşitdi. Qardaşı Hikmətin də səs-küy gələn yerdə olmasını zənn edərək həmin istiqamətdə getdi. Həmin vaxt çayxanada ofsinat kimi çalışan Taleh onun gəldiyi istqamətdə nalayiq ifadələr işlətdi, sonra Taleh stolu götürərək onlara tərəf atdı. Amin əlində olan taxta parçası ilə Talehin baş nahiyəsinə zərbələr endirdi. O isə Taleh və Amini aralaşdımaq məqsədilə Talehin yaxasından tutaraq çəkmişdir. Həmin vaxt Taleh onların ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də o, yumruq və təpiklə Talehə zərbələr endirdi. Sonra orada olan adamlar onları araladı. Bundan sonra o, həmin yerdən uzaqlaşdı. Əməlində peşimadır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində o, işlədiyi kafedə olan zaman yaxınlıqdakı kafedəki kötük masalardan birində əyləşmiş sonradan tanıdığı Amin adlı şəxs ona pivə ilə içmək üçün hisə verilmiş toyuq boğazı gətirməsini dedi. O, Aminə satışda boğaz olmadığını bildirdi. Bir qədər sonra həmin kafedə işləyən ofisant ondan boğaz-bel alıb başqa bir müştəriyə aparan zaman Amin bunu gördü və ona nə üçün boğazı satmadığını dedi. O, Aminə toyuq boğazı olmadığını izah edən zaman Amin onunla kobud tərzdə danışmağa başladı. Bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Ancaq həmin vaxt eyni kafedə işləyən Vüqar adlı şəxs oraya gəlib onları ayırdı. Həmin gün saat 21:30 radələrində o, müştərilər getdiyi üçün masaların üzərini yığışdıran zaman gözləmədiyi halda bir qədər əvvəl onunla mübahisə edən Amin əlində ağacla oraya gələrək bir neçə dəfə onun baş və bədəninin ayrı-ayrı nahiyyələrinə zərbələr vurmağa başladı. O, Aminə müqavimət göstərib əlindən ağacı almağa cəhd edən zaman Aminin yanında olan Əlizadə adlı şəxs də masanın üzərindən götürdüyü şüşə külqabı ilə onun başına bir neçə dəfə zərbə vurdu. Həmin vaxt o, zərbələrin təsirindən müvazinətini itirib yerə yıxıldı. O, yerə yıxılan zaman onunla həmin kafedə işləyən Vüqar adlı şəxs dərhal yaranmış dava-dalaşa müdaxilə edərək onları ayırmağa çalışşdı. Bundan sonra Amin və Əlizadə oraya başqa adamların da kömək üçün gəlmələrini görüb oradan qaçıb uzaqlaşdılar. Bundan sonra o, yıxıldığı yerdən qalxıb istifadəsində olan mobil telefonla DİN-nin 102 zəng mərkəzinə döyülməsi ilə bağlı məlumat verdi. Hal-hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, onlara yüngül cəza verilməsini xahiş edir. Şahid məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində o, işlədiyi kafeyə gələn zaman iş yoldaşı Zərərçəkmiş şəxs, şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 əlindəki ağacla, Təqsirləndirilən şəxs2 isə əlindəki şüşə külqabı ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə vurduqlarını görmüşdür. Bundan sonra dərhal yaranmış davadalaşa müdaxilə edərək onları ayırmağa cəhd etdi. X13 əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vururdu. Təqsirləndirilən şəxs2 isə əlindəki şüşə külqabı ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə zərbələr vurdu. Bu zaman o, Amin Mirzəliyevin qarşısını alaraq onu Talehdən ayırdı. Təqsirləndirilən şəxs2 isə Talehdən orada müştəri qismində olan şəxslər ayırdı. Bundan sonra Amin Mirzəliyev və Təqsirləndirilən şəxs2 qaçaraq oradan uzaqlaşdılar. Həmin vaxt o, Talehi yıxıldığı yerdən qaldırıb yaxınlıqdakı masada əyləşdirdi. Daha sonra isə Zərərçəkmiş şəxs səhhəti pisləşdiyi üçün istifadəsində olan mobil telefonla DİN-nin 102 zəng mərkəzinə müraciət etdi. İşin 11-ci vərəqində olan 11 iyun 2022-ci tarixli baxış keçirilməsi barədə protokolda göstərilir ki, münaqişə Mingəçevir şəhəri AZDRES qəsəbəsində “Ağçiçəyim” mağazasının arxasında yerləşən çayxanada yaşayış binalarının yaxınlığında və insanların əyləşərək istirahət etdikləri ictimai iaşə obyektində baş vermişdir. Məhkəmə baxışı iclasında da diskə baxış zamanı həmin halların olması müəyyən edildi. İşin 27-ci vərəqində olan 17 avqust 2022-ci tarixli diskə baxış keçirilməsi barədə protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində aralarında yaranmış mübahisə zamanı əvvəlcə Təqsirləndirilən şəxs1 əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə endirir, həmin vaxt Zərərçəkmiş şəxs əlində olan stulu Təqsirləndirilən şəxs1 atır və stul ona dəyərək yerə düşür. Sonra mübahisə yerinə gələn Təqsirləndirilən şəxs2 yaxınlıqda stolun üzərində olan şüşə külqabını götürərək Zərərçəkmiş şəxs başının təpə nahiyəsinə zərbələr endirir. Həmin vaxt kənarda olan Amin Mirzalıyev əlində olan taxta parçası ilə yenidən Zərərçəkmiş şəxs yaxınlaşaraq onun bel və kürək nahiyələrinə bir neçə dəfə zərbələr endirir. Sonra Təqsirləndirilən şəxs2 ayağı ilə Taleh Kərimiyə zərbə endirməyə cəhd edir və hadisə yerinə gələn şəxslər Təqsirləndirilən şəxs1 uzaqlaşdırmaq istəyirlər. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz qanunsuz əməllərini davam etdirirlər. Yekunda isə ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində Amin Mirzalıyev və Təqsirləndirilən şəxs2 hadisənin baş verdyi çayxanadan uzaqlaşırlar. İşin 17-ci vərəqində olan məhkəmə-tibbi ekspertizasının 11 iyun 2022-ci il tarixli, 351 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol bazuda şişkinlik, zolaqşəkilli hematoma, qançır, alın nahiyəsində qançır, sağ said nahiyəsində qaçır, təpə nahiyəsində sağ tərəfdə hematoma, sol kürək nahiyəsində qançır, sol dirsək oynağında sıyrıqlar, bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğundurlar. Ağırlıq dərəcələrinə görə :- sol bazuda şişkinlik, zolaqşəkilli hematoma, qançır, təpə nahiyəsində sağ tərəfdə hematoma sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. -alın nahiyəsində qançır, sağ said nahiyəsində qançır, sol kürək nahiyəsində qançır, sol dirsək oynağında sıyrıqlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşin 175-176-cı vərəqlərində olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 779 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki pxisi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki pxisi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı NEVRASTENİYA, NEVROTİK REAKSİYALARLA XBT 10 (pxisi və davranış pozuntularının beynalxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs2 NEVRASTENİYA, NEVROTİK REAKSİYALRLA XBT 10 (pxisi və davranış pozuntularının beynalxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən, yəni xx.xx.2022-ci il tarixdə öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhəri, AZDRES qəsəbəsində «Ağçiçəyim» mağazasının arxasında yerləşən kafedə pivə içərkən kafenin işçisi Zərərçəkmiş şəxs pivə ilə təam etməyə hisə verilmiş toyuq boğazı sifariş etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs ona hisə verilmiş toyuq boğazının olmadığını deyib, lakin yan masaya hisə verilmiş bel və boğaz məhsulu apardığı üçün, Zərərçəkmiş şəxs qərəzli olaraq onun masasına həmin təamdan gətirmədiyini zənn edib, bunu bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs irad bildirib, onunla söz mübahisəsi yaratmış, getdikcə qızışan mübahisə zamanı qardaşının həmin mübahisədə iştirak etdiyini zənn edən Təqsirləndirilən şəxs2 da kafeyə gəlmiş və ona qoşularaq, onunla bir qrup şəxs halında kafedə olan Şahid və şəxsiyyətləri istintaqa məlum olmayan qeyri-müəyyən sayda şəxslərə qarşı etinasızlıq və laqeydlik nümayiş etdirərək, etik davranış qaydalarını «tapdalarayaq», habelə özünü ətradakıların fövqündə qoymaqla, ictimai yer hesab olunan kafedə nalayiq ifadələrdən istifadə edib, o, əlinə götürdüyü və silah qismində istifadə etdiyi taxta parçasından, Təqsirləndirilən şəxs2 isə kafedə əlinə keçən və silah qismində istifadə etdiyi şüşə külqabından istifadə etməklə, hər ikisi Zərərçəkmiş şəxs üzərinə hücum edib, onun şəxsiyyəti üzərində zor tədbiq edərək baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, ona sol bazuda şişkinlik, zolaqşəkilli hematoma, qançır, təpə nahiyəsində sağ tərəfdə hematoma, səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya, alın nahiyəsində qançır, sağ said nahiyəsində qançır, sol kürək nahiyəsində qançır, sol dirsək oynağında sıyrıqlar sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında silah qismində istifadə etdiyi alətdən istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor göstərilməsi ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhəri, AZDRES qəsəbəsində «Ağçiçəyim» mağazasının arxasında yerləşən kafedə qardaşının mübahisə edib, dalaşdığını eşitdikdən sonra, bunun həqiqət olub-olmadığını araşdırmadan kafeyə gedib, orada tanışı X1 işçisi Zərərçəkmiş şəxs ilə mübahisə edib, dalaşdığını gördükdən, habelə qardaşının reallıqda hər hansı bir dava-dalaşda iştirak etmədiyin əmin olduqdan sonra, buna baxmayaraq hər hansı bir əsaslı səbəb olmadan Amin Mirzalıyevə qoşularaq, onunla bir qrup şəxs halında kafedə olan Şahid və şəxsiyyətləri istintaqa məlum olmayan qeyri-müəyyən sayda şəxslərə qarşı etinasızlıq və laqeydlik nümayiş etdirərək, etik davranış qaydalarını «tapdalayıb», habelə özünü ətradakıların fövqündə qoymaqla, ictimai yer hesab olunan kafedə nalayiq ifadələrdən istifadə edib, Amin Mirzalıyev əlinə götürdüyü və silah qismində istifadə etdiyi taxta parçasından, o isə kafedə əlinə keçən və silah qismində istifadə etdiyi şüşə külqabından istifadə etməklə, hər ikisi Zərərçəkmiş şəxs üzərinə hücum edib, onun şəxsiyyəti üzərində zor tədbiq edərək baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, ona sol bazuda şişkinlik, zolaqşəkilli hematoma, qançır, təpə nahiyəsində sağ tərəfdə hematoma, səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya, alın nahiyəsində qançır, sağ said nahiyəsində qançır, sol kürək nahiyəsində qançır, sol dirsək oynağında sıyrıqlar sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında silah qismində istifadə etdiyi alətdən istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor göstərilməsi ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X8 və Təqsirləndirilən şəxs2 həmin əməli törətmələri özlərinin etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 48-50-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X3 məhkumluğu yoxdur. İşin 171-172-ci vərəqlərində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3himayəsində xx.xx.2020-ci il təvəllüdlü Ruhan adlı bir nəfər azyaşlı uşağı var. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlardan heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən təqsirləndirilən şəxs X5 əməlini etiraf edib peşiman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində bir nəfər azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. İşin 51-53-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 əməlini etiraf edib peşiman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs2 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 63-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İşin 93-94-cü vərəqlərində olan Mingəçevir şəhər polis Şöbəsinin 22 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixə kimi həbsdə saxlandığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs X8 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli tutulduğu vaxtdan, 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki tələb, ekspertiza xərci və maddi sübut yoxdur. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 2 (iki) gün CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. X8 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-46/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-46/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver