Məhkəmə qərarları › İş №1(051)-46/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-46/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-46/2024 08.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 37/49 mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Süleymanlı X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, xx.xx.2022-ci il tarixdə cazasının sonu ilə azad edilməsinə , məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış və 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə – qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 319.19 (üç yüz on doqquz tam yüzdə on doqquz) qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 7.95 (yeddi tam yüzdə doxsan beş) qramını əynindəki qara rəngli jiletin sağ iç cibindəki kağız bükümdə, qalan 311,24 (üç yüz on bir tam yüzdə iyirmi dörd ) qramını isə üzərindəki göy rəngli sellofan torbanın içərisində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Samux küçəsində yerləşən “X5” ASC-nin arxasında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada həmin tarixdə saat 11:35-dən 11:50-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 7.95 (yeddi tam yüzdə doxsan beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli jiletin sağ iç cibindəki kağız bükümün, qalan 311,24 (üç yüz on bir tam yüzdə iyirmi dörd ) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə üzərindəki göy rəngli sellofan torbanın içrəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulduğu gün səhər saat 10 radələrində o, Mingəçevir şəhəri Maqomayev küçəsində olmuşdur. Kartından pul çıxartmaq məqsədilə 5+ marketin yanına getmişdir. Xalası ona zəng edib demiş ki, onu polislər axtarır evə getmək lazımdır. Hadisədən bir neçə gün əvvəl aptekdən özünə dərman alarkən kassanın qarşısında 50 manat pul görmüşdür. Onu götürdüyündən hesab etmişdir ki, polislər bu səbəbdən gəlmişdir. Evə gedib anasından onun üçün kimlərin gəldiyindən maraqlanmış, telefonunu evə qoymuş, evdə gizlətdiyi 50 manat pulu götürərək ərazi üzrə sahə müvəkkilinin inzibati otağına getmişdir. Otaqda heç kimin olmadığını gördükdə bazarın serjantı kimi tanıdığı Vüsala yaxınlaşmış və haraya getməli olduğunu soruşmuşdur. Vüsal kiminləsə telefonla əlaqə saxlamışdır. Ona poçtun qabağına getməli olduqlarını bildirmişdir. Vüsalla birgə köhnə poçt deyilən hazırda vestel mağazası kimi fəaliyyət göstərən binanın qarşısına gəlmişlər. Vüsal təkrar kiməsə yığmış, onlara təzə poçtun qarşısına gəlməli olduqlarını demişlər. S.Vurğun küçəsinə qalxan yolla poçtun arxasına oradan isə qarşısına keçmişlər. Vüsal təkrar kimisə yığmışdır. Bu zaman ona Məhkəmənin qarşısına gəlməli olduqlarını bildirmişlər. Məhkəmənin inzibati binasının qarşısında əməliyyatçılar onu Vüsaldan təhvil alıb sonra onu Polis Şöbəsinin 3-cü mərtəbəsinə, yəni əməliyyatçıların otağına qaldırmışlar. Narkotiki boynuna almazsa, yaşadıqları evdən çıxaracaqlarını bildirmişlər. Narkotikin anasına yazılacağını bildirdiklərindən xəstə və qoca anasının narahat edilməməsi üçün bu deyilənlərlə razılaşmış və kamera qarşısında həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. 1 ilə yaxındır ki, məhkəmə araşdırması gedir. Təcridxanada isə şəraitsizlikdən əziyyət çəkir. Bu səbəbə görə araşdırılmanın başa çatmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 11 oktyabr 2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəfindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-ci il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı həmin gün saat 11:10 radələrində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən “Rezin zavodu”nun arxasında hərəkətdə olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Süleymanlı X4 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X3 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Elşən Süleymanova izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Bundan sonra saat 11:35 radələrində onların və vəkilin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə kjeçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki göy rəngli, üzərinə “ Nokia” sözü yazılmış sellafonı, əynindəki qara rəngli jiletin sağ yan cibindən içərisində 2 ədəd siqaret və 1 ədəd alışqan olan “Bakı” markalı siqaret qutusunu, qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd cib dəsmalını, sol yan cibindən 6 ədəd 20 qəpklik və 1 ədəd 10 qəpiklik pul əskinaslarını, qara rəngli şalvarın sağ arxa cibindən isə 2 ədəd 1 manatlıq pul əskinasını, ağ rəngli salfeti və əynindəki qara rəngli jiletin sağ iç cibindən ağ rənglı kağıza bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Aşkar olunmuş həmin sellofan torba və 1 ədəd ağ rəngli kağız büküm içərisinə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxılarkən içərisindəkinin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 02 (iki) ədəd kütlənin və digər əşyaların fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrdən 1 ədəd ağ rəngli kağıza bükülmüş büküm ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 10.64 (on tam yüzdə almış dörd) qram, 1 ədəd göy rəngli, üzrərinə “ Nokia” sözü yazılmış büküm ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 330 (üç yüz otuz) qram oldu. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş büküm və 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində olan kütlələrin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 2023-cü il oktyabr ayının 11-də səhər saatlarında Mingəçevir şəhərində Şəfa bağ massivinin yaxınlığında, «Boz dağ» deyilən ərazidə dağın ətəyindəki ərazidə yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından şəxsi istifadəsi üçün yığdığını, özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyat müvəkkili Cürənli X2 Emin Asif oğlunun ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üzərində video çəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli jiletin sağ iç cibindəki kağız bükümdə 10.64 (on tam yüzdə almış dörd) qram, qalanı isə üzərindəki göy rəngli sellofan torbanın içərisində 330 (üç yüz otuz) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17\744 №-li rəyinə əsasən: Tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar ….kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 7.95 qram, 1 ədəd göy rəngli üzərinə “Nokia” sözləri yazılmış sellofanın içərisindəki digər 01( bir) ədəd sellofan torbada, təmiz çəkisi 311,24 (üç yüz on bir tam yüzdə iyirmi dörd ) qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, 01 (bir) ədəd kağız bükümdə və 01( bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. A) Marixuananın təmiz çəkisi – 7,95 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 7,90 qr. B) Marixuananın təmiz çəkisi – 311,24 qr., tədqiqata sərf edildi – 0,10 qr., qalıq – 311,14 qr. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1794 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. İİİ qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1873 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmaığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 08 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, istintaq zamanı xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 319.19 (üç yüz on doqquz tam yüzdə on doqquz) qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,15 qram sərf edildikdən sonra qalan qalıq 319.04 (üç yüz on doqquz tam yüzdə dörd) qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan 3 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 3 saylı MİS-in ərazisində yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs ünvanına qonşuları tərəfindən, ümumiyyətlə, heç bir şikayət daxil olmamışdır. İşdə olan AZE MİS portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik-3-cü qrup üzrə 150 manat pensiya alır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 4(051)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsə almanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə sorğu nəticəsində əldə edilmiş anten məlumatlarını və məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrini mötəbər sübut kimi qəbul etmir və onlara hüquqi qiymət vermir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Süleymanlı X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, xx.xx.2022-ci il tarixdə cazasının sonu ilə azad edilməsinə , məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış və 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə – qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 319.19 (üç yüz on doqquz tam yüzdə on doqquz) qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 7.95 (yeddi tam yüzdə doxsan beş) qramını əynindəki qara rəngli jiletin sağ iç cibindəki kağız bükümdə, qalan 311,24 (üç yüz on bir tam yüzdə iyirmi dörd ) qramını isə üzərindəki göy rəngli sellofan torbanın içərisində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Samux küçəsində yerləşən “ X5” ASC-nin arxasında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada həmin tarixdə saat 11:35-dən 11:50dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 7.95 (yeddi tam yüzdə doxsan beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli jiletin sağ iç cibindəki kağız bükümün, qalan 311,24 (üç yüz on bir tam yüzdə iyirmi dörd ) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə üzərindəki göy rəngli sellofan torbanın içrəsindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs cinayət əməlini törətmədiyini bildirmişdir. Buna baxmayaraq onun inkarı məhkəmədə cinayət işi materialları və şahid ifadələri ilə təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin özünü təsqirsiz saymasını özünü müdafiə üsulu kimi qəbul edir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Süleymanlı X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin İİİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi yəni, 11 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 319,04 qram narkotik vasitə qurudulmuş marixuana qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 35,97 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 319,04 qram narkotik vasitə qurudulmuş marixuana qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar